Press "Enter" to skip to content

Beynəlxalq münasibətlər sistemində prosesi

Lakin beynəlxalq hüququn və münasibətlərin suveren subyekti kimi təsnif edilən qısa adı Malta Ordeni olan dövlətəbənzər qurum bütün bu yanaşmaları təkzib edir. Tam adı “Müqəddəs İohannın Qüdslü, Rodoslu və Maltalı hospitalyerlərinin suveren hərbi ordeni” olan bu qurumun öz Konstitusiyası, bayrağı, gerbi var. 104 dövlətlə diplomatik münasibətlərə malikdir. Avropa İttifaqı ilə səfir səviyyəsində əlaqələri var. BMT-də və onun bir sıra ixtisaslaşmış təşkilatlarında müşahidəçi statusuna malikdir.

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

. konulu sunumlar: “BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR”— Sunum transkripti:

1 BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

2 Azərbaycan Dövlət İqtisad Universiteti
Əliyeva Aynur Qrup 646 Kurs III Müəl. Elşən BAĞIRZADƏ

3 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti
1. Kapitalın beynəlxalq hərəkəti: mahiyyəti, mərhələləri, inkişaf səbəbləri, göstəriciləri və formaları 2. Birbaşa xarici investisiyalar kapital ixracının əsas forması kimi. 3. Portfel investisiyaları. 4. Dünya borc kapitalı bazarı.

4 Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibətlərin əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. Kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm də bu inkişafın nəticəsidir. Kapitalın ixracı imkanının yaranması üçün ilk növbədə kapitalın ölkə daxilində kifayət qədər əhəmiyyətli yığımına malik olmaq lazım idi. Bu cür imkan kapitalın beynəlxalq hərəkətinin təkamülünün birinci mərhələsində meydana gəlmişdir. Bu mərhələ kapitalın ilkin yığımı prosesinin bitməsindən və kapital istehsal münasibətlərinin inkişafından sonra, XVII-XVIII əsrlərin astanasında başlamış və XIX əsrin sonlarına qədər davam etmişdir.

5 Kapitalın beynəlxalq hərəkətinin təkamülünün ikinci mərhələsi öz başlanğıcını XIX əsrin sonlarından götürür və XX əsrin ortalarına qədər davam edir. Bu mərhələdə kapital ixracı həm sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında baş vermişdir. Beləliklə, kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir.

6 Kapitalın beynəlxalq hərəkətinə təsir edən amillər:
İqtisadi xarakterli amillər: istehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi; həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-texniki inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur dəyişiklikləri; beynəlxalq əmək bölgüsünün dərinləşməsi; dünya iqtisadiyyatının transmilliləşməsinin artımı; istehsalın beynəlmiləlləşməsinin artımı və inteqrasiya proseslərinin inkişafı; beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının aktiv inkişafı.

7 Siyasi xarakterli amillər:
kapital ixracının (idxalının) liberallaşdırılması (xüsusi iqtisadi zonaların, offşor zonalarının yaradılması və s.); “üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi; iqtisadi islahatların həyata keçirilməsi (dövlət müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun, kiçik biznesin dəstəklənməsi); məşğulluq səviyyəsinin dəstəklənməsi siyasətinin reallaşdırılması.

8 Kapitalın beynəlxalq hərəkəti göstəriciləri.
Kapitalın idxalı əmsalı (Kid) – xarici kapitalın (XK) ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətini əks etdirir: Kid = XK/ÜDM x 100% 2. Kapitalın ixracı əmsalı (Kix) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir: Kix = İK/ÜDM x 100% 3. Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbətini əks etdirən əmsal: Ke = XK/T(K) x 100%

9 Kapital ixracını həyata keçirərkən subyektlər aşağıdakılardan çıxış edirlər:
əlavə gəlirin əldə edilməsi; digər subyektlər üzərində nəzarətin ələ keçirilməsi; əmtəə axınlarının qarşısına qoyulan proteksionist maneələrin aradan qaldırılması; istehsalın yeni satış bazarlarına yaxınlaşdırılması; yeni texnologiyaların əldə edilməsi (məsələn, səhm nəzarət paketinin əldə edilməsi ilə); xarici filialların yaradılması ilə istehsal sirlərinin qorunması; vergi ödəmələrinə qənaət edilməsi (xüsusilə müəssisələrin offşor zonalarda və xüsusi iqtisadi zonalarda yaradılması və ya qeydiyyatdan keçirilməsi zamanı); ətraf mühitin qorunmasına çəkilən xərclərin aşağı salınması.

