Press "Enter" to skip to content

Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Bazar iqtisadiyyatına kecid

Respublikamız mükəmməl iqtisadi strategiyanı həyata keçirməklə keçid iqtisadiyyatını arxada qoyub
Keçid iqtisadiyyatı ölkələrinin inkişaf sahəsində uğurlarını şərtləndirən əsas amillər sırasında həyata keçirilən islahatların davamlılığı və effektliliyi başlıca yer tutur. Keçmiş sosialist düşərgəsinə aid olan dövlətlərin 15 ildən artıq müddətdə həyata keçirdiyi islahatların hazırki vəziyyətinin təhlili göstərir ki, onların əksəriyyəti hələ də qarşıya qoyulmuş hədəflərə nail ola bilməyib. Bu sırada Şərqi Avropa regionundakı dövlətləri və MDB üzvlərindən Rusiya, Azərbaycan və Qazaxıstanı keçid dövrünü arxada qoymuş ölkələr kimi qeyd etmək olar. Həmin ölkələr ötən müddətdə idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıb.
özəl sektorun payı 85 faizi ötməkdədir.
Bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti bu sahədə əhəmiyyətli dönüş yaratmağa nail olub. Keçid iqtisadiyyatının əsas istiqamətlərindən sayılan dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi, azad sahibkarlığın inkişaf etdirilməsi, bazarın infrastrukturunun bütün seqmentlərinin formalaşması, maliyyə sektoruna nəzarətin gücləndirilməsi, yeni vergi-gömrük rejiminin yaradılması və təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırması ilə bağlı mühüm islahatlar həyata keçirilib. Planlı təsərrüfat dövründə dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verilib ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində özəl bölmənin çəkisi iqtisadiyyatda əhəmiyyətli dərəcədə artıb.
Qeyd edək ki, Azərbaycan 1996-cı ildə özəlləşdirməyə start verib və bu siyasətin həyata keçirilməsi nəticəsində dövlət müəssisələri sağlamlaşdırılıb, özəl sektor inkişaf edib, əhali xüsusi mülkiyyət sahibinə çevrilib. Eyni zamanda, xarici iş adamlarının respublikamıza cəlb olunması nəticəsində Azərbaycanda böyük əcnəbi sərmayədarlar ordusu formalaşıb. ölkəmizdə özəlləşdirmə siyasəti həyata keçirilməyə başlayandan indiyədək 1 milyondan artıq vətəndaş bu prosesdə bilavasitə iştirak edib. Onların çox az bir hissəsi strateji müəssisələrdə səhmdar ola bilib. ötən illər ərzində dövlət müəssisələrinin xüsusi mülkiyyətə və səhmdar cəmiyyətlərə verilməsi nəticəsində özəl bölmədə 400 mindən çox vətəndaş yeni iş yerləri ilə təmin olunub. Dövlətsizləşdirmə siyasətinin davam etdirilməsi 45 mindən çox kiçik müəssisənin özəlləşdirilməsinə səbəb olub. 2000-ə yaxın səhmdar cəmiyyəti yaradılıb. özəlləşdirmənin nəticəsi olaraq ölkədə 150 min nəfərlik səhmdar ordusu formalaşıb. 400 mindən artıq mülkiyyətçi isə əmlak sahibinə çevrilib. İqtisadiyyatda liberal islahatlar demək olar ki, başa çatdırılıb. Bu gün ölkə iqtisadiyyatında istehsal olunan mal və xidmətlərin 85 faizi özəl sektorun payına düşür. Bu və digər faktorlar sosialist planlı iqtisadiyyatından bazar iqtisadiyyatına keçid dövrünün bitdiyini göstərən əsas amillərdir.
Son 10 ildə valyuta ehtiyatları 20 dəfə artıb
Keçid iqtisadiyyatının xarakterik əlamətlərindən biri maliyyə-büdcə-fiskal sahəsində, eləcə də, bank və investisiya bölmələrində vəsait qıtlığının və pul resursları ilə təminatda xarici kreditlərdən asılılığın olmasıdır. Bu sistemdən xilas ola bilməyən ölkələr həm büdcə tərtibatında, həm də investisiya layihələrində maliyyə çatışmazlığı ilə üzləşirlər. Büdcə tərtibatı zamanı yaranmış kəsirin xarici borc hesabına örtülməsi, xarici sərmayələr olmadan iqtisadiyyatı inkişaf etdirməyin çətinliyi həmin ölkələr üçün səciyyəvi əlamətlərdir. Azərbaycan isə qeyd olunan tendensiyalarla ötən əsrdə vidalaşıb. Respublikamız faktiki olaraq 1998-ci ildən başlayaraq büdcə vəsaitlərinin formalaşmasında xarici maliyyə resurslarının cəlb edilməsi amilindən imtina edib. Yəni, respublikamızın yerli maliyyə resurslarının həcmi tam imkan verib ki, büdcənin gəlirlər və xərclər strukturu tam kəsirsiz formalaşmasın və xaricdən vəsait cəlb olunmasın. 