Press "Enter" to skip to content

Azərbaycan bölgəni geosiyasi və geoiqtisadi dəhlizə çevirmək istəyir – İqtisadçı ekspert

Yunus Oğuz

“Azərbaycanın geosiyasəti”

Diqqətəlayiq haldır ki, enerji təhlükəsizliyinin təminatında Azərbaycan hökuməti təkcə neft və qaz ehtiyatlarından istifadə etmək fikrində deyil, eyni zamanda alternativ enerji mənbələrindən (külək və digər bərpa olunan enerji mənbələri) aktiv istifadə etməklə enerji təhlükəsizliyini ən yüksək səviyyəyə qaldırmaq fikrindədir. Qeyd etməliyəm ki, enerjinin fasiləsiz təminatı üçün respublikanın bir çox rayonlarında külək və günəş enerjisini almaq və istifadə etmək üçün qurğular quraşdırılıb və bu proses davam etməkdədir.
Dövlətimizin yürütdüyü milli enerji təminatı və təhlükəsizliyi siyasəti ona imkan verir ki, regionda və dünyada geosiyasi və geoiqtisadi nüfuzu daha da möhkəmlənsin və transmilli sahədə etibarlı tərəfdaşa çevrilsin.
Məhz bu etibarlılıq Azərbaycana imkan verdi ki, Avropa və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynasın, belə ki, “Şahdəniz 2” layihəsi Azərbaycanın strateji tərəfdaşlığının etirbarlılığını artırmaqla yanaşı, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Cənubi Qafqaz qaz kəmərinin genişlənməsinə xidmət edən Trans-Anadolu (TAP) və Trans-Adriatik (TANAP) kəmərlərinin tikintisi Avropaya yeni qaz dəhlizi açır. Belə layihənin işə düşməsi və həyata keçirilməsi dövlətimizin strateji tərəfdaşlarının çoxalması ilə bərabər, onun regionda geosiyasi və geoiqtisadi hansı böyük rolu oynamağını başa düşmək heç də çətin deyil.
Milli təhlükəsizlik siyasətinin dördüncü əsas istiqaməti Azərbaycanın geoiqtisadi müstəqilliyi və təbii ehtiyatların təhlükəsiz istifadəsi siyasətidir.
Hər bir dövlətdə olduğu kimi, Azərbaycanda da regional geoiqtisadi siyasətin əsas vəzifəsi ölkənin geoiqtisadi müstıqilliyini, təbii ehtiyatlarını və iqtisadi maraqlarını təmin etməkdən ibarətdir.
Azərbaycanın geoiqtisadi müstəqilliyi və təbii ehtiyatların təhlükəsizlik istifadəsi siyasəti fikrimizcə özündə aşağıdakı şərtləri ehtiva edir:
1. Milli iqtisadiyyatın inkişaf və təhlükəsizliyinin təmin olunması;
2. İqtisadi həyatın arzuolunmaz xarici təsirlərdən qorunması;
3. Ətraf aləmdən geoiqtisadi asılılığın aradan qaldırılması;
4. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, bununla da ixracın idxalı üstələməsi;
5. Təbii ehtiyatların planlı şəkildə istifadəsi və onların təhlükəsizliyinin təmin edilməsi və s.
Qeyd edək ki, müstəqilliyin ilk illərində Azərbaycanda sosial-iqtisadi böhran milli iqtisadiyyatımızı iflic vəziyyətə salmışdı. Belə ki, bir tərəfdən sosial-siyasi böhran (mitinqlər, müharibə şəraiti, piketlər, burada səslənən siyasi şüarlar, Ali sovet böhranı, hakimiyyət dəyişiklikləri və s.) digər tərəfdən sovetlər birliyindən qalma köhnə avadanlıqların dünya standartlarına cavab verilməməsi, eyni zamanda bu avadanlıqların sökülüb metal qırıntısı kimi satılması sosial-iqtisadi böhranı şərtləndirən amillərdən hesab etmək olar.
Təbiidir ki, ölkədə dayanıqlı siyasət yürüdülmədən, siyasi, iqtisadi, sosial və digər strukturların fəaliyyətinin bərpası mümkün ola bilməzdi. Müəllifin fikrinə görə, Azərbaycanın iqtisadi müstəqilliyi və geoiqtisadi maraqlarının təhlükəsizliyinin bəhs olunan dövr üçün ən uğurlu, səmərəli və faydalı yolu, əlbəttə, ABŞ və Avropa Birliyi ölkələri, Yaponiya, Çin və başqa beynəlxalq güclərlə transmilli əməkdaşlıqdan keçirdi. Uğurlu xarici iqtisadi siyasət yürütməklə bu ölkələrin iqtisadi, maliyyə-texnoloji imkanlarından istifadə etmək, milli iqtisadi inkişafa, geoiqtisadi müstəqilliyə və təhlükəsizliyə nail olmaq mümkün idi. Ölkənin ciddi böhrana düçar edilmiş və dağılmaqda olan iqtisadiyyatını da o dövrdə yalnız xarici iqtisadi strukturların maliyyə-texniki imkanlarından istifadə etməklə qaydaya salmaq olardı. O qeyd edir ki, həmin dövrdə Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatlarını dövriyyəyə buraxmaq və bu əsasla öz iqtisadi inkişafını təmin etmək üçün üç əsas siyasi və maddi resurs lazım idi.
