Musa Qasimli – Wikipedia
Azərbaycan tarixinin öyrənilməmiş bir sıra aktual problemlərinin — Azərbaycanın beynəlxalq mədəni əlaqələri (1946–1991), Ceyid Cəfər Pişəvəri hərəkatınından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin Birləşmiş Millətlər Təşkilatında müzakirəsi, Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri (1920–1922), xarici dövlətlər və Azərbaycan (1920–1922), Birinci dünya müharibəsi illərində “könüllü” adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyətləri, Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914–1918), SSRİ-Türkiyə diplomatik-siyasi münasibətləri (1960–1991), Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər (1920–1945), “Erməni məsələsi”ndən “erməni soyqırımı”na (1724–1920), Cənubi Qafqaz Antanta ölkələri, Rusiya və Türkiyə arasında (1920–1923) və b. araşdırılması onun adı ilə bağlıdır [3] . Musa Qasımlı Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Avstriyada BMT, Çexiyada ATƏT, Böyük Britaniya arxivlərində çalışmış və dəyərli əsərlər yazmışdır. Onun ilk böyük tədqiqat işi İkinci dünya müharibəsindən sonra SSRİ dağılanadək olan dövrdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri olmuşdur. Sovet hakimiyyəti illərində Mərkəzin nəzarəti altında həyata keçirilən Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişaf dinamikasının və nəticələrinin zəngin arxiv materialları əsasında tədqiq edilməsi uğurlu başlanğıc olmuşdur. Bakıda nəşr edilən bu monoqrafiya sonralar Gürcüstanda “Artanudci” nəşriyyatında da çap edilmişdir. 1992–1993-cü illərdə Musa Qasımlı Seyid Cəfər Pişəvəri hərəkatından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin yenicə qurulmuş BMT Baş Məclisinin ilk iclasında müzakirəsini araşdırmış və 1993-cü ildə “Azərnəşr”də “Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi” adlı əsərini nəşr etdirmişdir. Bu, Azərbaycan tarixşünaslığında ilk addım olmuşdur. Professor BMT Baş Məclisində əslən Azərbaycandan olan iki nəfərin — SSRİ-nin BMT-dəki nümayəndəsi A. Vışınskinin və İranın nümayəndəsi, əslən Ordubaddan olan Seyid Həsən Tağızadənin İranda sovet qoşunlarının olmasına dair mübahisələrinin, Cənubi Azərbaycanda ABŞ və sovet siyasətinin mahiyyətini açmışdır. Müəllif əsərində yazır ki, Qərbdə belə hesab edirlər ki, soyuq müharibə ilk dəfə Avropada başlamışdır, lakin belə deyildir, soyuq müharibənin ilk anı, ilk böhranı Cənubi Azərbaycan məsələsi olmuşdur. Əsərdə M. Qasımlı yazır: “…uzun illər boyu tarix elmində belə bir qeyri-elmi tezis hakim olub ki, guya beynəlxalq münasibətlərdə “soyuq müharibə”nin başlanmasının təqsirkarı ABŞ və Qərbi digər dövlətləridir. İndi “soyuq müharibə” başa çatıb. Onun başlıca təqsirkarı olan sovet imperiyası çöküb və bu müharibədə Qərb dövlətləri qalib gəliblər…Azərbaycan məsələsi 1946-cı il martın 5-də Böyük Britaniyanın keçmiş baş naziri U. Çörçillin ABŞ-ın Fulton şəhərindəki çıxışı ilə əsası qoyulan “soyuq müharibə”nin ilk toxumlarının səpildiyi və cücərdiyi kəskin beynəlxalq münasibətlərin ən mübahisəli məsələlərindən biri oldu” (səh.24–25). Bu, professor Musa Qasımlının Azərbaycan və dünya tarix elminə gətirdiyi yenilik olmuşdur. Sonralar digər Azərbaycan tarixçiləri Musa Qasımlının işığında bu problemə dair tədqiqatlar aparmış və soyuq müharibənin ilk anının, ilk böhranının Cənubi Azərbaycanda olmasına dair onun konsepsiyasını inkişaf etdirmişlər. Professor Cəmil Həsənli 1998-ci ildə nəşr etdirdiyi “Güney Azərbaycan:Tehran-Bakı-Moskva arasında (1939–1945)” adlı əsərində yazır: “Professor M. Qasımovun “Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi” kitabı son dövrün uğurlu addımlarından hesab edilə bilər” (səh.12–13). Daha sonra professor Musa Qasımlı, işğal edilib bolşevikləşdirildikdən sonra SSRİ-nin yaradılmasına qədərki dövrdə Azərbaycanın xarici dövlətlərlə, o