Bayraq haqqında
1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:
Azərbaycan bayrağı
Dövlətin rəsmi fərqləndirici əlamətlərindən biri dövlət bayrağıdır və onun təsviri, əsasən konstitusiyada qanunvericiliklə təsbit olunur. Dövlət bayrağı eyni zamanda, məxsus olduğu dövlətin suverenlik rəmzidir.
Azərbaycan Respubiikasının Dövlət bayrağı 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan milli dövlət atributlarındandır.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Azərbaycan İstiqlal Bəyannaməsini qəbul edərək, onun müstəqilliyini elan etdi. Bakı şəhəri bolşevik-daşnak qruplaşmalardan ibarət Bakı Xalq Komissarları Sovetinin əlində olduğu üçün həmin il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası Gəncədə yerləşdirilir. Qeyri-sabit siyasi vəziyyətlə bağlı 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının yeddinci iclasında onun buraxılması, bütün qanunverici və icra hakimiyyətinin Azərbaycanın Müvəqqəti hökumətinə verilməsi haqda iki qərar qəbul edilir.
Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 24 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir. Türkiyə ilə Antanta dövlətləri arasında Birinci Dünya müharibəsinin sonuna yaxın 1918-ci il oktyabrın 30-da imzalanan Mudros (Mondros) müqaviləsinə əsasən türk qoşunları Azərbaycanı tərk etməli və müttəfiq qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı idilər.
Azərbaycan ərazisi üzərində səlahiyyət mandatı almış ingilislər isə ilk bəyanatlarında Azərbaycan hökumətini tanımadıqlarını bildirdilər və bu hökuməti Türkiyənin intriqasından yaranmış bir qurum kimi qiymətləndirdilər. Bunun qarşısını almaq və milli hökumətin tanınmasına nail olmaq üçün Dövlət bayrağının dəyişdirilməsi qərara alındı. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası oldu və burada onun milli bayraq haqqında məruzəsi dinlənildi.Həmin iclasda dövlət bayrağı haqqında aşağıdakı qərar qəbul edildi:
“Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin”.
Azərbaycan Respublikasının müstəqillik qazanmasından xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş və 28 aprel rus işğalından sonra 1920-ci il mayın 3-də endirilmiş müqəddəs bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasət və dövlət xadimi prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilərək, yüksəklərə qaldırıldı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.
Bu gün milli tərbiyə və təhsilimizin, milli ideologiyamızın qarşısında duran ən vacib məsələlərdən biri prezident H.Əliyevin “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamına uyğun olaraq milli bayrağımızın tarixini, onun rəng palitrasının və üzərindəki simvolların məna və funksiyalarını təbliğ etməkdən ibarətdir.
Azərbaycanın Dövlət bayrağı “Trikolor” (“üç rəngli bayraq”) bayraqlar sırasına daxildir. Dünyada ilk trikolor XVI əsrdə Hollandiyada yaradılmış və qırmızı, ağ, mavi rəngli üç üfüqi zolaqdan ibarət olmuşdur. Müasir dövrdə bir çox dövlətlərin də bayraqları trikolordur. Lakin bizim milli bayrağımız dünyada mövcud olan trikolorlardan rəng düzümü ilə bərabər, üzərində digər simvolların olmasına görə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif dövrlərə və dövlətlərə məxsus bayraqlardakı eyni rəng müxtəlif məna və funksiya daşıya bilər.
Dövlət bayrağımızda üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini bildirən “türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Onun fikrincə,
TÜRKLƏŞMƏK milli ənənələrin dirçəlməsi, milli dilin,ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, İSLAMLAŞMAQ islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi,
AVROPALAŞMAQ isə Avropa elm və texnikasının nailiyyətlərini öyrənib onun nəticələrini öz milli elm və mədəniyyətinin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir.
Dövlət bayrağımızdakı qırmızı zolaq üzərindəki rəngli aypara və ağ rəngü səkkizguşəli ulduz rəmzləri Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il iyunun 21-də Gəncədə qəbul etdiyi qırmızı rəngli və üstündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının üçrəngli milli bayrağımızda kiçildilmiş formasından ibarətdir. Bu simvol Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından götürülməklə, özündə əsgi türk mifalogiyalarından gəlmə türkün tanrı ilə bağlılığını ifadə edir.
Hələ Demokratik respublika dövründə görkəmli şairlərimiz milli bayrağımıza ideya-məzmun və bədii sənətkarlıq cəhətdən diqqəti cəlb edən şerlər həsr etmişlər.
1919-cu ilin aprel ayında Parlament binası üzərində dalğalanan üçrəngli bayrağa həsr etdiyi “Azərbaycan bayrağına” adlı şerində görkəmli şairimiz Əhməd Cavad yazmışdır:
Allahın yıldızı, o gözəlpəri,
Sıqınmış qoynunda Aya, bayrağım!
Cümhuriyyətin dövlət atributlarına, o cümlədən milli bayrağımıza xalqın qəlbində məhəbbət hissi oyadaraq təsəvvürlərdə, şüurlarda onların müqəddəsləşdirilməsi, daha doğrusu, bu müqəddəsliyin milli varlığımıza hopmasına nail olunması cəhdi dövrün ictimai-bədii fikrini düşündürən məsələlərdən idi.
