Press "Enter" to skip to content

Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu konstruksiya tankın qülləsi üzərində yüngül zireh təbəqəsindən quraşdırılan örtükdən və qülləni yan tərəfdən qoruyan metal tordan ibarətdir.

Əlamətdar və tarixi günlər təqvimi – 2013 – Azərbaycan Milli .

Əlamətdar və tarixi günlər təqvimi – 2013 – Azərbaycan Milli .

Əlamətdar və tarixi günlər təqvimi – 2013 – Azərbaycan Milli .

  • No tags were found.

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

  • Page 2 and 3: Təqvim-2013Təqvimdə 2013-cü ild
  • Page 5 and 6: YANVAR2013Milli ədəbiyyatƏdəbiy
  • Page 7 and 8: TarixAkademik, tarixçi, etnoqraf B
  • Page 9 and 10: YANVAR12Milli ədəbiyyat85illiyiG
  • Page 11 and 12: YANVAR10Dünya ədəbiyyatı130illi
  • Page 13 and 14: YANVAR10Rəssamlıq.Heykəltəraşl
  • Page 15 and 16: YANVAR14Teatr.Kino90illiyiTofiq Kaz
  • Page 17 and 18: YANVAR10Milli Qəhrəmanlar55illiyi
  • Page 19 and 20: YANVAR12Milli Qəhrəmanlar55illiyi
  • Page 21 and 22: YANVAR27Siyasət.Hərbi iş60Əli
  • Page 23 and 24: YANVAR18Mədəniyyət.Elm.Maarif110
  • Page 25 and 26: YANVAR25Mədəniyyət.Elm.Maarif190
  • Page 27 and 28: YANVARRiyaziyyat.Fizika.Astronomiya
  • Page 29 and 30: YANVARTexnika60illiyiƏli Abbasov19
  • Page 31 and 32: YANVAR4Tarixdə bu gün50illiyiAbş
  • Page 33: YANVAR20Tarixdə bu günÜmumxalq H
  • Page 36 and 37: YANVAR28Tarixdə bu gün90illiyi“
  • Page 38 and 39: FEVRAL2013Milli ədəbiyyatPublisis
  • Page 40 and 41: General-mayor Nuriyev Mustafa Qurba
  • Page 42 and 43: QAN YADDAŞIMIZ!Vətən torpaqları
  • Page 44: FEVRAL44Milli ədəbiyyat90illiyiƏ
  • Page 48 and 49: FEVRAL8Dünya ədəbiyyatı185illiy
  • Page 50 and 51: FEVRALRəssamlıq.Heykəltəraşlı
  • Page 52 and 53: FEVRALMusiqi.Opera.Balet75 Arif Bab
  • Page 54 and 55: FEVRALTeatr.Kino95illiyiSofiya Bəs
  • Page 56 and 57: FEVRALMilli Qəhrəmanlar50illiyiƏ
  • Page 58 and 59: FEVRALSiyasət.Hərbi iş90illiyiTo
  • Page 60 and 61: FEVRAL60Tarix85illiyiQaraş Mədət
  • Page 62 and 63: FEVRAL7Tarixdə bu günBeynəlxalq
  • Page 64 and 65: FEVRAL14Tarixdə bu günAzərbaycan
  • Page 66 and 67: FEVRAL21Tarixdə bu günBеynəlxal
  • Page 68 and 69: həlli, Ermənistanın Azərbaycana
  • Page 70 and 71: MART201370Milli ədəbiyyatNasir Ab
  • Page 72 and 73: (04.03.1678-28.07.1741) anadan olma
  • Page 74 and 75: Kitabxanaşünaslıq.Biblioqrafiya7
  • Page 76 and 77: MARTMilli ədəbiyyat75illiyiAnar R
  • Page 78 and 79: Milli ədəbiyyatMART1870illiyiMöv
  • Page 80 and 81: MARTMilli ədəbiyyat60illiyiFərid
  • Page 82 and 83: MARTMARTDünya ədəbiyyatı100illi
  • Page 84 and 85: MARTMARTRəssamlıq.Heykəltəraşl
  • Page 86 and 87: MART22Musiqi.Opera.Balet80illiyiRü
  • Page 88 and 89: MART22Teatr.Kino100illiyiƏliağa A
  • Page 90 and 91: MARTMART10Milli QəhrəmanlarƏ d
  • Page 92 and 93: MARTMədəniyyət.Maarif.Elm135illi
  • Page 94 and 95: MARTCoğrafiya.Geologiya100illiyiİ
  • Page 96 and 97: MARTKimya.Biologiya.Tibb90illiyiRə
  • Page 98 and 99: MARTTexnika155illiyiDizel Rudolf185
  • Page 100 and 101: MART10Tarixdə bu gün140illiyiAkad
  • Page 102 and 103: MART12Ədəbiyyatwww. mia.gov.az102
  • Page 104 and 105: MART16Tarixdə bu gün65illiyiDaşk
  • Page 106 and 107: MART20Tarixdə bu günNovruz Bayram
  • Page 108 and 109: Tarixdə bu günMART28Milli Təhlü
  • Page 110 and 111: tasiya edilməsi siyasətini daha d
  • Page 112 and 113: APREL2013Milli ədəbiyyat“Qızı
  • Page 114 and 115: Kimya. Biologiya.TibbTexnika elmlə
  • Page 116 and 117: APREL10Milli ədəbiyyat90illiyiSal
  • Page 118 and 119: APRELRəssamlıq.Heykəltəraşlıq
  • Page 120 and 121: APRELƏdəbiyyat120Musiqi.Opera.Bal
  • Page 122 and 123: APRELTeatr.Kino75illiyiVaqif Behbud
  • Page 124 and 125: APRELMilli Qəhrəmanlar40illiyiSam
  • Page 126 and 127: APREL126Fəlsəfə.İqtisadiyyat.H
  • Page 128 and 129: APRELMədəniyyət.Maarif.Elm115ill
  • Page 130 and 131: APRELKimya.Biologiya.Tibb85illiyiƏ
  • Page 132 and 133: APREL132Kimya.Biologiya.Tibb70illiy
  • Page 134 and 135: APREL1134Tarixdə bu günƏdəbiyya
  • Page 136 and 137: APREL10Tarixdə bu gün130illiyi“
  • Page 138 and 139: APREL23138Tarixdə bu günƏdəbiyy
  • Page 140 and 141: MAY2013Milli ədəbiyyatƏməkdar i
  • Page 142 and 143: Milli QəhrəmanlarAzərbaycanın M
  • Page 144 and 145: Ermənistandan azərbaycanlı əhal
  • Page 146 and 147: MAYMilli ədəbiyyat120illiyiBəkir
  • Page 148 and 149: MAY31Milli ədəbiyyat445illiyiQöv
  • Page 150 and 151: MAYMusiqi.Opera.Balet115illiyiHüse
  • Page 152 and 153: MAYMusiqi.Opera.Balet115illiyiZülf
  • Page 154 and 155: MAYTeatr.Kino95illiyiMehdi Məmməd
  • Page 156 and 157: MAY7MAYMilli Qəhrəmanlar55illiyiY
  • Page 158 and 159: əlaməti olaraq, 1991-ci ilin iyul
  • Page 160: MAYSiyasət.Hərbi iş125illiyiƏd
  • Page 163 and 164: MAYMədəniyyət.Elm.Maarif150illiy
  • Page 168 and 169: milli çap məhsullarının arxiv f
  • Page 170 and 171: MAY8Tarixdə bu günŞuşanın iş
  • Page 172 and 173: MAY17Tarixdə bu günLaçın rayonu
  • Page 174 and 175: MAY28Tarixdə bu gün95illiyiAzərb
  • Page 176 and 177: İYUN2013Milli ədəbiyyatGörkəml
  • Page 178 and 179: Görkəmli hərbi xadim Hüseyn xan
  • Page 180 and 181: İYUNİYUNMilli ədəbiyyat105illiy
  • Page 182 and 183: İYUN23182Milli ədəbiyyat100illiy
  • Page 184 and 185: İYUNMusiqi.Opera.Balet95illiyiHac
  • Page 186 and 187: İYUNTeatr.Kino100illiyiHökümə Q
  • Page 188 and 189: İYUNTeatr.Kino125illiyiHacıağa A
  • Page 190 and 191: İYUNMilli Qəhrəmanlar40illiyiCav
  • Page 192 and 193: İYUNMilli Qəhrəmanlar60illiyiƏl
  • Page 194 and 195: İYUN12194Siyasət.Hərbi iş105ill
  • Page 196 and 197: İYUNSiyasət.Hərbi iş75illiyiƏb
  • Page 198 and 199: İYUN19Kimya.Biologiya.Tibb130illiy
  • Page 200 and 201: İYUNTexnika85illiyiTofiq Əliyev19
  • Page 202 and 203: İYUN15Tarixdə bu günMilli Qurtul
  • Page 204 and 205: Tarixdə bu günİYUN2695illiyiMill
  • Page 206 and 207: İYULMilli ədəbiyyat2013Şair Mə
  • Page 208 and 209: İdmanİdmançı Səfərov Əfqan H
  • Page 210 and 211: İYULFolklor115illiyiXəstə Bayram
  • Page 212 and 213: İYULHeykəltəraşlıq.Rəssamlıq
  • Page 214 and 215: İYULTeatr.Kino65illiyiRamiz Əzizb
  • Page 216 and 217: İYULMilli Qəhrəmanlar40 Roman Yu
  • Page 218 and 219: İYULTarixdə bu gün1105illiyiBeyn
  • Page 220 and 221: İYUL12Tarixdə bu gün20illiyiTÜR
  • Page 222 and 223: 0İYUL23Tarixdə bu gün20iliAğdam
  • Page 224 and 225: AVQUSTMilli ədəbiyyat2013Yazıç
  • Page 226 and 227: TarixFilosof, tarixçi Adoratski Vl
  • Page 228 and 229: AVQUST8Milli ədəbiyyat70illiyiƏn
  • Page 230 and 231: AVQUSTMilli ədəbiyyat90illiyiKama
  • Page 232 and 233: AVQUST9AVQUSTHeykəltəraşlıq.Rə
  • Page 234 and 235: AVQUSTAVQUSTMusiqi.Opera.Balet65ill
  • Page 236 and 237: AVQUSTTeatr.Kino65illiyiRasim Balay
  • Page 238 and 239: AVQUST2AVQUSTMilli Qəhrəmanlar55i
  • Page 240 and 241: AVQUSTCoğrafiya.Geologiya85illiyiR
  • Page 242 and 243: 4AVQUST112Tarixdə bu günƏdəbiyy
  • Page 244 and 245: AVQUST9Tarixdə bu günRamazan bayr
  • Page 246 and 247: AVQUST23Tarixdə bu gün20iliCəbra
  • Page 248 and 249: AVQUST26Tarixdə bu günBeynəlxalq
  • Page 250 and 251: ®1 sentyabrGün çıxır 07:08Gün
  • Page 252 and 253: Teatr.KinoXalq artisti, tanınmış
  • Page 254 and 255: İlk teleqraf xətti işə düşmü
  • Page 256 and 257: SENTYABRDünya ədəbiyyatı210illi
  • Page 258 and 259: SENTYABR23258Musiqi.Opera.Balet85il
  • Page 260 and 261: 0SENTYABRTeatr.Kino100illiyiNüsrə
  • Page 262 and 263: 2SENTYABR6Milli Qəhrəmanlar50illi
  • Page 264 and 265: SENTYABR19Milli Qəhrəmanlar50illi
  • Page 266 and 267: SENTYABRMilli Qəhrəmanlar55illiyi
  • Page 268 and 269: SENTYABRSiyasət.Hərbi iş85illiyi
  • Page 270 and 271: SENTYABRCoğrafiya.Geologiya75illiy
  • Page 272 and 273: SENTYABR15Tarixdə bu gün95illiyiB
  • Page 274 and 275: OKTYABR2013Milli ƏdəbiyyatNasir,
  • Page 276 and 277: anadan olmasının 300 illiyiMədə
  • Page 278 and 279: 1OKTYABRMilli ədəbiyyat65illiyiV
  • Page 280 and 281: OKTYABRMilli ədəbiyyat90illiyiGü
  • Page 282 and 283: 8OKTYABRMilli ədəbiyyat100illiyi
  • Page 284 and 285: OKTYABRMilli ədəbiyyat65illiyiƏl
  • Page 286 and 287: OKTYABR286Rəssamlıq.Heykəltəra
  • Page 288 and 289: OKTYABRMusiqi.Opera.Balet60illiyiS
  • Page 290 and 291: OKTYABRMilli Qəhrəmanlar50illiyiN
  • Page 292 and 293: 4OKTYABRMilli Qəhrəmanlar55illiyi
  • Page 294 and 295: OKTYABRMilli Qəhrəmanlar60illiyiK
  • Page 296 and 297: OKTYABR296Siyasət.Hərbi iş325ill
  • Page 298 and 299: OKTYABRSiyasət.Hərbi iş115illiyi
  • Page 300 and 301: OKTYABRİdman70illiyiRəfiqə Şaba
  • Page 302 and 303: OKTYABR302Riyaziyyat.Fizika.Astrono
  • Page 304 and 305: OKTYABR1Tarixdə bu günProkurorluq
  • Page 306 and 307: OKTYABR2Tarixdə bu günXocavənd r
  • Page 308 and 309: OKTYABR8Tarixdə bu gün70illiyiAğ
  • Page 310 and 311: OKTYABRTarixdə bu günDövlət Mü
  • Page 312 and 313: OKTYABR24Tarixdə bu günBirləşmi
  • Page 314 and 315: ®®1 noyabrGün çıxır 07:09Gün
  • Page 316 and 317: Musiqi.Opera.BaletXalq artisti, kla
  • Page 318 and 319: Ümumdünya Diabet Günü (14.11.19
  • Page 320 and 321: NOYABR7Milli ədəbiyyat105illiyiƏ
  • Page 322 and 323: NOYABR2NOYABRMilli ədəbiyyat95ill
  • Page 324 and 325: NOYABRRəssamlıq.Heykəltəraşlı
  • Page 326 and 327: NOYABR8Musiqi.Opera.Balet90illiyiTo
  • Page 328 and 329: NOYABR1NOYABRTeatr.Kino80illiyiRasi
  • Page 330 and 331: NOYABRNOYABRMilli Qəhrəmanlar50il
  • Page 332 and 333: NOYABR7Siyasət.Hərbi iş100illiyi
  • Page 334 and 335: NOYABR5NOYABRNeft105illiyiSəftər
  • Page 336 and 337: NOYABR1Tarixdə bu gün90illiyiAzə
  • Page 338 and 339: NOYABR6Tarixdə bu günTеlеviziya
  • Page 340 and 341: NOYABR11Tarixdə bu gün65illiyiMin
  • Page 342 and 343: NOYABR17342Tarixdə bu günƏdəbiy
  • Page 344 and 345: NOYABRTarixdə bu günƏdliyyə İ
  • Page 346 and 347: DEKABR346®1 dekabrGün çıxır 07
  • Page 348 and 349: Azərbaycanın Xalq rəssamı Xalı
  • Page 350 and 351: Kimya.Biologiya.TibbƏməkdar elm x
  • Page 352 and 353: DEKABR6DEKABRMilli ədəbiyyat95ill
  • Page 354 and 355: DEKABR24Dünya ədəbiyyatı215illi
  • Page 356 and 357: DEKABRRəssamlıq.Heykəltəraşlı
  • Page 358 and 359: DEKABR18Musiqi.Opera.Balet85illiyiQ
  • Page 360 and 361: DEKABRDEKABRMusiqi.Opera.Balet90 T
  • Page 362 and 363: DEKABRTeatr.Kino105 İbrahim Həmz
  • Page 364 and 365: DEKABRMilli Qəhrəmanlar60illiyiƏ
  • Page 366 and 367: DEKABRMilli Qəhrəmanlar40 Səxav
  • Page 368 and 369: DEKABR15Siyasət.Hərbi iş100illiy
  • Page 370 and 371: DEKABR22Siyasət.Hərbi iş65illiyi
  • Page 372 and 373: DEKABR24Riyaziyyat.Fizika. Astronom
  • Page 374 and 375: DEKABR14374Kimya.Biologiya.Tibb105i
  • Page 376 and 377: DEKABR1Tarixdə bu günQİÇS-lə M
  • Page 378 and 379: DEKABR7378Tarixdə bu gün95illiyi
  • Page 380 and 381: DEKABR26Tarixdə bu günXankəndini
  • Page 382 and 383: DEKABR1DEKABR31Tarixdə bu günDün
  • Page 384 and 385: Əlavələr2013384Milli ədəbiyyat
  • Page 386 and 387: anadan olmasının 120 illiyiƏmək
  • Page 388 and 389: Gəncəvinin (1853-1919) anadan olm
  • Page 390 and 391: Səngəçal qəsəbə kütləvi kit
  • Page 392 and 393: Milli ədəbiyyat2013180illiyiMir M
  • Page 394 and 395: Milli ədəbiyyat2013130illiyiƏlia
  • Page 396 and 397: Rəssamlıq.Heykəltəraşlıq.Mema
  • Page 398 and 399: Musiqi.Opera.Balet2013660illiyiƏbd
  • Page 400 and 401: Siyasət.Hərbi iş2013ƏdəbiyyatQ
  • Page 402 and 403: sonra İran hökmdarı Ağa Məhəm
  • Page 404 and 405: 2013404Siyasət.Hərbi iş130illiyi
  • Page 406 and 407: 2013Fəlsəfə.İqtisadiyyat.Hüquq
  • Page 408 and 409: İdman201395illiyiZeynəb Rzayeva19
  • Page 410 and 411: Kitabxanaşünaslıq.Biblioqrafiya2
  • Page 412 and 413: 2013Kitabxanaşünaslıq.Biblioqraf
  • Page 414 and 415: 2013Kitabxanaşünaslıq.Biblioqraf
  • Page 416 and 417: Kitabxanaşünaslıq.Biblioqrafiya2
  • Page 418 and 419: Tarixdə bu gün201390illiyi“Şə
  • Page 420 and 421: 2013Tarixdə bu gün15illiyiƏdəbi
  • Page 422 and 423: göstərmişdir.Hörmətli alim uzu
  • Page 424 and 425: Atayev Əlirza Əsgər oğlu——-
  • Page 426 and 427: istifadəyə verilməsi————
  • Page 428 and 429: Səftər)————————–
  • Page 430 and 431: Peşə Bayramı Günü————-
  • Page 432 and 433: Polad bəy oğlu——————-
  • Page 434 and 435: Pepinov Əhməd bəy Ömər oğlu–
  • Page 436 and 437: Təşkilatı) yaranması———–
  • Page 438 and 439: İlan ili.
  • Page 440: Mətbəənin direktoru:Elman Qasım
Share