cümlədən Türkiyə ilə diplomatik-siyasi münasibətlərini tədqiq etmişdir. Bu illər nisbi müstəqillik illəri olmuşdur. Müəllif bolşevik Rusiyasının Azərbaycanın xarici siyasətinə hansı metodlarla son qoyduğunu, nümayəndəliklərini bağladığını tədqiq etmişdir. Bakı ilə yanaşı bu araşdırma kitab olaraq Türkiyə və İranda da işıq üzü görmüşdür. Professor Musa Qasımlı ölkədə ilk dəfə olaraq Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətini tədqiq etmiş və üç cildlik monoqrafiya yazmışdır. O, Azərbaycanda ilk dəfə olaraq Qafqaz cəbhəsində “könüllü” adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyəltərini tədqiq etmişdir. Bu mövzuya dair bir sıra beynəlxalq elmi simpoziumlarda məruzə etmiş və həmin məruzələr nəşr edilmişdir. Musa Qasımlı 1920–1945-ci illərdə Azərbayca istiqlal mübarizəsi və xarici dövlətlər problemini də araşdırmış, iri həcmli monoqrafiya yazmış və bu əsər 2006-cı ildə İstanbulda “Kaknüs” nəşriyyatında nəşr edilmişdir. Həmin kitab Almaniyanın Frankfurt şəhərində keçirilən kitab sərgi-yarmarkasında ən çox satılan kitablardan biri olmuşdur. Musa Qasımlı 1920–1923-cü illərdə Cənubi Qafqazda Rusiya, Türkiyə və Antanta ölkələri arasında nüfuz uğrunda gedən diplomatik-siyasi mübarizəni də tədqiq etmişdir. Professor Musa Qasımlı Rusiya imperatoru I Pyotrun məlum fərmanından başlayaraq 1920-ci ildə Ermənistan sovetləşdirilənədək olan dövrdə ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsini, torpaqlar ələ keçirmələrini, silahlı bandalar yaratmalarını, böhranlı anlarda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları ən mötəbər arxiv materialları əsasında tədqiq etmiş və iri həcmi monoqrafiya yazmışdır. Monoqrafiya Azərbaycan, rus, türk və ingilis dillərində bir neçə ölkədə nəşr edilmişdir. Musa Qasımlının ABŞ, Argentina, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Şimali Makedoniya, Moldova, Gürcüstan, İran, Şimali Kipr Türk Cümhuriyyəti, Çexiya Respublikası və b. ölkələrdə Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunmuş irihəcmli 17 kitabı və nüfuzlu jurnallarda 100-dən çox elmi məqaləsi ingilis, ispan, türk, rus, ukrayn, polyak, rumın, fars və b. dillərdə nəşr edilmişdir. Monoqrafiyaları haqqında xaricdə müsbət rəylər dərc olunmuşdur. Əsərlərinə Amerika, Avropa, Asiya və Afrika qitəsi ölkələrinin alimləri maraq göstərmişlər. Musa Qasımlının və əsərlərinin adı 53 ölkədə nəşr edilən kitab və məqalələrdə çəkilmişdir. Əsərlərinə ABŞ, Çili, Böyük Britaniya, Fransa, İspaniya, Avstriya, İsveçrə, Macarıstan, Polşa ,Rumıniya, Litva, Estoniya , Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Gürcüstan, Türkiyə, İraq, Hindistan, Keniya və b. ölkələrdə istinad etmişlər. Azərbaycanda və xarici ölkələrdə nəşr edilən və maraqla qarşılanan əsərləri ona dünya beynəlxalq münasibətlər tarixi elmi dairələrində şöhrət gətirmiş və görkəmli tarixçi alim olaraq tanıtmışdır. 1983–2022-ci illərdə Azərbaycanda keçirilən 50-dən çox elmi konfransda məruzələr etmişdir. 1985–2022-ci illərdə 50-dən çox beynəlxalq elmi konfransda – Orlando, San-Fransisko, Los-Ancelos (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov, Varşava (Polşa), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis, Malatya, Kayseri, Kahramanmaraş, Giresun, Bayburt, Antalya, Alanya (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod, Rostov-Don, Qroznı, Mahaçqala (Rusiya), Tiflis, Batum (Gürcüstan), Qazimaqosa, Lefkoşa, Girne (Kipr), Tehran, Təbriz (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan, Astana (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Frankfurt, Köln, Berlin, Dortmund, Bielefald, Hamburq (Almaniya), Skopye (Şimali Makedoniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan) və b. ölkələrdə dəfələrlə etdiyi məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir.
