Press "Enter" to skip to content

Niyə ABŞ iqtisadiyyatı

Karyera planlaması çox vax son kurs və ya magistr təhsili zamanı aparılır. Amma daha əvvəl başlamaq üstünlükdür.Ona görə öncəliklə nəzəri biliklərinizi artırmağı, sonralar isə beynəlxalq sertifikatlar almaq yolunda irəliləməyiniz məsləhətli addım olar. Çalışın asudə vaxtlarınızı özünüzə dəyər qatacaq və ən əsası Cv-nizə yaza biləcəyiniz işlərlə məşğul olun. Könüllük proqramlarına qoşulun, ödənişli və ödənişsiz təcrübə proqramları, seminarlar karyeranızda önəmli rol oynayır. Çalışın beynəlxalq auditoriyada tanınan şirkətlərə və seminarlara qatılasınız. Əgər Startup proyektiniz varsa, çəkinmədən icra etməyə çalışın. Uduzsanız belə sizin üçün qazanc olacaq işlərdi.

Beynlxalq iqtisadiyyat

İqtisadiyyata sadə tərif vermək lazım gələrsə, ətrafımızda gördüyümüz və görmədiyimiz hər şeydir desək yanılmarıq. Bunu daha aydın və elmi tərifini verməyə gəlincə isə , gəlin o tərifi daha aydın anlamaq üçün biz quraq. İnsanın digər canlılardan ayıran cəhətlərdən biri onun sonsuz istəyidir. Ən sadə olaraq bir bitkini götürdükdə ona yaşamaq üçün lazım olan cəhətlər məhdud saydadır ( İqlimin əlverişli olması, Torpaq, Su, Karbon, Oksigen, az miqdarda Azot və Günəş işığı). Ancaq insanlarda bu ehtiyaclar hər keçən gün artır və bunun müəyyən bir miqdarı olmur. İnsanlara yaşamaq üçün elektrik enerjisi vacib olmasa da, bugün 25 min 551 terravatt ildə (2017) elektrik enejisi istehsal olunur və rəqəmlər hər gün artır. Bitkilər müəyyən limitdən artıq su istifadə etmədikləri halda, insanlar öz kvotalarından artıq suyu istifadə edirlər. Yəni insanların istəkləri və ehtiyacları sonsuzdur. Hamılıqla bilirik ki, dünyada olan resurslar (Neft,qaz,qızıl,taxıl və hətta su) məhdud saydadır. Burada belə bir sual yaranır ki, insanların sonsuz ehtiyacı olduğu halda məhdud resursları necə bölüşdürmək olar? Elə burada biz İqtisadiyyatın tərifini alırıq. İqtisadiyyat – məhdud resurslar şəraitində sonsuz ehtiyacları ödəmək və paylaşdırmaq haqqında elmdir.Yəni bu gün əlinizdəki pulun dəyərindən tutmuş geyindiyiniz malın keyfiyyətinə qədər, aldığınız maaş, təqaüd və s. gəlirlərin miqdarından tutmuş, sabah alacağınız çörəyin qiymətinə qədər, aldığınız telefonun qiymətindən telefonda gördüyünüz reklamların sayına qədər, hətta amnistiya qərarlarından, dərs ilinizin müddətinə qədər, bir ölkənin müharibə və ya danışıqlarda uğur qazanmasına qədər hər şey iqtisadiyyatdan birbaşa və ya dolayı yolla asılıdır.

