YENİ AZƏRBAYCAN PARTİYASI
– Sahibə xanım, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Siz bu seçkilərdə Yeni Azərbaycan Partiyasının müşahidəçisi kimi prosesi izləmisiniz. Bələdiyyə seçkilərini necə qiymətləndirirsiniz? – Bələdiyyə seçkilərini Azərbaycanda seçki ənənəsinin möhkəmlənməsi və ölkəmizin demokratik yolla inkişafı baxımından irəliyə doğru atılmış növbəti addım hesab edirəm. Bələdiyyə seçkilərinin yüksək demokratik standartlara uyğun, qanunverciliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Həmçinin, seçkilərdə yüksək seçici fəallığı müşahidə edildi. Əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə səsvermədə iştirak edən seçicilərin sayının artması bunu sübut edir. Vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olması bələdiyyə seçkilərində xalqımızın daha fəal olmasını şərtləndirib. Ümumən, bu seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini söyləyə bilərik. Ümidvaram ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçiləcək namizədlər onlara göstərilən etimada layiq olacaqlar. Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır. Azərbaycan gücləndikcə, imkanları artdıqca bələdiyyələrin də məsuliyyəti, işi, vəzifələri artır. Ona görə də, bələdiyyə üzvləri bu məsuliyyəti dərk edib, respublikamızın inkişafına öz töfhələrini verməlidir ki, etimadı doğrultsunlar. Yeni üzvlərin bu etimadı doğruldacaqlarına inanıram.
Mənim üçün əlamətdar olan digər məqam isə Yeni Azərbaycan Partiyasının bu seçkiləri də parlaq qələbə ilə başa vurması oldu. Bu məqam bir daha bu reallağırı təsdiqləyir ki, Azərbaycanda Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək hansısa siyasi təşkilat yoxdur. ümumxalq partiyası olan YAP gücünü hər zaman xalqdan alır. – Cari ildə Azərbaycan xarici siyasət sferasında bir çox uğurlara imza atdı. 2014-cü ili Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi prizmasından necə qiymətləndirmək olar? – Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür.
Təəssüf ki, Azərbaycanın əldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqnanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan edib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilib. Amma buna baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir. – Siz həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüsünüz. Bu istiqamətdə fəaliyyət göstərdiyiniz illər ərzində qurumun Azərbaycan həqiqətlərinə, Azərbaycana münasibətilə bağlı hansı qənaətə maliksiniz? – Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır.
Avropa Şurası ilə münasibətlərə gəlincə, bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. 2014-cü il AŞPA-Azərbaycan münasibətlərində müsbət tendensiyaların davam etməsi ilə xarakterizə olunur. AŞPA daimi komitəsinin iclasının bu il paytaxtımızda keçirilməsi və orada bir çox məsələlərin müzakirəsi xüsusi əhəmiyyətli məsələlərdən biri oldu. Həmçinin, AŞPA-nın Viana, London, Paris, Strasburq, Roma və digər şəhərlərdə keçirilən tədbirlərində nümayəndə heyətimizin üzvləri fəal iştirak edərək Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini, ölkəmizlə bağlı həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan dövlətinin təxribatları haqqında məlumatlar verdilər. Bu ilin yanvar ayında mən AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədri seçildim. Bundan əvvəl iki il müddətində qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri olmuşdum. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvünün AŞPA kimi mötəbər bir təşkilatın Alt komitəsinə rəhbərlik etməsi bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda bu sahədə çox uğurlu siyasət həyata keçirilir və bu siyasət beynəlxalq miqyasda qiymətləndirilir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı göstərilir. Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir. – Sahibə xanım, ölkəmizdə qadın hüquqlarının qorunması dövlətin daim diqqət mərkəzindədir. Fikrinizcə, bu sahədə daha hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur? – Ümumiyyətlə, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. Bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir. Amma əldə olunan nailiyyətlərlə kifayətlənmək düzgün olmazdı. Cənab Prezidentin də vurğuladığı kimi, bu sahədə hələ görüləcək işlər var.
