Press "Enter" to skip to content

Dərslik Azərbaycan tarixi

1922-27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm quruculuğu dövrü olduğundan İctimai Təminat Komissarlığının vəzifələrini Azərbaycan Xalq Komissarları Soveti və ayrı-ayrı şuralar yerinə yetirirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyun 1927-ci il tarixli qərarı ilə Xalq İctimai Təminat Komissarlığının fəaliyyəti bərpa edildi və M.Hacıyev komissar təyin olundu.

Tarixi

Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə “İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında” və 1912-ci ildə “Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında” qanunlar qəbul olunmuşdur. XX əsrin əvvəllərində Rusiya imperiyasında sığorta münasibətlərini tənzimləyən “Xəstəlik zamanı fəhlələrin təminatı haqqında”, ”Fəhlələrin sığorta məsələləri üzrə idarə və şuranın təsis edilməsi haqqında”, “Fəhlələrin bədbəxt hadisələrdən sığortası haqqında” və s. qanunlar qəbul olunsa da, ölkədəki gərgin ictimai-siyasi hadisələr bu qanunların tətbiqinə imkan verməmişdir.

İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan “Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında” məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi.

Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E.P.Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi.

Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu. Yakov Zevin komissar təyin olundu. Az sonra Bakı Sovetini əvəz edən Bakı Xalq Komissarları Sovetində də Xalq Əmək Komissarı yenə Yakov Zevin oldu. Xalq Komissarları Soveti iyulun 31-dək, 3 aylıq fəaliyyəti ərzində 200-dən çox şəxsi neft mədənini, 299 sənaye müəssisəsini milliləşdirməklə yanaşı, fəhlə və qulluqçuların əmək hüquqlarının müdafiəsi, işçilərin əməyinin mühafizəsinin təşkili və s. ilə bağlı bir sıra sosial tədbirlər də həyata keçirmişdir.

1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq İstiqlal Bəyannaməsi elan olundu və 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edildi. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi “Hümmət“ partiyasından Milli Şuraya üzv seçilmiş Əkbər ağa Şeyxülislamova həvalə olundu.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sosial siyasətinin əsas istiqaməti ümumi daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümumi daxili məhsulda milli gəlirin və məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsinə yönəlmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələrə aid 315 qanun layihəsi təqdim olunmuşdu ki, onlardan 10-u sosial sahəyə aid idi. Pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi ki, onlardan biri 28 avqust 1918-ci il tarixli “Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında” qərar idi. Qərarda istefaya çıxan şəxslərə xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət göstərirdi. Bakı Əmək Birjası 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılmışdı. 26 dekabr 1918–ci ildə isə 14 nəfərdən ibarət üçüncü koalisiyon hökumət təşkil edildi. Bu hökumətdə Poçt, Teleqraf və Əmək naziri vəzifəsinə Aslan bəy Səfikürdski təyin olundu. Üçüncü hökumət fəhlələrin ağır iş rejimi və sosial vəziyyətini nəzərə alaraq əmək haqlarının, müavinətlərin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir. Parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti Hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olundu. İcra və nəzarətedici səlahiyyət əldə edən Əmək Nazirliyi 1919-cu il yanvarın 25-də fəhlələrin əməyinin mühafizəsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi müşavirə keçirdi. Müşavirədə tərəflərin bərabər təmsil olunması şərti ilə, fəhlə və müəssisə sahibləri daxil olmaqla 19 nəfərdən ibarət xüsusi komissiya yaradılması qərara alındı. Yanvarın 26-da isə nazirlik kollektiv müqavilənin şərtlərində bir sıra dəyişiklik edilməsi barədə qərar verdi. Hökumətin fəaliyyəti fəhlə qanunvericiliyinin formalaşdırılmasına, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə, əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdi. Üçuncü hökumətin fəaliyyəti ərzində fəhlələrin və qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə konkret qərarlar qəbul edilmişdir.

1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Cümhuriyyəti Hökumətinin 14 nazirdən ibarət dördüncü hökumət kabineti təşkil edildi və Aslan bəy Səfikürdski Ədliyyə və Əmək naziri təyin edildi. Bu zaman inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi. Elə bu məqsədlə Parlament Dəmir Yol Nazirliyinin xətti üzrə dəmir yollarında xidmət etmiş şəxslərin xidmət illərindən sonrakı təminatı haqqında Əsasnaməni, habelə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əmək haqqlarının artırılması, yaşayış minimumunun qaldırılması haqqında qanunları qəbul etmişdir. Dördüncü hökumətin fəaliyyəti dövründə qaçqınların problemlərinin həllinə aid bir sıra qanun və qərarlar da qəbul olunmuşdur.

