Press "Enter" to skip to content

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol

Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?

Çağdaş ədəbiyyatımızın 10 ən gözəl sevgi şeiri

Milli.Az Kulis.az-a istinadən çağdaş Azərbaycan poeziyasının 10 ən yaxşı sevgi şeirini təqdim edir.

1. Əli Kərim – Qayıt

2. Bəxtiyar Vahabzadə – Bir salama dəymədi

3. Nəbi Xəzri – Dəniz, göy, məhəbbət

4. Nəriman Həsənzadə – Elə dayanırsan, elə baxırsan.

5. Musa Yaqub – Taleyin qisməti

6. Eldar Baxış – Sərçə balası

7. Nüsrət Kəsəmənli – Getmək istəyirsən.

8. Ramiz Rövşən – Ayrılıq

9. Vaqif Bayatlı Odər – Səni niyə belə sevdim

10. Aqşin Yenisey – Şəkil

Əli Kərim – Qayıt

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!

Bəxtiyar Vahabzadə – Bir salama dəymədi

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər
Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?

Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən.
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan,
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Geriyə də baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi.
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır.

Nəbi Xəzri – Dəniz, göy, məhəbbət

– Dənizi hədiyyə verirəm sənə.
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə. göyləri verirəm, – dedin.

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.

– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

Nəriman Həsənzadə – Elə dayanırsan, elə baxırsan.

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol.
Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim. bu, yadındadır,
gedərdik. yolumuz , arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
Görəsən məni?

Musa Yaqub – Öyrətmə özünə, öyrətmə məni

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah, özünə öyrətmə məni,

Hicran qorxusuyla göynətmə məni.
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimiyəm
Bir azda sadəlövh uşaq kimiyəm,
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,

Ari gül çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,

Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə öyrətmə məni!
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi,

Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın,
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur!

Bir şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı,
Ayırmaq olmursa biri birindən
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə öyrətmə məni,

Yox buna taqətim,yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım.

Yoxsa da könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var,
Mənim dərdlərimin ayaqları var,
Harda olsa, gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə.

Eldar Baxış – Sərçə balası

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.

Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.

Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri.
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.

Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir gün məndə yoxdu.

Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərim.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərim.

Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?

Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.

Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.

O qanad,
o inad,
o istək hanı,-
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.

Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.

Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.

. Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.

Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın.

Nüsrət Kəsəmənli – Getmək istəyirsən bəhanəsiz get

Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun barı.

Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır
Saxta məhəbbətin, saxta sənəd tək
Nə vaxtsa üstünə tutulacaqdır.

Demirəm sən uca bir dağsan əyil,
Demirəm əlacım qalıbdır sənə,
Nə səndə məhəbbət pul deyil,
Nə məndə dilənçiyəm əl açım sənə.

Döşənim yollar tək ayaqlarına
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.

Getmək istəyirsən o yol o da sən
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi geriyə dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən nə danış nə din
Yaxın yol uzaqlar, dumanda-çəndə.
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə.

Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir baxışın ögey
Gedirsən səsin də yad olsun barı.

Ramiz Rövşən – Ayrılıq

Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!

“Ölmədim” deyirəm, nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, nə sən indiki, –
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.

. Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən.
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm.

Deyirsən: “Ölüyəm, ölünü öpmə. ”
Əlimin içində, soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir.

Vaqif Bayatlı – Səni niyə belə sevdim?

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Aqşin Yenisey – Şəkil

Evdə təkəm,
şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası.
Yağış yağır çəkdirdiyin şəkildə
Bir it də var,
arsız həyət tulası
Yağış yağır çəkdirdiyin şəkildə
Hətta bir az külək əsir, sazaqlı
Sol yanında hüzünlü bir uzaq var
Şəkillərdə yaxşı düşür uzaqlıq
Bir kişi də keçir arxa tərəfdən
Heç baxmırsan,
gözün elə məndədir
Həyata bax, necə gözəl yalandı
Gecə keçir,
ömür qalır,
gün gedir
O kişidən mənim gözüm su içmir
O kişini tanımırıq sən, ya mən.
O kişini evdən qova bilmirəm
Neçə ildir, bizdə qalır şəkilnən
Gecə hərdən hürür həyət tulası
– Ay it! Ay it!
Çımxırıram şəkilə
Bu şəkildə özündən də gözəlsən
Necə edim bu şəkilə çəkiləm?
Bir uşaq da bərk-bərk tutub əlindən
Sağın uşaq,
sol tərəfin uzaqlıq
Mən bilirəm,
şəkillərə çəkilib
Qocalıqdan daldalanır uşaqlıq
Bilirəm ki, yorulmusan şəkildə
Necə alım əlindəki səbəti
Necə öpüm yanındakı uşağı
Necə qovum
o kişini, o iti
Necə qovum,
kişi bəlkə ərindir
Uşaq sizin,
it də evin tulası
Evdə təkəm,
şəkilinə baxıram
Zəng eləyir arvadımın xalası.