10 ilə yaxındır ki, büdcə kəsiri üDM-in 1 faizindən də az olub və defisit əlavə mənbələr hesabına örtülüb. Bu müddətdə ölkəmizin valyuta ehtiyatlarının 20 dəfəyə yaxın artması və hökumətin mükəmməl büdcə siyasəti həyata keçirməsi həm iqtisadi, həm sosial, həm də investisiya yönümlü olan ali maliyyə sənədinin tərtib olunmasına səbəb olub. Hətta 2007-2008-ci illərdə büdcədə profisit yaranıb ki, bu da maliyyə-fiskal siyasətinin ən mühüm uğurları kimi dəyərləndirilə bilər.
Keçid iqtisadiyyatının bir çox əlamətləri müşahidə olunan MDB dövlətlərinin əksəriyyətində isə büdcənin tərtibatında xarici borc faktoru hələ də əsas yer tutur. Bu ölkələrin büdcə gəlirlərində xaricdən alınmış kreditlərin məbləği ən azı 400-500 milyon dollar təşkil edir. Eyni zamanda, beynəlxalq maliyyə institutlarının verdiyi kreditlərin məbləği həmin ölkələrin milli məhsulunda 10 faizi ötüb. Yeri gəlmişkən, bədnam qonşumuz Ermənistanda büdcə vəsaitlərinin 40 faizə yaxını xarici kreditlər hesabına formalaşır ki, bu da işğalçı ölkənin keçid iqtisadiyyatını 2020-ci ildən tez başa vurmayacağını söyləməyə əsas verir.
Azərbaycan xarici ölkələrə sərmayə yatıran aparıcı ölkəyə çevrilib
Azərbaycan böyük həcmdə kapital resurslarına malik ölkədir və yerli maliyyə resursları hesabına iqtisadiyyatın inkişafını təmin edib. üçüncü minilliyin ilk illərindən etibarən böyük həcmdə maliyyə vəsaitlərinin səfərbər edilərək iqtisadiyyatın diversifikasiyasına və sosial təminat sisteminin yüksəldilməsinə yönəldilməsi makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb. Bu müddətdə xarici sərmayəçilərin kredit asılılığının məhdudlaşdırılması ölkəmizin bütün iqtisadi-sosial layihələri tamamilə yerli maliyyə resursları hesabına təmin etməsinə səbəb olub. 20 milyard dolları ötən strateji valyuta ehtiyatları respublikamızın maliyyə imkanlarını da genişləndirib və Azərbaycan regionda beynəlxalq maliyyə qurumlarından asılılığına son qoyan lider dövlət kimi səciyyələndirilir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun təmsilçiləri də məhz bu amili xüsusi olaraq dəyərləndirir və Azərbaycanın iqtisadiyyatının əsasən güclü daxili potensial üzərində qurulduğunu bəyan edir.
Təbii ki, yerli maliyyə ehtiyatlarının həcminin artması iqtisadiyyata kredit qoyuluşlarına və investisiyalara impuls verib. ümumi investisiyalarda daxili sərmayələrin həcmi xarici investisiyaları bir neçə dəfə üstələyib. Əgər 10 il əvvəl Azərbaycan hökumətinin ümumi investisiya qoyuluşlarında payı 25-30 faizə bərabər idisə, hazırda bu rəqəm 70 faizi ötüb. Bütün bu inkişaf meyilləri respublikamızın özünün potensial sərmayədar kimi çıxış etməsinə, xarici dövlətlərin iqtisadiyyatının real sektorunda sərmayədara çevrilməsinə əlverişli zəmin yaradıb. Hazırda Azərbaycan Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya və digər dövlətlərin ən nəhəng sənaye müəssisələrində böyük kapital payına malik sərmayədar kimi tanınır.
ELBRUS CƏFƏRLİ

Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları

Ölkəmizin iqtisadi və sosial inkişafı iqtisadiyyatın effektiv inkişaf tempindən, istehsalatın elmi-texniki tərəqqi, texniki silahlandırma yolu ilə qurulmasından asılıdır. Bu vəzifənin yerinə yetirilməsi ilk-peşə ixtisas təhsili sahəsində kadr hazırlığından çox asılıdır.

