Beynlxalq layihlr
Yapon dili və Ədəbiyyatının inkişafına dəstək proqramı
SON DƏQİQƏ
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən martın 14-dən başlayaraq ölkə ərazisində tətbiq edilən sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq bütün mədəniyyət müəssisələri kimi Beynəlxalq Muğam Mərkəzi (BMM) də konsert və layihələri dayandırıb.
Beynəlxalq Muğam Mərkəzindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata grə, dünya koronavirusla mübarizə apararkən cənab Prezidentimiz İlham Əliyev tərəfindən təcili lazımi qərarlar verildi. Prezidentimiz İlham Əliyev və Birinci vitse Przezident Mehriban xanım Əliyeva xalqa müraciət etdilər. Bu gün dövlətimiz bu gözəgörünməyən düşmənlə mübarizə aparmaq üçün vətəndaşlarının yanında olaraq onların sağlamlığının və həyat fəaliyyətlərinin müdafəsi üçün bütün tədbirləri görməkdədir. Biz dövlətimizə, cənab Prezidentin və Birinci vitse prezident Mehriban xanımın müraciətlərinə dəstək və gələcəyimiz naminə həmrəy olmalıyıq.
Bu günlərdə Mədəniyyət Nazirliyi mədəniyyətimizin təbliği istiqamətində bir çox yeni onlayn layihələrin reallaşdırılmasını həyata keçirdi. Nazirlik tərəfindən bir neçə yeni layihələr təqdim edildi. Bütün bu addımlar səmərəli mədəni aktivliyə və yaradıcı ruhun davamlılığına xidmət edir.
Əminik ki, cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət qurumlarının və cəmiyyətimizin birgə səyləri ilə ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaq.
BMM də öz növbəsində karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmağa çalışacaq.
Mütəmadi olaraq müxtəlif konsert, elmi nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM müvəqqəti olaraq onlayn şəkildə öz Facebook və İnstagram səhifəsindəndən sizlərə mədəni xidmət göstərəcək.
BMM-nin təqdim edəcəyi ilk layihə muğam ifaçıları tərəfindən sənətsevərlərə ünvanlanacaq maarifləndirici və pozitiv çağırışlardan ibarətdir. İkinci layihədə əvvəlcədən elan edilməklə qısa olaraq muğam saatı konsertləri təşkil ediləcək.
Üçüncü layihə isə Beynəlxalq Muğam Mərkəzinin foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunacaq.
Layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.
Hər üç layihənin saatları haqqında əlavə məlumat BMM-nin Facebook və İnstagram səhifələrində veriləcək. Tezliklə sizi layihələrin qrafikləri ilə tanış edəcəyik.
Beynlxalq layihlr
Beynəlxalq proqramlar və layihələr
“Azərbaycan – Koreya informasiya təminatı mərkəzi ”-nin yaradılması Rəqəmsal İmkanların Yayılması üzrə Koreya agentliyi
Yapon dili və Ədəbiyyatının inkişafına dəstək proqramı
Ali Təhsilə Dəstək proqramı
“Açıq cəmiyyət” institutu SOROS Fondu
“Ekoloji monitorinq üzrə elmi tədris laboratoriyalarının yaradılması” layihəsi
ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondu (CRDF)
“Tədris planlarının və tədrisin keyfiyyətinin qiymətləndirilməsi üzrə mərkəzin yaradılması” layihəsi
Avropa komissiyasının “Tempus” proqramı
“Polimer matrisdə formalaşdırılmış alkogenik yarımkeçirici nanohissəciklərdə ion mübadiləsi və diffuziya prosessləri” layihəsi
Ukrayna Elm və Texnologiya Mərkəzi
“Ftoroplastın zərərsizləşdirilməsi beynəlxalq terrorizmlə mübarizə vasitəsi kimi” layihəsi
Ukrayna Elm və Texnologiya Mərkəzi
“Yeni növ foton tipli cihazların yaradılması üçün kolloid-maye kristal kompozitlərin optiki xassələrinin tədqiqi” layihəsi
Ukrayna Elm və Texnologiya Mərkəzi
“Təhsil sektorunun inkişafı” layihəsi
“Kiçik Qafqazın qızıl yataqları , onların geoloji-genetik modellərinin tərtibi proqnozlaşdırılma meyarı kimi” layihəsi
ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondu (CRDF)
“Kiçik Qafqazın vulkana-plutonik komplekslərindəki mis filizi yataqları: onların genezisi və axtarış amilləri” layihəsi
İNTAS fondu , 6-cı çərçivə proqramı
“Riyaziyyat üzrə Milli Kurrikulumun hazırlanması” layihəsi
“Funksional fəzalar və onların xüsusi törəməli diferensial tənliklərə tətbiqi” layihəsi
İNTAS fondu , 6-cı çərçivə proqramı
Abşeron yarımadasının radioaktiv çirklənmiş ərazisində monitorinq məqsədilə bioindikasiya sisteminin tərtibi
Azərbaycanın Milli Elmi Fondu, Mülki Təqqiqat İnkişaf Fondu
Bu layihələr çərçivəsində BDU-da yeni laboratoriyalar açılmış, müasir avadanlıqlar alınmış və universitetin müəllim və tələbələri müxtəlif təlim kurslarında iştirak etmişlər.
2009-cu ildə ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalandığı xarici universitetlər:
- Anxoy Universiteti
- Belarus Dövlət Universiteti
- Dağıstan Dövlət Universiteti
- İstanbul Texniki Universiteti
- Moldova Dövlət Universiteti
- İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti
- Trakya Universiteti
- Mirzə Uluqbəy adına Özbəkistan Mili Universiteti
- Astraxan Dövlət Texniki Universiteti
- İstanbul Universiteti
- Kazan Dövlət Universiteti
- Orta Doğu Texniki Universiteti
- Ankara Universiteti
- Ovidius Konstanta Universiteti
- Tirana Texniki Universiteti
- Korvinus Universiteti
- Zaparoji Milli Texniki Universiteti
2009-cu ildə BDU-nun 100-dən çox tələbəsi Avropanın, Amerikanın və Asiyanın Universitetlərində bakalavriat və magistratura üzrə təhsillərini davam etdirmişlər.
Bu əsasən aşağıdakı xətlərlə həyata keçirilmişdir:
- Dövlət Təhsilə Dəstək Proqramı (Azərbaycan Təhsil Nazirliyi)
- Xarici ölkə universitetlərinin təşkilatlarının və fondlarının ayırdığı qrantlar hesabına
- Universitetlərin akademik əlaqələrinin inkişafı çərçivəsində
- Müxtəlif elm və təhsil fondları tərəfindən keçirilən müsabiqələr nəticəsində
- Öz hesabına
Comments are closed, but trackbacks and pingbacks are open.