Press "Enter" to skip to content

YENİ AZƏRBAYCAN PARTİYASI

Adınız
E-poçt
Mesajınız

Azərbaycanın davamlı inkişaf strategiyası

Hər bir dövlətin inamlı inkişafını təmin edən strateji amillərdən biri liderlik fenomenidir.

Tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu mənada, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır.

İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.

Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunmasında və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq məqsədəmüvafiqdir.

Keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahələrdə idarəetmənin düzgün təşkil edilməməsi, o cümlədən mövcud potensialdan səmərəli istifadə edilməməsi kimi səbəblər dururdu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji amil oldu. Məhz 14 iyul 1969-cu il tarixdən, Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycan dövlətinin həqiqi inkişafı başlandı. Qısa müddətdə Azərbaycan ittifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı. Həyata keçirilən institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi əldə edildi. Həmçinin milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və məqsədyönlü işlər sayəsində Azərbaycan sürətlə inkişafa nail oldu.

1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bundan başqa, “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar oldu.

1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruçulugunda həmin lisey mühüm ciddi faktor oldu. Yeri gəlmişkən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin 70 faizdən çoxu həmin liseyin yetirmələridir.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Ümummilli Liderimiz bu dövrdə də Azərbaycan xalqının mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, respublikamız üçün misilsiz xidmətlər göstərdi. Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi.

Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı, inkişaf göstəriciləri ilə tarixə daxil oldu. Bu dönəmdə həm sosial-iqtisadi tərəqqinin, həm də milli həmrəyliyin təmin olunmasına xidmət edən məqsədyönlü işlər görüldü, Azərbaycan SSRİ miqyasında sürətlə inkişaf edən respublikaya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə də nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini təşkil edir. Bəllidir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdırıldı. Muxtar respublikanın ərazisinin düşmənin işgalı altına düşməsinin qarşısı alındı. Bundan başqa, milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü. Muxtar respublikada dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti davam etdirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “sovet” və “sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə qərarlar qəbul edildi. Ulu Öndər Naxçıvanda çalışarkən o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Heydər Əliyevi devirməyə cəhd etsə də, insanların ona olan sevgi və inamı belə cəhdlərin qarşısını qətiyyətlə aldı.

1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Yeni Azərbaycan Partiyasının yaradılması və milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verməsi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq öz fəaliyyətini davam etdirdi və qısa zaman kəsiyində xalqın etimadını qazanmaga nail oldu. 1993-cü ildə xalqın dəstəyi ilə Ulu Öndər hakimiyyətə gəldi. YAP hakim partiyaya cevrildi.

Bu proseslər kontekstində daha bir məqama nəzər salmaq vacibdir. Belə ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Ulu Öndər illər sonra o günləri belə xatırlayırdı: “ Eşidəndə ki mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

Onu da qeyd etmək lazmdır ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malikdir.

Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Bir sözlə, Ulu Öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. Ulu Öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusuna çevrildi. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bütün bu nailiyyətlər torpaqlarımızın beşdəbirinin işgal altında və bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün olduğu bir şəraitdə qazanıldı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu Öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştiraka dəvət etdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının və tərəfdaşlarının sayını artırdı, Azərbaycan nüfuzlu dövlətə çevrildi. Milli mənafelərin təmininə hesablanmış bu məqsədyönlü siyasət coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı.

Əminliklə söyləmək olar ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmini və davamlı olması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Digər tərəfdən, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.

Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 il ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər ordumuzun yaratdıgı və yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işgaldan azad edən müzəffər Sərkərdə oldu. Bu həm də cənab Prezidentin ATA vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq Ulu Öndərin ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub.

Eyni zamanda xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə milli həmrəylik, vətəndaş birliyi möhkəm əsaslarla təmin olunub. Həmçinin Azərbaycanda siyasi münasibətlərin inkişafı, iqtidar-müxalifət dialoqunun sağlam əsaslarla davam etməsi də möhtəşəm Zəfərin qazanılmasında mühüm amil oldu. Belə ki, Vətən müharibəsində bütün vətəndaşlarımız və siyasi partiyalar Ali Baş Komandanımızın və ordumuzun ətrafında sıx birləşmişdi. Hazırda da bu birlik mövcuddur və gələcək inkişafımızda müstəsna rol oynayacaqdır. Bu fakt da cəmiyyətimizin ən böyük uğurlarından biridir.