1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Yeni müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi. Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi vardı. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilmiş, 145-nə rədd cavabı verilmiş, 14-ü məhkəməyə göndərilmiş, 456-sı isə həll olunmamış qalmışdır. ADR parlamentinin 7 dekabr 1918-ci il tarixli “Fəhlə məsələsi haqqında“ qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə pensiya məsələləri üzrə ikinci qərar 27 avqust 1919-cu ildə qəbul edilmiş “Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında” qərar olmuşdur. 1919-cu il dekabrin 22-də təşkil edilmiş sonuncu, 12 nəfərdən ibarət beşinci hökumətdə Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik etmişdir. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlamış və bununla bağlı məlumat yaymışdır. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əmək haqqının qaldırılması məsələləri nəzərdə tutulmuşdur.

Beşinci hökümətin fəaliyyəti dövründə ehtiyacı olan şəxslərin kommunal xidmətlərdən, nəqliyyatdan güzəştlə istifadə etmələri, maaşların artırılması və qaçqınlara əvəzsiz maddi yardım göstərilməsi kimi sosial güzəştləri nəzərdə tutan qərarlar qəbul edilmişdir.
1920-ci il aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq, silahlı qüvvələrini Azərbaycana yeritdi və Azərbaycanın dövlət müstəqilliyinə son qoydu.1920-ci il aprelin 28-də hakimiyyət Müvəqqəti İnqilab Komitəsinin əlinə keçdi. Mayın 3-də Azərbaycan İnqilab Komitəsinin 2-ci iclasında hökumətin tərkibində Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası yaradıldı. Seyidcəfər Yaqub oğlu Yaqubov Azərbaycan SSR Xalq Əmək Komissarı təyin olundu. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti işçi qüvvəsindən səmərəli istifadə etmək, fəhlələri öz ixtisaslarına görə yerləşdirmək, işçilərin həyatını, sağlamlığını və əməyini mühafizə etmək məqsədilə Xalq Əmək Komissarlığının nəzdində Əməyin Mühafizəsi Müfəttişliyini təsis etdi. Bu təşkilatın vəzifəsi zəhmətkeşlərin əməyinin mühafizəsi və mənafeyi ilə bağlı zəruri tədbirlər görmək idi. 1920-ci ildə neft sənayesi müəssisələrində əməyin mühafizəsi üzrə 150 komissiya yaradılmışdır. Sovet hakimiyyətinin bərqərar olmasından sonra fəhlə və qulluqçuların sosial təminatı ilə əlaqədar bir sıra qərarlar qəbul olunmuşdur. “Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında” 15 noyabr 1921-ci il tarixli Dekret muzdlu əməklə məşğul olan bütün şəxslərə və əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirildiyi bütün hallara, işsizliyə, eləcə də ölüm hallarına şamil edilirdi. 9 dekabr 1921-ci il tarixli “Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında” və “Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında” dekretlərlə ailə başçısının itirilməsi ilə əlaqədar pensiya təminatı həll olunmuşdur. Bundan başqa, 8 dekabr 1921-ci il tarixli “Əlillərin sosial təminatı haqqında”, 19 dekabr 1921-ci il tarixli ”Xəstəliyin sığortası haqqında” və 28 dekabr 1921-ci il tarixli “İşsizliyə görə sosial təminat haqqında” Dek-retlər də qəbul olunmuşdur.

1922-ci il oktyabarın 30-da ZSFSR MİK-nin 9-cu çağırış 4-cü sessiyasında “Əmək haqqında qanunlar məcəlləsi” qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Əmək haqqında qanunlar məcəlləsini qüvvəyə mindirmək haqqında” 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul edildiyi tarixədək qüvvədə olmuşdur.

RSFSR Xalq Səhiyyə Komissarlığı və Xalq Əmək Komissarlığı 19 aprel 1924-cü il tarixdə “Sığorta olunan şəxslərin protez və ortopediya aparatları ilə təchiz edilməsi tədbirləri haqqında” sərəncam vermişdir. Bu sərəncam əsasında sosial sığorta pensiyası alan əmək əlillərinin və onların ailə üzvlərinin pulsuz protez və ortopediya aparatları ilə təmin edilməsinə başlanılmışdır.

