Press "Enter" to skip to content

Prezident İlham Əliyev: Məşhur qeyri-hökumət təşkilatları, beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur

Milli.Az

Beynəlxalq qeyri-hökumət təşkilatları

Beynəlxalq qeyri-hökumət təşkilatları (ing. International Non-Governmental Organizations ) — müxtəlif ölkələrin ictimaiyyətinin müxtəlif təbəqələrindən olan oxşar və ya ümumi sosial, siyasi, iqtisadi, ideya, peşəkar və digər maraqlı təşkilati rəsmiləşmiş birliklər. BQHT-ları ayrı-ayrı şəxslərin müxtəlif milli cəmiyyətləri və ittifaqlarını birləşdirir.

Beynəlxalq qeyri-hökumət təşkilatları xalqlar arasında ünsiyyət formalarından biridir. Bir sıra BQHT-nın fəaliyyətləri səhralaşma problemləri ilə əlaqədardır [1] .

Beynəlxalq QHT-lər 1952-ci ildən Avropa Şurası yanında məsləhətçi statusuna malikdirlər. 2003-cü ilin noyabrında beynəlxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rolunu tanımasından irəli gəldi. Bu status Nazirlər Komitəsinin Qətnaməsi (2003) tərəfindən idarə olunur. Bu cür statusa malik olmaq istəyən Beynəlxalq QHT-lər xüsusilə onların sahəsində (sahələrində) təmsil olunmalıdır. Onlar Avropa Şurasının məqsədlərini izləməli və onun fəaliyyətinə öz töhfələrini verməlidirlər. Bu günə kimi təxminən 370 beynəlxalq QHT bu cür statusa malikdir. Onlar ümumi tədbirlər planı haqqında yekun qərar vermək məqsədilə ildə bir dəfə olaraq Avropa Şurası Beynəlxalq QHT-in Konfransını keçirirlər

Prezident İlham Əliyev: Məşhur qeyri-hökumət təşkilatları, beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur

Məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev martın 5-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Hazırda bizim qarşımızda böyük çağırışlar var. Əminəm ki, bizim planlarımız barədə sizə məlumat verilib. Ola bilsin ki, bizim bərpa prosesimizin müəyyən nəzərəçarpan hissəsini görmüsünüz. Bu, böyük işdir. İndiyə qədər biz nə beynəlxalq təşkilatlardan, nə də dünyanın heç bir ölkəsindən beynəlxalq yardım olaraq bir dollar belə almamışıq. Gördüyümüz bütün işləri öz hesabımıza edirik. Biz bunu etməyə davam edəcəyik. Lakin əlbəttə qəribədir ki, torpaqların azad edilməsindən demək olar il yarım keçməsinə baxmayaraq, heç kim bizə kömək etməyə hazır deyil. Yalnız sözlər, başqa heç nə. Nə donor konfransı ilə bağlı ideyalar, nə də maliyyə dəstəyi var. Hətta məşhur qeyri-hökumət təşkilatları, məşhur beynəlxalq fondlar Qarabağ və Zəngəzurda baş verənlərə göz yumur. Bu, təəssüf doğurur. Bilirsiniz, biz əraziləri bərpa edəcəyik, Qarabağ və Zəngəzurda dediyim kimi yer üzündə cənnət nümunəsi yaradacağıq. Biz bunu nəyin bahasına olursa-olsun edəcəyik. Lakin düşünürəm ki, beynəlxalq təşkilatların, donor təşkilatların, böyük fondların bu etinasızlığı qəbuledilməzdir. Ümidvarıq, BMT öz qurumları və öz kommunikasiya kanalları vasitəsilə bizi dəstəkləyəcək, bu mühüm mesajı çatdıracaq ki, Azərbaycanın dəstəklənməyə ehtiyacı var. Biz sizin səfərinizi bu dəstəyin əlaməti hesab edirik. Əminəm ki, orada gördükləriniz barədə hesabat verəcəksiniz. Çünki, eşitmək, bilmək, oxumaq ayrı, gəlib öz gözlərinizlə görmək isə ayrı məsələdir”.