Hazırda ölkəmizin qarşısında mühüm vəzifələr durur. Qarşıda dayanan əsas vəzifə isə işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma yurdlarına qayıtmasıdır. Şübhə yoxdur ki, Azərbaycan dövləti möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu mərhələni də uğurla həyata keçirəcək və müstəqil ölkəmiz Heydər Əliyev ideyaları əsasında daha da inkişaf edərək yeni-yeni zəfərlər qazanacaq.

Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri

YENİ AZƏRBAYCAN PARTİYASI

-Əli müəllim, Azərbaycanın bugünkü vəziyyəti 2003-cü il ilə müqayisədə necə görünür? -Qısa desək, Azərbaycan 18 ildir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daimi tərəqqi yolunda inamla irəliləyir. 2003-2021-ci illərin siyasi, iqtisadi, sosial, hərbi və s. sahələrdə göstəricilərinin sadəcə müqayisəsi və ölkəmizin hazırki vəziyyəti bunun əyani sübutudur. Bax, budur bizi istəməyənləri, gözləri götürməyənləri qıcıqlandıran, onları məyus edən faktlar! Fikrimcə, ötən müddətdə əldə olunmuş uğurları belə səciyyələndirmək olar: Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət məharətlə və qətiyyətlə davam etdirilərək Azərbaycan yüksək insan inkişafına malik olan ölkələr sırasına çıxarıldı; Azərbaycan tarixində yeni – inkişaf, tərəqqi dövrünün əsası qoyuldu və ölkəmiz iqtisadi sahədə keçid dövrünü 2009-cu ildə uğurla başa vurdu; Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artdı, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da gücləndirildi; -Azərbaycan regionun lider dövlətinə, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkəyə, dünya miqyasında öz sözünü deyən məmləkətə çevrildi; -Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirildi, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı; -Ölkəmizin bütün regionlarının inkişafı təmin edildi, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasına yüksəldi, neft kapitalı insan kapitalına çevrildi; -Azərbaycanın 2030-cu ilədək strateji inkişafının əsas istiqamətləri müəyyənləşdirildi; -Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edildi və 2019-2022-ci illərdə həmin Hərəkata sədrlik etdi; -Ölkəmiz ilk süni peykini orbitə çıxartmağa müvəffəq oldu; -Azərbaycan dünyada digər dövlətlərə nümunə ola biləcək tolerant ölkə kimi tanıdıldı; -Silahlı Qüvvələr gücləndirilərək dünyada ən güclü 50 ordu sırasına yüksəldildi; -Ölkəmizin ərazi bütövlüyü təmin edildi, işğala son qoyuldu, tarixi Zəfər qazanıldı; -Qarabağın dirçəlişi prosesinə start verildi və bu gün uğurla davam etdirilir. Bu siyahını xeyli artırmaq da mümkündür. Bunlar davamlı inkişafın təsdiqedici amilləridir və bu modelin müəllifi cənab İlham Əliyevdir. -Əli müəllim, dedikləriniz də təsdiq edir ki, qısa müddətdə çox iş görülüb. Sizcə, bunun əsas səbəbi nədir? -Çox yox, həddindən çox işlər görülüb və görülməkdədir. Xarici təhdidlərə, qərəzli cəhdlərə, məkrli planlara, ölkənin düçar edildiyi qurama münaqişəyə və onun fəsadlarına baxmayaraq, Azərbaycan bu illər ərzində öz seçdiyi tarixi yoldan dönmədi, əksinə, irəliləməkdə qətiyyətlə davam etdi. Şübhəsiz, bütün bu uğurlara cənab Prezidentin genişəhatəli, səmərəli fəaliyyəti sayəsində nail olunub. O, hər şeyi səbirlə, təmkinlə, ancaq planlaşdırdığı kimi, qətiyyətlə həyata keçirir. Bütün inkanları səfərbər edərək ölkənin iqtisadi qüdrətini durmadan artırdı, sənayeni, qeyri-neft sektorunu, kənd təsərrüfatını, özəl sektoru inkişaf etdirdi. O, çox gözəl bilirdi ki, güclü dövlət qurmaq üçün ilk növbədə güclü iqtisadi imkanlara malik olmaq lazımdır. Belə olmasaydı, biz müasir silahlarla təchiz olunmuş güclü ordu yarada bilərdikmi? Yaxud, geniş sosial layihələri reallaşdıra, əhalinin rifah halını yaxşılaşdıra bilərdikmi? Əlbəttə ki, yox. Təkcə bir faktı deyim. Mən uzun müddət cənab Prezidentin rəhbərliyi altında qaçqın, keçmiş məcburi köçkünlərin sosial problemlərinin həlli lə məşğul olmuşam. Əgər iqtisadi imkanlar olmasaydı, həmin insanlar üçün 3 milyon kvadrat metrdən artıq mənzil sahəsi olan 100-dən artıq yeni yaşayış kompleksləri inşa etmək, 300 mindən çox soydaşımızın mənzil-məişət şəraitini yaxşılaşdırmaq mümkün olardımı? Təsəvvür edin, bu qəsəbələrin mənzil sahəsi Mingəçevir şəhərinin mənzil fonduna bərabərdir. 