Haqqinda.az
Qasımlı Musa Cəfər oğlu — görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisi nin IV çağırış deputatı. AMEA Dünya Siyasəti İnstitutunun direktoru (2014-cü ildən).
1957-ci il oktyabrın 28-də anadan olmuşdur. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universiteti nin tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspiranturasında oxumuşdur. 1986-cı ildə namizədlik, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Ölkədə ən gənc tarix elmləri doktoru olmuşdur. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim,dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur.
1992-1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi nin beynəlxalq əlaqələr şöbəsində işləmişdir.
2010-cu il noyabrın 7-də keçirilən parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdür. Türkiyə, Kanada, Braziliya, Peru, Danimarka, Malta, Estoniya, Bosniya və Hersoqovina parlamentləri ilə dostluq qrupunun üzvüdür. Azərbaycan Respublikası Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.
Tarix: 11.02.2015 / 12:52 Müəllif: Feriska Baxılıb: 142 Bölmə: Azərbaycan tarixçiləri
Təklif olunan digər məqalələr
- Abbasqulu ağa Bakıxanov – Mükafatları
- Aslan Xəlilov
- Həsən bəy Rumlu
- Mir Mehdi Xəzani
- Həsənəli xan Qaradaği – Ədəbi fəaliyyəti
- Abbasqulu ağa Bakıxanov
- Cavanşir Vəkilov
- Ağalar Abbasbəyli
- Cəmil Həsənli
- Cəfər İbrahimov
- Mehdixan Vəkilovunun Pedaqoji və ictimai-siyasi fəaliyyəti
- Cavanşir Vəkilov – Xaricdə və Azərbaycanda fəaliyyəti
- Kərəm Məmmədov
- Cəmil Həsənli – İctimai-siyasi fəaliyyəti
- Cəfər Cəfərov (tarixçi)
- Cəmil Həsənli – Kurslarda dərs dediyi bölmələr, Beynəlxalq seminar, simpozium və konfranslarda iştir
- Alı Balayev – Məqalələr
- Aləm Nuriyev
- Həsənəli xan Qaradaği – Ailəsi
- Aydın Qasımlı
- Alı Balayev
- Hacı Məhəmmədəli Şirvani
- Davud Axundov
- Mirzə Bağır Əliyev
- Cəmil Həsənli – Ailəsi
- Mehdixan Vəkilovun İkinci dünya müharibəsi illərində İranda və Vətəndə fəaliyyəti
- Mehdixan Vəkilovunun Ailəsi
- Aleksandr Makovelski – Əsas elmi əsərləri
- Cavanşir Vəkilov – Pedaqoji və digər fəaliyyətləri
- Axund Mir Məhəmməd Kərim Mircəfərzadə
- Fəridə Məmmədova (tarixçi)
- Adil Məmmədov (alim)
- Abbasqulu ağa Bakıxanov – Elmi əsərləri
- Mirzə Camal Cavanşir Qarabaği
- Həsənəli xan Qaradaği – Jurnalist, Xəttat, Teatr xadimi
- Cəmil Həsənli – Yaradıcılığı
- Həsənəli xan Qaradaği
- Həsənəli xan Qaradaği – Tarixçi, ədəbiyyatşünas, folklorşünas
- Arif İbrahimli