Ixtisaslar üzrə kadr hazırlığında “Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları” fənni mühüm rol oynayır.

Fənnin tədrisində şagirdlərin iqtisadi düşüncə tərzinin ardırılmasına fikir verilməlidir. Fənnin tədrisi zamanı yüksək məhsuldarlıqlı əmək sərfi, yeni təlim texnologiyalarının tətbiqi, qabaqcıl ölkələrin bu sahədə mütərəqqi forma və metodları, üsullarının öyrədilməsi proqramda nəzərə alınmışdır.

Tədris materialları şərh edilərkən fənnin tədrisini əsas ümumtəhsil fənlərinin bünövrəsi üzərində qurmaq tələb olunur. Xüsusən Tarix, Coğrafiya fənlərindəki əsas anlayışlara istinad edilməlidir.

Fənnin tədrisi zamanı müasir bazar iqtisadiyyatı şətraitində istehsalın xüsusiləşməsinin nəzərə alınması proqramda öz əksini tapmışdır.

“Bazar iqtisadiyyatının və sahibkarlığın əsasları” fənnin proqramda bu fənn predmeti, Əsas iqtisadi anlayışlar, Bazar və bazar münasibətləri anlayışları, Əmtəə istehsalı və əmtəə növləri, Ticarət, Sahibkarlığın əsasları, Müəssisə və onun əhəmiyyəti, Biznes-plan kimi fənlərə geniş yer ayrılmışdır.

Biznes planın hazırlanması. Standart biznes-plan. Biznes-planı necə tərtib etməli? Biznes-planın nəticələrinin şərtləndirilməsi.

Mövzu 1. Giriş. Əsas iqtisadi anlayışlar

İqtisadiyyat və onun ictimai həyatda rolu. Azərbaycan Respublikasının milli iqtisadiyyatının vəziyyəti və onun problemləri. Əsas iqtisadi terminlər və anlayışlar.

Mövzu.2.Bazar və bazar münasibətləri anlayışları

Bazar iqtisadiyyatının prinsipləri. Bazar anlayışı, onun mahiyyəti və rolu. Bazar infrastrukturu. Sosiyalyönümlü bazar iqtisadiyyatının mahiyyəti. Bazar şəraitində dövlətin rolu.

Mövzu 3.Mülkiyyət və onun iqtisadi mahiyyəti

Qeyridövlətləşdirmə və özəlləşdirmə. Mülkiyyət, onun funksiyası və formaları. Təsərrüfat formaları. Torpaq münasibətlərinin islahatı.

Mövzu4.Bazar münasibətləri şəraitində sosial zəmanətlərin təmini

Əhalinin sosial müdafiəsinin problemləri. Sosial zəmanətlər, işçilərin əmək haqqı və onların müdafiə hüquqları. Bazar iqtisadiyyatı şəraitində əmək haqqı. Azərbaycanda bazar iqtisadiyyatına keçid, onun zəruriliyi və xüsusiyyətləri.

Mövzi5.Əmtəə istehsalı və əmtəə növləri. Ticarə.

Əmtəə istehsalı və əmtəə növləri. Ticarət və onun növləri. Birja marketinq. Tələb təklif. Rəqabət, onun mahiyyəti və metodları.

Mövzu 6. Sahibkarlığın əsasları.Müəssisə və onun mahiyyəti

Müəssisə anlayışının mahiyyəti. Müəssisələrinin formaları. Müəssisələrin formaları. Müəssisələrin fəaliyyətində əsas rol oynayan insanlar. kiçik müəssisələr.

Mövzu 7. Sahibkarlıq

Sahibkarlığın əsasları. Biznesdə sahibkarlığın xeyrinə düşüncələr. Sahibkarlığın cəmiyyət üçün vacibliyi. Özünüməşğulluq.

Mövzu 8.Sahibkarlar və onların xarakterik xüsusiyyətləri

Öz sahibkarlıq potensialının müəyyən edilməsi. Sahibkarların xarakterik xüsusiyyətləri. Sahibkarlar lider kimi. Sahibkarlıq qərarının qəbul olunması prosesi. Risqi öz üzərinə götürmək bacarığı.