Share from cover
Share from page:

Inappropriate

Flag as Inappropriate Cancel

Inappropriate

You have already flagged this document.
Thank you, for helping us keep this platform clean.
The editors will have a look at it as soon as possible.

Rus tankı “Bayraqdar”dan bu cür “qorunacaq” – Foto

Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirdiyi və ABŞ kəşfiyyatının Kremlin şaxtalar düşəndən sonra bu ölkə üzərinə hücuma başlayacağı haqda xəbərdarlıqları fonunda Krıma yeridilmiş rus tanklarında kamikadze-dronlardan, “Bayraqdar TB2” döyüş pilotsuz təyyarələrindən və yüksək dəqiqlikli tank əleyhinə raketlərdən qorunmaq üçün primitiv konstruksiya quraşdırıldığı məlum olub.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu konstruksiya tankın qülləsi üzərində yüngül zireh təbəqəsindən quraşdırılan örtükdən və qülləni yan tərəfdən qoruyan metal tordan ibarətdir.

Rus tanklarındakı bu primitiv konstruksiyaya “Drive” nəşri diqqəti cəlb edir. Həmin konstruksiya T-80 tankının üzərində görünüb. Bundan əvvəl isə Rusiyanın Rostov vilayətində Ukrayna sərhədlərinə tərəf irəliləyən T-72B3 əsas döyüş tanklarından bəzilərində bu cür primitiv konstruksiya qeydə alınmışdı.

“Drive” qeyd edir ki, bu konstruksiyanın tankın qülləsini yuxarıdan endirilən zərbələrdən qorumaq üçün nəzərdə tutulduğu aydındır. Nəşrin yazdığına görə, görünür ötən il Qarabağda gedən müharibə zamanı erməni tanklarının kütləvi şəkildə “Bayraqdar TB2” zərbə pilotsuz təyyarələrindən buraxılan MAM-L və MAM-C lazer başlıqlı raketləri, “Harop” və digər kamikadze-dronlar, o cümlədən İsrail istehsalı olan “Spays” və “Spayk NLOS” tank əleyhinə yüksək dəqiqlikli raketləri ilə məhv edilməsini nəzərə alaraq indi Ukrayna istiqamətinə yeridilmiş rus tanklarını bu cür primitiv üsulla qorumağa çalışırlar.

Bu konstruksiyanın tankı kamikadze-dronlardan və yüksək dəqiqlikli raketlərdən, o cümlədən Ukrayna ordusunun silahlanmasında yer alan “Javelin” raketlərindən nə dərəcədə qoruya biləcəyi məlum deyil. Amma ehtimal edilir ki, belə konstruksiya tanka endirilən zərbələrin effektivliyini azalda bilər.

İndiki halda qüllənin yan tərəfinə bərkidilmiş metal tor “Javelin” raketinin zərbəsinin qarşısını tam ala bilməsə də ola bilsin ki, raketin tandem kumulyativ başlığı ilə təmasın daha tez baş verməsinə, nəticədə raketin tankın qülləsinə dəymədən partlamasına səbəb olacaq. Hətta metal tor raketi dayandıra bilməsə də onun effektivliyini azalda bilərdi.

Habelə həmin konstruksiya “Javelin” qədər yüksək dəqiqlikli olmayan digər tank əleyhinə idarəolunan raketlərin də effektivliyinin azaldılmasına kömək edər. Nəşr qeyd edir ki, belə əldədüzəltmə konstruksiya görünür Rusiya tanklarında təcrübə məqsədi ilə quraşdırılır.

Xatırladaq ki, Rusiyanın Ukraynanın Xarkov vilayəti ilə həmsərhəd ərazilərində bu günlərdə yüzlərlə, yaxud ola bilsin minlərlə T-80 tanklarının cəmləşdirildiyi də qeydə alınmışdı.

Bayraqdarlar oleq qoncar kitabi

– Adam dəli olanda, özü bilmir ki, dəli olub? Hıy?
(Gözlə-Gəlirəm Məmməd kişinin Cümüyə (Qızıl Diş Cümşüdə) verdiyi sual.)
– Nə deyim e, qağa? Üçrəngli bayrağımıza qurban olum! Mən ölüm, bunnan artığını nə deyim? Hıy? Denə, deyim!
(Bi-bi-si müxbirinin: «– Bu bayraq sizin üçün nədir?»– sualına Bayraqdarın verdiyi cavab.)
– Sovet zubulu ilə zarafat eləmək olmaz ha.
(Cümünün (Qızıl Diş Cümşüdün) söylədiyi kəlam.)
. sonra o həyətdə, elə bil, xəzri, giləvar yox, bir sevinc küləyi əsdi:
– Eysebio gəldi.
– Eysebio.
– Eysebio.
. və o həyətdə gözəl bir futbol oyunu başladı.
. və o zaman o həyəti ilk dəfə görən adam, yəqin, fikirləşərdi ki, burada nə xoşbəxt insanlar yaşayır.

