Press "Enter" to skip to content

YENİ AZƏRBAYCAN PARTİYASI

– Sahibə xanım, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Siz bu seçkilərdə Yeni Azərbaycan Partiyasının müşahidəçisi kimi prosesi izləmisiniz. Bələdiyyə seçkilərini necə qiymətləndirirsiniz? – Bələdiyyə seçkilərini Azərbaycanda seçki ənənəsinin möhkəmlənməsi və ölkəmizin demokratik yolla inkişafı baxımından irəliyə doğru atılmış növbəti addım hesab edirəm. Bələdiyyə seçkilərinin yüksək demokratik standartlara uyğun, qanunverciliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Həmçinin, seçkilərdə yüksək seçici fəallığı müşahidə edildi. Əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə səsvermədə iştirak edən seçicilərin sayının artması bunu sübut edir. Vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olması bələdiyyə seçkilərində xalqımızın daha fəal olmasını şərtləndirib. Ümumən, bu seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini söyləyə bilərik. Ümidvaram ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçiləcək namizədlər onlara göstərilən etimada layiq olacaqlar. Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır. Azərbaycan gücləndikcə, imkanları artdıqca bələdiyyələrin də məsuliyyəti, işi, vəzifələri artır. Ona görə də, bələdiyyə üzvləri bu məsuliyyəti dərk edib, respublikamızın inkişafına öz töfhələrini verməlidir ki, etimadı doğrultsunlar. Yeni üzvlərin bu etimadı doğruldacaqlarına inanıram.
Mənim üçün əlamətdar olan digər məqam isə Yeni Azərbaycan Partiyasının bu seçkiləri də parlaq qələbə ilə başa vurması oldu. Bu məqam bir daha bu reallağırı təsdiqləyir ki, Azərbaycanda Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək hansısa siyasi təşkilat yoxdur. ümumxalq partiyası olan YAP gücünü hər zaman xalqdan alır. – Cari ildə Azərbaycan xarici siyasət sferasında bir çox uğurlara imza atdı. 2014-cü ili Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi prizmasından necə qiymətləndirmək olar? – Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür.
Təəssüf ki, Azərbaycanın əldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqnanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan edib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilib. Amma buna baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir. – Siz həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüsünüz. Bu istiqamətdə fəaliyyət göstərdiyiniz illər ərzində qurumun Azərbaycan həqiqətlərinə, Azərbaycana münasibətilə bağlı hansı qənaətə maliksiniz? – Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır.
Avropa Şurası ilə münasibətlərə gəlincə, bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. 2014-cü il AŞPA-Azərbaycan münasibətlərində müsbət tendensiyaların davam etməsi ilə xarakterizə olunur. AŞPA daimi komitəsinin iclasının bu il paytaxtımızda keçirilməsi və orada bir çox məsələlərin müzakirəsi xüsusi əhəmiyyətli məsələlərdən biri oldu. Həmçinin, AŞPA-nın Viana, London, Paris, Strasburq, Roma və digər şəhərlərdə keçirilən tədbirlərində nümayəndə heyətimizin üzvləri fəal iştirak edərək Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini, ölkəmizlə bağlı həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan dövlətinin təxribatları haqqında məlumatlar verdilər. Bu ilin yanvar ayında mən AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədri seçildim. Bundan əvvəl iki il müddətində qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri olmuşdum. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvünün AŞPA kimi mötəbər bir təşkilatın Alt komitəsinə rəhbərlik etməsi bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda bu sahədə çox uğurlu siyasət həyata keçirilir və bu siyasət beynəlxalq miqyasda qiymətləndirilir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı göstərilir. Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir. – Sahibə xanım, ölkəmizdə qadın hüquqlarının qorunması dövlətin daim diqqət mərkəzindədir. Fikrinizcə, bu sahədə daha hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur? – Ümumiyyətlə, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. Bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir. Amma əldə olunan nailiyyətlərlə kifayətlənmək düzgün olmazdı. Cənab Prezidentin də vurğuladığı kimi, bu sahədə hələ görüləcək işlər var.
