Beynəlxalq iqtisadi hüququn təsiri
Dünya Ticarət Təşkilatının bütün sazişlərində inkişafda olan dövlətlər üçün davamlı uyğunlaşma, preferensiya mərhələləri hüququ nəzərdə tutulub. Xüsusən də, Kənd təsərrüfat üzrə Saziş, Sanitar və fitosanitar tədbirlərin tətbiqi üzrə Saziş, Ticarətdə texniki maneələr üzrə Saziş, İnvestisiya tədbirlərinin ticarət aspektləri üzrə Saziş – TRIMS (m.41), «Antidemping Məcəlləsi» (m.15), Gömrük qiymətləndirilməsi üzrə Məcəllə (m. 20) və s. qeyd edilə bilər.
Beynəlxalq iqtisadi hüquq
Beynəlxalq ictimai-siyasi, elmi nəzəri jurnal / Международный общественно-политический, научно-теоретический журнал / International socio-political, scientific-theoretical journal
13
Aqrar sahədə iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi yollarının araşdırılması, tədbiqi və öyrənilməsi
Vüqar Kərimli,
AMEA İqtisadiyyat institutu, böyük elmi işçi.
İqtisad üzrə fəlsəfə doktoru
Email: [email protected] gmail.com
Giriş
Respublikamızın bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün tədbirlər sistemimdə aqrar sahənin idarə edilməsinin yeni iqtisadi münasibətlərə uyğumlaşdırılması və təkmilləşdirilməsi mühüm məsələlərdən biridir. Çünki burada böyük maliyyə, maddi, əmək və elmi potensial cəmlənmişdir, onlardan səmərəli istifadə insanların rifah halının yaxşılaşdırılmasının mühüm şərtidir.
Aqrar sahənin idarə edilməsi toplumda fəaliyyət göstərən əsas iqtisadi qanunla müəyyənləşir. Aqrar sahənin idarə edilməsi dedikdə toplumun maddi təlabatının ödənilməsi məqsədilə istehsal və qeyri-istehsal sahələrində məhsul istehlak etmək və xidmətlər göstərmək üçün onların müəyyən üsul və metodlarla fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi kimi başa düşülür. İdarəetmə təsərrüfat müxanizminin əsas həlqələrindən biridir. Məlumdur ki, mülkiyyət formaları dəyişildikcə aqrar sahədə idarəetmə mexanizmləridə dəyişilmişdir. Uzun illər aqrar sahənin idarə edilməsi sistemi onun inkişaf meyilləri və cəmiyyətimizin təlabatı ilə əlaqədar bir neçə dəfə yeniləşdirilmiş, təkmilləşdirilmiş və bunun nəticəsi olaraq yüksək son nəticəyə çatmaq və məsuliyyətin dahada gücləndirilməsinə yönəldilmişdir. Hal hazırda isə qeyri-neft sektorunun, həmçinin aqrar sahənin inkişafının əsas prioritet istiqamətləri müəyyən edilməklə yanaşı aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi, ehtiyyatlardan istifadəni yaxşılaşdırmaq, istehsalı artırmaq, səmərəliliyi yüksəlmək məsələlərinə istiqamətləndirilir.
İnkişaf etmiş ölkələrin təcrübələrindən belə qənaətə gəlmək olur ki, daima dəyişən iqtisadi münasibət və təlabatlara cavab verməsi üçün aqrar sahə səmərəli idarəetmə sisteminə malik olmalıdır. Təbii ki, aqrar sahənim kompleks inkişafını zəruri edən elementlər həlqəsi mürəkkəb olduğundan hətta istehsal-bölgü-mübadilə prosesinin təkmilolması aqrar sahə üçün nəzərdə tutulan hədəflərə çatmağa imkan vermir. Ona görə ki, resursların, istehsalın, işçilərin düzgün idarə edilməsi çox mürəkkəbdir. Hesab edirəm ki, Aqrar sahənin iqtisadi idarəetmə mexanizmlərinin araşdırılması və öyrənilməsi zamanın tələbidir və onun tədqiq edilməsinə ciddi ehtiyac vardır.
Aqrar sahədə iqtisadi idarəetmə mexanizmlərinin formalaşdırılması xüsusiyyətləri
İqtisadi idarəetmə mexanizminin əsas məqsədi özündə müəyyən ölçüləri və əsas amilləri əks etməklə qarşılıqlı əlaqəli bir sistemi ifadə edir. Deməli İqtisadi idarəetmə mexanizmi məqsədli bir mexanizmdir və obyektiv məzmun elementlərinə malikdir. [1,s.39]. Vurğulamaq istəyirəm ki, idarəetmə müəyyən münasibətlər sistemini əhatə edir. Onun müəyyən xüsusiyyətləri, prinsipləri və vasitələri vardır. Bu mənada idarəetmə münasibətləri idarəetmə funksiyalarını həyata keçirmək üçün yaranan münasibətlərdir. Qeyd olunanlar iqtisadi sistemə xas olan mexanizm vasitəsilə tənzimlənir. Eyni zamanda idarəetmə obyektiv iqtisadi qanunların tələblərinə uyğun həyata keçirilən bir prosesdir. Aqrar sahədə idarəetmə dedikdə iqtisadi prosesləri tənzimləyən obyektiv qanunları bilməklə iqtisadi mexanizmi hərəkətə gətirməklə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və xarici iqtisadi fəaliyyəti qurmaq və s. fəaliyyət məcmusu başa düşülür.
Aqrar sahədə idarəetmə mexanizminə onun obyekt və subyektləri daxildir. İdarəetmənin obyekti bütövlükdə iqtisadiyyat, yəni ASK-lar, kooperativlər, müəssisələr və s. daxildir. İdarəetmənin subyektləri dedikdə isə idarəetmə orqanları başa düşülür.
Respublikamızda aqrar sahənin sürətli inkişafını təmin etmək üçün infrastrukturanın inkişafı üçün bir idarəetmə sisteminin elementi kimi zəif həyata keçirilir bu da öz növbəsində müasir bazar tələblərinə uyğunluğu baxımından geridə qalır. Bu amil ASK-ların idarəetmə mexanizmlərinin effektivliyini aşağı salacaq. Buna görə obyektiv və subyektiv səbəblərə görə ölkəmizdə aqrar –sənaye komplekslərinin düşdükləri bu günkü böhran əməli tədbirlər görülmədiyindən dərinləşərək tənəzzülə uğramışdır.
Aqrar sahənin idarəetmə strukturlarında dəyişikliklərin edilməsinə ehtiyac var belə ki, bir – birini təkrar edən strukturlar ləğv edilməlidir, cəmiyyəti və iqtisadiyyatı mərkəzləşdirmə proselərinə tədricən hazırlıqlı vəziyyətə gətirmək lazımdır. [7,s.120]
Beynəlxalq təcrübənin öyrənilməsi
Təbii ki, iqtisadi əlaqələrin əsasını mənafelər və maraqlar təşkil edir. Respublikamıza gəlir mənbəyi kimi baxan ölkəliərin maraq dairəsi indiki şəraitdə təbiidir. Çünki hər bir dövlət ilk növbədə iqtisadi-siyasi əlaqələrinin öz mənafeləri əsasında qurulmasında maraqlıdır. Bu halda istənilən ölkə üçün başqa inkişaf etmiş ölkələrin təsirinə düşmək ehtimalı böyükdür. Bu halın baş verməməsi üçün dövlət düşünülmüş inkişaf istiqaməti, modeli seçmək zəruridir. İqtisadi əlaqələri bir sistem olaraq qəbul etsək xarici investisiyaların rolu danılmazdır.
