Press "Enter" to skip to content

Böyrək xəstəliklərinin fitoterapiyası

Hemofiltirasiya qanın tərkibindən kiçik molekulyar kütləyə malik maddələrin təmizlənməsidir. Əgər kütləli maddələrin sidik cövhərinin, kreatinin, sidik turşusunun klirensi hemodfializ standartlarına uyğun gəlmirsə, hemodiali

SON DƏQİQƏ

Rayonumuz əsrarəngiz təbiəti ilə məşhur olduğu kimi, yetişdirdiyi nemətlərin dadıtamı, keyfiyyəti ilə də dillər əzbəridir. Burada dağın-daşın, çölün-çəmənin hər bir otu, gülü-çiçəyi gözəlliyi ilə gözlərimizi oxşadığı kimi, həm də min bir dərdin dərmanı, məlhəmidir. Belə qiymətli bitkilərdən biri də gözəlliyi ilə hər tərəfi yaşıllıqlara bürüyən baldırğan bitkisidir. Min bir dərdin dərmanı olan bu bitki əsasən Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarındakı dağların ətəyində yetişən yabanı növ tərəvəzlərdən biridir. Aran ərazilərdə onu bağlarda da bitirənlər az deyil. Görənləri öz gözəlliyi ilə heyrətə salan bu bitki çoxillik ot bitkilərindən olub, çətirkimilər fəsiləsinə daxildir. Dünyada 60-dan çox növü olan bitkinin muxtar respublikamızda 2 növü yayılmışdır. Haqqında bəhs etdiyimiz bu bitki əhvalaçıcı iyə malikdir. Hətta bu bitkinin bir çox növü texniki dərman, efir yağlı, ədviyyatlı, qida əhəmiyyətli, yem təbiətli, bəzək xüsusiyyətlidir. Rayonumuzdakı Salvartı dağının ətəyində bitən baldırğan növü Aşağı Qışlaq və Kükü kəndi ərazisində bəzək bitkisi kimi, Keçəldağın yamacında və onun ətrafında yayılmış növü isə sənaye əhəmiyyətlidir. Bitkinin uca gövdəsi qamışvarı, içərisi boş boruya bənzər formalıdır. Yarpaqları boz yaşımtıl və sadə lələkvarıdır. Çiçəkləri ağ-sarımtıl rəngdə olur. Bitkinin çiçəkləri külək və qanadlı həşəratlar vasitəsilə tozlanır. Baldırğanın əsas hissəsi cavan zoğlardır ki, tərkibində bir çox vitamin, şəkər və efir yağları olduğundan yarpaq və meyvələrinin də tərkibində efir yağları vardır. Biz də qəzetimizin bu sayında oxucularımıza baldırğan bitkisi haqqında maraqlı məlumat vermək üçün onun daha çox bitdiyi ərazilərdən olan Aşağı Qışlaq kəndinə yollandıq. Kəndə gedərkən yolboyu gördüyüm ən gözəl mənzərə isə dağlardandərələrdən, böyükdən-kiçiyə hər kəsin çox həvəslə adlarını saymaqla bitməyən nemətlərimizi yığmaları oldu. Mən də elə onlardan birinə yaxınlaşaraq həmsöhbət oldum. Həmsöhbətim Çiçək xala baldırğan bitkisi haqqında maraqlı məlumat verdi. -Hər bitkinin yığılma vədəsi olur. Baldırğanın da yığılma vədəsi may ayının sonu-iyun ayının ortalarına təsadüf edir. İnsan əli dəyməyən yabanı halda yetişən və tam təbii məhsul olan baldırğanı yığmaq üçün kənd adamları beş-beş, on-on yığışaraq axşamdan vaxt müəyyən edib, səhərin sübh cağından dağlara, dərələrə baldırğan yığmağa gedirik. Tanışlarla bir yerdə gedəndə vaxtın haradan gəlib- getdiyini bilmirik. Hətta həftə sonları baldırğan həvəskarları şəhərdən və başqa kəndlərdən də gələrək onu toplamaq üçün dağlara üz tuturlar. Bazar günləri kəndimizin əraziləri daha çal-çağırlı olur. Bu bitkini yığmaq asan görünsə də, əslində bir o qədər də çətindir. Onun tünd iyi