Qeyd olunduğu kimi, dövlət yetəri iradəni ortaya qoyub. Burada digər mühüm vəzifələr qeyri – dövlət təşkilatlarının, siyasi partiyaların, digər vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür. Həmin təsisatlar gender məsələlərinə diqqəti daha da artırmalı, qadınların cəmiyyət həyatında rolunun artılırılmasına yönəlmiş siyasətə daha artıq dəstək verməlidir. Bu mənada Yeni Azərbaycan Partiyasının fəaliyyəti digər təşkilatlar üçün də örnək ola bilər. Son bələdiyyə seçkilərində partiyamızın qadın və gənc namizədlərə üstünlük verməsi, onların seçkilərdən namizəd kimi irəli sürülməsi, qadınlara və gənclərə geniş meydan verməsi kifayət qədər əhəmiyyətli və dövlətin gender və gənclər siyasətinə əsaslı töfhədir. – Sahibə xanım, siz, Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi qurumun qarşısında duran məqsəd və vəzifələrini necə şərh edərdiniz? – Təhsil elə bir sahədir ki, daim inkişafla, yeniliklə ayaqlaşmalı, innovativ dəyişikliklərə əsaslanmalıdır. Ona görə də, Azərbaycanın müasir inkişaf səviyyəsi, sahib olduğu potensial bu fondun yaradılmasını şərtləndirirdi. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Fondun yaradılması ilə bağlı Fərman imzaladı. Əslində, bu Fərmanda Fondun hansı zərurətdən yaradıldığı çox aydın şəkildə öz əksini tapıb. Fərmanda qeyd olunur ki, bu Fond müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə yaradılır. Əlbəttə ki, bu fondun fəaliyyətə başlaması ilk növbədə, Azərbaycanda gənclərin intellektual inkişafına, ölkəmizdə təhsilin inkişafına, elmi potensialın artırılmasına xidmət edən dövlət siyasətinin ardıcıllığını və səmərəsini ortaya qoyur.
Fondun fəaliyyət istiqamətlərinə gəlincə, Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti göstərilib. Bunlar ölkə əhalisinin daha sistemli və dərindən maarifləndirilməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin insanlara çatdırılmasından, xaricdə əldə edilən elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən ibarətdir. Bilik Fondu Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verir. Əlbəttə ki, fondun layihələrində ölkənin ziyalı potensialından, yeniyetmə və gənclərin gücündən məqsədəuyğun istifadə olunur və bu ümumi işin effektiv qurulmasını təmin edib.
Bilik Fondunun məqsəd və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə start verilib. Bu sırada “Qardaşlaşmış məktəblər”, “Dini abidələrdə tarixin izləri”, “Docendo discimus”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Epizod”, “Auditoriya+” kimi layihələri göstərmək olar. Layihələrə belə uğurlu başlanğıc və bu kimi tədbirlərin ölkə ictimaiyyəti tərəfindən təqdirlə qarşılanması Fondun fəaliyyətinin səmərəsindən xəbər verir və gələcəkdə daha böyük nailiyyətlər qazanılacağını söyləməyə əsas verir.
Beynəlxalq iqtisadi təşkilatların təşəkkül tapması və inkişaf mərhələləri
Beynəlxalq iqtisadi təşkilatlar dövlətlərarası çoxsahəli razılaşdırılmış məqsədi, daimi orqanı, səriştəsi olan beynəlxalq əməkdaşlıq institutu və beynəlxalq iqtisadi münasibətləri tənzimləmək alətidir. Beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində ümumiqtisad və ya xüsusi məsələlər üzrə gərgin danışıqlar gedir, mübahisəli və ziddiyyətli məsələlərin həlli yolları axtarılır və bu təşkilatlara üzv olan dövlətlər arasında münasibətlər yaradılır və inkişaf edir. Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq iqtisadi münasibətlərdə öz adından, eyni zamanda təşkilatın üzvü olub beynəlxalq müqavilələrin bağlanmasında öz qərarları ilə iştirak edən dövlətlər adından nisbətən sərbəst çıxış edir. Beynəlxalq iqtisadi təşkilatlar beynəlxalq hüququn subyekti kimi qəbul edilir. Beynəlxalq iqtisadi təşkilatlar bir tərəfdən dövlətlərarası münasibətlərin, digər tərəfdən beynəlxalq hüququn subyekti olduğundan, beynəlxalq qanunçuluğun və dövlətlərarası mübahisəli məsələlərin qarşılıqlı iqtisadi münasibətlərin möhkəmlənməsi, inkişafı və həlli üçün əməli rol oynayır.
Beynəlxalq iqtisadi təşkilatların üzvləri BIM-də öz müstəqillik rolunu itirmiş, eyni zamanda birbaşa və ya dolayı yolla BIM-ə müəyyən təsir göstərir. Müxtəlif beynəlxalq iqtisadi təşkilatların BIM-də rolu və yeri eyni deyildir. Beynəlxalq iqtisadi təşkilatların üzvlərinin iqtisadi rəftarının tənzimlənməsi və istiqamətləndirilməsi mexanizmi real və pozitiv rol oynayır. Bu mexanizmin ümumimiyyətlə bu və ya digər beynəlxalq, iqtisadi, sosial-siyasi şəklə salınması və təsviri sadə informasiya mübadiləsində ola bilər. Dünya səhnəsində iqtisadi siyasətin və onun strategiyasının ayrı-ayrı elementləri müəyyən iqtisadi hərəkətin işlənib hazırlanması və həyata keçirilməsi ilə razılaşdırılır. Çıxışda BIM-lər sistemində tənzimlənmə mexanizmi işləyir və həmin iştirakçı olan təşkilat tərəfin təsir göstərən kanal hesab edilir və ümumi iqtisadi siyasətin işlənib hazırlanması yerdə baş verən ziddiyyətlərin və gərginliklərin aradan qaldırılmasına – düzəldilməsinə təsir göstərir.