2003-cü il Mayın 28-nə – Azərbaycan Demokratik Respublikasının 85-ci ildönümünə bir gün qalmış, yəni mayın 27-də, axşamçağı, böyük-kiçik – bütün şuşalıların Bayraqdar çağırdığı Surxayın daha sabahı gözləməyə səbri çatmadı, səliqə ilə ağ çitə, üstündən də sellofana büküb çarpayının altında – başqa yer yox idi – saxladığı bayrağı – müstəqil Azərbaycanın üçrəngli bayrağını – çıxartdı, xüsusi bir həvəslə, ləzzətlə çiti, sellofanı açdı və bayrağı götürüb Buzovna Fəhlə Yataqxanasının həyətinə düşdü, gözünü qıyıb zəndlə qazanxananın damına baxdı. Birmətrəbəli o köhnə qazanxana həyətin yuxarı başında idi, ondan o tərəfə həyət qurtarırdı və Bakıya gedən şose yol başlayırdı. Surxay Yataqxanada məskunlaşdıqları bu on ildə bayrağı həmişə üçüncü mərtəbədəki evinin (otağının) pəncərəsindən uzadıb asırdı, amma pəncərədən uzanan bayraq bu yerlərin küləyinə dözmürdü, xəzri əsəndə bir tərəfə əyilirdi, gilavar əsəndə o biri tərəfə və Surxay da gündə neçə dəfə o bayrağın səmtini düzəltməli olurdu. Bir müddət bundan əvvəl cani-dildən 28 Mayı gözləyə-gözləyə birdən Surxayın ağlına gəldi ki, bu dəfə bayrağı evin (otağın) pəncərəsindən yox, qazanxananın damında, küncdən assın. Bayraq həm şose yol tərəfdən görünəcəkdi, həm həyətdən, həm də onu orda elə bərkitmək olardı ki, hər dəfə küləyin səmtinə əyilməsin. Surxay belə hesablamışdı ki, Mayın 28-də sübh tezdən durub bayrağı o küncdən asacaq, amma Mayın 28-i yaxınlaşdıqca, çarpayının altındakı o bayraq da Bayraqdarı maqnit kimi özünə çəkirdi, – srağagün dözdü, dünən dözdü, amma bu axşam daha dözə bilmədi və bayrağı götürüb beləcə həyətə endi.
Şose yolun Yataqxananın həyətinə bitişik səkisi boyunca dörd-beş addımdan bir otuz-otuz beş illik tut ağacları əkilmişdi – yeddi-səkkiz ağac idi və o tut ağaclarından biri ilə qazanxananın divarı arasında yarım metrdən də az bir məsafə var idi və Bayraqdar bayraqla birlikdə o tut ağacının yanına getdi.
Bir vaxtlar Bayraqdar bayrağı əlinə alanda, həndəvərdə nə qədər uşaq var idi, onun başına yığılırdı, amma indi həyətdə heç kim yox idi və ümumiyyətlə, elə bil ki, illər ötdükcə o bayrağın da cazibəsi azalırdı və bu barədə – xüsusən gecələr yerinə girib yuxuya getməzdən əvvəl – fikirləşəndə, Surxaya elə gəlirdi ki, elə bil, ürəyində Şuşadan başqa (bəlkə, Şuşadan da betər!), ikinci bir dərd yarğanı da əmələ gəlir. Surxay əlində tutduğu bayrağa baxdı və birdən-birə ürəyindən belə bir ağrı da keçdi ki, bayraq – bu gözəl bayraq, bu gözəl üçrəngli bayraq qocalıb. Göyünün də, qırmızısının da, yaşılının da rəngi solmuşdu, qotazı tiftiklənmişdi, dəmir ucluğunun nikeli nöqtə-nöqtə orda-burda pas atmışdı, dəstəyinin lakı adda-budda tökülmüşdü və bu bayraq açıq-aşkar deyirdi ki, Surxay, qardaş, daha mən yorulub əldən düşdüm, məni dəyişdir. Elə həmin anda da Bayraqdarın bütün içindən bir vicvicə keçdi, birdən-birə də əməlli-başlı gözləri doldu, çünki Surxay – Bayraqdar belə vəfasız adam deyildi.
Əvvəlcə Cümünün (Qızıl Diş Cümşüdün) sürdüyü lafetli motorellerin (tırtırın) tırıltısı gəldi, sonra özü görünüb şosedən həyətə buruldu və Cümü əlində bayraq tutub, qazanxananın küncündə dayanmış Surxayı görəndə tırtırı saxladı:
– Nədi, ə, Bayraqdar, bayram bu gündü?
O axşam Buzovnada külək yox idi, xəfif bir yel əsirdi, amma elə o xəfif yel də bəs elədi ki, Cümüdən gələn araq iyi bütün ətrafa yayılsın.
– Hara vurassan?– Cümü soruşdu və motorollerdən düşüb Surxayın yanına gəldi.
– Istəyirəm ora, – Bayraqdar əlini uzadıb qazanxana damının küncünü göstərdi,
– vurum.
– Bə nətər bərkidəssən?
– Odu ha, – Bayraqdar haçansa tut ağacının dibində düşüb qalmış yekə bir kubik parçasını göstərdi, – onu dəstəyin üstünə qoyajam. – Sonra: – Amma o azdı, – dedi.
– Bir-iki yekəsini də tapım gərək.
Cümü, elə bil, bir bəhanə axtarırdı ki, Yataqxananın beşinci mərtəbəsindəki evinə (otağına) getməsin və:
– Qoy, əvvəlcə mən dırmaşım, – deyib, elə bil, çoxdan gözlədiyi əzizi idi, tutun yoğun gövdəsini bağrına basıb yuxarı dırmaşmağa başladı və dırmaşa-dırmaşa da, hıqqandıqca bir az bundan əvvəl Bolelşik Bufetçi Ibadullanın bufetində içdiyi 200 qram arağın iyi aləmi başına götürürdü və Bayraqdar üçün bu araq iyi ilə o bayraq bayramı ərəfəsinin gözəl ab-havası arasında tamam bir uyuşmazlıq var idi. Cümü yuxarı dırmaşıb asanca qazanxananın damına adladı və Surxay bayrağı uzadıb ona verdi, tutun dibindəki yekə kubik qırığını da qaldırıb Cümüyə ötürdü və o tərəf-bu tərəfə baxdı ki, yenə daş tapsın, amma Cümü:
– Burda zubul kimi bir şey var, – dedi. – Qalx, elə onuynan vuraq. Üstünə daş qoymağnan başa gəlməyəjək. Bayraqdar da tutla dırmaşıb qazanxananın damına çıxdı və Cümü, doğrudan da, Allah bilir nə vaxtdan atılıb damda qalmış, illərdən bəri də paslanmış, amma ucu iti, uzun və nazik zubul kimi bir şey tapmışdı. Surxay zubulun o tərəfinə-bu tərəfinə baxa-baxa bir az tərəddüdlə:
– Görən paralamaz dəstəyi?– soruşdu.
Cümü:
– Nə bilim, – dedi. – Küləyin öhdəsindən gəlsə, o gələjək. Daş yığmağnan düzələsi iş deyil.
Surxay o nazik, uzun zubulu o tərəf-bu tərəfə çevirərək fikirləşdi ki, elə bunun özünün də başını nikelləmək, həmişəlik dəstəkdə saxlamaq, hər dəfə də istədiyin yerə vurmaq olar və bu qərarından sonra bayrağı qazanxananın damının küncündən uzatdı, Cümü bayrağı tutdu, Surxay da o daş parçası ilə zubulu bayrağın dəstəyinə vurmağa başladı. Surxay:
– Ə, yavaş ol, buralar dağılıf əldən gedif, – dedi. – Yıxılarsan.
Cümü sidq-ürəkdən:
– Cəhənnəmə yıxılım! – dedi. – Amma, qağa,bu bayrağı gərək remont eləyəsən, qotazını-zadını təzələyəsən.
Bu bədbəxt Cümü – «pyaniskə» olanda nə olar (yaxşı gününə görə içmir ki!) – yaxşı adam idi, onun o «remont» sözü Bayraqdarın xoşuna gəldi. Cümü «gərək bu bayrağı atasan» demədi, «gərək remont eləyəsən» dedi və elə bil 2003-cü il mayın 27-dəki o axşam, Fəhlə Yataqxanasının həyətindəki o qazanxana damında birdənbirə üçbucaq bir doğmalıq əmələ gəldi: Surxay – Bayraq – Cümü. Surxay:
– Hə, – dedi, – əl gəzdirəjəm.
Cümü zarafatla:
– Sovet zubulu ilə zarafat eləmək olmaz ha. – dedi. – Yavaş ol, əlini əzərsən.
Surxay:
– Ə, buna da üçrəngli bayrağ deyərlər! – dedi və o paslı zubul, elə bil, Bayraqdarın o sözlərini eşidib, o ruh yüksəkliyini hiss edib kubik parçası ilə vurulavurula dəstəyi parçalayıb-eləmədi, amma damın özünün daşları illərin yağışının, küləyinin altında suvaqdan çıxmışdı, tərpənirdi və Bayraqdar nigarançılıqla: – Allah eləməsin, – dedi, – amma bu daşlar bir dəfə burdan kiminsə başına düşəcək.
Cümü:
– Qağa, mən ölüm, onlara tapşır ki, mənim başıma düşsün, – dedi və güldü. Surxay:
– Mənim tapşırmağımnan olsaydı, elə tapşırardım, sənin o taksini qaytarardılar özünə! – dedi və birdən qorxdu ki, onun bu sözləri qazanxananın üstündə Cümünü kövrəldər, yaxşı olmaz, amma Cümü kövrəlmədi, əksinə, bayrağın duruşunu təriflədi:
– Allah haqqı, əla görünür.
Surxay:
– Çox sağ ol, – dedi, elə bil, Cümü bayrağı yox, Surxayın özünün əlalığından dəm vururdu, amma o zubul bayrağı, doğrudan da, dama möhkəm bərkitdi və Surxayın da kefi açıq-aşkar kökəldi. – Bu zubulu elə dəstəkdə saxlayajam. Bolelşik Bufetçi Ibadullanın bufetində içdiyi o 200 qram arağın təsiri tamam keçib getməsə də, Cümü ay işığında Bayraqdarın gözlərinin güldüyünü, bütün dərdini-sərini yadından çıxardığını gördü və elə bil, Bayraqdarın içindən gələn o gözgörəti uşaq sevinci Cümüyə də sirayət etdi, Cümü də Buzovna Fəhlə Yataqxanasının həyətindəki o qazanxananın damında sinədolusu yaxşıca bir nəfəs aldı.
Nə müddət idi, Cümünün (Qızıl Diş Cümşüdün) sinəsi beləcə «doydum» deyib, hava ilə dolmamışdı.

