Press "Enter" to skip to content

Sevincli Dünya

Əsərlərində Azərbaycan Bayrağına ən çoxyer verən milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Parlamentinin kürsüsündə ilk dəfə ” Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını səsləndirmişdir. Milli ideoloqumuz “Çağımızın Səyavuşu” əsərində üzünü gəncliyə tutaraq dedikləri bu gün də öz əhəmiyyətini itirməyib:

Bayraq haqqında gözəl sözlər, fikirlər

Bayraq türklər üçün müqəddəsdir. Buna görə hər kəs bayrağı sevir, hörmət edir. Bayrağı ifadə etmək üçün ən gözəl cümlələri, fikirləri sizə təqdim edirik.

Vətən və millət sevgisi bu torpaqda heç vaxt sönməyəcək ən böyük işıqlardan biridir. Bu sözlərdən hər hansı birini işlətməklə siz insanlara ürəyinizdə böyümüş vətən sevgisini ən gözəl şəkildə göstərə bilərsiniz. Bayraq üçün söylənilmiş gözəl sözləri təqdim edirik: bayrağı ilə və vətənlə bağlı ən gözəl sözlər.

1. Başlar düşmədən yerə bayraq düşməz, vətən bölünməz.

2. Bayrağa sahib olmaq asan deyil. Bayraq, həyat sevincimizin tərifidir.

3. Millətlə eyniləşdirilən yeganə sevgi Bayraq sevgisidir.

4. Bayraq müstəqilliyin rəmzidir. Dalğalanmazsa, millət müstəqil sayılmaz.

5. Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaq.

Bayraq bizi birləşdirən əbədi bir sirrdir.

“Azan oxunmayacaqsa, bayraq enəcəksə, Quran gedəcəksə, ölmədən əvvəl gəlmə, oğul!” dedikləri şərəfli yerdir Çanaqqala. Çanaqqala keçilməzdir!

Dalğalandıqca bayrağım, azad olar, vətənim.

Bayraq bir millətin şərəfidir. Nə olursa olsun, yerlərə sərilməz!

Xoşbəxtliyimizin carçısı bayraqdır.

Bayraq bir millətin azadlıq əlamətidir. Düşmənin olsa belə, hörmət edilməlidir. Mustafa Kamal Atatürk

Başlar enməmiş bayraq yerə enməz, ölkə bölünməz.

Bayrağa sahib olmaq asan deyil. Bayraq yaşamaq sevincimizin qürurudur.

Millətlə eyniləşdirilən yeganə sevgi Bayraq sevgisidir.

Bu bayraq heç kimi boş buraxmaz. Dosta sülh, düşmənə qorxu verər.

Bayrağını sevməyənlər və hörmət etməyənlər yolunu itirən bir gəmi kapitanı kimidir.

Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, uğrunda ölən varsa, vətəndir! Mithat Cemal Kuntay

Bayraq göy üzündə dalğalanarkən insanlığı könül süfrəsinə dəvət edər.

Bayraq İstiqlal Marşının və Türkiyənin əbədi rəmzidir.

Bu bayraq altında anadan olan bir türk qadınıyam. Mən burada yaşadım, burada da öləcəyəm. – Halide Edip Adıvar

Bayraq müstəqillik rəmzidir. Əgər dalğalanmasa, millət müstəqil sayılmayacaq.

Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaq.

Bayraq, bir bütövlüyü tamamlayan ilahi bir sevginin səmada dalğalanmasıdır.

Bir kərə yüksələn bayraq bir daha enməz! – Məmməd Əmin Rəsulzadə

Şəhid olsam, bu bayrağı üstümə örtün. Vətən bayrağın dalğalandığı yer deyilmi? – Ömər Seyfəddin

Narahatlıq və mübahisədən azad yaşamaq istəyirsinizsə, bayrağa hörmət etməlisiniz.

Bu bayraq zəfər çalmış bayraqdır, sən məğlub etmə, Allahım.

Ey mavi səmaların ağ və qırmızı bəzəkləri. Bacımın gəlinliyi, şəhidimin son örtüyü. İşıq-işıq, dalğa-dalğa bayrağım! Dastanını oxudum, dastanını yazacağam.

