Press "Enter" to skip to content

Beynelxalq iqtisadi huquq

Əksər tələbələr “Beynəlxalq münasibətlər” ixtisasına hansısa ölkədə səfir olmaq arzusu ilə qəbul olurlar, müəyyən müddət sonra bu arzu xəyala çevrilir və əksər hallarda gerçəkləşmir. Məqsədim sizin ümidlərinizi qırmaq deyil, sadəcə reallıqlarla tanış etməkdir. Nəzərə alın ki, hər il ali məktəblərdən yüzlərlə tələbə bu ixtisas üzrə məzun olur və nəticədə illər ötdükcə “diplomatlar ordusu” yaranır. Azərbaycanın bu qədər diplomata ehtiyacı varmı? Ən əsası, bir çox abituriyentlər diplomat olaraq yalnız səfiri tanıyırlar, halbuki konsul da, diplomatik nümayəndəliyin müşaviri, 1-ci, 2-ci, 3-cü dərəcəli katibləri də, attaşe də diplomatdır. Bəs “Beynəlxalq münasibətlər” məzunu harada işləyə bilər?

“Beynəlxalq münasibətlər” ixtisası: abituriyentlər və yeni qəbul olmuş tələbələr üçün

Bu məqalədə “Beynəlxalq münasibətlər” ixtisası üçün tələb olunan bilik və bacarıqlar, dörd il ərzində tədris olunan fənlər, məzunlar üçün iş imkanları haqqında söhbət açacağam. Əgər siz abituriyentsinizsə, bu məqalə ixtisas seçimində sizə yardımçı ola bilər. Əgər ali məktəbə yeni qəbul olmusunuzsa, o zaman sizi qarşıda nələr gözlədiyi haqqında təsəvvürünüz formalaşacaq.

Əvvəla onu qeyd edim ki, bu ixtisas əvvəllər III ixtisas qrupuna daxil olsa da, 2011-ci ildən etibarən II ixtisas qrupuna aiddir.

Əksər tələbələr “Beynəlxalq münasibətlər” ixtisasına hansısa ölkədə səfir olmaq arzusu ilə qəbul olurlar, müəyyən müddət sonra bu arzu xəyala çevrilir və əksər hallarda gerçəkləşmir. Məqsədim sizin ümidlərinizi qırmaq deyil, sadəcə reallıqlarla tanış etməkdir. Nəzərə alın ki, hər il ali məktəblərdən yüzlərlə tələbə bu ixtisas üzrə məzun olur və nəticədə illər ötdükcə “diplomatlar ordusu” yaranır. Azərbaycanın bu qədər diplomata ehtiyacı varmı? Ən əsası, bir çox abituriyentlər diplomat olaraq yalnız səfiri tanıyırlar, halbuki konsul da, diplomatik nümayəndəliyin müşaviri, 1-ci, 2-ci, 3-cü dərəcəli katibləri də, attaşe də diplomatdır. Bəs “Beynəlxalq münasibətlər” məzunu harada işləyə bilər?

  • Xarici İşlər Nazirliyində, diplomatik nümayəndəlikərdə;
  • Beynəlxalq təşkilatlarda;
  • Xarici şirkətlərdə;
  • Dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində;
  • Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında;
  • Elmi-tədqiqat mərkəzlərində tədqiqatçı (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • Ali məktəblərdə ixtisas fənləri üzrə müəllim (bunun üçün ən azı magistr dərəcəsi lazımdır).

Təbii ki, heç də bütün məzunlar bu sahələrdə işləyəcək qədər uğur qazanmırlar. Bəs necə uğur qazana bilərik?

Əgər sizin xarici dil öyrənməyə marağınız və qabiliyyətiniz varsa, bu ixtisası seçə və gələcəkdə uğur qazana bilərsiniz. Doğrudur, hər bir ixtisas üçün xarici dil bilikləri vacibdir. Lakin beynəlxalq münasibətlər üçün bu onqat daha vacibdir. Əgər siz xarici dil bilmirsinizsə, xarici ölkələrlə necə əlaqə yarada bilərsiniz? Azərbaycanda bir çox şirkətlər ixtisasdan asılı olmayaraq ingilis və rus dillərini əsas şərt kimi tələb edirlər. Təbii ki, “beynəlxalq münasibətlər” ixtisası məzunu da bu dilləri mükəmməl bilməlidir. Əlavə olaraq üçüncü xarici dili də ən azı orta səviyyədə bilmək məsləhətdir. Onu da qeyd edim ki, ingilis, rus, fransız, çin, ərəb və ispan dilləri Beynəlxalq Millətlər Təşkilatının və bir çox digər təşkilatların rəsmi dilləri olduğundan, xarici dil seçimi zamanı bu dillərə üstünlük verməyiniz məqsədəuyğundur.