Çox illər bundan əvvəl – onda hələ Azərbaycanda sovet hökuməti qurulmamışdı – bütün bu yerlər – Buzovnadakı Fəhlə Yataqxanasının həyətinin yuxarı başından üzüaşağı, Yataqxana binasının özünün də tikildiyi ərazi daxil olmaqla, neftxuda Məşədi Ağarəhim Mir Abdulla oğlunun əncir, iydə, innab, püstə, badam, muşmula bağı idi və Kolxoz kişinin, əlbəttə, bundan xəbəri yox idi ki, o uzaq zamanlarda hər dəfə yazağzı səksən yaşlı Məşədi Ağarəhim o boyda bağın ağaclarını aftafa ilə birbir özü sulayırdı və bundan sonra gələn yaza qədər bağa Məşədinin bağbanları qulluq edirdi və yenə də növbəti yazqabağı xəzrisiz-gilavarsız gözəl bir sübh çağı kişi özü ağappaq alt paltarının üstündən əyninə bir pencək geyib, ağ təsəyi də həmişəki kimi, başında, əlinə aftafa alıb bağı sulamağın siftəsini edirdi və bu, illər keçdikcə etiqad mərasimi kimi bir şeyə çevrilmişdi, elə bil, kişinin ömrünü də bütün il boyu gözlədiyi o növbəti sulama mərasimi uzadırdı.
Və əlbəttə, Kolxoz kişinin, aydın məsələdir, burasından da xəbəri yox idi ki, Abşeronda sovet hökuməti qurulanda birdən-birə bolşevik olmuş üç-dörd nəfər keçmiş fəhlə – onlardan birinin büstü Sovet Ittifaqı dağılanacan Buzovna parkında dururdu, birinin də adını məktəbə vermişdilər, sonra həmin məktəbdə oxumuş Qarabağ şəhidinin adı ilə dəyişdilər – iki rus əsgəri ilə gəlib, Məşədi Ağarəhimi yuxudan durğuzub, elə həmin ağappaq tuman-köynəkdə, aparıb sinfi düşmən kimi güllələdilər və iyirminci illərdə, otuzuncu illərin əvvəllərində Məşədi Ağarəhim Mir Abdulla oğlunun bağı tamam tələf olub getdi və o bağdan təkcə üç iydə ağacı, bir də o qədim zeytun qaldı.
Sonralar – müharibə qurtarandan sonra – qırxıncı illərin axırlarında burada bu Fəhlə Yataqxanasını tikdilər və elə ki, Sovet Ittifaqı dağıldı, müəssisələr dayandı, Yataqxanada yaşayan fəhlələrin hərəsi bir tərəfə dağılışdı, sonra ermənilər Qarabağı işğal etdi, o vaxt – 1992-ci ilin cırhacır isti yay aylarında Şuşadan qaçqın düşmüş camaatın bir qismini müvəqqəti olaraq bu Yataqxanada yerləşdirdilər və o müvəqqəti, bu müvəqqəti, – Buzovnadakı Fəhlə Yataqxanası həmişəlik məsgən olub qaldı.
Kolxoz kişi həyətdə durub əlini uzadaraq orda-burda suvağı tökülmüş, Nuh- Nəbidənqalma əhəngi rəngini itirmiş, il-on iki ay pəncərələrinin, eyvanlarının arasında zivədən pal-paltar asılmış Yataqxana binasını göstərib deyirdi:
– Bu da bizim elimiz, obamızdır də.

Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988- ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə – Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:
– Bay-raq-dar.
– Bay-raq-dar.
– Bay-raq-dar.
Və günün günorta çağı Müsavat hökumətinin üçrəngli bayrağını Şuşanın mərkəzində başının üstünə qaldırmış Surxayı – Stalinin ölən günləri idi – təzədən ara qızışmasın deyə, Bakıdan gəlmiş Azərbaycan KP MK təlimatçısının göstərişi ilə həbsdən azad etdilər və Telefon Stansiyasının yanındakı mətbuat köşkündə qəzetjurnal satan Uzun Surxay (Məmmədov) o gündən də oldu Bayraqdar – Surxay Bayraqdar. Daha doğrusu, Şuşa camaatı onu «Bayraqdar Surxay»– deyə çığırmağa başladı, amma Surxayın «Bayraqdar Surxay» yox, «Surxay Bayraqdar» daha çox xoşuna gəlirdi və Surxay erməni təcavüzü ilə bağlı Moskvaya göndərilən bütün etiraz məktublarına, mitinqlərdə həbs olunmuş adamları azad etmək tələbnamələrinə, Azərbaycanın SSRI-nin tərkibindən çıxmaq istəməsi barədə Siyasi Büroya göndərilən teleqramlara və s. elə bu cür – «Surxay Bayraqdar» kimi imza atmağa başladı və onun hələ heç kimə demədiyi, ürəyində gəzdirdiyi bir arzusu da bundan ibarət idi ki, Əbülfətin də familini gələcəkdə «Məmmədov» yox, «Bayraqdar» yazdırsın: Əbülfət Surxay oğlu Bayraqdar.
Şuşa camaatı gözünü açıb bu mətbuat köşkündə Surxayın dədəsi Uzun Məti dayını qəzet-jurnal satan görmüşdü və o vaxt ki, Uzun Məti dayı xəstələnib yorğandöşəyə düşdü (onda Surxay məktəbin onuncu sinfində oxuyurdu), elə o vaxtdan da Surxay məktəbi atıb, gəlib dədəsinin yerində oturdu və iyirmi il sərasər Şuşadakı o gözəl köşkdə qəzet-jurnal satdı. Surxay o biri sinif yoldaşları kimi Bakıya, ali məktəbdə oxumağa getmədi, heç onuncu sinifi də bitirmədi. Köşkdə dədəsinin yerinə keçəndən sonra, hərdənbir dərsə gedirdi, amma bir dəfə Məleykə müəllimə – məktəbin dərs hissə müdiri – köşkün qabağında dayanıb:
– Dərsə niyə gəlmirsən, a bala? – soruşdu.
Surxay:
– Dədəmin yerindəyəm axı. – donquldandı.
Məleykə müəllimə də:
– Nədi, dədən səni varis elan edib?– deyə onun üzünə çımxırdı və bununla da kifayətlənməyib əli ilə köşkü göstərdi: – Pah. – dedi. – Bura da sənin padşahlığındı?!
Və Məleykə müəllimənin o «Pah!»ından sonra Surxay məktəbi tamam atdı, amma oxumağın dalınca getməsə də, Şuşada az adam tapılardı ki, Surxay qədər siyasi aləmdən xəbərdar olsun (Syerra-Leonenin prezidentinin adından tutmuş Suslovun dədəsinin adınacan) və «perestroyka»nın şıdırğı vaxtında ilk dəfə Məhəmməd Əmin Rəsulzadənin şəklini tapıb köşkün şüşəsinə taxan adam da Surxay oldu və o zaman, elə bil ki, uzun illərin ayrılığından sonra nəhayət ki, Azərbaycana qayıda bildiyinə görə Şuşadakı o qəzet köşkünün şüşəsindən xəfif bir təbəssümlə gülümsəyən Məhəmməd Əmin bəyi çox adam ilk dəfə görürdü və soruşurdu ki, bu kimdi belə?
Surxay evləndi, Əbülfət – Əbili anadan oldu və o vaxt, əlbəttə, Surxay bilmirdi ki, Əbülfət haçansa, Eysebio olacaq, bütün Bakı onu «Eysebio»– deyib, çağıracaq. Surxay o vaxt Salazarın kim olduğunu, nə vaxt doğulduğunu bilirdi, amma dünyada Eysebio adında bir məxluqun olduğundan heç xəbəri də yox idi və əlbəttə, o vaxt Surxay burasını da bilmirdi ki, Allah-taala Eysebionun ömrü üçün (Əbülfətin ömrü üçün) bu dünyada az bir möhlət ayırıb.
Illər keçdikcə, Şuşanın mərkəzindəki o köşk, o köşkdəki qəzet-jurnallar və o qəzet-jurnallardakı siyasi xəbərlər Surxayın həyatının mənasına çevrildi – hər şey belə deyirdi, amma əslində, belə deyilmiş, çünki Surxayın həyatının həqiqi mənası və onu Bayraqdar edən üçrəngli bayraq oldu.
Surxay Gülzar arvadı tikiş maşınının arxasında oturdub başının üstünü kəsdirərək göy, qırmızı, yaşıl ipəkdən bayrağı özü tikdirdi, ayı, ulduzu da öz əli ilə kağızın üstündə ölçdü, biçdi, kəsdi və sonra yenə Gülzar arvadın başının üstündə dayanıb ağ ipəyə keçirtdi, bayrağın dəstəyini əvvəlcə şam ağacından düzəltdi ki, yüngül olsun, sonra fikirləşdi ki, üçrəngli bayrağın dəstəyi gərək yüngül olmasın, palıd ağacından bir dəstək düzəltdi, sonra o palıd dəstəyi də üçrəngli bayrağa layiq bilmədi və rəhmətlik Uzun Məti kişinin cavanlıq çağlarında həyətdə əkdiyi böyük qoz ağacının bir gözəl budağından dəstək düzəltdi, Bazar başında misgər Əlihüseyn kişinin dükanına gedib bayrağa dəmir ucluq düzəltdirdi, o ucluğa nikel çəkdirdi və qaynanasına – Səyyarənin anasına – o arvadın əl işi bütün Şuşada məşhur idi – ipək qotaz düzəltdirib o ucluqdan asdı və Surxay Bayraqdar 1988-ci ildə üçrəngli bayrağı başının üstünə qaldırıb mitinqin önündə dayananda, il-on iki ay Sovet Azərbaycanının oraqlı-çəkicli bayrağını görməyə adət etmiş çox adam o müstəqillik bayrağını birinci dəfə gördü.
Və o vaxtdan Şuşada bir mitinq olmadı ki, Surxayın bayrağı o mitinqin iştirakçısı olmasın, erməni gülləsinə tuş gələn bir şəhid dəfni olmadı ki, Surxayın əlindəki o bayraq orada başını əyməsin.
Və o bayrağın eşqi Telefon Stansiyasının yanındakı o mətbuat köşkünə, qəzetjurnallara və o qəzet-jurnallardakı siyasi xəbərlərə hörməti və məhəbbəti də sıxışdırıb Surxayın ürəyində büzüşdürdü – indi o ürəyin içindəki üçrəngli bayraq idi.

