Press "Enter" to skip to content

Bu gün Bayraq günü qeyd olunur

Ona görə də bizim bayrağımızda qırmızı rəngin yeri dəyişdirildi. Yaşıl rəngi ikinci yerə qoysaydıq, belə çıxacaqdı ki, islam və dini dövlət qururuq. Amma Rəsulzadə dedi ki, biz islam deyil, müasir, Avropa dövləti qururuq. Buna görə də belə yerdəyişmə oldu. Rəsulzadə bu addımını 1915-ci ildə rəsmi şəkildə öz yazılarında əsaslandırmışdı.

Xankəndi

Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Dövlətimizin müstəqilliyinin, suverenliyinin rəmzi olan bayrağın təsis edilməsi birdən-birə baş verməyib, bunun zəngin tarixçəsi var.

Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu AzVision.az -a deyib ki, Azərbaycan bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da rəsmi olaraq elan edilib. Nazirlər Şurasının 1918-ci ildə iki qərarı elan olunub: birinci qərar mətbuatda senzuranın aradan qaldırılması, ikinci qərar isə 3 rəngli dövlət bayrağı haqqında olub.

Həmin vaxta qədər biz qırmızı rəndə olan və səkkiz guşəli bayrağı dövlət bayrağı kimi istifadə edirdik. Bayrağımızın qərarlaşma tarixi buradan başlayır. Dövlət bayrağının siyasi mənasını Məhəmməd Əmin Rəsulzadə verib. İdeya və fikir kimi Əli bəy Hüseynzadə “Füyuzat” jurnalında ilk dəfə olaraq islamçılıq, türkçülük, müasirlik məsələlərinə toxunub. Bu fikri Ziya Göyalp genişləndirib. Rəsulzadə isə ideyanı daha da dərinləşdirib. İstər Ziya Göyalpın, istərsə də Əli bəy Hüseynzadənin fikirlərində birinci yerdə mavi rəng, ikinci yerdə yaşıl rəng, üçüncü yerdə müasirlik rəmzi olan qırmızı rəng yer alırdı. Rəsulzadə bu düsturu pozdu. O, qırmızı rəngi ikinci yerə, yaşıl rəngi isə üçüncü yerə qoydu. Rəsulzadə yazırdı ki, biz bütün dünya dövlətlərinə sübut etməliyik ki, müasir, çağdaş dövlət qururuq.

Ona görə də bizim bayrağımızda qırmızı rəngin yeri dəyişdirildi. Yaşıl rəngi ikinci yerə qoysaydıq, belə çıxacaqdı ki, islam və dini dövlət qururuq. Amma Rəsulzadə dedi ki, biz islam deyil, müasir, Avropa dövləti qururuq. Buna görə də belə yerdəyişmə oldu. Rəsulzadə bu addımını 1915-ci ildə rəsmi şəkildə öz yazılarında əsaslandırmışdı.

N.Yaqublu Rəsulzadənin 1915-ci ilin oktyabrın 2-də “Açıq söz” qəzetində nəşr olunan məqaləsini xatırladıb:

-Məqalənin adı belə adlanırdı: “Tutacağımız yol”. 1916-cı ildə isə həmin məqalənin adını belə yazmışdı: “Tutduğumuz yol”. Orada yazırdı ki, bizim tutduğumuz yol nə yol olmalıdır? Biz hansı yolu tutmalıyıq? Özü də cavab verirdi: “Biz müasirləşmək, yeniləşmək, əsrləşmək yolunu tutmalıyıq. Çünki bütün bəşəriyyət müasirləşməyə, əsrləşməyə gedir. Biz də o yolla getməliyik. Əks halda biz o biri millətlərdən geri qalacağıq”.

3 rəngli bayrağımız ilk dəfə 1918-ci ilin noyabrın 16-da İranın Ənzəli şəhərindən Bakıya gələn general Tomsonun qarşılanma mərasimində istifadə olunub. Bunun başqa mənaları vardı. Çünki ingilislər bizim əvvəlki bayrağımıza etinasız yanaşırdılar. Deyirdilər ki, bu, türk bayrağıdır, Türkiyənin formalaşdırdığı dövlətdir.

Bayrağı dəyişməklə onlara sübut etmək istəyirdik ki, bizim qurduğumuz dövlət Türkiyənin qurduğu dövlət deyil. Bayrağı fərqli etdik ki, onları inandıraq.

1918-ci ilin dekabr ayında Azərbaycan parlamentini formalaşdıran zaman Bakıda yaşayan ruslar və ermənilərin təhriki ilə general Tomson qərar vermişdi ki, bayraq iclas olmayanda binanın üzərindən götürülsün. Deməli, həftənin birinci, dördüncü günləri indiki Əlyazmalar İnstitutunda Azərbaycan parlamentinin iclasları keçirilirdi. Saat 1-də iclas başlayırdı, bayrağı taxırdılar, axşam saat 7-də iclas bitən kimi ingilislər deyirdi ki, bayraqları götürün. Rəsulzadə yazırdı: “Biz min müşkülatla bayrağı xalqımızın başı üzərində dalğalandırdıq”.

İngilislər nə üçün müdaxilə edirdilər? 1918-ci ildə Birinci Dünya Müharibəsi bitdi. Oktyabr ayında Mudros müqaviləsi imzalandı. Həmin müqavilənin şərtlərinə görə, Bakı və Bakıətarfı ingilislərin nəzarətinə verilmişdi. Ona görə ingilislər bura gəlmişdi və müstəqil dövlət qurmağımızla razılaşmaq istəmirdilər. Biz tədricən ingilisləri inandırdıq və proses 3-4 ay çəkdi.

Qeyd edək ki, Azərbaycanda bayrağımız daim təbliğ olunur, ona sevgi aşılanır. 2007-ci ilin noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı meydanı yaradılması barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən 2007 –ci ilin dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Dövlət bayrağı Meydanının təməli qoyulub.

2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının İlham Əliyevin iştirakı ilə açılışı olub. Bayrağın dayağının hündürlüyü 162 metr, bünövrəsinin diametri isə 3.2 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450kv.m, kütləsi isə təqribən 350 kiloqramdır. Bayrağın dirəyi ən hündür bayraq dirəyi kimi 2010–cu ilin mayın 29-da Ginnesin Rekordlar Kitabına daxil edilib.

Bu gün Bayraq günü qeyd olunur

BAKU.WS xəbər verir ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.

Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.

Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.

Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir.

Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.

Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır.

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir.

Yaşıl rəng – islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.

Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir?

Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb.

Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Bayrağın dalğalandırılması ilə bağlı baş nazir Artur Rəsizadənin imzaladığı yeni qərara əsasən, “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilib:

“12-1. Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir”.

9 noyabr Dövlət Bayrağı Günüdür!

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Comments are closed, but trackbacks and pingbacks are open.