Press "Enter" to skip to content

Beynelxalq inteqrasiya

İnstitutun şöbə müdiri Gülnarə Nağıbəyova “OLAP texnologiyaları: konseptual əsasları, problemləri, inkişaf tendensiyaları və xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən informasiya-analitik sistemlərdə tətbiqi” adlı məruzəsində OLAP-ın (Online Analytical Processing) meydana gəlmə zəruriyyəti, konseptual əsasları, təsnifatı, problemləri, tətbiqi və inkişaf tendensiyalarından danışmış, verilənlərin onlayn rejimlə analitik emalının – OLAP texnologiyalarının əsas komponenti olan Verilənlər anbarı haqqında ətraflı məlumat vermişdir.

Kayzen

9.1. AB iqtisadiyyatının inkişafının müasir tendensiyaları

  • Xarici ölkələrin maliyyə-kredit sistemi
  • 25 aprel 2010, 09:58

Dünya birliyində geosiyası və iqtisadi hökmranlıq uğrunda rəqabət mübarizəsi ən çox Birləşmiş Ştatlarla Qərbi Avropa arasındadır. Ayrı-ayrı ölkələrin – AB üzvlərinin (AFR, Fransa, Böyük Britaniya və Italiya) maliyyə-kredit sistemlərinin ana­lizi Avropanın inteq­rasiya birliyinin əsas struktur elementlərinin xüsusiy­yətlərini müəyyənləşdirməyə imkan verir. Lakin Avropa Birliyi bir çox hallarda dünya maliyyə bazarında özünün institusional və hüquqi formaları olan müstəqil iştirakçı kimi çıxış edir. Həm də beynəlxalq iqtisadi münasibətlər sistemində ayrı-ayrı Avropa döv­lətlərinin rollarının minimallaşdırılması tenden­siyası nəzərə çarpır. Bu ölkələr arasında iqtisadi, hüquqi və digər sər­hədlərin silinməsi isə nəticədə onun vahid maliyyə-kredit sistemi olan bir dövlət kimi nəzərdən keçirilməsinə gətirib çıxarır.

Beynelxalq inteqrasiya

AMEA İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, institutda keçirilmiş növbəti elmi seminar alimlərin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayacaqdır. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat vermişdir.

Seminarın əhəmiyyətini vurğulayan alim institutda fəaliyyət göstərən alim və mütəxəssislərin elmi məqalələrinin “Tomson Reyestr” tərəfindən müəyyənləşdirilmiş istinad indeksli beynəlxalq jurnallarda nəşr olunması və yüksək elmi nəticələrin əldə edilməsi üçün tədqiqatların IEEE (Institute of Electrical and Electronics Engineers), ACM (Association for Computing Machinery) kimi nüfuzlu beynəlxalq təşkilatların tələblərinə uyğun aparılmasının İTİ qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirmişdir. Beynəlxalq elmi mühitə uyğunlaşmağın müasir dövrün vacib tələblərindən olduğunu bildirən professor fundamental məqalələrin hazırlanması, əldə olunan biliklərin paylanması, mövcud problemlərin dünya üzrə vəziyyətinin dərindən araşdırılması məsələlərinin vacibliyindən söhbət açmışdır.

İnstitutun şöbə müdiri Gülnarə Nağıbəyova “OLAP texnologiyaları: konseptual əsasları, problemləri, inkişaf tendensiyaları və xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən informasiya-analitik sistemlərdə tətbiqi” adlı məruzəsində OLAP-ın (Online Analytical Processing) meydana gəlmə zəruriyyəti, konseptual əsasları, təsnifatı, problemləri, tətbiqi və inkişaf tendensiyalarından danışmış, verilənlərin onlayn rejimlə analitik emalının – OLAP texnologiyalarının əsas komponenti olan Verilənlər anbarı haqqında ətraflı məlumat vermişdir.

Şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Vüqar Musayev “IEEE və ACM cəmiyyətlərinin imkanları haqqında” məruzəsində IEEE təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat vermiş, dünyanın 160 ölkəsindən 400 minə yaxın üzvü olduğunu bildirmişdir. O, 1947-ci ildən fəaliyyət göstərən və 100 ölkədən 100 minə yaxın üzvü olan ACM beynəlxalq cəmiyyətinin, əsasən, kompyuter elmləri və informatikanın müxtəlif sahələri üzrə ixtisaslaşdığını vurğulayaraq IEEE və ACM-in elmi konfranslarının imkan və üstünlüklərindən, abunəlik məsələlərindən, hər iki təşkilatın rəqəmsal kitabxanaları, elmi cəmiyyətləri, elmi jurnalları, regional qurumları, onlayn kursları və sertifikatları haqqında danışmış, həmçinin AMEA İTİ-nin bu təşkilatlarla uzun müddətdir ki, əməkdaşlıq etdiyini qeyd etmişdir.

Məruzələr ətrafında müzakirələrdən sonra çoxsaylı suallar cavablandırılmış, rəy və təkliflər bildirilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.