10 Kapitalın beynəlxalq hərəkətinin formaları
Mülkiyyət formasına görə: özəl; dövlət; beynəlxalq (regional) valyuta-kredit və maliyyə təşkilatlarının; qarışıq. Müddətinə görə: qısamüddətli (1-1,5 ilə qədər); ortamüddətli (1 ildən 5-7 ilə qədər); uzunmüddətli (5 ildən ilə qədər).

11 Təqdim olunma formasına görə:
– əmtəə; – pul; – qarışıq. İstifadə edilmə məqsədinə və xarakterinə görə: sahibkar (birbaşa və portfel investisiyaları); borc.

12 Kapital ixracı və idxalı Sahibkar kapitalı Borc kapitalı
Birbaşa investisiyalar Portfel investisiyaları Borclar və kreditlər Bank depozitləri və digər maliyyə institutlarının hesablarında olan vəsaitlər

13 Birbaşa xarici investisiyalar
Uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ixracatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya idarəedilməsini nəzərdə tutur. Birbaşa xarici investisiyaların tərkibinə aşağıdakılar daxil edilir: Şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları; Birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin müəssisəyə reinvestisiya edilməsi; Baş firma və onun xarici müəssisələri arasında şirkətdaxili kapital köçürmələri.

14 Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir. Kapitalın borc formasında hərəkəti dedikdə birbaşa xarici investisiyalar və portfel investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür.

15 Birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsirini aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar: Transmilli şirkətlərin qız şirkətlərinin və filiallarının yaradılması iqtisadiyyata kapital qoyuluşlarınını artımına səbəb olur ki, bu da əmək məhsuldarlığınınartımı və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır. Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir, belə ki, transmilli şirkətlərdən digər dövlətlərin daxili bazarlarına əmtəə ixracı kanalı kimi aktiv surətdə istifadə edilir. Transmilli şirkətlər filiallarının potensial zərələrini tam örtmək qabiliyyətinə malikdirlər. Əgər filialların əməliyyatları qeyri-rentabellidirsə, onda gəlirlər repatriasiya edilir və deməli, kapital qoyuluşları əldə edilmiş mənfəət hesabına özünü doğruldur.

16 Birbaşa xarici investisiyaların mənfi effektləri kimi aşağıdakıları göstərmək olar:
1. Yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi üzərində nəzarətin itirilməsi. 2. Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri ədalətli rəqabət əsasında daxili bazardan çıxara bilər. 3. Birbaşa xarici investisiyalar, əgər filialların istehsalı iri həcmli idxal tələb edirsə, kapitalı idxal edən ölkənin tədiyə balansına mənfi təsir göstərə bilər. 4. Uzunmüddətli perspektivdə birbaşa xarici investisiyaların dəyəri bahalaşa bilər

17 Portfel investisiyaları əsasən özəl sahibkarlığa əsaslanır, lakin dövlətlər də tez-tez xarici qiymətli kağızları əldə edirlər. Portfel investisiyalarının həcmi beynəlxalq sazişlərin imzalanması anına mövcud olan cari bazar qiymətləri əsasında hesablanır. Birbaşa investisiyalarda olduğu kimi, portfel investisiyalarının da təxminən 90%-i inkişaf etmiş ölkələr arasında həyata keçirilir və birbaşa investisiyaların artım tempini əhəmiyyətli dərəcədə üstələyən dinamika ilə inkişaf edir. Portfel investisiyalarının əsasən inkişaf etmiş ölkələrin daxili bazarlarında təmərküzləşməsinin səbəbləri kimi qiymətli kağızlar üzrə milli qanunvericiliyin daha aydın olmasını, bazarın infrastrukturunun daha inkişaf etmiş olmasını, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə lazımi zəmanətlərin olmasını, milli qiymətli kağızların yüksək likvidliyini göstərmək olar.