Dünya təcrübəsinin göstərdiyi kimi baş verən bütün hadisələrin qarşılıqlı asılılığının güclənməsi və inkişafı, o cümlədən iqtisadi münasibətlərin obyektiv meyilləridir və bu meyllər beynəlxalq iqtisadi təşkilatların formalaşmasına imkan verir. Gələcəkdə belə obyektiv qanunçuluğun yaradılması beynəlxalq əmək bölgüsünün dünya təsərrüfatının və digər sahələrin beynəlmiləlləşdirilməsinin dövlət və beynəlxalq təşkilatlar tərəfindən davam etdirilməsi, bir tərəfdən belə qanunçuluğun baş verməsi və həyata keçirilməsi üçün sağlam şərait yaradır, digər tərəfdən isə nəticə olaraq beynəlxalq iqtisadi mübahisələrin zəifləməsinə və ya aradan qaldırılmasına səbəb olur. Digər tərəfdən beynəlxalq iqtisadi münasibətlərin baş verməsi dünya iqtisadi münasibətlərindən qrup dövlətlərin və üzvlərin çıxarılmasını avtomatlaşdırır. Bu xarici iqtisadi və siyasi davranışda iştirak edən ölkələrin və iştirakçıların dünya dövlətlərinin bir-birinə münasibəti, həyata keçirdikləri iqtisadi və siyasi kurs yeni şəraitdə nəinki onlar arasında mübahisə yaradır, hətta bəziləri mübahisə yaratmaq üçün özü şəxsi mübahisə qovşağı yaratmaqla deyişmələr aparmağa əl izləri qoyur.
Beynəlxalq təşkilatlar az-çox Beynəlxalq iqtisadi münasibətlərdə muxtariyyət quruluşuna malikdirlər. Onlar öz qanunvericiliklərinə tabe olaraq onun əsasında hərəkət və inkişaf edir. Onların sayına, təfsilatına beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və beynəlxalq normaları, müvafiq strukturları aid etmək olar ki, bunlar da həmin təşkilatın nizamnaməsi ilə müəyyən edilir və beynəlxalq münasibətlərin o sahəsi üzrə fəaliyyətdə olur ki, o məqsədyönlü hesab edilsin.
Beynəlxalq iqtisadi təşkilatların baş verməsi müəyyən ətalətə malik olur və ölkənin və ya onun iştirakçısının yeritdiyi siyasətə əks təsir göstərir. Bu beynəlxalq iqtisadi təşkilatların rolu ilə eyni xarakter daşıyan konservatizm – mühafizəkarlıq rolu daşıyır.
Belə ki, dövlətin xarici siyasi kursu beynəlxalq iqtisadi təşkilatların kursuna nisbətən dinamik xarakterdə olur, bu buda bəzi hallarda Beynəlxalq iqtisadi münasibətlər sistemində və ya təşkilatın iştirakçısının özünün strukturunda ziddiyyətlər baş verməsinə səbəb olur. Ola bilər ki, ölkələr obyektiv xarakter daşıyan və maneələr yaradan müxtəlif səbəblər üzündən beynəlxalq iqtisadi təşkilatlar tərəfindən maneələrə sövq edilsin. Bilavasitə belə vəziyyət bəzi hallarda «kollektiv» iqtisadi siyasəti az səmərəli edir və beynəlxalq təşkilatların düşdüyü vəziyyəti dəyişdirməyə tələb yaranır.
Beynəlxalq iqtisadi təşkilatların baş vermə xronikası çoxsahəlilik əsasında dünya təsərrüfatı problemlərinin, dünya bazarı təsərrüfatının mövcudluğu dövründə tənzimlənməsinə cəhd göstərilməsini sübut etmişdir. Bu bir qayda olaraq beynəlxalq ticarət, gəmiçilik, valyuta-kredit və digər sahələrə tələbin artması ilə əlaqələndirilir.
Həmin dövrdə tənzimləmə və zaman keçdikcə təşkilat hüquqi forma alıb, sonradan isə bütün dövlətləri əhatə edən dövlətlərarası razılaşmaların köməkliyi ilə həyata keçirilirdi. XX əsrin sonunda çoxsahəli razılaşma larla yanaşı ilk dəfə beynəlxalq iqtisadi təşkilatlar baş vermişdir.
