Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır – Hikmət Babaoğlu
(+994 12) 493 30 77
BLOQ YAZISI
SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bir çox ölkənin təcrübəsi cəmiyyətin hər hansı bir sahəsini-demokratiya və insan hüquqlarının inkişafını, yaxud iqtisadi inkişafı prioritet kimi müəyyən edən ölkələrin sonda mürəkkəb və qeyri-adekvat nəticə ilə üzləşmələri barədə nəticə çıxarmağa əsas verir.
Yalnız cəmiyyətin bütün sahələri, xüsusilə demokratik və iqtisadi vektorlar, diplomatik əlaqələr paralel inkişaf etdikdə bütün sosiumun davamlı tərəqqisini təmin etmək olar. Məhz buna görə də Prezident İlham Əliyevin siyasətində demokratik dəyərlərin inkişafı və implementasiyası ilə yanaşı, Azərbaycan dünya iqtisadi sisteminə dərin inteqrasiyası prinsipi, iki və çoxtərəfli diplomatik münasibətlərin inkişafı əsas yer tutur. Azərbaycanın müstəqil dövlət kimi bütün sahələrdə əldə etdiyi uğurlar bu fikri tam təsdiq edir. Dünyanın, xüsusilə ən güclü və çoxəsrlik dövlətçilik ənənəsi olan dövlətlərin COVID-19 virusu ilə mübarizə apardığı, iqtisadi böhranın bürüdüyü bir vaxtda, hətta dövlətlərin ən vacib sosial xərcləri ödəmək qabiliyyətini itirdiyi halda, ölkəmiz quruculuq işləri, əldə olunan sosial-iqtisadi inkişaf nəticəsində irimiqyaslı, böyük maliyyə tutumlu layihələri həyata keçirir.
Konstitusiyaya əsasən, Azərbaycanın dövlət quruculuğunun təməlinə qoyulan dəyərlər inkişaf etmiş demokratik dövlətlərin kvintessensiyasını təşkil edir. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyil. Ulu öndər Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcud olduğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirə bildi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmunu və məqsədini müəyyənləşdirdi. Onun konkret tövsiyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edildi.
Bu gün Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan uğurlu və hücum xarakterli diplomatiya buna əyani sübutdur. Beynəlxalq münasibətlər sahəsində Prezidentin fəaliyyəti Konstitusiyada müəyyənləşdirilib və prezident respublikaları üçün qəbul olunan standartlara uyğundur. O, Azərbaycanın xarici siyasətinə rəhbərliyi həyata keçirir, danışıqlar aparır, beynəlxalq müqavilələr imzalayır, Ali Baş Komandan kimi hərbi münaqişə zamanı dövlətin qanunlarını və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə üçün silahlı qüvvələrin tətbiqini, neytrallığın elan olunmasını, saziş və sülh imzalanmasını həyata keçirir.
Parlament Monteskyonün ayırdığı üç hakimiyyətdən birini – qanunvericilik hakimiyyətini həyata keçirir. O, xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın mənafelərini ifadə edir. Dünya parlamentlərinin başlıca xüsusiyyətlərini özündə ehtiva edən Azərbaycan parlamentini – Milli Məclisi digər dövlət hakimiyyəti orqanlarından fərqləndirən başlıca xüsusiyyət məhz onun nümayəndəlik xarakterinin olması və qanunvericilik hakimiyyətinin yalnız bu orqan tərəfindən həyata keçirilməsidir. Bu gün tam məsuliyyətlə qeyd edə bilərik ki, respublikamızda demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunun qanunvericilik bazasının yaradılmasında Azərbaycan Parlamenti – Milli Məclisi öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının parlamenti siyasi sistemdə qanunvericilik institutu kimi cəmiyyətin siyasi proseslərinə güclü təsir edir. Milli Məclisin fəaliyyətində ölkənin müstəqilliyi, milli mənafeyi, milli təhlükəsizliyi əsas yer tutur. Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmlənməsində, dövlətlərarası münasibətlərin genişlənməsində Milli Məclisin rolu getdikcə artır. Milli Məclisin qəbul etdiyi “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunu dövlətin beynəlxalq əlaqələrdə münasibətlərini nizamlayır. Parlamentlərarası münasibətlər beynəlxalq hüquq normaları əsasında qurulur. Həmin normalar BMT-nin nizamnaməsində, ATƏT-in Helsinki Aktında, Paris Xartiyasında, Avropa Şurasının sənədlərində öz əksini tapıb.
