Press "Enter" to skip to content

Beynəlxalq mühasibat uçotunun əsasları

Mühasibat uçotunun əsasları

Beynəlxalq mühasibat uçotunun əsasları

Mühasibat uçotunun əsasları

Bölüm Məzmun Əsas Mühasibat uçotunun anlayışı

Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir. Mühasibat uçotunun məcburiliyi Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vergilər nazirliyinə tələb olunan bəyannamələr təqdim etməlidirlər. Bu hesabatların hazırlanması mühasibat uçotunun aparılmasını tələb edir.
Mühasibat uçotunun məlumatları sahibkarların beynəlxalq dilidir. Təqdim edilən hesabatlar müəssisə barədə bütün vacib məlumatları verir.
Müəssisədə mühasib nəzarət, maliyyə, təhlil və proqnozlaşma funksiyalarını yerinə yetirir.

  • İnformasiya (məlumatvermə) funksiyası
  • Əmlakın qorunub saxlanması
  • Analitik
  • Nəzarət

  • maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
  • əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
  • maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.

  • mühasibat uçotunun fasiləsizliyi – müəssisə yarandığı gündən ləğv edildiyi günədək bütün fəaliyyəti dövründə mühasibat uçotunun fasiləsiz həyata keçirilməsi, ləğvetmə zamanı Mühasibat uçotunun xüsusi qaydasının tətbiq olunması;
  • mühasibat uçotu hesablarının tətbiqi – müəssisə əmlakının, öhdəliyinin hərəkəti üzrə bütün təsərrüfat əməliyyatlarını, gəlir və xərc, mənfəət, zərər və bu kimi bütün başqa göstəricilərini yarandığı vaxtda da mühasibat hesablarında ikili yazılış üsulu ilə heç bir istisnaya yol vermədən düzgün əks etdirilməsi;
  • təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı – müəssisənin ilkin uçot sənədlərində məzmunu qeyd olunan təsərrüfat əməliyyatlarını uçot və hesabatda əks etdirən zaman onun iqtisadi məzmununun mənaca qalan bütün əlamətlərindən üstünlüyünün təmin edilməsi və onların uçot siyasətində kommersiya sirri kimi qorunub saxlanması;
  • təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı – müəssisənin maliyyə nəticələrini formalaşdıran zaman potensial zərərin, yaxud öhdəliyin son dərəcə mənfəətə və ya aktivə çevrilərək uçot və hesabatda əksini tapması üçün böyük hazırlıq işinin—ehtiyatlılığın təmin edilməsi;
  • qiymətləndirmənin təminatı – müəssisənin bütün dövriyyə və dövriyyədənkənar aktivlərinin, öhdəliklərinin və digər sərvətlərinin ilkin və bərpa dəyəri ilə qiymətləndirilərək bazar qiymətlərinə uyğunlaşdırılması.

  • Mühasibat balansı;
  • Mənfəət və zərər haqqında hesabat;
  • Kapitalda dəyişikliklər haqqında hesabat;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
  • Uçot siyasəti və izahlı qeydlər.

Mühasibat uçotu

Uçotun təşkili

Beynəlxalq mühasibat uçotunun əsasları

FED.az xəbər verir ki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi BEYNƏLXALQ MÜHASİBAT UÇOTU TƏLİMİ elan edib

Təlim 19 iyul 2018-ci il saat 19:00-da başlayIr
Təlimin müddəti: 3,5 ay (28 dərs-56 saat) təşkil edir.
Təlimçi: Radil Fətullayev
Günlər və saatlar:
I -gün 19:00-dan 21:00 kimi
IV gün 19:00-21:00 kimi

Təlim haqqında:
1- 2 – ci aylarda Maliyyə hesabatının hazırlanması və Balansa çıxma qaydaları öyrədilir. Burada 100-ə yaxın məsələ işlənilir və birgə həll edilir;
3-cü ayda Beynəlxalq mühasibatlıq və yeni hesablar planı əsasında Vergi uçotu və Rəsmi mühasibatlıq öyrədilir. Burada rəsmi sənədlər üzərində işləmə qabiliyyətləri tədris olunur.
Həmçinin Vergi, DSMF və Statistika hesabatlarının verilmə qaydaları, o cümlədən BTP, B1 və B3 proqramlarında işləmək öyrədilir.
P.S. Tədris Azərbaycan dilindədir. Tədris prosesi həm nəzəri, həm də praktiki formada aparılır. Əgər sizin riyazi bilikləriniz və məntiqi təsəvvürünüz yaxşı səviyyədədirsə Allahın izniylə nəticəyə 100 faiz zəmanət veririk!
Kursla tanış olmaq üçün birinci dərsdə ödənişsiz iştirak edərək davam etməyə də bilərsiz