Mövzu 9.Sahibkarlığın imkan və yolları

Sahibkarlığa uğur qazanmağa imkan verən qabiliyyətlər. Kiçik müəssisələrin yaradılmasının əsas amilləri, sahibkar olmaq qərarı. Biznesə cəlb olunma.

Mövzu 10.Yaxşı biznes ideyasının əldə edilməsi

İdeyanın yaradılması (generasiyası). İşgüzar mühitə açılan imkanların aşkarlanması və qiymətləndirilməsi.

Mövzu 11.Müəssisənin təşkil edilməsi

Uyğun bazarın seçilməsi. Biznesin yerinin seçilməsi. Müəssisəyə sahib olmağın hüquqi formaları. Müəssisənin yaradılması üçün tələb olunan pul. Biznes açmaq üçün pulun tapılması yolları. Biznesə girməyin yolları.

Mövzu 12.Müəssisənin idarə edilməsi

İşə qəbul və insanlara rəhbərlik. Vaxtın idarə olunması. Satışın idarə olunması. Mal göndərənlərin seçilməsi. Kiçik müəssisələrdə istifadə olunan texnologiyalar. Müəssisənin xərcləri. Maliyyənin idarə olunması. Maliyyə hesabatları.

Mövzu 13. Sahibkarlıq zirvəsinə doğru atılan növbəti addımlar

İnformasiya və yardım mənbələri. Sahibkarın ətraf mühiti görmə qabiliyyətinə yardım. Düzəliş əmsalı və biznesin başlanğıcı.

Mövzu 14. Biznes-plan

Biznes planın hazırlanması.Biznes planın strukturu.Marketinq araşdırmaları planı- məhsul.Marketinq araşdırmaları planı-qiymət.Marketinq araşdırmaları planı- yerləşdiyi yer. Marketinq araşdırmaları planı-tanıtma.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Azad olunmuş ərazilər və bazar iqtisadiyyatına keçid

Şübhəsiz ki, torpaqların işğaldan azad edilməsi ilə Cənubi Qafqaz yeni bir dövrə qədəm qoydu. Azərbaycan, Rusiya və Ermənistanın imzaladıqları razılaşmada bəzi mübahisəli məsələlər olsa da, Azərbaycan xalqı bölgədə sülhün qorunacağına ümid edir. Nəhayət minlərlə qaçqın öz tarixi torpaqlarına geri qayıda biləcək. Bundan əlavə, torpaqların azad edilməsinin Azərbaycana iqtisadi inkişaf və çiçəklənmə gətirəcəyi də gözlənilir. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd kimi bölgələrin, habelə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsinə nail olan Azərbaycan, imzalanan razılaşma ilə erməni hərbi birləşmələrinin daha üç bölgə – Ağdam, Kəlbəcər və Laçından çəkilməsinə də nail oldu. Bu məqalədə Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrü və azad edilmiş torpaqların ona təsiri müzakirə ediləcəkdir.

Əvvəlcə, Azərbaycanın ümumi iqtisadiyyatı ilə tanış olaq. Müstəqilliyin ilk illərində bazar iqtisadiyyatına rahat keçidin davam etdirilməsi məqsədilə islahatlara başlanmış, 1994-cü ildə ölkə Xəzər enerji mənbələrindən geniş istifadə etməyə qərar vermişdi. 2014-cü ilə qədər Azərbaycan dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olsa da, neftin qiymətlərindən asılılıq böyük olduğu üçün 2015-ci ildə ümumdaxili məhsulda birdən-birə azalma yaşanmışdı. Bəzi iqtisadi islahatların köməyi ilə 2019-cu ilə qədər artım əldə edilmiş və Azərbaycanda ÜDM 2019-cu ildə 48.05 milyard dollar həcminə yüksəlmişdir.

Azərbaycanın əsas makro iqtisadi göstəriciləri:

Bu tendensiya göstərir ki, Azərbaycan hökuməti Holland sindromunun (Dutch disease) əlamətlərini aradan qaldırmaq üçün iqtisadi şaxələndirmə üzərində daha çox işləməlidir. Azərbaycanın əsas makroiqtisadi üstünlükləri qiymət sabitliyi baxımından makroiqtisadi mühitin mövcudluğu, ümummilli məhsulda xarici borcun aşağı olması, sabit məzənnə, ucuz işçi qüvvəsinin mövcudluğudur (Süleymanov, Yusifov, 2014).