var. Yığılan zaman adamda kəskin baş ağrıları yarada bilər. Yığmaq üçün bıçaqdan istifadə edirik. Torpağın üstündən 2-4 santimetr yuxarı kəsməliyik. Yığdığımız baldırğanlar yarpaqdan təmizlənməlidir. Bitkini əsasən sərin havalarda, səhərlər gün çıxmamışdan əvvəl yığmaq lazımdır. Və bu bitkini digərlərindən fərqli olaraq əlcəklə toplamaq vacibdir. Ona görə ki, bitkinin bıçaqla kəsilən yerindən çıxan şirəsi əllərdə ləkələr və yanıqlar yaradır. Dəriyə qıcıqlandırıcı təsir göstərir. Yığdığımız baldırğanları həm özümüz qışa tədarük edir, həm də satırıq. Baldırğan turşusu haqqında ətraflı danışan Çiçək xala deyir ki, onun turşusu milli mətbəximizdə ən çox işlənən turşulardan biridir. Bunun üçün yığdığımız baldırğanları təmizləyirik. Eyni bərabərdə doğrayıb 5-10 dəqiqə qaynar suda azacıq pörtlədirik. Pörtlətdiyimiz baldırğanları isti sudan çıxarıb soyuq suya tökürük, bir az soyuq suda qaldıqdan sonra çıxarırıq. Sonra onları səliqə ilə bankalara yığaraq aralarına duz töküb, üzərinə qaynamış su və sirkə əlavə edərək konservləşdirib qışımıza saxlayırıq. Onu duzlu şorabada da hazırlayırıq. Bu zaman turşunun yeyilmə vaxtı 3-4 ay çəkir. Duza qoyulmuş bitkinin ən üstün cəhəti ondan ibarətdir ki, tərkibini dəyişmir, vitaminləri özündə kələm kimi saxlaya bilir. Milli mətbəximizdə baldırğandan həm də dadlı mürəbbə bişirilir, deyən Çiçək xala bir qədər də bu barədə danışdı. Mürəbbənin bişirilməsi üçün lazım olan baldırğan zoğları soyulur, 3-4 santimetr bərabər hissələrə bölünür və qaynar suda pörtlədilir, sonra süzülür. Əvvəlcədən hazırladığımız şirənin içərisinə tökürük. Şirə soyuyana kimi gözləyirik. Arasıra qaynamağa qoyuruq. Təxminən 1 kiloqram baldırğan 1,5 kiloqram şəkər tozunda bişirilir. Kök hissəsi qaraciyər və sarılıq xəstəlikləri əleyhinə olduqca faydalıdır. Təzə toplanmış bitkidən hazırlanan çaydan qastrit, həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə olunur. Onun iyun-iyul aylarında açan çiçəklərindən isə yığıb qurudaraq kəskin öskürək xəstəliklərində, soyuqdəymələrdə istifadə edilir. Yerüstü hissəsindən alınmış şirə isə bəzi şişlərin müalicəsinə köməklik edir. Yarpaqlarından alınmış narın toz isə dəri qaşınmalarının qarşısını alır. Əzilərək çıxarılan suyundan daxili xəstəliklərin iltihabında istifadə olunur. Bitki haqqında ətraflı məlumat verən Çiçək xala sonda üzünü dağlara-dərələrə tutaraq dedi: -Qızım, gördüyün bu dağlar, dərələr təkcə yaşıllıq deyil, biz kənd adamlarının ruzi mənbəyidir. Dünyanın heç bir yerində təbiət insanlara bu qədər tükənməz nemətlər vermir. Bu tükənməzliyin qədirbilənləri isə biz olmalıyıq. Hər il yazdan qışadək üz tutub yığdığımız min adda, min dadda olan nemətləri elə dərib, elə toplamalıyıq ki, dağlarımız, düzlərimiz bizdən “razı” qalıb, gələcək yazlarda da ruzili, bərəkətli “qollarını” bizlərə yenidən açsınlar. Zəhmətkeş bir qadın, təbiəti canı qədər sevən bir kənd adamı, həm də səmimi insan Çiçək xalaya bizə ayırdığı vaxt üçün minnətdarlıq edib, geri döndük.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.

