Press "Enter" to skip to content

Yüksək texniki peşə təhsili almış şəxslərin NƏZƏRİNƏ

3.2.21. Bir müəllimi seçən tələbələrin sayı modulun xüsusiyyətindən və tədris formasından (nəzəri və praktiki məşğələ, istehsalat təcrübəsi, laboratoriya və s.) asılı olaraq təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

Yüksək səsli musiqini texniki olaraq necə tərcümə edə bilərik

“Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Xalq Qəzeti (Dərc olunma tarixi: 11.03.2022, Nəşr Nömrəsi: 53), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2022, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 259)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202203090072
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“ Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 5 noyabr tarixli 398-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 noyabr tarixli 1480 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 mart 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkilini tənzimləyir.

1.2. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

1.2.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və bu planın tərtibində onun iştirakı;

1.2.2. yüksək texniki peşə təhsili proqramlarının (kurikulumların) tədris planlarına uyğun olaraq, tədris modullarının (fənlərinin), yarımil üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyi;

1.2.3. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;

1.2.4. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;

1.2.5. müvafiq ixtisas üzrə bilik, bacarıq və səriştələrin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;

1.2.6. hər yarımil tədris qruplarının modullar (fənlər) üzrə formalaşdırılması;

1.2.7. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;

1.2.8. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;

1.2.9. proqramların, ixtisasların, modul (fənlərin), müəllimlərin və tələbələrin kodlaşdırılması.

1.3. Peşə təhsili müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və tələbəyə təhsil müddətində tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır.

1.4. Peşə təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, metodiki komissiyalar, qeydiyyat, qiymətləndirmə və monitorinq bölmələri) tərəfindən tənzimlənir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. təhsil krediti – modulların (fənlərin) məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir;

2.1.2. kredit sistemi – təhsilalanın tədris nəticələrinin qiymətləndirilməsi ölçüsüdür;

2.1.3. ixtisasın təhsil proqramı (kurikulum) – təlim nəticələrini və məzmun standartlarını, tədris modullarını (fənlərini), tədris planlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən sənəddir;

2.1.4. ixtisasın tədris planı – ixtisas üzrə təhsil proqramlarına (kurikuluma) uyğun olaraq, tədris olunan modullara (fənlərə), istehsalat təliminin və təcrübələrinin aparılmasına, ixtisas (sınaq) istehsalat işlərinin yerinə yetirilməsinə və digər məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən sənəddir;

2.1.5. ixtisasın tədris qrafiki – ixtisasın tədris planında göstərilmiş modulların (fənlərin) tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir;

2.1.6. tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı modulları (fənləri), onların müvafiq kreditlərini, modullar (fənlər) üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir;

2.1.7. ixtisaslar üzrə illik işçi tədris planı – ixtisasın tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq modulların (fənlərin) adlarını, dərslərin və məşğələlərin növlərini, modulların (fənlərin) kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəddir;

2.1.8. müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi modullara (fənlərə), nəzəri dərslərə və praktiki məşğələlərə (istehsalat təliminə, istehsalat təcrübəsinə, ixtisas (sınaq) istehsalat işlərinin yerinə yetirilməsinə və laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin modulların (fənlərin) yarımil üzrə tədrisini, həmçinin modul (fənn) üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir;

2.1.9. tələbənin sərbəst işi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə istehsalat təcrübəsi zamanı həyata keçirdiyi müstəqil işidir;

2.1.10. akademik məsləhətçi (tyutor) – peşə təhsili müəssisələrində tədris məsləhətçisidir;

2.1.11. akademik mobillik – tələbə və müəllim heyətinin ölkədaxili və xarici ölkələrin yüksək texniki peşə təhsili proqramını həyata keçirən digər müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur;

2.1.12. Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır;

2.1.13. modul – təhsil proqramının (kurikulumun) müstəqil bölməsi olub, konkret peşə-ixtisas səriştələrinin formalaşdırılması üzrə materialların ayrı-ayrı bloklar halında strukturlaşdırılmış şəkildə bir-biri ilə əlaqəli öyrənilməsini nəzərdə tutan təlim hissəsidir;