Milli Məclis milli tələbata cavab verən beynəlxalq Konvensiyaları qəbul edir. Konvensiyaların qəbul edilməsi parlamentin beynəlxalq aləmdə nüfuzunu artırır. Beynəlxalq konvensiyaları qəbul etmədən parlamentlərarası əlaqələrin yaradılması çətin problemlərlə qarşılaşır. Parlamentlərarası əlaqələr müxtəlif formalarda təzahür edir. Ayrı-ayrı ölkələrin parlamentləri ilə ikitərəfli əlaqə, dünyanın tanınmış parlament rəhbərlərinin Milli Məclisə dəvət olunması, parlamentlərarası təşkilatlara üzv olmaq, həmin təşkilatların iclaslarında iştirak etmək təcrübəsi geniş yayılıb.
Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı parlamentlərarası təşkilatların işində iştirak edir:
Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası (AŞPA), MDB Parlament Assambleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası. Azərbaycan parlamenti parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir.
Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır.
Eyni zamanda, beynəlxalq parlament təşkilatlarında Azərbaycan parlamentarilərinin apardıqları uğurlu əməkdaşlıq nəticəsində bu təşkilatlarda ölkəmizin milli maraqları, xüsusilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət qərarlar qəbul olunmuşdur. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2001-2003-cü illərdə ölkə parlamentinin AŞPA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti və büro üzvü olarkən Azərbaycanın mövcud problemləri, ölkəmizdə aparılan demokratik islahatlarla bağlı Avropa parlamentarilərinə faktlarla məlumat verir, ölkəmizin xeyrinə müsbət qərarların qəbul olunmasına nail olurdu. AŞPA-nın vitse-prezidenti kimi cənab İlham Əliyev Azərbaycan torpaqlarının işğal olunmuş ərazilərində Ermənistan dövlətinin, erməni silahlı qüvvələrinin narkotik əkib-becərdiklərini, nəzarətsiz ərazilərdən narkotranzit kimi istifadə etdiklərini və onların insan alveri ilə bağlı cinayət əməllərini rəsmi faktlarla ifşa edərək, Avropa parlamentarilərində obyektiv rəy formalaşdırıb.
Cənab İlham Əliyevin parlament fəaliyyətində əsasını qoyduğu belə cəsarətli və hücum xarakterli diplomatiya ənənəsi bu gün də uğurla davam etdirilir. Bu, istər beynəlxalq təşkilatlarında, istərsə də ölkələrarası parlament əməkdaşlığında deputatlarımızın fəaliyyətində özünü göstərir. Parlamentlərarası əlaqələr vasitəsi ilə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi də bariz nümunə kimi Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Milli Məclisi deputatı və Azərbaycan-Fransa parlamentlərarası işçi qrupun rəhbəri olarkən iki ölkə arasında olan əlaqələrin inkişafını misal göstərmək olar. İki ölkə münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyi böyük olub. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada təşkil edilən mərasimlər, Azərbaycanın bu ölkəyə daha da yaxşı tanıdılmasına, mədəniyyətimizin təbliğinə xidmət edib. Bu prosesi mənalandıran keçirilən mədəniyyət tədbirlərinin təkcə paytaxt Parisdə deyil, Fransanın məşhur şəhərlərində də təşkil olunmasıdır. Xüsusilə, Fransanın məşhur Luvr muzeyində islam mədəniyyətinə həsr olunan bölmələrin yaradılmasına ölkəmizin verdiyi dəstəklə bir daha öz əksini tapdı. Bu addım təkcə iki ölkənin mədəni-humanitar əlaqələri ilə məhdudlaşdırmaq olmaz. Bu, həm də hər iki ölkənin dünya mədəniyyətinin mühüm parçası olan islam mədəniyyətinin qorunmasına verdikləri töhfədir.