İqtisad fənni digər fənlərdən ayıran önəmli cəhət quru nəzəriyyə ilə İqtisad fənninə hakim ola bilməməkdir. Fizika əsrlər keçsə də, Nyutonun 3-cü qanunu F= -F öz aktuallığını qoruyub saxlayır. Amma 20 il əvvəlki iqtisadi nəzəriyyələr bu gün öz aktuallığını qoruyub saxlamır (bax: 2008 böhranı). Dövrümüzdə İqtisadiyyat hər gün dəyişir yeni təlimlər meydana gəlir. Ona görə İqtisad fənni daim izlənilməklə öyrənilir. Məsələn, yeni dövrdə meydana gəlmiş Kriptovalyutalar və ya Çinin sosialist-kapitalizm siyasəti iqtisadiyyatda dəyişikliklər etmişdir. Onun üçün daim Dünya gündəminin izlənilməsi və iqtisadi təhlillərin oxunulması sizi önə daşıyacaq əsas addımdır. Bundan başqa, İqtisadiyyat analitik düşünmə tələb edən sahədir. Əlaqələr qurmağı bacarmaq özü sizi öz peşənizdə ustalaşmağa kömək edəcək maddədir. Məs: “İraqın İşid tərəfindən işğalı → İşidin İraqın neft quyularını ələ keçirtməsi → Neftin qara bazarda ucuz qiymətə satılması → Neftin Dünya bazarında təklifinin (istehsalının) artması → Neft qiymətinin aşağı düşməsi → Neftdən asılı dövlətlərin gəlirinin azalması → Azərbaycanda 2015 yanvar və fevral devalvasiyaları” Analitik düşünməyə misaldır. İqtisadi öncəgörücülük də İqtisadiyyatın əsaslarından biridir. Məs: “2020-ci ildə pandemiya halını almış Covid-19 virusu birjaları alt-üst etmişdi. Əslində, virusun adi qriplə (İnfluenza) eyni ölüm ortalaması göstərməsinə baxmayaraq iqtisadçılar istehsalın azalmasını, tibbi məsrəfləri hesablasalar da, “panika” faktorunu hesablamamışdılar. Amma yenə də rəqəmlər heç vaxt yalan söyləmir fikri də yadınızdan çıxmasın.” Əgər siz Nəzəri biliklərlə yuxarıdakı bacarıqlarınızı birləşdirsəniz uğurlu olacaqsınız.

Öncəliklə, məsləhətim İqtisadi Ədəbiyyatla təlim və ideologiya fərqləndirməli, həm Rus ədəbiyyatı həm də Qərb ədəbiyyatını gözdən keçirməlisiniz. Terminlərin Azərbaycanca qarşılıqlarından əlavə ingiliscə qarşılıqlarını da öyrənin. Bundan başqa dil olaraq ingilis dilini ən az intermediate səviyyədə bilməlisiniz.( əgər həvəs olarsa Çin və ya İspan dilinidə dəyərləndirməlisiniz). ACCA, CFA kimi sertifikatlar sizə böyük üstünlüklər qazandıracaq. İelts və Toefl isə sizə xaricə çıxış üçün ən əsas biletdir. İxtisasınıza uyğun kitablar,filmlər və sənədli filmlər sizin baxış bucağınızı dəyişdirəcək və ən əsası tarixdə olmuş iqtisadi prosesleri birdə özünüz təhlil edərək analitik bacarıqlarınızı artırmağa çalışın.

Əgər siz təhsilinizi xaricdə almaq istəsəniz, bu zaman seçiminizi düzgün aparmalısınız. Ali Təhsil olaraq universitetlərin sıralaması burda əsas rol oynayır. Bundan başqa universitetin şəraiti və dünyada nüfuzu da önəmli faktordur. Son zamanlar yayğın olan tanınmamış dövlətlərdə təhsildən uzaq durmağınız məsləhətlidir. Xaricdə magistr təhsilin İqtisadiyyatda önəmi mübahisəli məsələdir demək olar. Ancaq sizin qabağınızda iki yol var. Ya karyera yoluna özünüzü daha erkən atıb uzun staj yığaraq irəliləyəcəsiz, ya da təhsilinizi artırıb mütəxəssiz olaraq karyeraya başlayacaqsınız. Əsas olaraq bu ikisini gedəcəyiniz universitetin sizə qatacaqları ilə müqayisə edin.

Karyera planlaması çox vax son kurs və ya magistr təhsili zamanı aparılır. Amma daha əvvəl başlamaq üstünlükdür.Ona görə öncəliklə nəzəri biliklərinizi artırmağı, sonralar isə beynəlxalq sertifikatlar almaq yolunda irəliləməyiniz məsləhətli addım olar. Çalışın asudə vaxtlarınızı özünüzə dəyər qatacaq və ən əsası Cv-nizə yaza biləcəyiniz işlərlə məşğul olun. Könüllük proqramlarına qoşulun, ödənişli və ödənişsiz təcrübə proqramları, seminarlar karyeranızda önəmli rol oynayır. Çalışın beynəlxalq auditoriyada tanınan şirkətlərə və seminarlara qatılasınız. Əgər Startup proyektiniz varsa, çəkinmədən icra etməyə çalışın. Uduzsanız belə sizin üçün qazanc olacaq işlərdi.

