Azrbaycanın iqtisadi coğrafiyasl
Təbii şərait dedikdə ətraf mühitin xassələrinin cəmi- ərazinin coğrafi mövqeyi, relyefi, iqlimi, daxili suları, torpaq-bitki örtüyü, heyvanat aləmi və təbii ehtiyatları başa düşülür. Təbii şərait kənd təsərrüfatına, faydalı qazıntı yataqlarının mənimsənilməsinə və nəqliyyata daha çox təsir göstərir. Azərbaycanın təbii şəraiti əlverişlidir. Lakin bəzi ərazilər – Böyük və Kiçik Qafqazın dağlıq relyefi, Qobustanın, Ceyrancölün quraq iqlimi və susuzluğu bu ərazilərin mənimsənilməsini çətinləşdirir.
Optimistic blog
Azərbaycanda 66 rayon, 70 şəhər, 192 şəhər tipli qəsəbə, 4242 kənd var. Son illərdə Azərbaycanda Xızı, Qobustan, Siyəzən, Samux, Sədərək, Ağstafa, Kəngərli rayonları yaradılıb. Ərazimizin 65%-nin iqlimi subtropik, 33%-ininki isə mülayimdir. Azərbaycanda qışın mülayim keçməsi – əhalinin yanacağa və isti paltara çəkilən xərclərini azaldır, ilboyu mal-qaranın təbii otlarla qidalanmasına, ildə iki dəfə məhsul götürməyə imkan verir. Azərbaycan Ermənistandan başqa digər 4 qonşu ölkə ilə və Iran ərazisindən keçməklə Naxçıvanla iqtisadi əlaqələr yaradır.
Avropa və Asiya ölkələrinə göndərilən yüklərin xeyli hissəsi Bakı-Türkmənbaşı gəmi-bərə xətti ilə daşınır. Xəzər dənizindəki Azərbaycan gəmiləri Volqa-Don və Volqa-Baltik kanalları vasitəsilə dünya okeanına çıxır. «Böyül Ipək yolunun» – Avrasiya (Transqafqaz) nəqliyyat dəhlizinin-bərpası, Xəzər hövzəsində dünyanın iri neft rayonunun kəşfi və s. ilə bağlı Azərbaysanın geosiyasi mövqeyinin əhəmiyyəti artmışdır. Yaxın vaxtlarda Rusiya və Iran dəmir yollarının Azərbaycan ərazisi vasitəsilə birləşdiriləcəyi gözlənilir. Bu məqsədlə Iran ərazisindən Astara şəhərinə qədər dəmir yol xətti çəkiliməlidir. Eyni zamanda Iran dəmir yol xətləri Pakistan və Hindistan dəmir yolları ilə birləşdiriləcək. Nəticədə Azərbaycan Avropa ilə Asiyanı bir-biri ilə birləşdirən nəqliyyat dəhlizi-koridoru olacaq. Lakin dünya okeanına birbaşa çıxışın olmaması, Ermənistanla qonşuluq təsərrüfatın inkişafına mənfi təsir göstərir.
Təbii şərait dedikdə ətraf mühitin xassələrinin cəmi- ərazinin coğrafi mövqeyi, relyefi, iqlimi, daxili suları, torpaq-bitki örtüyü, heyvanat aləmi və təbii ehtiyatları başa düşülür. Təbii şərait kənd təsərrüfatına, faydalı qazıntı yataqlarının mənimsənilməsinə və nəqliyyata daha çox təsir göstərir. Azərbaycanın təbii şəraiti əlverişlidir. Lakin bəzi ərazilər – Böyük və Kiçik Qafqazın dağlıq relyefi, Qobustanın, Ceyrancölün quraq iqlimi və susuzluğu bu ərazilərin mənimsənilməsini çətinləşdirir.
Kür-Araz və Lənkəran ovalığında, Abşeronda orta illik temperatur +14,5 0 C olduğundan burada istilik sevər bitkilər əkmək və ildə iki dəfə məhsul götürmək olar. Lakin bu ərazilərdə yağıntı ilin soyuq dövründə düşdüyündən süni suvarmaya ehtiyac var.
İqtisadi-coğrafi mövqe
Qonşu ölkələr arasında mədəni, iqtisadi və siyasi əlaqələr mövcud olduqda, dövlət sərhədləri “birləşdirici” funksiya daşıyır. Ölkələr arasında münaqişə olduqda isə sərhədlər “ayırıcı” xüsusiyyətə malik olur. Azərbaycan yalnız Ermənistanla “ayırıcı” sərhədlərə malikdir.
Azərbaycan qonşu ölkələr arasında Rusiya ilə daha sıx əlaqələrə malikdir. Bu əlaqələr əsasən şimal istiqamətində uzanan Bakı – Rostov dəmir və avtomobil yolları vasitəsilə həyata keçirilir. Bakı və Gəncə şəhərlərindən Rusiyanın müxtəlif şəhərlərinə hava xətləri də fəaliyyət göstərir.