2003-cü ildə “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”,- deyən Prezident İlham Əliyev Heydər Əliyev yoluna – davamlı sabitlik, iqtisadi inkişaf, tərəqqi və milli dövlətçilik ənənələrinin bərqərar olması yoluna sadiq qaldı. Bax, budur, nailiyyətlərin əsas səbəbi, istiqamətverici qüvvəsi! Azərbaycanın gələcək inkişaf yolu da budur. -Deyirlər ki, dövlət rəhbəri təkcə bu günü deyil, həm də perspektivi düşünməlidir. -Əlbəttə, yalnız bu günlə yaşamaq olmaz, sabahı, gələcəyi düşünmək rəhbər üçün çox vacib şərtdir. Bu məsələdə bizim bəxtimiz gətirib. Cənab Prezident həm ölkə daxili məsələlərin yaxın 10-20 illik planlaşdırılmasını həyata keçirir, həm də dünyada baş verə biləcək hadisələri qabaqcadan proqnozlaşdırır və lazımi qabaqlayıcı tədbirlər görür. Misal üçün, neftin qiymətinin aşagı düşməsi təhlükəsini 6 il öncə hiss etdiyi üçün qeyri-neft sektorunun inkişafına start verdi. Dünyada ərzaq təhlükəsinin mümkünlüyünü 4 il öncə proqnoz verdi və kənd təsərrüfatının inkişafı ilə baglı tapşırıqlar verdi. Ətrafımızda, Avropada, ümumiyyətlə, dünyada hal-hazırda nələrin baş verdiyini görürük. Bu proseslərin bizdə də baş verməsi üçün antimilli və xarici qüvvələr çox cəhd ediblər, ancaq cənab İlham Əliyev bunun qarşısını məharət və bacarıqla aldı. Ulu Öndər 1993-cü ildə, cənab Prezident isə 2003-cü ildə Azərbaycanı parçalanmaq və xəritədən silinmək təhlükəsindən xilas etdi. Dünya 4-cü sənaye inqilabına 2020-ci ildə qədəm qoyub. Ölkəmizdə isə 4-cü sənaye inqilabının tətbiqinə bir neçə il əvvəl başlanıldı. -Sizcə, dövlət başçısına istər beynəlxalq aləmdə, istərsə də xalq içərisində hörmət-izzət, nüfuz bəxş edən hansı xüsusiyyətlərdir? -İlk növbədə Vətənə, dövlətə, xalqa bağlılıq, düzlük və səmimiyyət. Dövlət başçısının beynəlxalq səviyyədə və əhali arasında reytinqini həmişə yüksəkdə saxlayan başlıca amillər məhz bunlardır. Cənab İlham Əliyevi dünyanın digər dövlət başçılarından fərqləndirən cəhətlərdən biri də odur ki, o, dövlətlərarası münasibətlərdə, danışıqlarda, imzaladığı sənədlərdə, verdiyi vədlərin icrasında tam səmimi və şəffafdır. Nəyi deyib, nəyi vəd edib, hamısını vaxtında icra edib. Dünyanın lider dövlətlərinin, beynəlxalq qurumların rəhbərlərinin, xalqımızın cənab İlham Əliyevə hörmətlə yanaşmasının səbəbi onun bütün mötəbər tədbirlərdə, görüşlərdə doğru-dürüst danışması, səmimi olmasıdır. Mən işlədiyim dövrdə onun keçmiş məcburi köçkünlərlə dəfələrlə görüşündə bunun canlı şahidi olmuşam. O, yeni inşa edilən qəsəbələrin əksəriyyətinin açılış mərasimlərində Mehriban xanımla birlikdə iştirak edib, insanlarla səmimi söhbət edib, hətta öz ad günündə də onlarla birlikdə olub. Fikir verin, 44 günlük Vətən müharibəsində, döyüşlərin qızgın çağında dünyanın 30-dan artıq mətbu orqanına müsahibə verdi, baş verən prosesləri olduğu kimi onlara izah etdi. Özü də hər kəsin öz ana dilində onları başa saldı, həqiqətləri dünyaya çatdırdı. Hətta əvvəlcədən hazırlanmış ssenari üzrə verilən təxribat xarakterli suallara da soyuqqanlıqla, əsaslandırılmış arqumentlərlə cavab verərək onları susmağa məcbur etdi. Yaxud, hamımız üçün ağır olan həmin taleyüklü günlərdə dəfələrlə televiziyada çıxış edərək cəbhədəki real vəziyyəti çəkinmədən xalqa özü çatdırdı. Xalqımız şad xəbərlərə sevindiyi kimi, itkilərimizi də səbirlə, anlayışla qarşıladı. Belə olmasaydı, tarixi Zəfərin əldə olunmasında müstəsna əhəmiyyət kəsb edən Prezident-Xalq birliyinə nail olmaq