Təbii və geopolitik amilləri nəzərə alsaq, Respublikamız dünya ölkələri ilə səmərəli iqtisadi əlaqələrin qurulması üçün xüsusu bir ölkədi, bundan da səmərəli istifadə olunmalıdır. Xəzər dənizi və Avropa ölkələrinə çıxış üçün nəqliyyat sisteminin, Qara dəniz ölkələrinin və ipək yolunun bərpasını misal olaraq göstərə bilərik. Xarici əlaqələr milli iqtisadi mənafelərə söykəndikdə səmərəli olur. Qeyd olunanları nəzərə alaraq söyləmək olar ki, uğurlu aqrar islahatların aparılması üçün beynəlxalq təcrübəni öyrənmək vacibdir.[8,s.200].
İsraildə torpaq dövlətin mülkiyyətidir və kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlər uzunmüddətli – 49, 99 illiyə icarəyə verilir. Sahibkarlar hər il torpaq vergisi ödəyir və məhsul istehsal etməkdə sərbəstdirlər. Torpaq ərazilərinin satışı qadağandır lakin, icarədar başqasının icarəsinə torpaq ərazilərini verə bilər. İcarə müddəti bitdikdən sonra dövlət torpaq əarazisini geri ala və ya icarə müddətini uzada bilər.
Təsərrüfatçılığın 2 forması mövcuddur: kibuslar və maşavalavır, kooperativlərə də üstünlük verilir. Kibuslar kollektiv təsərrüfatçılığa, maşavalavr isə kooperativ təsərrüfatçılığına əsaslanır. Dövlət təsərrüfatlara yardım və köməkliklər göstərir. Dövlət istənilən kənd təsərrüfatı məhsulu istehsalı üçün təsərrüfat sahiblərinə sifarişlər verir. İsraildə təsərrüfatçılıq sisteminin yüksək səviyyədə təşkil olunmasının nəticəsidir ki, ölkə kənd təsərrüfatı məhsullarına olan təlabatını demək olarkı tam ödəyir, hətta istehsal olunan məhsulun 20%-dən çoxunu ixrac edir. Düşünürəm ki, İsrailin təcrübəsindən yararlanmaqla ölkəmizdədə səmərəli təsərrüfatların inkişafına nail olmaq olar. Son illər respublikamızda üzümçülüyün inkişaf etməsini nəzəzə alsaq Fransanın təcrübəsinə diqqət yetirmək vacibdir. Fransada əkinə yararlı torpaqların əhəmiyyətli hissəsi sahibkarların əlindədir. Əsas təsərrüfat forması kimi fermerlər və kooperativlərdir. Sahibkarlar istədikləri kənd təsərüfatı məhsullarını istehsal etməkdə sərbəstdirlər, ancaq dövlət sifarişləridə qəbul edirlər.
Fransada üzümçülük ən gəlirli və populyar sahələrdən biri hesab olunur. Üzümçülüklə əsasən sahibkarlar məşğul olurlar və bu zaman məhsulun kəmiyyəti ilə yanaşı keyfiyyətədə xüsusi diqqət yetirilir. Çünkü keyfiyyətli məhsul daha rəqabətqabiliyyətli olur.
Çin Xalq respublikasının aqrar sahədə apardığı islahatlar təcrübəsində təqdirəlayiqdir, belə ki, burada islahatlar daima dərinləşir və təkmilləşdirilir. Çində torpaqlar dövlətin mülkiyyətindədir.
Almaniyanın aqrar sahədə prioritet istiqaməti şərq torpaqlarının ətraf mühitinin qorunmasını təmin edən, Avropa bazarlarında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulu istehsal edən və müasir müəssələr yaratmaqdan ibarət oldu. Almaniyada kooperativlər özlərinin “Rayfayzen” adlanan ittifaqda birləşib və idarəolunma formasına görə 3 növə ayrılır: federal, regional, yerli. Burada dünyanın müxtəlif ölkələrində filialı olan 2.654 kooperativ birliyi fəaliyyət göstərir.
Bizdə bu təcrübədən istifadə edərək respublikamızda kənd təsərrüfatı istehsal edən koperativlər yaradıla və rəqabətqabiliyyətli məhsul istehsal oluna bilər.
Aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi yollarının araşdırılması
Dünya ölkələrinin təcrübəsindən belə qənaətə gəlmək olarkı dövlət iqtisadiyyatın inkişafında katalizator və biznesin inkişafına təsiretmə vasitəsi ola bilər. Hazırda bazar iqtisadiyyatı inkişaf yolu keçmiş ölkələrin inkişaf modelləri dövlətin nədərəcədə müdaxilə edəcəyi ilə müəyyən olunur. Ölkəmiz bazar iqtisadiyyatında mövqeyi, təsir etmə səviyyəsi, bu səviyyənin həd və hüdudu əvvəllərdə hazırdada nəzəri metodoloji məna kəsb etməklə iqtisadçılar arasında fikir ayrılığına səbəb olmuşdur. Dövlətin iqtisadi funksiyalarının güclənməsi zəruridir,bazar iqtisadiyyatı dövlətin iqtisadi metod və üsullarla idarə etməsinin gücləndirilməsidir.[7,s.200]
İqtisadçıların inkişaf etmiş ölkələrin inkişaf modellərinə nəzər saldıqda anlaşılır ki, Azərbaycanın iqtisadi inkişafinın öz çətinliyi, xüsusiyyəti var. Bu mənada araşdırma göstərir ki, aqrar sahənin inkişafının tənzimlənməsimdə dövlətin iştirakı zəruridir, digər tərəfdən istehlak mallarının, ərzaq məhsullarının yaradılması ilə şərtlənir. Buna görədə dövlət aqrar sahənin inkişafını tənzimləməlidir. Araşdırmadan belə qənaətə gəlmək olar ki, dövlətin daxili bazara təşkiledici təsiri aşağıdakı kimidir.
Dövlət iqtisadiyyatı yüksək səviyyədə inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsullarının alıcısı kimi çıxış edir, bazarın strukturuna birbaşa təsir göstərir eyni zamanda bazarın fəaliyyətini yeni təşkilati formasını müəyyən edir. Sahibkarlara maddi yardım göstərilməsi, kreditlərin verilməsi, müxtəlif dotasiyalar dövlət tərəfindən həyata keçirilir.