Lakin, XX əsrin başlanğıcında 40-cı illərdə II Dünya müharibəsindən sonra beynəlxalq təşkilatların yaradılmasının aktivləşməsi formasına, məqsədinə və digər həll edilən məsələlərə görə bir-birindən fərqlənən indiki beynəlxalq iqtisadi təşkilatlar sistemi fəaliyyət göstərməyə başladı. Onların yaradılması məhsuldar qüvvələrdə, həmçinin dünyada və inkişaf etmiş dövlətlərin daxilində güclərin dəyişməsindən irəli gələn obyektiv səbəblərdən baş vermişdir. Dünya təsərrüfat əlaqələrinin tənzimlənməsi qarşılıqlı iqtisadi strategiyanın işlənib hazırlanmasının forma və metodları özünəməxsus inkişaf yolu keçmişdir. Mütəxəssislər bu prosesdə aşağıdakı üç mərhələni ayırırlar:
Birinci mərhələ II Dünya müharibəsinin sonundan başlayaraq 50-ci illərə qədər davam etmişdir. Bu dövrün dünya təsərrüfatında ABŞ əsas siyasi və iqtisadi lider idi. ABŞ-nın təşəbbüsü və səyi ilə idarəetmə üzrə siyasi və iqtisadi həyatın ayrı – ayrı aspektlərini, onların hissələrinin idarə edilməsində dövlət və hökumətlərə muxtariyyət verilməsi üçün geniş şəbəkəli beynəlxalq təşkilatlar yaradılır. Bunlar içərisində Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun geniş institutlar sistemi, Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı (BYIB) və Beynəlxalq Tariflər və Ticarət üzrə Baş razılaşmalar (GATT), Avropa Iqtisadi Əməkdaşlıq Təşkilatı (AIƏT) və s. idi. Bu vaxt SSRI, xarici və digər sosialist ölkələri ilə iqtisadi əlaqələri təhlil edən, iqtisadi məsələlər üzrə «Kokom» və istiqamətləndirən NATO yaradılmışdır. Səlahiyyətlərin dövlətdən dövlətlərarası səviyyəyə keçməsi prosesi miqyası və intensivliyi daima artırdı. Keçən əsrin ortalarından hazırki dövrə qədər iqtisadiyyatın, siyasətin, ekologiyanın, mədəniyyətin müxtəlif sahələrini tənzimləyən 3 minə yaxın dövlətlərarası təşkilat (DT) yaradılmışdır.
Bunlara 20 min müxtəlif beynəlxalq qeyri-dövlət təşkilatları əlavə olunur ki, onlardan təqribən 2 mini BMT yanında məşvərətçi statusa malikdir.40-cı və 50-ci illərin ortalarında beynəlxalq iqtisadi təşkilatlar müxtəlif xarakterik cəhətləri əldə etmək, inkişaf etmiş bazar iqtisadiyyatına malik olan aparıcı dövlətlərin qarşısında duran məsələlərə cavab məqsədilə formalaşdırılmışdır:
dünya təsərrüfatında öz hökmranlığını möhkəmləndirmək silahı olmaqla ABŞ-ın marağını ifadə edən institutların
- yaradılması və ancaq sənayecə inkişaf etmiş ölkələrin daxil edilməsi.
- tənzimləmə əsasən kapitalın sərbəst hərəkəti, gömrük tariflərinin aşağı salınması və əsasən ticarətin liberallaşdırılması ilə uyğun gəlməlidir.
Ikinci mərhələ. Bu mərhələ 60-cı illəri əhatə edir. Bu dövr özünün sənayecə inkişaf etmiş ölkələr sisteminin daxilində güclərin yerləşdirilməsində baş verən dəyişikliklər, dünya arenasında inkişaf etməkdə olan ölkələrin gəlməsi, dünya təsərrüfatı əlaqələrinin çoxsahəli tənzimlənməsi və güclərin kapitalizm və sosializm arasında ümumi yerləşdirilməsi formaları ilə fərqlənmişdir.
Qeyd edilən vəziyyət beynəlxalq iqtisadi təşkilatlar qarşısında yeni vəzifələr qoymuşdur. Inkişaf etmiş ölkələr yalnız mürəkkəb daxili, milli-iqtisadi problemləri, iqtisadi siyasətdə bir-biri ilə o cümlədən sosialist və inkişaf etməkdə olan ölkələrlə razılığı gəlməli. Bu öz əksini çoxsahəli tənzimlənmə formasının dəyişməsində tapmışdır.
