Press "Enter" to skip to content

Qorxunun yaratdığı bəlalardan necə qurtulaq

“İslam dini bütün müalicə üsullarına müsbət yanaşır”

Balanı öz yerinə necə alışdıra bilərik

Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdi artıq başa çatıb. İndi abituriyentlər ikinci – sonuncu cəhdə hazırlaşırlar. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri ötən il ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid ballarıdır.

Qeyd edək ki, 2021-ci ildə təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 44 861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21 856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23 005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Modern.az saytı abituriyentlərin marağını nəzərə alaraq, bəzi universitetlərə ötən ilki minimum keçid ballarını dəqiqləşdirməyə çalışıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nəcibə Mirzəyeva sorğumuza cavab olaraq bildirib ki, ixtisaslar üzrə minimum keçid balları müxtəlifdir. Ancaq ümumilikdə götürəndə 2021-ci ildə AzMİU-da keçid balı 200 bal olub.

Bakı Slavyan Universitetinin mətbuat katibi Zeynəb Kazımova isə deyib ki, 2021-2022-ci tədris ili üzrə Bakı Slavyan Universitetində ən aşağı keçid balı “Regionşünaslıq” (Rusiya üzrə) (rus bölməsi, əyani təhsil forması) ixtisasında 152.6 bal olub.

Onun sözlərinə görə, ən yüksək keçid balı “Xarici dil müəllimliyi” (ingilis dili) ixtisasında olub. Həmin ixtisasın ödənişli keçid balı 450.4, dövlət sifarişli keçid balı isə 535.8 bal olub.

Azərbaycan Tibb Universitetində ötənilki keçid balları ilə bağlı mətbuat katibi Günel Aslanova məlumat verib. O, bir neçə ixtisasın balını açıqlayıb. Mətbuat katibinin sözlərinə görə, keçən il Müalicə işi ixtisası üzrə Azərbaycan bölməsində minimum bal 595, Rus bölməsi üzrə 602.4, İngilis dili bölməsində isə 666.3 olub. Stomayologiya ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 577.9, Rus bölməsində 582.1 olub. İctimai Səhiyyə ixtisası üzrə minimum keçid Azərbaycan bölməsində 545.5, Rus bölməsində isə 547.1 bal olub. Əczaçılıq üzrə keçid Azərbaycan bölməsində 524, Rus bölməsində isə 512.3, Fizioterapiya ixtisası üzrə 567.7 bal, Tibb bacılığı ixtisası üzrə isə 488.9 bal olub.

Ötən il Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin hər birində minimum keçid balı 200 olub.

2021-2022-ci tədris ilində Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinə keçid balı da 200 olub.

Ötən il Bakı Ali Neft Məktəbində isə minimum keçid balı 400 bal olub.

Qorxunun yaratdığı bəlalardan necə qurtulaq?

Reallıq budur ki, müasir tibb elmi alternativ tibb adlanan xalq təbabətini tam olaraq qəbul etmir.

İnsanların xarakterləri müxtəlif olduğu kimi, qorxuları da müxtəlifdir. Ümumiyyətlə, qorxu insan fiziologiyasında var. Bu hissin mənfi tərəfləri olduğu kimi, insanları təhlükədən qoruma və onun ehtiyatlı olmasına şərait yaradan müsbət tərəfi də var. Qorxu həm də bir çox xəstəliyin yaranmasına zəmin hazırlayır. Belə ki, hər hansı bir hadisənin şahidi olmaq insanın dərin sarsıntı keçirməsinə və ağır xəstəliyə tutulmasına gətirib çıxarır. İnsanlar da bu qorxularından qurtulmaq üçün müxtəlif yollar axtarırlar. Çıldağa, pirlərə və ya bu kimi yerlərə üz tuturlar. Bəs qorxu nədir? Hansı hallarda insanda bu hiss yaranır? Qorxunu aradan qaldırmaq üçün yuxarıda sadalanan yerlərə üz tutmaq çarədirmi?

