Press "Enter" to skip to content

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər

Qeyd olunmalıdır ki, elektrik stansiyalarının özəlləşdirilməsi istiqamətində xarici ekspertlərin rəyi nəzərə alınmaqla hazırlanacaq yekun təkliflərin aidiyyəti qurumlarla razılaşdırmaqla yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hökumətə təqdim olunması planlaşdırılır.

“Azərbaycanın ən böyük elektrik stansiyasının modernləşdirilməsində iştirakdan qürur duyuruq”

Azərbaycanın çox gözəl və şanlı paytaxtı Bakıya bir daha gəlmək mənim üçün çox xoşdur. İlk növbədə, “Dongfang Electric Corporation” şirkəti – DEC adından istərdim xüsusilə Mingəçevir şəhərində 1280 meqavatlıq elektrik stansiyasının təməlqoyma mərasimi ilə əlaqədar təbriklərimi sizə ifadə edim.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

“Dongfang Electric Corporation” haqqında məlumat verən Çen Xuacye bildirib ki, Çinin ən qabaqcıl 52 dövlət müəssisəsindən biri olan DEC bu ilin əvvəlinə qədər 90-dan çox ölkədəki qlobal istifadəçilərə ümumilikdə 560 qiqavatdan çox enerji istehsal edən qurğular təqdim edib.

“DEC ilə Azərbaycanın energetika sənayesi arasında dostluq Azərbaycanda tikilməkdə olan ən böyük bərpaolunan enerji layihəsi ilə başlamışdır. Bu, Azərbaycanda ən böyük layihələrdən biri hesab olunur. Bu gün isə biz Azərbaycanın ən böyük elektrik stansiyasının təkmilləşdirilməsi və modernləşdirilməsində iştirak etməkdən daha da böyük qürur duyuruq”, – deyə Dongfang” şirkətinin baş direktoru vurğulayıb.

Milli.Az

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər

Bakı. 29 dekabr. REPORT.AZ/ Yaxın illərdə “Azərenerji” ASC, Energetika Nazirliyi və digər müvafiq qurumlar səmərəliliyə dair investisiya tələblərini özəlləşdirmə şərtlərinə daxil edərək, optimal elektrik stansiyalarının özəlləşdirilməsi imkanlarını nəzərdən keçirəcəklər. “Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Sənədə əsasən, özəlləşdirməyə üstünlük verildiyi təqdirdə, aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələr aparılaraq, strateji baxımdan özəlləşdirmə predmeti olmayan mühüm aktivlər müəyyən ediləcək: “Azərenerji” ekspertlər cəlb etməklə və standart göstəricilərin müqayisəsini aparmaqla, texniki-iqtisadi əsaslandırmalara və təhlillərə əsasən, səmərəliliyinin artırılması zəruri olan elektrik stansiyalarını, habelə bu stansiyalarda səmərəliliyin yaxşılaşdırılması üzrə münasib mexanizmləri müəyyənləşdirəcək. Eyni zamanda, Cəmiyyət səmərəliliyi yüksək olan yeni stansiyalarla təchizatın təhlükəsizliyini təmin etməklə yanaşı, ən səmərəsiz işləyən stansiyaların istismarının dayandırılmasını nəzərdən keçirəcək. Səmərəliliyin artırılması ilə bağlı yerinə yetiriləcək işlərin ölkənin elektrik enerjisi istehsalına göstərə biləcəyi mənfi təsirləri minimuma endirmək məqsədilə elektrik stansiyalarının istismara başlanma vaxtının mərhələli qrafikinə uyğun olaraq, təkmilləşdirmə işləri üçün ən münasib vaxt müddətləri təyin ediləcək”. Sənəddə həmçinin bildirilir ki, “Azərenerji” və Energetika Nazirliyi təchizatçı və ya investor seçmək üçün şəffaf meyarlar əsasında modernləşdirməyə dair tender elan edəcəklər: “Onlar, həmçinin, müvafiq əsas icra göstəricilərini müəyyən edib idarəetmənin monitorinqini aparacaqlar (özəl sektor iştirakçıları üçün icraəsaslı tənzimləmənin həyata keçirilməsi). Daha sonra tender əsasında seçilmiş təchizatçı və ya özəl tərəfdaşla birgə modernləşdirmə işlərinə başlayacaq və işlərin gedişinə nəzarət etmək üçün işin icrasının idarə edilməsi mexanizmlərindən istifadə edəcəklər”. “Strateji Yol Xəritəsii”nə əsasən, bu prioritetin həyata keçirilməsi nəticəsində mövcud portfeldəki təbii qazla işləyən elektrik stansiyalarının səmərəliliyinin artması ilə, 2020-ci ildə real ÜDM-in 70 milyon manat birbaşa və 5 milyon manat dolayı olmaqla, ümumilikdə 75 milyon manat artacağı proqnozlaşdırılır.

