Press "Enter" to skip to content

Virusa qalib gəlmək üçün hər kəs özünün həkimi olmalı və orqanizminin müdafiə qabiliyyətini artırmalıdır

– Tövsiyə edirəm ki, insanlar vaksinasiyadan çəkinməsinlər. Bu, elmi əsaslandırılmış məsələdir. Dövlətə dəstək olaraq, vətəndaşlarımız vaksinasiya olunsunlar. Eyni zamanda, vaksinasiyadan sonra rahatlaşmasınlar.

Ukrayna

Azərbaycan dünyada koronavirus əleyhinə peyvəndin tətbiq olunduğu ilk ölkələr sırasında yer alır. Hələ ötən ilin yayından vaksinlə bağlı araşdırmaların gündəmə gəldiyi zaman Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunan peyvəndlərin Azərbaycana gətirilməsi üçün bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Eyni zamanda beynəlxalq təşkilatlarla bu istiqamətdə danışıqlar aparılıb və Azərbaycan peyvəndi əldə etmək üçün COVAX platformasına qoşulan ilk dövlətlərdən biri olub.

Zamanında görülmüş tədbirlər nəticəsində Çin Xalq Respublikasının “Sinovac” şirkətinin istehsal etdiyi və klinik sınaq mərhələlərini uğurla keçən “CoronaVac” vaksininin ilk partiyası cari ilin əvvəlində ölkəmizə gətirilib. Yanvarın 18-dən vaksinasiya strategiyasına uyğun olaraq peyvəndləməyə start verilib.

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya başlanılan ilk gündən (yanvarın 18-dən) indiyədək 2 702 023 nəfər peyvənd olunub. Ölkə üzrə birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 953 988 nəfərdir.

Hazırda bütün ölkə üzrə xəstəxana və polklinikalarda “CoronaVac”la yanaşı, İngiltərənin Oxford universitetinin istehsalı olan “Vaxzevria” (AstraZeneca), Rusiya istehsalı “Sputnik V” və Biontech/Pfizer peyvəndləri vətəndaşlara təklif edilir. Azərbaycan vətəndaşları könüllü şəkildə peyvəndlərdən birini seçib, vaksinasiyadan keçə bilərlər. Ümumilikdə Azərbaycan eyni anda 4 peyvəndin tətbiq olunduğunu nadir ölkələrdən biridir. Vətəndaşların COVID-19-a qarşı peyvənd olunması üçün hər bir şərait yaradılıb. Vaksinasiya tamamilə pulsuz həyata keçirilir.

Bəs bu peyvəndlər nə ilə fərqlənirlər?

Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksini inaktiv peyvənddir. Bu, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən ibarətdir. Peyvəndin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. Vaksinin Türkiyədə və bir sıra digər ölkələrdə aparılan üçüncü sınaqlarına əsasən effektivliyi 91,25 faiz civarındadır. Həmçinin peyvənd olunan şəxslər koronavirusa yoluxsa da xəstəliyi yüngül keçirir, onlar arasında ağırlaşma və ölüm halları qeydə alınmır. Sözügedən vaksin 2 dozada vurulur.

“AstraZeneca” şirkətinin vaksini “Vaccitech” şirkəti ilə birlikdə Oxford Universiteti tərəfindən hazırlanıb. Oxford peyvəndi şimpanzeləri yoluxdurmaq üçün istifadə olunan genetik cəhətdən dəyişdirilmiş ümumi soyuqdəymə virusundan hazırlanıb. Aparılan genişmiqyaslı sınaqlar göstərir ki, “AstraZeneca” vaksini COVID-19 simptomlarını inkişaf etdirən insanlarda xəstəliyi dayandırmaqda yüksək dərəcədə təsirlidir. Bəzi məlumatlarda bu peyvəndin 79 faiz effektiv olduğu deyilsə də, tədqiqatçılar təkmilləşdirməklə bu rəqəmin 90 faizə qədər çatdırıla biləcəyini söyləyirlər.