BVF-na, BYIB və GATT-a azad olan bir sıra sosialist dövlətlərinin daxil olması ilə əlaqədar olaraq onlar öz tərkibində birliyi itirirlər. Aparıcı sənayecə inkişaf etmiş ölkələrin əhalisinin 1/4 hissəsi bu tərkibdə məşğul olmağa başladılar. Güclərin sayına görə yerləşdirilməsi onların daxilində keyfiyyətcə yeni vəziyyət demək deyildi. Aparıcı mövqeyi sənayecə inkişaf etmiş dövlətlər tuturdu. Bununla belə bu dövlətlər müxtəlif sərbəst hərəkətə malik deyildirlər. Qərarların qəbulunda əsas hesab üstünlüyü inkişaf etmiş ölkələrə məxsus olmurdu.
Avropa Iqtisadi Əməkdaşlıq Təşkilatı bazası (AIƏT) əsasında yeni Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatı (IƏIT) 1961-ci ildə yaradıldı. Onun tərkibinə inkişaf etmiş Qərbi Avropa ölkələri, həmçinin, ABŞ, Kanada, Yaponiya, Avstraliya, Yeni Zelandiya – cəmi 24 dövlət daxil oldu. Yeni təşkilatın vəzifələrini müəyyən etməklə aparıcı sənaye ölkələrinin rəhbərləri onun fəaliyyətini sənaye ölkələrinin iqtisadiyyatının iqtisadi inkişaf sürətinə, beynəlxalq ticarətin, valyuta-kredit münasibətlərinin tənzimlənməsinə, sosialist və inkişaf etməkdə olan ölkələrlə münasibətdə vahid iqtisadi strategiyanın işlənib hazırlanmasına cəlb edilməsini qarşıya qoymuşlar.
Beləliklə, IƏIT bu dövrdə bazar iqtisadiyyatı şəraitində inkişaf etmiş ölkələrin tanınan vahid iqtisadi siyasətinin işlənib hazırlanmasına istiqamətləndirən əsas beynəlxalq institutlardan biri hesab edilirdi.
Ikinci mərhələnin əsas xüsusiyyəti inkişaf etmiş ölkələri öz marağına tabe etmək istiqamətində iqtisadiyyatı inkişaf etdirmək bacarığına malik olmaması ilə əlaqələndirilir. Azad olan Afrika, Asiya, Latın Amerikası ölkələri əvvəl yaradılan beynəlxalq təşkilatlara buraxılmış, onların həmçinin yeni yaranan BMT, YUNKTAD və YNIDO -nun tərkibində iştirakı
inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan ölkələrin qarşılıqlı əlaqələrinin tənzimlənməsi əsas məsələ hesab edilirdi.
Beynəlxalq iqtisadi təşkilatların inkişaf sistemi 70-ci illərə təsadüf edir. Bu dövr müstəmləkə sisteminin tam dağılması, Amerika ilə Qərbi Avropa arasında güc nisbətinin dəyişməsi, siyasi planda Qərblə-Şərq arasında gərginliyin artması dövrü idi. Bu dövr Qərblə-Şərq arasında ticarət-iqtisadi əməkdaşlığın sürətlə genişləndiyi iqtisadi və sosial həyatın bütün sahələrində elmi-texniki tərəqqinin təsirinin artması, həmçinin sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında ziddiyyətlərin gərginləşməsi, o cümlədən dünya iqtisadi böhranının sürətlənməsi dövrü idi. Asiya, Afrika, Latın Amerikası ölkələri bu illərdə yeni iqtisadi qaydalar yaratmaq uğrunda mübarizə aparırdılar.
80-cı illərdə yenidən sənayecə inkişaf etmiş ölkələr arasında güclərin yerləşdirilməsində kəskin dözülməz dəyişikliklər baş verdi. Üç güc mərkəzi – ABŞ, AII və Yaponiya formalaşdırılır. ABŞ təcrübi cəhətdən iqtisadi mövqeyini tam itirir AFR-nın və Yaponiyanın mövqeyinin möhkəmlənməsi ABŞ-ı və bu ölkələrin üzv olduğu IƏYT ilə onların arasında olan qarşılıqlı münasibətlərin stimullaşdırılmasına yenidən baxmağı tələb edir.
