Press "Enter" to skip to content

Azərbaycanın baş psixiatrı: Çox vaxt qohumlar ağır durumda olmayan psixi xəstələri evə aparmaq istəmirlər – MÜSAHİBƏ

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur.

Menstruasiya zamanı heç bir halda bu iki şeyi etmək olmaz!

Qadına dünyaya uşaq gətirmək şansı verilib, lakin o, bu xoşbəxtliyin əvəzini hər ay ödəmək məcburiyyətindədir.

Belə ki, menstrual tsiklində qadınlar müxtəlif problemlərlə üzləşir.

Publika.az bu yazıda öz sağlamlığı qorumaq istəyən qadınları menstruasiya vaxtı əməl etməli olduğu gigiyenik qaydalarla tanış edib.

Aybaşı zamanı nələri etmək olmaz?

Qadınların əksəriyyəti menstruasiya dövrünü ağrılı keçirir. Bu halda ağrıkəsici dərmanlar içmək olarmı? Olar, amma bir neçə məqamı nəzərə almaq lazımdır. Birincisi, qanın laxtalanmasına və tərkibinə təsir edən preparatları (analgin və aspirin) qəbul etmək qəti qadağandır.

İkincisi, ağrıkəsicini həkim məsləhəti olmadan özbaşına qəbul etmək olmaz.

Aybaşı zamanı hormonal fon dəyişir, müvafiq olaraq orqanizmin bu dərmanlara qarşı reaksiyası da dəyişir. Qəfil allergiya yarana bilər. Məsələn, həkimlərin infeksiyaya qarşı təyin etdiyi antibiotikləri və ya dərmanları bədən qəbul etməyə və əks təsir göstərə bilər. Əgər hiss edirsiniz ki, vəziyyət yaxşı deyil dərhal xəstəxanaya gedin. Məsələn, ürək bulanmasıı, başgicəllənməsi, daimi zəiflik, kəskin ağrı, səpgi, həzm pozuntusu kimi hallarda.

Aybaşı zamanı niyə isti vanna qəbul etmək olmaz?

Çünki bu, qan ayrılmasını stimullaşdırır və qanaxmaya səbəb ola bilər. Eyni sözlər sauna və ya isti duşa da aiddir.

Spirtli içkinin təsiri

Həmçinin alkoqol da güclü qanaxmanaya səbəb ola bilər. O, qan damarlarının divarlarını genişləndirir. Odur ki, aybaşı zamanı spirtli içki içmək olduqca arzuolunmazdır.

Menstruasiya vaxtı nə yemək olmaz?

Yuxarıda sadalanan səbəbdən dolayı müəyyən məhsullar var ki, menstruasiya vaxtı yemək tövsiyə olunmur: şokolad, ət məhsulları, xama, süd, qəhvə, qoz, yumurta, həddən artıq kəskin və duzlu yeməklər, həmçinin kolbasa kimi hazır qidalar. Bu yeməklər baş ağrılarına, hətta başgicəllənməyə səbəb ola bilər.

İnsanın mədə-bağırsaq traktı sidik-cinsiyyət sistemi ilə bağlıdır. Odur ki, qida əhəmiyyətini qiymətləndirməmək olmaz! Qızlara yeniyetməlik dövründən aybaşı zamanı idmandan çəkinməyi və ağır yük qaldırmamağı öyrədirdilər. Amma çox az adam var ki, aybaşı vaxtı bəzi məhsullardan imtina etməyi tövsiyə edir. Düzgün qidalanmaqla, hətta bu dövrdə ağrılı hisslərdən qurtarmaq olar.

Aybaşı vaxtı istənilən kosmetik prosedurlara pul xərcləmək onları havaya sovurmaq deməkdir. Pilinq, mezoterapiya, dodaqların böyüdülməsi, botoks, hialuron turşusu iynələri və tatuaj! Hətta saç rənglənməsi adi gözlənilməz nəticə verə bilər. Dəridə və saçda (məsələn, qaş aldırma zamanı) ağrı duyğusu istənilən manipulyasiya zamanı güclənəcək. Bu da qanda yüksək məzmunlu progesteron olmasından qaynaqlanır.