1. Milyardlarla maliyyə vəsaitinin cəlb edilməsi;
2. Dənizdə ən qabaqcıl neft-qazçıxarma və daşıma texnologiyasının əldə edilməsi, onların xaricdən ya təmin, ya da burada istehsal edilməsi;
3. Xəzər hövzəsində, bütövlükdə Avrasiya enerji sektorunda Azərbaycanla tam bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq istəyinə malik olan xarici dövlət və dövlətlər birliyi və transmilli şirkətlərin cəlb edilməsi.
Odur ki, bütün bu işlərin təşkili ölkənin İqtisadi İnkişaf Strategiyasının (İİS) hazırlanması və həyata keçirilməsini zəruri hesab edir. Bütün bunlarla yanaşı Əli Həsənov yazır: “. mütəxəssislər Azərbaycan tipli ölkələrin bütün iqtisadi inkişafını, sosial-mədəni problemlərinin həllini neft amilinin üzərində qurmasını birmənalı mənfi qiymətləndirir və belə ölkələrin gələcək inkişaf perspektivlərinin ürəkaçan olmayacağını proqnozlaşdırırlar. Odur ki, ölkənin iqtisadi inkişafı və təhlükəsizliyində neft gəlirlərindən asılılığın azaldılması, iqtisadiyyatın şaxələndirilməsi, qeyr-neft sektorunun inkişafına nail olunması və s. kimi işlər indiki halda çox ciddi əhəmiyyət kəsb edir, bugünkü və gələcək nəsillərin firavan həyatının təmin edilməsində önəmli rol oynayır. (Bax. s. 941)
Hörmətli professorun yazdıqları çox keçmədi özünü doğrultdu. Belə ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi (bir barrel 30 ABŞ dollarından aşağı) manatın ucuzlaşmasına təkan verdi. Məlum oldu ki, neftdən və qazdan, bütövlükdə karbohidrogen qiymətlərinin ucuzlaşması fonunda yeni istehsal yerlərinin və s. işləməsi Azərbaycanı bu asılılıqdan, dərin böhrandan qurtara biləcək amillərdən biridir. Hələ 2010-cu ildə (Bax. s. “Azərbaycan qəzeti”. 19.01.2010) Azərbaycan prezidenti İlham Əliyev qeyd edir ki, neft gəlirlərindən istifadə etməklə, qeyri-neft sektorunun inkişafının təmin olunması ölkənin bütün regionlarının infrastrukturlarının yenidən qurulması, əksər sosial-iqtisadi və əmək ehtiyatlarının işə salınması və səmərəli istifadəsi Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsasını təşkil etməlidir.
Müəllif bu paraqrafı yekunlaşdıraraq yazır ki, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olunması, yeni iş yerlərinin açılması, inflyasiyanın idarə edilməsi, beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlığın davam etdirilməsi, xarici borcların səviyyəsinin nəzarətdə saxlanılması, Azərbaycanın və neft gəlirlərindən asılılığın getdikcə aradan qaldırılması milli təhlükəsizlik siyasətinin əsas vəzifələrindən biridir və bütün bunların davamlı şəkildə həyata keçirilməsini zəruri edir.
Milli Təhlükəsizlik siyasətinin beşinci əsas istiqaməti Azərbaycanın ictimai-siyasi, sosial, etnik və insan ehtiyatlarının təhlükəsiz istifadəsi və idarə olunması siyasətidir.
Bu kitabda müəllifin göstərdiyi milli təhlükəsizlik siyasətinin bütün istiqamətləri vacib olduğu qədər, həm də aktualdır və beşinci istiqamətdə bu sistemin tərkib hissəsi olduğunu göstərməkdə o yanılmır, çünki ictimai-siyasi, sosial, etnik siyasət balanlaşdırılmasa, insan ehtiyatlarından səmərəli istifadə olunmazsa, nə xaricdən və daxildən gələn təhdidlərin qarşısını ala biləcəyik, nə də stabillik yaranmazsa digər istiqamətləri inkişaf etdirə biləcəyik.