Gürcüstanla əlaqələr Bakı – Qazax – Tbilisi, Bakı – Ağstafa – Rustavi dəmir və avtomobil yolları, həmçinin Balakən – Loqotexi şosse yolu vasitəsilə həyata keçirilir. Gürcüstanda 500 mindən çox azərbaycanlı yaşayır ki, onların mədəni, mənəvi və maddi tələblərinin ödənilməsində respublikamızın rolu da az deyil. Soydaşlarımızla bu əlaqələrin saxlanılmasında Gürcüstana çəkilmiş elektrik xətlərinin, neft və qaz kəmərlərinin əhəmiyyəti danılmazdır. Bu nəqliyyat yolları, əsasən Abşeron, Kür-Araz və Gəncə-Qazax iqtisadi rayonlarının ərazisindən keçir.
İranla əlaqələrin güclənməsində yeni yaradılmış sərhəd-keçid məntəqələrinin (Astara, Biləsuvar, Cəlilabad, Babək və Sədərək rayonlarında), Araz çayı üzərində salılan körpülərin böyük rolu olmuşdur. İranla birgə tikiləcək Ordubad, Xudafərin və Muğan SES-lərinin tikilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin artmasına səbəb olacaq. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yol əlaqələri kəsilmişdir. İran ərazisindən keçərək Naxçıvana çəkilən yol da Azərbaycan – İran əlaqələrinin inkişafina xidmət edəcək.
Naxçıvanın Sədərək rayonundan keçən nəqliyyat yolları Azərbaycan-Türkiyə əlaqələrinin həyata keçirilməsində mühüm rol oynayır.
Azərbaycanın İCM-nin ən müsbət cəhətlərindən biri şərqdə Xəzər gölü ilə əhatələnməsidir. Dörd xəzərsahili dövlətlə dəniz nəqliyyat əlaqələri yaratmaq imkanı verməyi ilə yanaşı, Xəzər dənizi Azərbaycan gəmilərinin dünya okeanına çıxmasına da şərait yaradır. Belə ki, gəmilərimiz Volqa-Don kanalı vasitəsilə Atlantik okeanının Azov və Qara dənizlərinə, Volqa-Baltik kanalı vasitəsilə Baltik dənizinə, Volqa-Ağ dəniz kanalı vasitəsilə isə Şimal Buzlu okeanının Ağ dənizinə çıxa bilirlər. Əfsuslar ki, göstərilən istiqamətlərdə gəmilərin hərəkəti qış aylarında mümkün olmur. Buna səbəb Xəzərin şimal hissəsinin və Volqa çayının qışda donmasıdır.
Son illərdə Azərbaycanın İCM-də əhəmiyyətli irəliləmələr, qloballaşmağa doğru iri addımlar müşahidə edilir. Bu ilk növbədə neft sənayesinin surətli inkişafı, yeni neft yataqlarının istifadəyə verilməsi və yeni neft kəmərlərinin çəkilməsi ilə bağlıdır. Qlobal əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin çəkilməsi də bu qəbildən olan hadisədir. Bu neft kəmərinin birbaşa Aralıq dənizinə çıxması, onun Bakı – Novorossiysk və Bakı – Supsa neft kəmərləri ilə müqayisədə daha əhəmiyyətli sayılmasına səbəb olmuşdur.
Yuxarıda qeyd olunan real layihələr, həmçinin yaxın gələcəkdə həyata keçiriləcək bir sira beynəlxalq layihələr Azərbaycanın İCM-nin əlverişliliyinin artmasına və respublikamızın mühüm trazit ölkəyə çevrilməsinə səbəb olub.
Həmçinin bax:
Azərbaycanın coğrafi mövqeyi
- Teqlər:
- Azərbaycanın coğrafi mövqeyi
Похожие статьи
-
Azrbaycanın xarici iqtisadi laqlri
Azrbaycanın xarici iqtisadi laqlri Dəmir yolu nəqliyyatı Azərbaycanda yük daşımaları həcminə görə 1-ci yer tutur. Yük daşımanın 70%-i, sərnişin daşımanın…
-
Azərbaycan və gürcüstan iqtisadi əlaqələri
Azərbaycan Gürcüstanla iqtisadi-ticari əlaqələri müzakirə etdi Dəmir yolu nəqliyyatı Azərbaycanda yük daşımaları həcminə görə 1-ci yer tutur. Yük…
-
Azərbaycan və gürcüstan arasında iqtisadi əlaqələr
Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib İclasın yekununda Baş nazirlər Əli…
-
Azrbaycanın mdb ölklri il iqtisadi laqlri
Millət vəkili: MDB iqtisadi məkanı Azərbaycan üçün əsas yerdir Arzu Qurbanzadə Azərbaycan MDB ölkələri ilə yaxşı əlaqələrə və iqtisadi əməkdaşlığa…
-
Azerbaycanin iqtisadi sosial cografiyasi
Azerbaycanin iqtisadi sosial cografiyasi Avropa və Asiya ölkələrinə göndərilən yüklərin xeyli hissəsi Bakı-Türkmənbaşı gəmi-bərə xətti ilə daşınır. Xəzər…
Comments are closed, but trackbacks and pingbacks are open.