İnkişaf etmiş dövlətlərdə kənd təsərrüfatının səmərəli inkişafını, müstəqil təsərrüfat subyektlərini təmin etmək üçün rentabelli sahənin müxtəlif vasitələrlə müdafiə edir. Ümumiqtisadi sahələr üzrə inkişafında ölkənin beynəlxalq bazarlarda vəziyyətini göstərən dövlət tənzimləyiciləri məxsus cəhətlər mövcuddur. Aqrar sahənin tənzimlənməsinin başlıca vəzifəsi başqa sahələrlə qeyri bərabər vəziyyətdə olduqda ona yardım göstərməkdən ibarətdir. İstənilən şəraitdə bu qeyri bərabərliyin xarakteri qorunub saxlanılır, bu aqrar sahənin xüsusiyyətləri ilə bağlıdır. Ancaq tənzimlənmənin istiqamətləri müxtəlifdir. O, kənd təsərrüfatı məhsullarının istehsalı və satışını stimullaşdırır, ya da onun antiböhran tənzimləyicisi kimi çıxış edir. Araşdırma göstərir ki, tənzimləmə üzrə qanunların mühüm əhəmiyyəti vardır. Qeyd olunan qanunlar ali qanunverici orqan tərəfindən qəbul olunur və istehsalın tənzimlənməsi üzrə aktlar orada öz əksini tapır. İnkişaf etmiş ölkələrin əksəriyyətində dövlətin aqrar siyasətinin müxtəlif mexanizmlər vasitəsilə məhsulların istehsalını və satışının tənzimlənməsi olmuşdur bununda əksər hissəsi dövlət təhsisatlarının üzərinə düşmüşdür. Bəzi məhsulların bazar tənzimlənməsi formalarında biridə marketinq nizamnaməsidir. Marketinq
nizamnamələrinin mənası nizamnamənin fəaliyyət zonası daxilində məhsulun keyfiyyəti üzrə diferensiyası ilə bu və ya digər məhsula vahid qiymətin qoyulmasıdır. Bu istehlakçıların mənafeini nəzərə almaqla fermerlərin gəlirlə təmin olunmasını göstərir. Praktikada gəlirlərin tənzimlənməsində 2 mexanizmdən istifadə edilir: tədarük və girov əməliyyatları vasitəsilə bazar qiymətlərinin saxlanılması. Girov məbləği ən kiçik təmin olunmuş qiyməti özündə əks etdirir. Sahibkarlar bunun əsasında öz məhsullarını sata bilir. Tədarük isə 2 formada dövlət tərəfindən müəyyən edilir məhsulun birbaşa və məcburi tədarükü formasında həyata keçirilir. Sonuncu tədbiq olunanda fermer məhsula çəkdiyi xərcdən imtina edir. Dövlət girov və tədarük əməliyyatlarını həyata keçirərkən xammal üzrə daxili bazara təsir göstərir. Qiymət əmələ gəlməsinə dövlət birbaşa eyni vaxtda təsir göstərir. Yəni fermer minimum təminat verilmiş qiymət funksiyasını yerinə yetirir. Lakin dövlətin bilavasitə müdaxiləsi yalnız kənd təsərrüfatı xammalı bazarı üçün xarakterikdir. Məhsul satışı zamanı belə müdaxilə dolayı mahiyyət daşıyır. İnkişaf etmiş ölkələrdə elmi-texniki inkişaf da tənzimlənmənin mühüm sahəsi kimi çıxış edir. [5,s.80]
Ətraf mühitin qorunması üzrə fəaliyyətin tənzimlənməsində dövlə müxtəlif formalarda iştirak edir. Onlar aşağıdakılardır: xüsusi dövlət standartlar və kefiyyətə nəzarət xidməti tərəfindən həyata keçirilən dövlət nəzarəti; ekoloji təmiz məhsulların stimullaşdırılması; kompensasiya verməklə torpaq ehtiyatlarının dondurulmasını nəzərdə tutan torpaqların məhsuldarlığının yüksəldilməsi üzrə dövlət proqramı. İstehsalın dövlət tənzimlənməsinə diqqət yetirilsə də o, heç vaxt direktiv xarakteri almamalıdır. Tənzimlənmənin məqsədi bazar mexanizmini qorumaq, əlverişsiz bazar nəticələrini yumşaltmaqdan ibarətdir. Onu deməyə əsas verir ki, aqrar sahədə tənzimlənmə istehsalın təmin olunmasına kömək edir. Müəyyən ölkələrdə istehsalın plana uyğun dövlət tənzimlənməsi sahəsindəki təcrübə bizim ölkədə istifadə edilə bilər. Dövlət tənzimlənməsində fiskal siyasət xüsusi yer tutur. Bu siyasətin əsas məqsədi kredit və vergi qoyma mexanizmi vasitəsilə inkişaf etmıkdə olan sahələri təmin etməkdən ibarətdir. Vurğulamaq istəyirəm ki, müəssisələrdə qiymətqoyma fiskal funksiyaların yerinə yetirilməsinə deyil, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına yönəlməlidir. [6,s.220] Dünya təcrübəsinə əsaslanaraq söyləmək istərdim ki, aqrar sahənin tənzimlənməsində dövlətin rolu və əhəmiyyəti getdikcə artır. Bu tənzimləmə strateji əhəmiyyətli ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalında aqrar işçiləri maddi cəhətdən maraqlandırmalı, məhsullara müəyyən olunmuş qaydada sifariş verməlidir. [2,s.103].
Aqrar istehsalın dövlət tənzimlənməsinin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi məqsədəuyğundur:
– kəndin sosial inkişafı
– təsərrüfatlarda qiymətlərin tənzimlənməsi
– əmtəə istehsalçılarının maraqlarının qorunması
ASK-larda aşağıdakı mülahizələrə diqqət yetirikməlidir:
– bazarın öz özünü tənzimləməsi ilə ona dövlətin təsiri ilə əlaqələndirmək
– iqtisadi dəyişikliklərin tədricən aparılması
– makroiqtisadi mexanizmlərinin aqrar bazara təsiri, ASK-ların iqtisadi qurumlarda rolu
Aqrar sahədə bazar subyektlərinə aşağıdakıları aid etmək olar: bazarın subyektini müəyyən edən bazarın növləri, bazar subyektlərinin təsiredici amilləri və s. Bunları daha geniş başa düşmək üçün makroiqtisadi və infrasruktur amilləri ilə yanaşı bazar mexanizmlərinin dövlət tənzimlənməsinin canlandırılması vacibdir. Hazırki aqrar islahatların həyata keçirildiyi şəraitdə istehsalın sabitliyinə və onun davamlı inkişafına nail olmaq üçün dövlət tənzimləməli və bu iqtisadi mexanizm kimi fəaliyyət göstərməlidir. Fikrimcə, tənzimlənin hüquqi əsası kimi yeni hüquqi qanunlarin qəbul edilməsinə ehtiyac var və tənzimlənmənin əsas istiqamətləri bu qanunla təsbit olunmalıdır. Kənd təsərrüfatı spesifik sahə olduğu üçün daha çox investisiya tələb edən istehsal sahəsidir. Aqrar sahədə islahatlar apararkən xarici investorların vəsaitlərindən istifadə edilməsi məqsədə uyğundur, ancaq əsas vəsait daxili mənbələr hesabına əldə edilməlidir. İstehsalın tənzimlənməsi təsərrüfat fəaliyyətinin pozulmasının qarşısını almaq zərurətindən yaranır. Aqrar sahədə istehsalın tənzimlənməsinin əsas məqsədi dövlətin maraqlarının qorunması və təminatının həyata keçirilməsindən ibarətdir. [4,s.150].
