Beşmrtbli evin altıncı mrtbsi
– Baba, iki vur iki neçə edir?
Beşmərtəbəli evin altıncı mərtəbəsi (roman)
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” — 1974–1978-ci illərdə Azərbaycanını görkəmli yazıçısı Anar tərəfindən yazılmış roman. Yazıçı bu əsəri böyük ədib Cəlil Məmmədquluzadənin əziz xatirəsinə ithaf edərək qələmə almışdır. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabına “Ağ liman” povesti və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı daxildir. Oxucuların diqqətini maraqla cəlb edən bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr olumuşdur. 2004-cü ildə Günel Anarqızının yazdığı “Altıncı” povesti bir növ bu iki əsərin davamı kimi görünsə də, bu mövzuları tamamilə yeni, gözlənilməz və çağdaş bucaqdan işıqlandırır.
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” | |
---|---|
Janr | roman |
Müəllif | Anar |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1974–1978 |
Əvvəlki | Ağ liman (roman) |
Qısa məzmunu Redaktə
Ağ liman Bu povestdə əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur. Mənəvi boşluq damğalanır.
Beşmərtəbəli evin altıncı mərtəbəsi Bir növ “Ağ liman” povestinin davamı olsa da, müstəqil əsərdir. “Ağ liman”da da olan Təhminə və Zaur bu romanın mərkəzində dayanırlar. Əsərdə onların məhəbbətindən, həqiqi hissin qorunub saxlanılmasının vacibliyindən söz açılır.
Xarici keçidlər Redaktə
- Anarın rəsmi saytıArxivləşdirilib 2013-01-16 at the Wayback Machine
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (kirilcə) [ölü keçid]
- Anarın əsərləriArxivləşdirilib 2007-01-25 at the Wayback Machine
Beşmrtbli evin altıncı mrtbsi
Əgər xalq yazıçısı Anarın bu əsəri sovet vaxtı yox, bu gün çıxsaydı, deyərdim ki, yəqin oxucu cəlb etmək üçün belə maraqlı ad qoyulub. İçini oxumamışdan bu cür qərar verərdim. Çünki ad vacib məsələdir. Əsər də insan kimidir. Paltarına görə qəbul edirlər, ağlına görə yola salırlar.
Məzmunu yox, adı baxımından mən bu əsəri fantastik əsərlər sırasına daxil edərdim. “Sehrli xalat”, “Kapitan Nemo” filmlərində maraqla baxdığımız, sanki bir xülya olan sualtı gəmi, kosmosa uçuş, çəkib o saat da göstərən kamera, daha nələr, nələr bu gün sadəcə reallıqdır. Hətta köhnəlib desəm, yanılmaram. Hər ölkə bu fantastik əsərlərdən özü bildiyi kimi yararlanıb. Yeni ixtiralar edib. Bu xəbərlər də Azərbaycana indi-indi gəlib çatıb. Yazıçı Anar da axır ki, Azərbaycanın inşaat sektoruna öz töhfələrini verib desəm, yanılmaram.
Uçan xalça çoxdan reallaşıb – təyyarəyə dönüb. Sehrli güzgü – AzTV-yə. Ən nəhayət “Beşmərtəbəli evin altıncı mərtəbəsi” düşüb yadlarına. Nə edək, nə edək, gəlin yazıçı Anarın bu əsərini, daha doğrusu əsərinin adını fantastikadan reallığa çevirək. Fantastika janrında yazanlar öz xülyalarının reallığa necə çevrildiyini görmədi, heç olmasa Anar görüb şad olsun. Dünya miqyasında ilk olsun. Şəhərin küçələrində gəzdikcə fəxrlə desin: “Ədəbiyyat inkişafın lokomotividir”.
Bu məqsədlə ilk növbədə müxtəlif institutlar məsələyə cəlb ediliblər. Hesablamalar aparılıb. Qərara alınıb ki, beşmərtəbəli evlərin bünövrə ətrafları “kruqovoy” qazılsın. Yeni bünövrə tökülsün. Düz beşinci mərtəbəyədək dəmir-beton dayaqlar qaldırılsın. Və əsərdə də deyilən kimi, 50 ildir beşmərtəbəli olan evin altıncı mərtəbəsi qaldırılsın. Sonra bir az da irəli gediblər. Üçmərtəbəli sökük-salxaq binaları da bu minvalla dörd-beş mərtəbəli ediblər.