1922-27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm quruculuğu dövrü olduğundan İctimai Təminat Komissarlığının vəzifələrini Azərbaycan Xalq Komissarları Soveti və ayrı-ayrı şuralar yerinə yetirirdi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 20 iyun 1927-ci il tarixli qərarı ilə Xalq İctimai Təminat Komissarlığının fəaliyyəti bərpa edildi və M.Hacıyev komissar təyin olundu.

Bu Komissarlıq əsasən, ictimai təminat sistemini yaxşılaşdırmaq və təkmilləşdirmək, əlil və işçi vətəndaşlara imtiyazlar vermək kimi işləri yerinə yetirirdi. Görülən işlər sayəsində 1927-ci ilin avqust ayında Bakıda əlillərin problemləri ilə məşğul olmaq üçün “Əlillər korporasiyası” yaradılmış, İctimai Təminat Komissarlığı sisteminə daxil olan 25 arteldə müxtəlif ixtisaslar üzrə yüzlərlə əlil işlə təmin edilmişdir.

Sovet dövründə pensiya və müavinətlərın təyin olunması və artırılması ümumittifaq qanunvericiliyi çərçivəsində, yəni SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi qanun və qərarlar əsasında həyata keçirilirdi. Respublikada pensiya təminatı sisteminə nəzarət edilməsi məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Dövlət ictimai sığortası üzrə pensiyaların təyin edilməsi barədə” 1937-ci il 9 may tarixli 2891 nömrəli qərarı ilə AHİŞ-da, dəmir yolları, dəniz nəqliyyatı və çay nəqliyyatı fəhlələri həmkarlar ittifaqlarında bütün növ pensiyaların təyin olunması dayandırılaraq, bu işin həyata keçirilməsi səlahiyyəti Xalq İctimai Təminat Komissarlığına verildi. 1937-ci il 19 avqust tarixli 3793 nömrəli qərara əsasən, 1939-cu il sentyabrın 1-dən etibarən Azərbaycan SSR-nin Konstitusiyasına (maddə 100) uyğun olaraq Bakı şəhərinin rayon sovetlərində ictimai təminat şöbələri yaradıldı.
Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1958-ci il tarixli qərarı ilə İctimai Təminat Nazirliyi tərəfindən 1960-cı ilin yanvarın 1-dən başlayaraq, çoxuşaqlı və tək analara hər ay dövlət yardımı verilməsinə başlanıldı. Həmçinin həmin il sovet pensiya sistemində müavinətlərin yeni növləri tətbiq edildi. 1970-1985-ci illərdə Azərbaycanda əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və respublika iqtisadiyyatının hərtərəfli, kompleks şəkildə inkişafı, xüsusən, əhalinin maddi rifahının yüksəldilməsi nəticəsində respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmış, 213 sənaye müəssisəsi işə salınmış, eyni zamanda 350 adda məhsulun dünyanın 65 ölkəsinə ixrac olunmasına başlanılmışdır. 1958-1970-ci illərdə fəhlə və qulluqçuların əmək haqqı 109,6 rubl olduğu halda, 1985-ci ildə 234 rubla çatmışdır. Qocalara, əlillərə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, əmək və müharibə veteranlarına, ailə başçısını itirmiş ailələrə və tək analara maddi yardım artırılmışdır. Qocalığa və əlilliyə görə dövlətdən pensiya alanların sayı 1970-ci ildə 643 min idisə, 1989-cu ildə bu göstərici 987 min nəfərə, işləyənlərin sayı 1.273 min nəfərdən 2.361 min nəfərə çatmışdır.

Əhalinin sağlamlığının qorunması sahəsində də mühüm tədbirlər həyat keçirilmişdir. Əhaliyə ambulator-poliklinika yardımı göstərən müəssisələr 1075-dən 1826-ya, qadın məsləhətxanaları, uşaq məsləhətxana və poliklinikalarının sayı 313-dən 1034-ə, həkimlərin sayı 13 mindən 27,5 min nəfərə çatmışdır. 2239 yaşayış məntəqəsində ilk tibbi yardım xidməti təşkil edilmişdir. 10 dekabr 1971-ci ildə Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsi qəbul edilmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında“ Konstitusiya Aktı qəbul olundu və Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini qazandı. Dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlanıldı.