- Davud bəy Şərifov
- Həsənəli xan Qaradaği – Uşaqlıq dövrü, təhsil illəri
- Füzuli Hacıyev
- Ağamir Məmmədov
- Hacı Həsənov
- Aleksandr Makovelski
- Həsənəli xan Qaradaği – Tərcüməçilik fəaliyyəti
- Hacı Həsənov – Elmi əsərləri
- Aleksandr Makovelski – Elmi fəaliyyəti
- Minirə Dilbazi
- Həsənəli xan Qaradaği – Pedaqoji fəaliyyəti, Tiflis dövrü
- Psixologiya
- Saglamliq/Tibb/Tebabet
- Şerler/Hekayeler dünyası
- Letifeler/ Gulmeceler
- Dahi Şəxsiyyətlər
- Azerbaycanımız
- Qadın dünyası
- Metbex
- Texnologiya
- Din/İslam dünyası
- Maraqlı Melumatlar
- Mesajlar/Tebrikler
- Tarixdə bu gün
- Dunya ve tarixi
- Bürclər/Ulduz Falı
- Yuxu Yozmalar
- Cinsel Bilgiler
- Maraqli statuslar
- Idman
- Elm,Təhsil,intellekt
- Kishi Dünyasi
- Mahnı Sözləri
- Different Art
- Cəfər Cabbarlı
- Azerbaycan Tebieti haqqında ümumi melumat
- Molla Pənah Vaqif
- Yuxuda Nəcis görmək
- ★★☆Xowbextlik Boceyim☆★★
- Şirvanşahlar dövləti
- Yataqda Kişini Dəli Etmənin Yolları
- Quran Şerhleri
- Yuxuda Nərdivan görmək
- (18+) Ehtiraslı qadın və intim bədəni.
- Manna
- Menali Seirler
- Qemli Sevgi Hekayesi
- Qulaq ağrısı
- Seks nedir? Nece edilir?
- Yuxuda Eynək görmək
- yuxuda CAMİ (məscid) gormek
- Dostluq seirleri
- Seksin sağlamlığa və Qadın gözəlliyinə faydaları
- ŞEKƏRLi DiABET NƏDiR.
- düyü, plov görmək
- Səndən Nigaranam (21-ci bölüm FİNAL)
- Qebir Ezabi varmi?
- Fahişə İlə Canlı Söhbət – Şahidi Ol
- Qız Aile Quranda atasından icaze almalıdır?
- Alma
- Qadınlar Cinsi Orqanlarını Tanımır
- Azerbaycan tebieti haqqinda umumi melumat
- Qisa Letifeler Toplusu 2
- Odlar Yurdu – Azerbaycan
- Yuxuda Həbsxana görmək
- Yuxuda Mürəbbə görmək
- BEQERE
- Seks haqqında daha evvel eşitmedikleriniz
- Ilk cinsi elaqe vaxti qanama ne miqdarda olmalidir
- Cazibedar öpüşmə Qaydaları
- Pomidor görmək
- Azərbaycan dili
- Nizami Gəncəvi
- Yuxuda Dəmir yolu görmək
- Yuxuda Böyürtkən görmək
- Qadınlar haqqında kəlamlar
- Bakirəlik ( +16 )
- rayonnu er-arvad ve seher sakini
- Məmməd Əmin Rəsulzadə
- Esil sevginin menasi
- Nevrozlar
- Kişilere ölüm
- Aşıq Ələsgər
- Hud surəsi
- 1 Həyatı
- 2 Elmi fəaliyyəti
- 3 İstinadlar
- 4 Xarici keçidlər
- Uluslararası ilişkilerdə Güney Azerbaycan meselesi (40-lı yıllar). Ankara: Asena nəşriyyatı, 1997. — 80 s. (Türkiyə).
- Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri (aprel 1920-ci il – dekabr 1922-ci il). Təbriz:Təbriz nəşriyyatı,1999 (fars dilinə çevirəni Əli Daşqın). 7,5 ç/v.(fars dilində). (İran).