Hər sektorda olduğu kimi bu sektorda da güclü əlaqələr önəmlidir. Sizə referans verə biləcək birilərini həyatınıza qatmağa çalışın. Unutmayın qrup yoldaşlarınız sizə həm iş verə biləcək kəslər, həm də potensial rəqiblərinizdir. Düzgün Cv yaratmaq, Linkedin də aktiv olmaq sizə bəzən həyat qurtarıcı vasitələr olaraq önə çıxacaqlar. Sosial şəbəkə və mail ünvanlarınızın sizin sosial statusunuzu öyrənmək üçün əlavə vasitələr olduğunu unutmayın. Təcrübə keçdiyiniz yerlərdə hətta ən adi işçi ilə belə münasibəti isti tutun. Yadda saxlayın ki ən əsası məqsəd və daim irəliləməkdir.

Yazan: Əlihəsənov Əlibaba

Mtc kolsultinq-də İqtisadçı.

Niyə ABŞ iqtisadiyyatı?

Beynəlxalq iqtisadiyyat iqtisadiyyatın ən vacib tərkib hissələrindən biridir. Qədim vaxtlarda bu ifadə çox bəsit məna kəsb edirdi. İqtisadçıların razılaşdıqları nadir mövzulardan biri ölkələr arasında sərbəst ticarətin hər kəsə faydalı olduğudur.

Bu sahədə ən az məlumatlı insanlar belə Afrikada banan yetişdirməyin Qazaxıstanda yetişdirməkdən daha faydalı olduğu fikrini qəbul edərlər. Qazaxıstan buğda yetişdirər və buğdanı Afrikaya satıb oradan banan alar. Beləliklə, iki tərəfin də daha çox banan və buğdası olar. Hər kəs ən yaxşı edə bildiyini edərsə, hər kəs qazanar. Bu hal “Müqayisəli Üstünlüklər Nəzəriyyəsi” adlanır.

“MÜQAYİSƏLİ ÜSTÜNLÜKLƏR NƏZƏRİYYƏSİ”NƏ GÖRƏ: ÖLKƏLƏR ƏN MƏHSULDAR OLDUQLARI SAHƏLƏRDƏ İXTİSASLAŞAR VƏ BU MƏHSULLARA QARŞI MƏHSULDAR OLMADIĞI MƏHSULLARI SATIN ALARSA, HƏR KƏS QAZANAR.

Amma əgər hər şey bu qədər bəsit olsa idi, onda iqtisadçılara nə ehtiyac vardı. Tarix isə çox təəssüf ki, bu açıq həqiqətə qarşı çox da yaxşı davranmayıb. Bugünkü dünya bazarını başa düşmək üçün tarixi başa düşməyin vacibliyi də bundadır. Bilirik ki, ixracat da öz növbəsində yeni iş yerləri yaradır. Hər ölkə daha çox iş yeri əldə etmək istədiyi üçün digər ölkələrdən daha çox ixrac etməyə çalışır. Əgər bacarıqlı olsa, xaricə göndərdiyi məhsulun miqdarı idxal edilmiş məhsuldan çox olacaq. Bunun mənası ölkədə istehlak etmək üçün daha az məhsul, lakin daha çox iş yeridir. Buradan iqtisadçıların, üzərində fikirləşdiyi əcaib sual yaranır.
Əgər bütün ölkələr idxal etdiyindən daha çox ixrac edərsə,