Məsələ ondadır ki, bu dövrdə hormonal fon dəyişir. Ona görə dəri və saçlar özünü həmişəki kimi aparmır. Kosmetik proseduralarla nəinki istənilən effekti əldə etməyəcək, həm də özünüzə ziyan vermiş olacaqsınız.
Yeri gəlmişkən, ki, qadınlar aybaşı günlərində daha da emosional olur. Dolayısı ilə qeydinizə qalın, həmin günlərdə kədərli romanlar oxumaq, təsirli melodramlara baxmaq, dostlarla ünsiyyətdə ağrılı məsələlərə toxunmaq olmaz. Bu, sizə mənfi emosiya, isterika və xoşagəlməz hisslərdən qaçmağa kömək edəcək!

Saglamolun.Az

​Azərbaycanın baş psixiatrı: “Çox vaxt qohumlar ağır durumda olmayan psixi xəstələri evə aparmaq istəmirlər” – MÜSAHİBƏ

​Azərbaycanın baş psixiatrı: “Çox vaxt qohumlar ağır durumda olmayan psixi xəstələri evə aparmaq istəmirlər” – MÜSAHİBƏ Professor Gəray Gəraybəyli: “Elə adamlar var ki, psixi xəstə olduğunu qəbul etmir, ona belə bir diaqnoz qoyulması ilə barışmır”