Böyrək xəstəliklərinin fitoterapiyası

Daxili oqranların başqa xətəlikləri kimi böyrək xəstəlikləri zamanı da dərman bitkilərinin köməyi vasitəsilə bir-çox xəstəliklərin əlamətlərini aradan qaldırmaq mümkün olur. Tərkibində olan alkaloidlər, qlyukozidlər, kumarinlər, furokumarinlər, efir yağları, aşılayıcı maddələr, vitaminlər, üzvi birləşmələr, mineral duzlar, mikroelementlər vasitəsilə dərman bitkiləri insanların sağlamlığıına müsbət təsir göstərir. Böyrək xəstəlikləri zamanı da bir-çox bitkilərin müalicəvi təsiri vardır ki, onların vasitəsilə bu xəstəliklərin nəinki, əlamətlərini azaltmaq, hətta sağaltmaq da mümkündür. Amma gərək bitkilərlə müalicə zamanı həkim məsləhətinə də qulaq asmaq lazımdır.
Böyrək xəstəlikləri zamanı ardıc meyvəsi, tozağacı yarpağı, mərsin yarpağı, mərsin meyvəsi, gəndəlaş çiçəyi, peyğəmbərgülü çiçəyi, xoşəmbul otu, qırxbuğun otu, at pitrağı kökü, boyaqotu kökü, ayıqulağı yarpağı, qatırquyruğu otu, pişikdili otu, baldırğan toxumu, bağayarpağı yarpağı, biyan kökü, boymədəran otu, qaragilə yarpağı, böyrütkən yarpağı, qarğıdalı saçağı, quşəppəyi otu, damotu otu, dişqurtlayan çiçəyi, kar gicirtkən otu, keşniş toxumu, kəkotu otu, lavanda otu, limonotu otu, cirə toxumu, zirə toxumu, zimbirtikan kökü, zəfəran çiçəyi, itburnu meyvəsi, yarpız otu, kalendula çiçəyi, mayaotu qozası, meşəçiçəyi otu, səhləb kökü, mərcangilə yarpağı, mərcan meyvəsi, söyüd qabığı, çobanyastığı çiçəyi və s. istifadə olunur. Bu bitkilər böyrək xəstəlikləri zamanı aşağıdakı təsirlərə malikdir:
– infeksiya əleyhinə təsir
– iltihabı azaltmaq
– ağrını azaltmaq və kəsmək
– bədəndən suyu çıxartmaqla ödemi azaltmaq
– arterial təzyiqi normallaşdırmaq
– maddələr mübadiləsini tənzim etmək
– bədən müqavimətini artırmaq
– immun dəyişikliklərə qarşı mübarizə.
Milli.Az / news.milli.az

Xəbərlər Baxılıb: 640 Tarix: 25 fevral 2023
f Paylaş

Digər yazılar

Böyrəyin müxtəlif xəstəlikləri

Böyrək vərəmi. Məhdud detruktiv proseslər (papillit) zamanı ancaq kirəcləşmə olduqda müayinələr patoloji prosesləri aşkar edə bilir. Fibroz-kavernoz vərəmdə kaverna aşağıdakı formada olur:. * aydın konturlu. * dairəvi v

Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbi

Bədənin bir hissəsində olan səpgilər və qızartılar hansısa bir xəstəliyin səbəbi ola bilər. Bu səpgilər diqqət və qulluq görmədikdə infeksiyalaşıb sızanaqlara dönə bilirlər. Adətən sizanaqlı səpgilər həddindən artıq yağl

Böyrəkköçürmə

Xroniki böyrək çatışmazlığının müalicə üsullarından biri də diri donordan və ya meyitdən böyrəyin köçürülməsidir. Amma böyrəkköçürmədən sonra həyatın keyfiyyəti və reablitasiya dərəcəsi periton dializi və hemodializ ala

Hemodializin əhəmiyyəti

Hemodializ ilk dəfə heyvanlar üzərində 1913-cü ildə həyata keçirilib və ekperimentin uğurlu nəticələri, prosedurun isanlar üzərində həyata keçirilməsinə bir stimul olub. Hemodializ süni böyrək aparatı vasitəsilə qanın tərkibind

Kəskin intersistal nefrit

Kəskin intersistal nefrit bütün yaş qrupu olan adamlarda rast gəlinir. Xəstəlik müxtəlif səbəblərdən əmələ gələ bilir. Ən çox dərman qəbulu zamanı baş verir. Kəskin intersistal nefritin əmələ gəlməsinə səbəb olan dərman maddələri:

Qanaxmalar

Kiçik sıyrıntılar təhlükə törətmir. Böyük yaralarda əgər arteriyalar zədənibsə güclü qanaxma yarana bilər. Ümumi məlumat:. Yaranın növündən və yerləşməsindən asılı olaraq vətərlər və sinirlər də zədələnə bilər. Dərin yaralard

Hemofiltirasiya nədir?

