Beynəlxalq təşkilatlar
1991-ci ildə yaradılıb. İlk vaxtlar təkibinə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Ukrayna, Moldova bu təşkilatın üzvi idi. 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukrayna bu təşkilatdan çıxdı. Türkmənistan isə 2005-ci ildən MDB-də müşahidəçi kimi çıxış edir.
Beynəlxalq təşkilatlarla əlaqələr
Beynəlxalq təşkilatlarla əlaqələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial təminat sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Bununla bağlı olaraq nazirlik müxtəlif ölkələrin aidiyyatı qurumları və mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq həyata keçirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dünyanın 30-a yaxın ölkəsinin, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Niderland, İsveç, Macarıstan, İtaliya, Bolqarıstan, Latviya, Gürcüstan, Türkmənistan, Belarus, Əfqanıstan, Özbəkistan, Moldova, Tacikistan və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələr qurularaq inkişaf etdirilir. İndiyədək Nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 50-yə yaxın Hökumətlərarası və Nazirliklərarası Saziş, Protokol, Memorandum və Proqram imzalanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiya iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rola malikdir. 2018-ci ildə Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Birgə Daimi Komissiyanın 9-cu iclası keçirilmiş və iclasın yekunu olaraq gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalanmışdır. Belarus Respublikası ilə də əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələri genişlənir. 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində 19 noyabr 2018-ci il tarixdə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Bu sənədlərdən biri kimi, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Belarusun əmək və sosial müdafiə naziri İrina Kosteviç “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu” imzalamışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilib. Sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri təyin olunub. 2018-ci ilin noyabr ayında Buxarest (Rumıniya) şəhərində Müştərək Komissiyanın 5-ci iclası keçirilib. İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əlaqələrin mövcud vəziyyəti, bu sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub, təkliflər səsləndirilib. Yekunda Müştərək Komissiyanın 5-ci iclasının nəticələrinə dair Protokol imzalanıb. 2018-ci ilin sentyabr ayında Astana şəhərində (Qazaxıstan) “Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən regional konfransda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev konfrans çərçivəsində Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Madina Abılkasımova ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğu vurğulanaraq, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında pensiya təminatı sahəsində Saziş” layihəsinə də hazırda baxılmaqda olduğu qeyd edilmişdir. Ayrı-ayrı ölkələrlə əməkdaşlıq əlaqələrinin uğurlu davamı kimi, 2019-cu ilin may ayında Rusiyanın Əmək və Sosial Müdafiə nazirinin ölkəmizə səfəri çərçivəsində ““Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, 2019-cu ilin oktyabr ayında Litvanın Sosial Təminat və Əmək nazirinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Saziş”, 2019-cu ilin noyabr ayında Bolqarıstanın Əmək və Sosial Siyasət nazirinin Azərbaycana səfəri çərçivəsində “ Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında Saziş” imzalanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin İnkişaf Proqramı (BMT İP), Dünya Bankı (DB), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (UNİCEF), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK), Avropa İttifaqının TACİS Proqramı, EuropeAid və BQXK ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə müşahidə olunur və ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində təşkilata üzv dövlətlər arasında bir sıra sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlıq əlaqələri genişlənir. Bu istiqamətdə mühüm tədbir kimi, 2013-cü ilin aprelində Bakı şəhərində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransı keçirilmişdir. Konfransda İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı təşviq edən Çərçivə sənədi və digər siyasi sənədlər qəbul olunmuşdur. İƏT-in 56 üzv ölkəsindən 36 ölkənin təmsilçiləri, ümumən 200-dən çox nümayəndə, həmçinin beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri tədbirdə iştirak etmişlər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İƏT-ə üzv dövlətlərin nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Azərbaycanda İƏT-in Əmək Mərkəzinin yaradılması barədə təklifi konfrans iştirakçıları tərəfindən məmnunluq hissi ilə qəbul edilərək yekdilliklə dəstəklənmişdir. Mərkəzin yaradılmasının ötən dövrdə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənməsinin əsasında Azərbaycanın ötən dövrdə dünyada İslam həmrəyliyinin güclənməsinə, müqəddəs İslam dəyərlərinin təbliğinə verdiyi mühüm töhfələrə, İƏT və üzv ölkələrlə fəal əməkdaşlıq əlaqələrinə görə ölkəmizin İslam aləmində daim artan nüfuzu dayanır. Təşkilatın Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanması tələb olunur və Nizamnaməni imzalayan ölkələrin sayı tədricən artmaqdadır. İƏT-in mənzil-qərargahı Bakı şəhərində yerləşəcək və ixtisaslaşmış qurumu olacaq Əmək Mərkəzinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir. 2018-ci ildə Azərbaycan Respublikası 2018-2020-ci illər üçün İslam Əməkdaşlıq Təşkilatının Əmək Məsələləri üzrə Rəhbər Komitəsinin üzvü seçilmişdir. Azərbaycan hökumətinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildən etibarən Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan sonra Azərbaycanda da BƏT-in nümayəndəliyi açılmışdır. Azərbaycan BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici və 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaların prinsipləri nəzərə alınmaqla ölkəmizdə ən mütərəqqi beynəlxalq