Bank Hesabı açmaq
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.
Yeni bank hesabı açmaq üçün vergi orqanına ərizə verilirmi?
Vətəndaş fiziki şəxs kimi VÖEN alaraq fəaliyyət göstərir və hər ay xaricdən əməkhaqqı alır. Hazırda istifadə etdiyi bankın xidmətlərindən razı olmadığı üçün başqa bankdan xidmət almaq istəyir. Bunun üçün yenidən Dövlət Vergi Xidmətinə ərizə göndərməlidirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.
Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğu vergi orqanına müvafiq qaydada müraciət etməyi tələb olunur.
Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz: https://bit.ly/3tzUTv6
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.
Bank Hesabı açmaq
Salam sizlərə bank hesabı açmaq haqqında bir neçə sual verəcəm
1. Hans Bank Sərfəlidir ,? tez-tez pul koçurəcəm içinə
2.Bank Hesabı açanda mənim adıma Kart verilir?
3. mınim mayın 1-i 18 yaşım olacaq mayin 10-u hesab aça bilərəm öz adıma?
4. Kart növləri müxtəlifdir mən hansını seçim,Classikç Elctron və s?
5. HeSAB açmaq üçün maksimum nə qədər pulum çıxacaq (hazırlıqlı gedim )
Sualı verdi: Namazov Ismayil ( 05/03/2014 )
Kateqoriya: Sual . bak hesab. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
1. Azericard dəstəkli banklardan birinə qoşulun. Sərfəli deyəndə ki hesab hər yerdə pulsuz açılır.
2. Kart ayrı şeydir, hesab ayrı. Kartı istəsəniz sifariş verirsiz hesab açılanda. Bəzi banklarda pulsuzdur 100$ pul qoymaq şərtilə hesaba, bəzilərində pulludur(illik 5-10 manat).
3. Visa Classic ya Electron, sizinçün fərq etməz.
4. Seçdiyiniz banka zəng edib öncədən soruşun bunu.
5. Onu da gedəcəyiniz bankdan soruşun. dediyim kimi hesab açmaq pulsuzdur. Kart açdırmaq isə illik 5-10 manat. Pulsuz açan bankda isə 100$ depozit şərtilə (yəni sonra istənilən vaxt o 100$ı götürə bilirsiz)
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Comments are closed, but trackbacks and pingbacks are open.