18 1993-cü ildən başlayaraq portfel investisiyalarının əhəmiyyətli artımı müşahidə olunur ki, bunu da aşağıdakı amillərin təsiri ilə izah etmək olar: Maliyyə bazarlarının qloballaşması və liberallaşması maliyyə kapitallarının daha az xərclə daha azad hərəkətinə şərait yaratmışdır; Əksər inkişaf etməkdə olan bazarlarda makroiqtisadi vəziyyətin yaxşılaşması bu ölkələrə portfel investisiya yatırımlarının inkişaf etmiş ölkələrə nisbətən daha sürətlə artımına gətirib çıxarmışdır; Dünya üzrə əlverişli makroiqtisadi vəziyyət faiz dərəcələrinin aşağı düşməsinə və beynəlxalq maliyyə bazarlarının likvidliyinin güclənməsinə şərait yaratmışdır; Yığımların institusionallaşması və aktivlərin peşəkar surətdə idarə edilməsi səviyyəsinin artımı maliyyə sazişlərinin əməliyyat xərclərinin aşağı düşməsi ilə nəticələnmişdir; Kommunikasiya və informasiya texnologiyaları sferasında əhəmiyyətli tərəqqi xarici ölkələrə və şirkətlərə iri həcmli informasiyanı daha operativ surətdə ötürməyə imkan yaratmışdır.

19 Dünya borc kapitalı bazarı dünya təsərrüfatının ölkələri (sosial-iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq) arasında borc kapitalının akkumulyasiyası və yenidən bölgüsü üzrə münasibətlər sistemidir. Praktikada bu bazar üç səviyyə bazarların – milli, regional və dünya bazarlarının vəhdəti və qarşılıqlı fəaliyyəti kimi əks olunur. Dünya kredit bazarı ölkələr arasında müddət, geriyə qaytarma və faiz ödəmələri şərtləri əsasında kapitalın hərəkətinin həyata keçirildiyi dünya borc kapitalı bazarının xüsusi seqmentidir. Bu bazar iki altseqmentdən – dünya pul bazarından və dünya kapital bazarından ibarətdir ki, onlar da müəyyən xüsusiyyətlərə malikdirlər

20 Dünya borc kapitalı bazarı
Dünya kredit bazarı Dünya maliyyə bazarı Dünya pul bazarı Dünya kapital bazarı Avrovalyuta bazarı Avrokredit bazarı İlkin maliyyə bazarı Təkrar maliyyə bazarı Avromaliyyə bazarı Avrobazar

21 Ədəbiyyat Elsenbagırzade.wordpress.com
Cəlil Kərimov, Ayaz Orucov – Beynəlxalq iqtisadi münasibətlər. Bankir.az Ekonomiks.az

NEWTIMES

Müasir beynəlxalq münasibətlər sisteminin fundamental quruluşunun əsası 1648-ci ildə imzalanan Vestfal sülh sazişi ilə başlanmışdır. Məhz Vestfal sülh sazişi “milli dövlətlərin suverenliyi” prinsipini əsas hüquq kimi tanıdı. Həmin dövrdən başlayaraq beynəlxalq münasibətlərin əsas aktorları dövlətlərdir. Bu gün də diplomatik münasibətlərdə bu prinsip öz prioritetliyini qoruyur. Baxmayaraq ki, I dünya müharibəsinin yekununu müəyyənləşdirən Versal-Vaşinqton sistemi, eləcə III minillikdə informasiya texnologiyalarının hesabına baş verən transformasiyalar çoxlu yeniliklər gətirmişdir. Bununla belə müasir dövrümüzdə də əsas prinsip olaraq hər bir dövlətin öz ərazisində suveren hüququnun olması və beynəlxalq birliyin həmin dövlətlə münasibətlərini bu prinsip üzərindən qurmasıdır.

Lakin beynəlxalq hüququn və münasibətlərin suveren subyekti kimi təsnif edilən qısa adı Malta Ordeni olan dövlətəbənzər qurum bütün bu yanaşmaları təkzib edir. Tam adı “Müqəddəs İohannın Qüdslü, Rodoslu və Maltalı hospitalyerlərinin suveren hərbi ordeni” olan bu qurumun öz Konstitusiyası, bayrağı, gerbi var. 104 dövlətlə diplomatik münasibətlərə malikdir. Avropa İttifaqı ilə səfir səviyyəsində əlaqələri var. BMT-də və onun bir sıra ixtisaslaşmış təşkilatlarında müşahidəçi statusuna malikdir.