Qeyd olunduğu kimi, dövlət yetəri iradəni ortaya qoyub. Burada digər mühüm vəzifələr qeyri – dövlət təşkilatlarının, siyasi partiyaların, digər vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür. Həmin təsisatlar gender məsələlərinə diqqəti daha da artırmalı, qadınların cəmiyyət həyatında rolunun artılırılmasına yönəlmiş siyasətə daha artıq dəstək verməlidir. Bu mənada Yeni Azərbaycan Partiyasının fəaliyyəti digər təşkilatlar üçün də örnək ola bilər. Son bələdiyyə seçkilərində partiyamızın qadın və gənc namizədlərə üstünlük verməsi, onların seçkilərdən namizəd kimi irəli sürülməsi, qadınlara və gənclərə geniş meydan verməsi kifayət qədər əhəmiyyətli və dövlətin gender və gənclər siyasətinə əsaslı töfhədir. – Sahibə xanım, siz, Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi qurumun qarşısında duran məqsəd və vəzifələrini necə şərh edərdiniz? – Təhsil elə bir sahədir ki, daim inkişafla, yeniliklə ayaqlaşmalı, innovativ dəyişikliklərə əsaslanmalıdır. Ona görə də, Azərbaycanın müasir inkişaf səviyyəsi, sahib olduğu potensial bu fondun yaradılmasını şərtləndirirdi. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Fondun yaradılması ilə bağlı Fərman imzaladı. Əslində, bu Fərmanda Fondun hansı zərurətdən yaradıldığı çox aydın şəkildə öz əksini tapıb. Fərmanda qeyd olunur ki, bu Fond müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə yaradılır. Əlbəttə ki, bu fondun fəaliyyətə başlaması ilk növbədə, Azərbaycanda gənclərin intellektual inkişafına, ölkəmizdə təhsilin inkişafına, elmi potensialın artırılmasına xidmət edən dövlət siyasətinin ardıcıllığını və səmərəsini ortaya qoyur.
Fondun fəaliyyət istiqamətlərinə gəlincə, Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti göstərilib. Bunlar ölkə əhalisinin daha sistemli və dərindən maarifləndirilməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin insanlara çatdırılmasından, xaricdə əldə edilən elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən ibarətdir. Bilik Fondu Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verir. Əlbəttə ki, fondun layihələrində ölkənin ziyalı potensialından, yeniyetmə və gənclərin gücündən məqsədəuyğun istifadə olunur və bu ümumi işin effektiv qurulmasını təmin edib.
Bilik Fondunun məqsəd və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə start verilib. Bu sırada “Qardaşlaşmış məktəblər”, “Dini abidələrdə tarixin izləri”, “Docendo discimus”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Epizod”, “Auditoriya+” kimi layihələri göstərmək olar. Layihələrə belə uğurlu başlanğıc və bu kimi tədbirlərin ölkə ictimaiyyəti tərəfindən təqdirlə qarşılanması Fondun fəaliyyətinin səmərəsindən xəbər verir və gələcəkdə daha böyük nailiyyətlər qazanılacağını söyləməyə əsas verir.

Beynəlxalq iqtisadi təşkilatların təşəkkül tapması və inkişaf mərhələləri

Beynəlxalq iqtisadi təşkilatlar dövlətlərarası çoxsahəli razılaşdırılmış məqsədi, daimi orqanı, səriştəsi olan beynəl­xalq əməkdaşlıq institutu və beynəlxalq iqtisadi münasibət­ləri tən­zimləmək alətidir. Beynəlxalq iqtisadi təşkilatlar çər­çivəsində ümumiqtisad və ya xüsusi məsələlər üzrə gərgin danışıqlar gedir, mübahisəli və ziddiyyətli məsələlərin həlli yolları axtarılır və bu təşkilatlara üzv olan dövlətlər arasında münasibətlər ya­radılır və inkişaf edir. Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq iqtisadi münasibətlərdə öz adından, eyni zamanda təşkilatın üzvü olub beynəlxalq müqavilələrin bağlanmasında öz qərarları ilə iştirak edən dövlətlər adından nisbətən sərbəst çıxış edir. Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq hüququn subyekti kimi qəbul edilir. Beynəlxalq iqtisadi təşkilatlar bir tərəfdən döv­lətlərarası münasibətlərin, digər tərəfdən beynəlxalq hü­qu­qun subyekti olduğundan, beynəlxalq qanunçuluğun və döv­lətlərarası mübahisəli mə­sələlərin qarşılıqlı iqtisadi müna­si­bət­lərin möhkəmlənməsi, inkişafı və həlli üçün əməli rol oynayır.
Beynəlxalq iqtisadi təşkilatların üzvləri BIM-də öz müs­təqillik rolunu itirmiş, eyni zamanda birbaşa və ya dolayı yolla BIM-ə müəyyən təsir göstərir. Müxtəlif beynəlxalq iqti­sadi təşkilatların BIM-də rolu və yeri eyni deyildir. Beynəl­xalq iqtisadi təşkilatların üzvlərinin iqtisadi rəftarının tən­zimlənməsi və istiqamətlən­diril­məsi mexanizmi real və pozi­tiv rol oynayır. Bu mexa­nizmin ümumimiyyətlə bu və ya digər beynəlxalq, iqtisadi, sosial-siyasi şəklə salınması və təs­viri sadə informasiya mübadiləsində ola bilər. Dünya səhnə­sində iqtisadi siyasətin və onun strategiyasının ayrı-ayrı ele­mentləri müəyyən iqtisadi hərəkətin işlənib hazırlanması və həyata keçirilməsi ilə razılaş­dırılır. Çıxışda BIM-lər siste­mində tənzimlənmə mexanizmi işləyir və həmin iştirakçı olan təşkilat tərəfin təsir göstərən kanal hesab edilir və ümumi iq­tisadi siyasətin işlənib hazır­lanması yerdə baş verən zid­diyyətlərin və gərginliklərin aradan qaldırılmasına – düzəl­dilməsinə təsir göstərir.