2.1.14. təlim nəticələri – ixtisas üzrə bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir;

2.1.15. prerekvizit modullar (fənlər) – tədrisi ilk növbədə zəruri olan modullardır (fənlərdir);

2.1.16. akademik transkript – tələbənin təhsil müddətində keçdiyi modul (fənn) üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir;

2.1.17. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədilə tətbiq edilir;

2.1.18. akademik təqvim – peşə təhsili müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir;

2.1.19. müvəffəqiyyətlə təhsil alan tələbə – fərdi tədris planında qeyd edilən bütün modullar (fənlər) üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir;

2.1.20. akademik borcu olan tələbə – fərdi tədris planında qeyd edilən modul və fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir;

2.1.21. cari qiymətləndirmə – modul (fənn) üzrə tələbənin yarımil müddətində fəaliyyətinin qiymətləndirilməsidir;

2.1.22. aralıq qiymətləndirmə – təhsil proqramında hər bir modul (fənn) üzrə tələbənin əldə etdiyi bilik, bacarıq və səriştələrin müəyyən olunması məqsədilə aparılan qiymətləndirilmədir.

3. Tədris prosesi

3.1. Tədris-metodiki təminat

3.1.1. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsində tələbələrin təhsili ixtisas üzrə təhsil proqramı (kurikulum) əsasında həyata keçirilir. Ayrı-ayrı ixtisaslar üzrə tədrisin təşkili və təhsil prosesinin tədris-metodiki təminatı “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 85 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsilinin dövlət standartları”nın və 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələblərinə əsasən həyata keçirilir.

3.1.2. Kredit sistemində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə aşağıdakı tədris sənədlərindən istifadə edilir: [1]

3.1.2.1. ixtisasın təhsil proqramı (kurikulum), tədris planı;

3.1.2.2. ixtisasın tədris qrafiki;

3.1.2.3. ixtisas üzrə illik işçi tədris planı;

3.1.2.4. tələbənin fərdi tədris planı;

3.1.2.5. müəllimin illik işçi tədris planı.

3.2. Tədrisin təşkili

3.2.1. Tədris ili iki yarımildən (birinci və ikinci) ibarətdir. İxtisas üzrə təhsil və tətilin vaxt bölgüsü təhsil proqramı ilə müəyyən edilir.

3.2.2. Tətil müddətində 6 (altı) həftədən çox olmayaraq yay məktəbi də təşkil oluna bilər.

3.2.3. Yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər yarımil 20 həftədən ibarətdir. Bir yarımilə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay məktəbi istisna olmaqla).

3.2.4. Aralıq və yekun qiymətləndirməyə hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.

3.2.5. Yüksək texniki peşə təhsili proqramlarının mənimsənilməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən hər bir təhsil proqramı üzrə müəyyən edilən minimum 120, maksimum 180 kredit tələb olunur. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

3.2.6. Tələbəyə əlavə modullar (fənlər) seçməyə icazə verilir. Müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı modullardan (fənlərdən) göstəricisi 81-100 bal arasında olan tələbələr əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydanın 3.2.12-ci yarımbəndinin tələbləri gözlənilməklə, təhsil aldığı ixtisas üzrə əlavə modullar (fənlər) götürə bilərlər. Akademik borcu olan tələbə əlavə modullar (fənlər) götürdükdə, təhsil haqqının ödənilməsi bu Qaydanın 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Bütün hallarda bir yarımildə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.

3.2.7. Akademik borcu olmayan tələbəyə gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan modulların (fənlərin) və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil almaq məqsədilə bu Qaydanın 3.2.6-cı yarımbəndinin tələblərinə uyğun ödənişli əsaslarla müvafiq ixtisasların modullarını (fənlərini) seçmək hüququ verilir. Bu Qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə subbakalavr peşə-ixtisas dərəcəsi və müvafiq diplom verilir.