Artıq bu dövrdə onlar arasında olan ziddiyyətlər ancaq üç mərkəzə daxil olan dövlətləri yox eyni zamanda AII daxilində, hətta AII ilə digər Avropa dövlətləri arasında bir kələfə çevrilmişdir. Artıq aydın oldu ki, belə iri tərkibdə baş verən ziddiyyətləri beynəlxalq iqtisadi təşkilatlar aradan qaldıra bilməz. IƏIT-ı çərçivəsində iqtisadi siyasətin razılaşdırılması çox çətin iş oldu. Beynəlxalq təşkilatlar (BVF, BIYQ, GATT, YUNIDO, YUNKTAD hər biri müəyyən məhdudiyyətli məsələlərin həlli ilə məşğul olurdular) həmin təşkilatda iştirak edənlərin tərkibi artdıqca eynilə sənaye ölkələrinin qarşısında duran eyni məsələlərlə rastlaşırdılar. Aparıcı sənaye ölkələri arasında iqtisadi siyasətdə razılıqlara gəlmək və istiqamətləndirmək mümkün olmadığından IƏIT çərçivəsində 1975-ci ildə «Böyük yeddi»lərin müşavirəsi deyilən forum yaradıldı.
Iqtisadi siyasəti istiqamətləndirmək üçün hər il «Böyük yeddi»liyə daxil olan ölkələrin – ABŞ, Kanada, Yaponiya, AFR, Ingiltərə, Fransa və Italiya nümayəndələrinin yüksək səviyyədə görüşünü keçirməyə başladılar. 1923-cü ildə Nyu-Yorkda sözün əsl mənasında Qərbdə demokratiyanı liberalcasına dəstəkləmək, ağıllı və düşünülmüş razılıq əldə etmək, xüsusi kapital nümayəndələrinin üçtərəfli komissiyasını yaratmaq üçün və bu komissiyada Amerika korporasiyalarının iqtisadçı alimlərinin rəhbərliyi ilə müşavirə keçirmək nəzərdə tutulurdu.
80-cı illərin başlanğıcında dünya təsərrüfat əlaqələrinin çoxsahəli tənzimlənməsinin beynəlxalq iqtisadi təşkilatlarda çox mürəkkəb sistemi mövcud idi. Öz quruluşuna görə dünya təsərrüfatı iştirakçılarının bütün marağına toxunan müxtəlif problemlərlə məşğul olan BMT sistemində onların açıqlanması bir çox məsələlərdə beynəlxalq iqtisadi təşkilatlara xidmət edən piramidanı xatırladırdı. Ancaq sənayecə inkişaf etmiş ölkələrin (IƏIT və başqaları) təşkilatları onlardan yüksəkdə dururdu.
Özü ilə qeyri-rəsmi məsləhətçisi olan «Böyük yeddilər» (indi isə səkkizlər) – ikitərəfli komissiya piramidasını xatırladırdı.
Beynəlxalq iqtisadi təşkilatların bütün sistemi inkişaf edir. Bu həm iqtisadi və həm də siyasi səbəbləri diktə edirdi. Beynəlxalq iqtisadi əlaqələrin artması istehsal sferasında, kommunikasiya, ticarət, xarici kapital qoyuluşunda, maliyyələşmədə olan partlayış hər şeydən əvvəl ölkələrin dünya təsərrüfatı əlaqələrinə görünməyən dərəcədə cəlb edilməsinə gətirib çıxarmışdır. Dünya iqtisadiyyatı yalnız sadəcə olaraq beynəlxalq əmək bölgüsü ilə yox, eyni zamanda öz miqyasına görə nəhəng hesab edilən istehsal-təchizat strukturları ilə, qlobal maliyyə sistemi və idarəetmənin lazımi adekvat forması olan qlobal bir mexanizmə çevrilmişdir.
Qloballaşma XXI əsrin başlanğıcında da davam edir və inkişafın obyektiv meyli hesab edilir. O, dünya miqyasında istehsal-texniki, maliyyə və intellektual resursları səmərəli bölüşdürmək, nisbətən az inkişaf etmiş ölkələri iqtisadi liderlərə çatmaq üçün irəli aparmağa şərait yaratmaqdan ibarətdir.
Lakin qloballaşma hər hansı bir sosial-iqtisadi proses kimi yüksələn xətt üzrə böhransız və sarsıntısız keçinə bilməz. Təcrübə göstərir ki, qloballaşmadan doğan bir çox mürəkkəb problemlər ancaq dövlətlərarası və milli üstünlük səviyyəsində həll oluna bilər. Beynəlxalq iqtisadi təşkilatların gücü ilə qlobal iqtisadi proseslərin tənzimlənməsi bü gün ölkələrin dünya təsərrüfatı sistemində əlaqələrinin idarə edilməsi, mürəkkəbləşən «çoxyaruslu halqa» mexanizmi kimi özünü göstərir.
