Press "Enter" to skip to content

İllik məzuniyyət və bayramlar

və sülh hüququ haqqında” fundamental oçerkin yazılması ilə nəticələndi.

Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova

və sülh hüququ haqqında” fundamental oçerkin yazılması ilə nəticələndi.

Qrotsi uzun illər İspaniya ilə mübarizənin hüquqi carçısı olsa da, onun ideyalarının əksəriyyəti

məhz təbii hüquq nəzəriyyəsinə və 16‐cı əsr ispan katolik mütəfəkkirlərinin yazılarına söykənirdi.

Hüqo Qrotsi bu nəzəriyyələrin “yeni” təbii hüququn formalaşmasında böyük rol oynayan müasir

sintezini yaratmışdı. O, ilk dəfə olaraq bunu dini fərziyyələr sferasından çıxarmağa, siyasi və sosial

əsaslara yönləndirməyə çalışmışdı.

Qrotsi ictimai həyatda şəxsiyyətin

üstünlüklərini və o vaxta qədər heç cür

fərqləndirilə bilinməyən “hüquq” və

“qanun” anlayışları arasındakı fərqləri

müəyyən etdi. Artıq “hüquq” adı altında

istənilən qanunvericiliyin əsası ola bilən,

fərdə doğulduğu andan xas olan hüquq

anlaşılırdı. Bundan başqa, Qrotsi hesab

edirdi ki, icma (xalq) öz idarəetmə

formasını seçməkdə və ali hakimiyyətin

fəaliyyət sərhədlərini müəyyən etməkdə

tam hüquqa malikdir. “Xalq idarəetmənin

bu və ya digər formasını seçməkdə

formasının faydaları nöqteyi‐nəzərindən

deyil, xalqın iradə ifadəsinin həyata

qiymətləndirmək lazımdır”. Bu ideyaların keçmişdə mövcud olmasına baxmayaraq, onun

möhkəmləndirilməsində Qrotsinin fikirləri mükəmməl inqilabi xarakter daşımışdır.

Hollandiya və İspaniya arasında baş vermiş müharibənin birbaşa şahidi kimi Qrotsi müharibə və

sülh anlayışlarını hüquqi nöqteyi‐nəzərdən qiymətləndirməyə çalışmışdır. Onun fikrincə,

müharibə təbii hüquq qaydalarına tamamilə ziddir. Onun üçün “ədalətli müharibə” termini

prinsipial şəkildə əhəmiyyətli rol oynayırdı.

Hələ çox əvvəllər belə bir fikir mövcud idi ki, müharibələr həmişə eyni deyildir. Ədalətli

müharibələr ənənəvi olaraq din uğrunda mübarizə adı altında təşkil olunan xaç yürüşləri hesab

edilirdi. Qrotsi isə təcrübəli biri kimi ədalətli müharibəni müdafiə məqsədilə aparılan müharibə,

yəni, öz dövlətinin ərazi bütövlüyü və vətəndaşların mülkiyyətinin qorunması naminə aparılan

müharibə hesab edirdi. Qəsbkarlığa istənilən cəhd ‐ ədalətsizlikdir. Lakin Qrotsi inanırdı ki,

müharibələr sonradan tərəflərin zərər və qazancını müəyyən etmək üçün sülh müqaviləsinin

bağlanması məqsədilə aparılır və müharibə deyil, yalnız sülh yolu ilə buna hüquqi cəhətdən yol

verilə bilər. Buna görə də Qrotsiyə görə sülh müharibənin sonu deyil, onun başlıca məqsədi idi.

Maraqlıdır ki, “sülh” kontekstində Qrotsi pasifizmin banisi kimi çıxış edir. Lakin onun gətirdiyi

yeniliklər hüquq tarixi ilə yanaşı, qərb insanının həyat və statusunu (vəziyyətini) da dəyişdirdi.