3.2.8. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:

3.2.8.1. auditoriya (nəzəri və praktik məşğələlər, istehsalat təlimi, laboratoriya) dərslərində iştirak etməsi;

3.2.8.2. auditoriyadankənar işi (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi);

3.2.8.3. təcrübələrdə iştirak etməsi;

3.2.8.4. laboratoriya işlərini yerinə yetirməsi;

3.2.8.5. ixtisas (sınaq) istehsalat işini və layihələrini hazırlaması və müdafiəsi;

3.2.8.6. imtahanlara hazırlığı və imtahanları verməsi;

3.2.8.7. buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də yekun dövlət attestasiyasına hazırlığı və imtahan verməsi.

3.2.9. Tədris planında modullar (fənlər) vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

3.2.9.1. məcburi və ardıcıl öyrənilən modullar (fənlər);

3.2.9.2. məcburi, lakin ardıcıllığı vacib olmayan modullar (fənlər);

3.2.9.3. tələbələrin öz seçimi əsasında öyrənilən modullar (fənlər).

3.2.10. Oxşar ixtisas üzrə tədris planları hazırlanarkən, müvafiq modulların (fənlərin) məzmununun unifikasiyasına nail olunmalıdır.

3.2.11. İxtisasın təhsil proqramı (kurikulumu), ixtisasın tədris planı və ixtisasın tədris qrafiki aidiyyəti qurumlara, tələbənin fərdi tədris planı və müəllimin illik işçi tədris planı müvafiq olaraq tələbələrə və müəllimlərə verilir, eləcə də peşə təhsili müəssisəsinin saytında yerləşdirilir.

3.2.12. Hər tədris ili üçün ixtisasın tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Modulların (fənlərin) prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, peşə təhsili müəssisəsi ona həm modulun (fənn), həm də yüksəkixtisaslı müəllim-pedaqoji heyətin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan modullar (fənlər) daxil edilir. Akademik borc yaranan modul (fənn) müvafiq yarımildə tədris olunmadığı və ya həmin modul üzrə qrup yaranmadığı halda, bu tələb istisna edilir.

3.2.13. İxtisasın illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı (kurikulum), tədris planı, tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında peşə təhsili müəssisəsi tərəfindən hazırlanır.

3.2.14. Müəllimlərin illik işçi tədris planı ixtisasın illik işçi tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında hazırlanır.

3.2.15. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə modul (fənn) üzrə müvəffəq qiymət almış tələbə həmin moduldan (fəndən) kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu moduldan (fəndən) kreditləri qazanmır və həmin modul (fənn) üzrə akademik borcu qalır.

3.2.16. Aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin modul (fənn) üzrə təkrar imtahan vermək və ya modulu (fənni) yenidən dinləmək üçün şərait yaradılır. Bu halda modulu (fənni) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin modul (fənn) tədris olunduğu yarımildə (akademik borcu yaranan yarımildə imtahan sessiyasından sonra növbəti yarımil başlayanadək və ya növbəti yarımildən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər yarımildə modulu (fənni) dinləmədən ümumilikdə iki modul (fənn) üzrə (hər moduldan (fəndən) bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti yarımilin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur.

3.2.17. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun modulu (fənni) dinlədiyi yarımildəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin modulu (fənni) dinlədiyi yarımilə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti yarımilin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin modul (fənn) üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydanın 4.3-cü bəndinin tələblərinə uyğun həmin modul (fənlərdən) üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə peşə təhsili müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə modulu (fənni) yenidən dinləməli və həmin moduldan (fəndən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydanın 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.

3.2.18. Tələbə yüksək texniki peşə təhsili proqramlarını bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər olan bəzi peşə hazırlığı modullarından (fənlərindən) əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydanın tələblərinə uyğun olaraq yenidən yığmalıdır.

3.2.19. Tələbə bir peşə təhsili müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar yüksək peşə təhsili aldığı hallarda onun əvvəllər qazandığı kreditlər bu Qaydanın 3.2.18-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.