Bu artıq ixracın dəyərini hansı ölkə necə ödəyəcək?
Məhz ABŞ dollarının gücü burada hiss olunur. Gözəl keçmiş zamanlarda hər şey qızılla alınıb-satılırdı. Əgər bir ölkə ixrac etdiyindən daha çox idxal edirdisə, aradakı fərqi qızılla ödəmək məcburiyyətində idi. Yəni, dövlət büdcələrinin kəsiri qızılla bağlanılırdı. Lakin, II Dünya Savaşının sonunda müttəfiqlər Bretton Woodsda beynəlxalq valyuta sistemini qaydaya salmaq üçün toplananda bunun heç də yaxşı bir sistem olmadığı hər kəs tərəfindən qəbul edilmişdi. Sonda o vaxt dünyadakı qızıl rezervinin çoxunun ABŞ-da olduğu üçün, dolların hər hansı bir ölkənin tələbi halında tez qızıla çevrilə biləcəyinə qərar verildi. Bu yolla dollar qızıl qədər sağlam olacaq, beynəlxalq ticarətdə də istifadə ediləcəkdi. Bu bəsit olaraq əvvəlki “Qızıl Qaydası”nın başqa cür bir idarəetmə üsulu idi. Əslində isə bu ABŞ-ın beynəlxalq maliyyənin ümumi qanun-qaydasından uzaqlaşmaq məqsədi daşıyırdı. Bunun əsl mənası o idi ki, dünyadakı digər dövlətlər dollarla edilən ödəmələri qəbul etdiyi müddətdə ABŞ istədiyi qədər büdcə kəsirinə sahib ola bilərdi. Bu bir milyarderin çek hesabı kimidir. Heç kim bu çekin üstündəki imzaya şübhə etməz, çünki hər kəs bu imzalı çeklə işləmək istər. Nəticədə, həmin milyarder çek hesabının balansını düşünmədən istədiyi qədər xərcləyə bilər.

Bu bir vaxtlara qədər çox əla işləyirdi. Digər ölkələr ABŞ-dan ABŞ istehsalı olan məhsullardan aldıqca böyük miqdarda vəsait ABŞ-a geri qayıtdı. Bunu görən ABŞ da həmin ölkələrə öz pulları ilə yardım göndərməklə onları özünə borclu etdi, eyni zamanda öz iqtisadiyyatını da gücləndirdi. Lakin, 1960-cı illərin sonlarında digər ölkələrin dolların qarşılığı olan qızılla konvertasiyasını yerinə yetirmək ABŞ üçün çətinləşməyə başladı. Dünyaya yayılan dolların miqdarı 50 milyard olanda, buna qarşılıq ABŞ-ın qızıl ehtiyatı 10 milyard dollara düşdü. Bunun üçün prezident Nixon dövründə, 1971-ci ilin avqust ayında qızıl pəncərəsi bağlandı, yəni ABŞ-ın dollara qarşılıq qızıl dəyişdirmə sözü ləğv edildi. Beləliklə, dünyada heç bir qiyməti olmayan 50 milyard dollar qaldı. Bununla da, qızılın valyutalaşma dövrü bağlandı və ilk dəfə bu tarixdən qızılın qiyməti də digər əmtəələr kimi bazardakı tələb və təklif nəticəsində formalaşmağa başladı.

Bu gün qızılın valyuta sistemi ilə heç bir əlaqəsi yoxdur, lakin qızılın bazar qiyməti yaxşı bir inflyasiya barometri kimi xidmət edir. Əgər aidiyyatı statistik rəqəmlərə baxsaq, qızılın qiymətinin inflyasiyaya paralel olaraq artıb azaldığını müşahidə edə bilərik.

Lakin məsələ bununla da bitmir. Amerika iqtisadiyyatı dünyanın ən güclü iqtisadiyyatı olduğu üçün hər kəs bunun beynəlxalq ticarətin davam edə bilməsi üçün gərəkli bir hərəkət olduğu düşündü. Hazırda ABŞ 1 trilyon dollardan çox vəsaiti xaricdə saxlayır və buna da bildiyimiz kimi “Eurodollar” deyilir. Burada ən vacib məqam o vaxtdan bəri dünyanın bütün dövlətlərinin iqtisadiyyatları ABŞ iqtisadiyyatına bağlı hala gəlməsidir. Dolayısı ilə, bütün beynəlxalq əməliyyatlar dollarla həyata keçirildiyi üçün ABŞ iqtisadiyyatındakı proseslər hamı üçün böyük əhəmiyyət kəsb edirdi.

Burada ən vacib məsələlərdən biri faiz dərəcələrinin vəziyyətidir. Dünyadakı bütün faiz dərəcələri ABŞ-dakı ilə eyni olmaq meylindədir. Yəni, ABŞ-dakı faizlərdəki artımın nəticəsi xaricdə qüvvətli bir dollar yaratmasıdır. Bunun mənası ABŞ ixracatanın daha bahalı və idxalatının daha ucuz olmasıdır. ABŞ ixrac etdiyindən daha çox idxal edə bilər və aradakı fərq də yüksək faiz axtaran digər ölkələrdən gələn dollar axını ilə bağlanır. İxracat azaldığı üçün bir miqdar iş yerlərini itirir, lakin əvəzində inflyasiya dərəcəsini aşağıda saxlayan ucuz idxalat əldə etmiş olur.

