Azrbaycanın xzrsahili zonasında v abşeronda rekreasiya-turizm resursları
ATMU-da “Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılmasının perspektivləri” adlı növbəti Respublika elmi-praktiki konfransı keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tədbir iştirakçılarını salamladıqdan sonra qeyd edib ki, “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli Fərmanı ilə təsdiq edilən “Turizm və Rekreasiya Zonaları Haqqında Nümunəvi Əsasnamə”nin müvafiq bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti “Xızı-Xaçmaz, Quba, Qusar regionlarında turizm-rekreasiya zonalarının yaradılması haqqında” qərar qəbul edib.Ali təhsil müəssisəsi olaraq ixtisaslı kadr hazırlığını hədəfləyən ATMU, eyni zamanda elmi-nəzəri- təcrübi əhəmiyyətli tədqiqatların uğurlu həllinə də ciddi səy göstərir.
“Azərbaycanda turizm-rekreasiya zonalarının yaradılması perspektivləri” FOTOLAR
Ölkənin təhsil məkanında özünəməxsus yer tutan Azərbaycan Turizm və Menecment Universiteti kadr hazırlığı ilə yanaşı, turizm sahəsində elmi-tədqiqatların aparılmasına, respublikamızda, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin vaxtaşırı fikir mübadiləsinə cəlb edilməsinə xüsusi önəm verir. ATMU-dən SİA verilən xəbərə görə, indiyədək adıçəkilən istiqamətdə 200 konfrans təşkil edən ATMU daha bir elmi konfransa ev sahibliyi edib.
ATMU-da “Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılmasının perspektivləri” adlı növbəti Respublika elmi-praktiki konfransı keçirilib. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tədbir iştirakçılarını salamladıqdan sonra qeyd edib ki, “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli Fərmanı ilə təsdiq edilən “Turizm və Rekreasiya Zonaları Haqqında Nümunəvi Əsasnamə”nin müvafiq bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti “Xızı-Xaçmaz, Quba, Qusar regionlarında turizm-rekreasiya zonalarının yaradılması haqqında” qərar qəbul edib.Ali təhsil müəssisəsi olaraq ixtisaslı kadr hazırlığını hədəfləyən ATMU, eyni zamanda elmi-nəzəri- təcrübi əhəmiyyətli tədqiqatların uğurlu həllinə də ciddi səy göstərir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsi Elvin Yusifli elmi məclisin işinə uğurlar arzuladı. Həmçının diqqətə çatdırdı ki, 2018-ci ilin aprel ayında ölkə Prezidentinin Sərəncamı ilə yaradılan Dövlət Turizm Agentliyinin rəhbərliyi başda olmaqla, müvafiq bölmələrin əməkdaşları ölkəmizdə turizmin elmə söykənən inkişafında maraqlıdırlar. Bu baxımdan ATMU-da “Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılması persprktivləri”adlı konfransın keçirilməsini müsbət dəyərləndirmək lazımdır.
Plenar iclasda Gəncə Dövlət Universitetinin dosenti, i.e.d. Arzu Həsənov “Gəncə-Qazax turizm regionunun yaradılması və inkişafının nəzəri-metodoloji əsaslandırılması: klaster siyasəti” və AMEA H.Əliyev adına Coğrafiya İnstitunun şöbə müdiri Zaur İmraninin “Şimal bölgəsinin turizm və rekreasiya ehtiyatlarının potensial imkanları və rayonlaşdırılması” mövzusunda məruzələri maraqla dinlənildi.
Öz işini bölmələr üzrə davam etdirən tədbirin gündəliyinə 18 təşkilatdan (ali məktəblər, elmi-tədqiqat institutları və s.) qatılan alim və tədqiqatçıların turzimin müxtəlif sahələrinə dair 65 məruzəsi daxil idi. Onu da qeyd edək ki, fikir mübadiləsi şəraitində keçən tədbirdə ölkəmizin digər regionlarında turizm-rekreasiya zonalarının yaradılmasını şərtləndirən bir sıra amillərə də diqqət ayrılıb. Sonda iştirakçılara sertifikatlar təqdm olunub.
Azrbaycanın xzrsahili zonasında v abşeronda rekreasiya-turizm resursları
Azərbaycanda turizmin çox sahəsini inkişaf etdirmək imkanları var
Ətraf mühit və onun resursları insan cəmiyyətinin mövcudluğunun əsasıdır. Təbii resurslar insanın təkcə maddi ehtiyaclarını ödəmir. Ətraf mühitin komponentləri maddi olmaqla yanaşı, mənəvi, estetik, ruhi əhəmiyyət kəsb edir. Təbiət insanın sağlamlığını bərpa etmək, gəzinti (turizm) və istirahət tələblərini ödəmək, mənəvi ehtiyaclarını qarşılamaq nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Bu baxımdan, insanın maddi və mənəvi tələbatını ödəyən bəzi təbii resurslar, həmçinin tarixi və mədəni obyektlər (tarixi abidələr, memarlıq nümunələri və s.) özünü rekreasiya resursları formasında göstərir.