- Азербайджан в международных культурных связях (1946–1990).Тбилиси: Изд.Артануджи, 2005.- 298 s. (Gürcüstan).
- Azerbaycan türklerinin milli mücadele tarihi. 1920–1940. İstanbul: Kaknüs nəşriyyatı, 2006. — 704 s. (Türkiyə).
- СССР-Турция: от нормализации отношений до новой холодной войны.1960–1979-е гг. Москва: ИНСАН, 2008. −576 с. (Rusiya).
- Турция-СССР: от переворота до распада. 1980–1991. Москва: ИНСАН, 2010. — 418 с. (Rusiya).
- SSCB-Türkiye ilişkileri. Türkiyede 1980 Darbesinden SSCB-nin Dagılmasına kadar. İstanbul: Kaknüs, 2012. — 464 s. (Türkiyə).
- Украинско-азербайджанские политические отношения: история и современность.Киев:Издательский дом Дмитрия Бураго,2012. −160 с. (О.Купчик, А. Дамиров). (Ukrayna).
- Türkiye-Sovyet Sosyalist Cumhuriyetleri Birliği ilişkileri. Ankara: Atatürk Araştırmaları Merkezi Yayınları, 2013. — 599 s. (Türkiyə).
- Анатолия и Южный Кавказ в 1724–1920-е гг.: в поисках исторической истины. Москва: ИНСАН, 2014. — 550 с. (Rusiya).
- Kafkaslarda ermeni sorunu. 1724–1920. Ankara: İpek Universitesi yayınları, 2014. — 484 s. (Türkiyə).
- Азербайджан, Армения и Турция в 1920–1994 гг.: реальная история. Москва: ИНСАН, 2016. – 616 с. (Rusiya).
- . Внешняя политика Азербайджанской Республики (1991–2003 гг.). I часть. Москва: ИНСАН, 2016. – 704 с. (Rusiya).
- Внешняя политика Азербайджанской Республики (1991–2003 гг.). II часть. Москва: ИНСАН, 2016. – 724 с. (Rusiya).
- Ermeni sorunu ve büyük devletler. 1724–1920. Ankara: Astana yayınları, 2017. — 480 s. (Türkiyə).
- Azerbaycan, Ermenistan ve Türkiye: gerçek tarih arayışı. 1920–1994. Ankara: T. C. Atatürk Araştırma Merkezi, 2019. – 642 s. (Türkiyə).
- The Post-Soviet Conflicts: The Thirty Years’ Crisis. North Carolina-Greensboro: Lexington Books, 2020.- 398 p. (coaut.) (ABŞ).
- ↑”AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb”. 2020-10-28 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2017-05-02 .
- ↑”Qasımlı Musa Cəfər oğlu”. Azərbaycan Respublikası Milli Məclisinin saytı (az.) . meclis.gov.az. 2016-04-15 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2015-02-06 .
- ↑”Musa Qasımlı: “Əsl soyqırımı ermənilər dinc azərbaycanlılara qarşı törədiblər” (az.) . Modern.az. 2015-01-27 tarixində arxivləşdirilib.
Axtarış
Bölmələr
Ən çox oxunan
Musa Qasimli – Wikipedia
Qasımlı Musa Cəfər oğlu ( 28 oktyabr 1957 , Hamarkənd , Yardımlı rayonu ) — Görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor (1992), Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru (2016), AMEA-nın müxbir üzvü (2017), [1] Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı.
Mündəricat
Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Yardımlı rayonunda işləmişdir.1982–1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil almışdır. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-cı ildə namizədlik, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Ölkədə ən gənc tarix elmləri doktoru olmuşdur. Yardımlı rayonundan çıxan ilk tarix elmləri doktoru, professordur. 1986–1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. AMEA-nın müxbir üzvü olan ilk yardımlılıdır.
AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarı ilə Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilmişdir. AMEA İctimai Elmlər bölməsinin 24 iyun tarixli iclasında səsvermə yolu ilə direktor seçilmiş, 29 iyun tarixində isə AMEA Rəyasət Heyətinin iclasında həmin qərar təsdiq edilmişdir.