Aqrar sahənin idarəedilməsində xarici iqtisadi əlaqələr
Bu bir həqiqətdir ki, istənilən ölkə öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz. İndiki şəraitdə ölkəmizin xarici iqtisadi əlaqələrinin formalaşması və inkişaf etməsi onun strateji istiqamətlərdə həyəta keçirilməsi vacibdir. Xarici ölkələrdə olduğu kimi, bizdə də bazar münasibətlərinin formalaşmasında içtimai əmək bölgüsünün inkişafı ilə bağlıdır. İctimai əmək bölgüsünün mühüm forması olaraq beynəlxalq əmək bölgüsünün həyəta keçirilməsi beynəlxalq aləmdə əmək ilə bağlı fəaliyyətinin ixtisaslaşdırılmasının və kooperasiyalaşdırılmasının göstəricisidir. Dünya bazarında əmtəələr müxtəlif ölkələrdə milli əməkləri məcmə əməyin hissəsi kimi başa düşülür və nəticə olaraq milli əmək orta dünya əməyinə nisbətdə çıxış edir. Bazarlara satış məqsədi ilə çıxarılan əmtəələrə çəkilən xərclər orta dünya bazar xərclərindən aşağı olarsa o, iqtisadi səmərə vermiş olur. Əmtəənin dəyəri və kefiyyətinin standartlarla uyğun olması onun dünya bazarında qiymətini müəyyən edir. Aqrar sahədə istehsal olunmuş məhsulların hamısı beynəlxalq mübadilə obyekti ola bilmir. Bu onunla əlaqədardır ki, bazarda rəqabətə dözümlü, aşağı xərcli və istehlak keyfiyyətinə malik məhsullar beynəlxalq mübadilə obyektinə çevrilə bilir. Qeyd olunanları nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, ixrac olunacaq məhsulları istehsal edən zaman qabaqcıl texnologiyalardan istifadə etmək lazımdır. Müəyyən məhsulları məhdudlaşdırmaq üçün dövlət gömrük tariflərini yüksəltməlidir və yaxud yüksək kvota tədbiq etməlidir. Respublikamızın xarici bazarının formalaşdırılması üçün 1-cisi, iqtisadiyyatımız dünya təsərrüfat mexanizminə inteqrasiya olunmalıdır; 2-cisi, milli valyuta kursunun xarici valyutalara nisbətən süni formada aşağı salınması deyil, dünya bazarlarına rəqabət qabiliyyətli məhsullar çıxarmaqla təmin edilməlidir; 3-cüsü, ixrac-idxal əməliyyatı zərərli təsirlərdən qorunmalıdır. Vergi xarici iqtisadi əlaqələrin idarə edilməsində mühüm yer tutur. Belə ki, kənd təsərrüfatı spesifik sahədir və özünə məxsus xüsusiyyətlərə malikdir. Ölkələr öz aqrar sektorlarına uyğun xarici siyasətlərini həyata keçirirlər. Respublikamızda beynəlxalq qanunlara əməl edib düzgün gömrük vergi siyasətinin həyata keçirilməsi xarici ticarətinsəmərəliliyi artırır. Bəzi mallara yüksək vergi dərəcələri təyin edilməlidir, yalnız müasir texnologiyaları vergidən azad etmək lazımdır. Digər əsas məsələlərdən biridə aqrar sahədə daxili və xarici bazarı öyrənən, proqnozlaşdıran müasir tələblərə cavab verən operativ informasiya sistemi yaradılmalıdır, mütəmadi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər informasiya ilə təmin edilməlidirlər. Belə bir təminat dünyanın bir çox ölkələrində var, bu yolla istehsal və idxal olunacaq məhsulların qabaqcadan miqdarları proqnozlaşdırılır. Düşünürəm ki, qeyd olunan tədbir xarici iqtisadi fəaliyyətin effektivliyini xeyli artırmış olur. Beynəlxalq təcrübə belə deməyə əsas verir ki, texnoloji təçkilati amillər bazar iqtisadiyyatının təsiri nəticəsində formalaşır və inkişaf edir. İstehsal olunmuş məhsulun qiyməti, keyfiyyəti, miqdarı, daşınmaları şərtləri hər iki tərəf üçün əlverişli olduqda sahələr arası əlaqələr yaranır və bu iqtisadi inteqrasiya xarakteri daşıyır. [3,s.347]
Kənd təsərrüfatı istehsalının mövsümlüyü, onun təbii iqlim şəraitindən asıllığı məsulun davamlılığının və əmtəəlik səviyyəsinin yüksək olmaması satış bazarında güclü rəqabət şəraitində fəaliyyət göstərməsi fermerlərə öz məhsullarından həmişə lazımi mənfəət əldə etməyə imkan verən qiymətdə və həcmdə satmağa imkan vermir. Xarici iqtisadi əlaqələrimizi araşdırarkən barter üsulunun və dünya bazarındakı qiymətlərin tətbiq olunması prinsiplərinə uyğun hazırlznması vacib məsələlərdəndir.
Nəticə
Ölkədə aqrar sahənin inkişafı, onun müəyyən sahələrinin müntəzəm olaraq inkişaf etdirilməsi üçün müəyyən vəzifələr qoymuşdur. Etiraf etmək lazımdır ki, respublikamızda aqrar sahənin inkişafı onun potensiyalından aşağı səviyyədədir, bunun üçün onun yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir. Bu baxımdan Aqrar sahədə iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi yollarının araşdırılması, tədbiqi və öyrənilməsi istiqamətində aparılan araşdırmalar bir sıra nəticələr ortaya çıxarmışdır. Əldə olunmuş nəticələri aşağıdakı kimi ifadə etmək olar:
– kənd təsərrüfatı məhsullarının hərəkəti və xammalın təlabatçıya istehsal məqsədi ilə çatdırılması üçün mexanizmlər yaradılmalıdır.
– bazarın idarəetmə rıçaqlarını təkmilləşdirmək.
– əmtəə istehsalçıların maraqlarını qorumaq.
– müasir informasiya texnologiyalarından geniş istifadə etmək.
– aqrar sahədə iqtisadi idarəetmə mexanizmlərini müasir tələblərə uyğun olaraq təkmilləşdirmək.
Açar sözlər: iqtisadiyyat, bazar, idarəetmə, mexanizmlər, təkmilləşdirmə, istehsal, aqrar sahə.
ƏDƏBİYYAT SİYAHISI
1. Alıyev İ.H. Azərbaycan Respublikasında aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi. Bakı -2003, 315 s.
2. Kərimli V.B. Aqrar sahədə strateji menecment. Bakı-2018,150 s.
3. İbrahimov İ.H. Aqrar sahənin iqtisadiyyatı. Bakı-2016, 653 s.
4. Əhmədov İ.V. Kənd təsərrüfatının idarəedilməsi. Bakı-2006, 880 s.
5. Əlirzayev Ə.Q. Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi. Bakı-2010, 450 s.
6. Kəlbiyev Y.A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. Bakı-2006. 468 s.
7. Мутладзе Р.Г. Менеджмент в агропромышленном комплексе. Москва-2011, 382 с.
8. Qurbanzadə A.A. Aqrar strukturun regional inkişaf modeli. Bakı-2004. 438 s.
д.ф.э. В.Б. Керимли
Старший научный сотрудник ИЭ НАНА
Резюме
В статье исследуются пути совершенствования механизмов управления экономикой, что является одним из важнейших вопросов развития аграрного сектора в условиях современной рыночной экономики. Одним из основных условий является изучение экономики в аграрном секторе и ее способности удовлетворять и регулировать все требования рыночной экономики с учетом специфики управления. Это факторы, которые напрямую влияют на дальнейшее улучшение деловой среды в условиях рыночных отношений, ускорение социально-экономического развития и всестороннее формирование тех, кто участвует в управлении общим производством.
Ключевые слова: экономика, рынок, управление, механизмы, совершенствование, производство, аграрный сектор.
PhD. V.B.Kerimli
Head scientist of EU ANSA
Summary
The article examines and studies ways to improve economic management mechanisms, which is one of the most important issues for the development of the agricultural sector in a modern market economy. One of the main conditions is the study of the economy in the agricultural sector and its ability to meet and regulate all the requirements of a market economy, taking into account the specific features of management. These are the factors that directly affect the further improvement of the business environment in the conditions of market relations, the acceleration of socio-economic development and the comprehensive formation of those involved in the management of overall production.