Hemofiltirasiya qanın tərkibindən kiçik molekulyar kütləyə malik maddələrin təmizlənməsidir. Əgər kütləli maddələrin sidik cövhərinin, kreatinin, sidik turşusunun klirensi hemodfializ standartlarına uyğun gəlmirsə, hemodiali

Revmatoid artrit

Revmatoid artrit oynaqların naməlum etiologiyalı iltihabı revmatik xəstəliyidir. Xəstəlik özünü periferik oynaqların simmetrik xroniki eroziv artriti və daxili orqanların zədələnməsi ilə göstərir. Xəstəliyin mahiyyətini

Bakterial allergiya

Bakteriyaların və onların həyat fəaliyyəti məhsullarının orqanizmə təkrarən daxil olması nəticəsində baş verən allergiya bakterial allergiya hesab edilir. Allergiyanın bu növünü ilk dəfə R. Kox dərisi

Doğma diyarımız nadir bitkilərlə zəngindir

Qədim diyarımız günü-gündən abadlaşan, müasirləşən kəndləri, nadir bitkilər bitirən dağları, güllü-çiçəkli, yamyaşıl bağları, çöl-­çəmənlərindəki müxtəlif dərman otları ilə məşhurdur. Min bir dərdin dərmanı, məlhəmi olan bitkilər içərisində ələyəz, əvəlik, yemlik, turşəng, quzuqulağı, çiriş, cacıq, baldırğan, çaşır, əməköməci, qazayağı, rəvənd, dağ kəvəri, yarpız, nanə, kəklikotu və adlarını saymaqla bitməyən, dad-tamı, ləzzəti, keyfiyyəti ilə seçilən bu bitkilərdən insanlar yaz ayları boyunca yararlanır, hətta qış üçün də tədarük edirlər.

Ana təbiətin mineral gübrəsiz, dava-dərmansız yetirib-bitirdiyi, insan sağlamlığı üçün möcüzəvi faydaları olan bitkilərdən hazırlanan müxtəlif çeşiddə yemək nümunələri mətbəx mədəniyyətimizi zənginləşdirməklə yanaşı, uzunömürlülüyün sirrini də özündə qoruyub saxlayır. Narın yaz yağışlarının, səhər şehinin yuyub tər-təmiz etdiyi bu bitkilərin əksəriyyəti təzə-tər halda, bəziləri qurudulmaqla, çoxu duza-turşuya qoyulmaqla ilboyu süfrələrimizin bəzəyi olur. Hələ bu harasıdır, təmiz havasını ciyərlərimizə çəkdiyimiz dağlarımızda, məşhur yaylaqlarımızda bitən kəklikotu, solmazçiçək, yarpız, ətirsünbül, dağ nanəsi, çobanyastığı, boymadərən, batrınc, qantəpər kimi bitkilərin dəmləmələri – gümrahlıq və xoş əhval-ruhiyyə yaradan təbii çaylarımız sağlamlıq və enerji mənbəyidir. Pişikquyruğu, südləyən otu, çaytikanı, gülxətmi, dağ nanəsi, zirinc, yemişan, sumaq, nərbənd, pişpişə, yulğun, ardıc və digər onlarla bitki muxtar respublikamızın dağlarının müalicəvi əhəmiyyətə malik şəfa vasitələridir.