3.2.20. Ali və orta ixtisas təhsili proqramlarını müvəffəqiyyətlə başa vuran məzunların eyni modullar üzrə topladıqları kreditlər 5 (beş) il müddətində (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) peşə təhsilinin yüksək texniki peşə səviyyəsinin uyğun ixtisaslarında nəzərə alınır.

3.2.21. Bir müəllimi seçən tələbələrin sayı modulun xüsusiyyətindən və tədris formasından (nəzəri və praktiki məşğələ, istehsalat təcrübəsi, laboratoriya və s.) asılı olaraq təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

3.2.22. Peşə təhsil müəssisəsi tərəfindən növbəti tədris ili üçün ixtisaslar üzrə illik işçi tədris planı və modullar (fənlər) üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planları əsasında hazırlanaraq təsdiq edilir.

3.2.23. Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə ixtisas (sınaq) istehsalat işi) şəkildə təşkil olunur. İxtisas (sınaq) istehsalat işləri təhsil proqramına (kurikuluma) uyğun olaraq istehsalat təcrübəsinin son ayı ərzində yerinə yetirilir. İxtisas (sınaq) istehsalat işlərinin siyah ı s ı v ə m ə zmunu i şə g ö t ü r ə nl ə rl ə raz ı la ş d ı r ı lmaqla , pe şə t ə hsili m üə ssis ə sinin r ə hb ə ri t ə r ə find ə n t ə sdiq olunur .

3.2.24. İxtisas (sınaq) istehsalat işləri istehsalat təcrübəsi keçirilən müəssisədə yerinə yetirilir. İxtisas (sınaq) istehsalat işləri tədris emalatxanalarında, tədris istehsalat və təsərrüfat sahələrində də yerinə yetirilə bilər.

3.2.25. Modul (fənn) üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin moduldan (fəndən) imtahana buraxılmır.

3.2.26. Tələbənin cari yarımildə akademik borcu qaldığı halda o, növbəti yarımildə təqaüddən məhrum edilir. Əgər həmin tələbə növbəti yarımildə götürdüyü bütün modullardan (fənlərdən) kreditləri qazanarsa (ÜOMG nəzərə alınmaqla, modullar (fənlər) üzrə akademik nailiyyətlərinə görə), onun təqaüdü bərpa olunur.

3.3. T ə l ə b ə nin f ə rdi t ə dris plan ı n ı n t ə rtibi

3.3.1. Peşə təhsili müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün təhsil müəssisəsinin tədris hissəsi tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr bu Qaydanın 3.2.12-ci yarımbəndinin tələblərini gözləməklə, öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək peşə təhsili müəssisəsinin tədris hissəsinə təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı peşə təhsili müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə peşə təhsili müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır.

3.3.2. Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız ilk yarımilin nəticələrinə görə akademik borcu olanlar qış tətilinin ilk həftəsində növbəti yarımil üçün fərdi tədris planlarında təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.

3.3.3. Peşə təhsili müəssisələrində hər bir modul üzrə yaradılan qrupda tələbələrin sayı modulun xüsusiyyətindən və tədris formasından asılı olaraq, peşə təhsili müəssisəsi tərəfindən müəyyən edilir. Modul üzrə müəyyən olunmuş sayda tələbə yığılmadıqda, həmin modul ixtisasın illik işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin modula yazılmış tələbələr öz fərdi planlarında müvafiq qaydada dəyişikliklər edirlər.

3.3.4. Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə, onun təhsili təhsil müəssisəsi üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir.

3.4. Yay məktəbinin təşkili

3.4.1. Yay məktəbi aşağıdakı məqsədlərlə təşkil olunur:

3.4.1.1. akademik borcların ləğv edilməsi;

3.4.1.2. modulların (fənlərin) prerekvizitliyi gözlənilməklə, humanitar və baza modulları bölümünə daxil olan və peşə təhsili müəssisəsi tərəfindən müəyyən edilən seçmə modulların (fənlərin) kreditlərinin qazanılması;

3.4.1.3. müvəffəqiyyət qazanılan moduldan (fəndən) qiymətin yüksəldilməsi;

3.4.1.4. peşə təhsili müəssisəsinin təklif etdiyi ayrı-ayrı modullar (fənlər) üzrə digər peşə təhsili müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması;

3.4.1.5. istehsalat təcrübəsinin təşkili.