“Bir neçə psixoloji prosedura keçməklə fobiyanı aradan qaldırmaq mümkündür”

Qorxu müəyyən təsirlərə qarşı ortaya çıxan hissi reaksiyadır. Şəxsə görə qorxunun şəkli və forması dəyişir. Qorxu anında insanda bənizi ağarır, ürək döyüntüsü artır, tərləmə, boğulma, titrəmə kimi bənzəri hallar baş verir. Qorxu, sadəcə, uşaqlara xas duyğu deyil. İnsan istənilən yaş dövründə nələrdənsə qorxa bilər. Qorxunun inkişaf etmiş forması “fobiya” adlanır. Fobiya latınca “dəhşət” deməkdir. Psixoloq Elnur Rüstəmov pasiyentlər arasında qorxudan əziyyət çəkənlərin sayının kifayət qədər olduğunu bildirdi: “Bizə fobiyası olan pasiyentlər müraciət edirlər. Bu qorxu müxtəlif səbəblərdən qaynaqlana bilir. Kimisi yaşadığı hər hansı hadisədən, kimisi də yaxınının ölümündən sonra yaranan qorxu ilə bacara bilmir. Bizdən əvvəl bir çox yerə müraciət etsə də, fobiyasından qurtula bilməyən pasiyentimizə bir neçə prosedura keçdikdən sonra kömək edə bilmişik”.

Qorxu ilə başlayan problemlər

Reallıq budur ki, müasir tibb elmi alternativ tibb adlanan xalq təbabətini tam olaraq qəbul etmir. Ancaq tarix boyu insanlar alternativ tibb adlandırdığımız üsullarla müalicəyə baş vurmuşlar. Həmin üsulların əksəriyyəti unudulsa da, bəzilərindən hələ də istifadə olunmaqdadır. Bəzən insanlar alternativ tibdən istifadə edərək müalicə olunurlar. Bunu tövsiyə edən həkimlər də var. Bunlara çöp çıxartma, mədə sallanması, çıldaq, hacamat, zəli qoyma və s-ni. misal göstərə bilərik.

“Alternativ tibbə müraciət edib, müsbət nəticə əldə edən insanlar da az deyil”

İlahiyyatçı Rövşən Məmmədov “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində bildirdi ki, alternativ tibbə müraciət edən və narahatlığından xilas olan bir çox insanlar var: “Əvvəlcə, onu qeyd edim ki, qorxunun müalicəsi üçün öncəliklə psixoloq və bu sahənin mütəxəssis həkimlərinə müraciət edilməlidir. Qorxu ilə başlayan bir problemin başqa fəsadları da ortaya çıxa bilər. Lakin alternativ tibbə müraciət edib, müsbət nəticə əldə edən insanlar da az deyillər. Bəzi həkimlər bu yerlərdə aparılan müalicələrin elmi əsası olmadığını iddia etsələr də, buraya müraciət edib əziyyət çəkdiyi narahatlıqdan xilas olan bir çox insanlar var. Alternativ tibbi müalicə üsullarından biri olan iynəbatırma da artıq bəzi mərkəzlərdə geniş istifadə edilir. Çıldaq da bu növ iynəbatırma kimi refleks terapiyadır. Çıldağa közlə dağlayaraq müalicə də deyə bilərik. İnsanın bədənində müəyyən refleks nöqtələri, sinir ucları var. Həmin nöqtələrə od toxunanda bədən ayılır. Çıldaq kürək nahiyəsində başlayıb sinə, qollar, dizlər və ayaqlarda qurtarır. Çıldaqçı da parçanı yandırıb bədənin müəyyən nöqtələrinə – boyun nahiyəsinə, bilək, topuq, dirsək, diz qapaqları və onurğanın qurtaracağına vurur”.