1990-cı illərdən bəri, Dağlıq Qarabağ münaqişəsi neftin qiymət dəyişikliyi ilə birgə ölkə iqtisadiyyatı üçün ciddi təhlükələrdən idi. Sərhədlər daxilində həll olunmamış problem qaldığı üçün xarici investorları ölkəyə cəlb etmək bir qədər çətinləşir və xüsusilə boru kəmərlərinin inşası ilə əlaqədar investisiyalar bölgənin şiddət və müharibəyə namizəd olması səbəbindən riskli hesab edilirdi. İndiki şərait investorların müharibədən sonrakı dövrdə ölkəyə investisiya yatırmaqda maraqlı olacağına güman yeri qoyur. Lakin hökumət Qərb auditoriyasındakı Azərbaycanla bağlı qərəzli məlumatları aradan qaldırmaq üçün bəzi ağlabatan addımlar da atmalıdır.

Bu günə qədər Azərbaycanda bazar iqtisadiyyatına keçid üçün bir sıra islahatlar aparılmışdır, lakin hələ də ölkənin bazar iqtisadiyyatı şəraitində tam fəaliyyət göstərməsinə imkan verməyən bir sıra problemlər var. Azərbaycanda bazar iqtisadiyyatına keçid haqqında danışmağa başlamazdan əvvəl, bazar iqtisadiyyatı anlayışı haqqında təsəvvür formalaşdırmalıyıq. Bazar iqtisadiyyatı liberallaşma, iqtisadi azadlıq, dinamik tələb- təklif və bazar infrastrukturunun genişlənməsinə əsaslanır. İqtisadi azadlıq, rəqabət qabiliyyəti bazar iqtisadiyyatının əhəmiyyətli hissələrindən biri kimi qəbul edilir. Bazar özü istehlakçı tələbinə əsasən nəyin, nə qədər və nə vaxt istehsal olunacağına qərar verir ki, bu da istehsalçının istehlakçı qarşısında üstünlüklərindən məhrum olması deməkdir. Bazar iqtisadiyyatı yüksək keyfiyyətli məhsul, səmərəli istehsal strukturu, çevik maliyyə siyasəti, zəruri dövlət ehtiyatları və əmtəə bazarının bolluğu şəraitində fəaliyyət göstərən iqtisadiyyatdır (Əliyev, Şəkərəliyev, 2002).

Bazar iqtisadiyyatına keçid üçün əsas islahatlar aşağıdakılar ola bilər:

– Bazar iqtisadiyyatının formalaşması

– Kiçik və orta sahibkarlığın inkişafı

– Əhalinin və işsizliyin sosial müdafiəsinin tənzimlənməsi

– Milli valyutanın güclənməsi və anti-inflyasiya tədbirləri

Təəssüf ki, bütün keçid dövrü ölkələrində olduğu kimi, Azərbaycan da bəzi çətinliklərdən əziyyət çəkir: ümumdaxili məhsulun strukturunda istehsal sahələrinin az olması (xidmət sahəsinin yüksək payı), sahibkarlıq subyektlərinin sayının yüksək olmasına baxmayaraq istehsal həcmində artım tempinin aşağı olması, iqtisadiyyatın elmi və yüksək texnoloji sahələrinin aşağı inkişafı, ölkəyə cəlb olunan kapitalda qeyri-neft sektorunun az payı, bank sektorundakı ciddi büdcə məhdudiyyətləri. Bunları nəzərə alaraq demək olar ki, iqtisadi böyüməni və inkişafı qorumaq üçün dövlətin rolu böyükdür. Elmi araşdırmalar, sosial təminat və bəzi digər sahələr dövlətlər tərəfindən maliyyələşdirildiyi üçün onlar əsas maliyyə qurumları hesab olunurlar. Lakin sərbəst iqtisadi münasibətlər və sərbəst bazar iqtisadiyyatı yaratmaq üçün dövlətin müdaxiləsi minimum səviyyədə olmalıdır.