3.4.2. Yay məktəbi yarımil başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti peşə təhsili müəssisəsi tərəfindən müəyyən edilir. Yay məktəbinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir. İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay məktəbinin sonuncu həftəsində təşkil edilir.

3.4.3. Yay məktəbində tələbənin götürdüyü modullar (fənlər) üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.

3.4.4. Yay məktəbi və imtahanlar növbəti yarımilin başlanmasına 2 həftə qalana qədər başa çatdırılır.

3.4.5. Yay məktəbində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti yarımilin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.

3.4.6. Tələbə yay məktəbində iştirakından asılı olmayaraq, ilk yarımil üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək peşə təhsili müəssisəsinə təqdim etməlidir və o, bu Qaydanın 3.3.1-ci yarımbəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər.

3.4.7. Müvəffəqiyyət qazandığı moduldan (fəndən) qiymətini yüksəltmək üçün tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay məktəbində həmin modulu (fənni) yenidən dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadığı halda, onun əvvəl topladığı bal qüvvədə qalır.

3.4.8. Bu Qaydanın 3.2.25-ci yarımbəndinin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə yarımildə modul (fənn) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin modulu yay məktəbində təkrar götürmək hüququna malikdir.

3.4.9. Peşə təhsili müəssisələrində yay məktəbi könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.

3.4.10. Yay məktəbində tələbənin modul (fənn) üzrə bir kreditinin ödənişi bu Qaydanın 4.3-cü bəndinin tələblərinə uyğun olaraq müəyyən edilir.

3.4.11. Dövlət peşə təhsili müəssisələrində yay məktəbinin təşkili ilə bağlı bütün xərclərin maliyyələşdirilməsi həmin yarımildə iştirak edən tələbələrin ödədikləri vəsait hesabına həyata keçirilir.

3.4.12. Yay məktəbində modul (fənn) üzrə qrupda tələbələrin sayını təhsil müəssisəsi maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirir.

3.4.13. Yay məktəbinə müəllimlər könüllü olaraq cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə modul (fənn) üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği peşə təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.

3.4.14. Yay məktəbində əldə olunan vəsaitdən bu Qaydanın 3.4.13-cü yarımbəndində göstərilənlər istisna olmaqla, direktorun əmri ilə bu işə cəlb olunan digər əməkdaşların əməkhaqları ödənilir. Həmin ödənişin məbləği peşə təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.

3.4.15. Özəl təhsil müəssisələri yay məktəbinin təşkilatçılarına və müəllimlərinə ödənişin məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər.

4. Tələbələrin hüquq və vəzifələri

4.1. Tələbə öz fərdi tədris planını tərtib edərkən, bu Qayda ilə tanış olmalı və göstərilmiş tələblərə ciddi riayət etməlidir. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan modulları (fənləri) mənimsəməlidir.

4.2. Tələbənin bu Qaydanın 3.2.21-ci yarımbəndinə müvafiq olaraq müəllim seçmək hüququ vardır.

4.3. Tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir. Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Bu Qayda özəl peşə təhsili müəssisələrində təhsil alan şəxslərə də şamil edilir.

4.4. Tələbə bu Qaydanın 6.1-ci bəndinin tələblərinə uyğun olaraq digər təhsil müəssisələrində də müvafiq modullar (fənn) üzrə kreditləri qazana bilər.

4.5. Tələbə öz transkriptini təhsil müəssisəsindən təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər.

5. Akademik məsləhətçi (tyutor) xidməti

5.1. Peşə təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədilə akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilir.

5.2. Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.

5.3. Tyutor bu vəzifəyə direktorun əmri ilə təyin edilir.

5.4.1. tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar;

5.4.2. tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;

5.4.3. tələbələrin fərdi planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;

5.4.4. bu Qaydanın 3.3.1-ci yarımbəndində göstərilən müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;

5.4.5. tələbələrə fərdi tədris planlarında dəyişikliklər edilməsinə yardım göstərirlər;

5.4.6. yay məktəbinin təşkilində iştirak edirlər.