“İslam dini bütün müalicə üsullarına müsbət yanaşır”

R. Məmmədov dedi ki, İslam dini müalicə üsulları olaraq, bütün üsul və metodlara müsbət baxır: “Allah dərmansız dərd yaratmamışdır. Hər dərdin öz dərmanı vardır. Peyğəmbərimiz (s.ə.s) “Allah hər xəstəliyin dərmanını yaratmışdır. Haram şeylərlə olmamaq şərtilə müalicə olunun” Əbu Davud, Tibb 11). Rəsulullah (s.ə.s) başqa hədisində, “Şafi olan Allah nə xəstəlik yaradıbsa, onun dərmanını da yaratmışdır. Sadəcə, bir xəstəliyin əlacı yoxdur”, buyurmuş, “Bu hansı xəstəlikdir?” – deyə soruşanlara “Qocalıq”, – cavabını vermişdir “(Buxari, Tibb 1, Əbu Davud, Tibb 1, Tirmizi, Tibb 2, İbn Macə, Tibb 1,)”.

“Kömək istəmək yerinə, dua edə bilərik”

Eyni məqsədlə ölkənin müxtəlif bölgələrində olan pirlərə, ziyarətgahlara müraciət edənlər də az deyil. R. Məmmədov dedi ki, insanların üz tutduqları çıldaqların əksəriyyəti ziyarətgah, ocaq və ya pirlərin yanında yerləşir: “Ola bilsin ki, həmin yerlərdə qəbri və ya məqamı olanlar yaşadıqları dövrlərdə Allah dostu, vəli insanlar olublar. Mənəvi dünyaları zəngin olan bu insanlar, bəlkə də, müəyyən üsullarla – dualar oxuyaraq (rüqyə) və s. insanları müalicə ediblər. Lakin vəfat etdikdən sonra onların hər hansı bir insana şəfa və ya kömək etmək kimi bir funksiyaları olmur. Buna görə də ziyarətgaha, pirə gedərkən də bunu diqqətə almaq lazımdır. Orada dəfn olunan şəxsdən kömək istəmək yerinə, dua edə bilərik”.

Dinimizdə savab qazanmaq niyyəti ilə ziyarət ediləcək yerlər Peyğəmbərimizin (s.ə.s) hədisində bildirilmişdir. “İbadət məqsədilə üç məscid xaricindəki yerə səfər etmək olmaz: Məscidi-Haram, Məscidi-Nəbəvi və Məscidi-Əqsa” (Buxari, Ənbiya 8; Müslim, Məsacid, 2). Bunların xaricində hər hansı bir yeri ziyarət etmək insana heç bir savab qazandırmır.
“Zaman Azərbaycan”

9 və 11 -ci siniflərin buraxılış imtahan balları necə hesablanacaq?

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılmışdır. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24‑dən 12-yə endirilmişdir. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Azərbaycan (rus, gürcü) dili

– Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

– Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.

Riyaziyyat

– Qapalı tipli 13 tapşırıq;

– Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;

– Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Xarici dil

– Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;

– Qapalı tipli 16 tapşırıq;

– Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 1-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 1). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

Massaçusets Texnologiya İnstitutunda (MIT)-və ya dünyanın ƏN YAXŞI universitetlərindən birində təhsil almaq istəyirsən? O zaman CELT-ə müraciət et… Xaricdə təhsil almaq arzunu bizimlə gerçəkləşdir.

9-cu sinif buraxılış imtahanı

Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanları bir mərhələdə (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 2-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin hər bir fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək onların imtahan nəticələri səhifəsinə yerləşdirilmişdir. Şagirdlərin 100 ballıq şkalaya uyğun balları onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 2). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

“Azərbaycan dili” (dövlət dili kimi) imtahanı

Qeyri Azərbaycan bölməsinin 9-cu və 11-ci sinif şagirdləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Res­pub­li­kasının qanununa əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahan verirlər. İmtahan 2019-cu il “Azərbaycan dili” (dövlət dili kimi) imtahanı modelinə uyğun olaraq keçirilir və imtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. İmtahan üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

– Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

– Oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik formalı) və hər mətnə aid 10 qapalı tipli tapşırıq (cəmi 20 tapşırıq).

Comments are closed, but trackbacks and pingbacks are open.