Vasili Kuzmiçın qızı bir yəhudiyə ərə getmişdi və indi əri ilə birlikdə köçüb ABŞ-da yaşayırdılar, oğlu Vanya hələ sovet vaxtı Tambovda əsgərlik etmişdi, sonra da orada qalmışdı, orada evlənmişdi və orada da yaşayırdı, Kuzmiçin arvadı Vera Arxipovna altı iliydi ki, torpağın altında idi, özü, yəni Vasili Kuzmiç isə beş ildən artığıydı ki, Bilgəhdə, prokuror Əhməd Ağayeviçin bağında yaşayırdı. Sovet vaxtı Vasili Kuzmiç Bakı Lampa zavodunda çilingər işləyirdi və işləməyi sevən adam olduğu üçün, hər ay aldığı maaş onu da, ailəsini də dolandırırdı. Vanya əsgərliyə gedəndən və Tambovda qalandan, qızı ABŞ-a köçəndən sonra, Vera Arxipovna ilə birlikdə dolanışıqları isə lap şah dolanışığı idi – həftədə, heç olmasa, iki dəfə evdə təzə donuz əti bişirdi və həmin günlərdə Vasili Kuzmiç axşam işdən evə gələndə Vera Arxipovna ilə üzbəüz oturub o qızarmış gözəl donuz ətini yanındakı kartof, ya qarabaşaq, ya vermişel qarniri ilə yeyə-yeyə yarımlitrlik bir araq şüşəsi boşaldırdılar – 100, uzaq başı 150 qram Vera Arxipovna içirdi, qalanını da Vasili Kuzmiç. Sonra rus çastuşkaları, Şuljenkonun, ya Utesovun mahnıları yazılmış valları hələ 60-cı illərin əvvəllərində aldıqları patefonda oxudub ləzzətlə qulaq asırdılar, ya da əli dinc durmayan Vasili Kuzmiç çəkicini, kəlbətinini götürüb haranısa təmir edirdi, nəsə düzəldirdi, hərdənbir də elə divanın üstündə cavanlıqlarını yada salırdılar. Bütün bunlara onu da əlavə eləsək ki, Vera Arxipovna özü qış üçün sala düzəldirdi, zels hazırlayırdı, duzlu xiyar qoyurdu, o zaman, əlbəttə, Vasili Kuzmiçin sovet dövründəki həyatına qibtə etmək olardı və indi o həyata birinci qibtə edən adam, elə Kuzmiçin özü idi.
Və hərdən bağda – Əhməd Ağayeviçin bağında qədim əncir ağacının dibində oturub kürəyini ağacın yoğun gövdəsinə söykəyərək filtrsiz siqaret çəkə-çəkə o zamanları xatırlayan Vasili Kuzmiçin, bəzən, özünün də inanmağı gəlmirdi ki, haçansa, həqiqətən elə gözəl bir həyat yaşayıb, amma Vasili Kuzmiçin ürəyində xüsusi bir təəssüf hissi də yox idi, çünki o, həyat adamı idi və fikirləşirdi ki, həyatdı, yaşanıb, keçib-gedib və yalnız Vera Arxipovnanı xatırlayanda, sonuncu siqareti nə vaxt çəkməyindən asılı olmayaraq, Kuzmiç təzə bir siqaret yandırırdı.
Sovet zamanının bayramlarında – 1 Mayda, 9 Mayda, 7 Noyabrda Vasili Kuzmiç Vera Arxipovnanın səliqə ilə ütülədiyi göy kastyumunu geyib, Lampa zavodunda işlədiyi müddətdə əmək qələbələrinə görə aldığı orden və medalları döşünə taxırdı, axşamdan şotka ilə təmizləyib boya sürtdüyü üçün pap-par parıldayan ayaqqabılarını geyirdi və nümayişlərə gedirdi, sonra da ya onlarda, ya dostlardan birinin evində yığışırdılar, gecəyə qədər yeyib-içirdilər, qarmon çalıb oynayırdılar və indi o günlər – o gözəl günlər Vasili Kuzmiçə yuxu kimi gəlirdi, onun ürəyini bir kədər bürüyürdü, amma yenə də xüsusi bir təəssüf hissi keçirmirdi, çünki həyat idi və həyatın öz qanunları var idi.
Uşaqların hərəsi bir tərəfə getdi, sonra satqın Qorbaçovun (ABŞ kəşfiyyatının onu ələ almasına Kuzmiçin qəti şəkk-şübhəsi yox idi) «perestroyka» boşboğazlığı başladı, ara qarışdı, məzhəb itdi, sonra Sovet Ittifaqı dağıldı, Lampa zavodunda istehsal dayandı, sonra Vera Arxipovna öldü və işsiz Vasili Kuzmiç üçotaqlı mənzilində tək qaldı. Yavaş-yavaş alətlərini – çəkicini, mişarını, kəlbətinini, rəndəsini. – satmağa başladı, sonra yorğan-döşəyə, qab-qaşığa keçdi və bu minvalla o üçotaqlı mənzildə demək olar ki, bir şey qalmadı.
Əhməd Ağayeviçin sürücüsü, tatar balası Şövkət Vasili Kuzmiç ilə bir blokda yaşayırdı və Bilgəhdəki o bağa köçməyi, ora qulluq eləməyi və oranın qarovulunu çəkməyi də həmin sürücü təklif elədi.
Bakının 3-cü mikrorayonundakı həmin üçotaqlı mənzili Vasili Kuzmiçə Lampa zavodunda vermişdilər və Vasili Kuzmiç o boş mənzilin mətbəxində qabağına bir şüşə araq qoyub xeyli fikirləşdi, özü özü ilə söhbət elədi və səhər Vanyaya teleqram vurdu ki, Bakıya gəlsin. Vera Arxipovna öləndə Vanya gəlməmişdi və Vasili Kuzmiç fikirləşdi ki, çağırışının səbəbini bilməsə, Vanya yenə gəlməyəcək, ona görə də teleqramda yazdı: «Evi satıram. Gəl.»
Üç gündən sonra Vanya Bakıda idi və Vasili Kuzmiç, doğrudan da, evi satdı, doqquz min dolları gətirib mətbəxdəki mizin üstünə qoydu və dedi:
– Nə qədər istəyirsən, götür.
Vanya udquna-udquna mizin üstündəki o bir dəst yüzlük dollara baxdı – bu qədər pulu Vanya, ancaq kinoda görmüşdü – sonra, elə bil, gördüklərinin gerçəkliyinə inanmayan gözlərini güclə o pullardan çəkib atasına baxdı, sonra özündən asılı olmayaraq birdən-birə titrəməyə başlamış əlini uzadıb pulun hamısını götürdü, sonra da eləcə udquna-udquna yenə atasına baxdı:
– Sənə də lazımdı?
Vasili Kuzmiç barmağını bığına çəkib:
– Yox, – dedi və o vaxtdan da Əhməd Ağayeviçin Bilgəhdəki bağında yaşamağa başladı.
O isti iyun günü də Vasili Kuzmiç əncir ağacının altında oturub acqarına siqaret çəkirdi və siqaret çəkə-çəkə də o bir dəst dolları xatırladı, Vanyanın udquna-udquna o pullara baxmağı gözlərinin qabağına gəldi və fikirləşdi ki, o pulların üstündə Vanya onu öldürə də bilərdi.
Düzdü, Vasili Kuzmiç bunu fikirləşdi, amma Vanyaya qəzəblənmədi, çünki həyat idi və həyatın öz qanunları var idi.
Vasili Kuzmiç siqaretdən bir dərin qullab alıb ciyərlərinə çəkdi və ağzından, burnunun pərələrindən tüstü çıxa-çıxa:
– Allah ona kömək eləsin. – dedi.
Vasili Kuzmiç məhz «Allah» sözünü dedi.
Məsələ burasında idi ki, Vasili Kuzmiç müsəlman olmuşdu, hər halda, özü deyirdi ki, mən daha müsəlmanam.

On il bundan qabaq Şuşa camaatının bir hissəsi Buzovna Fəhlə Yataqxanasına yerləşəndə – adamların sayından asılı olmayaraq, hər ailəyə bir otaq – hərə öz otağına əl gəzdirdi, kimi pəncərənin çürümüş çərçivəsini möhkəmlətdi, kimi suvağı qopmuş divarı təzədən suvaqladı, kimi döşəmənin sementin üstündən çəkilmiş lineliumunun yırtılmış yerlərini ört-basdır elədi, bir sözlə, hərə müvəqqəti olaraq (onda elə bilirdilər ki, müvəqqətidi) yaşamaq üçün otağı abıra salmağa başladı və o zaman Surxaygil üçüncü mərtəbədəki otaqda yerləşəndən (doluşandan, doluşdurulandan) sonra Bayraqdar da haradansa göy rəng, qırməzı rəng, yaşıl rəng tapıb gətirdi və otağın qapısının çöl tərəfini (aralığa açılan hissəsini) yuxarıdan aşağı bayrağın rəngi ilə göy, qırmızı, yaşıl rəngə boyadı.
Səyyarə Bayraqdarın cidd-cəhdlə o qapını eləcə rəngləməsinə baxa-baxa özünü saxlaya bilməyib ağlamsındı və ağlamsına-ağlamsına da:
– Bu da mənim günüm. – dedi.

Yataqxananın həyətində, o iydə ağaclarının yanındakı krantda qab-qacaq yüyan Səyyarə açıq-aşkar bir fəxarətlə Kolxoz kişinin dul arvadı Xədicə xalaya deyirdi:
– Əbili (yəni Əbülfət) heç iməkləmədi ki. Bir də gördüm, getdi, küçədə özündən üç dəfə böyük uşaqlarla futbol oynamağa başladı. Küçədə futbol oynayırdı, acanda, qaçıb qucağıma dırmaşırdı, əmməyə başlayırdı. Sonralar Xədicə xala ürəyi yana-yana deyirdi ki, o uşağı, o bədbəxt Əbilini elə Səyyarənin özü gözə gətirdi.

Bakıdan gələn şose yol sola, Buzovnaya (oradan da Zuğulbaya, Bilgəhə, dəniz qırağına) dönürdü, düz isə – Şağana, Mərdəkana, Şüvəlana, SES qəsəbəsinə gedib çıxırdı və həmin yolayrıcına Buzovna dairəsi deyirdilər. Kamança Tanrıverdi avtobusdan düşüb böyük muşmula ağacının kölgəsində dayanmışdı və səhərdən bəri təpəsinə gün çaxa-çaxa, suyun-tərin içində qucağındakı bir dəstə qəzet-jurnalla o tərəf-bu tərəfə maşınların qabağına qaçan Bayraqdara baxırdı. Bayraqdar o qəzet-jurnalı qucağında elə tutmuşdu, elə bil ki, sübh tezdən maşınların qabağına qaçdığı bu müddət ərzində günün altında saralmış, üstünə maşın təkərlərinin altından çıxan toz hopmuş kağız yığınını yox, yekə bir dəstə gülü sinəsinə sıxmışdı.
Surxay arıq adam idi, Abşeron günəşinin altında qapqara yanmışdı, hərdən dayanıb it kimi ləhləyə-ləhləyə nəfəsini dərirdi və Kamança Tanrıverdi uşaq kimi maşınların qabağına qaçan bu uzun adama baxa-baxa Şuşada əlində bayraq yellədəyellədə mitinqlərin önündə dayanan, yürüşlərin qabağında addımlayan, həmişə də başını dik tutan, özünün də, yerişinə, duruşuna, gözgörəti, o bayrağa layiq bir o məğrurluq şəsti verən Bayraqdarı gözünün qabağına gətirirdi və o bayraqdarlıq məğrurluğu ilə Buzovna dairəsində beləcə qəzet satmaqla məşğul olmaq düşgünlüyünü, Kamança Tanrıverdi, nəinki Surxaya, bütün xatirələrin canlı şahidi olan bir adam kimi, heç özünə də sığışdıra bilmirdi və ürəyində dünyanın qarasına ən pis küçə söyüşləri söyürdü.
Bayraqdarın bu aqibəti, əslində, elə Kamança Tanrıverdinin özünün aqibəti kimi bir şey idi və dünyanın qarasına söydüyü o küçə söyüşləri də, əslində, təkcə Surxay Bayraqdara görə deyildi, həm də özünə görə idi, Buzovna Fəhlə Yataqxanasına pərçim edilmiş o camaata görə idi.
Nəsillikcə kamançaçalan olan Tanrıverdi müəllim (ona Kamança Tanrıverdi müəllim deyirdilər) Şuşa Musiqi Məktəbində kamançadan dərs deyirdi, yay aylarında isə axşamlar Şuşa Istirahət Evinin həyətində dünyanın ən gözəl havalarını ifa edirdi və onun o kamançasının elə aşiqləri var idi ki, Füzulidə, Bərdədə, Ağdamda, Xankəndində yeyib-içəndə birdən Kamança Tanrıverdi müəllimin o havaları yadlarına düşürdü və maşını sürüb xüsusi Şuşaya gəlirdilər ki, ona qulaq assınlar və pencəyinin ciblərini də pulla doldursunlar.
Hərdən Abşeronun 40 dərəcə istisində, ya Abşeron küləkləri əsməyə başlayanda və az qala, Buzovnadakı Fəhlə Yataqxanasının (Kamança Tanrıverdigilin də orada mənzili (otağı) var idi) damını uçurub aparmaq istəyəndə, Kamança Tanrıverdi, sərin yay axşamları Şuşa Istirahət Evinin həyətində çaldığı havaları, elə bil, qəfildən eşitməyə başlayırdı və kişiyə elə gəlirdi ki, o zaman o havaları o çalmırdı, əslində, o havaları Şuşanın dağları çalırdı, Şuşanın bulaqları, ab-havası, gülləri, çiçəkləri, rəngbərəng kəpənəkləri çalırdı, ona görə də indi rəhmətlik Ustad Məşədi Müzəffər Ağanın kamançası daha o səsləri çıxara bilmirdi. Qaçaqaç düşəndə Kamança Tanrıverdi müəllim Şuşadakı mülkündən təkcə rəhmətlik babası Ustad Məşədi Müzəffər Ağadan qalmış kamançanı götürüb qaçmağa macal tapdı və indi o kamança ilə gecə-gündüz Abşeron kababxanalarında çalıb qəpik-quruş qazanırdı. Kamança Tanrıverdi müəllim indi, ancaq Kamança Tanrıverdi olmuşdu, «müəllim» sözü yaddan çıxıb getmişdi.
On dəqiqədən çox olardı ki, Kamança Tanrıverdi o böyük muşmula ağacının kölgəsində dayanıb, uşaq kimi maşınların qabağına qaçan Surxay Bayraqdara baxırdı və bu müddət ərzində bir nəfər də olsun, Bayraqdardan qəzet alan olmadı. Bayraqdar növbəti dəfə Kamança Tanrıverdinin böyründən ötən maşının üstünə qaçanda onu gördü və ona yaxınlaşıb ləhləyə-ləhləyə:
– Boy, qağa?– dedi. – Nətərsən?
Kamança Tanrıverdi bir müddət heç nə demədi və birdən – heç özü də bilmədi necə oldu? nəyə görəsə Bayraqdarı sancmaq istəyirdi? ya özü-özündən nəyinsə acığını çıxırdı?– soruşdu:
– Deyirsən o bayraq qayıdacaq də, Şuşaya?– Və bu sözlərdə açıq-aşkar bir rişxənd var idi.
Surxay Bayraqdar sübh tezdən Buzovna dairəsində ciyərinə çəkdiyi maşın tüstüsündən, qazdan xırıldaya-xırıldaya bir müddət ösgürdü və ösgürtüdən nazik, uzun boğazının damarlarının şişi getməmiş, çox ciddi və heç bir şübhə yeri qalmayan təntənə ilə:
– Əlbəttə! – dedi.
Onun o «Əlbəttə!»si ilə sinəsinin xırıltısı, eləcə ləhləməsi heç cürə bir-birinə uyuşmurdu, amma olanı bu idi ki, Bayraqdar o «Əlbəttə!»ni elə bir xatircəmliklə dedi ki, Kamança Tanrıverdinin o «Əlbəttə!»ni lağa qoymaq həvəsi (yanğısı) itib getdi.
Məsələ burasında idi ki, qaçaqaç düşəndə, camaat Şuşadan çıxanda – 1992-ci il mayın 8-də – Surxay bir əli ilə üçrəngli bayrağı tutmuşdu, o biri əli ilə də Əbülfəti sinəsinə sıxmışdı və həmin vaxt çönüb Şuşa qalasının divarlarına baxanda, bütün bu qaçaqaç dəhşəti içində, elə bil, göydən birdən-birə Bayraqdara bir vəhy gəldi və o dedi:
– Bu bayraq ki, Şuşada elə. elə dalğalandı, yenə qayıdacaq Şuşaya! Əlbəttə, bu sözləri Bayraqdara Məhəmməd Əmin bəyin – «Bir kərə yüksələn bayraq bir daha enməz!» – sözləri dedirtmişdi, amma o dəm özü də gözləmədən dediyi o sözlər Bayraqdara Ilahidən gələn sözlər kimi təsir etdi və Bayraqdar bir əli ilə üçrəngli bayrağın dəstəyini daha da bərkdən sıxdı, o biri əliylə də qucağındakı Əbülfəti sidq-ürəkdən bağrına basdı, addımları gözgörəti sağlamlaşdı, enerjisini çoxaltdı və elə bil, onun o sağlam addımları Bayraqdarı Şuşadan uzaqlaşdırmırdı, elə indidən onu Şuşaya qaytarmağa başlamışdı.
. Sonralar Bayraqdarın o sözləri şuşalıların da ağzına düşdü, onlar da toyda, yasda bu sözləri dedilər, amma yavaş-yavaş o sözlər də, Şuşanın dağları kimi, uzaqlarda qaldı.

