Press "Enter" to skip to content

Azərbaycanda seysmik baxımdan ən təhlükəsiz şəhər

“Türkiyədəki dəhşətli zəlzələdən sonra tikinti şirkətləri sizdən rəy istəyirlərmi, bilirik ki, əvvəllər sizin mərkəzdən belə rəylər alınıb” sualına da mərkəz direktoru cavab verdi: “Mən əvvəldə də qeyd etdim, xahiş edirəm, tikinti məsələləri ilə bağlı sualları aidiyyəti orqanlara ünvanlayasınız. Biz bu məsələyə cavabdeh deyilik”.

Bakı Forumunda Çinin qlobal inkişaf və təhlükəsizlikdə rolu müzakirə edilib – FOTO

Azərbaycan paytaxtında keçirilən “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu martın 10-da işini panel iclaslarla davam etdirib.

Trend xəbər verir ki, günü dördüncü, ümumilikdə Forumun isə 7-ci panel iclası “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” mövzusuna həsr olunub.

Tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Serbiyanın sabiq Prezidenti Boris Tadiçin moderatorluğu ilə keçirilən iclasda Çinin dünya iqtisadiyyatında artan rolu, ictimai inkişaf və təhlükəsizliyə təsirindən danışılıb.

Boris Tadiç bildirib ki, Çində inkişafın səbəbi davamlı islahatların aparılmasıdır. Qeyd edilib ki, bu, Çinin gələcəyi deməkdir və dünyanın inkişafına stimul verir. Moderator dünyanın qarşılaşdığı problemlər fonunda Çinin təcrübəsini öyrənməyin önəmini vurğulayıb. O, Çinin “Bir kəmər, bir yol” layihəsinin əhəmiyyətini qeyd edib, bu layihənin bir çox ölkələrin inkişafına təsir göstərdiyini bildirib.

Qlobal Bakı Forumunda ilk dəfə iştirak etdiyini və bundan məmnunluq duyduğunu bildirən Çinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin Almaniyada sabiq səfiri Vu Honqbo Forumun mühüm beynəlxalq platforma olduğunu deyib, bu imkanı yaratdığına görə Azərbaycan rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü ifadə edib.

Son üç ildə Çində və bütün dünyada böyük dəyişikiliklərin baş verdiyini qeyd edən Vu Honqbo deyib: “Pandemiya, iqlim dəyişikliyi, münaqişələr dünyamıza baha başa gəldi. Hazırda planetimizdə qeyri-müəyyənlik və qeyri-sabitlik müşahidə olunur. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan söhbət gedə bilməz. Çinin təşəbbüslərindən biri də qlobal inkişafdır. Bu təşəbbüs bir neçə əsas sütun üzərində qurulub. Bunlardan inkişaf, innovasiya, harmoniyanı qeyd edə bilərəm”, – deyə Vu Honqbo vurğulayıb.

Təhlükəsizlik və inkişafın bir-biri ilə sıx bağlı, ölkəsinin dayanıqlı inkişafın tərəfdarı olduğunu qeyd edən xüsusi nümayəndə Çinin sülh istədiyini və başqa ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını diqqətə çatdırıb.

Kamboca Milli Assambleyasının sədr müavini Xuon Soudari Forumun və məhz panel müzakirələrin qlobal inkişafın və təhlükəsizliyin təmin edilməsinə töhfə verəcəyinə ümid bəslədiyini bildirib. Soyuq müharibələrə son qoyulmasının vacibliyini qeyd edən Xuon Soudari deyib: “Çin bu mövzuda dünyada ən fəal ölkələrdəndir. Digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan Çin hökuməti sülhün, sabitliyin bərqərar olması üçün təşəbbüs göstərir”.

Macarıstanın sabiq Baş naziri Peter Medyeşi isə bildirib ki, 10 il bundan əvvəl analitiklər Çinin uğursuzluğa düçar olacağını desələr də, bu baş vermədi. Çin son 35 ildə vacib aktora çevrilib. Bu ölkə COVID-19 pandemiyasından sonra özünü inkişaf etdirib və orada yoxsulluğun qarşısı alınıb. Çin, eyni zamanda, çox vacib tərəfdaşdır.