Dünya təcrübəsinin göstərdiyi kimi baş verən bütün ha­di­sələrin qarşılıqlı asılılığının güclənməsi və inkişafı, o cümlədən iqtisadi münasibətlərin obyektiv meyilləridir və bu meyllər beynəlxalq iqtisadi təşkilatların formalaşmasına im­kan verir. Gələcəkdə belə obyektiv qanunçuluğun yaradıl­ması beynəlxalq əmək bölgüsünün dünya təsərrüfatının və digər sahələrin beynəlmiləlləşdirilməsinin dövlət və beynəl­xalq təşkilatlar tərə­findən davam etdirilməsi, bir tərəfdən belə qanunçuluğun baş verməsi və həyata keçirilməsi üçün sağlam şərait yaradır, digər tərəfdən isə nəticə olaraq beynəl­xalq iqtisadi müba­hi­sələrin zəifləməsinə və ya aradan qaldı­rılmasına səbəb olur. Digər tə­rəf­dən beynəlxalq iqtisadi münasibətlərin baş verməsi dünya iqtisadi münasibətlərindən qrup dövlətlərin və üzvlərin çıxa­rılmasını avtomatlaşdırır. Bu xarici iqtisadi və siyasi davranışda iştirak edən ölkələrin və iştirakçıların dünya döv­lət­lərinin bir-birinə münasibəti, həy­ata keçirdikləri iqtisadi və siyasi kurs yeni şəraitdə nəinki onlar arasında mübahisə yaradır, hətta bəziləri mübahisə ya­ratmaq üçün özü şəxsi mübahisə qovşağı yaratmaqla deyiş­mələr aparmağa əl izləri qoyur.
Beynəlxalq təşkilatlar az-çox Beynəlxalq iqtisadi müna­sibətlərdə muxtariyyət quruluşuna malikdirlər. Onlar öz qa­nunvericiliklərinə tabe olaraq onun əsasında hərəkət və inki­şaf edir. Onların sayına, təfsilatına beynəlxalq təşkilatlar tə­rəfindən qəbul edilmiş prinsip və beynəlxalq normaları, müvafiq struk­turları aid etmək olar ki, bunlar da həmin təş­kilatın nizamna­məsi ilə müəyyən edilir və beynəlxalq müna­sibətlərin o sahəsi üzrə fəaliyyətdə olur ki, o məqsədyönlü hesab edilsin.
Beynəlxalq iqtisadi təşkilatların baş verməsi müəyyən ətalətə malik olur və ölkənin və ya onun iştirakçısının yerit­diyi siyasətə əks təsir göstərir. Bu beynəlxalq iqtisadi təşki­latların rolu ilə eyni xarakter daşıyan konservatizm – müha­fizəkarlıq rolu daşıyır.
Belə ki, dövlətin xarici siyasi kursu beynəlxalq iqtisadi təşkilatların kursuna nisbətən dinamik xarakterdə olur, bu buda bəzi hallarda Beynəlxalq iqtisadi münasibətlər siste­mində və ya təşkilatın iştirakçısının özünün strukturunda ziddiyyətlər baş verməsinə səbəb olur. Ola bilər ki, ölkələr obyektiv xa­rakter daşıyan və maneələr yaradan müxtəlif sə­bəblər üzündən beynəlxalq iqtisadi təşkilatlar tərəfindən ma­neələrə sövq edilsin. Bilavasitə belə vəziyyət bəzi hallarda «kollektiv» iqtisadi siyasəti az səmərəli edir və beynəlxalq təşkilatların düşdüyü vəziyyəti dəyişdirməyə tələb yaranır.
Beynəlxalq iqtisadi təşkilatların baş vermə xronikası çoxsahəlilik əsasında dünya təsərrüfatı problemlərinin, dünya bazarı təsərrüfatının mövcudluğu dövründə tənzim­lənməsinə cəhd göstərilməsini sübut etmişdir. Bu bir qayda olaraq bey­nəlxalq ticarət, gəmiçilik, valyuta-kredit və digər sahələrə tələbin artması ilə əlaqələndirilir.
Həmin dövrdə tənzimləmə və zaman keçdikcə təşkilat hüquqi forma alıb, sonradan isə bütün dövlətləri əhatə edən dövlətlərarası razılaşmaların köməkliyi ilə həyata keçirilirdi. XX əsrin sonunda çoxsahəli razılaşma larla yanaşı ilk dəfə beynəlxalq iqtisadi təşkilatlar baş vermişdir.