Eyni zamanda, yüksək faiz dərəcəsi xarici birjaları ABŞ-a cəlb edir, lakin bu da dolların qüvvətlənməsinə səbəb olar. İdxalatın artması isə ABŞ-da iş yerlərinin itirilməsinə gətirib çıxarır.

YÜKSƏK FAİZ DƏRƏCƏLƏRİ ÖLKƏDAXİLİ İNVESTİSİYALARA MANEƏ OLUR VƏ DOLLARIN DƏYƏRİNİN ARTMASINA SƏBƏB OLUR.

BU DA ÖZ NÖVBƏSİNDƏ İDXALATI ARTIRAR, İXRACATI AZALDAR VƏ NƏTİCƏDƏ İŞ YERLƏRİNİN İTİRİLMƏSİNƏ SƏBƏB OLAR.

Beynəlxalq bir firma meneceri bütün bu hadisələri izləmək məcburiyyətindədir.Və daha bir şey də var. Yaxın zamanlarda, məsələn son 10 ildə, beynəlxalq maliyyə bazarlarında böyük və qarışıq dəyişikliklər baş verir. Bəzi iqtisadçılar bazarda nələrin baş verdiyini dünyada sadəcə 20 nəfərin bildiyini deyirlər. İndi bu 20 nəfərin bildiyindən qısa ipucular:

Bir müddət əvvəl OPEC ölkələri neftin qiymətini 1,7% artırmağa qərar vermişdi. Bunun nəticəsi də tarixdəki ən yüksək səviyyəli, rahat dollar transferi idi. Yüz milyardlarla dollar əsasən yoxsullaşdırılmış ərəb ölkələrinə transfer edildi. Onlar ABŞ-a neft göndərdi, ABŞ isə onlara külli miqdarda dollar göndərdi.

Sizcə, ərəb ölkələri xərcləyə biləcəklərindən daha çox olan bu pullarla nə etdilər?
Əlbəttə ki, depozit hesabları açdılar. Ancaq bu hesab hansı bankda yerləşəcək?

Fərz edək ki, Səudiyyə Ərəbistanındayıq və əlimizdə çoxlu dollar var və bunu depozitə qoymaq istəyirik. Sizcə, bütün dünyanı araşdıraraq bunu hansı ölkənin bankında yerləşdirəcəyik? Təbii ki, valyutanın ən güclü olduğu ölkənin bankında. Yəni, ABŞ-dakı böyük bankların birində. Nəticədə, Ərəb ölkələri həmin dollarları təkrar New-Yorka geri göndərdilər. Xatırlayın, yüz milyardlarla dollar.

Bütün bu pullar ABŞ banklarında yerləşdirildi. Bildiyimiz kimi bankların gəlir mənbəyi depozit toplamaq, buna mümkün ən aşağı faizi ödəmək və sonra bu pulu başqa birinə kredit verməklə ondan mümkün ən yüksək faizi almaqdır. Bu iki faiz arasındakı fərq bankın qazancıdır.

Bu qazanc yolunu nəzərdə saxlayaraq, OPEC ölkələrinin yüz milyardlarla dollarını ABŞ bankları başqalarına borc verməyə başladılar. 1970-ci illərin ortalarında ABŞ iqtisadiyyatı durğunluq dövrünü yaşayırdı və buna görə də ölkə daxilində bankların borc verdiyi bu pullara tələbat yox idi. Banklar isə qısa zamanda sərmayə çatışmamazlığı olan üçüncü dünya ölkələrinin borc almaqdan çox xoşbəxt olacaqlarını kəşf etdilər. Pulların əksəriyyəti başda Argentina, Braziliya və Meksika olmaqla Latın Amerikası ölkələrinə getdi. Bu bir az qəribə vəziyyətdir.