Qərb elmi yanaşmasında orden dövlət kimi qəbul edilməsə belə çox təzadlı məqam yaranır. Müasir beynəlxalq münasibətlər sistemində yalnız dövlətlərin öz aralarında diplomatik münasibətlər yaratmaq hüququ var. Belə olan halda, Konstitusiyasına əsasən beynəlxalq hüququn suveren subyekti hesab edilən Malta ordeni əgər dövlət deyilsə, bu cür diplomatik münasibətlərə nə ad vermək olar. Bu suallara cavab tapmaq üçün Malta ordeninin tarixinə nəzər salmaq kifayətdir.

Səlib yürüşlərinin həqiqi səbəbləri

XI əsrin sonlarında xristian Avropa dövlətlərinin qarşısında dayanan ən böyük çağırış həmin dövrdə hökm sürən iqtisadi tənəzzüldən çıxış yolunun tapılması ilə bağlı idi. Quraqlıqla əlaqədar məhsul qıtlığı, aclıq, səfalət öz şərtlərini diktə edirdi. Digər tərəfdən Avropa dövlətləri bir-birləri ilə amansız müharibə aparırdılar. Belə bir şəraitdə katolik kilsəsi Köhnə qitədən kənarda düşmən tapmaqla bütün problemləri bir dəfəyə həll etməyin yolunu tapdı. Birincisi, Avropada çoxlu sayda işsiz insan kütləsi hərbi mükəlləfiyyətə cəlb olunmaqla işsizlik problemini aradan qaldırır, ikincisi hərbi qənimətlər xəzinələri doldurur, üçüncüsü kənarda düşmən tapmaqla katolik dini ardıcıllarının bir-birinə qarşı düşmənçiliyi müvəqqəti də olsa aradan qaldırılırdı. Ən uğurlu seçim dini ideya altında müharibə aparılması olmuşdu. Beləcə səlib yürüşlərinə rəvac verildi.

Səlib yürüşlərində iştirak edən hər bir təbəqənin öz maraqları var idi. Bu baxımdan cəngavərlərin yaratdığı dini-hərbi ordenlər və onların Vatikandan dəstəyi xüsusi maraq doğurur. Bu yürüşlərdə iz qoyan 3 əsas orden olmuşdur: hospitalyer, tampliyer və tevton ordenləri. Üzərindən 1000 il zaman keçməsinə baxmayaraq hospitalyer və tevton ordenləri öz mövcudiyyətlərini hələ də qoruyurlar. Malta Ordeninin timsalında hospitalyer ordeni hətta beynəlxalq hüququn suveren subyekti kimi fəaliyyətini davam etdirir. Tevton ordeni isə müxtəlif vaxtlarda Almaniyada, Baltikyanı ölkələrdə, Macarıstanda xristianlığı yaymaq və dinin sərhədlərini genişləndirməklə bağlı Katolik kilsəsinin tapşırıqlarını yerinə yetirmişdir. Bu ordenin ən böyük xidmətlərindən biri kimi Macarıstanda qıpçaqlara qarşı döyüşləri tarixdə öz əksini tapmışdır. Tevton ordeni yaradıldığı 1190-cı ildən Roma Papasına tabedir və 1809-cu ildən Vyanada qərarlaşmışdır. Hazırda hansı tarixi missiyanı həyata keçirməsi isə ayrıca bir araşdırmanın mövzusudur.

Digər bir cəngavər ordeni tampliyerlər isə öz mövcudiyyətlərini bu günə qədər saxlaya bilmədilər. Əslində səlib yürüşlərinin ən aktiv iştirakçı məhz bu ordenin üzvləri olmuşdur. Lakin maraqlıdır ki, məhz katolik kilsəsinin xeyir-duası ilə XIV əsrin əvvəllərində bu ordenin ləğvinə qərar verildi. Həmin dövr hadisələrinə nəzər saldıqda görünür ki, tampliyerlərin yaratdığı nəhəng biznes şəbəkəsi əksər Avropa monarxlarını və hətta Vatikanı da razı salmadığı üçün xaç uğrunda əsas döyüşçülər tarix səhnəsindən silindi.