Iş belə gətirdi ki, Buzovna Fəhlə Yataqxanasında məskunlaşanda Məleykə müəllimə üçüncü mərtəbədə Surxaygillə yanaşı – divar qonşusu oldu və yaşa dolmuş, məktəbini də, şagirdlərini də itirmiş, dövlətin verdiyi müavinət və humanitar yardımlarla yaşayan Məleykə müəllimə, əlbəttə, yadından çıxarmışdı ki, haçansa o qəzet-jurnal köşkünün qabağında dayanıb Surxaya: «– Pah. Bu da sənin padşahlığındı!?»– demişdi və bir dəfə Surxay sübh-tezdən evdən (otaqdan) çıxanda gördü ki, əlində yarımçıq xlor şüşəsi tutmuş Məleykə müəllimə bomboş aralıqda o üçrəngli qapı ilə üzbəüz dayanıb və gözlərini də zilləyib rəngləri tamam solmuş qapıya. Surxay elə bildi ki, Məleykə müəllimə nəsə istəyir, amma deməyə ürək eləmir.
– Sabahın xeyir, məlimə. Nədi, bir şey lazımdı?
Və Məleykə müəllimə birdən-birə dedi:
– Nə qəşəng budkan varıydı, ay Surxay. Qəzet budkasını deyirəm. Nə qəşəngiydi.
Yataqxananın bütün mərtəbələrindəki aralığın hər iki başında burada yaşayanlar üçün ümumi tualet var idi və o tualetlərin iyini itirməkdən, çirkabını təmizləməkdən ötrü, ora birucdan xlor tökürdülər və Məleykə müəllimə də bu sözləri dedi, sonra əlindəki xlorla tualetə getdi.
Və o gün həmin sübh tezdən ta gecə yerinə girənəcən Surxayın ürəyindən qara qanlar axdı – görəsən, durur o «budka»? erməni indi orda qəzet satır? – və Surxay, düzdü, bunları fikirləşirdi, amma gözünün qabağında şüşələri qırılmış, cırıldayacırıldaya qapısı tərpənən, içi boş bir köşk gəlib dururdu. O küçə də bomboş idi və orada o köşkün qapısının cırıltısından başqa heç nə eşidilmirdi və birdən o küçədən arıqlayıb qabırğaları sayılan eşşəklər tək-tək keçməyə başladı və küçədə o arıq eşşəklərin də heç bir səsi eşidilmirdi: nə ləpir səsi gəlirdi, nə fınxırırdılar, nə də eşşəyin bir anqıranı var idi. Xruşşov eşşəklər üçün böyük məbləğli vergi (o məbləğ eşşəyin dəyərindən və xeyrindən artıq idi) müəyyən eləyəndə, Şuşada kim ki, eşşək saxlayırdı, yüksək vergini verə bilmədiyi üçün o eşşəklərdən imtina etmişdi və başlıbaşına qalan eşşəklər də çöllərdə, düzlərdə vəhşi heyvana dönmüşdü. Surxay bilirdi ki, o boş küçədə, tək-tək köşkün qabağından keçən o arıq və tamam səssiz-səmirsiz eşşəklər, Xruşşov vaxtının o eşşəkləridi, amma nə üçün birdən-birə gəlib Surxayın yadına düşmüşdülər (o Xruşşov eşşəklərinin indi sümükləri də çürüyüb getmişdi) və bütün günü beynində o bomboş küçədəki bomboş qalıb qapısı cırıldayan köşkün qabağından keçirdilər?
Yataqxanada ikinci idi, ya üçüncü idi – ölən şuşalı da elə yazıq Məleykə müəllimə oldu və o vaxt Məleykə müəllimənin qırx illik əri Kazım – Dəmir Kazım! – neçə gün kimi görürdüsə, özünü saxlaya bilməyib, uşaq kimi hönkür-hönkür ağlayırdı.
Dəmir Kazım Məleykə müəllimənin dərs hissə müdiri işlədiyi məktəbdə idman müəllimi idi, həqiqətən, dəmir kimi sağlam bir adam idi və internat məktəbin idman müəllimi Salman onun yanında zəif bir məxluq idi. Salman Buzovna Fəhlə Yataqxanasında məskunlaşandan sonra, bir müddət özünə iş tapa bilmədi, axırda xəstəxanada gözətçi işləməyə başladı və gecələr oradan spirt oğurlayıb satdığı üçün, işdən qovuldu və indi onda keçmiş idman müəllimliyindən heç nə qalmamışdı. Dəmir Kazım isə özünü saxlaya bilmişdi, nə olur-olsun, hər səhər idman edirdi, nə cür hava olur-olsun, həyətə düşüb qaçırdı, yazağzından ta payızın sonuna qədər teztez dənizə gedib üzürdü və Məleykə müəllimə vəfat edəndə hamı dedi ki, Dəmir Kazımı öldürsə, bu dərd öldürəcək – onların uşağları olmamışdı və bir-birindən başqa heç kimi yox idi – amma Dəmir Kazım ölmədi, düzdü, qaradinməz oldu, daha səhərlər idman eləmədi, qaçmadı, dənizə gedib üzmədi, sınıxdı, zəiflədi, dəmirliyi ilə birlikdə ləğəbi də əriyib getdi, amma ölmədi. Kazım, evdə (otaqda), ümumiyyətlə, bu həndəvərdə az görünürdü, çünki qoyun otarmağa başlamışdı.
Yataqxananın arxasında hələ Xruşşovun vaxtında tikilmiş beşmərtəbə binada yaşayanlardan kimin qoyunu var idi, ona vermişdi və Kazım da sübh tezdən qoyunları qabağına qatıb bağlararası torpaq yollarla Bilgəh sahilindən fırlanıb, gedib Nardarana çıxırdı, qoyunlar da torpaq yolların qırağında, bağ hasarlarının dibində toz basmış adda-budda otdan-alaqdan otlayırdı, yay vaxtları dənizkənarı plyajlarda ora-bura atılmış qarpız, yemiş qabığı, quru çörək axtarıb, tapıb yeyirdi.
Kazım deyirdi:
– Buranın qoyunları, elə bil, itdi, plyajdakı zibillikdə eşələnirlər, iyləyif selefanların arasını axtarırlar.

Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad Surxaygilin illərdən bəri solub bozarmış rəngbərəng qapısını döydü və cırıldaya-cırıldaya açılan qapıdan
Gülzar arvada:
– Az, düş aşağı, – dedi. – Humanitar yardım gətiriblər.
Axır vaxtlar eşitdiyi sözlər, elə bil, Gülzar arvadın beyninə bir az gec gəlib çatırdı və bu dəfə də:
– Hıy?– soruşdu.
Güllü arvad bu «Hıy?»dan açıq-aşkar narazılıqla təkrar elədi:
– Humanitar yardım gətiriblər. Düş aşağı.
Gülzar arvad birdən-birə alışıb:
– Humanitar yardım onların dədəsinin təpəsinə dəysin! – dedi. – Şuşanı qaytarsınlar mənə!
Gülzar arvadın bu gözlənilməz kin-küdurətindən Güllü arvad, elə bil, bir az duruxdu, sonra:
– Gözlə! – dedi. – Şuşanı torbaya qoyub gətirif sənə verəjəklər. – Və hirslə çönüb pilləkənə tərəf getdi.
On il bundan əvvəl bu arvadlardan soruşsaydılar ki, «humanitar» nə deməkdir, çiyinlərini çəkərdilər, amma indi «humanitar» (yardım) sözü onların dilinə elə yatmışdı ki, elə bil, bu dünyada gözlərini açıb «ana» sözü ilə, «ata» sözü ilə bir yerdə «humanitar» (yardım) sözünü də demişdilər.
Gülzar arvad, bağlananda, elə bil, daha da artıq cırıldayan qapını hikkə ilə örtüb açıq pəncərənin qabağına gəldi – otağa ağcaqanad girməsin deyə pəncərənin çərçivəsinə cuna vurmuşdular – və nə qədər yuyursan, yu, Abşeron küləyinin üç dəqiqənin içində toza basıb bozartdığı cunanın arxasından eşiyə baxdı: bayır da o cuna kimi həmişəki bozluq içində idi.
Cümü (Qızıl Diş Cümşüd) səhər tezdən tırtırına minib cəhənnəm olub, getmişdi, Cəmilə dərsdə idi – bu il onuncu sinifə keçirdi, Səyyarə Buzovna bazarına göyərti almağa getmişdi (günortalar göyərti səhərə nisbətən ucuz olurdu) – bir sözlə, Gülzar arvad otaqda tək idi və eləcə, o bomboz eşiyə baxırdı və birdən, heç özü də bilmədi, necə oldu, arvadın dodağı qaçdı və öz-özünə:
– Get, köpəy qızı, – dedi. – Canın çıxsın, get, humanitar yardımını al! – Çənəsi əsə-əsə pəncərənin qabağından çəkilib otağın küncündə, Cəmilənin dəftər-kitabının yanında yerə atılmış torbanı götürdü və cırıltıyla qapını açıb: – Get, sülən orda, it kimi, vermişelini versinlər. – deyə-deyə pilləkənləri aşağı düşdü.
Qapı cırıldaya-cırıldaya öz-özünə bağlandı.

