Press "Enter" to skip to content

Azrbaycanın milli tarix muzeyi

Nasir Vaqif oğlu Quluzadə

Azərbaycan Milli Elmlər Akademiyası

– Fondların yeni eksponatlarla zənginləşməsi (7000-dən artıq), fond materiallarının bərpası, pasportlaşdırılması, kompyutertestləşdirilməsi.

– Muzey materialları əsasında toplu, kataloq, kitab və kitab-albomların nəşri.

– Beynəlxalq və respublika səviyyəli elmi konfransların, seminarların keçirilməsi.

– Dünya muzeyləri ilə əlaqələrin genişlənməsi.

Elmi şura

– sədr

– katib

– üzvləri

Nailə Məmmədəli qızı Vəlixanlı

Fərhad Rafiq oğlu Cabbarov

Əli Məhəmməd oğlu Rəcəbli

Adil Əliş oğlu Məmmədov

Şahin Fazil oğlu Fərzəliyev

Nərgiz Ağasəlim qızı Əliyeva

Məhfuzə Hacı qızı Zeynalova

Zərifə Aleksandrovna Dulayeva

Bəxtiyar Sahib oğlu Sayılov

Səbuhi Əhməd oğlu Əhmədov

Nasir Vaqif oğlu Quluzadə

Gülzadə Sərxan qızı Abdulova

Təhsib Əmiryusif oğlu Zəvərli

Bəhman Bəhram oğlu Kərimov

Firdovsiyyə Firdovsi qızı Əhmədova

Gülşən Alik qızı Əliyeva

Gənc alimlər və mütəxəssislər şurası

– sədr

– katib

Bəhman Bəhram oğlu Kərimov

Ramiyə Damət qızı Həsənova

Nasir Vaqif oğlu Quluzadə

Fərhad Rafiq oğlu Cabbarov

Təhsib Əmiryusif oğlu Zəvərli

Əli Rizvan oğlu Fərhadov

Sənubər Fərhad qızı Qasımova

İlahə Xəlil qızı Xantəmirova

Günay Əliağa qızı Süleymanova

Nərmin Davud qızı Bağırova

Elmira Rəfael qızı Əkbərova

Aygün Musa qızı Məmmədova

Sənurə Tarix qızı Dostiyeva

Nuridə Nurəddin qızı Hüseynova

Tural Arif oğlu Nəbiyev

Aidə Zahid qızı İsmayılova

Aynurə Zakir qızı Əliyeva

Aygün Qəni qızı Quliyeva

Həmkarlar təşkilatı

– sədr

– sədr müavini

– katib

Gülşən Alik qızı Əliyeva

Könül Nəcəfqulu qızı Manafova

Mehriban Vaqif qızı Mehdiyeva

Nasir Vaqif oğlu Quluzadə

Ramiyə Damət qızı Həsənova

Fatma Məhərrəm qızı Qəniyeva

Mədəniyyət

Azərbaycanın böyük muzeylərindən biri — 1920-ci ildə əsası qoyulmuş Dövlət Tarix Muzeyi şəhərin ən gözəl yerlərindən birində, məşhur neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-96-cı illərdə tikilmiş malikanəsində yerləşir. 1921-ci ilin mayından fəaliyyətə başlayan muzeyin 1936-cı ilə qədər adı Azərbaycan SSR-in Dövlət Muzeyi olub və elmi-tədqiqat sahəsində əvəzedilməz rol oynayıb. Bədii-tarixi dəyərlərə əsaslanaraq 1920-30-cu illərdə təbiət, tarix, teatr, ədəbiyyat, din və ateizm muzeyləri, Şirvanşahlar sarayı muzey qoruğu, əlyazmalar fondu (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu oldu) yaradıldı. Ərsəyə gəldiyi ilk gündən mədəni-maarif sahəsində fəaliyyətini gücləndirərək Milli Elmlər Akademiyası strukturunda elmi-tədqiqat müəssisəsinə çevrildi. Bu dövrlər ərzində muzeyin elmi-tədqiqat planına Azərbaycan tarixinin bütün dövrlərinin öyrəniləsi və ekspozisiyada göstərilməsi ən ümdə məsələ kimi daxil olub.