1992–1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləmişdir.
IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il 7 noyabrda keçirilən seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən, 2015-ci il 1 noyabrda keçirilən V çağırış, 2020-ci il 9 fevralda keçirilən VI çağırış seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən millət vəkili seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavinidir. Azərbaycan-Əfqanıstan parlamentlərarası işçi qrupunun sədri, Türkiyə, Kanada, Braziliya, Peru, Meksika, Argentina, Danimarka, Malta, Estoniya, Bosniya və Herseqovina parlamentləri ilə dostluq qrupunun üzvüdür. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olmuşdur [2] .
Ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir (28.10.2017).
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı (2009), Qazaxıstan Respublikası Elmlər Akademiyasının xatirə medalı (10.11.2017), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2008)” Azərbaycan Respublikasının yubiley medalı (27.05.2018), Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı (2018), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sərəncamı ilə ” Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı (09.07.2019), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir (14.08.2019).
Elmi fəaliyyəti
Azərbaycan tarixinin öyrənilməmiş bir sıra aktual problemlərinin — Azərbaycanın beynəlxalq mədəni əlaqələri (1946–1991), Ceyid Cəfər Pişəvəri hərəkatınından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin Birləşmiş Millətlər Təşkilatında müzakirəsi, Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri (1920–1922), xarici dövlətlər və Azərbaycan (1920–1922), Birinci dünya müharibəsi illərində “könüllü” adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyətləri, Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914–1918), SSRİ-Türkiyə diplomatik-siyasi münasibətləri (1960–1991), Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər (1920–1945), “Erməni məsələsi”ndən “erməni soyqırımı”na (1724–1920), Cənubi Qafqaz Antanta ölkələri, Rusiya və Türkiyə arasında (1920–1923) və b. araşdırılması onun adı ilə bağlıdır [3] . Musa Qasımlı Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Avstriyada BMT, Çexiyada ATƏT, Böyük Britaniya arxivlərində çalışmış və dəyərli əsərlər yazmışdır. Onun ilk böyük tədqiqat işi İkinci dünya müharibəsindən sonra SSRİ dağılanadək olan dövrdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri olmuşdur. Sovet hakimiyyəti illərində Mərkəzin nəzarəti altında həyata keçirilən Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişaf dinamikasının və nəticələrinin zəngin arxiv materialları əsasında tədqiq edilməsi uğurlu başlanğıc olmuşdur. Bakıda nəşr edilən bu monoqrafiya sonralar Gürcüstanda “Artanudci” nəşriyyatında da çap edilmişdir. 1992–1993-cü illərdə Musa Qasımlı Seyid Cəfər Pişəvəri hərəkatından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin yenicə qurulmuş BMT Baş Məclisinin ilk iclasında müzakirəsini araşdırmış və 1993-cü ildə “Azərnəşr”də “Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi” adlı əsərini nəşr etdirmişdir. Bu, Azərbaycan tarixşünaslığında ilk addım olmuşdur. Professor BMT Baş Məclisində əslən Azərbaycandan olan iki nəfərin — SSRİ-nin BMT-dəki nümayəndəsi A. Vışınskinin və İranın nümayəndəsi, əslən Ordubaddan olan Seyid Həsən Tağızadənin İranda sovet qoşunlarının olmasına dair mübahisələrinin, Cənubi Azərbaycanda ABŞ və sovet siyasətinin mahiyyətini açmışdır. Müəllif əsərində yazır ki, Qərbdə