Müasir dünyada rekreasiya resursları istirahət, müalicə və turizm zonası kimi getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Çox vaxt bu resurslar dünya iqtisadiyyatının əsasını təşkil edən karbohidrat resursları ilə yanaşı qoyulur. Bu, təsadüfi deyil. İnsanların “təbiətə axını” (“rekreasiya və ya turizm partlayışı”) müasir həyat tərzinin nəticəsi, insanların təbiətlə az təmasda olduğu şəhərlərin sakininə çevrilməsi, oturaq və monoton həyat keçirmələri ilə bağlıdır. İlin müəyyən dövründə istirahət etmək, vaxtaşırı təbiətin qoynuna səyahət etmək az qala, ritual hal almış, müasir mədəniyyətin elementinə çevrilmişdir.
Dünyanın müxtəlif ölkələri bu və ya digər dərəcədə rekreasiya resursları ilə təmin olunmuşdur. Rekreasiya resursları içərisində geoloji və geomorfoloji, hidroloji, iqlim, bioloji, landşaft və s. resursların xüsusi yeri vardır. Bu resurslar turizmin müxtəlif sahələrinin inkişafından ötrü əlverişli zəmin yaradır.
Beləliklə, rekreasiya resursları turizmin əsasını təşkil edir. Dünya üzrə turizmdən gələn gəlirləri neft və qazdan gələn gəlirlə müqayisə etmək olar. Məsələn, Yaxın Şərqdə turizmdən gələn gəlirin 90%-i BƏƏ-nin payına düşür. Dünyanın ən iri neft istehsalçısı və eyni zamanda, ticarət mərkəzlərindən biri olan Birləşmiş Ərəb Əmirliyi son onilliklərdə məhdud rekreasiya resurslarına arxalanaraq turizmin əyləncə formalarını sürətlə inkişaf etdirməkdədir. Ölkədə 2016-cı ildən bəri turizm əhəmiyyətli on beş iri obyekt işə salınmışdır ki, bunun dördü iri əyləncə parkıdır. Bu onu göstərir ki, BƏƏ özünün postneft dövrünü turizmin inkişafında görür.
Qeyd edək ki, qardaş ölkə Türkiyəyə pandemiyadan əvvəl ildə 50 milyondan çox turist səfər edirdi. Təsərrüfatın bu sahəsindən dövlət büdcəsinə gələn gəlir 40 milyard dollardan çox idi və ölkədə milyonlarla insan turizm sektorunun hesabına iş yerləri ilə təmin olunurdu. Avropa ölkəsi İspaniyaya isə 2018-ci ildə 82 milyon nəfərdən çox turist səfər etmişdir.
Ümumdünya turizm təşkilatının məlumatına görə, 2018-ci ildə beynəlxalq turistlərin sayı 1,2 mlyard nəfərdən, bu sahədə əldə edilmiş gəlir isə 1,5 trln.dollardan çox olmuşdur. Ayrı-ayrı məkanlar üzrə rekreasiya resurslarından və turizmdən əldə edilən gəlirlərin həcmi aşağıdakı kimi dəyişmişdir (milyard dollar): Avropa – 500; Asiya-Sakit okean – 450; Amerika – 350; Yaxın Şərq – 70; Afrika 50.
Pandemiyanın baş verməsi bu sahədə artımı zəiflətsə də, postpandemiya dövründə bu rəqəmlərin artacağını proqnozlaşdırmaq mümkündür.
Azərbaycan da zəngin rekreasiya resurslarına malik ölkələrdən sayılır. Bu, hər şeydən əvvəl, onun çox əlverişli iqtisadi-coğrafi mövqeyə və nadir təbii-iqlim xüsusiyyətlərinə malik olması, tarixi-mədəniyyət abidələrinin zənginliyi ilə əlaqədardır. Bazardüzü, Şahdağ, Babadağın zirvələri, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, göllər, Qobustanın palçıq vulkanları, Lənkəranın nadir bitki tərkibli qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri Azərbaycanın zəngin rekreasiya potensialının əhəmiyyətli tərkib hissəsidir. Hətta rekreasiya potensialı zəif görünən Kür-Araz çökəkliyində metanlı, azotlu, yüksək və çox yüksək minerallaşmış silisiumlu, yodlu-bromlu termal su ehtiyatları balneoloji kurortların inkişaf etdirilməsindən ötrü mövcud imkanlara malikdir.