Bu muzey Azərbaycan ərazisində olan bütün qədim maddi-mədəniyyət abidələrinin elmi tədqiqatı ilə məşğuldur. 60-70-ci illərdə arxeoloqlar tərəfindən görülən səmərəli işlər sayəsində muzey ölkənin qabaqcıl arxeoloji tədqiqat mərkəzinə çevrilir. Muzeydə 300 mindən çox maddi-mənəvi mədəniyyət nümunəsi var ki, bunlar 6 bölmədə qorunur. 93 mindən çox eksponat arxeologiya şöbəsinin fondunda qorunur ki, bunlar Azərbaycan tarixinin paleolit dövründən başlayaraq orta əsrlərədək olan dövrü əhatə edir. Burada daşdan düzəldilmiş əmək alətləri, misdən, dəmirdən hazırlanmış əmək və məişət əşyaları, gil və çini qablar, zərgərlik nümunələri qorunub saxlanılır. Müxtəlif dövrlərə aid Azərbaycan tarixinin və dövlətçiliyinin öyrənilməsində çox böyük əhəmiyyətə malik olan 150 mindən çox sikkə və əskinaslar numizmatika fondunu bəzəyir. Azərbaycan ərazilərindən aşkar edilmiş qızıl, gümüş, mis pullar həm dövlətçilik tariximizin, həm də digər dövlətlərin varlığını sübut edən dəlillərdən biridir. Numizmatika fondunda şərq pullarının sayının çoxluğuna görə o dövrkü SSRİ ərazisində Azərbaycan yüksək yerlərdən birini tutur. Numizmatika fondunda pullarla bərabər nişanlar, möhürlər, poçt markaları, kağız pulların nişanları mövcuddur ki, bütün bunlar xalqımızın tarixinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Muzeyin yarandığı vaxtdan burada etnoqrafiya fondu fəaliyyət göstərir ki, bu da xalqımızın təsərrüfat və məişət həyatına aid 9 min eksponatı əhatə edir. Nəfis bəzədilmiş mis qablar, Azərbaycanın müxtəlif bölgələrinə aid gözəl naxışlarla bəzədilmiş əl işi sayılan kişi və qadın geyimi nümunələri də xüsusi tarixi-bədii əhəmiyyət kəsb edir. Muzeydə həm də müxtəlif xalça və xalça məmulatları – cecim, keçə, toxunma çanta, məişət torbaları və bir çox işlər əsil sənət nümunələri olmaq etibarilə öz milli dəyərini və yüksək keyfiyyətini saxlamağa nail olmuşdur.

Muzeyin fondu daim zənginləşməkdə davam edir. Burada 4 min yaşı olan arxeoloji tapıntılar, qızıl əşyalar da var.

Muzeyin birinci mərtəbəsinin ekspozisiyasında daş dövrünün primitiv icmaları (2 milyon il əvvəl), tunc və dəmir dövrləri (6 yüz min il əvvəl), qədim və yaxın orta əsrlər dövrü (e.ə. IX əsrdən XII əsrə qədər), XII-XV əsr Azərbaycan mədəniyyəti, XVI-XVII əsr Azərbaycan elmi və xalq təsərrüfatı ilə bağlı məlumatlar sərgilənir.

II mərtəbənin sərgisində XVII əsrin sonu XIX əsrin əvvəlləri, Rusiyanın Azərbaycanı işğalının əvvəli – 1801-1813-cü illər və sonu — 1826-1828-ci illər haqqında, Şimali Azərbaycan (1830-1870), XIX əsr ağac emalı, xalça işi və ipək istehsalı, ticarət, iqtisadiyyatın, elmin, təhsilin və mədəni həyatın inkişafı, eyni zamanda yayılmış inanclar, adətlər, I Dünya müharibəsində ölkənin vəziyyəti, 1918-ci il soyqırımı və müasir dövrdə ölkənin siyasi-hərbi vəziyyəti öz əksini tapıb.

2007-ci ildə Muzeyin binasında məşhur mesenat və filantrop Hacı Zeynalabdin Tağıyev və onun ailəsinə həsr edilmiş memorial muzey otağı təsis edilib. Muzey yenidən bərpa edilmiş 9 otaqdan ibarətdir: Hacı Zeynalabdin Tağıyevin otağı, şərq üslublu qonaq otağı, kitabxana, bilyard otağı, yemək otağı, buduar, yataq otağı və geyim otağı. Burada orijinal mebel və Tağıyevin şəxsi əşyalarını görə bilərsiniz.

Похожие статьи

  • Azrbaycanın milli parkları

    Milli parklar Altıağac Milli Parkının meşəlikləri və çəmənlikləri də yaz peyzajı ilə göz oxşayır. SON DƏQİQƏ Yaz fəsli Azərbaycan təbiətində xüsusi…

  • Azrbaycanın milli tarix muzeyinin srlri

    Ozarbayjon Milliy tarixi muzeyi – National Museum of History of Azerbaijan O’zbekiston tarixi Davlat muzeyining yangi ekspozitsiyasi O’zbekiston hududida…

  • Azrbaycanın milli thlüksizliyi

    31 mart – azərbaycanlıların soyqırımı: tariximizin qanlı salnaməsi – Şamaxı zəlzələsi 1667-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ nəticəsində 80 min insan…

  • Azərbaycan tari xi muzeyi ni n jurnali 2018

    Azərbaycan tari xi muzeyi ni n jurnali 2018 Bu muzeydə də işçilərin bir çoxu başını telefonla qatırdı, ancaq otağa girəndə ayağa qalxan və insanları…

  • Azerbaycan xalca kitab xalca muzeyi

    Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimi keçirilib Xalça sənəti Qobustan qaya rəsmləri, Möminə Xatun məqbərəsi, Şəki…

Comments are closed, but trackbacks and pingbacks are open.