Azərbaycan Respublikası Prezidentinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında” 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradıldı.

Lakin dövlət müstəqilliyinin ilk illərində ölkədə ağır sosial-iqtisadi və siyasi gərginlik hökm sürürdü. Respublika rəhbərliyində siyasi cəhətdən təcrübəsiz, dövlət idarəçiliyi sahəsində heç bir qabiliyyət və səriştəsi olmayan, təsadüfi insanların təmsil olunması siyasi hakimiyyətdə qısa müddətdə dərin böhrana səbəb oldu. Siyasi hərc-mərclik və bir-birini əvəz edən intriqalar, qarşıdurmalar ciddi sosial-iqtisadi tənəzzülə və cəmiyyətin həyatında anarxiya meyllərinin yaranması və güclənməsinə yol açdı. Belə bir qeyri-sabit ictimai-siyasi şərait bir tərəfdən separat iddialarının baş qaldırmasına, ayrı-ayrı qaragüruhçu silahlı dəstələrin dövlətə qarşı hədələyici təzyiqlər göstərməsinə, digər tərəfdən isə erməni silahlı birləşmələrinin ölkə ərazilərini bir-birinin ardınca qəsb etməsinə imkan verdi. Son dərəcə çətin bir şəraitdə, dövlət idarəetmə mexanizminin iflic vəziyyətə düşdüyü bir halda hər hansı bir dövlət strukturunun, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normal fəaliyyəti qeyri-mümkün idi.

Dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsinin son həddə çatdığı bir vaxtda – 1993-cü ilin iyun ayında Azərbaycan xalqı öz müdrik seçimini etdi və hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı geriləmədən, ətalətdən xilas edərək sovet respublikaları sırasında qabaqcıl bir respublikaya çevirmiş dünya şöhrətli siyasi şəxsiyyət, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə çağırdı.

Xalqının ən çətin məqamında bu çağırışa ləyaqətli cavab olaraq respublika rəhbərliyinə qayıdan böyük öndər Heydər Əliyevin müdrik siyasi kursunun işığında Azərbaycan taleyinin ən sərt sınaqlarından keçərək, inkişaf və tərəqqi yoluna çıxdı. Məhz ulu öndərin sosial sahəyə davamlı diqqət və qayğısı müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin formalaşması və təkmilləşməsinə səbəb olmaqla, sosial müdafiə sistemində müsbət dəyişikliklərə yol açdı. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində də ciddi dönüşün yaranmasını, əmək və əhalinin sosial müdafiəsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini şərtləndirdi.

Ulu öndərin aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə qarşısında yeni tərəqqi mərhələsi açdı. Dövlət başçısının düzgün düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan inkişaf dinamikasına görə dünyanın lider ölkəsinə çevrilmişdir. Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm uğurlar qazanılmışdır.

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlətin ilbəil güclənən sosial siyasətinin yüksək səviyyədə icrasına, ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verən və bu səbəbdən cəmiyyətin inam və etimadını qazanmış bir hökumət strukturu kimi fəaliyyətini uğurla davam etdirir.

Dərslik Azərbaycan tarixi

Baki şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi AYGÜN STİ YANİ İCRA HAKİMİYYƏTİ YANİ 9 MƏRTƏBƏLİ binanın 5 çi merbesinde radnoy qanuni 2 OTAQLI TAM SÜPER təmirli və tam esyalİ menzilde qab yuyan.paltar yuyan.txovka.butun

TBİLİSİ PROSPEKTINDƏ Elit,Yeni Tikkili yaşayişli “GRAND HAYAT” kompleksində. hər bir şəraiti olan, 2 otaqlı mənzil uzun müddətliyə kirayə verilir. Ümumi sahəsi 105 kv.m, 27/6-ci mərtəbəsindədir. SUPER

Kiraye: Xatai metro yani. 65 kv 2 otaq 18/ 13 mertebe. Əla temir. Her şeraiti var. Qiymet 1200. *(Kod: m2991)

Mənzil Ulduz metrosuna yaxındır. Təmirli və tam əşyalı şəkildədir. Ailəyə kirayə verilir. Elanın tipi: Kirayə verilir Binanın tipi: Köhnə tikili Sahə, m²: 90 Otaq sayı: 3 Yerləşmə yeri: Nərimanov rayonu