Tarix göstərir ki, dövlətlərin iqtisadiyyata nəzarət etmək cəhdləri iqtisadi durğunluğa gətirib çıxarır. Mükəmməl rəqabət yaratmaqla mükəmməl bazar iqtisadiyyatına nail olmaq mümkündür. Bu səbəbdən mükəmməl rəqabətin əksinə olan inhisar (monopoliya) iqtisadiyyatın ümumi səviyyəsinə mənfi təsir göstərdiyindən ona qarşı mübarizə sərbəst bazar iqtisadiyyatı yaratmaq istəyən ölkələrin vacib siyasəti olmalıdır. Bununla yanaşı, bazar iqtisadiyyatı cəmiyyətə bəzi mənfi təsirlər də göstərir, lakin onun müsbət təsirləri daha çoxdur. Məsələn, dəmir yollarının və ya magistral yolların tikintisi meşələrin qırılmasına ehtiyac duysa da və ya hidroelektrik stansiyasının tikintisi bəzi ərazilərdə daşqınlara səbəb olsa da, iqtisadi mənfəət də gətirir. Bu sektorlarda dövlətin rolu optimallığa nail olmağa kömək edir.

Tarixə nəzər salsaq görərik ki, dövlət tənzimləmə mexanizmi olmadan bazar iqtisadiyyatının səmərəli fəaliyyətini təmin etmək mümkün deyil. 1980-ci illərdə ABŞ-da və Avropada yüksək inflyasiya və işsizlik səviyyəsi təsirli pul siyasəti ilə aradan qaldırıldı. Müasir ölkələr bu cür problemləri aradan qaldırmaq üçün vergi, büdcə, kredit və pul siyasətlərindən səmərəli istifadə edirlər. Vergi və büdcə siyasəti, zəruri sahələrə xərclənməsi lazım olan gəlirin toplanmasına kömək edir. Pul və kredit siyasəti, pul təklifi və faiz nisbətlərinə təsir göstərmək imkanlarını yaradır. Bunun nəticəsində iqtisadi artım, istehsal səviyyəsi, məşğulluq səviyyəsi, qiymətlər və inflyasiyaya daha çox nəzarət oluna bilər. Bir çox ölkələr, istehsalın stimullaşdırılması üçün vergilərin azaldılması və ya investisiyaya ziyan vura biləcək dövlət xərclərinin azaldılması siyasətini yürüdür.

Azərbaycandakı mövcud vəziyyət də şaxələndirmə məqsədilə bu cür siyasət tələb edir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı kimi təşkilatlar hökumətin makroiqtisadi sabitliyi qorumaq siyasətini müsbət qiymətləndirsələr də, inhisar, qanunsuzluq, iqtisadiyyatda tarazlı sektoral inkişaf problemlərinin hələ də davam etdiyini bildirirlər.

Torpaqların azad edilməsi Azərbaycanın gələcəyi ilə bağlı bir çox müsbət düşüncə və suallar gətirdi. İşğal olunmuş torpaqlar bazar iqtisadiyyatına keçidin qarşısını alan əsas problemlərdən biri idi və bu torpaqların Azərbaycan iqtisadiyyatına yeni həyat gətirməsi üçün təsirli siyasətə ehtiyac vardır. Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası böyük iqtisadi əhəmiyyətə malik olacaqdır. Xarici investorlar tərəfindən qoyulan investisiya səviyyəsi, müharibə ilə bağlı gözləntilər üzündən təhlükə altında idi və hesablamalara görə 2012-ci ilədək ümumi investisiyaların 70% -nin xarici investorlardan, onların 30% -i isə qeyri-neft sektorundan olduğu təxmin edilir.

Müharibənin qısamüddətli olması və Azərbaycan hökumətinin təhlükəsizlik zəmanəti investorları sərmayə yatırmağa daha inamlı edir. Müharibədən dərhal sonra Azərbaycan şirkəti “Azerenerjinin” İtaliyanın “Ansaldo Energia” şirkəti ilə azad edilmiş torpaqlarda enerji infrastrukturunun yaradılması barədə müqavilə imzalaması buna misal ola bilər.

İşğal dövründə Dağlıq Qarabağ ətrafındakı yaşayış məntəqələri tamamilə dağıdıldığından bərpaya ehtiyac vardır. Üstəlik ərazinin minalardan təmizlənməsi bəzi hökumət mənbələrinə görə təxminən 10 il ərzində yekunlaşacaqdır.