Lakin, XX əsrin başlanğıcında 40-cı illərdə II Dün­ya müha­ribəsindən sonra beynəlxalq təşkilatların yara­dılmasının aktiv­ləşməsi formasına, məqsədinə və digər həll edilən məsələlərə görə bir-birindən fərqlənən indiki beynəlxalq iqtisadi təşkilatlar sis­temi fəaliyyət göstərməyə başladı. Onların yaradılması məhsul­dar qüvvələrdə, həmçinin dünyada və inkişaf etmiş dövlətlərin da­xilində güclərin dəyişməsindən irəli gələn obyektiv səbəblərdən baş vermişdir. Dünya təsərrüfat əlaqələrinin tənzimlənməsi qar­şılıqlı iqtisadi strategiyanın işlənib hazırlanmasının forma və me­todları özünəməxsus inkişaf yolu keçmişdir. Mütəxəssislər bu prosesdə aşağıdakı üç mərhələni ayırırlar:

Birinci mərhələ II Dünya müharibəsinin sonundan başlayaraq 50-ci illərə qədər davam etmişdir. Bu dövrün dünya təsərrüfatında ABŞ əsas siyasi və iqtisadi lider idi. ABŞ-nın təşəbbüsü və səyi ilə idarəetmə üzrə siyasi və iqti­sadi həyatın ayrı – ayrı aspektlərini, onların hissələrinin idarə edilməsində dövlət və hökumətlərə muxtariyyət veril­məsi üçün geniş şəbə­kəli beynəlxalq təşkilatlar yaradılır. Bunlar içərisində Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun geniş institutlar sistemi, Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı (BYIB) və Beynəlxalq Tariflər və Ticarət üzrə Baş razılaşmalar (GATT), Avropa Iqtisadi Əməkdaşlıq Təşkilatı (AIƏT) və s. idi. Bu vaxt SSRI, xarici və digər sosialist ölkələri ilə iqtisadi əlaqələri təhlil edən, iqtisadi məsələlər üzrə «Kokom» və isti­qamətləndirən NATO yaradıl­mışdır. Səla­hiyyətlərin dövlətdən dövlətlərarası səviy­yəyə keçməsi prosesi miqyası və intensivliyi daima artırdı. Ke­çən əsrin or­talarından hazırki dövrə qədər iqtisadiyyatın, siya­sətin, ekologiyanın, mədəniyyətin müxtəlif sahələrini tən­zim­ləyən 3 minə yaxın dövlətlərarası təşkilat (DT) yaradılmışdır.
Bunlara 20 min müxtəlif beynəlxalq qeyri-dövlət təşki­latları əlavə olunur ki, onlardan təqribən 2 mini BMT ya­nında məşvərətçi statusa malikdir.40-cı və 50-ci illərin ortalarında beynəlxalq iqtisadi təş­kilatlar müxtəlif xarakterik cəhətləri əldə etmək, inkişaf et­miş bazar iqtisadiyyatına malik olan aparıcı dövlətlərin qar­şısında duran məsələlərə cavab məqsədilə formalaşdırılmış­dır:
dünya təsərrüfatında öz hökmranlığını möhkəmlən­dirmək silahı olmaqla ABŞ-ın marağını ifadə edən institutla­rın

  • yaradılması və ancaq sənayecə inkişaf etmiş ölkələrin da­xil edilməsi.
  • tənzimləmə əsasən kapitalın sərbəst hərəkəti, göm­rük tariflərinin aşağı salınması və əsasən ticarətin libe­rallaşdırılması ilə uyğun gəlməlidir.

Ikinci mərhələ. Bu mərhələ 60-cı illəri əhatə edir. Bu dövr özünün sənayecə inkişaf etmiş ölkələr sisteminin daxi­lində güc­lə­rin yerləşdirilməsində baş verən dəyişikliklər, dünya are­na­sında inkişaf etməkdə olan ölkələrin gəlməsi, dünya təsərrüfatı əlaqələrinin çoxsahəli tənzimlənməsi və güclərin kapitalizm və sosializm arasında ümumi yerləşdiril­məsi formaları ilə fərq­lən­mişdir.
Qeyd edilən vəziyyət beynəlxalq iqtisadi təşkilatlar qar­şısında yeni vəzifələr qoymuşdur. Inkişaf etmiş ölkələr yalnız mürəkkəb daxili, milli-iqtisadi problemləri, iqtisadi siyasətdə bir-biri ilə o cümlədən sosialist və inkişaf etməkdə olan öl­kə­lərlə razılığı gəlməli. Bu öz əksini çoxsahəli tənzimlənmə formasının dəyişməsində tapmışdır.