Masazır qəsəbəsi Masazır poliklinkasının yanı, Bravo marketlə üzbəüz Xəzri A mtk yaşayış kompleksinə aid 14mərtəbəli binanın 8ci mərtəbəsində yerləşən 3otaqlı mənzil kirayə verilir. Mənzil yelçəkəndi. Binanın qarajıda

Elmler metrosuna yaxin, Zahid Xelilov kucesi, Renessans Palace Premium yawayiw binasinda 3 otaqli super evro temirli menzil kiraye verilir. 2 yataq otagi, 1 qonaq otagi studio. 3 suretli Lift, Geniw Heyet, 24 saat

Əhmədlidə 11/5 yeni tikilidə təmirli əşyalı 550 son qiymətdir kamendat pulu ev sahibi tərəfindən ödənilir. Ofis haqqı 30% ( 175 azn )təşkil edir. Elanın tipi: Kirayə verilir Binanın tipi: Yeni tikili Sahə, m²: 78 Otaq

Rəsulzadə qəsəbəsi. 2sotda 3otaq 90kv həyət evi kirayə verilir qiymət: 300azn.ofis haqqı 80azn.evi göstərmək 10azn.

Biləcəri 220 kv sahəsi 7otaq var 6 sotun içində,Qaz su daimidir.Meyvə ağacları və maşın saxlamağa yeri var.Eyni zamanda uşaq bağçası və ya Ofis kimi də kirayə verilə bilər lakin onun qiymətini ayrıca danışarıq.Əlavə

Yasamal MİDA Yaşayış kompleksində tam təmirli 3-otaqlı mənzil uzunmüddətli müqavilə ilə kirayə verilir. Mənzildə yaşayış olmayıb. Mebellər və bütün avadanlıqlar təzədir. Su, qaz, işıq daimidir. Ətrafda baxça, məktəb,

Şəhərin mərkəzinde, Dövlət Statistika Komitəsinin yanında eksperimental proyektli 5/5 daş ev kirayə verilir. Bina ictimayi infrastrukturlara yaxın yerləşir. Elmler ve Nizami m/s-larina ayaqla 10 deqiqedir. Şəhər tərəfə

Ehmedlide Baki kino teatrinin arxasinda 2 otaqli tam temirli menzil kiraye verilir menzil her bir esya ile temin olunub adeten nur sacir gorenleri valeh ve yaxud saleh eliyir. Menzil 2022-ci ilde ilin menzili secilib

Ehmedlide Medikal plaza kilinkasinin yaninda yerlesen yeni tiklide ev kiraye verlir 17/7mertebsi ev yaxsi remont istiliyi kombi ev hal hazirda bosdu bos veziyetde 400azn verlir esyali ise 550azn verlecek isdeye uyqun

Merdekan qesebesinde ekoloji temiz havasi olan ve esas yola yaxin mesafede ideal seraitle techiz olunmus bag evi icareye verilir. Bagda ailevi yigincaqlariniz ad gunu ve tedbirleriniz ucun her serait movcuddur. Bu ve ya

Salam təzə təmirli yeni evdir yerləşmə yeri ceyhun selimov 16 nəsimi məkəməsi ilə üz bə üz nur marketin üstü 23:00 kimi yiğa bilərsiz başka əlaqə nömrəsi budur Elanın tipi: Kirayə verilir Binanın tipi: Yeni tikili Sahə,

Elani diqgetle oxu! 1 nefere verilir! 2 ci kravat yerlewmir! Insaatcilar metrosuna 6-7 deq 500-600 metr mesafede Yeni yasamalda Yasamal mall yaxinliginda Umid ekberov kucesinde yerlesen 1 otaqli ev kiraye verilir

Məlumatlar

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 Tezbazar.az | info [@] tezbazar.az | Bizimlə əlaqə