Azərbaycanda tətbiq olunan digər vaksin Rusiya istehsalı “Sputnik V”dir. Qonşu ölkədə ərsəyə gətirilən vektor peyvəndinin effektivliyi 90 faizdən yuxarı qiymətləndirilir. Peyvəndin tərkibində koronavirus yoxdur və özündə insan adenovirus zərrələrinin hissələrini daşıyır, hansı ki, onlarda koronavirusun zərf proteinini – S-in zülalları var, onlar da immunitet yaradır. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız “Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir.

“BioNTech/Pfizer” Azərbaycanda vaksinasiya üçün istifadə edilən sayca 4-cü peyvənddir. Bu həftədən istifadəsinə başlanılan peyvəndin COVID-19 xəstəliyini keçirməyən insanlarda infeksiyanın qarşısını almaqda 95 faiz effektiv olduğu qeyd edilir. Aktiv tərkib hissəsi dustinginameran maddəsidir. Peyvəndin ümumi yan təsirləri demək olar ki, yoxdur. Peyvənddən sonra iynə vurulan yerdə yüngül ağrı, zəiflik və baş ağrısı ola bilər ki, bu da təbii prosesdir. Sözügedən peyvənd mənfi 70 dərəcə temperaturda saxlanılır.

“AstraZeneca” peyvəndindən başqa digər 3 peyvənd Azərbaycanda 18 yaşdan yuxarı bütün şəxslərə tətbiq edilir. Yalnız “AstraZeneca” peyvəndinin 60 yaşdan yuxarı şəxslərə vurulmasına icazə verilir.

Bu günə kimi hər 4 peyvəndi vurduran şəxslərdə ciddi ağırlaşma, yan təsirlər və əks-reaksiyalar qeydə alınmayıb. Peyvəndin hər iki dozasını qəbul edənlər vaksinasiyadan sonra hər hansı ciddi problem yaşamadıqlarını deyirlər. Yalnız yüngül ağrı, zəiflik və baş ağırısı bütün peyvəndlərdə ola bilər və bu da bir müddətdən sonra itir.

Həkim-infeksionist Vüqar Cavadzadə Azvision.az -a bildirib ki, Azərbaycanda istifadə edilən hər 4 vaksin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib və istifadəsinə razılıq verilib.

Onun fikrincə, həmin vaksinlərin hazırlanma texnologiyası fərqli olsa da, məqsədləri eynidir – insan orqanizmində suni immunitet yaradılır:

““CoronaVac” ənənəvi üsulla hazırlanmış inaktiv vaksindir. Burada virus kimyəvi, fiziki amillərin təsiri nəticəsində ölür, amma antigen xüsusiyyəti saxlanılır. “Sputnik V” vaksinində virusun antigen hissəsi insan adenovirusun üzərinə yerləşdirilir. Bu vektor texnologiyası əsasında hazırlanan vaksindir. Eyni zamanda, “AstraZeneca” vaksini vektor texnologiyalası ilə hazırlanır. Pfizer vaksini mRNT (messenger-məlumat RNT) üsuli ilə hazırlanılır. Həmin vaksinin hazırlanma texnologiyası mürəkkəb olmaqla yanaşı, saxlanma texnologiyası da çətindir. Vaksin mənfi 70 dərəcə temperaturda saxlanılmalıdır. Hər vaksin 18 yaşdan yuxarı şəxslərə vurula bilər. Vaksinlərin məqsədləri eynidir. Fərqlər hazırlanma texnologiyası ilə yanaşı onların qiymətlərində ola bilər”.

Vətəndaşlar hansı peyvəndə üstünlük verir?

40 yaşlı Elxan Quliyev “CoronaVac” vaksini ilə peyvənd olunub. O, vaksinasiyadan sonra heç bir problemlə üzləşmədiyini deyir:

“Bizi əhatə edən şəxsləri və ölkə vətəndaşlarını qorumaq üçün vaksin vacibdir. Özümü yaxşı hiss edirəm. İlk dozanı qəbul edəndə heç bir problem yaşanmadı, indi də yaxşıyam. İnsanlara tövsiyə edirəm ki, hər kəs peyvənd olunsun. Çünki biz təkcə özümüzə yox, yaxınlarımıza, valideynlərimizə görə də məsuliyyət daşıyırıq. Özümüzü qorusaq, ətrafdakılarımızı da qorumuş olarıq”.