Ümumiyyətlə, Azərbaycan Parlamenti öz fəaliyyətində müasir demokratik ənənələri və prinsipləri başlıca inkişaf prioriteti kimi qarşısına məqsəd qoymuşdur və fəaliyyəti Milli İnkişaf Modelinə uyğundur. Yeni çağırış parlamentin fəaliyyəti pandemiya böhranı dövrünə təsadüf etsə də, belə şəraitdə parlamentin rolunun artırılması və ictimai nüfuzunun artırılması üçün böyük işlər görüldü. Burada parlamentin yeni simasını, yeni təsir imkanlarını inkişaf etdirən rəhbərliyin rolunu xüsusi qeyd etmək lazımdır. Baxmayaraq ki, pandemiya dövründə beynəlxalq əlaqələr canlı şəkildə demək olar, fəaliyyəti mümkün olmadı amma parlament beynəlxalq fəaliyyətini nəinki dayandırmadı, hətta daha da gücləndirərək onlayn beynəlxalq konfransların iştirakçısı oldu. Elə bu dövrdə Milli Məclis 80-dən çox ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları formalaşdırdı və media müşahidəsi onu deməyə əsas verir ki, onlar fəaliyyətlərini səmərəli qurur.
Xüsusilə, Milli Məclisin sədri Sahibə Qafarovanın ilk səfərinin 10-12 sentyabr 2020-ci il tarixində qardaş Türkiyə Cümhuriyyətinə və 21-23 sentyabr 2020-ci il tarixində yaxın qonşu dövlət olan Rusiya Federasiyasına etməsi və uğurlu görüşlərin keçirilməsi, regionun, o cümlədən ölkəmizi problemlərini yüksək tribunalardan tarixi faktlarla səsləndirməsi böyük əhəmiyyət kəsb edir.
Türkiyəyə Cümhuriyyətinə səfəri zamanı səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Türkiyəyə səfəri zamanı Azərbaycan və Türkiyənin bütün taleyüklü məsələlərdə bir-birini dəstəklədiyini və bir-birinə arxalandığını, Ermənistanın 2020-ci ilin iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı Türkiyənin ali dövlət rəhbərlərinin bəyanatlarının Azərbaycan xalqı tərəfindən çox böyük təqdirlə qarşılandığını, Azərbaycan xalqının qardaş Türkiyənin dəstəyini hər zaman hiss etdiyini, iki dost, qardaş, strateji müttəfiq dövlətin dünya siyasi sistemində alternativinin olmadığını bildirib.
Təbii ki, bu əlaqələr Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir. Bu qardaşlıq parlamentlər arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda özünü göstərir.