mümkün deyildi. -Əli müəllim, tarixi Zəfərin Azərbaycan tarixində yeri barədə nə deyə bilərsiniz? -Ali Baş Komandan İlham Əliyev bu Qələbə ilə Azərbaycanın tarixinə əvəzolunmaz şanlı səhifə yazdı. Cənab Prezident bəzi dövlətlərin və beynəlxalq təşkilatların 27 ildə həll edə bilmədiklərini və həll etmək istəmədiklərini 44 gündə başqa yolla özü həll etdi, dövlətin və millətin üstündən qara ləkəni təmizləyərək nəyə qadir olduğumuzu sübut etdi, bizi qalib dövlətə və millətə çevirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi, erməni mifini darmadağın etdi, millətə güc verdi, xalqda özünəinamı qüvvətləndirdi, cəmiyyətimizi yeniləşdirdi, ölkədə və regionda gələcək siyasi-iqtisadi inkişaf üçün etibarlı zəmin, Cənubi Qafqazda isə yeni geopolitik, geosiyasi mühit yaratdı. O, xalqına, 17 ildə yetişdirdiyi gənclərə, gücləndirdiyi orduya, onun əsgər, zabit və generallarına arxayın olduğu üçün bütün təzyiqlərə sinə gərdi, öz yolundan dönmədi və tarixi qələbəyə imza atdı. Bu tarixi Zəfər həm də bizə dostlarımızı bir daha tanıtdı. Unutmaq olmaz ki, bu qələbədə qardaş Türkiyə və Pakistan dövlətlərinin, xalqlarının siyasi, mənəvi dəstəyinin xüsusi yeri var. 16 iyun 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış ən ali sənəd – Şuşa Bəyannaməsi iki qardaş dövləti arasında hərbi əməkdaşlıqda yeni tarixi bir səhifə açdı. Şəhid və qazilərimiz, əsgər, zabit və generallarımız müqəddəs torpaqlarımızı öz qanları ilə azad etdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Valideynlərinə Allahdan səbir diləyirəm. Qədirbilən xalqımız onların əziz xatirəsini həmişə yaşadacaq. Qazilərimizə isə tezliklə sağalmağı və normal həyata qayıtmağı arzulayıram. Dövlətimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin və həssas təbəqədən olan digər insanların problemlərinə hər zaman yüksək diqqət göstərir, onlara qayğıkeşliklə yanaşır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu gün Şuşada mədəni irsin bərpasına, mədəni tədbirlərin təşkilinə və keçirilməsinə bilavasitə rəhbərlik edir. Zaman ötəcək, lakin xalqımız Azərbaycan salnaməsinə qızıl hərflərlə əbədi həkk olunan tarixi Zəfərlə daim fəxr edəcək. -Azərbaycanın və regionun gələcəyinə necə baxırsınız? -Erməni separatizminin məhv edilməsi həm də regionda sülhün və təhlükəsizliyin təmin olunmasına şərait yaratdı. Ötən bir il ərzində cənab Prezident öz çıxışlarında, müsahibələrində dəfələrlə qeyd edib ki, müharibə arxada qalıb, tarixin dərslərindən düzgün nəticə çıxarıb gələcəyə köklənmək lazımdır. Bunun üçün isə region dövlətlərinin, ilk növbədə Ermənistanın qonşularla qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlığının təmin olunması tələb olunur. Azərbaycanın mövqeyi bu məsələdə birmənalıdır: 10 noyabr 2020-ci il tarixli Bəyannamədə göstərilənlər icraçılar tərəfindən yerinə yetirilməli, kommunikasiyalar, yollar açılmalı, ədalətli qonşuluq siyasəti yeridilməlidir. Bu yaxınlarda keçirilmiş Soçi, Brüssel görüşlərində də Azərbaycan Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa hazır olduğunu bir daha bildirdi. Ermənistan da, nəhayət, ambisiyalardan əl çəkib, ortaya reallığa, zəkaya və ədalətə söykənən dəqiq mövqe qoymalıdır. Azərbaycan öz öhdəliklərini şərəflə yerinə yetirir və indidən sonra da yetirəcək. Bunu müharibədən sonra işğaldan azad olunan ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işləri də sübut edir. Bu, cənab İlham Əliyevin özünün nəzarət və idarə etdiyi, dünyada analoqu olmayan nadir təcrübədir. Ölkəmiz cənab Prezidentin rəhbərliyi ilə tərəqqi yolunda qətiyyətlə davam edir, qazanacağımız yeni tarixi qələbələr hələ qabaqdadır. Azərbaycanımız namınə bu müqəddəs davamlı inkişaf yolunda cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya yeni-yeni uğurlar arzulayıram.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