“Sputnik V” vaksinini vurduran Teymur İsrafilov peyvənddən sonra özünü yaxşı hiss etdiyini və narahatlıq yaşamadığını söyləyib: “Hazırda yaxşıyam. Deyilənə görə, bu, vaksinin effektliyi və təhlükəsizliyi yüksək səviyyədədir. İndi özümü daha yaxşı hiss edirəm. Məncə, xəstəlikdən xilas olmaq üçün hamı vaksinasiyadan keçməlidir”.

“Pfizer”lə vaksinasiyadan keçən vətəndaş Samirə Abdullayeva peyvəndin effektiv olduğunu bildirib. O, vaksindən sonra problemlə üzləşmədiyini deyib: “Vaksinin xəstəlikdən qorunmaq üçün vacib və təhlükəsiz olduğunu düşünürəm”.

Alimlər vaksinləri bəşər tarixinin ən böyük kəşfi sayırlar. Belə ki, dünyada müxtəlif zamanlarda yaranan infeksion xəstələliklərin qarşısı yalnız peyvəndlər nəticəsində alınıb. Bu gün bütün ölkələr COVID-19 infeksiyası ilə mübariz aparır. Dünyada xəstəlikdən ölənlərin sayı 3,8 min nəfərə çatır. Ağırlaşmaların və ölümlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür, lakin virusdan qurtulmaq üçün yeganə çıxış yolu vaksinasiyadır. Dünyanı cənginə alan bəlaya peyvənd olunmaqda qalib gəlmək mümkündür. Ona görə də hər birimiz bu məsuliyyəti dərk edib, yaxınlarımızın, sevdiklərimizin sağlamlığı naminə peyvənd olunmalıyıq.

Virusa qalib gəlmək üçün hər kəs özünün həkimi olmalı və orqanizminin müdafiə qabiliyyətini artırmalıdır

Yay aylarına qədəm qoyuruq. Mövsüm dəyişiklikləri ilə bağlı bir sıra xəstəliklər də baş qaldırır. Qəribədir ki, adətən soyuq aylarda aktuallaşan xəstəliklər ilin digər dövrlərində də müşahidə edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mövsüm dəyişiklikləri zamanı baş verən xəstəliklər barədə sualları Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının kafedra müdiri, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitasiya Elmi Cəmiyyətinin prezidenti, professor Amaliya Əyyubova cavablandırıb.

– Məlumdur ki, son vaxtlar əksər xəstəliklərin mənbəyi virus infeksiyalarıdır. Mövsüm dəyişiklikləri zamanı bu tip xəstəliklərə, xüsusilə qripə uşaqlarda daha çox rast gəlinir. Həmin infeksiyadan qorunmaq üçün nə etmək lazımdır?

– Ümumiyyətlə, son illər virusların sayı həddən artıq çoxalıb. Nümunə üçün deyə bilərəm ki, 20 il bundan əvvəl həkimlərimizin 30 virus haqqında məlumatı var idisə, indi onların sayı 500-ə qalxıb. Virusların elə müxtəlif növləri əmələ gəlib ki, bəzən həkimlər adlarını belə bilmirlər. Onların ən dəhşətli xüsusiyyəti ondan ibarətdir ki, çox asanlıqla inkişaf edir və yayılır. Məsələn, bir insan asqırdısa, o, 50 min nəfəri, o cümlədən də uşaqları yoluxdura bilər.

– Bəs nəyə görə bu virus yaz-payız aylarında aktivləşir?