Kategori arşivi: Azərbaycan tarixi

AZERBAYCAN XALQININ ÜMUMMİLLİ LIDERİ HEYDER ELİYEV

Tarix yalnız böyük şəxsiyyətlərin böyük əməlləri sayəsində yadda qalır. Azerbaycan xalqının tarixinde ve taleyüklü meselelerin hellinde müstesna xidmetleri olan şexsiyyetler, görkemli siyaset ve dövlet xadimləri çox olmuşdur. Belə tarixi şəxsiyyətlərdən biri İyirminci yüzilliyin üçde biri qeder ölkemizi idare eden milli lider vəzifəsini daşıyan, dünya miqyaslı siyasətçi HEYDER ƏLİYEV-dir. Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni tarixinin memarı, böyük dühadır, dünyanın hörmət göstərdiyi, güclü və müstəqil, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın qurucusur. HEYDƏR ƏLİYEV özünün nəhəng fəaliyyəti ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifələrinə daxil olmuş, parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunmuşdur. Azərbaycan xalqı dünyanın tarix kitabına bir çox qüdrətli şəxsiyyətlərin adını qızıl hərflərlə yazmışdır.
XX yüzillikdə xalqın daha bir dahisi yetişdi-Heydər Əliyev. O,dünyanın nadir simaları arasında layiqli yer tutaraq dünya tarixinin azərbaycanlı Dahisi oldu.
Sadə və zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan, min cür cətinliklərdən keçərək SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olan H.Əliyev həm də Azərbaycan tarixinə xilaskar kimi daxil olmuşdu. O, XX yüzilliyin ən mürəkkəb və ziddiyətli dövrlərində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Bir bahar günündə- dünyaya göz açan Heyder Əliyev xalqına əbədi bahar gətirmiş, öz ömür kitabını şərəfləndirən uğurlara imza atmışdır. Bu ugurları əldə etmək üçün xalqımızın böyük oğlu olduqca çətin və məsuliyyətli yol keçmişdir.
Heydər Əliyev hər zaman məsul vəzifələrdə çalışmışdır. O, dövlət təhlükəsizliyi sistemində yuksək vəzifə tutmuş və general rütbəsini daşımışdır.
1969-cu ilin iyul ayinda Heyder Əliyev Azerbaycan Kommunist Partiyasi Mərkəzi Komitəsinin birinci katibi ve respublikanın rəhbəri seçilmişdir. 1982-ci ilin dekabrinadək həmin vəzifədə çalışmışdır. 1987-ci ilədək SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Müəyyən siyasi qarşıdurmalar ve fikir ayrılıgı nəticəsində 1987-ci ildə istefa verərək vəzifəsini tərk etmişdir.
SSRİ -nin iflası ərəfəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi baş qaldırmışdı. Təkcə Bakıda deyil Azərbaycanın bütün bölgələrində Mərkəzə qarşı etiraz mitinqləri keçirilirdi. Xalq H.Əliyevi yenidən hakimiyyətdə görmək istəyirdi. Ölkənin vətəndaş müharibəsindən və qardaş qırğınından qurtarılması missiyası H.Əliyevin üzərinə ümummili vəzifə olaraq. O xalqin müdikliyinə, onun birliyinə arxalanaraq hamını birləşdirib ölkəni ağır vəziyyətdən çıxarmağa nail oldu. İlk dəfə 1993-cü il 3oktyabrda, ikinci dəfə 1998-ci il 11 oktyabrında Azərbaycan Respublikasının prezidenti seçildi. “Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! Müstəqilliyin əldə olunması
ne qeder çetindirse, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.” deyən Ulu Öndər hakimiyyətə gəldikdən sonra da ölkənin hərtərəfli inkişafı üçün bir çox siyasi və iqtisadi tədbirlər həyata keçirildi. İlk növbədə təhlükəsizliyi təmin etmək üçün ordunun möhkəmləndirilməsinə diqqət yetirdi. Torpağının bir hissəsi işğal olunmuş dövlətə güclü ordu lazım idi. Ulu öndər onu da yaratdı. Ətrafında minlərlə vətənpərvəri birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı da o oldu.
1994-cü ildə Ermənistanla atəşkəs əldə edildi. Uğurlu xarici siyasət nəticəsində Respublikanın daxilində sabitliyin möhkəmlənməsinə şərait yarandı.