Endirim tətbiq olunan şəxslər:
1. Tələbələr üçün 10 % Tələbə (magistr) bileti
2. İşsizlər üçün 5% İşsizlik haqqında arayış
3. Maddi durumu ağır olan ailələrin övladları (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 10% Yaşayış yerindən arayış ailə tərkibi haqqında (Valideynlərinin işləməməsi qeyd olunmaqla)
4. Ön cəbhədə xidmət etmiş şəxslər 10% Hərbi bilet
5. Əlilliyi olan gənclər (I və II qrup əlilliyi olan şəxslər) 13% Əllillik haqqında arayış
6. Əlil və xəstə valideynlərin övladları (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 13% Əlillik haqqında arayış; Xəstəlik haqqında epikriz
7. Atasını və ya hər iki valideynini itirən şəxslər (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 13% Ölüm haqqında şəhadətnamə
8. Şəhid və Qarabağ əlillərinin övladları (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 15% Şəhid və ya Qarabağ əlili statusu haqqında müvafiq orqanın arayışı
9. Atası məhkumluqda olan şəxslər (18 yaşadək şəxslər, 24 yaşadək tələbələr) 10% Valideynin məhkumluğu haqqında arayış
10. Beş və ya daha çox uşaqlı ailələrin üzvləri 5% Yaşayış yerindən arayış ailə tərkibi haqqında
11. Valdeyin himayəsindən məhrum olan gənclər və internat məktəbini bitirənlər 13% İnternat məktəbini bitirdikləri haqqında sənəd
12. İATM kursunu bitirmiş, yenidən kursa gəlmək istəyənlər 15% Sertifikatın surəti
13. Təhsil haqqını əvvəlcədən birdəfəlik ödəyənlər 13% Mədaxil qəbzinin surəti
* Yuxarıdakı güzəştlərdən bir neçəsinə düşən şəxslərə ən yüksəyi olmaqla yalnız bir kateqoriyaya görə güzəşt verilə bilər.
Telefon və ya digər vasitələrdə ilkin danışıq zamanı endirim istəyənlərə 5% endirim olunur.
QEYDİYYAT ÜÇÜN ZƏNG ET:
əlaqə : 012 480 28 45; 012 432 71 75; 070 511 77 31; 055 333 76 90.
VƏ YA “iatm.az” saytına daxil olub Qeydiyyat bölməsində online qeydiyyatdan keçə bilərsiniz
Qeyd :
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi imkansız şəxslərə dəstək üçün hər bir elan edilmiş “Beynəlxalq mühasibatlığın əsasları” kursuna 1 tələbə üçün ödənişsiz təhsil alma imkanı təşkil edir. (Sənədləri təqdim etməklə güzəştdən istifadə etmək olar)
Güzəşt tətbiq olunan şəxslər:
Şəhid və Qarabağ əlillərinin övladları – ( Sənəd: Şəhid və ya Qarabağ əlili statusu haqqında müvafiq orqanın arayışı)
2. Ağır dərəcəli əlil və xəstə valideynlərin övladları (18 yaşadək şəxslər və ya 22 yaşadək ali və orta ixtisas tələbələri) – ( Sənəd: Əlillik haqqında arayış; Xəstəlik haqqında epikriz)
3. Atasını və ya hər iki valideynini itirən şəxslər (18 yaşadək şəxslər və ya 22 yaşadək ali və orta ixtisas tələbələri) – (Sənəd: Ölüm haqqında şəhadətnamə)
4. Atası məhkumluqda olan şəxslər – (Sənəd: Valideynin məhkumluğu haqqında arayış)
5. Kimsəsiz gənclər və internat məktəbini bitirənlər – (Sənəd: İnternat məktəbini bitirdikləri haqqında sənəd)
6. Əlilliyi olan gənclər – (Sənəd: Əlillik haqqında arayış)
7. Ön cəbhədə xidmət etmiş şəxslər – (Sənəd: Hərbi bilet)

Beynəlxalq mühasibat uçotunun əsasları

Radil Müəllimin uzun zamandır gözlədiyiniz təlimi 1 Sentyabr tarixində başlayacaq

“Beynəlxalq Mühasibat Uçotunun Əsasları” adlı bu təlimi bitirdikdən sonra Siz:

  • istənilən maliyyə əməliyyatının müxabirələşməsini vermək;
  • düzgün maliyyə hesabatlarını hazırlamaq;
  • bütün vergi növlərinin hesablanması və uçotunu aparmaq;
  • AR Vergi Məcəlləsinə uyğun şəkildə vergi bəyannamələrini, habelə BTP proqramından istifadə edərək bəyannamə paketlərini hazırlamaq;
  • ciddi hesabat blankları üzərində işləmək və sənədləşmə proseslərini təşkil etmək bacarıqlarına sahib olacaqsınız.

4 ay (64 saat) müddətində davam edəcək dərslərimiz #onlayn formatda həftənin III və VI günləri (III gün 20:00-22:00, VI gün 15:00-17:00) keçiriləcək.

Kurs haqqında ətraflı məlumat və Qeydiyyat üçün birbaşa +99477 220 70 21 (Whatsapp aktivdir!) nömrəsi ilə əlaqə saxlayın!

  • Ödənişsiz dərs vəsaitləri və praktiki suallar toplusu, təkmilləşdirmə sınaq imtahanları təlim paketinə daxildir.
  • Təlimi bitirən tələbələrə imtahan nəticəsinə uyğun olaraq sonda SERTİFİKAT təqdim olunacaqdır.
  • İlk dərsdə sınaq məqsədilə iştirak edə bilərsiniz!

office@iatm.edu.az
+99412 480 28 45
+99477 220 70 21 (aktiv whatsapp-lı)

Comments are closed, but trackbacks and pingbacks are open.