Press "Enter" to skip to content

Yük avtomobillərin haqqinda

“Azərbaycanda nəqliyyat” statistika məcmuəsində ölkə nəqliyyatının vəziyyətini xarakterizə edən əsas göstəricilər verilmişdir. Nəqliyyatın infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün bir sıra dünya ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir. Məcmuədə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövriyyəsi, sərnişin daşınması, sərnişin dövriyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunan gəlir və daşımalara çəkilən xərclər, nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat müəssisələrində çalışan işçilərin sayı və əmək haqqı, ayrı-ayrı nəqliyyat növlərinin vəziyyətini xarakterizə edən digər əsas məlumatlar, habelə ölkənin regionları üzrə avtomobil nəqliyyatının işi və yollar haqqında məlumatlar əks olunmuşdur.
Statistik göstəricilər və onların formalaşması haqqında qısa metodoloji izahatlar cədvəllərdən sonra verilmişdir.

Azərbaycanda nəqliyyat

“Azərbaycanda nəqliyyat” statistika məcmuəsində ölkə nəqliyyatının vəziyyətini xarakterizə edən əsas göstəricilər verilmişdir. Nəqliyyatın infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün bir sıra dünya ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir. Məcmuədə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövriyyəsi, sərnişin daşınması, sərnişin dövriyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunan gəlir və daşımalara çəkilən xərclər, nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat müəssisələrində çalışan işçilərin sayı və əmək haqqı, ayrı-ayrı nəqliyyat növlərinin vəziyyətini xarakterizə edən digər əsas məlumatlar, habelə ölkənin regionları üzrə avtomobil nəqliyyatının işi və yollar haqqında məlumatlar əks olunmuşdur.
Statistik göstəricilər və onların formalaşması haqqında qısa metodoloji izahatlar cədvəllərdən sonra verilmişdir.

Şərti işarələrin izahı:
« – » hadisə baş verməmişdir;
« . » məlumat əldə edilməmişdir;
« 0 » rəqəm vahiddən olduqca kiçikdir.

Qeyd: Bəzi hallarda yekunla cəm arasında yaranan cüzi fərq rəqəmlərin yuvarlaqlaşdırılması ilə izah olunur.

Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

Yük avtomobillərin haqqinda

Azərbaycanda iş adamları, ticarət, istehsal sahəsində fəaliyyət göstərən, sadəcə yüklərini daşımaq üçün avtomobildən istifadə edən və yük daşıma xidməti göstərən sahibkarlar üçün maraqlı yenilik baş verib.

Ölkədə ilk dəfə olaraq yük sahibləri ilə avtomobil sürücülərini və nəqliyyat şirkətlərini əlaqələndirən yeni xidmət işə düşüb.

Yük avtomobilləri üçün «Uber»i xatırladan xidməti «A Truck» şirkəti (https://t.me/atruck_bot ) təqdim edir. FED.az layihənin ideya müəllifi, şirkətin təsisçisi və direktoru, sahibkar İlqar Tağıyevlə müsahibəni təqdim edir.

– İlqar müəllim, ilk dəfə bu yenilik haqqında eşidəndə dərhal onu «yük maşınlarının UBER-i» adlandırdıq, çünki ilk baxışdan həmin qaydalarla işləyir. Necə oldu ki, bu ideya yarandı və sistem necə işləyir?

– Ümumiyyətlə startap belə desək, hökmən bir problemi həll etməlidir. Problem isə ondan ibarətdir ki, ilin bəzi vaxtlarında, necə deyirlər pik dövründə Azərbaycanda avtomobillərinin satışmazlığı hiss olunur. Burada həm Azərbaycandan gedən yüklərdən, həm də Azərbaycana gələn yüklərdən söhbət gedir.

Məsələn mən özüm sahibkar olaraq İran, Türkiyə və Azərbaycandan meyvə-tərəvəzlərin ixracı ilə məşğulam, mən özüm bu problemi gördüm. Və fikirləşdim ki, belə bir sistem olarsa, o həm yük, həm də avtomobil sahiblərinin problemlərini həll edə bilər.