Azərbaycanda olmaqdan və Bakı Forumunda iştirakdan qürur və məmnunluq duyduğunu dilə gətirən Pakistanın sabiq Baş naziri Şövkət Əziz Qlobal Bakı Forumunun önəmini vurğulayıb. Bu tədbirin zamanında və məqamında keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanda seysmik baxımdan ən təhlükəsiz şəhər

“Ermənistanda zəlzələyə davamlılıq baxımından ən təhlükəsiz şəhər Gümrüdür. İrəvanda isə vəziyyət daha mürəkkəbdir”. Bunu “Novosti-Armeniya”ya müsahibəsində Ermənistanın Ərazi Seysmik Mühafizə Xidmətinin baş eksperti, geologiya elmləri doktoru, professor Sergey Nazaretyan deyib. “1988-ci ildə Gümrüdə (keçmiş Leninakan – red.) güclü zəlzələ baş verdi. Möhkəm olmayan bütün binalar uçdu. Yalnız zəlzələyə ən davamlıları qaldı. Sonradan Gümrüdə zəlzələyə daha davamlı, 7-9 bal gücündə təkanlara tab gətirəcək binalar tikildi. Təəssüf ki, İrəvanda vəziyyət bir qədər fərqlidir, bu da narahatlıq doğurur”, – Nazaretyan bildirib.

Onun fikrincə, ən çox narahatlığı doğuran Xruşşovun dövründə tikilən çoxmənzilli binalardır. Lakin o, əmindir ki, Stalin dövründən qalma binalar daha davamlıdır. “Çünki onların həcmli və qalın divarları əlavə sabitliyi təmin edir. Məktəblərlə bağlı vəziyyət də narahatedici olaraq qalır. Onların da diqqətə ehtiyacı var”, – seysmoloq bildirib.

O, habelə səhiyyə sahəsində ciddi problemlərə işarə edərək deyib ki, tibb ocaqlarının binaları da yüksək seysmik müqavimətə malik deyil ki, bu da fövqəladə hallar zamanı əlavə risk və problemlər yarada bilər.

Bəllidir ki, Azərbaycan da Cənubi Qafqaz kimi seysmik zonada yerləşir. Görəsən, ölkəmizdə seysmik sakitlik baxımından ən təhlükəsiz şəhər və ya məkan haradır? Bəs məktəblərimiz və tibb binaları güclü zəlzələyə nə dərəcədə davamlıdır?

Xatırladaq ki, iqtisadçı deputat Vahid Əhmədov keçən həftə ölkədə 9 mərtəbədən hündür binaların inşasının qadağan edilməsi barədə təklif səsləndirib.

Milli.Az bildirir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda bölgələrin əksəriyyəti seysmoaktiv sayılır: “Ümumiyyətlə, Azərbaycan 8-9 ballıq zonada, seysmoaktiv bölgədə yerləşir. Hansı ərazini götürsəniz, səkkiz də var, doqquz da var. O ki qaldı tikililərlə bağlı məsələyə, buna cavab vermək bizim səlahiyyətimizdə deyil. Biz ərazinin seysmikliyini, onun ballıq olduğunu təyin edib, tədqiqat aparırıq, dəqiqləşdirirk ki, bura 8 ballıqdır, yoxsa doqquz ballıq. Qaldı ki, “Xruşovka”, “Leninqrad” proyektlərinə, bildiyim qədər onların müddəti sona çatıb. Bunu aidiyyəti qurumlar daha yaxşı bilər”.