6. Tələbə və müəllim mobilliyi

6.1. Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların digər peşə təhsili müəssisələrində, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələrində ayrı-ayrı modullar (fənlər) üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı peşə təhsili müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı peşə təhsili müəssisəsi tərəfindən tanınmalıdır. Digər peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə qazanılacaq kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.

6.2. Tələbənin akademik mobilliyinin peşə təhsili müəssisələri, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələri arasında təmin edilməsi üçün forması və nümunələri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən aşağıdakı sənədlər olmalıdır:

6.2.1. akademik transkript;

6.2.2. tələbənin ərizəsi (təhsil alacağı dildə doldurulur);

6.2.3. tədris razılığı;

6.2.4. məlumat paketi.

6.3. Müəllim heyətinin mobilliyi (nəzəri dərslərin keçilməsi, seminarların və praktik məşğələlərin aparılması) təhsil müəssisələri arasında xüsusi razılıq əsasında həyata keçirilir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin Qərar ı (Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin rəsmi internet sayt ı , 23 dekabr 2022-ci il , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552 )

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin Qərar ı (Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin rəsmi internet sayt ı , 23 dekabr 2022-ci il , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552 ) ilə “Peş ə t ə hsili mü ə ssis ə l ə rind ə yüks ə k texniki peş ə t ə hsili s ə viyy ə si üzr ə t ə drisin kredit sistemi il ə t ə şkili Qaydası”nın 3.1.2-ci, 3.2.5-ci yarımb ə ndl ə rind ə v ə 6.2-ci b ə ndind ə “T ə hsil ” sözü “Elm v ə T ə hsil” sözl ə ri il ə ə v ə z edilmişdir.

Yüksək texniki peşə təhsili almış şəxslərin NƏZƏRİNƏ

Azərbaycanda yüksək texniki peşə təhsili almış şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib.

2020-2021-ci tədris ilində ilk dəfə olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə yüksək texniki peşə təhsili səviyyəsinə qəbul həyata keçirilib. Təhsil müddəti 3 il olan bu tədris proqramlarında təhsil alan tələbələr
subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və təhsilini müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər. Qeyd edək ki, növbəti tədris ilindən etibarən yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul aparılacaq ixtisasların sayının artırılması nəzərdə tutulur. Yüksək texniki peşə təhsili ümumilikdə peşə təhsilinin nüfuzunu artırmağa xidmət etməklə yanaşı, təhsil pillələri arasında keçid imkanını da təmin edəcəkdir.

Milli.Az

Onlayn mətn tərcüməçisi

Düz mətni 37 dilə tərcümə edin. No proqram quraşdırma tələb.

*Bizim xidmətimizi istifadə edərək, bizim Xidmət şərtləri və Məxfilik Siyasəti
Markdown formatını qoruyun
50 translation/text translation/text/translationtext

Digər tərcümə proqramları

Biz artıq ümumi ölçüsü 258739944 Kilobayt olan 898275 faylları emal etdik

Onlayn mətn tərcüməsi

Real-time maşın tərcüməsi qlobal dünya üçün olmalıdır. Bu, satış və marketinqi asanlaşdırır, peşəkar xidmət və dəstək sahəsində müştəri məmnuniyyətini artırır, beynəlxalq şirkətlərdə əməkdaşlar arasında sorunsuz ünsiyyətə səbəb olur və bütün dünyada dostları və həmkarlarını birləşdirir. Güclü maşın təlimi alqoritmləri və inkişaf etmiş neyron şəbəkələr peşəkar insan tərcüməçiyə yaxın, lakin daha asan, daha sürətli və daha səmərəli keyfiyyəti təmin edir.