Tarixdən məlumdur ki, tampliyer ordeni səlib yürüşləri dövründə Avropada böyük bank və sələm sistemi yaratmışdı. Ordenin Yaxın Şərqlə bərabər Avropanın da bir çox şəhərlərində qalaları, limanlarda iqamətgahları var idi. Məhz bu şəbəkə vasitəsilə tacirlər üçün himayə, vəsaitlərin transferi, daşınma kimi bir çox sahələrdən gəlir götürülürdü. Qazanılan pul Avropada müxtəlif monarxlara borc verilir və sələm əlavə gəlir gətirirdi. Papa II İnnokentinin 1139-cu ildə “OmniDotumOptimum” adlı bullasına əsasən tampliyerlər ordeninə qəniməti heç kimlə bölüşdürməmək, sərhədləri maneəsiz keçmək, heç bir vergi ödəməmək kimi imtiyazlar verilmişdi. Bunun nəticəsində də müasir anlayışda bank xidməti göstərən (borc- sələm) orden nəhəng maliyyə dayaqlarına yiyələnmişdi. Avropanın əksər krallarının tampliyerlərə borcu var idi. Ola bilsin ki, məhz bu məqam səlib yürüşlərində böyük xidmətləri olan dini-hərbi ordenin məhvinə apardı. İlk olaraq 1307-ci ildə Fransa kralı IV Filip ölkə ərazisində tampliyerlər ordeninin fəaliyyətinə son qoydu. Onların əmlakları əllərindən alındı, özləri isə kafir kimi tonqalda yandırıldı. Roma Papası V Klement Avropa hökmdarlarını tampliyerləri həbs etmək və əmlakını kilsənin xeyrinə müsadirə etməyə çağırdı.

Maraqlı bir mənzərə yaranır. Müqəddəs torpaqlar, dinin müdafiəsi uğrunda canlarından keçənləri artıq kilsə din düşməni elan edirdi. Ortada isə böyük bir varidat qalırdı. Kilsə həmin zənginliklərin öz nəzarətindən çıxmasına imkan vermədi. 1312-ci ildə Papa V Klementtampliyerlər ordeninin buraxılması və onun əmlakının hospitalyerlər ordeninə verilməsi haqqında qərar verdi.

Malta ordeninin yaranma tarixi – Qüdsdən başlayan yol

Səlib yürüşlərindən bu günümüzə uzanan digər bir tarixi miras hospitalyer ordenidir. Bu orden Qüdsdə Müqəddəs İohanna həsr edilən zəvvar evinin açılması ilə yola başlamışdır. Sonradan əsas vəzifəsi Müqəddəs Məqbərə Kilsəsinin mühafizəsi olduğundan dini-hərbi xarakter daşımışdır. Səlibçilər 1291-ci ildə məğlub olaraq Fələstin torpaqlarından tam çıxardıldıqdan sonra bu orden bir müddət Kipr adasına köçmüşdür. Bütün digər dini-hərbi ordenlər kimi Katolik kilsəsi tərəfindən böyük imtiyazlar verilən hospitalyerlər də müharibədən sonra zaman-zaman əvvəlki hüquqlarından məhrum edilirdi. Kiprdə bütün imtiyazları ləğv edildikdən sonra orden öz iqamətgahını Rodos adasına keçirdi. Həmin dövrdə Rodos adası xristian dünyasının müsəlman türklərə qarşı əsas mübarizə qalası hesab edilirdi. Bu mənada hospitalyerlər yenə Katolik kilsəsinin türklərə qarşı mübarizəsində aparıcı silaha çevrildi. Artıq XV əsrdən orden dini-hərbi təsisat xarakterini itirərək, başqa dövlətlərlə səfir mübadiləsi də daxil olmaqla suveren hüquqlara yiyələndi.

Qeyd etməliyik ki, müxtəlif xristian dövlətlərinin Osmanlı imperiyasına qarşı birgə mübarizəsini əlaqələndirmək üçün hospitalyerlərə verilən bu diplomatik status bu günə qədər davam etməkdədir. Bütün müasir beynəlxalq normalara zidd olsa belə, xristian dünyası qarşısında türklərlə mübarizə qarşılığında verilən bu status Malta ordeni üçün saxlanmışdır. Belə görünür ki, lazım gələndə beynəlxalq hüquqda və ümumiyyətlə beynəlxalq münasibətlər sistemində istənilən istisnalar mövcud ola bilər.

