BDU-nun nəşr etdiyi “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimatı keçirilib (FOTO)
Qeyd olunub ki, kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir. Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu – müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir. BDU-nun nəşr etdiyi bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır.
Bdu azərbaycan tarixi
İyunun 8-də Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdiyi ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə moderatorluq edən akademik Rafael Hüseynov bildirib ki, təqdimat mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Bir xalqın tarixində onun istiqlalı ən mühüm məsələdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyətin qurucuları çox istəyirdilər ki, istiqlalımız əbədi olsun. Lakin Cümhuriyyət hökuməti cəmi 23 il yaşadı. 70 il Azərbaycan xalqı müstəqillik həsrəti ilə yaşadı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması 1993-cü ildə respublikanın siyasi rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün oldu. Rafael Hüseynov Azərbaycanın bu gün dünyada nüfuz qazanmasında Prezident İlham Əliyevin fəaliyyətini xüsusi vurğulayıb.
Akademik Rafael Hüseynov təqdimatı keçirilən kitabların ərsəyə gəlməsini Bakı Dövlət Universitetinin böyük uğuru kimi dəyərləndirib.
Tədbirdə çıxış edən BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev ümummilli lider Heydər Əliyevin məzunu olmağı ilə daim fəxr etdiyi Bakı Dövlət Universitetinin hazırlayıb ərsəyə gətirdiyi “Azərbaycan Respublikasının tarixi” kitabının təqdimat mərasiminin iştirakçılarını salamlayıb. Rektor müstəqil Azərbaycan Respublikasının tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən bu kitabın elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əmin olduğunu bildirib.
Qeyd edilib ki, kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir. Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu – müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir. BDU-nun nəşr etdiyi bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır.
Təhsil nazirinin müavini Firudin Qurbanov kitabların təqdimatını ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, müasir Azərbaycanın tarixi vətəndaşların, xüsusən gənclərin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bir ildən bir qədər çoxdur ki, Azərbaycan tarixi Qələbə qazanıb, torpaqlarını işğaldan azad edib. Bütün bunların kitabda yer alması, gənclərin bunları öyrənməsi vacibdir. Kitabın müəllifi professor Musa Qasımlının Azərbaycanın son 30 illik tarixinin şahidi və iştirakçısı olması çox önəmlidir. Bu, hadisələrin düzgün sistemli işıqlandırılmasına imkan yaradıb. Kitabın gənclərin vətənpərvərlik ruhunda formalaşmasında böyük rolu olacaq.
Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxışında qeyd edib ki, təqdimatı keçirilən kitablar Azərbaycanın son 30 illik tarixini əks etdirən dəyərli əsərdir. Bu əsərdə, həmçinin müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlıq dövründən bu mühüm sənədin qəbul olunmasına qədər bütün məsələlər ətraflı tədqiq edilib. İnsan hüquq və azadlıqlarının qorunması sahəsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov və başqaları çıxış ediblər.
BDU-nun nəşr etdiyi “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimatı keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdiyi iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə əvvəlcə Dövlət himni səsləndirilib. Daha sonra Azərbaycanın azadlığı və müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev Ümummilli lider Heydər Əliyevin məzunu olmağı ilə daim fəxr etdiyi Bakı Dövlət Universitetinin hazırlayıb ərsəyə gətirdiyi “Azərbaycan Respublikasının tarixi” kitabının təqdimat mərasiminin iştirakçılarını salamlayıb. Əmin olduğunu bildirib ki, müstəqil Azərbaycan Respublikasının tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən kitab elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacaq.
Qeyd olunub ki, kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir. Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu – müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir. BDU-nun nəşr etdiyi bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır.
Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Adil Əliyev, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, BDU-nun kafedra müdiri Hicran Hüseynova, BDU-nun professoru, akademik Rafael Hüseynov, Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri, akademik Nizami Cəfərov, Milli Məclisin üzvü Hikmət Babaoğlu, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifi, AMEA-nın müxbir üzvü, BDU-nun professoru, Milli Məclisin üzvü Musa Qasımlı çıxış ediblər.
Comments are closed, but trackbacks and pingbacks are open.