– Maşınların az olması və yükləri daşıyıb çatdıra bilməməsini nəzərdə tutursunuz?

– Həm onu, həm də bəzən olur ki, yük maşınları gedir, Ukrayna, Rusiya, Belarus və sair ölkələrə, yükü çatdırırlar. Amma qayıdanbaş yük tapmadığına görə boş qayıtmaq istəmir və məcbur orada gözləyirlər. Həmin maşınlar geri qayıtmadıqca artıq burada avtomobil qıtlığı yaranır.

Avtomobil sıxlığı olduqda isə yükün daşınması problemi ilə yanaşı, qiymətlər də kəskin şəkildə artır. Məsələn, biz daşıma ilə bağlı qiymət danışırıq, razılaşırıq, amma maşın tapılana və yük maşına yığılan qədər nəqliyyatın qiyməti kəskin qalxır, hətta bəzən olur ki, daşıma qiyməti 50 faiz qalxır və bizim qazancımız artıq orada itir.

– Belə vəziyyətdə sahibkar artıq fakt qarşısında qalır – yük avtomobillərə yığılıb, yeni maşın tapmağa vaxt da yoxdur, meyvə-tərəvəz də tez xarab olandır, məcbursunuz siz onu göndərməyə.

– Bəli, öhdəliyimiz var, göndərməliyik. Bunun üçün biz birbaşa tanıdığımız sürücülərdən istifadə eləyirik və yaxud da dispetçerlər deyilən insanlar var, hansılar ki, bu işin vasitəçiləridir və onlar hər sifarişə görə təxminən 100 dollar pul alırlar. Hər iki tərəfdən, bəzən bir tərəfdən olur və bu, sahibkar üçün bir o qədər də sərfəli bir şey deyil.

Bu vəziyyəti həll etmək lazım idi. O da müəyyən bir tənzimlənən mexanizm, bazar aləti tələb eləyir ki, insanlara rahat formada həm buradan ora yük aparmağa, həm oradan bura yük gətirməyə imkan yaratsın, həm də maşın boş qayıtmasın.

– Sizin layihə bu problemləri həll edir?

– Əlbəttə, «A Truck»ın işə düşməsi ilə bizim layihə iki problemi – həm mal göndərənlərin istədikləri maşını tapa bilməməsi, həm də maşınların geriyə boş qayıtmasını həll edir. Yəni həm şəffaflaşmaya, həm də düzgün seçim eləməyə kömək eləyəcək.

– Söhbət hansı avtomobilərdən gedir, yalnız TIR-lardan?

– Fərqli malların daşınması üçün fərqli avtomobillər tələb olunur. Bizim layihə bütün avtomobilləri əhatə edir, «refrijerator» dediyimiz soyuducu avtomobillərdən tutmuş üzəri çadır örtüklü yük avtomobillərinə qədər bütün maşınları buradan tapmaq olar.

– Bəs sizin yaratdığınız startap necə işləyir?

– Biz Telegram sosial şəbəkəsində bir Bot yaratdıq – https://t.me/atruck_bot. Ona görə Telegramda yaratdıq ki, Telegramın dünyada təqribən 500 milyondan çox istifadəçisi var və bu regionda, bizim yerləşdiyimiz coğrafiyada çox məşhurdur. Rusiya, Qazaxstan, Özbəkistan, Azərbaycanda və Türkiyənin özündə Telegram kifayət qədər məşhurdur və biz layihəni onun üzərindən edirik. Yaratdığımız Telegram Bot «A Truck» adlanır. Bu botun mahiyyəti ondan ibarətdir ki, insanlar bura daxil olur, yə sürücü, ya da mal sahibi kimi qeydiyyatdan keçir. Sürücü və ya nəqliyyat şirkəti kimi qeydiyyatdan keçəndə, maşına aid məlumatları daxil edir – maşının nömrəsi, qoşqu varsa onun nömrəsini, həcmi, imkanları və sair. Yəni avtomobil refrigeratordur, yoxsa tentdir, neçə tonluqdur, bütün bunları seçə bilir. Seçim etdikdən sonra onun məlumatları bizim bazaya daxil olur.