Azərbaycanın davamlı inkişaf strategiyası

Davamlı inkişaf strategiyası

Bu, hər bir Azərbaycan vətəndaşının sosial rifahının təmin edilməsinə yönəlib

Ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Bəlli olduğu kimi, bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur. Burada neft sektorundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür.

Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Bütün incəliklərinə görə, yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşıla şmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır.

Prinsip etibarı ilə, ölkə regionlarının davamlı, sürətli inkişafının reallaşması təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. Müvafiq məqamlar regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən hər iki Dövlət Proqramında ciddi nəzərə alınıb. Burada bölgələrdə işgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, regionlarda ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin tam aradan qaldırılmas ı, əhalinin yüksək məşğulluğun təmin edilməsi nəzərdə tutulub.

Bu baxımdan, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrasında hər bir bölgənin özünəməxsusluğuna, regionların sosial-iqtisadi inkişaf potensialını şərtləndirən mühüm meyar kimi insan amilinə xüsusi diqqət yetirilib. � Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın gerçəkləşməsində də, insan amili xüsusi olaraq, önə çəkilir. Burada insanların iqtisadi təşəbbüslərinin – insan kapitalı amilinin adekvat şəkildə qiymətləndirilməsinə böyük diqqət yetirilir. Belə ki, regionların sosial-iqtisadi inkişafını şərtləndirən mühüm meyarlardan biri insan kapitalının əhəmiyyətinin lazımi şəkildə dəyərləndirilməsidir.

Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində ölkədə makroiqtisadi göstəricilər əhəmiyyətli dərəcədə yüksəlib. 2004-2008-ci illəri əhatə edən beş il ərzində ümumi daxili Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatıb, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil edib. Bölgələrdə yüz minlərlə yeni iş yerlərinin açılması, yüzlərlə müasir, abad təhsil müəssisələrinin, məktəblərin inşa edilməsi, elm, təhsil sahəsində həyata keçirilən islahatlar hər bir vətəndaşın sosial rifahının təmininə yön əlib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş və həyata keçirilən ikinci Dövlət Proqramı ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədi daşıyır. � Bu proqram ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsini, başlanmış mütərəqqi inkişaf tədbirlərinin 2009-2013-cü illərdə də davam etdirilməsini nəzərdə tutur. Yeni Dövlət Proqramı mühüm prioritet kimi, Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri özündə əks etdirir.