BVF-na, BYIB və GATT-a azad olan bir sıra sosialist dövlətlərinin daxil olması ilə əlaqədar olaraq onlar öz tərki­bində birliyi itirirlər. Aparıcı sənayecə inkişaf etmiş ölkələrin əha­lisinin 1/4 hissəsi bu tərkibdə məşğul olmağa başladılar. Güc­lərin sayına görə yerləşdirilməsi onların daxilində key­fiy­yətcə yeni vəziyyət demək deyildi. Aparıcı mövqeyi sənay­ecə in­ki­şaf etmiş dövlətlər tuturdu. Bununla belə bu dövlətlər müx­təlif sərbəst hərəkətə malik deyildirlər. Qərarların qəbu­lunda əsas hesab üstünlüyü inkişaf etmiş ölkələrə məxsus olmurdu.
Avropa Iqtisadi Əməkdaşlıq Təşkilatı bazası (AIƏT) əsasında yeni Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatı (IƏIT) 1961-ci ildə yaradıldı. Onun tərkibinə inkişaf etmiş Qərbi Avropa ölkələri, həmçinin, ABŞ, Kanada, Yaponiya, Avst­raliya, Yeni Zelandiya – cəmi 24 dövlət daxil oldu. Yeni təş­kilatın vəzifələrini müəyyən etməklə aparıcı sənaye ölkələri­nin rəhbərləri onun fəaliyyətini sənaye ölkələrinin iqti­sadiyyatının iqtisadi inkişaf sürətinə, beynəlxalq ticarətin, valyuta-kredit münasibətlərinin tənzimlənməsinə, sosialist və inkişaf etməkdə olan ölkələrlə münasibətdə vahid iqtisadi strategiy­anın işlənib hazırlanmasına cəlb edilməsini qarşıya qoymuş­lar.
Beləliklə, IƏIT bu dövrdə bazar iqtisadiyyatı şəraitində inkişaf etmiş ölkələrin tanınan vahid iqtisadi siyasətinin işlə­nib hazırlanmasına istiqamətləndirən əsas beynəlxalq institutlar­dan biri hesab edilirdi.
Ikinci mərhələnin əsas xüsusiyyəti inkişaf etmiş ölkələri öz marağına tabe etmək istiqamətində iqtisadiyyatı inkişaf etdirmək bacarığına malik olmaması ilə əlaqələndirilir. Azad olan Afrika, Asiya, Latın Amerikası ölkələri əvvəl yaradılan beynəlxalq təşkilatlara buraxılmış, onların həmçinin yeni ya­ranan BMT, YUNKTAD və YNIDO -nun tərkibində işti­rakı
inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan ölkələrin qar­şılıqlı əlaqələrinin tənzimlənməsi əsas məsələ hesab edilirdi.
Beynəlxalq iqtisadi təşkilatların inkişaf sistemi 70-ci il­lərə təsadüf edir. Bu dövr müstəmləkə sisteminin tam dağıl­ması, Amerika ilə Qərbi Avropa arasında güc nisbətinin dəyişməsi, siyasi planda Qərblə-Şərq arasında gərginliyin artması dövrü idi. Bu dövr Qərblə-Şərq arasında ticarət-iqti­sadi əməkdaşlığın sürətlə genişləndiyi iqtisadi və sosial həya­tın bütün sahələrində elmi-texniki tərəqqinin təsirinin art­ması, həmçinin sənayecə inkişaf etmiş ölkələrlə inkişaf et­məkdə olan ölkələr arasında ziddiyyətlərin gərginləşməsi, o cümlədən dünya iqtisadi böhranının sürətlənməsi dövrü idi. Asiya, Afrika, Latın Ameri­kası ölkələri bu illərdə yeni iqti­sadi qaydalar yaratmaq uğrunda mübarizə aparırdılar.
80-cı illərdə yenidən sənayecə inkişaf etmiş ölkələr ara­sında güclərin yerləşdirilməsində kəskin dözülməz dəyişik­liklər baş verdi. Üç güc mərkəzi – ABŞ, AII və Yaponiya forma­laşdırılır. ABŞ təcrübi cəhətdən iqtisadi mövqeyini tam itirir AFR-nın və Yaponiyanın mövqeyinin möhkəmlənməsi ABŞ-ı və bu ölkələrin üzv olduğu IƏYT ilə onların arasında olan qarşılıqlı münasibətlərin stimullaşdırılmasına yenidən baxmağı tələb edir.