belə hesab edirlər ki, soyuq müharibə ilk dəfə Avropada başlamışdır, lakin belə deyildir, soyuq müharibənin ilk anı, ilk böhranı Cənubi Azərbaycan məsələsi olmuşdur. Əsərdə M. Qasımlı yazır: “…uzun illər boyu tarix elmində belə bir qeyri-elmi tezis hakim olub ki, guya beynəlxalq münasibətlərdə “soyuq müharibə”nin başlanmasının təqsirkarı ABŞ və Qərbi digər dövlətləridir. İndi “soyuq müharibə” başa çatıb. Onun başlıca təqsirkarı olan sovet imperiyası çöküb və bu müharibədə Qərb dövlətləri qalib gəliblər…Azərbaycan məsələsi 1946-cı il martın 5-də Böyük Britaniyanın keçmiş baş naziri U. Çörçillin ABŞ-ın Fulton şəhərindəki çıxışı ilə əsası qoyulan “soyuq müharibə”nin ilk toxumlarının səpildiyi və cücərdiyi kəskin beynəlxalq münasibətlərin ən mübahisəli məsələlərindən biri oldu” (səh.24–25). Bu, professor Musa Qasımlının Azərbaycan və dünya tarix elminə gətirdiyi yenilik olmuşdur. Sonralar digər Azərbaycan tarixçiləri Musa Qasımlının işığında bu problemə dair tədqiqatlar aparmış və soyuq müharibənin ilk anının, ilk böhranının Cənubi Azərbaycanda olmasına dair onun konsepsiyasını inkişaf etdirmişlər. Professor Cəmil Həsənli 1998-ci ildə nəşr etdirdiyi “Güney Azərbaycan:Tehran-Bakı-Moskva arasında (1939–1945)” adlı əsərində yazır: “Professor M. Qasımovun “Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi” kitabı son dövrün uğurlu addımlarından hesab edilə bilər” (səh.12–13). Daha sonra professor Musa Qasımlı, işğal edilib bolşevikləşdirildikdən sonra SSRİ-nin yaradılmasına qədərki dövrdə Azərbaycanın xarici dövlətlərlə, o cümlədən Türkiyə ilə diplomatik-siyasi münasibətlərini tədqiq etmişdir. Bu illər nisbi müstəqillik illəri olmuşdur. Müəllif bolşevik Rusiyasının Azərbaycanın xarici siyasətinə hansı metodlarla son qoyduğunu, nümayəndəliklərini bağladığını tədqiq etmişdir. Bakı ilə yanaşı bu araşdırma kitab olaraq Türkiyə və İranda da işıq üzü görmüşdür. Professor Musa Qasımlı ölkədə ilk dəfə olaraq Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətini tədqiq etmiş və üç cildlik monoqrafiya yazmışdır. O, Azərbaycanda ilk dəfə olaraq Qafqaz cəbhəsində “könüllü” adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyəltərini tədqiq etmişdir. Bu mövzuya dair bir sıra beynəlxalq elmi simpoziumlarda məruzə etmiş və həmin məruzələr nəşr edilmişdir. Musa Qasımlı 1920–1945-ci illərdə Azərbayca istiqlal mübarizəsi və xarici dövlətlər problemini də araşdırmış, iri həcmli monoqrafiya yazmış və bu əsər 2006-cı ildə İstanbulda “Kaknüs” nəşriyyatında nəşr edilmişdir. Həmin kitab Almaniyanın Frankfurt şəhərində keçirilən kitab sərgi-yarmarkasında ən çox satılan kitablardan biri olmuşdur. Musa Qasımlı 1920–1923-cü illərdə Cənubi Qafqazda Rusiya, Türkiyə və Antanta ölkələri arasında nüfuz uğrunda gedən diplomatik-siyasi mübarizəni də tədqiq etmişdir. Professor Musa Qasımlı Rusiya imperatoru I Pyotrun məlum fərmanından başlayaraq 1920-ci ildə Ermənistan sovetləşdirilənədək olan dövrdə ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsini, torpaqlar ələ keçirmələrini, silahlı bandalar yaratmalarını, böhranlı anlarda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları ən mötəbər arxiv materialları əsasında tədqiq etmiş və iri həcmi monoqrafiya yazmışdır. Monoqrafiya Azərbaycan, rus, türk və ingilis dillərində bir neçə ölkədə nəşr edilmişdir. Musa Qasımlının ABŞ, Argentina, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Şimali Makedoniya, Moldova, Gürcüstan, İran, Şimali Kipr Türk Cümhuriyyəti, Çexiya Respublikası və