A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə

“Sualınıza vəkil cavab versin!” rubrikası

Sual 1: Mənim 6 il iş stajim var. Ali təhsilliyəm. Mən

noyabr ayının 1‐dən əmək məzuniyyətindəyəm.

Mənim məzuniyyətim neçə gündür? Həmin ayda olan

bayram günlərinin pulu ödənilir? 1 sualım da var.

Qızımın doğum haqqında şəhadətnaməsində soyadı

“Həsənova” yazılıb. Biz ona milli soyad yəni, “Həsənli”

soyadını vermək istəyirik. Bunun üçün nə etməliyik?

Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin

114‐cü maddəsinin 2‐ci hissəsinə görə işçilərə ödənişli

əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq

verilməlidir. Həmin maddənin 3‐cü hissəsində göstərilən işçilərə isə ödənişli əsas məzuniyyət 30

təqvim günü müddətində verilməlidir. Adı çəkilən Məcəllənin 116‐cı maddəsinin 1‐ci hissəsinə

görə işçinin beş ildən on ilədək əmək stajı olduqda, ona 2 təqvim günü müddətində əlavə

məzuniyyət verilir. Qeyd edək ki, Əmək Məcəlləsinin 114‐cü maddəsinin 6‐cı hissəsinə görə əmək

məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim

günlərinə daxil edilmir və ödənilmir. İkinci sualınızla bağlı onu qeyd edək ki, Azərbaycan

Respublikasının Nazirlər Kabinetinin 79 nömrəli, 12 may 2011‐ci il tarixli Qərarı ilə təsdiq edilmiş

“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1‐ci bəndinə görə 18

yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni

nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata

keçirilir. Qaydaların 5.2‐ci bəndinə görə 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun

razılığı ilə dəyişdirilir. Qaydaların 5.3‐cü bəndinə görə soyadın sonluğuna dəyişiklik edilməsi ilə

əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Qaydaların

5.4‐cü bəndinə görə soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri

və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt

qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş

qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və

əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir.

Sual 2: Mənim 3 sot torpağım var, torpağın sənədi (“Kupça”sı) də var. Orada ev tikmək

istəyirəm. Mən haradan və necə ev tikmək üçün sənəd ala bilərəm?

Cavab: Yeni qəbul olunmuş Şəhərsalma və Tikinti Məcəlləsində fərdi yaşayış evləri ilə bağlı icazə

icraatı deyil, məlumatlandırma icraatının tətbiqi nəzərdə tutulub. Belə ki, sözügedən Məcəllənin

80‐ci maddəsində qeyd olunur ki, mərtəbələrinin sayı 3‐dən, hündürlüyü 12 metrdən və

aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı

məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız

memarlıq‐planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma

icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin

yaşayış evinin tikinti layihəsinin memarlıq‐planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan

müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti

niyyəti barədə yerli icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin

memarlıq‐planlaşdırma bölməsini yuxarıda qeyd olunan tələblərə uyğunluğunun yoxlanılması

üçün həmin orqana təqdim edir. Yerli icra hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində layihəyə

A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə

dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Barəsində

məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq‐planlaşdırma

bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan

Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir.

Sual 3: Mən Qusar rayonunda qeydiyyatdayam. İstəyirəm Bakı qeydiyyatına düşüm. Bunun

üçün hansı sənədlər lazımdı və dövlət rüsumu tutulurmu?

Cavab: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna görə, yaşayış yerini

dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata

alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal

qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi

haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir.

Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə‐anketlə birlikdə aşağıdakı sənədləri

təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə

köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında

daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa

yaşayış sahəsi verən şəxsin ərizəsi.

Sual 4: Əgər ailə boşanırsa, uşaqlar kimdə qalmalıdır?

Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1‐ci maddəsinə görə məhkəmə

boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında

qaldığını müəyyən etməlidir. Adıçəkilən Məcəllənin 60.4‐cü maddəsinə görə valideynlər ayrı

yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq

olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları

(uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və

digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə

almaqla həll edir. Həmin Məcəllənin 52‐ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan

istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati

araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar

istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından

çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının

yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959‐cu il tarixli qətnaməsi

ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6‐cı prinsipinə görə azyaşlı uşaq müstəsna

hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi

və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür.

Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi,

uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik

hüquqlarından sui‐istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının

yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması

məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə

alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır.

Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi

və digər dəyərlərini, valideynin iş rejimi də nəzərə alınmaqla onun uşağı tərbiyə etməsinin

mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki,

valideynlərdən birinin maddi‐məişət şəraitinin yüksək olması özü‐özlüyündə uşağın onun yanında

qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.

A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə

Sual 5: Mənim bir yaxınım var, rayonda ailə qurduğu yerdə qeydiyyatdadır. Boşanmaq üçün

hansı rayon məhkəməsinə müraciət etsin?

Cavab: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1‐ci maddəsinə görə qanunla

başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə

verilir. Sözügedən Məcəllənin 36.1‐ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud

Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə

görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 36.5‐ci maddəsinə

görə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə

cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə nikahın pozulması haqqındakı iddialar

iddiaçının yaşadığı yerə görə verilə bilər.

Sual 6: Nikah müqaviləsinin şətləri nədir?

Cavab: Nikah müqaviləsi və onun məzmunu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38‐ci

maddəsində təsbit edilmişdir. Həmin maddəyə görə nikah müqaviləsi nikaha daxil olan şəxslər

arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər‐arvadın əmlak hüquqlarını və

vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər‐arvad birgə mülkiyyətin qanunla

müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı‐ayrı növlərinə və ya ər‐arvadın

hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi

ər‐arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər‐arvad nikah

müqaviləsində bir‐birinin qarşılıqlı saxlanması, bir‐birinin gəlirlərində iştirak üsulları, hər birinin

ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək

əmlakı və ər‐arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək

hüququna malikdirlər. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən

müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb‐yaranmamasından asılı ola bilər. Nikah

müqaviləsində ər‐arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün

məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də

ər‐arvad arasındakı şəxsi qeyri‐əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək

qabiliyyəti olmayan ərinv(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran,

ər‐arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan

müddəalar nəzərdə tutula bilməz.

Sual 7: Övladım Türkiyədə anadan olmuşdur. Hal‐hazırda iki aylıqdır və mən onun üçün doğum

haqqında şəhadətnamə almaq istəyirəm. Bunun üçün hansı sənədlər lazımdır?

Cavab: Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

‐ valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;

­ valideynlərin nikah haqqında şəhadətnaməsi;

­ doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;

­ uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra

valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;

“Dövlət rüsumu haqqında” qanunun 13‐cü maddəsinə əsasən doğumun qeydə alınması və bu barədə

ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

*‐ Rubrikada təqdim olunan suallar vəkil Dünyamin Novruzov tərəfindən cavablandırılmışdır.

Qeyd: Bu rubrikada oxucularımızı vəkil Kamandar Nəsibovun öz asudə vaxtını necə

dəyərləndirməsi barədə məlumatlandıracağıq. Hörmətli vəkilimiz öz hobbisi ilə bağlı

balıqqulağı kolleksiyasının foto‐şəkillərini jurnalımızın oxucuları ilə bölüşmək qərarına

A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə

Şəkil 1: Adı “Jenneria pustulata”dır.

Ölçüsü 1,8‐2,7 sm‐dir. Meksika‐Peru

sahillərində, əsasən isti sularda rast gəlinir.

Şəkil 2: Filippin adalarının

simvollarindan biridir.

Şəkil 3: Adı “Papaina pulcherrima”dır.

