Press "Enter" to skip to content

Pirimov s Blog

ABŞ iqtisadiyyatının əsas tərkib hissələri

“Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı nəşr olunub

Bakı, 16 yanvar, AzərTAc
Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Müəllif, eyni zamanda, beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də kitabında geniş yer ayırıb.
Bütövlükdə altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitab “Nəticə” və ədəbiyyat siyahısı ilə tamamlanır.
“Çin Xalq Respublikası beynəlxalq münasibətlər sistemində” adlanan birinci bölmədə Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələrinə nəzər salınır. Azərbaycan-Çin əməkdaşlığı isə ayrıca yarımfəsildə geniş təhlil obyekti kimi çeşidli faktlarla araşdırılır.
“Beynəlxalq münasibətlər və Yaponiya” bölməsi də maraqlı mövzular üzrə təqdim olunur. Burada dünya syasətinin cazibə qüvvəsi kimi xarakterizə edilən Yaponiyanın ABŞ, ÇXR, Rusiya və digər Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrindən geniş söhbət açılır. Əsərin müəllifi Azərbaycan-Yaponiya əməkdaşlığı məsələlərinə də ətraflı nəzər salır, ölkəmizin Yaponiya ilə siyasi-diplomatik əlaqələri, təhsil sahəsində əməkdaşlığı, turizm, səhiyyə, idman, eləcə də mədəni və ədəbi əlaqələrindən ətraflı bəhs edir.
Kitabın “Koreya Respublikası dünya siyasətində” adlanan xüsusi fəslində Koreya Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri, beynəlxalq təşkilatlardakı nüfuzu, dünya siyasətindəki mövqeyi, həmçinin Azərbaycanın Koreya ilə əlaqələri sistemli şəkildə təhlil olunur.
“Dünya siyasətində Sinqapur”, “Beynəlxalq münasibətlərdə Malayziya” və “Vyetnam Sosialist Respublikası dünya siyasətində” bölmələrində dünya siyasətində gedən proseslərin işığında Sinqapur, Malayziya və Vyetnam kimi ölkələr bir sıra aspektlər üzrə: siyasi-iqtisadi, eləcə də diplomatik və mədəni əlaqələr cəhətdən geniş elmi təhlil obyekti kimi seçilib. Qeyd olunan ölkələrin Azərbaycanla ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələləri geniş araşdırmaya cəlb edilib.
Beləliklə, müəllif tərəfindən Azərbaycan Respublikasının Çin, Yaponiya, Koreya, Sinqapur, Malayziya və Vyetnam kimi Asiya ölkələri ilə əməkdaşlığına xüsusi diqqət yetirilməsi əsərin maraq doğuran cəhətlərindən birinə çevrilib. Kitabda ayrıca yarımfəsillərdə ölkəmizin qarşılıqlı iqtisadi, siyasi, diplomatik, eləcə də mədəni və ədəbi əlaqələri elmi təhlil süzgəcindən keçirilib. R.Talıbov Asiya ölkələrinin Azərbaycan Respublikası ilə əlaqələrindən bəhs edərkən bu istiqamətdə ölkəmizdə müstəqillik dövründə ardıcıl olaraq məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini geniş şərh edib. Müəllifin elmi qənaətində dünya siyasətinin əsas mərkəzlərindən birinə çevrilmiş Asiya ilə əməkdaşlıq Azərbaycan dövlətinin yeni tarixi epoxadakı aparıcı istiqamətlərindən biri kimi əsaslandırılıb.
Adları çəkilən region ölkələrinin tarixinə də qısa ekskurs edilən əsərdə müəllif çoxsaylı elmi və elmi-kütləvi mənbələrə istinad edərək məqsədyönlü şəkildə oxucuya dərin məzmunlu və hərtərəfli bilik vermək missiyasını uğurla yerinə yetirib. Kitabın mənbəşünaslıq bazası geniş və zəngindir.
Nəşrin elmi redaktoru, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, rəyçilər tarix elmləri doktoru, professor Zeynal Həsənəliyev və hüquq üzrə fəlsəfə doktoru, dosent Mehriban Babazadədir.
Kitab ali məktəblərin beynəlxalq münasibətlər ixtisasının tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulur. Bundan başqa, bu vəsaitdən tədqiqatçılar, siyasətçilər, müəllimlər və tələbələr də istifadə edə bilərlər.

Pirimov’s Blog

Do not write post if you don’t know what to write! It’s as simple as that.

Tag Archives: beynelxalq iqtisadi munasibetler

ABŞ iqtisadiyyatı necə işləyir?

ABŞ iqtisadiyyatının əsas tərkib hissələri

Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər — Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir. Continue reading →

Share:

Like this:

Like Loading.

  • Posted in İnternational Economic Relations
  • Tagged abs, abs iqtisadiyyati, amerika, amerika iqtisadiyyati, beynelxalq iqtisadi munasibetler, beynəlxalq iqtisadi münasibətlər, economy, ekonomika, iqtisadi münasibətlər, iqtisadiyyat, munasibetler
  • Leave a comment

Search

Archives

March 2023

M T W T F S S
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Categories

  • Articles
  • Azərbaycan dilinə aid testlər
  • Civil Defense
  • English
  • Essays in Azeri
  • History of Europe and America
  • Law
  • Tourism
  • Ədəbiyyata aid inşalar
  • İnformatics
  • İnternational Economic Relations
  • İnternational Relations

Subscribe to Blog via Email

Join 39 other subscribers

Blog Stats

  • 469,448 hits

Author

Tweet!

  • #Avropanın problemi bütün dünyanın problemidir. Dünyadakı problemlər isə Avropaya aidiyyatı yoxdur. #ikilistandart9 months ago
  • We will meet again #Expo2020twitter.com/expo2020dubai/…11 months ago
  • RT @questCNN: ��Talking tech��: UAE AI, Digital Economy & Remote Work Applications Minister @OmarSAlolama talks AI regulation, partnering wit… 1 year ago
  • One question: Where is Nazarbayev? #Kazakshtan#KazakhstanProtests1 year ago
  • RT @HannaLiubakova: #Kazakhstan It’s almost 2:30 am in Almaty now. An “anti-terrorist operation” began in the city. You can hear sirens and… 1 year ago

Comments are closed, but trackbacks and pingbacks are open.