b. ölkələrdə Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunmuş irihəcmli 17 kitabı və nüfuzlu jurnallarda 100-dən çox elmi məqaləsi ingilis, ispan, türk, rus, ukrayn, polyak, rumın, fars və b. dillərdə nəşr edilmişdir. Monoqrafiyaları haqqında xaricdə müsbət rəylər dərc olunmuşdur. Əsərlərinə Amerika, Avropa, Asiya və Afrika qitəsi ölkələrinin alimləri maraq göstərmişlər. Musa Qasımlının və əsərlərinin adı 53 ölkədə nəşr edilən kitab və məqalələrdə çəkilmişdir. Əsərlərinə ABŞ, Çili, Böyük Britaniya, Fransa, İspaniya, Avstriya, İsveçrə, Macarıstan, Polşa ,Rumıniya, Litva, Estoniya , Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Gürcüstan, Türkiyə, İraq, Hindistan, Keniya və b. ölkələrdə istinad etmişlər. Azərbaycanda və xarici ölkələrdə nəşr edilən və maraqla qarşılanan əsərləri ona dünya beynəlxalq münasibətlər tarixi elmi dairələrində şöhrət gətirmiş və görkəmli tarixçi alim olaraq tanıtmışdır. 1983–2022-ci illərdə Azərbaycanda keçirilən 50-dən çox elmi konfransda məruzələr etmişdir. 1985–2022-ci illərdə 50-dən çox beynəlxalq elmi konfransda – Orlando, San-Fransisko, Los-Ancelos (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov, Varşava (Polşa), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis, Malatya, Kayseri, Kahramanmaraş, Giresun, Bayburt, Antalya, Alanya (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod, Rostov-Don, Qroznı, Mahaçqala (Rusiya), Tiflis, Batum (Gürcüstan), Qazimaqosa, Lefkoşa, Girne (Kipr), Tehran, Təbriz (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan, Astana (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Frankfurt, Köln, Berlin, Dortmund, Bielefald, Hamburq (Almaniya), Skopye (Şimali Makedoniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan) və b. ölkələrdə dəfələrlə etdiyi məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir.
Ali məktəblər üçün Beynəlxalq münasibətlər tarixi dərs vəsaitinin, iki hissədən ibarət Avropa və Amerika ölkələrinin müasir tarixi dərsliyinin və fənn proqramının müəllifidir.
ABŞ-da fəaliyyət göstərən Orta Şərq Araşdırmaları Assosiasiyasının (Arizona Universiteti), Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (Harvard Universiteti), Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin (Türkiyə) üzvüdür. “Romanian Euroasian Studies” (Rumıniya), “Qafqaz və Mərkəzi Asiya araşdırmaları”, “Turan SAM”, “Türk bilimi”, “Atatürk yolu” (Türkiyə), “Qafqaz i mir” (Gürcüstan), “Evropeyski istoriçhı studii: naukoviy jurnal” və “Amerikanska istoria ta politika: naukoviy jurnal” (Kiyev, Ukrayna) elmi jurnallarının redaksiya heyətinin üzvüdür.
ABŞ-ın Vircinya ştatının Fairfax şəhərindəki George Mason Universitetində araşdırma proqramı üzrə çalışmışdır (2004).
SSRİ Siyasi Elmlər Assosiasiyasının, SSRI Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət tarixi Elmi Şurasının üzvü (1987–1991), Azərbaycan EA Tarix İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq Müdafiə Şurasının həmsədri (1997–1999), Təhsil Nazirliyi Elmi Metodik Şurası tarix bölməsinin (1997–1999), Dərslikləri Qiymətləndirmə Şuarsının (2009–2014), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər ixtisası üzrə Ekspert Şurasının (2004–2007) üzvü olmuşdur. BDU-da fəaliyyət göstərən Müdafiə Şurasının üzvüdür.
Musa Qasımlının rəhbərliyi altında 22 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası işini müdafiə etmişdir. Onların arasında xarici ölkə vətəndaşları da vardır.
Xarici ölkələrdə aşağıdakı kitabları nəşr edilmişdir:
İstinadlar
Comments are closed, but trackbacks and pingbacks are open.