Sadalanan imkanlara işğaldan azad edilmiş Şuşa, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı kimi rekreasiya potensialı yüksək olan əraziləri də əlavə etsək, turizmin müxtəlif sahələrinin inkişafından ötrü Azərbaycanın tükənməz imkanlara malik olduğunu deyə bilərik.
Yeri gəlmişkən, ayrı-ayrı regionlarda rekreasiya potensialını yaradan bəzi təbiət komponentlərini də nəzərdən keçirək.
Azərbaycanda Qafqaz florasının demək olar ki, bütün növlərinə təsadüf etmək mümkündür. Məsələn, təqribən 15 milyon il ərzində dünyada baş verən relyef və iqlim dəyişikliklərinə (əsasən, buzlaşmaya) duruş gətirən Eldar şamı, dəmirağacı və digər endemik, relikt bitki növləri yalnız Azərbaycanın təbii şəraitində qorunub saxlanmışdır. Bura bütöv ekosistemləri, endemik bitkilərdən ibarət Hirkan meşələrini, 3-cü dövrün meşələrindən ibarət olan Yalama meşə massivlərini də əlavə edə bilərik. Bu meşələr öz təbii strukturuna və növ tərkibinə görə unikaldır. Bu isə ekoturist marşrutlarının təşkilindən ötrü olduqca əhəmiyyətli amildir.
Ölkəmizin heyvanat aləmi də özünün zənginliyi və rəngarəngliyi ilə seçilir. Azərbaycanda xal-xal maral, ceyran, muflon, Qafqaz dağ keçisi, bəbir, ayı, həmçinin, bəzi nadir quş növləri “ekofototurizmin” inkişafından ötrü əhəmiyyətli rekreasiyon obyekt hesab edilə bilər. Nəzərə alsaq ki, Azərbaycanda adı sadalanan heyvanların bir çoxu “Qırmızı kitab”a daxil edilib, ovçuluq deyil, məhz ekofototurizmin inkişaf etdirilməsi canlıların qorunması və ictimaiyyətə tanıtdırılması sahəsində dəyərli vasitə ola bilər.
Dünyada tanınmış “Karlovı Varı” sularından heç də geri qalmayan isti və mineral bulaqlar – Badamlı, Turşsu, İstisu (Kəlbəcər) böyük iqtisadi-müalicəvi əhəmiyyət daşıyır. Təbii palçıqlardan 100 ildən çoxdur ki, dayaq-hərəkət aparatı, əsəb sistemi və digər xəstəliklərin müalicəsi üçün səmərəli istifadə olunur. Bunların arasında Naftalan müalicəvi nefti xüsusi yer tutur. Rekreasiya resurslarının bu tip forması sanatoriyalar şəbəkəsinin genişləndirilməsindən ötrü olduqca böyük imkanlar açır.
Xatırladaq ki, il ərzində günəşli günlərin sayına görə, ölkəmiz Aralıq dənizi sahillərində yerləşmiş ölkələrlə (İtaliya, Yunanıstan, Kipr və s.) müqayisə edilə bilər. Xəzərsahili zolağın uzunluğu Samur çayının mənsəbindən (şimalda) Astara çayının mənsəbinə (cənubda) kimi 800 km-dən çoxdur. Bu ərazinin 70-80%-dən çox hissəsinin rekreasiya əhəmiyyəti vardır. Həcmi o qədər də böyük olmayan investisiya yatırımı Xəzər sahillərini Antalya kimi məşhur çimərlik ərazisinə çevirməyə imkan verə bilər. İndinin özündə belə, Abşeron yarımadası, Yalama-Xaçmaz zonası çimərlik həvəskarı olan həm yerli, həm də xarici turistlərin sevimli məkanına çevrilmişdir.
Azərbaycan eyni zamanda, zəngin tarixi və mədəniyyət abidələrinə sahibdir. Burada qədim daş dövründən (Azıx mağarası, Qobustan və s.) tutmuş, son dövrlərin (XVIII-XIX) tarixi abidələrinə kimi təsadüf etmək mümkündür.
Beləliklə, Azərbaycanın zəngin rekreasiya resurslarının təhlili göstərir ki, ölkəmizdə turizmin bir sıra sahələrinin inkişafı üçün olduqca əlverişli imkanlar mövcuddur. Onlardan bəzisi üzərində bir qədər ətraflı dayanaq. Bunlar aşağıdakılardan ibarətdir:
Dağ-xizəkçilik turizmi. Böyük Qafqazda bu sahənin inkişafından ötrü mövcud imkanlar var. Hazırda dağ-xizəkçilik turizmi mövcud potensialının çox hissəsini reallaşdırmışdır. Lakin Kiçik Qafqazda (Kəlbəcər, Murovdağ, Daşkəsən, Laçın, Kirs) bu sektorun açılmamış imkanları (Böyük Qafqazla müqayisədə daha geniş) mövcuddur. Torpaqlarımızın işğaldan azad edilməsi dağ-xizəkçəkmə turizmini bu ərazilərdə inkişaf etdirməyə imkan verəcək.