5 Avqust , 2015 11:07

https://static.report.az/photo/82f4c4b9-a50f-4853-8a10-b5bdea967b4a.jpg

“Depressiyaya düşməmək üçün nə lazım olduğunu elmi formada izah edə bilsəm, bəlkə də mənə “Nobel” mükafatı verərlər. Çünki bu çox çətin və ciddi problemdir” “Psixiatrlara heç vaxt cəmiyyət arasında təşəkkür etmirlər” “Ləkələnməyə ən çox məruz qalanlar, məhz psixi xəstələrdir” Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycanın baş psixiatrı, Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Gəray Gəraybəylinin “Report”a müsahibəsi: – Azərbaycanda əhalinin psixi sağlamlıq və psixoloji durumunu necə qiymətləndirirsiniz? – Azərbaycanda olan tendensiyalar digər ölkələrdəki prosesləri əks etdirir. Bu baxımdan deyərdim ki, bizim ölkədə əsasən affektiv və depressiv xəstəliklərin sayı artır. Depressiyalar isə ilk yerdədir. Eyni zamanda, stresslə bağlı olan təşviş, həyəcan pozuntuları və stress nəticəsində yaranan digər xəstəliklər də bura aiddir. Kəskin psixozlar, yəni, şizofreniya və bu kimi xəstəliklərin sayı isə əvvəlki səviyyədədir və ciddi artım qeydə alınmayıb. – Hazırda ölkədə neçə psixiatriya müəssisəsi var? – Azərbaycanda 11 psixiatriya müəssisəsi fəaliyyət göstərir. Onlardan bir qismi əsaslı təmir olunur, dörd müəssisə isə yenidən tikiləcək. Bütün dünyada olduğu kimi, son illər bizim ölkədə də psixi-nevroloji dispanserlər tədricən ləğv olunur. Onların əvəzinə ya psixiatriya xəstəxanası, ya da psixi sağlamlıq mərkəzi adlanan müəssisələr yaradılır. Hazırda Bakıda da Respublika Psixi Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Bizdə ilk dəfədir, belə bir müəssisə yaradılıb. Orada psixiatrlardan başqa psixoloqlar, hüquqşünaslar, sosial işçilər də çalışır. – Gənclər psixiatr olmağa maraq göstərirlərmi? – Hazırda psixiatriya sahəsində ciddi kadr problemi mövcuddur. Psixiatriyaya gəlmək istəyənlər çox azdır. Bu gün ölkədə fəaliyyət göstərən psixiatriya müəssisələrində 10-12 həkim ştatı olduğu halda cəmi 2-3 həkim çalışır. Hətta Bakı şəhərində elə psixiatriya müəssisəsi var ki, orada psixiatr yeri boşdur. Bu onunla bağlıdır ki, həm iş çətindir, həm də maddi cəhətdən insanlara sərf etmir. Gərək insanın bu sahəyə gəlməyə həvəsi də olsun. Psixiatrlara heç vaxt cəmiyyət arasında təşəkkür etmirlər. Hətta kimsə müalicə almış olsa belə, sonradan həkimə təşəkkür etməkdən çəkinir ki, kimsə onların nə vaxtsa həkimə müraciət etdiyini bilər. – İnsanlar çox zaman psixiatr və psixoloq anlayışını qarışdırır. Bu iki peşənin əsas fərqi nədir? – Psixologiya normal insanın, yəni, xəstəlikdən kənar olan şəxsin psixi fəaliyyəti haqqında elmdir. Bu sahənin də özünün bir çox istiqamətləri var. Kliniki, hərbi, idman, hüquqi, sosial, uşaq psixologiyası və s. Psixoloqlar həkim deyil. Psixiatr isə xəstəliyə tutulan insanın xəstəlik nəticəsində deformasiyaya məruz qalan psixikasının diaqnostikası, bunun səbəblərinin aşkarlanması və müalicəsi ilə məşğul olan şəxslərdir. Təbii ki, psixiatr psixologiyanı da bilməlidir. Çünki psixologiya çox vacib elmdir. Çox vaxt hansısa maddi maraqların dalınca qaçan insanlar 2-3 kurs keçməklə özlərini psixoloq kimi qələmə verirlər. Təbii ki, bu çox yanlış düşüncədir. Psixologiya çox incə bir elmdir. Psixoloqlar insanın ruhu, qəlbi və psixologiyası ilə məşğul olurlar. Nə olsun ki, onlar xəstələrə iynə, dərman təyin etmirlər?! Bəzən insana deyilən söz iynədən də güclü təsir edə bilər. – Bəzən deyirlər ki, xəstələrin yaxınları onları evə