Artıq bu dövrdə onlar arasında olan ziddiyyətlər ancaq üç mərkəzə daxil olan dövlətləri yox eyni zamanda AII daxi­lində, hətta AII ilə digər Avropa dövlətləri arasında bir kə­ləfə çevrilmişdir. Artıq aydın oldu ki, belə iri tərkibdə baş ve­rən ziddiyyətləri beynəlxalq iqtisadi təşkilatlar aradan qal­dıra bilməz. IƏIT-ı çərçivəsində iqtisadi siyasətin razılaşdı­rılması çox çətin iş oldu. Beynəlxalq təşkilatlar (BVF, BIYQ, GATT, YUNIDO, YUNKTAD hər biri müəyyən məhdu­diyyətli məsələlərin həlli ilə məşğul olurdular) həmin təşki­latda iştirak edənlərin tərkibi artdıqca eynilə sənaye ölkələri­nin qarşısında duran eyni məsələlərlə rastlaşırdılar. Aparıcı sənaye ölkələri ara­sında iqtisadi siyasətdə razılıqlara gəlmək və istiqa­mətlən­dirmək mümkün olmadığından IƏIT çərçivə­sində 1975-ci ildə «Böyük yeddi»lərin müşavirəsi deyilən fo­rum yaradıldı.
Iqtisadi siyasəti istiqamətləndirmək üçün hər il «Böyük yeddi»liyə daxil olan ölkələrin – ABŞ, Kanada, Yaponiya, AFR, Ingiltərə, Fransa və Italiya nümayəndələrinin yüksək səviyyədə görüşünü keçirməyə başladılar. 1923-cü ildə Nyu-Yorkda sözün əsl mənasında Qərbdə demokratiyanı liberal­casına dəstəkləmək, ağıllı və düşünülmüş razılıq əldə etmək, xüsusi kapital nümayəndələrinin üçtərəfli komissiyasını ya­ratmaq üçün və bu komissiyada Amerika korporasiyalarının iqtisadçı alimlərinin rəhbərliyi ilə müşavirə keçirmək nəzərdə tutulurdu.
80-cı illərin başlanğıcında dünya təsərrüfat əlaqələrinin çoxsahəli tənzimlənməsinin beynəlxalq iqtisadi təşkilatlarda çox mürəkkəb sistemi mövcud idi. Öz quruluşuna görə dünya təsərrüfatı iştirakçılarının bütün marağına toxunan müxtəlif problemlərlə məşğul olan BMT sistemində onların açıqlan­ması bir çox məsələlərdə beynəlxalq iqtisadi təşkilatlara xid­mət edən piramidanı xatırladırdı. Ancaq sənayecə inkişaf etmiş ölkələrin (IƏIT və başqaları) təşkilatları onlardan yüksəkdə dururdu.
Özü ilə qeyri-rəsmi məsləhətçisi olan «Böyük yeddilər» (indi isə səkkizlər) – ikitərəfli komissiya piramidasını xatırla­dırdı.
Beynəlxalq iqtisadi təşkilatların bütün sistemi inkişaf edir. Bu həm iqtisadi və həm də siyasi səbəbləri diktə edirdi. Beynəlxalq iqtisadi əlaqələrin artması istehsal sferasında, kom­mu­nikasiya, ticarət, xarici kapital qoyuluşunda, ma­liyyə­ləş­mədə olan partlayış hər şeydən əvvəl ölkələrin dünya təsərrüfatı əlaqələrinə görünməyən dərəcədə cəlb edilməsinə gətirib çıxar­mışdır. Dünya iqtisadiyyatı yalnız sadəcə olaraq beynəlxalq əmək bölgüsü ilə yox, eyni zamanda öz miqyasına görə nəhəng hesab edilən istehsal-təchizat strukturları ilə, qlobal maliyyə sistemi və idarəetmənin lazımi adekvat for­ması olan qlobal bir mexanizmə çevrilmişdir.
Qloballaşma XXI əsrin başlanğıcında da davam edir və in­kişafın obyektiv meyli hesab edilir. O, dünya miqyasında is­tehsal-texniki, maliyyə və intellektual resursları səmərəli bölüş­dürmək, nisbətən az inkişaf etmiş ölkələri iqtisadi li­derlərə çatmaq üçün irəli aparmağa şərait yaratmaqdan iba­rətdir.
Lakin qloballaşma hər hansı bir sosial-iqtisadi proses kimi yüksələn xətt üzrə böhransız və sarsıntısız keçinə bil­məz. Təcrübə göstərir ki, qloballaşmadan doğan bir çox mürəkkəb problemlər ancaq dövlətlərarası və milli üstünlük səviyyəsində həll oluna bilər. Beynəlxalq iqtisadi təşkilatların gücü ilə qlobal iqtisadi proseslərin tənzimlənməsi bü gün öl­kələrin dünya təsərrüfatı sistemində əlaqələrinin idarə edil­məsi, mürəkkəb­ləşən «çoxyaruslu halqa» mexanizmi kimi özünü göstərir.