Milli.Az

Beynəlxalq qeyri-hökumət təşkilatları

Beynəlxalq Qızıl Xaç Komitəsi

Müvəkkil Beynəlxalq Qızıl Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri quraraq işğal olunmuş ərazilərdə erməni hərbiçiləri tərəfindən girov və ya əsir götürülmüş şəxslərə qarşı işgəncələrin qarşısının alınması, onların hüquqlarının qorunması və bu şəxslərin ən qısa zamanda ailələrinə qaytarılması istiqamətində fəal işlər görür.

Müvəkkil 2015-ci ilin mart ayında Cenevrəyə səfəri zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin Vitse prezidenti xanım Kristina Börli ilə görüşü zamanı komitənin prezidenti cənab Peter Maurerə ünvanlanmış işğal olunmuş torpaqlarda, Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində, erməni hərbçiləri tərəfindən mülki şəxslər olan azərbaycanlıların, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi ilə bağlı məktubu müzakirə edilmişdir. Müvəkkil həmin məktubda bu şəxslərin beynəlxalq hüquqa zidd, əsassız mühakimə edilməsinin, həmçinin onlara işgəncə verilməsinin ölkəmizdə böyük narahatlıq doğurduğunu və beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılandığını qeyd etmişdir. O həmçinin bildirmişdir ki, Azərbaycanın BMT və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Ermənistan hərbçilərinin azərbaycanlıları girov götürməsi beynəlxalq hüquqa tamamilə ziddir və qondarma məhkəmənin əsir götürülmüş Azərbaycan vətəndaşlarının tərkibində hər hansı bir cinayət əməli olmayan əməlinə qeyri adekvat ömürlük və 22 illik cəzanın heç bir normalara sığmayan əsassız qərar qəbul edildiyini sonra isə qanunsuz məhkəmə ilə təsdiqləndiyinə diqqəti cəlb etmişdir. Müvəkkil eyni zamanda Ermənistanın da iştirakçısı olduğu Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər kəsin sərbəst hərəkət etmək azadlığı olduğunu da vurğulamışdır.

Avropa Milli İnsan Hüquqları İnstitutları şəbəkəsi

Azərbaycan Ombudsmanı 2013-cü ildə yaradılan Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi ilə fəal əməkdaşlıq əlaqələri içərisindədir. Şəbəkə Milli İnsan Hüquqları İnstitutları (MİHİ) ilə BMT və onun bir sıra alt qurumları arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynamaqdadır.

Sözügedən şəbəkə 2014-cü ildən başlayaraq Milli İnsan Hüquqları İnstitutları Akademiyasının seminarlarını təşkil edir və Avropa regionunda fəaliyyət göstərın MİHİ-lərin yüksək vəzifəli işçilərini BMT, Avropa Şurası və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların təcrübəli ekspertlərinin mühazirələrinin oxunduğu Akedmiyaya dəvət edərək onların peşəkarlığını daha da artırmaq istiqamətində işlər görür. Azərbaycan Ombudsman Təsisatının da iki əməkdaşı artıq bu Akademiyadan məzun olaraq diplomla təltif olunmuşlar.

Uşaq Hüquqları Ombudsmanlarının Avropa şəbəkəsi

Azərbaycan Respublikasının Ombudsman təsisatı İnnoçenti tədqiqat mərkəzinin tövsiyəsi ilə 2008-ci ildə Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC) üzv olmuşdur. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ombudsman təsisatı uşaq hüquqları üzrə ixtisaslaşmamış ilk təsisatdır ki, Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür.

ENOC-la əməkdaşlıq çərçivəsində Müvəkkil uşaq hüquqlarına dair müxtəlif işçi qruplarının üzvü olaraq ideya və təcrübə baxımından təşkilata öz töhvəsini verir, daxil olan müraciətləri cavablandırır.

Müvəkkilin tövsiyəsi nəticəsində 2010-cu ildən başlayaraq ENOC tərəfindən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA – European Network of Young Advisors) layihəsi həyata keçirilməkdədir.

İşgəncələr haqqında məlumatı təcili Ombudsmana ötür Uşaq hüquq pozuntusu ilə bağlı məlumatı təcili Ombudsmana ötür –>

Comments are closed, but trackbacks and pingbacks are open.