aparmaqda tərəddüd edir. Buna səbəb nədir? – Bu hal bütün xəstələrə şamil edilməsə də, belə faktlar mövcuddur. Bu məqamda iki tərəfi də dinləmək lazımdır. Həkimlər belə hallarla tez-tez rastlaşırlar. Həkim olaraq məsləhət verirəm ki, bu xəstənin klinikada qalmasına ehtiyac yoxdur və rahat şəkildə ev şəraitində müalicələrini davam etdirə bilər. Psixi xəstəlik bəzən sirli olub, insanları vahiməyə sala bilir. Çox vaxt qohumlar xəstəliyi o qədər də ağır, şiddətli olmayan, özünü normal idarə edə bilən psixi xəstələri də evə aparmaqdan imtina edirlər. Onlar düşünürlər ki, birdən sabah xəstənin vəziyyəti pisə doğru dəyişə bilər. Amma unutmaq olmaz ki, psixi xəstəlikdən əziyyət çəkən şəxs də vətəndaş və cəmiyyətin bir üzvüdür. Uzun illər bu sahədə müəyyən problemlər yaşanırdı. Psixiatriya xəstəxanası ilə xəstələrin ailə üzvləri arasında boşluq çox idi. Psixiatriya xəstəxanasından çıxan xəstə birbaşa evə gedirdi. Lakin o ailədə tam sərbəst yaşaya bilmirdi. Bu kimi halları aradan qaldırmaq üçün müəyyən reabilitasiya proqramları tətbiq olunmalı, xəstəxanada 4-6 ay müalicə olunan xəstələri cəmiyyətə inteqrasiya etdirən, onun yaşamağa marağını artıran tədbirlər həyata keçirilməlidir. Hazırda bu proqramı reallaşdırılması istiqamətində addımlar atırıq. – Xəstəxanada müalicə olunanlarla, ev şəraitində qalanlar, ara-sıra həkimə müraciət edən xəstələr arasında fərq çoxdur? – Xəstəxanada müalicə alanların böyük əksəriyyətini ağır xəstələrdir. Elə xəstələr olur ki, onlarda nevroz, təşviş, yuxu pozuntusu və bu kimi hallar müşahidə edilir, amma həmin şəxslər xəstəxanaya göndərilmir. Heç onların özləri də xəstəxanaya getmək istəmirlər. Çünki onlar ambulator şəkildə müraciət edirlər. Lakin onların sayı stasionar xəstələrdən çox azdır. Stasionar xəstələrin arasında əksəriyyət xroniki psixi xəstəliklərin daşıyıcılarıdır. – Son illər Azərbaycanda intihar hallarının çoxaldığı deyilir. Xüsusən də yeniyetmə və gənclərin intihara əla atması hallarının artdığı iddia olunur. Onlardan bəzilərinin ruhi xəstə olduğunu qeyd edirlər. İntihar edənlərin çoxalması ölkədə ruhi xəstələrin sayının artdığını deməyə əsas verirmi? – Psixi xəstəlikdən əziyyət çəkdiyinə görə xəstəxanaya və ya həkimə müraciət edən, qeydiyyata düşən xəstələrin sayını statistik məlumatlar əsasında qismən müəyyən edə bilərik. Amma elə adamlar var ki, psixi xəstə olduğunu qəbul etmir, ona belə bir diaqnoz qoyulması ilə barışmır yaxud özünü xəstə hesab etmir. Hətta elə insanlar var ki, illər öncə pxisi xəstəliyə yoluxmasına baxmayaraq bu günə qədər heç vaxt həkimə müraciət etməyib. Həkimə müraciət etməməsinə və diaqnoz qoyulmamasına baxmayaraq həmin insan da psixi xəstə sayılır. Odur ki, bu kimi insanların dəqiq statistikasını aparmaq qeyri-mümkündür. Ona görə də bu məsələdə dəqiq statistika demək çətindir. – Gəray müəllim, niyə “psixi sağlamlıq” deyən kimi insanların ağlına ilk gələn “dəli” ifadəsi olur? Cəmiyyətdə belə yanlış təsəvvürlərin olmasının səbəbi nədir? – Bu məsələ tək bizdə yox, eləcə də inkişaf etmiş Avropa ölkələrində də var. Bu, birbaşa insanı əkələmək cəhdidir. Belə hallarla tək psixi xəstələr deyil, vərəm, zöhrəvi, spid və bu kimi xəstəliklərdən əziyyət çəkən insanlar da qarşılaşırlar. Amma ləkələnməyə ən çox məruz qalanlar, məhz psixi xəstələrdir. “Dəli” sözü loru mənada işlədilir. İnsanların “dəli” deyəndə nəyi nəzərdə tutuduqları aydındır, lakin bunun cəmiyyət içərisində səslənməsi yolverilməzdir. Çünki