Papua Yeni Qvineya ölkəsində Manus

adasında əsasən rast gəlinir. Ölçüsü 3,5 sm‐

dir. Yağışlı mövsümü bitdikdən sonra yaşıl

rəngi qəhvəyiyə çevrilir.

Şəkil 4: Adı “Thatcheria mirabilis”dir.

Yaponiya və Filippində rast gəlinir. Çox

müxtəlif formaları mövcuddur.

7‐12sm ölçüdə olur.

A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə

Şəkil 5: Adı “Epitonium scalare”dir.

Tərcümədə “möcüzəli nərdivan” mənasını

daşıyır. Yaponiyada və Sakit Okeanın cənub‐

qərbində rast gəlinir. 60‐120 metr

dərinliklərdə olur. Ölçüsü 5‐7 sm‐dir.

Şəkil 6: Adı “Terebra maculate”dır. Tərcümədə

“xallı terebra” mənasını daşıyır. Ölçüsü 16‐25

sm‐dir. Əsasən tropik sularda (Hind və Sakit

okeanın kəsişdiyi yerlərdə) 10‐80 metr

dərinliklərdə rast gəlinir.

Şəkil 7: Adı “Yepiskok mitrası”dır. Ölçüsü

13­18 sm‐dir. Hind və Sakit okeanlarında

35 metrə qədər dərinliklərdə rast gəlinir.

Şəkil 8: Adı “Gemmula unedo”dur. Çox böyük

ərazidə, Yaponiyadan Fars körfəzinə qədər

rast gəlinir. Ölçüsü 9 sm‐ə kimi olur.

Şəkil 9: Adı “Lambis crocata”dır. “Narıncı

lambis” mənasını verir. Hind və Sakit

okeanlarında 3‐30 metr dərinliyində rast

gəlinir. Ölçüsü 16‐20 sm olur.

Şəkil 10: Adı “Siratus alabaster”dir. Tayvan

və Filippində rast gəlinir. Ölçüsü 17‐22 sm‐

dir. 80‐150 metr dərinlikdə tapılır.

A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə

Şəkil 11:Adı “Symatium rubeculum”dur.

Tərcümədə “Qırmızımtıl triton” mənasını verir.

(Triton qədim yunan əsatirində yarı balıq, yarı

insan bədənli tanrıdır.). 4‐5,5 sm ölçülüdür.

Əsasən Hind və Sakit okeanlarında rast gəlinir.

Şəkil 12: Adı “ Ctenocardia victor”dur. Sakit

Okeanın qərb hissəsində rast gəlinir. 100 metr

dərinliyə qədər olan ərazilərdə tapılır.

Ölçüsü 2,5 sm‐dir.

Şəkil 13: Adı “Tibia fusus”dur. Tərcümədə

“Tibiya oxu” mənasını verir. Ölçüsü 18‐31

sm­dir. Sakit okeanın cənub‐qərbində 4‐150

metr dərinliklərdə əsasən rast gəlinir.

Şəkil 14: Adı “Haustellum”dir. Ölçüsü 14‐18,5

sm‐dir. Hind və Sakit okeanda 5‐80 metr

dərinliklərdə rast gəlinir.

Şəkil 15: Adı “Cbicoreus palmarosae”dir.

Tərcümədə “Qızılgülün budağı” mənasını verir.

Ölçüsü 10 sm civarında olur. Əsasən Hind

okeanında ­ Filippin, Yeni Qvineya və Seylon

adalarında rast gəlinir.