Öz növbəsində yük sahibi bu sistemə daxil olub qeydiyyatdan keçərək ona lazım olan sifarişləri yerləşdirir. Sifariş veriləndə sistem bu sifarişə uyğun avtomobilləri mal sahibinə təqdim edir. Məsələn mal meyvədirsə, deməli ona soyuducu qoşqu tapır və sair.

– Hazırda bu proses necə baş verir? Yəni yük daşımaq istəyənlər maşınları və ya avtomobil sahibləri yükü necə tapır?

– Hazırda bu proses Telegram və yaxud da Whatsapp qruplarında xaotik şəkildə baş verir. Amma bu – problemli üsuldur. Əvvəla, belə qruplarda kimin sürücü, kimin isə yük sahibi olması bilinmir. Həm də bilinmir ki, kim kimə cavab verir. Yəni bu qruplarda sifariş edənin və ya sonda yükün kim tərəfindən daşınacağı, seçimin necə ediləcəyi bilinmir. Çünki qruplarda hamı dayanmadan yazır və bilinmir ki, yük, necə deyirlər kimə qismət oldu.

– Sizin sistem isə fərqlidir, yəni biz avtomobil alqı-satqısı saytlarında maşını tapmaq üçün necə filtrlənmə veririksə, burada da həmin qayda ilə seçim edilir, eləmi?

– Bəli, bu sistemdə məsələlər daha dəqiqdir. Sistem yükə və ya müştərinin istəyinə görə ona uyğun maşın tapır. Yəni sizin yükünüz varsa, onu daşıya biləcək adam onu görür və sizin yükünüzü kimsə qəbul eləyirsə, o, da daşıyacaq. Məsələn, tutaq ki, siz sifariş verəndə deyirsiniz ki, mənim yüküm bir həftədən sonra hazır olacaq. Sürücü bunu görür, ola bilər, o hələ heç Azərbaycanda da deyil, amma deyilən vaxtda burada olacaq. Gəlir, yük avtomobilə yüklənir və sürücü onu aparır. Bu çox effektiv idarəetmədir, çünki işi əvvəlcədən planlaşdırmaq olur.

– Tutaq ki, mən yük sahibiyəm, məsələn, bir maşın kartofum var, bunu Moskvaya göndərmək istəyirəm. Mən sizin sistemdə ayarlamanı verirəm. Mənim sifarişimi ancaq o maşınlar görəcək ki, hansı ki, onlar o sifarişə uyğundurlar?

– Bəli, sifariş yerləşdiriləndən sonra həmin sifarişi yalnız ona uyğun gələn avtomobillərin sahibləri görürlər. Və olardan hansı maraq göstərirsə, yəni bu yükü daşımaq istəyirsə, müştəri də məhz onları görür və birini seçib əməkdaşlıq edir.

– Bəs onlar mənə necə cavab verəcəklər? Tutaq ki, mən yükümü bildirdikdən sonra bu yükə 5 maşın uyğun gəlir. Mən onları necə görürəm və onlardan hansını seçəcəm?

– Sizin yükə tutaq ki, 5 sifariş gəldi, yəni sistem bu yükü daşıyacaq 5 avtomobil tapdı, Sizə onların kontaktları gəlir və siz artıq birbaşa onlarla rahat kontakta girə bilirsiniz.

– Avtomobillər barədə məlumatların doğruluğuna maşın sahiblərinin özləri cavabdehdir?

– Bəli, bü gün onsuz da elədir, yəni həm məlumatın, həm malların doğru olmağının effekti birtərəfli olmur. Bəzən sifariş gəlir, görürsən çəkisi çox olur, tır sürücüsü imtina eləyir. Və yaxud, bəzən malın keyfiyyətinə baxırlar, götürülən malın keyfiyyəti artıq pisdirsə, götürmürlər.