Alimlər və siyasətçilər beynəlxalq iqtisadi təşkilatların tənzimləyici rolunu yekdilliklə yüksək qiymətləndirirlər. Məsələn, Qərbdə beynəlxalq təşkilatların tanınmış tədqiqatçıları olan F.Cekob, A.Aterton və A. Uolenstayn düzgün qeyd edirdilər ki, beynəlxalq iqtisadi təşkilatların bütün növlərinin inkişafında dövlət yüksək səviyyədə məsələləri özü həll edə bilmir və ənənəvi diplomatiya formaları bir və ya bir çox dövlətin birlikdə hərəkət etmək tədbirlərini işləyib hazırlaya bilməməsi faktlarını qəbul etmək lazımdır. Ona görə də beynəlxalq təşkilatlar ümumi sülh və tərəqqiyə çatmaq üçün müəyyən hərəkət alətidir.Hindistan hüquqşünası V.Uiqerera öz əsərlərində Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini qeyd edərək göstərir ki, BMT dünya forumu adlanır və dünyanın bütün millətlərindən və irqlərindən olan marağı ifadə edən və bu faktlardan biri olan BMT-nin mövcud olmasını doğrultmalıdır.Əsrlərdən bəri qlobal iqtisadi proseslər adi milli iqtisadiyyatı sıxışdıraraq dünya miqyasında onları nəhəng təsərrüfat mexanizmlərinə çevirməkdə üstünlük təşkil edirdi. Beynəlxalq iqtisadi proseslər millətlərarası, birtərəfli, milli və dövlətlər tərəfindən iki və çoxtərəfli tənzimlənən, qeyri-milli, yaxud qlobal qaydada tam müqayisəyə gəlməyən dövlət tənzimlənməsi inkişaf edir.
Beləliklə, beynəlxalq təşkilatlar təcrübi cəhətdən dünya təsərrüfatının, xüsusilə iqtisadi qloballaşma şəraitində mümkün olmayan dünya təsərrüfat əlaqələrinin razılaşdırılmasında yeni tənzimlənmə formaları tələb edən mühüm element olmaqla BIM sisteminin strukturuna daxil olmuşdur.
Beynəlxalq iqtisadi təşkilatların rolu BIM-lər sisteminin strukturunda şübhəsiz böyüyəcəkdir.
- Teqlər:
- beynəlxalq iqtisadiyyatın tarixi
YENİ AZƏRBAYCAN PARTİYASI
– Sahibə xanım, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Siz bu seçkilərdə Yeni Azərbaycan Partiyasının müşahidəçisi kimi prosesi izləmisiniz. Bələdiyyə seçkilərini necə qiymətləndirirsiniz? – Bələdiyyə seçkilərini Azərbaycanda seçki ənənəsinin möhkəmlənməsi və ölkəmizin demokratik yolla inkişafı baxımından irəliyə doğru atılmış növbəti addım hesab edirəm. Bələdiyyə seçkilərinin yüksək demokratik standartlara uyğun, qanunverciliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı. Həmçinin, seçkilərdə yüksək seçici fəallığı müşahidə edildi. Əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə səsvermədə iştirak edən seçicilərin sayının artması bunu sübut edir. Vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olması bələdiyyə seçkilərində xalqımızın daha fəal olmasını şərtləndirib. Ümumən, bu seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini söyləyə bilərik. Ümidvaram ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçiləcək namizədlər onlara göstərilən etimada layiq olacaqlar. Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır. Azərbaycan gücləndikcə, imkanları artdıqca bələdiyyələrin də məsuliyyəti, işi, vəzifələri artır. Ona görə də, bələdiyyə üzvləri bu məsuliyyəti dərk edib, respublikamızın inkişafına öz töfhələrini verməlidir ki, etimadı doğrultsunlar. Yeni üzvlərin bu etimadı doğruldacaqlarına inanıram.
Mənim üçün əlamətdar olan digər məqam isə Yeni Azərbaycan Partiyasının bu seçkiləri də parlaq qələbə ilə başa vurması oldu. Bu məqam bir daha bu reallağırı təsdiqləyir ki, Azərbaycanda Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək hansısa siyasi təşkilat yoxdur. ümumxalq partiyası olan YAP gücünü hər zaman xalqdan alır. – Cari ildə Azərbaycan xarici siyasət sferasında bir çox uğurlara imza atdı. 2014-cü ili Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi prizmasından necə qiymətləndirmək olar? – Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür.
Təəssüf ki, Azərbaycanın əldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqnanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan edib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilib. Amma buna baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir. – Siz həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüsünüz. Bu istiqamətdə fəaliyyət göstərdiyiniz illər ərzində qurumun Azərbaycan həqiqətlərinə, Azərbaycana münasibətilə bağlı hansı qənaətə maliksiniz? – Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır.
