Press "Enter" to skip to content

Mark Levi Bəlkə də bu, həqiqətdir PDF

Bütün ömrün boyu doğru bildiklərini etməyə çalışırsan, ancaq digər tərəfdən də anlayırsan ki, çoxlu səhvlərin var”.

KİTAB ADASI

Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…

Bəlkə də bu, həqiqətdir….

“ Bəlkə də bu, həqiqətdir” romanı fransız yazıçı Mark Levinin ilk qələm təcrübəsi olsa da, onun sonrakı illərdə yazdığı əsərlərindən heç də geri qalmır. Əsərin əvvəli hüzünləndirici nağıl, sonu isə təsirli bir romandır…Həyatını xəstələrini sağaltmağa həsr edən Loren bir gün adi bir ehtiyatsızlıqdan qəzaya uğrayaraq komaya düşür.
Lorenin “ruhu”bədənini xəstəxanada qoyub özünü xilas etməyə, axtarmağa gedir. Loren istədiyi hər yerdə ola bilir. O, görünməzdir. Və bir gün keçmişdə yaşadığı evə gəlir və şkafın qapısını açanda Artur onu görür. Artur onu görən yeganə insandır. “İndi sizə deyəcəyim şeyi başa düşmək o qədər də asan deyil, qəbul etmək qeyri-mümkündür, ancaq başıma gələnləri diqqətlə dinləsəniz və mənə etimad göstərsəniz , bəlkə də mənə inanarsınız. Bu isə çox önəmlidir, çünki siz heç özünüz də bilmirsiniz ki , dünyada bunu paylaşa biləcəyim yeganə insansız”

Artur Lorenin danışdıqlarına əvvəl inanmasa da, sonradan ona inanır, kömək etmək üçün hər şeyi edir, hətta ona aşiq olur. Həkimlər Lorenin anasını “komada olan” xəstələrin oyanmasının qeyri-mümkün olduğuna inandırıb evtanaziya etməyə razı salırlar. Bunu bilən Artur Lorenin “bədənini” xəstəxanadan oğurlayıb öz uşaqlığını keçirdiyi doğma evinə aparır.

Roman çox sadə və axıcı üslubda yazılıb. Yazıçı Lorenin dilindən həyatın qədrini bilməyi, onu doyunca yaşamağı, bir yanlışın insanın həyatında nələrə gətirib çıxardığını nəzərə çatdırır. “Əgər həyatın bir ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı sonunda imtahandan kəsilən tələbəyə ver. Həyatın bir ayını uşağını vaxtından əvvəl doğan və onu qucağına ala bilməkj üçün inkubatordan çıxmasını gözləyən andan soruş. Həyatın bir həftəsini ailəsinə çörək pulu qazanmaq üçün zavodda ya da şaxtada işləyən fəhlədən soruş. Həyatın bir gününü bir-biri ilə görüşəcək sevgililərdən soruş. Həyatın bir saatını liftdə qalmış klaustrofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan soruş. Həyat özü bir sehrdir, artur, mən bilirəm nə deyirəm, çünki mən qəzaya düşdüyümdən bəri hər anın dəyərini bilirəm” Mənim üçün romanın ən təsirli hissəsi Arturun anası ilə bağlı olan xatirələridir. Ananın övladının xoşbəxliyi üçün öz xoşbəxtliyini qurban verməsi əsərdə çox gözəl və incə şəkildə işlənib. Əsər nikbin sonluqla bitir. Əsəri 2013-cü ildə “Qanun nəşriyyatı” çap edib. Əsəri Azərbaycan dilinə Minə Candan Raufqızı tərcümə edib. Romanda bir çox cümlə var ki, onları çox bəyəndim və onları sizlərə təqdim edirəm.

Həyatımızdakı şübhə və seçim bizim hisslərimizi titrədən iki gücdür. Heç bir vaxt unutma ki, ancaq bu titrəyişin yaratdığı harmoniya dəyərlidir”.

“Sehrli bank hər birimizdə var: bu zamandır. Xərclənən pullar isə ötən anlardır… Hər səhər oyannada biz bir gün üçün 86 406 saniyə həyat krediti alırıq, axşam yatarkən isə sabaha heç nə qalmır. Bizim gün ərzində xərcləyə bilmədiklərimiz isə itirdiklərimizdir. Hər səhər bu sehr yenidən təkrarlanır. bank istədiyi an bizi xəbərdar etmədən hesabımızı bağlaya bilər;hər an həyat bitə bilər”.

“Sabahkı gün hər kəs üçün bir sirrdir və bu sirr gülüş və arzular doğurmalıdır, nəinki qorxu və hər şeydən imtina”

“Dünənki gün ötdü, sabah isə hələ gəlməyib, dəyərli olan bu gündür, indidir”.

“Qeyri-mümkün olan heç nə yoxdur, sadəcə şüurumuzun sərhərləri bəzi şeyləri içinə sığışdıra bilmir. Tənliyin cavabını tapmaq üçün bərabərlikləri həll etmək lazımdır.Bu, sadəcə, beyin və vaxt məhdudiyyəti məsələsidir”

Uğur bəzən təsadüflərlə bağlıdır”

Bütün ömrün boyu doğru bildiklərini etməyə çalışırsan, ancaq digər tərəfdən də anlayırsan ki, çoxlu səhvlərin var”.

“Bir ananın ölümü yanan kitabxanaya bənzəyir”

“Bəzən uşağın sizə baxışları sizdə o qədər dərin xatirələr oyadır ki, verilmiş sualı cavbsız qoymaq mümkün olmur”

Mark Levi “Bəlkə də bu, həqiqətdir” PDF

Yazıçının “Bəlkə də bu,həqiqətdir”romanı onun ilk əsəridir və yazıçının ilk olaraq məhz bu romanını oxumaq istədim.Romanı bitirməmə baxmayaraq təsirindən hələ də çıxa bilmirəm kaş,bütün bu fantastika,imkansız sevgi gərçək olardı,real həyatda da bu cür hadisələr baş verərdi.Əsərdə gənc və gözəl həkim olan Loren, bir qəza nəticəsində dərin bir komaya girir,bu zaman onun ruhu bədənindən ayrılaraq azad bir şəkildə hərəkət edir.Komaya düşdükdən sonra anası tərəfindən Artur adlı bir memara kirayə verilən evini də tez -tez ziyarət edir.Arturla onun tanışlığı hamam otağındaki geyim şkafından ,qəribə səslərin gəlməsi ilə başlayır .Şkafı açan Arturun Loreni görməsi bir möcüzə idi çünki,Loren bir ruh idi və Arturdan başqa onu heçkim görmürdü .Sonra isə Lorenin ruhu ilə Artur arasında möcüzəvi bir eşq yaranır əsərin əsas hadisələr bundan sonra baş verir Artur yaxın dostunun köməyi ilə Lorənə kömək etməyə başlayır .Roman çox axıcı və maraqlıdır.Yumorun və kədərin çox gözəl sintezi əsərin əsasını təşkil edir.Arturun uşaqlıq xatirələri, anası Lilinin ölümü romana maraq qatan məqamlardandı .Sonluğu isə hədsiz çox sevdim

Aysun Verdiyeva

1961 – Həyatdadır
Mark Levi 1961-ci il oktyabrın 16-da Fransanın Bulon-Bilyankur şəhərində anadan olub.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Mark Levi “Bəlkə də bu, həqiqətdir” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Azərbaycanca.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.