– Ona görə ki, viruslar soyuq havada məhv olmurlar və immuniteti zəif olan uşaqlar tez-tez xəstələnirlər. Belə uşaqlarda istər anadangəlmə, istərsə də sonradan qazanılma immunitet zəif olur. Əlbəttə, virus özü ağır infeksiyadır. Götürək elə koronavirus pandemiyasını. Bizim əvvəllər bu infeksiya haqda demək olar ki, məlumatımız yox idi. Bəlkə də tək-tək hallarda böyüklərdə və ya uşaqlarda olub. Lakin həmin virus haqqında geniş məlumatımız olmadığına və alimlər bu virus barədə öz sözünü demədiyinə görə biz də bilməmişik. Fikir vermisinizsə, bəzi insanlar deyirlər ki, bəlkə də məndə koronavirus olub, bilməmişəm və ayaqüstü keçirmişəm. Çünki ədəbiyyatda bu virusun adı olsa da, həkimlərin praktiki məlumatı olmayıb. Ancaq necə dəhşətli bir virusdur ki, bütün dünyanı bürüyüb. Qripi çox görmüşük, onun epidemiyası da olub. Vaxtilə ən çox qış aylarında insanlar ona tutulurdu, hətta işə çıxa bilmirdi, uşaqlar məktəbdən qalırdı. Lakin bu dərəcədə olmurdu. Deyək ki, əvvəllər qripdən nadir hallarda adamlar ölə bilərdi. Bunlar da adətən elə uşaqlar olurdu ki, xroniki və yaxud irsi xəstəliyi vardı. Ancaq indi vəziyyət tamam başqadır. Ona görə də tibbin ən birinci vəzifəsi profilaktik tədbirlər görməkdir. Bu mənada, ilk sırada gigiyenik qaydalara əməl etməkdir. Yadınızdadırsa, pandemiyadan öncə də virusa yoluxanlara deyirdik ki, maska taxın. Maska müəyyən qədər virusun ətrafa yayılmasının qarşısını alırdı. Qrip olanlar ev şəraitində müalicə alırdı, başqaları ilə kontaktda olmurdular.

– Hazırkı pandemiyadan öncə həmin viruslara qarşı hansı dərmanlardan istifadə edilirdi?

– Əlbəttə ki, qripin də vaksinasiyası var. Əvvəllər ölkəmizə Rusiyadan və digər ölkələrdən vaksinlər gətirilirdi. Biz tez-tez xəstələnən uşaqlara qripə qarşı 6 aydan bir bu vaksinləri vururduq. Hətta valideynlər maraqlanırdılar ki, növbəti vaksinlər nə vaxt gələcək. Yəni uşaqlar bu vəziyyətdə bir dəfə də xəstələnməzdi. Ancaq vaksin vurulmayan uşaqlar 2-3 aydan bir xəstələnirdi. İndi baxın, fərq nə qədərdir. Əlbəttə, hər bir infeksiya uşaqlara mənfi təsir göstərir. Onlar inkişafdan geri qalır, immunitetləri zəifləyir. Hələ o zamandan anaferon və erqaferon dərmanları var ki, bunlar həm müalicə, həm də profilaktik cəhətdən daha məsləhətli idi. Həmin dərmanlardan istifadə edənlər ya qripə heç tutulmurlar, ya da xəstəliyi yüngül keçirirlər. Bunlar sınaqdan çıxmış preparatlardır. Heç bir fəsad vermir və biz indi də onlardan çox geniş istifadə edirik. Hətta həkimlər koronavirusun da yüngül keçirilməsində bu preparatları məsləhət görürlər. Başqa dərmanlar da var, məsələn, armidol. Eyni zamanda, mən həmişə həkimlərə və tələbələrimə deyirəm ki, heç bir dərmanın 100 faizlik təsiri yoxdur. Ancaq dərmanlar virusların müəyyən qədər qarşısını alır və müsbət nəticəsini də görürük.

– Əvvəllər adətən qış aylarında qrip baş qaldırırdı, indi bəzən yayda da ona yoluxanlar olur.

– Düzdür. Biz də əvvəllər fikirləşirdik ki, bunlar fəsil xəstəliyidir. Ancaq alimlər son zamanlar sübut elədi ki, viruslar il boyu havada var. Lakin soyuq havalarda böyük miqdarda olursa, isti aylarda da tək-tək hallarda rast gəlinə bilər.

– Qripə qarşı hansı profilaktik tədbirləri görmək lazımdır?