bu insanlara olduqca mənfi təsir göstərir. Bildiyiniz kimi, Azərbaycan Tibb Universitetinin nəzdində Psixatiriya Klinikası fəaliyyət göstərir. Mühazirələrdə mövzuya aid olan xəstə hazırlayırıq ki, tələbələrlə onları real formada, praktikada təhlil edə bilək. Amma buna da çətinlik çəkirik, çünki qohumlar buna icazə vermir, etiraz edirlər. O zaman da deyirik ki, istəmirsinizsə, başqa xəstəxanaya aparın, çünki bura kliniki müəssisədir. – Cəmiyyətdə ruhi xəstələrə münasibət necə olmalıdır? – Psixi xəstələrin cəmiyyətin tam hüquqlu üzvü olduğunu qəbul etmək lazımdır. Hətta konstitusiyada belə bu xəstələri normal insanlardan ayıran müddəa yoxdur. İndiki dövrdə cəmiyyətdə bu kimi insanlara yanaşma tərzində, onlarla bağlı düşüncələrdə irəliyə doğru inkişaf nəzərə çarpır. Hər kəs psixi xəstəliyə yoluxa bilər, heç kim bundan sığortalanmayıb. Bu səbəbdən də psixi xəstələr daima cəmiyyətin qayğısı altında olmalıdır. – İnsanlar belə düşünür ki, son zamanlar ağır, ciddi ictimai rezonans doğuran cinayətlərin, uşaqlara qarşı zorakılıq, zorlama kimi hadisələrin, hətta yaxın qohumlar arasında baş verən tükürpədici cinayətlərin sayı artıb. Belə halların artdığını düşünmək doğrudurmu və bunu ağır psixoloji durumun nəticəsi kimi qiymətləndirmək olarmı yoxsa bunlar bütün dövrlər üçün xarakterik hadisələrdir? – Bu proseslər hər zaman olub. Nəzərə alsaq ki, Azərbaycan müstəqillik qazananda əhalinin sayı 7 milyon idisə, indi bu rəqəm 10 milyona çatır. Ona görə deməzdim ki, son dövrlər cinayətlərin sayı artıb. Sadəcə, əvvəllər bu kimi hallar gizli saxlanılırdı, mediada geniş işıqlandırılmırdı. Əvvəllər kimsə intihar edəndə, bunu ört-basdır edirdilər, bunu ölən şəxsin ürək tutumasından vəfat etməsi kimi qələmə verirdilər. – Psixi pozuntular arasında depressiya daha geniş yayılıb. Bunu nəzərə alaraq, depressiyaya düşməmək və ya ondan çıxmaq üçün nə etmək lazımdır? – Depressiyanın müxtəlif növləri var. Bu iki həftədən artıq sürən və simptomlardan ibarət olan haldır. Kiminsə işinin düzəlməməsi, yaxud da əvvəlcədən planlaşdırılmış işin alınmaması səbəbindən pis əhval-ruhiyyədə olmaq depressiya demək deyil. Bu, olduqca normal reaksiyadır. Bu kimi problemlər 2 saat sonra yaddan da çıxa bilər. Hətta səhərisi gün xatırlamaya da bilərsən. Bəli, depressiya bu gün dünyada ciddi problemlərdən biridir və psixi xəstəliklər sırasında ilk yerlərdən birini tutur. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, 2020-ci ildə əlillik səbəblərinə görə depressiya birinci yaxud ikinci yerdə olacaq. Son statistikaya görə, dünya əhalisinin 10 faizində depressiv xəstəliklər var. Hətta 5 nəfərdən 1-i həyatında bir dəfə də olsa mütləq depressiyaya düşür, bu da olduqca ciddi problemdir. Depressiyaya düşməmək üçün nə lazım olduğunu elmi formada izah edə bilsəm, bəlkə də mənə “Nobel” mükafatı verərlər. Çünki bu çox çətin və ciddi problemdir. Amma müəyyən vacib məsələləri qeyd edə bilərəm. Necə ki, insanlar öz fiziki sağlamlığını qoruyur, eləcə də yuxu və hərəkət rejimini, iş cədvəlini dəqiqliklə qurmalıdır. Çünki hərəkətsizliyin özü də bir problemdir. Lakin bunu qəbul etmək lazım deyil ki, hərəkətsizlik insanı depressiyaya sövq edir. Gənclərin əksəriyyəti gün ərzində 4-5 saat yatmağa üstünlük verirlər, bu isə gələcəkdə ciddi fəsadlara, xüsusən də yaddaşın pozulmasına gətirib çıxarda bilər. Əhalinin depressiyaya düşməsində medianın da rolu var, çünki gərgin, bəd, cinayət tipli xəbərlər çox tirajlanır. Məgər