Bayraq bizi özümüzlə birləşdirən əbədi bir sirrdir.

Hətta mənim bayrağım sözlə ifadə olunmaz mahnıdır!

Qara kabus səmanı qaraltsa da, yolumuzu göstərən bir ayparamız var. Gur çıxsa nə olar nadanın bayquş səsi , göy günbəzini titrədən azanımız var, bayrağımız var!

Dağlara istədiyiniz qədər xaç qoyun, hər dəfə göyə baxanda hilal görəcəksiniz. – Aliya İzetbeqoviç

Nə qədər ki, babalarım qoynunda yatır, sən mənimsən, ey gözəl torpaq. Millətin nə etdiyini bilmək istəsən, tarixə bax.

Biz dilindən vətən, millət və bayraq düşməyən türk gəncləriyik. Bu sözlərdən hansı sizi narahat edir?

Torpağa və millətə bağlılıq sevgisi bayraqlarla mövcuddur.

Bayrağım azad dalğalananda Vətənim azad olur.

“Bayraq səmada bir bütünü tamamlayan ilahi eşqin dalğalanmasıdır”.

Bayraq bir millətin şərəfidir. Onu heç bir halda yerə qoymaq və ya tapdalamaq olmaz.

Xoşbəxtliyimizin müjdəçisi bayraqdır.

Bayraq bir millətin azadlığının nişanəsidir. Düşmənin də olsa, hörmət lazımdır.

By bayraq gələni boş çevirməz. Dosta sülh, düşmənə qorxu gətirər.

Bayrağını sevməyən, saymayanlar yolunu azmış gəminin kapitanı kimidir.

Dövlət bayrağı günü

Bayraq, üzərində bir ölkənin, təşkilatın, fərqlənmə nişanı, rəmzi olan, bəzək nəqş edilən və ağac dəstəyə sancılan qumaş parçadır. “Bayraq” sözünün mənası da “batraq”, yəni “sancılan” anlamına gəlir. Tarixdə ilk bayrağın çinlilər tərəfindən istifadə edildiyi haqqında fikirlər var. Qoşun və ordu başçıları hərbi yürüşlərində və ya hökmdarların səfərləri zamanı sivri ağacın ucuna sancılmış bayraqdan istifadə etmişlər. Bu bayraqlar həmin dövlət və qoşunları tanıtmaqla bərabər, onların qüdrətindən də xəbər verirdi.
Tarixdə ilk qırmızı bayrağı isə Xürrəmilər qaldırmışdır(VIII əsr). Zaman keçdikcə bayraq dövlət rəmzinə, məxsus olduğu dövlətin ərazisində yaşayanların milli varlığına çevrilmişdir.
Bayraq müqəddəsir. O, təmsil etdiyi millətin varlığı qədər qiymətlidir. Bayraq məxsus olduğu dövlətin müstəqilliyini və şərəfini təmsil edir və bu səbəbdən uğrunda can fəda etmək qəhrəmanlıq kimi qəbul edilir:

Bayraqları bayraq edən üstündəki qandır
Torpaq əgər ugrunda ölən varsa, Vətəndir.

Tarixdə ən şərəfli bayraqlardan biri də Türk bayraqlarıdır. Bu bayraqların içində hər birimizin hər an qurban getməyə hazır olduğumuz bayraq isə Azərbaycan bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan, rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı, alt zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir;düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik(eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir;böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək olub. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərmiş və və bayrağımız da yalnlz bundan sonra dalğalanmağa başlamışdır.
İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul olunmuş və Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər üç enli üfüqi zolaqdan ibarət, yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdə qəbul edilmişdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1/2 -dir.

Qırmızı rəng – Müasir cəmiyyət qurmaq,demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni inkişaf etdirmək istəyini ifadə edir.

Mavi rəng – Azərbaycan xalğının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız abidələr də tikilib və bu abidələrin əksəriyyəti mavi rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içindı yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bu gün torpaqlarımızın 20%-i işğal altındadır. Belə vəziyyətdə Azərbaycan bayrağının ictimai-siyasi mənası daha şərəfli məzmun daşıyır. Biz ürəkdən əminik ki, Azərbaycan oğulları tezliklə bu zər qumaşlı bayrağı Qarabağ üzərində dalğalandıracaqlar.