– Aydındır. Sistemdə qiyməti də razılaşdırmaq olurmu?

– Qiyməti artıq yük sahibi ilə avtomobilin sahibi özü danışır. Ümumiyyətlə bu işdə qiyməti bir qayda olaraq mal göndərən, yəni yükün sahibi deyir.

Çünki qiymətlər ən müxtəlif məsələlərə – daşınan yükün nə olmasından, nə qədər təcili olub olmamasından və sair səbəblərdən asılı olaraq dəyişir. Elə məhsullar var ki, onlar aşağı temperaturda daşınmalıdır və o zaman avtomobil soyuducunu təmin etmək üçün daha çox yanacaq sərf edir.

Misalçün, sizin bir maşın kartofunuz varsa, deyirsiniz ki, mən bu yükün Rusiyaya tentli avtomobildə daşınması üçün 3500 dollar verməyə hazıram. Çünki burada tələb-təklif həddindən artıq tez-tez dəyişdiyinə görə, artıq bəzən sahibkar özü tələsir, qiyməti qaldırır, deyir ki, mən hətta 4500 dollar verməyə hazıram, kimsə bunu götürsün və beləliklə, bazarı bir növ artırır.

– Yeri gəlmişkən, hazırda Rusiya-Ukrayna arasında müharibə gedir. Bakıdan Moskvaya və Bakıdan Ukraynaya mal göndərmək olurmu?

– Yükü göndərmək olur, amma başqa xətlə – Gürcüstan, üzərindən, amma Odessadan girməmək şərtilə, çünki Odessada limanda minalanmış ərazilər çoxdur.

– Yəqin bu səbəblərə görə qiymətlər də artıb, eləmi? Əvvəlki ilə indiki qiymətlərdə fərq nə qədər təşkil edir?

– Bəli, qiymət artıb. Amma mövsümdən də asılıdır. Əvvəllər misalçün, yüklər Rusiya, yaxud da Türkiyə üzərindən Qara Dəniz vasitəsilə aparılanda qiymətlər 4000-6000 dollar arasında dəyişirdi. İndi çox artıb, çünki Avropaya gedən tırların sayı da məhduddur. Çünki oraya hər adam gedə bilmir və ya ümumiyyətlə getmək istəmir. Əvvəla, indi Avropadan keçməli olduğunuza görə, sürücüdən və avtomobildən müəyyən bir logistik sənədlər tələb olunur, məsələn Avropaya giriş-çıxışınız varmı, vizanız varmı və s.

Digər tərəfdən, əvvəllər Ukrayna maşınları Rusiyaya gedib-gələ bilirdi, amma artıq gedə bilmirlər. Azərbaycan avtomobilləri isə hər yerə gedə bilir.

– İlqar müəllim, sizin startap, bu xidmət hansı daşımaları əhatə edir. Biz indiyədək ölkələrarası daşımalardan bəhs edirik, amma bildiyimə görə, əhatə daha genişdir.

– Doğrudan da əhatə dairəmiz daha genişdir. Burada təkcə ölkələrarası, yəni Azərbaycandan Rusiyaya və ya Ukrayna, Türkiyə, Avropa deyil, istənilən növ yük daşınmasından söhbət gedir. Bura ilk baxışdan ciddi saymadığımız daşımalar da aiddir. Məsələn, kimsə ev tikir və ona tikinti materiallarını daşımaq üçün yük avtomobili lazımdır. Bu sistem belə daşımaları da əhatə edəcək. Sistemə daxil olub, sifariş verirsən, yük avtomobili tapılır. Hətta marketlərə ərzaq gətirilməsi üçün avtomobilləri də bu sistem üzərindən tapıb istifadə etmək olar. Doğrudur hazırda marketlər korporativ müştərilərlə, nəqliyyat şirkətləri ilə işləyirlər, amma ola bilər kiminsə avtombili var və onunla yük daşımaq istəyir. Bu sistem ona imkan verəcək ki, heç bir tanışı, əlaqələndirici şəxs olmadan belə yük daşımaları bazarına daxil olsun.