Mühüm iqtisadi göstəricilərinə görə, dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisə edilən Azərbaycanda cəmiyyətin inkişafının mühüm aspektlərindən � biri də yoxsulluğun azaldılması, tarazlı inkişafın təmin edilməsidir. XXI əsrin ilk illərinə olan məlumata görə, yoxsulluq dünya dövlətlərinin 2/3 hissəsini əhatə edən problemdir. Dünyada 1,2 milyarda yaxın insan yoxsulluqdan əziyyət çəkir, təqribən 2 milyard insanın gündəlik gəliri isə bir dollardan aşağıdır. Təbii ki, bütün bunlar dünya ölkələri üzrə gəlirlərin ədalətsiz bölgüsü ilə bağlıdır. Hazırda əksər dünya dövlətlərinin başlıca məqsədi olan davamlı inkişafa keçidin də əsas tələbi, məhz gəlirlərin ədalətli bölgüsünə nail olmaqdır. Dünya üzrə cəmi gəlirlərin 65 faizi Şimali Amerika, Qərbi Avropa ölkələri və Yaponiyanın payına düşür.

1994-cü ildən başlayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda əsas məqsədi ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafın təmin edilməsi olan çoxşaxəli islahatlar həyata keçirilməyə başladı. Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların r əsmiləşdirilməsi baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilmiş ”Azərbaycanda Sahibkarlığın İnkişafı (1993-1995)” Dövlət Proqramını qeyd etmək olar. Belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsi bu sahədə uğurların əldə edilməsinə imkan yaratdı (ölkədə fəaliyyət göstərən kiçik və orta sahibakarların sayı çoxaldı, onların xarici iqtisadi fəaliyyəti genişləndi və s.).

Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri (konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş (”Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardım ı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövl ət Proqramı (2004-2008-ci illər)”) və digərləri uğurla həyata keçirilmişdir. Eyni zamanda, hal-hazırda “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq m əhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədlər uğurla icra olunur. Müvafiq dövlət proqramları və konsepsiyalar bir-biri ilə sıx bağlıdır. Başqa sözlə, davamlı inkişaf tərəqqinin, inkişafın bütün parametrlərinin və prioritetlərinin harmonik şəkildə əlaqələndirilməsini tələb edir.

Hazırda ölkəmizin davamlı inkişaf sahəsində əldə etdiyi böyük uğurlar inkişafın Azərbaycan modelindən danışmağa imkan verir. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqamətləri aşağıdakı kimi səciyyələndirilə bilər:

1) sərbəst bazar münasibətlərinə əsaslanan, sosialyönümlü bütöv iqtisadi sistemin – müstəqil milli iqtisadiyyatın formalaşdırılması;

2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması;

3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyası.

Bu model hazırda Azərbaycan iqtisadiyyatının davamlı, sürəkli və sürətli inkişafının əsasını təşkil edir. Burada prioritet sahələr üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının fərqləndirici xüsusiyyətlərini – göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması olduqca önəmlidir. Belə olan halda qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması olduqca vacibdir. Müvafiq qərarların qəbulu prosesində � sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması, mütərəqqi dünya təcrübəsinə arxalanma mütərəqqi meyarlar kimi bir-birini tamamlayır.

Ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlər Azərbaycanda iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli, səmərəli olmasının ən yaxşı sübutu, isbatı sayıla bilər. Bu model üzrə həyata keçirilən siyasət çox qısa zaman ərzində ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olub. İnflyasiya cilovlanıb, Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulub, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilib. Bu dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olub. 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü ill ə rdə isə orta hesabla 10% təşkil edib. 2005-2009-cu illərdə isə real iqtisadi artım tempi müvafiq olaraq 26,4%, 34,5%, 25%, 10,8% və 9,3% olub ki, bu da əhalinin sosial-iqtisadi rifahının daha da yaxşılaması baxımından çox böyük əhəmiyyət kəsb edir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il Azərbaycan Respublikasının növbəti və gələn üç il üzrə iqtisadi-davamlı sosial inkişaf konsepsiyası hazırlanır. Bu baxımdan, “Azərbaycan Respublikasının 2010-cu və gələn üç il üzrə iqtisadi-davamlı sosial inkişaf konsepsiyası” yuxarıda qeyd olunmuş dövlət proqramları ilə əlaqəli şəkildə hazırlanıb. Bu sənəd Azərbaycan Respublikasının 2010-2013-cü illərdə iqtisadi və davamlı sosial inkişafının əsas istiqamətlərini və proqnoz göstəricilərini müəyyən etməklə 2010-cu və sonrakı üç il üçün Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin tərtibini əsaslandırır.

Bütün bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan əsas vəzifələr müəyyənləşdirilib. Bu sıraya ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, regionların inkişafının tarazlaşdır ı lması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılmasını və s. bu kimi vəzifələri aid etmək mümk ündür.

Səs.- 2010.- 14 oktyabr.- S. 6.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.