Qolf turizmi. Turizmin bu forması Azərbaycan üçün ənənəvi hesab olunmur. Lakin 90-cı illərdən etibarən, ölkəyə qolf həvəskarı olan xarici mütəxəssislərin, sonralar isə turistlərin axın etməsi vəziyyəti bir qədər dəyişdi. Müəyyən həddə qolf sahələri ortaya çıxdı. Son illər isə turizmin bu forması da populyarlaşmağa başlamışdır. Yüksək kateqoriyalı istirahət zonalarının (mərkəzlərdə, mehmanxanalarda) nəzdində qolf meydançalarının salınması artmışdır.
Müalicəvi-balneoloji turizm. Azərbaycan qeyd edildiyi kimi, rekreasiyanın bu növünün zəngin resurslarına malikdir. Hələ qədim dövrlərdən müalicə-profilaktik məqsədlərlə təbiətin şəfaverici amilləri olan mədən sularından, müxtəlif növ neft və vulkanik palçıqlardan geniş istifadə edilmişdir. Böyük Qafqaz zonasında 30-dan artıq termal və soyuq, müxtəlif konsentrasiyalı kükürdlü və üzvi maddə tərkibli minerallaşmış mineral su yataqları mövcuddur. Azərbaycanda geniş yayılmış palçıq vulkanları da bu zonada yerləşir. Ölkəmizdə Abşeron, Böyük Qafqaz, Lənkəran-Astara, Xəzərsahili zona və Naftalanda müalicəvi-balneoloji turizm özünün potensialından kifayət qədər istifadə edib.
Bu sahənin inkişafı üçün Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Şuşa ərazisində zəngin mineral bulaqlar, əlverişli landşaft zonaları mövcuddur. Güman etmək olar ki, turizmin bu sahəsi yaxın vaxtlarda özünün ikinci həyatını yaşayacaq.
İxtioloji turizm (balıqçılıqla bağlı turizm). Azərbaycanda balıq ovu həvəskarlarının sayı ildən-ilə artmaqdadır. Bu sahənin nizamlanması və inkişaf etdirilməsi tələb olunur. Xəzərdə nərə və digər məşhur balıqların populyasiyasının bərpası açıq dənizdə idman xarakterli ixtioloji turist turlarının təşkili üçün geniş imkanlar aça bilər.
Speloturizm (mağara turizmi). Azərbaycan mağaralarla kifayət qədər zəngindir: Xocavənd rayonunda Azıx və Tağlar mağarası, Şuşa rayonunda Şuşa mağarası, Babək rayonunda Əshabi-Kəhf mağarası və s. misal göstərmək olar. Bu sahədə imkanların bəzisi reallaşmış, bəzisi ilə hələ reallaşdırılmamış vəziyyətdədir.
Ornitoloji turizm (quşların inkişafı ilə bağlı turizm). Turizmdə bu istiqamət bütün dünyada son onilliklərdə inkişaf etdirilməyə başlamışdır. Azərbaycanda köçəri və yerli quşların böyük miqdarda konsentrasiya olunduğu yerlər (Qızılağac və Ağ-göl milli parkları) var ki, həmin əraziləri turizmin bu növünün inkişaf məkanına çevirmək mümkündür.
Qeyd edək ki, turizmin elmi ədəbiyyatlarda adı çəkilən daha bir neçə istiqaməti vardır ki, Azərbaycanda onların inkişafından ötrü geniş imkanlar mövcuddur: elmi turizm (elmi-sualtı müşahidələr, nadir dəniz florası və faunası ilə tanışlıq, elmi-vulkanoloji turlar); konqres turizmi; etnoqrafik turizm (müxtəlif xalqların mədəniyyəti və məişəti ilə tanışlıq); ovçuluq turizmi-Safari turları; raftinq turları (coşğun dağ çaylarında qayıqla üzmə) və s.
Şübhəsiz ki, bütün dünyada “postneft dövrü”nün, həmçinin gözlənilən “postpandemiya dövrü”nün başlanması ölkələri və xalqları yaşamaq və gəlir əldə etməyin yeni imkanlarını axtarmağa məcbur edəcək. Əminliklə deyə bilərik ki, Azərbaycan postneft və postpandemiya dövrünə qədəm qoyacaq uğurlu ölkələr sırasındadır. Bundan ötrü onun hər cür, o cümlədən, rekreasiya resurslarına arxalanaraq, turizmin çoxsaylı sahələrini inkişaf etdirmək potensialı vardır.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub
Comments are closed, but trackbacks and pingbacks are open.