dünyanın heç bir yerində ürək açan bir hadisə olmur? Bəzən bir çox xəstələrimə dərman yazanda, hər gün havada gəzməyi, hətta bəzi verilişlərə baxmamağı da məsləhət görürəm. Çünki bu hallar mənim təyin etdiyim müalicəyə effektli təsir göstərir. – Qadınlar, yoxsa kişilər depressiyaya daha çox meyilli olur? – Statistikaya görə, depressiyaya daha çox qadınlar məruz qalır. Bu da qadınların kişilərə nisbətən daha emosional olması ilə bağlıdır. Amma bu o demək deyil ki, kişilərdə depressiya halı müşahidə olunmur. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, qadınlar depressiyadan daha tez çıxır. Çünki kişilərdə depressiya dərin olur. – Azərbaycanda şizofreniya diaqnozu qoyulan xəstələrin sayı nə qədərdir? – Bu xəstəliklə bağlı statistikada elə də ciddi dəyişiklik nəzərə çarpmır. Bu rəqəm təxminən 1 faizdir. Nəzərə almaq lazımdır ki, şizofreniya xroniki xəstəlikdir. Qeyd olunan faiz fərqi də sırf yeni aşkarlanan xəstələrə aiddir. – Küçədə, ictimai nəqliyyatda öz-özünə danışan, mahnı oxuyanları psixi xəstə saymaq olar? – Əsla belə deyil. Bu xüsusiyyət bəzən fərdiliklə, hətta bəzən milli-temperamentlə bağlı olur. – Ekstrasenslərin ruhi xəstələri müalicə etməsinə necə yanaşırsınız? – Bu xəstəliyə qarşı qeyri-professional müdaxilənin əleyhinəyəm. Hər kəs işinin peşəkarı olmalıdır. Maddi maraqlara görə kiminsə qəlbini qırmaq olmaz. Bu kimi hallarda bəzən elə fəsadlar ortaya çıxır ki, hətta bir neçə müddətdən sonra peşəkarlar belə, bunu aradan qaldıra bilmir. – İlin əvvəlində gözlənilmədən manatın devalvasiyası baş verdi, manat ucuzlaşdı, dollar bahalaşdı. Bəzi iş adamlarının bundan xeyli ziyana düşdüyü deyilirdi. Bu da ciddi psoxoloji sarsıntılara səbəb olur. Həmin dövrdə iş adamlarından yardım üçün sizə müraciət edənlər olubmu? – Bu məsələ ilə bağlı mənə müraciət edən olmayıb. Amma heç kim psixi xəstəliklərdən sığortalanmayıb. – İnsanın psixikasının pozulmasının müxtəlif səbəbləri var. Psixi xəstəlik genetik də ola bilərmi? – Bəli, psixi xəstəlik genetik ola bilər. Düzdür, bu, tam şəkildə təsdiq olunmasa da, qəbul olunmuş məsələdir. – Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsi kimi ağır problemlə üzləşib, müharibənin dəhşətlərini yaşayıb, müstəqilliyin ilk illərində ağır sosial-iqtisadi problemləri dəf etməli olub. Bütün bunların cəmiyyətdə nə kimi izləri qalıb? – Özünə “azərbaycanlıyam” deyən hər kəsin qəlbində Dağlıq Qarabağ acısı var. Torpaqlarımızın hələ də erməni işğalı altında olması bu acını xroniki stressə çevirib. İnanıram ki, xalqımız bu stressdən qurtardıqdan sonra, daha xoşbəxt yaşaya biləcək. İndiki zamanda bu problem qalmaqla yanaşı, bizim psixoloji cəhətdən güclü olmağımız artır. 15 il bundan əvvəl olan psixoloji vəziyyətimiz, indiki durumumuzdan tamamilə fərqlidir, biz indi daha güclüyük. – Noyabrda Azərbaycanda növbəti parlament seçkisi keçiriləcək. Sizcə, seçki komissiyaları deputatlığa iddialı olan namizədləri qeydə alan zaman onlardan psixi sağlamlıq haqda arayış da tələb etməlidirlərmi? – Psixi sağlamlıq ümumi sağlamlığın tərkib hissəsidir. Bunun üçün heç bir xüsusi arayışa ehtiyac görmürəm. Çünki sağlamlıq haqqında verilən sənədlərin arasında arayış varsa, bu kifayət edir. – Gəncləri işə götürən zaman psixi sağlamlıqla bağlı arayışın olması vacibdir? – Bəzi müəssisələr psixoloji testə üstünlük verirlər. Bu müsbət haldır. Bəzən müəssisələr testləri hazırlayanda və bəzi məsələlərlə bağlı bizə müraciət edirlər.