GroupDocs Translation sürətli, səmərəli və yüksək keyfiyyətli maşın tərcümə API. GroupDocs tərəfindən yerləşdirilən yüksək performanslı bulud serverində çalışan, 78 dil cütlüyü arasında mətnləri, bütün məşhur sənəd formatlarını və hətta proqram resurslarını tərcümə edə bilər. API yalnız mətni tərcümə edir, həm də markdown sintaksisi, metadata, struktur və üslublar daxil olmaqla strukturunu və formatını dəqiq şəkildə qoruyur.

GroupDocs Translation API by Bu pulsuz online app 37 Avropa, Yaxın Şərq və Asiya dillərinə qədər 10,000 simvol mətnləri tərcümə edə bilər. Əgər varsa, Markdown formatını da qoruyur. Proqram smartfonlar da daxil olmaqla hər hansı bir cihazda işləyir.

bir mətn tərcümə necə

Mətn təqdim edin

Mətni mənbə sahəsinə daxil edin və ya yapışdırın.

Dil cütlüyünü göstərin

Mətn dilini seçin və hədəf dilini təyin edin. Proqram avtomatik olaraq mənbə dilini aşkar edə bilər.

Tərcüməyə başla

Basın Tərcümə düyməsini basın və tərcümə göstərilir qədər gözləmək.

Nəticə alın

Tərcümə mətni kopyalayın və e-poçt, sənəd və ya peyğəmbərinizə geri yapışdırın.

Markdown mənbələrini tərcümə edə bilərəmmi?

Bəli, tətbiq markdown formatını aşkarlaya və qoruya bilər. Sadəcə seçin Markdown formatlama qorumaq seçimi tərcümə başlamazdan əvvəl.

Hər hansı bir məhdudiyyət varmı?

Bu proqram yalnız 10,000 simvoldan (təxminən 5 səhifə) artıq olmayan mətnlərlə işləyir. Daha böyük mətnlər işlənmir.

Sistem tələbləri hansılardır?

Emal yüksək performanslı GroupDocs Cloud tərəfindən həyata keçirilir. Tətbiq minimum hardware və ya əməliyyat sistemi tələblərinə malikdir – hətta giriş səviyyəli netbuklar və mobil qurğularda eyni sürət və keyfiyyətdə istifadə edə bilərsiniz.

Mobil cihazlardan tətbiqdən istifadə edə bilərəmmi?

Bəli, ərizə smartfonlar da daxil olmaqla hər hansı bir cihaz və platformada bütün populyar veb brauzerlərdə işləyir.

Bu app pulsuz?

Ərizə gizli haqları və ya reklam olmadan tamamilə pulsuzdur. Lazım olduğu müddətdə onu istifadə edə bilərsiniz.

37 dil və 78 dil cüt.

Mətnlərinizi 37 Avropa, Yaxın Şərq və Asiya dilləri arasında hər hansı bir istiqamətdə tərcümə edin.

Böyük mətnləri tərcümə edin

Bir sorğuda 10,000 simvol qədər mətnləri tərcümə edə bilərsiniz. Bu təxminən 4-5 tam səhifədir.

Dil avtomatik aşkarlanması

Ərizə avtomatik olaraq mənbə dilini aşkar edə bilər, belə ki, bilmədiyiniz dillərdə mətnlər haqqında təxmin etmək lazım deyil.

Markdown dəstəyi

Tətbiq mətnin içərisində markdown sintaksisini aşkar edə və qoruya bilər, belə ki, tərcüməni birbaşa Git deposuna yapışdıra bilərsiniz.

Sıfır sistem yükü

Tərcümə yüksək performanslı bulud serverləri tərəfindən həyata keçirilir. Proqramı istənilən sistemdə – giriş səviyyəli netbuklardan smartfonlara qədər istifadə edə bilərsiniz.

Yüksək tərcümə keyfiyyəti

Maşınların meyllənməsi texnologiyaları sahəsində uzun illər təcrübəsi üstün sürət və dəqiqliklə ən müasir tərcümə alqoritmlərinin yaradılmasına səbəb olmuşdur. GroupDocs məhsulları arasında ən Fortune 500 şirkətləri tərəfindən istifadə olunur 114 ölkə.

Comments are closed, but trackbacks and pingbacks are open.