– İnsanları maarifləndirmək vacib şərtlərdən biridir. Bəzən olur ki, insanlar həkim deyənə inanmırlar, ona riayət eləmirlər. Zəiflik, halsızlıq, qızdırma xəstəni narahat edir. Ən böyük səhv isə odur ki, qripə tutulmuş şəxslər evdə qalaraq, müvafiq müalicə almaq əvəzinə, öskürə-öskürə, burnu axa-axa işə getməkdə davam edir və yol boyunca ətrafındakıları da infeksiyaya yoluxdururlar.

Ümumiyyətlə, xəstəlikdən qorunmaq üçün gigiyena və geyim qaydalarına düzgün əməl edilməli və qidalanmaya ciddi riayət olunmalıdır. Virusa qalib gəlmək üçün hər bir insan, necə deyərlər, özünün həkimi olmalı və orqanizminin müdafiə qabiliyyətini artırmalıdır. Vitaminlərlə zəngin olan meyvə-tərəvəzlərdən istifadə etmək, əlləri tez-tez yumaq, qızdırma olduqda isə, yüngül qidalara üstünlük vermək lazımdır. Amma bütün mübarizə tədbirlərinə baxmayaraq, əgər xəstə qripi ağır keçirirsə, o zaman təcili yardım stansiyasına və ya ərazi poliklinika həkiminə müraciət olunmalı və müvafiq müalicə tədbirləri həyata keçirilməlidir.

Milli.Az

“Virusa qalib gələnə qədər bütün qaydalara əməl etməliyik” – Eyyub Hüseynov

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Teleqraf.com -un suallarını cavablandırıb.

– Eyyub müəllim, Çində 4 836 dondurmadan götürülən test nümunələrində COVID-19 virusu aşkarlanıb. Virusun qidalar vasitəsilə orqanizmə keçməsi barədə yeni elmi məlumatlar varmı?

– İstər qidalarla, istərsə də hər hansı bir cisim vasitəsilə koronavirus bir yerdən digərinə hərəkət edə bilir. Məlumdur ki, virus nəfəs yolu ilə yayılır. Koronavirus soyuğa davamlıdır, bu səbəbdən dondurma vasitəsilə insan orqanizminə keçmə ehtimalı yüksəkdir.

Ümumiyyətlə, koronavirus haqqında biliklər azdır. Bu səbəbdən, mümkün qədər ehtiyatlı olmaq və qorunmaq lazımdır.

– Bişirilmiş qidalar necə.

– Bişirilmiş hazır qidalardan da virusun keçməsi istisna olunmur. Bir qisim qidalar var ki, istehsal prosesində bişirilmə zamanı içinə virus düşə bilər. Lakin marketdən alınan məhsul evdə yüksək temperaturdan bişirilsə, belə bir təhlükə aradan qalxar.

– Amma ilkin ehtimallarda virusun yarasa şorbasından yayıldığı qeyd olunurdu.

– Təbii, bu ola bilər. Çünki virusun mənbəyi və yayılma xüsusiyyətləri barədə hələ ki birmənalı məlumatlar əldə olunmayıb.

– Bu gün pandemiya səbəbilə insanlar onlayn alış-verişə üz tutublar. Xaricdən alınan məhsullar vasitəsilə virusa keçmə ehtimalı varmı?

– Qeyd etdiyimiz kimi, virus bir çox vasitələrlə yayıla bilər. O cümlədən, malların üzərində, marketdə alış-veriş etdiyimiz zaman plastik torbalarla viruslar evə daxil ola bilər.

– Ölkəmizdə vaksinasiya başlayıb, vətəndaşlara tövsiyəniz varmı?

– Tövsiyə edirəm ki, insanlar vaksinasiyadan çəkinməsinlər. Bu, elmi əsaslandırılmış məsələdir. Dövlətə dəstək olaraq, vətəndaşlarımız vaksinasiya olunsunlar. Eyni zamanda, vaksinasiyadan sonra rahatlaşmasınlar.

Virusa qalib gələnə qədər bütün qaydalara əməl etmək vacibdir. Çünki virusun elmə məlum olmayan yayılma, mutasiya kimi xüsusiyyətləri var. Mümkün qədər soyuqdan qorunsunlar. Bu virus adi qriplə birlikdə də orqanizmə daxil olur.

Comments are closed, but trackbacks and pingbacks are open.