Şəkil 16: Adı “Spondylus regius”dur. Tərcümədə

“Kral spondilyusu” mənasını verir. Ölçüsü 12‐

22,5 sm­dir. Sakit okeanın cənubunda 5‐50 metr

dərinlikdə rast gəlinir. Bu balıqqulağından

suvenirlərin hazırlanmasında istifadə edilir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

İllik məzuniyyət və bayramlar

Əmək Məcəlləsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti. Bu cür məzuniyyətlər iş yerinin və orta əmək haqqının saxlanılması ilə verilir. İllik ödənişli məzuniyyət istirahət, iş qabiliyyətinin bərpası və sağlamlığın möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Ayrıca kateqoriyalar üçün daha uzun müddətli məzuniyyətlər verilə bilər. Məsələn, Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir: kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, orta tibb işçilərinə və əczaçılara. Müəllimlər və elmi işçilər 56 günlük ödənişli məzuniyyətdən faydalanmaq hüququna malikdirlər. Bu cür məzuniyyətin əlillər (18 yaşınadək) və uşaqlar (16 yaşınadək) müddəti 42 təqvim günü təşkil edir. 16-18 yaşında olan şəxslər üçün illik ödənişli məzuniyyətin müddəti ən azı 35 təqvim günüdür. Azərbaycanın Milli Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları 46 günlük məzuniyyətdən faydalanmaq hüququna malikdirlər. Aktyorların illik ödənişli məzuniyyətlərinin müddəti 42 təqvim günüdür.

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əlavə məzuniyyətlər hüququnu verən işlərin siyahısı Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir.

Əmək məzuniyyəti cari iş ilinə görə verilir. Birinci iş ili işə qəbul anından başlayır. İki il dalbadal illik ödənişli məzuniyyətin verilməməsi qadağandır. Müstəsna hallarda məzuniyyətin növbəti iş ilinə keçirilməsi mümkündür. Əmək məzuniyyətinin istifadə edilməmiş hissəsi yeni əmək məzuniyyətinə əlavə edilə və ya ayrı-ayrılıqda istifadə edilə bilər.

Məzuniyyət hüququ konkret təşkilatda işin müddəti ilə bağlıdır. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. İşin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:

a) qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;

b) on səkkiz yaşına çatmamış işçilərin;

c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;

ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;

d) hərbi qulluqçu arvadının (ərinin);

e) tələbələrin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;

Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir:

  • faktiki iş müddəti;
  • faktiki iş olmadan işçinin iş yerini qoruyub saxladığı müddət;
  • əvvəlki iş yerində bərpa olunmaqla işdən qanunsuz olaraq çıxarıldıqda və ya kənarlaşdırıldıqda məcburi proqul müddəti;
  • fəaliyyət qabiliyyətinin olmaması müddəti;
  • vəzifədən qanunsuz olaraq kənarlaşdırıldığı və ya qanunsuz həbs müddəti.

Hər il, yanvar ayının sonunadək təşkilatda əmək məzuniyyətlərinin qrafiki tərtib edilir. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər: 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə), əlillərə;

İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:

a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;

b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;

c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;

İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər. Belə olan halda, ödənişli məzuniyyətin bir hissəsi iki təqvim həftəsindən az olmamalıdır. İstehsalatda baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün və ya təxirəsalınmaz işləri həyata keçirmək zərurəti yarandıqda, məzuniyyətdən geri çağırılma mümkündür. Məzuniyyətdən geri çağırılma ya əlavə qeyri-iş günü və ya pul ödənişi ilə kompensasiya edilir.

Mənbələr: Əmək Məcəlləsinin 110-121, 131-138 maddələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004 tarixli 92 nömrəli Qərarı

Bayram günlərində əməyin ödənilməsi

Yeni il bayramı (yanvarın 1 və 2-si);

Qadınlar günü (martın 8-i);

Respublika günü (mayın 28-i);

Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);

Dövlət müstəqilliyi günü (oktyabrın 18-i);

Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u);

Konstitusiya günü (noyabrın 12-si);

Milli Dirçəliş günü (noyabrın 17-si);

Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);

Novruz bayramı—beş gün;

Qurban bayramı—iki gün;

Ramazan bayramı—iki gün Yeni il bayramı (yanvarın 1 və 2-si);

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.

İstirahət, bayram, səsvermə, ümumxalq hüzn günlərində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

  1. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
  2. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
  3. təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);

İşçinin istəyinə əsasən əmək haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər.