Avropa Şurası ilə münasibətlərə gəlincə, bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. 2014-cü il AŞPA-Azərbaycan münasibətlərində müsbət tendensiyaların davam etməsi ilə xarakterizə olunur. AŞPA daimi komitəsinin iclasının bu il paytaxtımızda keçirilməsi və orada bir çox məsələlərin müzakirəsi xüsusi əhəmiyyətli məsələlərdən biri oldu. Həmçinin, AŞPA-nın Viana, London, Paris, Strasburq, Roma və digər şəhərlərdə keçirilən tədbirlərində nümayəndə heyətimizin üzvləri fəal iştirak edərək Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini, ölkəmizlə bağlı həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan dövlətinin təxribatları haqqında məlumatlar verdilər. Bu ilin yanvar ayında mən AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədri seçildim. Bundan əvvəl iki il müddətində qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri olmuşdum. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvünün AŞPA kimi mötəbər bir təşkilatın Alt komitəsinə rəhbərlik etməsi bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda bu sahədə çox uğurlu siyasət həyata keçirilir və bu siyasət beynəlxalq miqyasda qiymətləndirilir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı göstərilir. Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir. – Sahibə xanım, ölkəmizdə qadın hüquqlarının qorunması dövlətin daim diqqət mərkəzindədir. Fikrinizcə, bu sahədə daha hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur? – Ümumiyyətlə, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. Bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir. Amma əldə olunan nailiyyətlərlə kifayətlənmək düzgün olmazdı. Cənab Prezidentin də vurğuladığı kimi, bu sahədə hələ görüləcək işlər var.
Qeyd olunduğu kimi, dövlət yetəri iradəni ortaya qoyub. Burada digər mühüm vəzifələr qeyri – dövlət təşkilatlarının, siyasi partiyaların, digər vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür. Həmin təsisatlar gender məsələlərinə diqqəti daha da artırmalı, qadınların cəmiyyət həyatında rolunun artılırılmasına yönəlmiş siyasətə daha artıq dəstək verməlidir. Bu mənada Yeni Azərbaycan Partiyasının fəaliyyəti digər təşkilatlar üçün də örnək ola bilər. Son bələdiyyə seçkilərində partiyamızın qadın və gənc namizədlərə üstünlük verməsi, onların seçkilərdən namizəd kimi irəli sürülməsi, qadınlara və gənclərə geniş meydan verməsi kifayət qədər əhəmiyyətli və dövlətin gender və gənclər siyasətinə əsaslı töfhədir. – Sahibə xanım, siz, Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi qurumun qarşısında duran məqsəd və vəzifələrini necə şərh edərdiniz? – Təhsil elə bir sahədir ki, daim inkişafla, yeniliklə ayaqlaşmalı, innovativ dəyişikliklərə əsaslanmalıdır. Ona görə də, Azərbaycanın müasir inkişaf səviyyəsi, sahib olduğu potensial bu fondun yaradılmasını şərtləndirirdi. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Fondun yaradılması ilə bağlı Fərman imzaladı. Əslində, bu Fərmanda Fondun hansı zərurətdən yaradıldığı çox aydın şəkildə öz əksini tapıb. Fərmanda qeyd olunur ki, bu Fond müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə yaradılır. Əlbəttə ki, bu fondun fəaliyyətə başlaması ilk növbədə, Azərbaycanda gənclərin intellektual inkişafına, ölkəmizdə təhsilin inkişafına, elmi potensialın artırılmasına xidmət edən dövlət siyasətinin ardıcıllığını və səmərəsini ortaya qoyur.
Fondun fəaliyyət istiqamətlərinə gəlincə, Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət istiqaməti göstərilib. Bunlar ölkə əhalisinin daha sistemli və dərindən maarifləndirilməsi, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin insanlara çatdırılmasından, xaricdə əldə edilən elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən ibarətdir. Bilik Fondu Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verir. Əlbəttə ki, fondun layihələrində ölkənin ziyalı potensialından, yeniyetmə və gənclərin gücündən məqsədəuyğun istifadə olunur və bu ümumi işin effektiv qurulmasını təmin edib.
Bilik Fondunun məqsəd və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə start verilib. Bu sırada “Qardaşlaşmış məktəblər”, “Dini abidələrdə tarixin izləri”, “Docendo discimus”, “Ustad və şəyird”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda”, “Epizod”, “Auditoriya+” kimi layihələri göstərmək olar. Layihələrə belə uğurlu başlanğıc və bu kimi tədbirlərin ölkə ictimaiyyəti tərəfindən təqdirlə qarşılanması Fondun fəaliyyətinin səmərəsindən xəbər verir və gələcəkdə daha böyük nailiyyətlər qazanılacağını söyləməyə əsas verir.
Bu səhifəni göndər
Adınız
E-poçt
Mesajınız
Comments are closed, but trackbacks and pingbacks are open.