Milli.Az

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol

Redartor: Fəxrəddin Ağazadə, fəlsəfə elmləri doktoru
Korrektor: Ceyran Abbasova
Bağırov Əlisalam Məmi oğlu
BAŞLANĞICDAN BAŞLANĞICA VƏ YA
RUHUN KEÇDİYİ YOL
Bakı, Qanun Nəşriyyatı, 2015, 240 səh.
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/ Qanunpublishing
İSBN 978-9952-36-091-2
©
Bağırov Əlisalam
, 2015
© Qanun Nəşriyyatı, 2015

3
Kitab “Ekstrasens, sən kimsən?”, “Başlanğıcdan
başlanğıca və ya ruhun keçdiyi yol” və “Ruhlar aləmi
özü də bir dünyadır, ruhlar aləminin öz qanunları var”
adlandırılan üç fəsildən ibarətdir.
Kitabda bu sualların hər biri ətrafında müəllifin fəl-
səfi düşüncələri əks etdirilmiş, kainatdan o yana olan
dünyanın sirləri açıqlanmışdır.
Kitab filosoflar, sadə oxucular və düşünən beyinlər
üçün nəzərdə tutulmuşdur.

Mündəricat
Ön söz . 5
I FƏSİL.
Ekstrasens, sən kimsən? . 8
II FƏSİL.
Başlanğıcdan başlanğıca və
ya ruhun keçdiyi yol . 180
III FƏSİL.
Ruhlar aləmi özü də bir dünyadır,
ruhlar aləminin öz qanunları var . 220
Kainatdan o yana . 238

5
Ön söz
Qarşımda Əlisalam Bağırovun «Başlanğıcdan başlanğıca və ya
ruhun keçdiyi yol» əsərinin əlyazması dayanıb. Düşündürücü adı
olan bu əsəri böyük acgözlüklə oxudum, indiyə qədər məni düşün-
dürən, narahat edən bir çox suallara bu əsərdə cavab tapdım. İndi
isə növbə ilə insan – Allah – mühit arasındakı əlaqəni, bu üçlükdə
kimlərin və nəyin vasitə olduğunu müəllifin dili ilə qısa şəkildə
icmallaşdıraq. Əsər «Ekstrasens, sən kimsən?», «Başlanğıcdan
başlanğıca və ya ruhun keçdiyi yol» və «Ruhlar aləmi özü də bir
dünyadır, ruhlar aləminin öz qanunları var» adlandırılan üç fəsil-
dən ibarətdir. Birinci fəsildə müəllif insanın dünyaya gəlişi, onun
mühitdə formalaşması, insan orqanizminin quruluşu, bədən və ruh
haqqında mülahizələr irəli sürərək, səbəb-nəticə və əkslikliklərin
vəhdəti fəlsəfi kateqoriyalarından istifadə edərək insanın və ekstra-
sensin mahiyyətini açıqlayır və qeyd edir ki, ən ali varlığın yarat-
dığı mükəmməl quruluşlu insan öz şəxsi keyfiyyətlərini müəyyən
qədər düşdüyü mühitdə formalaşdırsa da insan həyatında müəyyən
fiziki özəlliklərin də öz yönləri var. İnsan Yer kürəsində Uca Yara-
danın yaratdığı ən ali varlıq olduğundan ona öz ruhunu vermişdir,
məhz bu ruh sayəsində insan Böyük Yaradana qovuşmağa çalışır.
Bu qovuşmada ən böyük vasitəçi kimi müəllif ekstrasensləri görür.
Ekstrasens başqalarının ruhuna və bədəninə nüfuz etmək qabiliy-
yətinə malik olan təmiz, əxlaqlı, ağıl səviyyəsinə görə ümumi şüur
səviyyəsindən yuxarı olan şəxslər adlandırılır. Ekstrasens ən ali
varlıq Uca Yaradan tərəfindən mükafatlandırıldığından, müəllifin
fikrincə, ekstrasenslik üçün aşağıdakı beş əsas şərt ödənilməlidir:
1) təbiətin verdiyi müəyyən qabiliyyət; 2) təbiətin verdiyi payla
həyatda qazandığı biliklər sayəsində şəxsin müəyyən səviyyəli təh-
rik etmək bacarığı; 3) zəhmətsevərlik, güclü iradə, həyat təcrübəsi
və biliklər əldə etmək; 4) ədalətli olmaq və daxilində tamah, paxıl-
lıq hissinin olmadığına əmin olmaq; 5) ən ali varlığın yəqinliyinə
şübhəsiz inanmaq.