Qəhrəmanlar oylağı, igidlər yatağı, məzlumlar pənahı olub, yeraltı və yerüstü sərvətlərinin zənginliyi coğrafı mövqeyinin əiverişliliyi ilə seçilən gözəl bir diyarın başı üzərində onun öz milli simvolu olan bayrağın dalğalanması şair və yazıçılarımızın vətəndaş qəlblərini fərəhlə doldurur və onlar bu bayrağı qəlbən vurulduqları sevgililərinə tay tuturlar. Bu hal Cəfər Cabbarlının şerlərində də diqqəti cəlb edir.
O, “Azərbaycan bayrağına” yazdığı “Sevdigim” şerində Dövlət bayrağının çoxmənalı rənglərini belə təsvir edir:
. Can alıcı bir görkəmlə dağ başında durduqca
Oxşadıqca baharyeli açıq-dağınıq tellərin.
Nazlı yelin omuzunda saçlarına vurduqca
Birər-birər oxşayırsan bütün Turan ellərin.
Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdigim.
Altaylardan, Altundağdan doğma səslər gəliyor,
Yaşıldonlu, mavigözlü, al duvaqlı sevdigim.
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdigim.
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının gücləndiyi bir dövrdə – 1990-cı il noyabrın 29-da respublika Prezidenti tərəfindən “Azərbaycan SSR- in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verilmişdir. Həmin fərman 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin növbəti çağırışının ilk sessiyasında təsdiq olunmuşdur. Fərmana müvafiq olaraq “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə”də tərtib və təsdiq olundu.
Müəllif filologiya elmləri namizədi Sədaqət Kamal qızı Məmmədova
- Teqlər:
- bayraq
- , Azərbaycan bayrağı
- , bayrağın tarixi
- , trikolor bayraq
Bayraq haqqında
Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Üçrəngli bayrağın simvolları
İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.
Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi.
Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.
Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur.
Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.
Səkkizguşəli ulduzun və ayparanın açıqlaması
Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.
Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.
Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur.
“Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı”haqqında nə bilirik ?
Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası tərəfindən təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.
Bayrağın təsviri[redaktə
Bayrağın tikilmə planı
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayraq bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.
Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur” Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: “Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb. Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir”
Bayraqda əks olunan rənglərin mənası məlum olsa da, ağ rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur. Fətəli xan Xoyski öz nitqində ulduzun güşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddealara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqlular və türkmənlər) ulduzun 8 guşəsində əks edilib. Digər fərziyyələr də var
Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Dövlət Bayrağının təsviri:
” Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Rəng kodları
| Rəng modeli | Mavi | Qırmızı | Yaşıl |
|---|---|---|---|
| Pantone | 306C | Red 032C | 362C |
| RGB | 0, 181, 226 | 239, 51, 64 | 80, 158, 47 |
| CMYK | 75, 0, 5, 0 | 0, 79, 73, 6 | 78, 0, 100, 2 |
| Hex | #00b5e2 | #ef3340 | #509e2f |
“Azərbaycan Respublikasının dövlət bayrağının istifadə qaydası” haqqında sərəncamda dövlət bayrağının dəqiq rəng xüsusiyyətləri qeyd olunur. 22 oktyabr 2013-cü il tarixində “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanuna əsasən kodları – Pantone Blue 313 C, Pantone Red 185 C və Pantone Green 3405 C rəng çalarları yeniləri ilə əvəz edilmişdir:
Bayrağın tarixi
Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı.
1918-ci il mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu.[1] Məhəmməd Əmin Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan:
“Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. “
Həmin dövrdə bayraq Osmanlı İmperiyasının bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı İmperiyasının bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.
ADR hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd
Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olmuşdu. Əfqani “Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti” və “İslam birliyi” kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi M.Ə.Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.
1919-cu ildə ADR hökumətinin poçt markası.
1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi:
“Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:
Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin. “
ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”.
7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi “türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini” (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi.[8] O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng “Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur” .
Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:
” Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu. Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır.
1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının istifadəsi
Mühacirət dövründə Məhəmməd Əmin Rəsulzadənin hazırladığı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı xaricdə immiqrant təşkilatlar tərəfindən istifadə olunurdu.
Böyük Vətən müharibəsi zamanı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Üçüncü Reyx tərəfdə döyüşən Azərbaycan legionu tərəfindən istifadə olunurdu. Azərbaycan legionunun işarəsi olaraq, bayraq döyüşçülərin qol embleminin üzərində əks olunmuşdu.
6 noyabr 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayını Əbdürrəhman bəy Fətəlibəyli başçılıq edirdi. Qurultayda Azərbaycanın bayrağı qaldırılmış və alınan qərarlardan biri Azərbaycanın müstəqilliyinin bərpa edilməsi idi.
1922-ci ildə Məhəmməd Əmin Rəsulzadə Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçmişdi. O, orda Gülməmməd Bağırovla AXC-nin bayrağını hazırlamışdı. Hal-hazırda bayraq Azərbaycan Tarix Muzeyində yerləşir.
Ağ rəngli aypara və səkkizgüşəli ulduz Münhendə Əbdürrəhman bəy Fətəlibəylinin və Parisdə Topçubaşovlarun ailə məzarının üstündə yerləşir.
1956-cı ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətin yaranışını məxsusi qeyd edən Cahid Hilaloğlu, Bakıda Qız Qalasının başına Cümhuriyyət bayrağını sancmışdı. Bir neçə aydan sonra Cahid Hilaloğlunu palto oğurluğunda suçlayıb tutub, daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlaymışdı. İşə baxan Azərbaycan SSR Ali Məhkəməsi Hilaloğlunu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılmışdı.
Comments are closed, but trackbacks and pingbacks are open.