Key words: economy, market, management, mechanisms, improvement, production, agrarian sector.
beynəlxalq iqtisadi hüququn təsiri
Qeyd edilən fikirdə müəyyən mübahisəli məqamlar olsa da, «dünya iqtisadiyatının bazis faktorlarının qarşılıqlı dialektik təsirindən yaranması» kontekstində beynəlxalq xüsusi hüquq beynəlxalq iqtisadi hüquq tənzimetmənin komponenti kimi təzahür edir. Belə ki, beynəlxalq xüsusi münasibətlərin səmərəli formada hüquqi tənzimlənməsi, müvafiq münasibət iştirakçılarının digər yurisdiksiyada hüquq subyektliyinin tanınması, imtiyaz və təminatlara malik olması üçün beynəlxalq müqavilələrin bağlanılmasını zəruri edir. Bu zaman beynəlxalq iqtisadi hüququn prinsip və normaları həmin müqavilələrin əsasını təşkil edir. Başqa bir hal da, beynəlxalq xüsusi münasibətlər yaranan (məsələn, xarici investorla qəbul edən dövlət arasında investisiya) mübahisələrin spesifik həlli üçün təsis edilmiş ümumi hüquq təbiətli ICSİD (1965), MİQA çərçivəsində subroqasiya prinsipi beynəlxalq iqtisadi hüquq ilə beynəlxalq xüsusi hüquq şəffaf sərhədə malik olmasına dəlalət edir. Beynəlxalq iqtisadi hüquq kimi beynəlxalq xüsuisi hüquq beynəlxalq təsərüffat münasibətlərində miqrasiya, kapital və işçi qüvvəsinin, xidmətlərin və s. sərbəst yerdəyişməsinə şərait yaradacaq effekli hüquqi tənzimetmə modelini müəyyən etməklə, bir tərəfdən liberal hüquqi tənzimetməni yönəldirsə, digər tərəfdən, beynəlxalq əmək bölgüsünü, sosial təminat, inkişafa hüquq kimi problemlərin həllini təmin etməlidir.
Beynəlxalq iqtisadi xaraqterli siyasi forumlarda insan hüquqları probleminin daha tez-tez səsləndirilməsi beynəlxalq iqtisadi münasibətlərinnormativ tərkibinə də təsir etməkdədir. Həmin məsələ beynəlxalq xüsusi hüququn tənzimetmə mexanizimində daha qabarıq formada, onun kollizion və maddi hüquqi metodlarında da təzahür etməkdədir. Hər iki hüquqi tənzimetmə metodunun (dövlətdaxili və beynəlxalq hüquqi) formları inteqrasiya və qloballaşma proseslərinin istiqamətində inkişaf edir.
Beynəlxalq xüsusi hüququn istər kollizion, istərsə də maddi hüquq xaraqterli dövlətdaxili hüquq normaları formalaşdırılarkən onların beynəlxalq kommersiya, ticarət münasibətləri üçün təyinatı nəzərə alınmalıdır. Əks təqdirdə həmin normaların səmərələliliyindən danışmağa dəyməz. Beynəlxalq xüsusi hüquqda tənzimetmənin müəyyən hissəsini təşkil edən “kollizion normaların da beynəlmiləşmiş adət normaları kimi formalaşması” (Sitelman, Kan) haqqında fikirlər diqqətdən yayınmamalıdır. Xüsusən də, lex venditoris (satıcının qanunu), lex societatis (hüquqi şəxsin şəxsi qanunu), lex flaqi (bayraq qanunu), lex fori məhkəmənin qanunu və s. kollizion formullar (prinsiplər) müasir dövrdə əksər dövlətlərin qanunvericiliyində beynəlxalq xüsusi hüquqi tənzimetmənin modelini müəyyən edir. Maddi hüquq normalarına gəldikdə isə burada da mənzərə beynəlxalq münasibətlərin hüquqi tənzimlənməsi istiqamətində formalaşır. Bu fikri birmənalı şəkildə prossesual normaların formalaşmasına da aid etmək olar.
Beynəlxalq xüsusi hüquq münasibətlərinin tənzimlənməsi üçün qəbul edilmiş nümunəvi qanunvericilik aktları (məsələn, beynəlxalq xüsusi hüquq, xarici investisiyaların müdafiəsi, beynəlxalq kommerisiya arbitrajı haqqında və s. qanunlar) ilə yanaşı, həm də dövlətdaxili mülki hüquq münasibətlərini tənzim edən qanunvericilik aktlarının beynəlmiləlləşməsi prosesi qeyd edilməlidir. Beynəlxalq inteqrasiya prosesinin təsiri beynəlxalq xüsusi hüququn beynəlxalq hüquqi tənzimetmə formalarını, o cümlədən həm kollizion (“Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələrinə tətbiq edilən hüquq haqqında” 1986-cı il Haaqa Konvensiyası), həm də maddi hüquq normalarının (“Əmtəələrin beynəlxalq alqı-satqı müqavilələri haqqında” 1980-cı il Vyana Konvensiyası) beynəlxalq hüquqdan təcrid olunmuş qaydada təfsiri və tətbiqi mümkün deyil. Belə bir öhdəlik Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasından (m. 31-33) irəli gəlir. Müvafiq normaların hər hansı bir forumda dövlətdaxili qanunvericilikdə “milliləşdirilməsi”, implimentasiyası onların məzmununa və təyinatına təsir göstərə bilməz.
Beynəlxalq iqtisadi hüquqda beynəlxalq xüsusi hüquq normaları ilə yanaşı müvafiq münasibətlərin realizəsində xüsusi şəxslərin dövlətlərarası hüquqi təminat sistemini, əsasən çərçivə prinsiplərini formalaşdıran beynəlxalq ümumi hüquq normaları da çıxış edir. Beynəlxalq iqtisadi hüququn ümumi hüquq normaları dövlətlərarası siyasi xaraqterli beynəlxalq iqtisadi münasibətlərini tənzimlənməsini təmin edir.
Beləliklə, beynəlxalq iqtisadi hüquq- beynəlxalq iqtisadi münasibətlərin iştiraklarını davranış qaydalarını tənzim edən norma və prinsiplərin sistemi kimi çıxış edir.
Şübhəsiz ki, qeyd olunan anlayışda subyektiv xaraqter daşıyır. Sözün geniş mənasında beynəlxalq iqtisadi hüquq bir tərəfdən, özündə mürəkkəb tənzimetmə formalarını (beynəlxalq, dövlətdaxili və qeyri-dövlət tənzimetmə mexanizmlərini) əhatə etməklə müvafiq yarımsistemlərin qarşılıqlı vəhdətini zəruri edirsə, digər tərəfdən, beynəlxalq hüququn sahələri ilə qarşılıqlı nisbətin həlli zərurətini meydana gətirir.
1.5. Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüququn
digər sahələri ilə qarşılıqlı əlaqəsi
15. Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüququn digər sahələri ilə sistem yaradıcı əlaqəsi beynəlxalq hüququn ümumtanınmış prinsipləri,ümumi institut və normaları ilə təmin edilir.Ədəbiyyatda qeyd olunur ki,ümumtanınmış prinsiplər beynəlxalq hüququn sahələrinə nisbətən şaquli sistemyaradıcı meyar kimi çıxış edir. Məsələn, beynəlxalq iqtisadi hüququn sahəvi prinsipi kimi diqqəti cəlb edən «təbii ehtiyatlar və iqrisadi fəaliyyət üzərində dövlət suverenliyi» prinsipi beynəlxalq hüququn «dövlətlərin suveren bərabərliyi» prinsipindən meydana gəlir (V.M.Şumilov). Müvafiq meyar əksinə təfsir etmək daha düzgün olar.Məsələ ondadır ki,suveren bərabərlik müəyyən iqtisadi məzmuna malikdir.Əks halda formal xarakter kəsb edir.Məhz bu faktı nəzərə alaraq formal suveren bərabərliyə faktiki iqtisadi bərabərlik məzmunu vermək üçün beynəlxalq iqtisadi hüquqda onun yarımsahəsi qismində iqtisadi yardım hüququ,inkişafda olan ölkələr üçün preferensiya prinsipi, bir sözlə, Yeni B eynəlxalq İqtisadi Qayda institutu təsis edilmişdir. Müvafiq olaraq siyasi suverenliyin iqtisadi suverenlikdən keçdiyini təsdiq edən beynəlxalq hüquqi praktika (Dövlətlərin təbii ehtiyatları üzərində ayrılmaz suverenliyi Bəyannaməsi (1962), Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartivası (1974) və s) mövcuddur.Dövlətlər,suveren bərabərliyi bərqərar etmək ücün müəyyən vaxtlarda xarici konsessiyaları milliləşdirmək kimi tədbirlərdən istifadə etmiş və beynəlxalq hüquq da müvafiq tədbirlərin qanuniyiliyini təsbit etmişdir. Qeyd edilənləri nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, təbii ehtiyatlar üzərində dövlət suverenliyi prinsipi suveren bərabərlik, əməkdaşlıq, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, beynəlxalq mübahisələrin dinc həlli, ərazi bütövlüyü və s. prinsiplər deyil, əksinə, sonuncu prinsiplərin ayrı-ayrı dövlətlərin iqtisadi hüquqularının (maraqlarının), «ümumbəşəri nemətlərin» istifadəsində bərabərliyini təmin etmək üçün iqtisadi əməkdaşlıq, qarşılıqlı mənfəət prinsipinə (hüququna) əsaslanır.
Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüququn digər sahələrilə əlaqəsini,həmin sahələrin tənzim etdiyi beynəlxalq münasibətlərin iqtisadi məzmun kəsb etməsini beynəlxalq iqtisadi hüquq ilə həmin sahələrin ortaq institutları əsasında izləmək olar. Buna misal olaraq:
– müstəsna iqtisadi zonada və qitə şelfində iqtisadi fəaliyyətin rejimi (beynəlxalq dəniz hüququ);
– beynəlxalq iqtisadi cinayətkarlıqla (məsələn, çirkli pulların yuyulmasına qarşı) mübarizə institutu (beynəlxalq cinayət hüququ);
– təbii ehtiyatların istifadəsində ekaloji prinsiplər və standartlar (ətraf mühitin beynnəlxalq hüquqi mühafizəsi) və s. qeyd edilə bilər.
Beynəlxalq iqtisadi münasibətlərin inkişaf dinamikası,həmin münasibətlərin tədricən mürəkkəbləşməsi beynəlxaq hüququn yeni institut və sahələrinin meydana gəlməsini zəruri edir.Məlum olduğu kimi, hələ ilkin orta əsrlərdə quru ərazi ilə beynəlxalq ticarət dövriyyəsi üçün mövcud olan müxtəlif gömrük, inzibati yurisdiksiyaları beynəlxalq dəniz ticarətini və nəticə etibarı ilə beynəlxalq hüququnun formalaşmasında həlledici rol oynadı.Hal-hazırda təbii ehtiyatlardan, xüsusən də, «siyasiləşmiş» resurslardan neftə təlabatın artması beynəlxalq enerji bazarında onun qiymətinin yüksəlməsi tendesiyası, həmçinin neft məhsulları ilə yanaşı digər enerji resurslarından uranın irimiqyaslı istifadəsi bir sıra ekoloji, inzibati problemlərin həllini zəruri edir ki, bu da mövcud beynəlxalq iqtisadi hüquq çərçivəsində hüquqi tənzimetməni daha da mürəkkəbşdirir. Neft məhsullarının hasilatı, nəqli və istifadəsi sferasında ekoloji təhlükəsizliyin təmin olunması, atom elektrik stansiyalarından istifadə sferasında Beynəlxalq Atom Enerji Agentliyinin (1957) beynəlxalq nəzarət funksiyası və s. problemlərin səmərəli və sistemli həlli tənzimetmə predmetini beynəlxalq enerji münasibətlərini təşkil edən yeni sahələrin formalaşdırılmasını zəruri edir. Beynəlxalq neft (enerji) bazarında qiymətlərin azad rəqabət prinsipinə deyil, ixracçılarla idxalçıların razılaşmaları əsasında (hasilatın kvotalanması ilə) müəyyənləşdirilməsi beynəlxalq maliyyə,investisiya bazarlarına təsir etməyə bilməz. Enerji resurslarının iqtisadi təhlükəsizlik komponenti yurisdiksiyaları beynəlxalq dəniz ticarətini və nəticə etibarı ilə beynəlxalq hüququnun formalaşmasında həlledici rol oynadı.Hal-hazırda təbii ehtiyatlardan, xüsusən də, «siyasiləşmiş» resurslardan neftə təlabatın artması beynəlxalq enerji bazarında onun qiymətinin yüksəlməsi tendesiyası, həmçinin neft məhsulları ilə yanaşı digər enerji resurslarından uranın irimiqyaslı istifadəsi bir sıra ekoloji, inzibati problemlərin həllini zəruri edir ki, bu da mövcud beynəlxalq iqtisadi hüquq çərçivəsində hüquqi tənzimetməni daha da mürəkkəbşdirir. Neft məhsullarının hasilatı, nəqli və istifadəsi sferasında ekoloji təhlükəsizliyin təmin olunması, atom elektrik stansiyalarından istifadə sferasında Beynəlxalq Atom Enerji Agentliyinin (1957) beynəlxalq nəzarət funksiyası və s. problemlərin səmərəli və sistemli həlli tənzimetmə predmetini beynəlxalq enerji münasibətlərini təşkil edən yeni sahələrin formalaşdırılmasını zəruri edir. Beynəlxalq neft (enerji) bazarında qiymətlərin azad rəqabət prinsipinə deyil, ixracçılarla idxalçıların razılaşmaları əsasında (hasilatın kvotalanması ilə) müəyyənləşdirilməsi beynəlxalq maliyyə,investisiya daha əhəmiyyətli ekoloji, texniki (zənginləşdirilmiş urandan istifadə ilə bağlı), hərbi təhlükəsizliyin təmin olunmasını zəruriləşdirir (336). Bu da beynəlxalq təhlükəsizlik, məsuliyyət hüququna yeni yanaşma tərzini tələb edir.
1.6. beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə
qarşılıqlı əlaqəsi
17. Beynəlxalq iqtisadi münasibətlərin səmərəli tənzimlənməsi üçün həlli zəruri olan məsələlərdən biri də beynəlxalq hüquq normaları ilə dövlətdaxili hüququn qarşılıqlı vəhdət probleminin təmin edilməsidir. İteqrasiya, qloballaşma prosesin inteqrasiya və qlobal hüquq sisteminin yaranmasını şərtləndirir. Bu zaman dövlətdaxili hüquq normalarının beynəlxalq iqtisadi münasibətlərin beynəlxalq hüquqi tənzimetmə elementi kimi çıxış etməsi və həmçinin əksinə, beynəlxalq iqtisadi hüquq normalarının müəyyən hallarda dövlətdaxili münasibətlərə tətbiqi zərurəti ortaya çıxır.Beynəlxalq iqtisadi hüquq tənzimetmədə dəvlətdaxili (məsələn, kömrük-tarif, sanitar, fitosanitar, valyuta, texniki təhlükəsizlik və s. qanunvericilik normalarının çıxış etməsi beynəlxalq hüquqla milli hüququn qarşılıqlı nisbət məsələsində onlara müxtəlif hüquq sistemləri aspektində deyil, universal hüquqi sistemin eyni təyinatlı, lakin müxtəlif sferalı normalardan ibarət yarımsistemlər kimi baxılmasını zəruri edir.Beynəlxalq hüquq ilə dövlətdaxili hüququn qarşılıqlı nisbətində ənənəvi dualist və monist konsepsiya və nəzəriyyələr müasir dövrün qlobal iqtisadi sisteminin hüquqi tənzimlənməsi üçün qəbul edilə bilməz. Ən azından müasir inkişaf tendensiyası buna yol vermir.
Müasir iqtisadi inkişaf tendensiyası, əhalinin kütləvi miqrasiyası, işçi qüvvəsinin, xidmətin, kapitalın sərbəst yerdəyişməsi daha zəif iqtisadi potensiala malik dövlətlərin maraqlarını gözləmək şərtilə liberal tənzimetməyə əsaslanan universal hüquq qaydasını formalaşdırmaqdadır. Bir tərəfdən, ayrı-ayrı regionlarda iqtisadi inteqrasiya qrumlarının, digər tərəfdən isə, universal beynəlxalq təşkilatlarda dövlətlərin təmsil olunma səviyyəsinin genişlənməsi qeyd etdiyimiz fikri təsdiqləməkdədir.