6
Ekstrasensləri xarakterizə edən müəllif qeyd edir ki, ekstra-
senslərdə zəhmətlə əldə edəcəklərindən başqa Allah vergisi də
olmalıdır. Ən əsası isə onlar sınanmış olmalı, Allahın etimadını
doğrultmalı, insanların sınağından pak, üzü ağ çıxmalı, ağılları his-
siyyatlarından üstün olmalı, ali varlığın qanunlarına riayət etməli,
müraciət edənlərdə inam hissi yaratmalı, insanların xoşbəxtliyi və
sağlamlığına çalışmalıdırlar.
Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, müəllif
əsərdə bəşər övladının xoşbəxtliyi və ruhunun təmizləməsi, ağılın
hissiyyat üzrə üstünlüyü, ruhun qaranlıq deyil, parlaq nura çevril-
məsi üçün insana müraciətlər edir ki, bunlar da hədsiz ibrətamiz və
filosofanədir. Məsələn:
– ey insan, bəşəriyyətə xidmət et;
– ey insan, xeyirxah əməllərinlə öz xoşbəxt taleyini özün yaz;
– ey insan, bütün kainat sənin vətənindir;
– ey insan, ruhunun gücündən istifadə et;
– ey insan, ləkəli qəlb sahibi olmaqdan qorun;
– ey insan, öz yaxşı əməllərinlə öz şəxsiyyətini, nüfuzunu qoru.
Əsl insan ol, qoy səni bir vaxt xatirələrdə yaxşı əməl sahibi kimi
yad etsinlər;
– ey insan, yalnız özün üçün yaşama və s.
«Başlanğıcdan başlanğıca və ya ruhun keçdiyi yol» adlandı-
rılan ikinci fəsildə müəllif yaşanan hər bir şeyin başlanğıcı və sonu
olduğunu, yalnız ali varlığın əbədi olduğunu, bütün mövcudluq-
ların 0 (sıfır) surəti ilə 300 000 km\san surəti arasında yaşadığını,
0-dan aşağı surətdə tam sükunət halı yaranmasını, 300 000 km\
san-dən yuxarı sürətdə isə məsafə və zaman anlayışının itdiyini,
deməli, obyekt – mövcudluğun yox olduğunu əsaslandırır, yəni əs-
lində bu yerdə ruhlar aləmi məskunlaşır. Müəllifin fikrincə, ruh –
varlığın potensial enerjisinin, həmin varlığın mühitə uyğunlaşması
nəticəsində formalaşan xarakterindən topladığı həyat təcrübəsinə
əsasən yeni inkişaf mərhələsidir, şəxsiləşmiş varlıqdır. Ruh, eləcə
də hər hansı bir varlığın müəyyən tamamlanmış quruluşdakı ak-
tivlik dərəcəsindən doğan və həmin varlığı onun imkanı daxilində

Başlanğıcdan başlanğıca v ya ruhun keçdiyi yol.

Məhsul kodu: 3252

8.00 AZN
6.4 AZN
  • Sifariş et
  • 1-dən 5-ə qədər dəyərləndirin:
    • 1
    • 2
    • 3
    • 4
    • 5
    • 3.01
    Qısa məzmun

    Kitab “Ekstrasens, sən kimsən?”, “Başlanğıcdan başlanğıca və ya ruhun keçdiyi yol” və “Ruhlar aləmi özü də bir dünyadır, ruhlar aləminin öz qanunları var” adlandırılan üç fəsildən ibarətdir.

    Kitabda bu sualların hər biri ətrafında müəllifin fəlsəfi düşüncələri əks etdirilmiş, kainatdan o yana olan
    dünyanın sirləri açıqlanmışdır.
    Kitab filosoflar, sadə oxucular və düşünən beyinlər üçün nəzərdə tutulmuşdur.

    Çatdırılma şərtləri

    Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Comments are closed, but trackbacks and pingbacks are open.