Əhməd Ağayeviçin Bilgəhdəki bağını Abşeronun yaxşı bağlarından biri hesab eləmək olardı, düzdü, onun binasında son zamanlar Abşeronda tikilən villaların xarici təmtəraqı yox idi, amma əsaslı, böyük (iki mərtəbə, hər mərtəbədə vanna, səkkiz otaq, mətbəx, sauna) bina idi və o bina ilə üzbəüz qarovulçu üçün tikilmiş birotaqlı dam var idi, Vasili Kuzmiç də o otaqda yaşayırdı.
Vasili Kuzmiç otağın divarına vaxtilə hansı bir jurnaldansa kəsdiyi Stalinin generalissimus formasında rəngli şəklini yapışdırmışdı və Vasili Kuzmiç qəti surətdə bu fikirdə idi ki, Stalin əsl rəhbər və əsl rus mujiki idi (Qorbaçov isə – Iuda idi). Vasili Kuzmiçin gəncliyi Stalinin zamanına düşmüşdü və o, Stalinə sevgi və ehtiramını bu günə kimi ürəyində saxlamışdı.
Vasili Kuzmiç o bağı da sevirdi, daha doğrusu, həyətdəki o əncir, tut, üzüm, ərik, şəftəli, armud, zoğal, əzgil – bir sözlə, o ağacların hamısı, illər keçdikcə, Kuzmiç üçün əziz bir məxluqa çevrilmişdi, Kuzmiç onların hamısını – az qala, budaqlarının sayınacan – bir-bir tanıyırdı və əsas məsələ burasında idi ki, ona elə gəlirdi, elə bil, o ağaclar da onu tanıyır, onun üçün darıxır və ağacların belə bir vəfadarlığı Kuzmiçə bəzən elə təsir edirdi ki, – xüsusən bir az araq içəndən sonra – kişi qəhərlənirdi, burnunu çəkib bir siqaret yandırırdı. Kuzmiç bəzən ağacların arasında dolaşanda, özündən asılı olmayaraq, hansı ağacınsa yanında dayanırdı, əlini onun gövdəsinə sürtüb:
– Necəsən?– soruşurdu və onun o sualının ağac üçün xoş olduğunu, az qala, cismən hiss edirdi.
Vasili Kuzmiçin heç bir güzəran iddiası yox idi, gününü bir kömbə çörək və bir şüşə araqla keçirə bilərdi və bunu özünə dərd eləmirdi – həyat idi və həyatın öz qanunları var idi. Əhməd Ağayeviçin verdiyi pul azlıq edirdi, amma Vasili Kuzmiç bir dəfə də olsun, bu barədə bir söz demirdi və əsas məsələ burasında idi ki, Vasili Kuzmiç o ağaclara Əhməd Ağayeviçin verdiyi pula görə qulluq etmirdi, o ağacları sevdiyinə görə onlara o cür sidq-ürəkdən qulluq edirdi – dibini boşaldırdı, sulayırdı, budayırdı, gövdəsinə əhəng çəkirdi, vaxtlı-vaxtında dərman püsgürdürdü, dibinə peyin tökürdü və s. – Vera Arxipovna xəstələnib yatağa düşəndə, arvadına necə xidmət etmişdisə, indi Əhməd Ağayeviçin bağındakı o ağaclara da eləcə cani-dildən xidmət edirdi, intəhası, Veranın o bəd xəstəliyinə görə, Kuzmiçin ürəyi kədərli olurdu, indi isə, əksinə, ağaclara xidmət edəndə ürəyi tamam açılırdı. Bağdakı o ağaclardan sonra Vasili Kuzmiçin ünsiyyətdə olduğu ikinci məxluq isə ağac yox, insan idi – üzbəüz bağa baxan Ələmdar – və Ələmdar hərdən arvadının qorxusundan xəlvət-xəlvət Vasili Kuzmiçin yanına gəlib onun arağına şərik çıxırdı. Ələmdar Ermənistandan qaçqın düşmüşdü və ailəsi – arvadı, dörd uşağı – ilə birlikdə Əhməd Ağayeviçin bağının qarşısındakı bağda, Vasili Kuzmiçin damı kimi birotaqlı damda yaşayırdı və onun bağ sahibindən aldığı pul araq almağa imkan vermirdi, imkan olanda da, arvadı o saat duyuq düşürdü və Ələmdarı növbəti dəfə qovub bağa buraxmırdı.
Bir dəfə, axşam Ələmdar yenə arvadından gizlin Vasili Kuzmiçin yanına gəldi və böyük heyva ağacının altında, Əhməd Ağayeviçin Lənkərandan gətirtdiyi, üzünə lak çəkilmiş kötüklərin üstündə oturub, Kuzmiçin günorta aldığı, yarısı hələ qalmış araq şüşəsini iki stəkana boşaltdılar.
Ələmdar:
– Zakuskaya bir şey net?– soruşdu.
Vasili Kuzmiç:
– Net, – dedi. – Quyu suyu yest.
Ələmdar:
– Olmadı ki. – dedi və arağı içdi, sonra quyu suyu doldurulmuş bardaqdan biriki qurtum aldı, sonra da ağzını su ilə doldurub cidd-cəhdlə qarqara eləməyə başladı – bəzən arvadı ondan şübhələnəndə ağzını iyləyirdi – axırı ki, ağzındakı suyu yerə tüpürüb: – Sabah, – dedi, – səni bir əntiqə yerə qonaq aparacam. Ələmdar araq içəndə çox şey deyirdi, səhərisi də dediklərini yadından çıxarırdı, amma o günün sabahı, doğrudan da, Vasili Kuzmiçi çağırdı:
– Adevaysa, paydyom.
Vasili Kuzmiç:
– Hara paydyom?– soruşdu.
Ələmdar:
– Ə, dünən ne skazal tebe?– dedi. – Qonaq vazmu tebya. Adevaysa.
Vasili Kuzmiç daha bir söz deməyib dama girdi. Otaqda dolab yox idi və Vasili Kuzmiç divarın bir küncünə qəzet yapışdırıb mismar vurmuşdu və sovet vaxtı bayramlarda geydiyi o yeganə kastyumu da Nuh-Nəbidən qalma bir asılqana keçirib o mismardan asmışdı – onu götürüb geyindi. Burada yaşadığı beş il müddətində kastyumu bir dəfə də olsun əyninə geymədiyi üçün, Vasili Kuzmiçə elə gəldi ki, elə bil, onu qəfəsə salıblar və o, damdan çıxanda Ələmdar mat-mat onun pencəyinin döşündəki orden-medallara baxdı:
– Eta vsyo tvoy?
Vasili Kuzmiç açıq-aşkar bir qürurla:
– A kak je. – dedi.
Ələmdar bir müddət də o orden və medallara baxıb:
– Net, – dedi. – Eta vsyo snimat!
Vasili Kuzmiçin içində bir etiraz dalğası yarandı, amma Kuzmiç o dalğanın qarşısını aldı, çox atılıb-düşmək lazım deyildi, dünya dəyişmişdi, həyat idi və həyatın öz qanunları var idi.
Vasili Kuzmiç iyirmi beş il bundan qabaq o kastyumu alıb döşünə orden və medalları taxdığı gündən sonra, ilk dəfə onları açıb çıxartdı.
Ələmdar:
– Tak xaraşo. Getdik.
– Kuda getdik?
– Maştağa! Ehsan tam.
– Çto?
– Ehsan! Znayeş ehsan şto?
– Net.
Və həmin gün Ələmdar ehsanın nə olduğunu Vasili Kuzmiçə başa saldı və elə həmin gündən də ehsan Vasili Kuzmiçin güzəranının gözəl bir hissəsinə çevrildi. Məsələ burasında idi ki, Ələmdar son üç ildə təkcə Bilgəhdə yox, yaxın kəndlərdə də tanıyıb-tanımamağından asılı olmayaraq – əksəriyyətini tanımırdı – hansı mərhumlar üçün ehsan məclisi düzəlirdisə, çayxanada, bazarda, məsciddə, bundan xəbər tuturdu, ünvanı öyrənirdi və gedib ədəb-ərkanla orada ehsan – adətən, plov – yeyirdi və tanımadığı o mərhuma da Allahdan rəhmət diləyirdi. Əlbəttə, ehsan sahibləri Ələmdarı tanımırdılar, amma bunun fərqi yox idi, elə bilirdilər ki, Ələmdar mərhumun, ya da onun hansısa qohumunun tanışıdı, bir də ki, müsəlmançılıqda ehsan savab idi və heç kim Ələmdarı yas yerindən qova bilməzdi ki, niyə gəlib burda ehsan yeyirsən.
Ələmdarla birlikdə Maştağaya gedib həyatında ilk dəfə həqiqi plov, halva yeyən, zəfəranlı şərbət içən və bütün bunlardan vəcdə gələn Vasili Kuzmiç həmin gündən sonra bir müddət Ələmdarla birlikdə öyrəndikləri yas məclislərinə gedib ehsan yedi. Bəzən elə olurdu ki, kəndlərdəki o yas məclislərində təəccüb və maraqla Vasili Kuzmiçə baxırdılar və günlərin birində Ələmdar dedi:
– Znayeş şto? Tı addelna, mən də addelna. A to, vmeste, patom ploxo budet!
Və Vasili Kuzmiç həftədə iki dəfə, üç dəfə, elə həftə olurdu ki, lap beş dəfə kimlərinsə yas məclislərinə gedib ehsan yeyirdi və onun sidq-ürəkdən təəssüf elədiyi bircə şey var idi ki, bu da ehsan süfrələrində arağın olmaması idi. Vasili Kuzmiç müsəlmanlığı elə həmin vaxtlarda qəbul etdi – məscidə getmədi, heç bir mollaya müraciət etmədi, sadəcə, bir gecə tut ağacının altındakı o laklı kötüklərdən birinin üstündə oturub siqaret çəkə-çəkə fikirləşdi ki, düz eləmir və bu, Allahın xoşuna gələn iş deyil, özü xaçpərəst ola-ola müsəlmanların yas məclisində iştirak edir və elə həmin gecə də Vasili Kuzmiç özü-özünə qərar verdi ki, müsəlman olub.
Ələmdar ona deyirdi:
– Sən necə müsəlmansan ki, araq içirsən?
Vasili Kuzmiç ondan soruşmurdu ki, bəs, sən niyə müsəlman ola-ola araq içirsən – bu, həyat idi və həyatın öz qanunları var idi, ona görə də deyirdi:
– Mən musalman olanda dedim ki, bunun yedinstvenni, vodkaya daxli yoxdu.
– Sünnət oldun?
– Sunnat olsa da, olmasa da, o, heç neyə ne qodidsya.
Ələmdar araqdan sonra quyu suyu ilə ağzını qarğara eləyəndən sonra soruşurdu:
– Bəs, sən necə müsəlmansan?
– Ya musalman olanda dedim ki, ya müsəlmanam, i vsyo! Uje elə Vasili
Kuzmiç deyiləm, kak ranşe.
Ələmdar:
– Heç olmasa, adını dəyiş də. – deyirdi. – Vasili Kuzmiçdən müsəlman olar?
Vasili Kuzmiç:
– Allax urakdadi, adda yox. Man Vasili Kuzmiçam, i vsyo!