Alimlər və siyasətçilər beynəlxalq iqtisadi təşkilatların tənzimləyici rolunu yekdilliklə yüksək qiymətləndirirlər. Mə­sələn, Qərbdə beynəlxalq təşkilatların tanınmış tədqiqatçıları olan F.Cekob, A.Aterton və A. Uolenstayn düzgün qeyd edirdilər ki, beynəlxalq iqtisadi təşkilatların bütün növlərinin inkişafında dövlət yüksək səviyyədə məsələləri özü həll edə bilmir və ənənəvi diplomatiya formaları bir və ya bir çox dövlətin birlikdə hərəkət etmək tədbirlərini işləyib hazırlaya bilməməsi faktlarını qəbul etmək lazımdır. Ona görə də bey­nəlxalq təşkilatlar ümumi sülh və tərəqqiyə çatmaq üçün müəyyən hərəkət alətidir.Hindistan hüquqşünası V.Uiqerera öz əsərlərində Bir­ləşmiş Millətlər Təşkilatının fəaliyyətini qeyd edərək göstərir ki, BMT dünya forumu adlanır və dünyanın bütün millətlə­rindən və irqlərindən olan marağı ifadə edən və bu faktlar­dan biri olan BMT-nin mövcud olmasını doğrultmalıdır.Əsrlərdən bəri qlobal iqtisadi proseslər adi milli iqtisa­diyyatı sıxışdıraraq dünya miqyasında onları nəhəng təsərrü­fat mexanizmlərinə çevirməkdə üstünlük təşkil edirdi. Bey­nəlxalq iqtisadi proseslər millətlərarası, birtərəfli, milli və dövlətlər tərəfindən iki və çoxtərəfli tənzimlənən, qeyri-milli, yaxud qlo­bal qaydada tam müqayisəyə gəlməyən dövlət tən­zimlənməsi inkişaf edir.
Beləliklə, beynəlxalq təşkilatlar təcrübi cəhətdən dünya təsər­rüfatının, xüsusilə iqtisadi qloballaşma şəraitində mümkün olmayan dünya təsərrüfat əlaqələrinin razılaşdırıl­masında yeni tənzimlənmə formaları tələb edən mühüm ele­ment olmaqla BIM sisteminin strukturuna daxil olmuşdur.
Beynəlxalq iqtisadi təşkilatların rolu BIM-lər sisteminin strukturunda şübhəsiz böyüyəcəkdir.

  • Teqlər:
  • beynəlxalq iqtisadiyyatın tarixi

YENİ AZƏRBAYCAN PARTİYASI

– Sahibə xanım, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Siz bu seçkilərdə Yeni Azərbaycan Partiyasının müşahidəçisi kimi prosesi izləmisiniz. Bələdiyyə seçkilərini necə qiymətləndirirsiniz? – Bələdiyyə seçkilərini Azərbaycanda seçki ənənəsinin möhkəmlənməsi və ölkəmizin demokratik yolla inkişafı baxımından irəliyə doğru atılmış növbəti addım hesab edirəm. Bələdiyyə seçkilərinin yüksək demokratik standartlara uyğun, qanunverciliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Həmçinin, seçkilərdə yüksək seçici fəallığı müşahidə edildi. Əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə səsvermədə iştirak edən seçicilərin sayının artması bunu sübut edir. Vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olması bələdiyyə seçkilərində xalqımızın daha fəal olmasını şərtləndirib. Ümumən, bu seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini söyləyə bilərik. Ümidvaram ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçiləcək namizədlər onlara göstərilən etimada layiq olacaqlar. Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır. Azərbaycan gücləndikcə, imkanları artdıqca bələdiyyələrin də məsuliyyəti, işi, vəzifələri artır. Ona görə də, bələdiyyə üzvləri bu məsuliyyəti dərk edib, respublikamızın inkişafına öz töfhələrini verməlidir ki, etimadı doğrultsunlar. Yeni üzvlərin bu etimadı doğruldacaqlarına inanıram.
Mənim üçün əlamətdar olan digər məqam isə Yeni Azərbaycan Partiyasının bu seçkiləri də parlaq qələbə ilə başa vurması oldu. Bu məqam bir daha bu reallağırı təsdiqləyir ki, Azərbaycanda Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək hansısa siyasi təşkilat yoxdur. ümumxalq partiyası olan YAP gücünü hər zaman xalqdan alır. – Cari ildə Azərbaycan xarici siyasət sferasında bir çox uğurlara imza atdı. 2014-cü ili Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi prizmasından necə qiymətləndirmək olar? – Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür.
Təəssüf ki, Azərbaycanın əldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqnanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan edib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilib. Amma buna baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir. – Siz həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüsünüz. Bu istiqamətdə fəaliyyət göstərdiyiniz illər ərzində qurumun Azərbaycan həqiqətlərinə, Azərbaycana münasibətilə bağlı hansı qənaətə maliksiniz? – Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır.