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”-nə uyğun olaraq, Komitə tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, bu məqsədlə Komitədə Energetika və İqtisadiyyat nazirlikləri, habelə “Azərenerji” ASC-nin nümayəndələri cəlb olunmaqla işçi qrupu fəaliyyət göstərir.

İlkin mərhələdə işçi qrupu tərəfindən mövcud elektrik stansiyalarında elektrik enerjisinin istehsalının vəziyyəti öyrənilir. Eyni zamanda stansiyaların səmərəlilik göstəriciləri, qoyuluş, imkan və faktiki gücləri təhlil olunur. Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılmalı strateji əhəmiyyətə malik stansiyaların siyahısı dəqiqləşdirilir. Enerji sektorunda özəlləşdirilmə prosesi vasitəsilə səmərəliliyin artırılması və uğurlu nəticələrin əldə edilməsi istiqamətində beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlər ilə müzakirələr aparılır.

Növbəti mərhələdə özəlləşdirilməsinə qərar veriləcək stansiyalara investorlar və ya operator şirkətlərin cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Elektrik enerjisi sektorunda özəl şirkətlərin səmərəli iştirakını təmin etmək məqsədi ilə beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verilir, qabaqcıl ölkələrin praktikası öyrənilir. Hazırda maya dəyəri yüksək olan rentabelsiz stansiyaların özəlləşdirilərək iqtisadi potensialının artırılması ilə bağlı mövcud perspektivlər öyrənilir. Həmçinin bu sektorda rəqabət mühitinə daha tez nail olmaq məqsədi ilə investorlar üçün nisbətən cəlbedici stansiyaların əlavə investisiya qoyuluşu öhdəlikləri ilə özəlləşdirilməsi kimi alternativlər müzakirə olunur.

Kommunal xidmətlər sahəsində özəlləşdirmə, idarəetməyə vermə və dövlət-özəl tərəfdaşlığı modelləri ilə özəl sektorun payının artırılması bu sahədə səmərəliliyin və xidmətlərin keyfiyyət səviyyəsinin yüksəlməsinə imkan verə bilər. Rəqabət qabiliyyətli mühitin formalaşdırılması isə dövlətin büdcə yükünün azaldılmasına, xərclərin minimuma endirilməsinə şərait yaradacaq.

Qeyd olunmalıdır ki, elektrik stansiyalarının özəlləşdirilməsi istiqamətində xarici ekspertlərin rəyi nəzərə alınmaqla hazırlanacaq yekun təkliflərin aidiyyəti qurumlarla razılaşdırmaqla yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hökumətə təqdim olunması planlaşdırılır.

Şahin
BAKU.WS

Похожие статьи

  • Azərbaycanın ailəsi kitabı

    İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO Yuxarıda qeyd etdiyimiz kimi XIX əsr və xüsusilə XX əsrin əvvəllərində Azərbaycanın azsaylı xalqlarının…

  • Azərbaycanın coğrafiya tarixi

    Azərbaycanın hərb tarixi pervin dedi ki: Azərbaycan coğrafiya tarixi Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və…

  • Azərbaycanın dövlət və hüquq tarixi

    Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998-ci ildə…

  • Azərbaycanın böyük elm xadimi nəsirəddin tusi bdu

    Nəsirəddin Tusi haqda ayıran və müstəqil elm kimi tədqiq edən ilk alimdir (2, 337). O, həmçinin fəza Nəsirəddin Tusi fenomeni Azərbaycan xalqı,…

  • Azərbaycanın cografiyası

    Azərbaycanın cografiyası Azərbaycanda işləmiş rusgeoloqlarından Andnrusovun, Boqdonoviçin, Qolubyatinkovun Qafqazda, Qobustanda Abşeronda çöküntülərin…

Comments are closed, but trackbacks and pingbacks are open.