Hospitalyerlər 1522-ci ildə Sultan Süleymanın adanı 6 ay mühasirədə saxlamasından sonra Rodosu tərk etməli oldular. Lakin katolik kilsəsinin sadiq qullarına bu dəfə də yer tapıldı. 1530-cu ildə Müqəddəs Roma imperatoru, İspaniya kralı V KarlMalta adasını daimi əsasda hospitalyerlərə bəxş etdi. Bu vaxtdan hospitalyerlər “Malta cəngavərləri ordeni” adını aldı.

Səlib yürüşləri zamanı parlayan bu dini-hərbi ordenin Avropanın əksər limanlarında qərargahları var idi. Lakin Avropada protestantlığın yayılması ilə kilsə ilə bərabər orden də öz nüfuz dairəsini itirirdi. İngiltərədə 1540-cı ildə, Fransada 1792-ci ildə hospitalyer ordeninin əmlakları müsadirə edildi.

Aralıq dənizində hospitalyerlər ordeninin əsas funksiyası türklərə qarşı mübarizə olmuşdur. Malta adasında olarkən onlar əsas dəniz yollarına nəzarət etmək imkanına sahib idilər. Osmanlı imperiyasına açıq döyüşdə qalib gələ bilməsələr də, iqtisadi təzyiqlərini davamlı göstərirdilər. Hospitalyerlər vista hüququna yiyələnmişdilər və bu məsələdə Vatikan onları müdafiə edirdi. Vista hüququ ordenə türk mallarını daşımaqda şübhəli bilinən istənilən gəmiyə daxil olmağa və müsadirə etməyə səlahiyyət verirdi. Bu əksər Avropalı tacirlərin narazılığına səbəb olsa belə, katolik kilsəsinin himayəsi ordenə bu imtiyazdan istifadə etməyə imkan verirdi.

Katolik olmayan Rusiya belə hospitalyerlərə diqqət ayırmışdır. 1797-ci ildə imperator I Pavelin imzaladığı konvensiyaya əsasən Malta ordeni Rusiyada xüsusi imtiyaz və pul gəlirlərinə sahib oldu. Doğrudur bu uzun müddət davam etmədi. 1817-ci ildə Rusiya ərazisində bütün dini ordenlərin ləğv edilməsi ilə bağlı qəbul edilən qərar hospitalyerlərdən də yan keçmədi.

1798-ci ildə Napolen Bonapartın Malta adasını tutmasından sonra Malta ordeni sonuncu dəfə köç etməli oldu. Napoleonun adanı ələ keçirməsindənvə Rusiyada ordenin ləğvindən sonra hospitalyerlər heç nəsiz qaldılar. Orden bir müddət müxtəlif İtaliya şəhərlərində məskunlaşdıqdan sonra 1834-cü ildə Papanın xeyir-duası ilə Romada qərarlaşdı. Romada ViaKondatti sarayı onların rəsmi iqamətgahı oldu. Maraqlıdır ki, bu mülk İtaliyanın ərazisi hesab olunmur və müstəqil statusa malikdir. Beləliklə, XIX əsrin ortalarındanetibarən Malta ordeni artıq yalnız dini xarakterini davam etdirir.

Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, Vatikanın himayəsində olan bu dini-hərbi ordenlər tarixdə daha çox türklərə qarşı xristian dünyasının qılıncı funksiyası daşımışdır. Belə ki, Fələstində türk mənşəli məmlüklərlə, Macarıstanda qıpçaqlarla, Aralıq dənizində osmanlılarla mübarizə bu ordenlərin əsas funksiyası olmuşdur. Görünən odur ki, monax-cəngavər ordenləri türklərin qarşısını almaq üçün katolik kilsəsinin böyük imtiyazlar verdiyi bir təsisat olmuşdur. Lakin orta əsrlərdən fərqli olaraq bu gün həmin mübarizə öz meydanını dəyişmişdir. Beynəlxalq hüququn suveren subyekti hesab olunan Malta ordeninin timsalında arxaik aktorlarınsaxlanmasının nəyə xidmət etməsi isə qaranlıq qalır.

Qeyd etməliyik ki, Vatikan türklərə qarşı vuruşanlara öz himayədarlığını indi də göstərir. Cari ilin may ayının 12-də Papa Fransisk 1480-cı ildə İtaliyanın cənubunda Otranto qalasında Osmanlı ordusuna qarşı vuruşaraq ölən 800 nəfərin müqəddəs elan edilməsi ilə bağlı sələfi XVI Benediktin qərarını həyata keçirdi. Yeni Papanın ilk “müqəddəs elan etmə” mərasimində qəbul etdiyi bu qərarın dinlərarası dialoqa xidmət etmədiyini söyləmək olar.