Avropa Şurası ilə münasibətlərə gəlincə, bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. 2014-cü il AŞPA-Azərbaycan münasibətlərində müsbət tendensiyaların davam etməsi ilə xarakterizə olunur. AŞPA daimi komitəsinin iclasının bu il paytaxtımızda keçirilməsi və orada bir çox məsələlərin müzakirəsi xüsusi əhəmiyyətli məsələlərdən biri oldu. Həmçinin, AŞPA-nın Viana, London, Paris, Strasburq, Roma və digər şəhərlərdə keçirilən tədbirlərində nümayəndə heyətimizin üzvləri fəal iştirak edərək Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini, ölkəmizlə bağlı həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan dövlətinin təxribatları haqqında məlumatlar verdilər. Bu ilin yanvar ayında mən AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədri seçildim. Bundan əvvəl iki il müddətində qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri olmuşdum. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvünün AŞPA kimi mötəbər bir təşkilatın Alt komitəsinə rəhbərlik etməsi bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda bu sahədə çox uğurlu siyasət həyata keçirilir və bu siyasət beynəlxalq miqyasda qiymətləndirilir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı göstərilir. Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir. – Sahibə xanım, ölkəmizdə qadın hüquqlarının qorunması dövlətin daim diqqət mərkəzindədir. Fikrinizcə, bu sahədə daha hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur? – Ümumiyyətlə, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. Bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir. Amma əldə olunan nailiyyətlərlə kifayətlənmək düzgün olmazdı. Cənab Prezidentin də vurğuladığı kimi, bu sahədə hələ görüləcək işlər var.
Qeyd olunduğu kimi, dövlət yetəri iradəni ortaya qoyub. Burada digər mühüm vəzifələr qeyri – dövlət təşkilatlarının, siyasi partiyaların, digər vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür. Həmin təsisatlar gender məsələlərinə diqqəti daha da artırmalı, qadınların cəmiyyət həyatında rolunun artılırılmasına yönəlmiş siyasətə daha artıq dəstək verməlidir. Bu mənada Yeni Azərbaycan Partiyasının fəaliyyəti digər təşkilatlar üçün də örnək ola bilər. Son bələdiyyə seçkilərində partiyamızın qadın və gənc namizədlərə üstünlük verməsi, onların seçkilərdən namizəd kimi irəli sürülməsi, qadınlara və gənclərə geniş meydan verməsi kifayət qədər əhəmiyyətli və dövlətin gender və gənclər siyasətinə əsaslı töfhədir. – Sahibə xanım, siz, Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi qurumun qarşısında duran məqsəd və vəzifələrini necə şərh edərdiniz? – Təhsil elə bir sahədir ki, daim inkişafla, yeniliklə ayaqlaşmalı, innovativ dəyişikliklərə əsaslanmalıdır. Ona görə də, Azərbaycanın müasir inkişaf səviyyəsi, sahib olduğu potensial bu fondun yaradılmasını şərtləndirirdi. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Fondun yaradılması ilə bağlı Fərman imzaladı. Əslində, bu Fərmanda Fondun hansı zərurətdən yaradıldığı çox aydın şəkildə öz əksini tapıb. Fərmanda qeyd olunur ki, bu Fond müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə yaradılır. Əlbəttə ki, bu fondun fəaliyyətə başlaması ilk növbədə, Azərbaycanda gənclərin intellektual inkişafına, ölkəmizdə təhsilin inkişafına, elmi potensialın artırılmasına xidmət edən dövlət siyasətinin ardıcıllığını və səmərəsini ortaya qoyur.
Fondun fəaliyyət istiqamətlərinə gəlincə, Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti göstərilib. Bunlar ölkə əhalisinin daha sistemli və dərindən maarifləndirilməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin insanlara çatdırılmasından, xaricdə əldə edilən elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən ibarətdir. Bilik Fondu Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verir. Əlbəttə ki, fondun layihələrində ölkənin ziyalı potensialından, yeniyetmə və gənclərin gücündən məqsədəuyğun istifadə olunur və bu ümumi işin effektiv qurulmasını təmin edib.
Bilik Fondunun məqsəd və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə start verilib. Bu sırada “Qardaşlaşmış məktəblər”, “Dini abidələrdə tarixin izləri”, “Docendo discimus”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Epizod”, “Auditoriya+” kimi layihələri göstərmək olar. Layihələrə belə uğurlu başlanğıc və bu kimi tədbirlərin ölkə ictimaiyyəti tərəfindən təqdirlə qarşılanması Fondun fəaliyyətinin səmərəsindən xəbər verir və gələcəkdə daha böyük nailiyyətlər qazanılacağını söyləməyə əsas verir.

Bu səhifəni göndər

Adınız
E-poçt
Mesajınız

Comments are closed, but trackbacks and pingbacks are open.