Yunus Oğuz

Azərbaycan bölgəni geosiyasi və geoiqtisadi dəhlizə çevirmək istəyir – İqtisadçı ekspert

“Bizim üçün ən vacib və əhəmiyyətli olan Naxçıvanın blokadadan çıxmasıdır. Bu strateji əhəmiyyət daşıyan bir məsələdir. Uzun müddət ərzində Naxçıvanın coğrafi blokadada qalması onun iqtisadi inkişafına da neqativ təsirlər göstərib. Naxçıvandan əsas iqtisadiyyata və əks istiqamətdə yük daşımalarında ciddi problemlər var. Bunlar biznesin xərclərini artırır. Eyni zamanda vaxt itkisinə, əlavə vəsait itkisinə səbəb olur. İran üzərindən daşımalar zamanı iki gömrük məntəqəsindən keçmə həm xərc aparandı həm də zaman itkisinə gətirib çıxarır”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun fikrincə bütün bunlar Mehri dəhlizi istifadəyə veriləcəyi təqdirdə aradan qalxacaqdır.

“Bundan sonra həm də əmək bazarları arasında çox sıx qarşılıqlı münasibətlərin formalaşması imkanı yaranacaq. Naxçıvanda əmək bazarı kiçikdir. Ola bilsin ki, bir sıra fəaliyyət sahələrində lazım olan kadrların əldə edilməsi çətin olur. Amma əsas iqtisadiyyatdan da ora kadr cəlb edilməsində problem olur. Yol açıldıqdan sonra isə təsəvvür edin ki, Naxçıvan sakini rahat şəkildə Zəngilanda, Cəbrayılda, Qubadlıda iş tapa bilər. Hətta gündəlik olaraq gəlib işləyib evinə qayıda bilər. Çünki Muxtar Respublikanın elə yeri var ki, oradan Naxçıvan şəhərinin mərkəzinə daha çox vaxt aparır nəyinki həmin tranzit yolla Qarabağ bölgəsinə daxil olmaq. Paralel olaraq əsas iqtisadiyyatdan da əsasən peşəkar kadrların Naxçıvanda iş təkliflərini qiymətləndirmək imkanları yaranacaq. Yəni nəticə etibarı ilə əmək bazarının özünün belə inteqrasiya imkanları yaranacaq”.

Ekspert deyib ki, digər məsələ Naxçıvanın xüsusilə də İran və Türkiyyə ilə dəmir yolu infrastrukturunun əlaqələndirlməsidir:

“Onun tranzit ötürmə qabiliyyətinin əhəmiyyətli səviyyədə artırılması əlavə gəlir imkanı yaradır. Əgər düzgün qiymətləndirmə aparılarsa, müvafiq infrastruktur formalaşdırılarsa, biznes mühiti müəyyən qədər liberallaşarsa bu dolayısı ilə həmin bölgədə ciddi turizm potensialı da yarada bilər. Belə ki müasir turizm marşrutları kompakt elementləri özündə birləşdirir. Hər hansı bir istiqamətdə səyahət edən insanlar bir səfər çərçivəsində bir neçə ölkəni görmək istəyir. Bu mənada Türkiyə- Naxçıvan-Azərbaycanın Qarabağ və digər əraziləri üzərində turizm marşrutları hazırlamaq mümkündür. Hətta Qarabağ-Naxçıvan-İran üzərindən çox maraqlı və cəlbedici turizm marşrutları da təşkil etmək olar. Bütün bunlar Naxçıvan üçün bir iqtisadi baza formalaşdırır”.