– Yəni hətta şəhər içərisində istənilən tikinti materialları və ya sadəcə hansısa əşyanın daşınması üçün sizin sistemdə avtomobil tapmaq olar, eləmi?

– Bəli tamamilə doğrudur. Tutaq ki, «Sədərək» və ya «Binə» yarmarkasından mal almısınız, məsələn divar kağızı, tikinti materialları, ev üçün əşya və sair, onu şəhərə gətirmək istəyirsiniz, bizim tətbiqdən avtomobil sifariş verə bilərsiniz.

– İlqar müəllim, sizin tətbiqinizdən istifadə pulsuzdurmu?

– Bizdə tətbiq tamamilə pulsuzdur, indiki vəziyyətdə. Yəni yəni biz iki tərəf – həm yük sahibi, həm də avtomobil üçün tamamilə pulsuzuq.

Gələcəkdə kiçik məbləğdə aylıq abunə haqqı tətliq edilə bilər, amma bu məbləğlər indikilərdən dəfələrlə aşağı olacaq. İndi bir sifarişi qeyri-rəsmi «dispetçerlər» vasitəsmilə əlaqələndirmək 100 dollara başa gəlir. Təsəvvür edin ki, ayda 10 yük göndərirsənsə və ya daşıyırsansa, bir neçə yüz dollar, hətta 1000 dollara yaxın xərcin yaranır.

– Sistemdə qeydiyyatdan keçənlər varmı? Və burada başqa ölkələrdən, məsələn, Rusiya, Qazaxstan, Ukrayna vətəndaşları və ya yük göndərənləri də qeydiyyatdan keçə bilər?

– Bəli, qeydiyyatdan keçənlərin sayı sürətlə artır, indi yüzlərlədir. Maraqlıdır ki, hal-hazırda bizdə qeydiyyatdan keçənlərin çoxu Özbəkistan vətəndaşlarıdır. Hazırda qeydiyyatdan keçən istifadəçilərə baxdıqda da ən çox aktivlik Orta Asiya, Rusiya və Ukrayna istifadəçilərində hiss olunur. Azərbaycan istifadəçilər də həvəslə qeydiyyatdan keçir.

– Yəni ola bilərmi, Özbəkistanda hansısa yük sahibi öz ölkəsi daxilində yükünü daşımaq üçün sizin sistem vasitəsilə elə özbəkistandan avtomobil tapsın?

– Əlbəttə, bizim sistem başqa ölkələrdə də işləyir. Yəni onun vasitəsilə başqa ölkələrdən olan yük sahibləri öz yükünü Özbəkistandan Rusiyaya və ya ölkə daxilində – tutaq ki, Daşkənddən Səmərqəndə göndərə bilər.

Bundan başqa bizim sistemə Türkiyədən böyük maraq var və biz bunu Türkiyədə tanıtmağa çalışacağıq.

Bu işin mahiyyəti ondan ibarətdir və biz istəyirik ki, layihəmiz regional və qlobal olsun, yəni təkcə Azərbayanla, buradakı avtomobillər və yüklərlə məhdudlaşmasın. Çünki nəqliyyat işi birtərəfli deyil, yəni biz ancaq Azərbaycandan gedən mallara xidmət eləyə bilmərik. Bu işin effektli olması üçün regiondakı dövriyyənin müəyyən bir hissəsini götürmək istəyirik.

– Belə platformaların, yəni bir-birini tanımayan şəxslərin münasibətdə olduğu sistemlərdə istifadəçilərin işini asanlaşdırmaq üçün reytinqlər verilir. Sizdə belə reytinqlər olacaqmı?