Deyəcəksiniz ki, sovet dövründə də bu cür eksperimentlər vardı. Qədimi, ikimərtəbəli klassik evlərin də üstünə sonradan bir-iki mərtəbə artırırdılar. Amma mövzudan kənara çıxmaq istəməzdim. Axı, söhbət Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərindən gedir. Axı, o dövrdə altıncı mərtəbələr görsənməsə də, müasir zamanda bu da görsənməyə başlayıb. Həm əsli, həm də məcazi. Hətta altıncı mərtəbəni ağ aqalayla elə bəzəyirlər ki, heç beşinci mərtəbəyə baxmaq istəmirsən. Beşinci mərtəbələr çoxdan dəbdən düşüb.
İnşaatçılarımız bununla görəsən nəyə nail oldular? Birinci sübut etdilər ki, Anar hələ 30-40 il əvvəl Bakımızın bu gününü görübmüş. Sovet azərbaycanlısına fantastika kimi görünən bu əsərin özü də, adı da artıq reallıqdır. İnşaatçıların ikinci addımları isə daha möhtəşəm oldu. Fikirləşdilər ki, axı niyə biz bu addımları atmalıyıq, əziyyət çəkməliyik, amma yazıçının əsəri bir daha gündəmə gəlməlidir? Əziyyət çəkən biz, adı çəkilən Anar. Ona görə də başladılar yeniliklərə imza atmağa. Məsələn ev 16 mərtəbədir. Amma qıraqdan saymağa başlayırsan 18 edir. Yaxud 19 mərtəbədir, qıraqdan sayırsan, görürsən ki, 21 mərtəbəlidir.
Yazıçı Anar bu dəqiqə bir çox gənc yazıçının ustadıdır. Onlar da ustadlarına oxşayıb axı nə yazsınlar? 16 mərtəbəli evin 17-ci mərtəbəsi? Yox, bu artıq var. 16 mərtəbəli evin 18-ci mərtəbəsi? O da var. 19, 20 hələ axtarsan 21 də var.
Hörmətli inşaatçılar, axı adam bu qədər də qansız olmaz? Ofis, mağaza üçün ayrılan 2,3,4, mərtəbəni evin mərtəbə hesabına qatmırsınız, hələ mansardları demirəm. Nəticədə çörək qazanırsınız, qazandırırsınız. Sonda isə yaranmaqda olan fantastik janr yazıçılar nəslini beşiyindəcə boğursunuz. Əgər o da varsa.
Bu dəm nəvəm mənə yaxınlaşır.
– Baba, iki vur iki neçə edir?
– Nə deyim, ay bala. Biz oxuyanda, sovet vaxtı dörd edirdi. Amma indi lazım olsa, beş də ola bilər, altı da, yeddi də. Amma sən dörd yaz. Yoxsa “2” alarsan. Böyüyəndə, işləyəndə, əlin çörəyə çatanda beş, altı, yeddi də yazarsan. Həyatda riyazi qanunlar keçmir. Yoxsa ac qalarsan.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” Özbəkistanda
Özbəkistanda Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı özbək dilində təkrar olaraq “Yanqi asr avlodi” nəşriyyatında kiril, “Global Books” nəşriyyatında latın qrafikası ilə çap olunub.
Kitab məşhur şair və tərcüməçi, mərhum Usman Kuçkar tərəfindən orijinaldan çevrilmişdi.
U.Kuçkar uzun illər Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edib. O, Xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə” romanlarını, “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı” povestlərini, Anarın “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib və vaxtilə Daşkənddə ayrıca kitab kimi çap olunub.
Son Yazılar
- Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)
- 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
- 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
- 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
- Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Təqvim
BE | ÇA | Ç | CA | C | Ş | B |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Son Yazılar
- Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart) 12 Mart 2023
- 14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü 12 Mart 2023
- 12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü 12 Mart 2023
- 12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü 12 Mart 2023
- Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb 11 Mart 2023
- “Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq 11 Mart 2023
- “Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO 11 Mart 2023
- UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb 11 Mart 2023
- Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub 11 Mart 2023
- Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü… – NARGİS 10 Mart 2023
- Nargis.”ZERO. ” 10 Mart 2023
- Gülnar SƏMA.”Fədakarlığı örnək qadınlarımız” 10 Mart 2023
- İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti” 10 Mart 2023
- Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək 10 Mart 2023
- Milli Kulinariya Mərkəzi loqosunu yeniləyib 10 Mart 2023
- Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı olub 10 Mart 2023
- Gənc xanım yazar Şəhanə Müşfiqin “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçiriləcək 10 Mart 2023
- Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub – 10 Mart 2023
- TÜRKSOY Yazarlar Birliyi yaradıldı 10 Mart 2023
- TÜRKSOY-un 30 illiyi münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi elan edilir 10 Mart 2023
Comments are closed, but trackbacks and pingbacks are open.