Başqalarının vaxt qrafikimə daxil olmasına necə mane ola bilərəm?

Son vaxtlar Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Bunu rəsmi statistika da təsdiqləyir.

Ekspertlər ailələrin dağılmasında bir çox səbəbləri əsas göstərirlər. Səbəblər adi sözdən tutmuş, sosial, məişət problemlərinə qədər uzanır. Təkcə bu ilin 8 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. Rəsmi statistika göstərir ki, daha çox 30-34 yaşlı kişilər və 25-29 yaşlı qadınlar nikah münasibətlərinə son qoyublar.

İki gəncin bəzən ani və keçici hislə qurduğu ailə, elə eyni minvalla da sonlandırılır. Olan isə taleyi ata və anasının münasibətlərindən asılı qalan körpələrə olur.

Ailə münasibətlərinin sonlandırılması zamanı ən çox mübahisə predmeti olan isə alimentlə bağlı öhdəliklərdir. Aliment məbləği necə müəyyən olunur? Əgər aliment öhdəliyi olan valideynin iş yeri yoxdursa, alimenti kim verməlidir?

Modern.az təqdim etdiyi yazıda bu suallara aydınlıq gətirir.

Aliment öhdəliklərinə nələr daxildir?

Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu vəzifədən irəli gələrək, Ailə Məcəlləsinin 78-ci maddəsi uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulması qaydasını müəyyənləşdirir. Həmin maddəyə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1-ci maddə). Sabit pul məbləğinin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Sabit aliment məbləği

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur.

1 uşağa görə – qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

2 uşağa görə – qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

3 və daha çox uşağa görə – qazancın (başqa gəlirlərin) yarısı.

Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

Məhkəmənin müəyyən olunmuş aliment miqdarını dəyişdirmək hüququ Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunub. Məhkəmə bu hüququnu tərəflərdən birinin tələbi ilə əgər onlardan birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, həyata keçirə bilər.

Məhkəmə işə baxarkən tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliklərin (məsələn, borclunun, yəni aliment ödəyən şəxsin pensiya yaşına çatması, onun işdən çıxarılması, borclunun saxlamalı olduğu yeni şəxslərin olub-olmaması, tərəflərin hər ikisinin və ya onlardan birinin başqa nikaha daxil olması və s.) olub-olmamasını müəyyənləşdirməlidir. Təqdim edilməli olan sübutlar məhz bu hallardan asılı olaraq dəyişə bilər.

Dövlət Komitəsinin alimentlə bağlı mövqeyi

Məsələ ilə bağlı Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir:

“BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaəsən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. Lakin bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, əldə olunan nəticə yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir”.

Aliment öhdəlikləri dünya təcrübəsində

Rəsmi məlumatda bildirilib ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür:

“Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür.

Rusiya Federasiyasında uşaqların hüquqlarının qorunması, o cümlədən aliment öhdəliklərinin effektiv icrasının təmin etmək məqsədi ilə zəruri hüquqi baza yaradılmaqla yanaşı mövcud qanunvericiliyə irimiqyaslı dəyişikliklər edilib.

Belə ki, Rusiya prezidentinin 1 iyun 2012-ci il tarixli fərmanı ilə “2012-2017-ci illər üzrə uşaqların maraqları naminə fəaliyyətin milli strategiyası təsdiq edilib. Qeyd olunan Milli Strategiyada uşaqların saxlanılması üçün kifayət edən alimentlərin mütəmadi ödənilməsi üzrə tədbirlərin işlənib hazırlanması, o cümlədən dövlət aliment fondunun yaradılması vasitəsi ilə aliment öhdəliklərinin icrası nəzərdə tutulub. Rusiya prezidenti yanında Milli Strategiyanın icrası üzrə Kordinasiya Şurası yaradılıb.
Latviya Respublikasında alimentlərin ödənilməsi işini tənzimləyən qanunvericilikdə köklü islahatlar həyata keçirilib, o cümlədən Aliment Fondu təsis edilərək bu sahədə səmərəli icra mexanizmləri tətbiq olunmağa başlanılıb. Latviya Respublikasının Uşaqlar və Ailə İşləri üzrə Nazirliyin təşəbbüsü ilə “Saxlanılma xərclərinin təminatları fondu haqqında” Qanun qəbul edilib, həmin nazirliyin bilavasitə tabeliyində olan Uşaqların saxlanılması xərclərinin təminatları Fondu yaradılaraq fəaliyyət başlayıb. Fondun məqsədi məhkəmə qərarları əsasında alimenti ödəməyə borclu olan valideyndən yardım almayan və bu səbəbə görə digər valideyni tərəfindən saxlanılan uşaqlara minimal saxlanılma xərclərinin ödənilməsi ilə onların sosial təminat almaq hüququnun təmin olunmasıdır”.

Comments are closed, but trackbacks and pingbacks are open.