Press "Enter" to skip to content

Beynәlxalq Miqrasiya Tәşkilatının rәhbәri: “İndiyә kimi 40 min insan qlobal miqrasiya zamanı ölüb”

Birləşmiş Millətlər Təşkilatının miqrasiya üzrə Agentliyi Şurasının Cenevrədə keçirilən 109-cu sessiyasında Özbəkistan BMqT-nin 173-cü üzvü olub.

Özbəkistan Beynəlxalq Miqrasiya Təşkilatına üzv olub

Bu barədə Özbəkistan mətbuat orqanları məlumat yayıb.

30.11.2018 ~ 02.03.2023

Birləşmiş Millətlər Təşkilatının miqrasiya üzrə Agentliyi Şurasının Cenevrədə keçirilən 109-cu sessiyasında Özbəkistan BMqT-nin 173-cü üzvü olub.

Özbəkistan mətbuat orqanlarının yaydığı məlumata əsasən, sessiyada ölkəni məşğulluq və əmək münasibətləri nazirinin müavini Baxadir Nizamov təmsil ediblər.

Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino bu münasibətlə Özbəkistanı təbrik edib.

Təşkilatın Mərkəzi Asiya ölkələri üzrə əlaqələndiricisi Deyan Keseroviç sessiyadakı çıxışında bildirib ki, Özbəkistanla əməkdaşlığımız 2003-cü ildən başlayıb. 2015-ci ildən isə əlaqələrimiz inkişaf edib. Bu vaxta qədər iki işçi planı, 2018-2019-cu illər üçün Yol xəritəsi hazırlanıb. Özbəkistan regionda xarici ölkələrə ən çox miqrant axını olan dövlətdir və əminəm ki, bundan sonra da əlaqələrimiz uğurla inkişaf edəcək.

Beynәlxalq Miqrasiya Tәşkilatının rәhbәri: “İndiyә kimi 40 min insan qlobal miqrasiya zamanı ölüb”

Bakı. Mәlahәt Nәcәfova – APA. “2013-cü ildә ilk qayıq İtaliyanın Lampeduza sahilindә batdıqdan sonra daim bu problem üzәrindә çalışmışam”.

APA-nın mәlumatına görә, bu sözlәri Beynәlxalq Miqrasiya Tәşkilatının rәhbәri Uilyam Leysi Sving son günlər Aralıq dәnizindә və digər dənizlərdə qanunsuz miqrantları daşıyan qayıqların batması mәsәlәsinә münasibәt bildirәrkәn deyib. O bildirib ki, bu istiqamәtdә Avropa İttifaqı vә ona üzv ölkәlәrlә yüksәk səviyyəli әlaqәlәr mövcuddur: “Biz daim bu mәsәlәni müzakirә edirik. Öz tәklif vә xahişlәrimizi çatdırırıq. Lampeduza adası yaxınlığındakı fәlakәtdә 364 nәfәr hәyatını itirmişdi. Bu hadisәdәn sonra biz xüsusi sәnәd hazırladıq. Sәnәd “ölüm cığırı” adlanırdı. Qeyd edirik ki, indiyә kimi 40 min insan qlobal miqrasiya zamanı ölüb. Onlardan 22 mini Aralıq dәnizindә hәyatını itirib. Bizim ölkәlәrdәn istәyimiz budur ki, miqrantlara qarşı sәrt siyasәt yürütmәsinlәr vә ksenofobiya hallarına son qoyulsun. Mәhz bu kimi hallar vәziyyәtin daha da pislәşmәsinә sәbәb olur”.

Comments are closed, but trackbacks and pingbacks are open.