Müasir obyektiv iqtisadi reallıqlar beynəlxalq iqtisadi hüquqa dövlətlərin ümumi maraqlarının təzahürü kimi baxmağı zəruri edirsə, dövlətdaxili hüquq isə müvafiq beynəlxalq (iqtisadi) hüquqa uyğun formalaşdırılmasını və tətbiqini zəruri edir. Müasir konstitusiyaların beynəlxalq münasibətlərin hamılıqla qəbul edilmiş prinsiplərindən çıxış etməsi (AR Konstitusiyası, m.10) belə deməyə əsas verir ki, tədricən beynəlxalq birlik universal hüquq (H. Kelsen) qaydasına daxil olmaqdadır.Digər tərəfdən, beynəlxalq müqavilələrin dövlətdaxili qanunveicilik sisteminin tərkib hissəsi kimi elan edilməsi (AR Konsitutisiyası, m. 148), ayrı-ayrı qanunvericilik aktlarında ( məsələn, Gömrük Məcəlləsində, Enerqetika haqqinda AR Qanunda, Dövlət satınalmalarl haqqinda AR Qanunuda və s.) beynəlxalq müqavilə normalarını prioritetinin tanınması ve bundan istisna kimi dövlət suverenliyinə müvafiq olaraq konstitusiyon normaların və referendumla qəbul edilən aktların daha üstün hüquqi qüvvəsi ( AR Konsitutisiyası, m.151) müvafiq normaların bir sistemin qarşılıqlı asılılıqda və bağliliqda olan elementlərin olmasını sübut edir.
ƏDƏBİYYAT SİYAHISI
1. Ануфриева Л.А. Соотношение международного публичного и международного
частного права: правовые категории. М. Сиарк. 2002. с. 331
2. Баскин Ю.А., Фелдман Д. И. История международного права. М. 1990
3. Вельяминов Г.М. Международное экономическое право и процесс
(Академический курс): Учебник/ М. Вольтерс Клувер, 2004. с. 496.
4. Карро Д. Жюйар П. Международное экономическое право: Учебник/Пер. с.
франц. В. П. Серебренникова, В.М. Шумилова М. Междунар. Отношения, 2001,
5. Корецкий В.М. Избранные труды: В 2 кн. / АН УССР. Ин-т Государства и Права:
Редкол.: В.Н. Денисов (гл. ред.) и др. – Киев: Наук. Думка. 1989. – Кн. I. 1989. 344
6. Ковлер А.И. Антропология права. Учебник для вузов. М. 2002. с.6
7. Фердросс А. Международное право. М. Изд-во. Иностранной литературы. 1959. –
8. Brownley I. The rule of law in International Affairs. The Hague. 1998.
9. Jackson J.H. Status of treaties in Domestic Legal Systems: A Policy Analysis (The
American Journal of International Law) – 1992. – Vol. 86
10. Kelsen H. General Theory of Law and State. N4.1891. P. 325
11. Saving F.K. Sustem des heutigen Römischen Rechts. – Berlin. 1849. -B.I. s. 7 .
II FƏSİL, BEYNƏLXALQ İQTİSADİ HÜQUQUN
VƏ BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRİN
SUBYEKTLƏRİ
2.1. Dövlətin beynəlxalq iqtisadi hüquq subyektliyinin xüsusiyyəti
2.2. Beynəlxalq iqtisadi təşkilatlar
2.3. Beynəlxalq qeyri-hökumət təşkilatları və transmilli korporasiyalar
2.4. Beynəlxalq iqtisadi hüquqda əmək bazarı və əhalinin məşğulluq problemi
2.5. Beynəlxalq iqtisadi hüquqda təhlükəsizliyin humanitar aspekti
2.1. Dövlətin beynəlxalq iqtisadi hüquq subyektliyinin
xüsusiyyəti
1.8. Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimetmə sisteminin elementlərindən biri də beynəlxalq hüquq subyektliyi institutudur. Beynəlxalq iqtisadi hüquq münasibətlərinin yaranması üçün digər iki kateqoriya – norma və fakt kimi beynəlxalq hüquq subyektliyi zəruri şərtidir. Beynəlxalq iqtisadi hüquq subyektliyi beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi üçün hüquqyaratma, hüquq tətbiqetmə və eyni zamanda müvafiq münasibətlərin iştrakçısı olmaqla müəyyən hüquq və vəzifələri daşımaq keyfiyyətini nəzərdə tutur. Dövlət müvafiq keyfiyyətdə beynəlxalq iqtisadi hüququn əsas subyektlərindən biri kimi çıxış etməkdədir.
Hər bir dövlət ümumi, xüsusi və fərdi beynəlxalq hüquqi statusa malik olmaqla özünün beynəlxalq subyektliyini realizə edir. Ümumi beynəlxalq hüquqi status beynəlxalq hüququn bütün dövlətlərə verdiyi hüquq və vəzifələrin məcmuudur. Xüsusi beynəlxalq hüquqi status isə beynəlxalq hüququn xüsusi normaları ilə bu və ya digər dövlətə və ya dövlətlərə verilir. Məsələn, inkişaf olan dövlətlər keçid iqtisadiyyatlı dövlətlərin xüsusi statusu qeyd edilə bilər. Fərdi beynəlxalq hüquq status müəyyən bir dövlətin hüquq və vəzifələrinin məcmuu kimi başa düşülür. Dövlətlərin suveren bərabərliyinə baxmayaraq onların hüquq subyektliyinin həcmi müxtəlif olur.
19. Dövlətin iqtisadi hüquq və vəzifələri onun yurisdiksiyasında ifadə olunan suverenliyindən doğur. Fəaliyyət sferasına görə dövlətin ərazi və ərazidənkənar ( məsələn, xaricdə olan dövlət orqanlarına, dövlət əmlakına, dövlətinözünün fiziki və hüquqi şəxslərin münasibətdə) yurisdiksiyası fərqləndirilir. Beynəlxalq iqtisadi hüquqda ərazidənkənar yurisdiksiya milli şəxslərin fəaliyyətinə nəzarətdə ifadə edilir. Ümumi qayda ondan ibarətdir ki, dövlət xüsusi şəxslərin ( sahibkarların) iqtisadi fəaliyyətinə görə məsuliyyət daşımır. Lakin, bəzi hallarda transmilli korporasiyaların hüquqazidd fəaliyyəti mənsubiyyət (qeydiyyat) dövlətinin ərazisilə bağlı olur və həmin dövlətdə istehsalı və ixracı qadağan olunan əmtəələr digər dövlətə keçirilir ki, bu da mənsubiyyət dövləti üçün də məsuliyyət yaradır. Digər halda tanınmayan ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən şirkətlər mənsubiyyət dövləti tərəfindən həmin fəaliyyətdən çəkindirməlidirlər.
20. Hakimiyyətin həcminə görə – tam və məhdud (məsələn, xaricdə yerləşən vətəndaşlara münasibətdə), həmçinin hakimiyyətin xarakterinə görə – qanunvericilik, icra və məhkəmə yurisdiksiyası fərqləndirilir. Bir dövlətin hakimiyyəti digər dövlətin hakimiyyəti ilə məhdudlaşır. Bu məhdudlaşmanı isə dövlət immuniteti prinsipi əsaslandırır (96).