Uzun illər boyunca bölgənin təbii sərvətlərindən istifadə edilmirdi və təxminən 1 milyon qaçqın dövlətdən aylıq yardım alırdı ki, bu da ölkənin büdcəsi üçün ciddi problem idi. Hazırda, təxminən 1,5 milyon hektar ərazi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün yararlıdır ki, bu da istehsal zəncirinin yaradılmasına gətirib çıxaracaq, vətəndaşlar yeni iş yerləri ilə təmin olacaqdır. Zəngin su ehtiyatları, su ehtiyatlarının çatışmazlığının əsas problem olduğu Azərbaycanın digər ərazilərinin (Aran) də sulanmasında kömək olacaqdır. Buna misal olaraq, Tərtər bölgəsində yerləşən Sərsəng su anbarını misal göstərmək olar ki, ümumi sahəsi 100 min hektar olan anbar suvarma suyu təmin etmək gücünə malikdir. Ölkənin su ehtiyatları məhdud olduğundan Sərsəng və digər su anbarları (Suqovuşan, Xudafərin) kənd təsərrüfatı istehsalını artırmaq üçün əhəmiyyətli rol oynayacaqdır.

Təbii qaynaqlara gəldikdə, işğala qədər 5 qızıl, 7 civə, 2 mis, 1 mis, qurğuşun və sink, 1 kömür və 11 mineral su yatağı kimi 163 fərqli mineral yatağımızın olduğu bilinirdi. 1997-ci ilin sentyabrında Ermənistan Kanadanın “First Dynasty Mines” şirkəti ilə müqavilə imzalayaraq Azərbaycan Respublikasının işğal olunmuş bölgələrinin təbii mineral ehtiyatlarının talan edilməsinə başladı. İndi Azərbaycan hökuməti ümumi ziyanı hesablamaq üçün beynəlxalq audit aparmaq və təzminat tələb etmək üçün beynəlxalq məhkəməyə müraciət etmək niyyətindədir. Təbii sərvətlərdən əlavə bölgə, turizmin inkişaf etdirilməsi üçün də böyük potensiala sahibdir. Dağlıq şəhərləri dünyanın hər yerindən turist cəlb etmək üçün fürsətlər verir. Bu, Holland sindromunun təsirlərini azaldılması və dövlət büdcəsinin artırılmasında müstəsna əhəmiyyətə malik ola bilər.

Kommunikasiyaların bərpası məqsədi ilə Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolunun dizaynı və inşası haqqında sərəncam imzalanmışdır. Sərəncama əsasən dəmir yolunun uzunluğu 45 km olacaq. Azərbaycan dəmir yollarına isə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Rabitə sisteminin bərpası ölkənin regional inkişafına faydalarını göstərəcək və Qarabağ bölgəsinin Azərbaycan iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcəkdir.

Üçtərəfli müqaviləyə görə, yaxın günlərdə Naxçıvana dəmir yolu və magistral yolunun inşasına başlanacağını da qeyd etmək lazımdır. Uzun müddət İran ərazisi insanların və malların daşınması üçün istifadə olunurdu ki, bu da səmərəliliyi və məhsuldarlığı aşağı salırdı. Naxçıvana dəmir yolu və magistral yol çəkildikdən sonra Azərbaycan malları Türkiyəyə və Avropa bazarına daha asanlıqla çatdırılacaqdır.

Nəticə olaraq demək olar ki, azad edilmiş torpaqlar ölkədə sərbəst bazar iqtisadiyyatının yaradılmasına böyük təsir göstərəcəkdir. Turizm sektorunun çiçəklənməsi, yeni iş yerlərinin açılması, ölkəyə investorların cəlb edilməsi üfüqdə görünən real fürsətlərdir. Lakin nəticələrin tezliklə görünməsi üçün şəffaflığın qorunması vacibdir. Korrupsiyaya qarşı mübarizə daha güclü olmalı, sahibkarlığa dövlət dəstəyi artırılmalıdır. Bazar iqtisadiyyatının əsas amili olan rəqabətin yaradılması ilə Azərbaycan bölgədəki nüfuzunu daha da artıra bilər.

Ədəbiyyat

Aliyev, Agil, and Shakaraliyev Arif (2002): Bazar iqtisadiyyatına keçid: Dövlətin iqtisadi siyasəti.

Suleymanov, Elchin and Yusifov, Sabuhi (2014): Problems Encountered during the Transition to Market Economy in Azerbaijan and Solution Attempts. Published in: Expert Journal of Economics , Vol. 2, No. 2 (17 July 2014): pp. 45-54.

Suleymanov, Elchin and Osman, Nuri (2016): Azərbaycan iqtisadiyyatı

Comments are closed, but trackbacks and pingbacks are open.