Beləliklə, müasir beynəlxalq münasibətlər sistemində Malta ordenini arxaizm adlandırmaq olar. Lakin görünən odur ki, xristian dünyası qarşısında xüsusi xidmətləri olan bu tarixi miras demokratik prinsiplərə çağırış edənlər üçün hələ də lazımdır. Əks halda, ərazisi, əhalisi və ümumiyyətlə dövlətə məxsus heç bir xüsusiyyəti olmayan bu dini-hərbi ordenə beynəlxalq münasibətlər sistemində bu cür status nəyə lazımdır? Beynəlxalq hüquqda dövlət, dövlətəbənzər qurum, orden və ya hansı başqa bir terminlə adlandırılmasından asılı olmayaraq digər dövlətlərlə diplomatik münasibətlər yarada bilməsi, BMT-də müşahidəçi status daşıması bu dini-hərbi ordenə verilən dəstəyin göstəricisidir. Çağdaş dünyamızda beynəlxalq münasibətlər sistemində baş verən bütün proseslər və hadisələrə müdaxiləyə çağıran Qərb isə nədənsə bu məsələnin üstündən keçməyə üstünlük verir.

iqtisadiyyat üzrə fəlsəfə doktoru

XİN rəhbəri: “Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir”

XİN rəhbəri: “Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir” Elmar Məmmədyarov: “Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir”

27 Dekabr , 2016 15:39

https://static.report.az/photo/435e2b9c-cfb1-4f41-bdeb-1ca4e4634cb0.jpg

Elmar Məmmədyarov

Bakı. 27 dekabr. REPORT.AZ/ “Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir, regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2016-cı ilin yekunları ilə əlaqədar AZƏRTAC-a müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir: “Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və praqmatik xarici siyasət strategiyası sayəsində qazanılıb. 2016-cı il Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı baxımından məhsuldar və faydalı olub. İkitərəfli əlaqələrimizin inkişafında qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığımızın genişlənməsi xüsusi olaraq qeyd edilməlidir”. Nazir xatırladıb ki, bu il Qətərin Əmiri, Ukrayna, Venesuela, Xorvatiya, Belarus prezidentləri Azərbaycana rəsmi, Türkiyə, İran və Rusiya prezidentləri işgüzar səfər ediblər: “Həmçinin Rusiya Hökumətinin sədri, Macarıstan, Türkiyə və Pakistanın baş nazirləri Azərbaycanda rəsmi, İsrailin Baş naziri isə işgüzar səfərdə olub. Azərbaycanın ev sahibliyi etdiyi IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Monteneqro, Bolqarıstan, Gürcüstan, Albaniya, Malta və digər ölkələrin dövlət başçıları ölkəmizdə səfərdə olublar. Beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı və ikitərəfli qarşılıqlı səfərlər ölkəmizin regionda və dünyada önəmini göstərir və bizim üçün yeni imkanlar açır”. E.Məmmədyarov bildirib ki, Azərbaycanın ikitərəfli səviyyədə olan əlaqələri üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha da inkişaf edir: “2016-cı ildə Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu üçtərəfli görüşlərin keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı. Bu formatda əməkdaşlıq, eləcə də Cənub və Cənub-Şərqi Asiyadan Şimali Avropaya qədər uzanan xətt üzrə transregional əməkdaşlığı təşviq edən strateji əhəmiyyətə malikdir. Ümumiyyətlə, üçtərəfli formatda əməkdaşlıq mexanizmi ölkəmizin region dövlətləri ilə uğurlu ikitərəfli əməkdaşlığını tamamlayaraq onun üçtərəfli əsasda hərtərəfli inkişafı üçün münbit zəmin yaradır, regional məsələlər üzrə siyasi dialoqu və iqtisadi-ticarət əlaqələrini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlverişli imkanlar vəd edir. Bundan sonra da mövcud üçtərəfli formatlarda əməkdaşlıq davam etdiriləcək və yeni üçtərəfli mexanizmlərin yaradılması imkanları nəzərdən keçiriləcək”.

Comments are closed, but trackbacks and pingbacks are open.