R.Həsənliyə görə tranzit əlaqələndirmə nəticəsində Türkiyyə ilə Azərbaycan arasındakı daşımalarda müəyyən iqtisadi mənfəətlilik və zaman itkisi ilə bağlı problemlərin həlli məsələsi gündəmə gəlir:

“Artıq xüsusilə də Türkiyənin Güney Doğu bölgəsindən Naxçıvan üzərindən Azərbaycanın qərb bölgəsinə, Qarabağa yüklərin və sərnişinlərin daşınma müddəti dəfələrlə aşağı düşə bilər. Bu, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin inkişafına şərait yaradacaq. Gələcəkdə Qarabağın bərpası ilə bağlı prosesdə böyük ehtimalla Azərbaycana dəstək verən ölkələr o cümlədən Türkiyə aktiv şəkildə iştirak edəcəkdir. Müvafiq prosesin həyata keçirilməsinin çevik şəkildə edilməsində həmin dəhlizin rolu müsbət olacaq. Digər tərəfdən Azərbaycan demək olar ki müstəqillik dövrü ərzində bölgəni geosiyasi və geoiqtisadi dəhlizə çevirmək kimi bir mövqe ortaya qoyub. Bu istiqamətdə də müvafiq imkanlar yaranacaq. Artıq Rusiyadan yüklər dəmir yolu vasitəsilə rahat şəkildə İran və Türkiyəyə başqa alternativlərdən istifadə etmədən çatdırıla biləcək. Eyni zamanda Naxçıvan üzərindən İranın bir çox bölgələrinə Rusiyanın məhsullarının rahat şəkildə daşınmasını təmin etmək olacaq. Bəzi məhsul növləri var ki, onlar iri həcm tutumlu deyillər və bu gün dünya təcrübəsində biznes onların daha çox avtomobil yolu ilə daşınmasına üstünlük verir. Naxçıvana həm dəmir yolu həm də avtomobil yolunun açılması nəzərdə tutulduğundan bizdə hər iki variantı həyata keçirmək imkanı olacaq. Bu da son nəticədə Azərbaycanın tranzit gəlirlərini artıracaq. Perspektivdə isə dolayısı ilə Azərbaycanın müvafiq ölkələrlə əməkdaşlıqda siyasi mövqelərini də gücləndirəcək. Proseslər Azərbaycanda məhz bu istiqamətdə inkişaf edə bilər. Bunun üçün güclü potensial var”.

Eksper hesab edir ki, konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə sözügedən nəqliyyat dəhlizləri Ermənistanı regionda ən şanslı ölkəyə çevirə bilər, iqtisadiyyatı üçün 20-30 % əlavə gəlir mənbəyi yaradar: “Xüsusilə dəmir yolu infrastruktrunun formalaşdırılması baxımından Ermənistanın kifayət qədər qazancları olacaq. Belə ki, Ermənistanla İran arasında dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı layihələr müzakirə olunur və onlar çox bahalı layihələrdir. Bu nöqteyi nəzərdən Mehridən keçəcək dəmir yoluna qoşulmaqla Ermənistan çox rahat şəkildə öz məhsullarını əsas ticarət tərəfdaşı olan İran bazarına çatdıra biləcək. Eyni zamanda dolayısı ilə Naxçıvan üzərindən Türkiyə bazarına oradan da hətta Avropa bazarına çıxış üçün rahat imkanlar əldə edəcək. Nəticə etibarı ilə Ermənistan yuxarıda qeyd etdiyimiz turizm marşrutlarına da daxil edilə bilər. Yəni bu dəhlizlər turizm aspektindən də onun üçün çox böyük bir bazar formalaşdıracaq. Bütövlükdə götürsək blokadadan çıxmanın özü Ermənistan iqtisadiyyatının xüsusilə də ticarətin inkişafı üçün bu prosesdə iştirak edən sahibkarlıq subyektlərinin xərclərinə qənaət baxımından, prosesin özündə mənfəət normasının artması baxımından çox böyük imkanlar yaradacaq”. (Report)

Comments are closed, but trackbacks and pingbacks are open.