Kolxoz kişinin yaşı altmışı hələ keçməmişdi, saç-saqqalı isə ağappaq idi, amma məsələ saç-saqqalın ağlığında deyildi, onda idi ki, Kolxoz kişi cavan vaxtlarından özünü ağsaqqal kimi aparırdı, duruşunda, oturuşunda, danışığında elə o vaxtlardan ağsaqqallıq ədası var idi və elə ki, üzünə-başına dən düşməyə başladı, şəstlə özü özünə ağsaqqal dedi, az qala, özündən böyük kişilərə: «– Ə, a bala. »– deyə müraciət etdi və Azərbaycanda, o cümlədən, gözəl Şuşada müstəqillik və ərazi bütövlüyü uğrunda xalq hərəkatı başlayanda, bu hərəkatın fəal üzvlərindən biri oldu, Kommunist partiyasının əleyhinə hansı sənəd yazılırdısa, Mixail Qorbaçovun Dağlıq Qarabağı Ermənistana vermək istəyinə hansı etiraz bəyanatı qəbul edilirdisə, özü öz adını çəkib:
– Kolxoz kişinin adını birinci yaz! – deyirdi, boylanıb öz adını kağızda birinci görməyəndə də narazılıq edirdi: – Ə, adam ağsaqqalın sözünə baxar! Surxay Kolxoz kişinin adını heç cürə üçrəngli bayrağın dalğalanmasına yaraşdıra bilmirdi və bir dəfə Kolxoz kişiyə dedi:
– Bura bax, Kolxoz kişi, sənə bir sözüm var.
Kolxoz kişi:
– Nədi, a bala?– soruşdu.
Surxay dedi:
– Sən dədəyin goru, Kolxoz kişi, adını dəyişdir. Bizi biyabır eləmə.
Kolxoz kişi at gözü kimi iri və qara gözləriylə zəndlə Surxayın gözlərinin içinə baxıb:
– Kişinin bir adı olar! – dedi, sonra dediyi sözdən özünün də açıq-aşkar xoşu gələ-gələ əlavə etdi: – Kişi odu ki, adı Kolxoz ola-ola kolxoza qarşı mübarizə apara!

Şuşanın yuxarı hissəsində – Ağadədəli məhəlləsindən üzü-yoxuşa qalxırdın – Azərbaycan yazıçılarının dördmərtəbəli gözəl bir Yaradıcılıq Evi (şuşalılar ora «Yazıçılar Evi» deyirdi) var idi və elə ki, yay başlayırdı, yazıçılar Bakıdan ailələri ilə ora gəlirdilər, dincəlirdilər və yaradıcılıqla məşğul olurdular. Arsen Allahverdiyan uzun illər idi ki, o Yaradıcılıq Evinin həm komendantı idi, həm təsərrüfat müdiri, həm də gözətçisi, bir sözlə, yay-qış ailəsi ilə birlikdə o Evin birinci mərtəbəsində daimi yaşayan, həm Azərbaycan Yazıçılar Ittifaqından aldığı maaşla, həm də Yaradıcılıq Evinin həyətində əkdiyi kartofun qazancı ilə ailəsini dolandıran bir erməni idi.
Bu fani dünyaya varlı bəy ailəsində gəlmiş, sovet hökuməti qurulandan sonra isə Şuşada hamballıq edən Hambal Əsgər bəy, bir dəfə, növbəti yükü daşıyandan sonra Bazar başında dayanıb nəfəsini dərəndə, bir yekə kisə kartof gətirib bazarda satan Arsendən soruşdu:
– Ə, Arsen, «Allahverdiyan» da erməni famili olar? «Verdi» də bizimki,
«Allah» da bizimki!
Arsen dedi:
– Ara, Əsgər bəy, niya olmasın? Allax hamının Allaxıdı da.
Arsenin arvadı Yeva rus idi və deyilənə görə, Arsenin böyük oğlu Vova da, əslində, Yevanın hansısa bir rusdan olan bic oğlu idi, Arsen Yevanı alanda yanında gətirmişdi və doğrudan da, Vovanın sifətində ermənilikdən bir əlamət yox idi, xalis sarışın bir rus, slavyan balası idi, amma Arsenin ikinci oğlu Arkadi sifətdən əsl erməni idi ki, varıydı, çünki, elə bil, Arsen asqıranda, burnundan düşmüşdü.
Və – dünyanın qəribə işləri var – həmin gün ki, Məleykə müəllimə əlində yarımçıq xlor şüşəsi tutub Buzovnadakı Fəhlə Yataqxanasının üçüncü mərtəbəsində o bayraq rəngli qapıya baxa-baxa birdən-birə Surxayın qəzet-jurnal köşkünü yada salmışdı, bax, elə həmin günün axşamı Arsen Allahverdiyan, Şuşada, elektrik olmadığı üçün qaranlıq çökmüş küçə ilə evinə gedirdi. Əslində, Şuşanın özü də bu küçə kimi bomboş idi, düzdü, ordan-burdan gəlmiş erməni ailələri var idi ki, qaçqın düşmüş azərbaycanlıların evlərində yaşayırdılar, amma Arsen onları tanımırdı, tanıdığı, ancaq şuşalı ermənilər idi ki, onların da çoxu ora-bura dağılmışdı – bir-ikisi Yerevanda veyllənirdi, qalanı da Moskvada, Rusiyanın başqa şəhərlərində idi, bacarığı, imkanı, qohumu olan da Avropada, Amerikadaydı.
Arsen ehtiyatla addımlayırdı, çünki Ermənistandan, xüsusən Gorus tərəfdən ermənilər Şuşaya axışıb evlərin, səkilərin daşlarını, elektrik dirəklərini, məftilləri, boruları – nə vardısa, söküb aparırdılar Irana, satdıqlarını satırdılar, qalanından da özləri istifadə edirdi və həmin qaranlıqda Arsen, necə oldusa, həmin o qəzet-jurnal köşkünün qabağında dayandı.
Arsen özü qəzet oxuyan deyildi, amma yayda ki, Azərbaycan yazıçıları Bakıdan Şuşa Yaradıcılıq Evinə gəlirdi, onda hər gün Arsenə pul verib, xahiş edirdilər ki, təzə qəzet alıb gətirsin və Arsen də yoxuşu aşağı enib gəlib Surxaydan qəzet alırdı. Arsen nə üçün paslı dəmir skleti qalmış o köşkün qabağında dayandı, niyə birdən-birə Surxayı xatırladı (xatırlamağa, yada salmağa o qədər adam vardı ki. ) – bunu heç özü də bilmədi və o qaranlıq içində köşkün dəmir skletinə baxa-baxa özözünə azərbaycanca soruşdu:
– Ara, Surxay, xardasan indi, ara? Ara, sağsan xeç olmasa.
Və Arsen Allahverdiyan ayağı çuxura düşməsin deyə, eləcə ehtiyatla addımlayaaddımlaya o qəzet-jurnal köşkündən uzaqlaşdı və qaranlıq içində itməzdən əvvəl bir dəfə də ayaq saxlayıb yenə öz-özünə danışıb azərbaycanca:
– Köpay oğlu, Vova. – dedi.
Vova Şuşada deyildi, Yerevanda yaşayırdı və özü də böyük adam olmuşdu, Ermənistanda Daxili Işlər Nazirinin birinci müavini idi. Vova Qarabağı Ermənistana birləşdirmək tələbi ilə odlu-alovlu nitq söyləyəndə, onun qabağında durmaq mümkün deyildi.

Əvvəllər – Buzovna Fəhlə Yataqxanasında təzəcə məskunlaşdıqları vaxtlar – onda hələ məktəbə getmirdi – Əbülfət fəhlə yataqxanasının həyətinə düşüb uşaqlarla futbol oynayanda bu qıvrımsaç, qarabuğdayı, amma göy gözlərindən cin yağan uşağın oyunu hamını məəttəl qoymuşdu və illər keçdikcə, onun şöhrəti bütün Buzovnaya yayıldı. Buzovnalı cavanlar, ümumiyyətlə, futbol həvəskarları Yataqxananın həyətinə yığışıb onun oyununa tamaşa edirdi.
Yataqxananın həyətinin bir böyrü gedib Buzovnadakı Beynəlxalq «Gənclik» Düşərgəsinin hasarına dirənirdi və orada dincələn xaricilər də hərdən gəlib Əbülfətin futbol oynamağına tamaşa edirdilər və deyirdilər bu uşaq böyüyəndə, Fransa, Ingiltərə, lap elə Amerika onun üstündə bir-biri ilə dava edəcək, o deyəcək ki, mənim komandamda oynasın, bu deyəcək ki, yox, mənim komandamda oynasın, özü də milyonçu olacaq və bu «milyonçuluq» söhbəti gedib Səyyarəyə çatanda, arvadın içinə bir şəst dolurdu ki, elə bil, elə indi, Buzovnadakı bu Fəhlə Yataqxanasındaca milyonçu olublar və elə o zaman da xüsusi gəlib Yataqxananın həyətində bu şuşalı balasının futbol oynamağına baxan Bolelşik Bufetçi Ibadulla onun adını «Eysebio» qoydu və o vaxtdan da Əbülfət bütün bu tərəflərdə Eysebio kimi məşhurlaşdı, onun sorağı gedib Bakıya çıxdı və Əbülfəti Bakıya apardılar, futbol təmayüllü internat məktəbdə oxudu və çox çəkmədi ki, onu Azərbaycanın gənclərdən ibarət yığma komandasına daxil etdilər.
Əbülfətin işım-işım işıldayan qara saçları qıpqıvrım idi və Abşeronun günəşi də, elə bil, Bolelşik Bufetçi Ibadullanın bu uşağa qoyduğu adı daha da görümlü eləməkdən ötrü, onun qarabuğdayı dərisini bir az da qaraltmışdı (gözləri isə gömgöy idi) və Əbülfətin futbol oynamağı, həqiqətən, möcüzə kimi bir şey idi, elə bil, hansı top olur-olsun, Əbülfətin ayaqlarını tanıyırdı, uşaq anasının qucağından əl çəkməyən kimi, top da gəlib yapışırdı onun ayaqlarına və Əbülfət nə oyun deyirdin, o topun başına açırdı və o topla da bir yerdə rəqib tərəfin başına oyun açırdı. Cümünün (Qızıl Diş Cümşüdün) anası Güllü arvad çirkli pal-paltarı Yataqxananın beşinci mərtəbəsindən aşağı düşürüb həyətdəki krantın altında sabunlayıb yuya-yuya Səyyarəyə deyirdi:
– Az, sənə nə var e. Əbili («Eysebio» adını tələffüz eləyə bilməyən Güllü arvad
Əbülfətə, çağa çağlarındakı kimi elə «Əbili» deyirdi), Allah qoysa, milyaner olajağ, dərd bizim dərdimizdi, bizi aparıb o ilan mələyən qəbiristanlığda basdırajağlar. Səyyarə, əlbəttə, içində bir qürur hissi keçirirdi, amma nə qədər edirdisə də, o qürur hissinə həmişə bir kədər də qarışırdı və özündən asılı olmayaraq, bir «ah» çəkib deyirdi:
– Helə demə, Güllü xala. Allah qoysa, öz elimizə – obamıza qayıdıf dədəmizin, nənəmizin yanındaja öz torpağımızda öləjəyik.
Güllü xala:
– Ba?– deyirdi və kiriyirdi.
Güllü nənə bir də haçansa Şuşaya qayıdacaqlarına daha heç cürə özünü inandıra bilmirdi.

Comments are closed, but trackbacks and pingbacks are open.