O cümlədən, Parlamentin Spikeri Rusiyaya səfəri zamanı iki ölkə arasındakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərlərinin mühüm rol oynadığını, iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın böyük töhfələr verdiyini xatırladıb. Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən bəhs edən spiker qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənəd imzalanıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən, ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisin Sədrinin ilk dəfə iştirak etdiyi Rusiya Federasiya Şurasının yüksək tribunasından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək, təəssüflə qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi. Yeni çağırış parlament fəaliyyəti ilə onu deməyə əsas verir ki, dövlətimizin “Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulmuş hədəflərə çatması üçün qanunvericiliyin təkmilləşdirilməsi işində, beynəlxalq hüquq normalarının ratifikasiyasında, ikitərəfli çoxtərəfli beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır – Hikmət Babaoğlu
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır. Bu, hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji xarici siyasət kursu və milli maraqlarla öz tərəfdaşlarının maraqlarını uzlaşdırma bacarığı ilə əlaqədardır. Azərbaycanın fəal və təşəbbüskar xarici siyasəti onun beynəlxalq münasibətlərdə nüfuzunu müəyyən etməklə yanaşı, həm də iştirakçılığını təmin edir. Nəticədə hazırda Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatlara sədrlik edir. Bunların sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı da var.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, biz hər iki təşkilatın 44 günlük ikinci Qrabağ savaşında Azərbaycanı dəstəklədiyinin şahidi olduq: “Hətta Qoşulmama Hərəkatına üzv olan bəzi ölkələrin dəstəyi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bizim lehimizə olmayan qərar qəbul etməsinin belə qarşısını aldı. Türk Şurasının göstərdiyi dəstək isə müyyən mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana mümkün dəstək verə bilmə ehtimalını əngəllədi. Çünki Türk Şurasına üzv olan iki ölkə həm də KTMT-nin üzvləridir. Hazırda isə dünyada paralel və səssiz müharibə də getməkdədir. Bu COVİD-19 pandemiyasına qarşı müharibədir. Azərbaycan Qoşulamama Hərəkatının sədri kimi ümümbəşəri təhdid yaradan bu pandemiyaya qarş mübarizədə səfərbərliyi təmin etmək üçün ilk təşəbbüslə çıxış edərək məsələni BMT-nin gündəminə gətirdi və bu təşəbbüs yüksək qiymətləndirildi. Məğlubedilmiş Ermənistandan başqa BMT-yə üzv olan dövlətlərin əksəriyyəti bu təşəbbüsü dəstəklədi və dünaynın ən böyük beynəlxalq təşkilatında bununla bağlı xüsusi sessiya çağırıldı. Dekabrın 3 və 4-də isə BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə növbəti tədbir baş tutacaq, Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edirlər. Bu, əvvəlki sessiyada müzakirə olunan koronavirusa qarşı mübarizə və hazırlanacaq peyvəndlərin hamı üçün əlçatanlığının təmin oluması məsələsindən sonra indiki real vəziyyətin müzakirə olunmasıdır. Bu, Azərbaycan Prezidentinin təşəbbüs və təkliflərinin BMT tərəfindən dəstəklənməsi və onun nüfuzunun qəbul edilməsi deməkdir”.
H.Babaoğlu əlavə edib ki, artıq sessiyanın gündəmi və çıxışların ardıcıllığı da müəyyənləşdirilib: “Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində-1-ci sıra 5-ci yerdə çıxış edib və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdırıb. Bu, özü bir göstəricidir və Azərbaycan Prezidentinə olan münasibətdir. Bundan başqa, 155 iştirakçı ölkə arasında Prezident İlham Əliyevin dövlət başçısı kimi 7-ci sırada çıxış etməsi heç şübhəsiz ki, Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsidir. Eyni zamanda, bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir. Bütün bunlarla yanaşı, istənilən beynəlxalq tribunadan Azərbaycan Prezidentinin ölkəmizin maraqlarını və artıq məğlub edilmiş işğalçı Ermənistanda hökm sürən despotizmi, diktaturanı, faşizmi dilə gətirməsi və onu ifşa etməsi də artıq ənənə halını alıb ki, bu da həqiqətlərin dünyaya çatdırılmasında özünəməxsus rol oyanyır. Ən mühüm məsələlərdən bir də odur ki, dekabr ayının 3-ü və 4-də keçirilən sessiyada Azərbaycan Prezidenti qalib dövlətin müzəffər Ali Baş Komandanı kimi çıxış etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni icra etmiş dövlət və beynəlxalq hüquqda president yaratmış lider kimi öz sözlərini dedi. Bu isə yeni dünya nizamında Azərbaycanın yerini və rolunu təyin edən ən əsas faktorlardan birdir”.
Milli.Az
Beynəlxalq münasibətlərdə parlamentin rolu
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Beynəlxalq münasibətlərdə diasporanın rolu
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.