Buna “Neft-Dolların Təkrarlanan Konyunkturası” deyilir:

Bu əməliyyatlar ABŞ üçün çox məntiqli idi. Amma iki kiçik problem vardı. Bu problemlərdən birini təxmin etmək olardı, digərini isə yox.
Həmin pulları borc alan və öz inkişafları üçün istifadə edən bəzi üçüncü dünya ölkələri eyni zamanda yüksək qiymətli neft satışlarından da gəlir əldə edirdilər. Meksika və Nigeriya buna ən bariz nümunədir. Hər kəs bu ölkələrin borclarını geri ödəmək üçün neft gəlirlərindən istifadə edəcəklərini düşündüyü üçün kredit riskinin aşağı olduğunu güman edirdi. Lakin, OPEC ölkələrinin neftə olan tələbin qiymət elastikliyi səhv təxmin edildiyinin iş işdən keçənə qədər heç kimsə fərqinə varmadı. Neftin qiymətinin elastik olmadığını, yəni insanların qiymət nə qədər yüksəlir yüksəlsin satın alacaqlarını düşündülər. Burada əhəmiyyət vermədən üzərindən keçdikləri, qiymətin müəyyən bir nöqtəyə gəlməsi ilə insanların istehlaklarının azaldılması üçün alternativ yollar axtarıb tapacaqları idi. Bir çox insan bir avtomobildən istifadə edəcək, avtobusa minəcək, evlərin istilik tempraturunu azaldacaq, qapı və pəncərələri izolyasiya edəcək, yəni qısası enerji istehlakını azaltmaq üçün nə gərəkdirsə hamısını edəcəklər. Reallıqda bunlar həqiqətən də oldu və nəticədə neftin qiyməti düşdü. Düşən neft qiyməti, sadəcə OPEC ölkələrinin deyil, eyni zamanda ağır bir borc yükünün altına girmiş neft istehsal edən üçüncü dünya ölkələrinin də gözlədikləri gəlirin azalmasına səbəb oldu. Başqa sözlə, “Neft-Dollar Konyunkturası” geriyə işləməyə başladı.

Digər məsələ birləşmiş faiz tətbiqinin təsiri idi. Banklar bunu bilməli və bu barədə düşünməli idilər. Amma təəssüf ki bu da nəzərə alınmamışdı. Bir nümunə ilə bunu izah edək:

Fərz edək ki, bir ölkənin, məsələn Meksika bir Amerikan bankından hər il 500 milyon dollar borc alır və illik 20% faiz ödəyir. Və izahı asan olsun deyə, borcu ən münasib şərtlərlə aldığını qəbul edək, yəni əsas pulun ödəməsi yoxdur, sadəcə faiz ödəniləcək. Bunun “Neft-Dollar Konyunkturası” ilə eyni zamanda, məsələn 1973-cü ildə başladığını güman edək. Bu şərtlər altında Meksika iqtisadiyyatının vəziyyəti necə olacaq?

Əgər Meksika bu pulu ildə 20%-dən daha çox gəlir gətirəcək bir yerə yatırıbsa iqtisadiyyatın kefi yaxşı olacaq.

Amma, son zamanlar Meksika iqtisadiyyatında nələrin baş verdiyinə diqqət yetirdikdə vəziyyətin heç də yaxşı olmadığını müşahidə edə bilərik. İqtisadiyyatın ümumi inkişafı neqativdi. 1983-cü ildə əhalinin artımının 3% olmasına baxmayaraq iqtisadiyyatın inkişafı mənfi 5% idi. Bunun mənası, Meksikadakı insanların yaşayışı orta hesabla hər il 8% geriyə gedir. Hamısından vacibi isə ölkənin xarici banklara borcu 90 milyard dollara çatır. Bu rəqəm təqribən Meksikanın ÜDM miqdarına bərabərdir. Bəs Meksika bu vəziyyətə necə düşdü?

Bu elə bir qarışıq vəziyyətdir ki, hətta iqtisadçılar da bunu izah etməkdə çətinlik çəkirlər. Bunu rəqəmlərlə qismən belə izah etmək olar.

Əgər Meksikalılar 20% faiz ödəyirlərsə, bunun mənası artıq altıncı ildə aldıqları borc miqdarı qədər faiz ödəyirlər, – deməkdir. Əgər hesablamanı bir az da davam etdirsək görərik ki, on birinci ildə aldıqları ümumi borcdan daha çox ümumi faiz ödəyirlər.

İl

Alınan borc

İllik faiz

Ümumi illik borc

Comments are closed, but trackbacks and pingbacks are open.