Xaricdə təhsil mütləq olmasa da, zəruridir. Xüsusilə xaricdə təhsil alarkən beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirak etmək sizə çox böyük üstünlüklər vəd edir.

Tədris olunan fənlərə gəldikdə isə, əgər siz tarix fənnini sevmirsinizsə, ixtisas seçiminiz haqqında bir daha düşünün. Çünki bəzən siz özünüzü Tarix fakültəsinin tələbəsi kimi hiss edəcəksiniz. Bütün ixtisaslara tədris olunan Azərbaycan tarixi fənnindən əlavə, “Beynəlxalq münasibətlər” ixtisası tələbələrinə Beynəlxalq münasibətlər tarixi, Avropa və Amerika ölkələrinin müasir tarixi, Asiya və Afrika ölkələrinin müasir tarixi, Türk xalqları tarixi fənləri də tədris olunur.

Dörd il ərzində sizə yuxarıda qeyd olunan fənlərdən əlavə, aşağıdakı fənlər və ya bir qədər fərqli adda oxşar fənlər tədris olunacaq:

  • Beynəlxalq münasibətlər nəzəriyyəsi
  • Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü
  • Avropa və Amerika ölkələrinin müasir xarici siyasəti
  • Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti
  • Beynəlxalq təşkilatlar
  • Beynəlxalq iqtisadi münasibətlər
  • İqtisadi diplomatiya
  • Dünya iqtisadiyyatı
  • Siyasi və iqtisadi coğrafiya
  • Beynəlxalq hüquq
  • Beynəlxalq müqavilələr
  • Beynəlxalq təhlükəsizlik
  • Dünya siyasəti
  • Enerji diplomatiyası
  • Geosiyasət
  • Azərbaycanın xarici siyasəti
  • Diplomatiya və konsul xidməti
  • Diplomatik protokol
  • Konfliktologiya
  • Xarici dil

Bu fənlərlə yanaşı demək olar ki, bütün ixtisaslara tədris olunan fəlsəfə, mülki müdafiə, informatika kimi qeyri-ixtisas fənləri də tədris olunur.

Diplomatiya sahəsində ixtisaslaşmaq istəyən şəxslər həm də bir sıra qanunvericilik aktları ilə tanış olmalıdırlar:

  • “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanunu
  • “Azərbaycan Respublikasının Konsulluğu haqqında” Əsasnamə
  • “ Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə
  • Azərbaycan Respublikasının Konsul Nizamnaməsi
  • “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları

Beynelxalq iqtisadi huquq

Hüquq / Beynəlxalq Hüquq

Beynəlxalq İqtisadi Hüquq

The International Economic Law LLM is an advanced course of study which will provide you with an in-depth knowledge and understanding of the global economy and its legal framework.

GPA tələbləri məzun olduğunuz ölkədən asılı olaraq fərqli ola bilər. Liverpool Universitetində magistr dərəcəsi almaq üçün əvvəlcə Universitetin təklif etdiyi magistr öncəsi kursları bitirməlisiniz. Bundan əlavə, İngilis dili bilikləriniz yaxşı deyilsə, təhsil müddətiniz uzadıla bilər. Nəzərə alın ki, bu ixtisas üzrə minimum IELTS tələbi 6.5 (Listening 6, Reading 6, Writing 6, Speaking 6), TOEFL tələbi isə 88-dir (Listening 19, Writing 19, Reading 19, Speaking 20).

  • Magistr / Magistratura
  • Credit: 45
  • Tam zamanlı
  • Başlama tarixi: 26-09-2021
  • Bitmə tarixi: 30-06-2022
  • Ümumi son müraciət tarixi: 30-08-2021
  • Beynəlxalq son müraciət tarixi: 30-07-2021

Qəbul tələbləri

  • IELTS: 6.5
  • TOEFL: 88
  • GPA: 2.5

Comments are closed, but trackbacks and pingbacks are open.