1994-cü il sentyabrin 20-də Azərbaycanın iqtisadi dirçəlişinə təkan verən və ulu öndərin şah əsəri olan ” Əsrin müqaviləsi “imzalandı. “İqtisadiyyatı güclü olan dövlet hər şəyə qadirdir” devizi ilə iqtisadi tənəzzülün qarşısını almaq üçün ciddi tədbirlər görülməyə başlandı.1994-cü ilin mayında maliyyə sistemini nizama salmaq üçün qəti tədbirlər görüldü. Nəticədə infilyasiya kəskin surətdə aşağı düşdü. Müstəqil dövlətimizin 1995- ci il noyabrın 12- də ilk Konstitusiyası qəbul olundu. Ölkədə abadlıq işləri, tikinti, xidmət sahələri sürətlə inkişaf etməyə başladı.
H.Əliyev təkcə daxili siyasətdə deyil xarici siyasətdə də uğurlu addımlar atmışdır. Dağlıq Qarabağ probleminin sülh yolu ilə aradan qaldırılması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkənin dünya birliyində layiqli yer tutması H.Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətinin ana xəttini təşkil edirdi. O, 1993- 98-ci illərdə 33 ölkəyə səfər etmiş, 5 il ərzində Azərbaycanla xarici dövlətlər arasında 431 beynəlxalq sənəd imzalanmış, nəticədə fundamental uğurlara nail olmuşdur.
HEYDƏR ƏLİYEV Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda iqtisadiyyatla yanaşı elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət yetirmiş və heç bir zaman qayğısını əsirgəməmişdir. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir.Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” deyən Heydər Əliyev Azerbaycan gencliyinə və müəllimlərinə cox böyük dəyər verirdi.Təhsil sahəsində yeni proqramlar, dərsliklər yaradılmışdır. Qaçqın və köçkünlər üçün məktəblər təşkil olundu. Gənclərin xarici ölkələrin ali təhsil məktəblərində təhsil almasına şərait yaranmışdır. Ölkədə mədəni maarif işini canlandırmaq üçün tədbirlər görüldü. Beynəlxalq muzeylər Şurasının, Beynəlxalq kitabxanalar şurasının Azərbaycan milli komitələri yaradıldı. C.Məmmədquluzadənin, Niyazinin, H.Cavidin, N.Nərimanovun ev muzeyləri açıldı.
H.Əliyevin Azerbaycanın inkişafı naminə atdıgı addımları saymaqla bitməz. Əsas odur ki, son nəticə göz qabağındadir. Bir sözlə, zirvələr fatehi Heydər Əliyev ömrü boyu xalq üçün, yurd üçün, dövlət üçün çalışdı. Müstəqil, suveren Azərbaycan Respublikasını yaratdı.. Təhsilimiz, elmimiz dünya təhsil sisteminə inteqrasiya olundu. Ulu Öndər Heydər Əliyev xalqını çox sevdi, xalqının parlaq gələcəyi üçün, bu günkü gəncliyimiz , sabahkı tariximiz üçün təməl binası qurdu.Azərbaycan xalqı da dünyaya Heydər Əliyev kimi dahi bəxş etdiyi üçün qürurlanır. Ulu öndərdən bizə çox yadigar qalıb. Ən dəyərlisi isə «Yol» dur. Böyük Heydər Əliyev yolu. Bu yolun yolçuları vətənə, xalqa sədaqəti məhz ondan öyrənirlər.
Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxtlərdəndir. Fikrimi Dahi rəhbərin sözləri ilə yekunlaşdırmaq istəyirəm. O, vaxtilə demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam». O, doğrudan da həmişə bizimlə olacaq. Nağıllarda, dastanlarda, şeirlərdə, nəğmələrdə, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalır. Onun ən böyük abidəsi isə xalqın ürəyindədir!

Похожие статьи

  • Azərbaycan tarixi esrin muqavilesi

    Srin müqaviləsi Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP – 30,37%; AzACG (SOCAR) – 25%, “Chevron” – 9,57%,…

  • Azərbaycan tarixi bdu

    Bakı Dövlət Universiteti Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil…

  • Azərbaycan tarixi 7 cilddə 1-ci cild

    AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…

  • Azərbaycan respublikasının tarixi

    Yaranma tarixi Burda hər daşın altında bir tarix var. Hər bir abidə tarixin ayrı-ayrı səhifələrindən xəbər verir. Gəzdikcə, gördükcə, oxuduqca nə isə…

  • Azərbaycan qeyri-maddi tarixi

    Azərbaycan qeyri-maddi tarixi (d) təbiətə və kainata aid bilik və təcrübələr; Azərbaycan qeyri-maddi tarixi Azərbaycan Respublikasının Milli Məclisi…

Comments are closed, but trackbacks and pingbacks are open.