– Əlbəttə, biz planlaşdırmışıq ki, gələcəkdə sifarişçilər tərəfindən hər bir sürücüyə reytinq verilsin. Sadəcə olaraq bunun üçün biz əqdin baş tutub-tutmadığını, yəni daşımanın yerinə yetirildiyini bilməliyik. Bunun üçün SMS sistem tətbiq edib, bir neçə gün sonra mesaj göndərib əqdin baş tutmasını və ya tutmayıbsa onun səbəbini soruşa bilərik, nəticədə belə reytinqlər də yaranacaq.

– «A Truck» sistemi həmişə ancaq «Telegram» üzərindən işləyəcək?

– Xeyr, növbəti mərhələdə biz bunu «Votsap» üzərindən, «Votsap Bot» ilə də başlayacağıq. Artıq insanlar sistemə maraq göstərir, bizim dəstək xidmətimizə də müraciət etməyə və ətraflı soruşmağa başlayıblar.

– «A Truck» sistemi hansı dildədir?

– Hazırda bizim sistem 4 dildə çalışır. İngilis, rus, azərbaycan və türk dilləri. Gələcəkdə isə fars dilini də əlavə etmək istəyirik, çünki onlar çox aktivdir. Amma İrandan olan istifadəçilər indi də, göstərilən dillərdən istifadə etməklə qeydiyyatda keçə bilərlər. Ümumiyytlə, dediyim kimi, indi dünyanın istənilən yerindən istənilən şəxs bizdə qeydiyyatdan keçə bilər.

Ümumiyyətlə sizə bir məsələni də deyim – İran bu saat yük daşımalarında çox aktivdir. Hətta indi Azərbaycan avtomobilləri Azərbaycan malları qədər İrandan Rusiyaya yük daşıyırlar. Çünki sanksiyalara görə İran maşınları İrandan kənara çıxa bilmir, ona görə də onlara bir qayda olaraq kənar avtomobillər lazımdır. Ona görə də Azərbaycan avtomobilləri İrandan olan yüklərin daşınmasında aktiv iştirak edirlər.

– Bayaq qeyd etdiyiniz kimi, bu sahədə əsas problemlərdən biri avtomobillərin geriyə boş qayıtmasıdır. Bu problem üçün ayrıca xidmət tətbiq etmək fikriniz varmı?

– Bəli, növbəti mərhələdə sürücülərin öz avtomobillərini təklif etməsi üçün «Mən boşam» funksiyasını işə salacağıq. Yəni mən hansısa şəhərdə və ya ölkədəyəm və avtomobilim boşdur. Çünki əksər hallarda geri qayıdan maşınlar boş gəlir və ya müştəri tapmaq üçün gözləyir, nəticədə vaxt və pul itirir. Ona görə də avtomobillər 4000 manata getdikləri xarici şəhərdən qayıdanda 1500 manata da yük gətirməyə hazırdırlar. «Mən boşam» funksiyası bu problemi həll etməyə kömək edəcək.

Bizdə hətta elə hallar olub ki, maşın Bakıdan Kiyevə getmişdi, orada yük taparaq Lvova, daha sonra növbəti yüklə Minskə getmiş, oradan da yeni yük götürüb Bakıya gəlmişdi.

– Başqa hansı yeniliklər nəzərdə tutulur?

– Bundan başqa, biz gələcəkdə xidmətə avtomobillərin coğrafi məkanını da qoşmaq niyyətindəyik. Bunun vasitəsilə maşının harada olduğuna uyğun olaraq sifarişlər gələcək. Bu funksiyanı biz «Uber»də görmüşük – yəni sistem boş maşınlarla yanaşı, onların müştəriyə nə qədər yaxın olmasını da göstərir.

Əlavə olaraq gələcəkdə biz yük sahibləri və avtomobil sahibləri üçün əlavə xidmətlər təklif edəcəyik. Bura sığortalanma, ehtiyat hissələrinin satışı, motel, servis xidməti və sair də aiddir.

Comments are closed, but trackbacks and pingbacks are open.