Mənbələr: Əmək Məcəlləsinin 105-106, 164 maddələri

İstirahət günləri

Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır. Beşgünlük iş həftəsi zamanı işçilərə həftədə iki istirahət günü, altıgünlük iş həftəsində isə bir istirahət günü verilir. İş vaxtının yekun uçotu zamanı istirahət günləri növbə qrafikinə əsasən verilir (həmkarlar ittifaqı və ya əmək müqaviləsi ilə razılaşma əsasında).

Mənbələr: Əmək Məcəlləsinin 104 maddəsi

Fitrə pulu necə hesablanır?

Bir gün əvvəl isə bayram axşamıdır. İslam qaydalarına görə, bayram axşamı müsəlman evindən fitrə pulu çıxarmalıdır.

Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşına fitrə pulunu 5 manat müəyyən edib. Fitrə pulunun qədəri necə müəyyən edilir?

“Media forum” saytının sualını cavablandıran ilahiyyatçı Elşən Mustafaoğlu Ramazan ayının sona çatması münasibətilə verilən fitrə zəkatı haqda bunları deyib: “İslama görə, Ramazan ayının bitməsi Fitr bayramı ilə qeyd olunur. Bayram günündə imkanı çatan hər müsəlman özü və öhdəsində olan şəxslər üçün fitrə zəkatı verir, bununla bayram sevincini ehtiyaclı ailələrlə də paylaşmış olur. “Quran”ın 30 ayəsində zəkatdan söz açılır, bu ayələrdən bir neçəsində Allah zəkat verilməsini əmr buyurur. Məsələn, Nur surəsinin 56-cı, Müzzəmmil surəsinin 20-ci, Mücadələ surəsinin 13-cü ayələrini göstərmək olar. Bununla bərabər bir çox digər ayədə də sədəqə və infaq, yəni Allah yolunda malından-pulundan xərcləmə, ehtiyaclılara əl tutma, yardım etmə haqda buyurulur.

Fitrə zəkatının vacibliyini Məhəmməd peyğəmbər hicri 2-ci ildə, Ramazan ayı bitdikdə oxuduğu xütbə zamanı buyurub. Peyğəmbər və imamlardan nəql edilən rəvayətlərdə, hədis toplularında fitrə zəkatının önəmi qeyd edilib. Rəvayətlərdən birində İmam Cəfər Sadiq buyurur: “Namaz bitdikdə peyğəmbərə salam deyildiyi kimi, orucluq da sona çatdıqda fitrə zəkatı vermək lazımdır”. Başqa bir rəvayətdə deyilir: “Kim orucunu yaxşı söz və yaxşı əməllə başa vursa, Allah onun orucunu qəbul edər”. Bu zaman imamdan soruşulur: “Yaxşı söz və yaxşı əməl hansıdır?” İmam cavabında buyurur: “Yaxşı söz kəlmeyi-şəhadət, yaxşı əməl isə fitrə verməkdir”.

Fitrə zəkatı Ramazan ayının son günündə, axşam azanından sonra ayrılır və səhərisi, yəni Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırılır”.

İlahiyyatçı bildirir ki, fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən ərzaq növlərindən – buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalıdan adambaşına 3 kiloqram olmaqla hesablanır: “Ailə başçısı bu miqdarda ərzağı və ya dəyərinə uyğun məbləği özü, öhdəsində olan şəxslər üçün fitrə zəkatı ayırıb ödəməlidir. Bu gün adambaşına düşən fitrə zəkatının minimal həddi təxminən 1 manat 50 qəpik hesab edilə bilər. Yəni 4 nəfərdən ibarət ailə cəmi 6 manat fitrə zəkatı verməlidir. Əlbəttə, imkanı olan şəxs istəyərsə, bundan daha artıq məbləğ də verə bilər. Fitrə ehtiyaclı şəxslərə verilməlidir. Maddi vəziyyəti pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddır”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.