Qeyd etdiyimiz kimi, dövlətin suveren bərabərliyinə baxmayaraq, onların beynəlxalq iqtisadi hüquq subyektliyinin həcmi müxtəlifdir. Bu müxtəlifliyi şərtləndirən faktor kimi iqtisadi münasibətlərdəki fərqli inkişaf tendensiyaları çıxış edir.
21. Müasir beynəlxalq iqtisadi münasibətlər iki əks tendensiyanın – liberalizm və proteksionizm istiqamətində inkişaf etməkdədir. XX əsrin 90-cı illərindən başlayaraq dünya iqtisadiyatında yaranan qloballaşma liberalizmin çəkisini artırmışdır. Başqa sözlə, müasir beynəlxalq iqtisadi münasibətlər birmənalı olaraq bazar iqtisadiyyatlı inkişafa yönəlir. Bu zaman müəyyən problemlərin yaranması istisna edilmir. Xüsusən də, dövlətlərin fərqli inkişaf səviyyəsi və beynəlxalq iqtisadi münasibətlərdə iştirak etmək imkanı nəzərə alınmazsa, beynəlxalq, həmçinin iqtisadi təhlükəsizliyin təmin olunması mümkün olmayacaq. Buna görə də beynəlxalq iqtisadi münasibətlərdən dövlətlərin fərqləndirilməsi zərurəti yaranmışdır. Fərqləndirmə iki istiqamətdə – iqtisadi inkişaf və iqtisadiyyatın rəqabətə əsaslanması səviyyəsinə görə aparılır.
İqtisadi inkişaf səviyyəsinə görə dövlətlərin fərqləndirilməsi beynəlxalq iqtisadi hüquq çərçivəsində YBİQ-yə uyğun olaraq leqallaşdırılsa da, əksinə, bazar iqtisadiyyatına uyğun inkişaf modeli isə formalaşma prosesindədir.
Dövlətlərin iqtisadi inkişaf səviyyəsinə görə fərqləndirilməsi formal (suveren) bərabərlikdən geri çəkilmə ilə, preferensiya sistemilə təmin edilir. İnkişafda olan dövlətlər üçün preferensiya institutunun təsisi BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) çərçivəsində 1964-cü il «Prinsiplərilə» preferensiyaların ümumi sistemin qəbuluna təsadüf edir. Daha sonra, 1966-cı ildə Tariflər və ticarət üzrə baş Sazişdə (GATT – 1947), Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasında (1974), Yeni beynəlxalq iqtisadi qayda haqqında Bəyannamə və Proqramda (1974), Ticarət preferensiyalarının qlobal sistemi haqqında Belqrad Müqaviləsində (1988) Dünya Ticarət Təşkilatı sazişlərində və s. möhkəmləndirilmişdir. Preferensiyaların daha ciddi sistemi Loma konvensiyalarında təsbit edilir.
22. İnkişafda olan dövlətlərə preferensiya nəzərdə tutan ilk Loma (Toqo) Konvensiyası Avropa Birliyi və Afrikanı, Karib dənizi, Sakit Okean hövzəsindən 46 dövlətlə 1975-ci ildə bağlanmışdır. IV Loma Konvensiyası (1989) bağlanarkən dövlətlərin sayı 68 olmuşdur. Loma Konvensiyalarının sabitləşdirmə mexanizmlərinin əsasında kənd təsərrüfatı məhsullarına tətbiq olunan (Stabeks) və qeyd olunan ölkələrə maliyyə dəstəyi və mineral-xammal potensialının rəqabət qabiliyyətinin təmininə yönələn (Sismin) proqramları dayanır.
23. 1971-1978-ci illərdə əksər qabaqcıl ölkələrdə preferensiaların sxemləri elan olunur və xüsusi milli preferensia sistemi olan hər bir dövlət inkişafda olan dövlətlərə preferensiya sistemindən təzyiq göstərmə aləti kimi istifadə etməyə başlayırlar.
İnkişafda olan dövlətlərin qeyri-müəyyən statusu, həmçinin keçid iqtisadiyyatlı dövlətlərə münasibətdə birtərəflilik, həmin dövlətlərə qarşı əksər halda diskriminasion siyasət üçün əsas verir.
24. İnkişafda olan dövlətlərin statusu öncədən yumşaq hüquq qaydasına əsaslanmışdır. Müvafiq status BMT-nin 1979-cu il qərarına əsasən müəyyən edilmişdir. Dərc edilmiş siyahıda daha az inkişaf etməkdə olan dövlətlər də fərqləndirilir. Dünya Ticarət Təşkilat sistemində bu məsələ ilə bağlı yalnız Subsidiya və kompensasiya tədbirləri az inkişaf etmiş ölkələrin kateqoriyası göstərilmişdir. Bu ölkələr adambaşına düşən illik milli gəliri 1000 ABŞ dolları olan ölkələr kimi fərqləndirilir (27. 2 b maddəsinin VIIb Əlavəsi). Bu halda da az inkişaf etmiş dövlətlər kateqoriyasını dəqiqləşdirmək üçün saziş BMT –nin qiymətləndirilməsinə istinad edir.
25. BMT-dən fərqli olaraq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı həmin göstəricini fərqli qayda verir. Belə ki, 1994-cü il məlumatına görə Dünya Bankı 209 ölkəni adambaşına düşən illik gəlirdən asılı olaraq dörd kateqoriyada təsniflənmişdir:
– 725 ABŞ dollarından az olan 64 dövlət;
– 726-2895 dollar ( orta səviyyədən aşağı) olan 66 dövlət;
– 2896 8995 dollar ( ortadan yüksək) olan 35 dövlət;
– 8996 dollar ( yüksək gəlirli) 44 dövlət qeyd edilib.
Dünya Ticarət Təşkilatının bütün sazişlərində inkişafda olan dövlətlər üçün davamlı uyğunlaşma, preferensiya mərhələləri hüququ nəzərdə tutulub. Xüsusən də, Kənd təsərrüfat üzrə Saziş, Sanitar və fitosanitar tədbirlərin tətbiqi üzrə Saziş, Ticarətdə texniki maneələr üzrə Saziş, İnvestisiya tədbirlərinin ticarət aspektləri üzrə Saziş – TRIMS (m.41), «Antidemping Məcəlləsi» (m.15), Gömrük qiymətləndirilməsi üzrə Məcəllə (m. 20) və s. qeyd edilə bilər.
Kənd təsərrüfatı üzrə Sazişə Əlavəyə görə, inkişafda olan dövlətlər üçün liberallaşdırma müddəti 10 ilədək uzadılmış, ixtisarların həddi isə 24%-ə qədər azaldılmışdır. Keçid iqtisadiyyatlı dövlətlər üçün preferensiya nəzərdə tutulmayıb. Lakin bu ölkələr ümumi qaydada Dünya Ticarət Təşkilatı hüququ üzrə müdafiə tədbirləri sistemindən istifadə edə bilərlər (m. 5.8). Müvafiq qayda kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarəti üzrə islahatlar prosesinə mane olmamalıdır. Bu tədbirlər hər zaman bazara minimal çıxışın mümkünlüyünü saxlamalı və zaman keçdikcə müdafiə tədbirlərinin qaldırılmasına təminat verməlidir. Kənd təsərrüfatında milli istehsalçılara kömək məqsədilə üzv dövlətlər kənd təsərrüfatı mallarının ixracını subsidiyalandırmaq imkanına malikdirlər.
İnkişafda olan dövlətlər üçün preferensiyalar sistemi təsis edildikdən sonra beynəlxalq iqtisadi hüququn subyektlərinin iqtisadi inkişaf səviyyəsinə görə fərqləndirilməsi daha da ciddiləşdirlmişdir. İnkişafda olan dövlətlərin sırasında sənayecə inkişaf etməkdə olan və yaxud da yeni sənayeləşmiş dövlətlər fərqləndirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.