Azərbaycan bayrağı

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər ötər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı !

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !

Azerbaycan bayrağı haqqında

Bayraq dövlətin özünü təsdiq simvolu sayılır. Dövlətin varlığının, tarixinin və taleyinin göstəricisidir. Qürur və güvənc yeri kimi bayraq dünyanın hər yerində ən müqəddəs milli dəyərdir, azadlığın rəmzidir.

Azerbaycan bayrağı xalqımızın azadlığını, suverenliyini, istiqlalımız uğrunda apardığımız tarixi mübarizəni,mənəvi dünyagörüşümüzü tərənnüm edən ay-ulduzlu bayrağımız həm də milli kimliyimizin ən böyük tərənnümçüsüdür. Dövlət bayrağı bütün Azərbaycan vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzidir.

Azerbaycan bayragi ilə bağlı ilk qərar 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti höküməti tərəfindən qəbul edildi.

Azerbaycan bayrağı göy,qırmızı və yaşıl rənglərdən ibarətdir. Üzərində aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayraq 1:2 ölçüsündədir.
( Bayrağ rənglərinin mənasını oxu.)

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 1918-ci il iyunun 21-dən noyabrın 9-a kimi istifadə olunmuşdur. 9 noyabr 1918-ci ildə isə müasir üçrəngli bayraqla əvəz olunmuşdur.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 18 oktyabr 1991 ci-ildə müstəqillik haqqında Konstitusiya Sazişi qəbul olundu və üçrəngli bayraq yenidən Azərbaycan Respublikasının dövlət bayrağı oldu.

Bu günə kimi Azərbaycan Bayrağı 12 dəfə dəyişibdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncama əsasən, hər il 9 noyabr tarixinin Azərbaycanda “Dövlət Bayrağı Günü” kimi qeyd edilməsinə qərar verildi. Bu tarix Azərbaycan Demokratik Respublikasının 9 noyabr 1918 – ci ildə üçrəngli Azərbaycan Bayrağını dövlətin rəsmi bayrağı elan etdiyi qərarı ilə əlaqələndirilir. Dövlət Bayrağı Günü ölkədə tətil günü elan edilir və qanuni olaraq iş günü hesab edilmir. Dövlət Bayrağı Günü ilk dəfə 9 noyabr 2010 – cu il tarixində qeyd olunub.

Bayraq hamımız üçün müqəddəs sayılır. Bu il 44 günlük Vətən Müharibəsi zamanı da insanlarımız, gənclərimiz bayrağa olan sevgilərini bir daha göstərdilər. Təki sən dalğalan deyən minlərlə gənc vətən üçün, bayraq üçün qan tökdülər,canlarını qurban verdilər. Bu gün dalğalana üçrəngli bayraq bizim üçün müqəddəs and yeri,qürur yeridir.

Bayraq haqqında siyasətcilər, yazıçı, şair və bəstəkarlarda müxtəlif fikirlər söyləyiblər.

Əsərlərində Azərbaycan Bayrağına ən çoxyer verən milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Parlamentinin kürsüsündə ilk dəfə ” Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını səsləndirmişdir. Milli ideoloqumuz “Çağımızın Səyavuşu” əsərində üzünü gəncliyə tutaraq dedikləri bu gün də öz əhəmiyyətini itirməyib:

“Ey gənclik sənin öhdəndə böyük bir vəzifə var. Səndən öncəki nəsil yoxdan bir bayraq, müqəddəs ideal bir rəmzi yaratdı,on min müşkülatla ucaldaraq dedi ki:

Bir kərə yüksələn bayraq bir daha enməz!

Əlbəttə ki sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəyinə enmiş bu bayrağı təkrar o bina üzərinə tikəcək və bu yolda

-Ya qazi, ya Şəhid olacaqsan “.

Milli operanın banisi,tanınmış müsiqiçimiz Üzeyir Havıbəylinin fikrinə görə də bayrağımızın mənəvi mənası olaraq al (qırmızı) boya türkçülüyə, yaşıl boya islamlığa, çavi biya isə mədəniyyətə işarədir.

Comments are closed, but trackbacks and pingbacks are open.