Belə bitkilərdən biri olan baldırğan muxtar respublikamızın nadir bitkilər siyahısına daxildir. Çox­illik ot bitkisi olan baldırğanın muxtar respublikamızda iki növü yayılıb. Bu nadir növlər Ordubad, Culfa, Şahbuz və Şərur rayonlarında, xüsusilə dağ çəmənliklərində bitir. Uca gövdəsi qamışvarı formada, içərisi boş boruyabənzər şəkildə olan bitkinin yarpaqları boz-yaşılımtıl iri və sadə lələkvarıdır. Hər bir dərdin dərmanı olan çiçəkləri isə ağ-sarımtıl­-yaşılımtıl rəngdə olmaqla, külək və qanadlı həşəratlar vasitəsilə tozlanır. Baldırğanın əsas hissəsi cavan zoğlarıdır ki, tərkibində bir çox vitamin, şəkər və efir yağlarını birləşdirir. Bu bitkinin tərkibi elmi şəkildə tam öyrənilməsə də, bir çox növləri həvəslə yeyilir, o həm də onurğalı heyvanların qidalandıqları yem bitkisidir. Şahbuz rayonu sakinlərinin dediklərinə görə, Salvartı yaylağında bitən baldırğan növü bəzək bitkisi kimi, Kükü kəndində – Keçəldağ yamacları ətrafında yayılmış növü isə sənaye əhəmiyyətlidir.

Xalq təbabətində baldırğan bitkisindən bir çox xəstəliklərin müalicəsi üçün istifadə olunur. Bunun üçün bitkinin, əsasən, yarpaq, kök və toxumları toplanılır, dəmləməsi ilə daxili xəstəliklərin iltihabında istifadə edilir. Ürəkkeçmələrdə, ­astma xəstəliklərinin müalicəsində çox faydalı olan bu bitkinin kök hissəsindən alınan dərman qaraciyər və sarılıq xəstəlikləri zamanı işlədilir. Təzə toplanmış bitkinin çiçəklərinin dəmləməsi isə qastrit, həmçinin həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı effektiv təsir göstərir. Baldırğan məişətdə də çox istifadə olunan bitkilərdən biridir. Belə ki, onun həm turşusu qoyulur, həm də mürəbbəsi bişirilir. Bu bitkidən müxtəlif qida məhsullarının hazırlanmasında da geniş istifadə edilir. Baldırğan yaz aylarında yığılıb duza qoyularaq konservləşdirilir. Duza qoyulmuş baldırğan da digər bitkilər kimi vitaminləri özündə saxlayaraq milli yeməklərlə bərabər süfrəyə gətirilir. Ordubad rayonunun Üstüpü kənd sakini, 75 yaşlı Eyvaz Babayev deyir ki, baldırğan aran zonasında bəzi həyətlərdə becərilsə də, əsasən, dağlıq zonada bulaq və çayların kənarlarında bitir. Bizim kəvşən dediyimiz yerlərdə, su gələn arxların qıraqlarında, çay kənarlarında bu bitkiyə daha çox rast gəlinir. Çiçəkləri və yarpaqlarının özəkləri toplanır. Özünəməxsus xoş ətri ilə seçilən baldırğanı həm uşaqlar, həm də böyüklər çiy halda qabığını soyub yeməyi çox sevirlər. O deyir ki, baldırğan çiçəyinin faydasını görənlərdən biri də mənəm. 2003-cü ildə qaraciyərim bərk ağrımağa və getdikcə əziyyət verməyə başladı. Haraya üz tutdumsa, xeyri olmadı. Çox dilxor oldum. Bəs çarəsi nə olacaq? – deyə düşündüm. Kəndimizin yaşlı qadınlarından biri mənə dedi ki, baldırğan çiçəyi dəmlə, iç. İki ay deyilən kimi etdim. Günbə­gün vəziyyətim yaxşılaşdı. Xəstəlikdən əsər-əlamət qalmadı. Şükür Allaha, hələ də ağrı-acısız yaşayıram. Eyvaz dayının xanımı da söhbətimizə qoşularaq bildirdi ki, baldır­ğan qiymətli qida məhsulu kimi süfrələrimizin bəzəyidir. O qeyd etdi ki, həmin bitkinin zoğlarını təzə vaxtı yığır, duzlu suda turşuya qoyur, qış üçün tədarükümüzü görür, bazara da çıxarırıq. Hətta onun mürəbbəsini də bişiririk. Evimizə gələn qonaqlar üçün süfrəyə gətirdiyimiz dadlı-ləzzət­li baldırğan mürəbbəsini çox bəyənir, hətta reseptini də soruşurlar. Muxtar respublikamız baldırğan kimi yüzlərlə sağlamlığımızı bərpa edən bitkilərlə zəngindir. Bizim də borcumuz təbiətimizi mühafizə etməklə cəmiyyətin qiymətli sərvətlərindən biri olan bitkilərimizi qorumaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.