Mərkəz direktoru Hacıqabulda bir gündə 5 dəfə zəlzələnin baş verməsi məsələsinə və digər rayonlarda da zəlzələnin olub-olmayacağı məsələsinə belə fikir bildirdi: “Hacıqabul rayonunda xırda təkanlar var idi, bir az aktivlik var idi, təkanlar 5 dəfə olduğuna görə biz o məlumatı verdik. Ümumiyyətlə, respublika ərazisində yaxın günlərdə dəhşətli-qorxulu zəlzələ olma ehtimalı yoxdur. Ümumiyyətlə, kim deyir ki, zəlzələ olmur, bu işlə məşğul olmayanlardır. Misal üçün, bu gün 42 dəfə təkan olub. Hamısı zəif olub. 3 amplituddan aşağı olduğuna görə bunu sayta yerləşdirməmişik. Hər gün təkanlar var. Yer daxilində o qədər proseslər var ki, qısamüddətli olması o demək deyil ki, sabah daha güclü zəlzələ olacaq. Zəlzələ olma ehtimalı hər gün var, amma güclü zəlzələ ehtimalı olmasına dəlalət edəni yoxdur”.

“Belə fikir bildirilir ki, hər gün kiçik təkanlar baş verirsə, bu güclü zəlzələnin qarşısını alır, bu doğrudurmu” sualına Q. Yetirmişli belə cavab verdi: “Bir dəfə zəlzələ baş verirsə, bununla məsələ bitmir, digər parametrlər nəzərə alınır, kimyəvi tədqiqatlar aparırıq. Bunun analiz nəticəsini apararaq mən deyirəm. Əlbəttə, xırda təkanlar ki olur, enerji boşalmaları gedir. Enerji boşalmasına həmin gərginlik vəziyyətin fon səviyyəsinə düşməyinə kömək edir”.

“Türkiyədəki dəhşətli zəlzələdən sonra tikinti şirkətləri sizdən rəy istəyirlərmi, bilirik ki, əvvəllər sizin mərkəzdən belə rəylər alınıb” sualına da mərkəz direktoru cavab verdi: “Mən əvvəldə də qeyd etdim, xahiş edirəm, tikinti məsələləri ilə bağlı sualları aidiyyəti orqanlara ünvanlayasınız. Biz bu məsələyə cavabdeh deyilik”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bizimlə söhbətdə qeyd etdi ki, 2016-cı ildən bu vaxta qədər Bakıda çox sayda qəzalı və istismar müddətini bitirmiş binalar sökülüb və yeni tikili binalarla əvəz olunub: “Lakin biz ümumi mənzərəyə nəzər salsaq, bu gün sökülməli olan bina yüzlərlədir. Nəzərə almalıyıq ki, bir binanın sökülərək yenidən tikilməsinə təxminən iki il yarım, üç il gedir. Bu da qısa müddətdə baş verməyəcəyindən xəbər verir. Bizə uzun onilliklər lazımdır ki, bu köhnə yaşayış fondu sökülsün və yeni tikili binalarla əvəzlənsin. Həmin söküntü işlərini dövlət deyil, özəl sektor aparır. Hansı ki, o tikinti şirkətləri özləri belə seçim edirlər, hansı binadan onlara daha çox qazanc qalarsa, hansı binanın sakinləri ilə problem yaşamazlarsa, o binaların söküntüsünə daha tez başlanılır. Baş verə biləcək zəlzələ, yaxud hər hansı bir təbii fəlakəti gözləmədən qəzalı vəziyyətdə olan binaların üzərində yenidənqurma-bərpa işləri aparılmalıdır. Əgər bina tam yararsızdırsa, anında sökülməli, bir müddət dözüb qala bilərsə, həmin binalarda bərkidilmə işləri aparılmalıdır ki, hansısa bir qəza, zəlzələ, tərpəniş səbəbindən o binalar uçub dağılmasın. Təəssüflər olsun ki, köhnə yaşayış binaları artıq yaddan çıxmış bir formadadır”.

Ekspert əlavə edib ki, əksər orta məktəblərin həyətyanı sahəsini zəbt ediblər, zəlzələ olarsa nə qədər tələfat ola bilər: “Eyni zamanda Bakıda yeni tikililər o qədər bir-birinə yaxın tikilib ki, yeraltı təkan olarsa, böyük faciələrə gətirib çıxara bilər”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.