standartlara cavab verən milli əmək qanunvericiliyi qəbul edilmişdir və bu qanunvericilik daim təkmilləşdirilir. BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair Azərbaycan Hökumətinin hesabatları müntəzəm olaraq BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur. BƏT-lə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün “Layiqli əməyin təminatı üzrə Ölkə Proqramı” uğurla icra olunmuş, 2016-cı ilin 30 sentyabr tarixində isə Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” qəbul edilmişdir. Beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, Azərbaycan Respublikası 2017-ci ildə, Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib. Bununla da ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb. Bu isə ölkəmizə həmin mötəbər qurumla praktik fəaliyyət sahələrini əhatə edən əməkdaşlıq müstəvisini daha da genişləndirməklə bərabər, bu Təşkilatın fəaliyyətində, onun siyasi qərarlarının verilməsində və əmək sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliği və yayılmasında yaxından iştirak imkanı yaradıb. BƏT-lə əməkdaşlıqda daha bir addım olaraq, Azərbaycan BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” adlı layihəsinə daxil edilmiş, layihə çərçivəsində son illərdə bir qrup ali təhsilli gənclə işəgötürənlər arasında həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının yarısının subsidiya şəklində BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında əmək müqavilələri imzalanmasını nəzərdə tutan “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi icra olunmuşdur. Azərbaycanda gənclərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi istiqamətində aparılan fəal siyasətin və əldə olunan uğurlu təcrübənin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin daha bir ifadəsi olaraq, BƏT-in rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində (https://www.ilo.org/dyn/youthpol/en/f?p=30850:1001:0::NO. ) Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilmişdir. BƏT-lə əməkdaşlığın bir istiqaməti də ölkəmizdə özünüməşğulluq proqramının icrası işlərini əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğuna yönələn proqramın həyata keçirilməsi sahəsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verilmiş, BƏT-in dəstəyi ilə Azərbaycanda özünüməşğulluq proqramı üzrə beynəlxalq sertifikatlı təlimçilər qrupu formalaşmışdır. Azərbaycan BƏT-in layihə və təşəbbüslərində də yaxından iştirak edir. Bu sahədə növbəti tədbir kimi, BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, ölkəmizdə əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş silsilə tədbirlər və bu mövzuda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə milli dialoqun yekunlarına dair konfrans keçirilmişdir. 2018-ci ilin may ayında isə Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq Əmək Təşkilatının Baş direktoru ilk dəfə Azərbaycana səfər edərək, Konfransda iştirak etmişdir. Azərbaycan Respublikası 1998-ci ildə BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında”, 2008-ci ildə isə “Əlilliyi olan şəxslərin hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur. BMT-nin sabiq Baş Katibi Koffi Annanın Minilliyin Assambleyasında müraciətinə cavab olaraq, dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılmış və on üzv ölkə gənclərin məşğulluğu üzrə lider müəyyən olunmuşdur. Azərbaycan da həmin on lider ölkə sırasına daxil edilmişdir. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sındakı öhdəliklərin səmərəli icrası üçün məqsədyönlü işlər aparılmış, o cümlədən Konvensiyaya uyğun olaraq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi hazırlanmış, layihə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin də rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 2018-ci ilin iyul ayında qəbul olunmuşdur. 2019-cu ildə BMT-nin “Əlilliyi olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Konvensiya”sının icrası ilə bağlı Azərbaycan Respublikası Hökumətinin ümumiləşdirilmiş ikinci və üçüncü dövri məruzəsi təqdim edilmişdir. Ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən siyasətdə BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiyasının prinsipləri daim diqqətdə saxlanılır və layiqli şəkildə yerinə yetirilir. Təsadüfi deyil ki, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin əməkçi miqrantlarla bağlı Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş Büro iclası Bakıda keçirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramının birgə layihəsi olan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün qabaqcıl təcrübə əsasında innovativ yanaşmaların tətbiqində mühüm rola malikdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə icra edilən layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı , Zaqatala rayonlarında yaradılan SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) Təlim Tədris Mərkəzləri işsiz və işaxtaran vətəndaşların innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının təkmilləşməsinə öz töhfəsini verib. Son illərdə BMT İnkişaf Proqramı, BƏT və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanmışdır. Niyyət Məktubunda ölkəmizdə özünüməşğulluq proqramının həyata keçirilməsi və genişləndirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək istəyi əksini tapır. 2018-ci ildə Azərbaycan Hökuməti ilə BMT İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsi imzalanıb ki, bu Layihənin məqsədi əlilliyi olan şəxslər üçün özünüməşğulluq fəaliyyətlərini pilot qaydada həyata keçirərək, bu təbəqədən olan 500 şəxsin dayanıqlı biznes qurmasına dəstək göstərmək, iştirakçıların əmək bazarına çıxışla bağlı üzləşdikləri xüsusi problemləri və maneələri nəzərə alaraq sosial və peşə-əmək reabilitasiyasını təmin etmək və s. məqsədinə yönəlib. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu arasında “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi imzalanıb. 1994-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirilir. Həmin il Qahirədə qəbul edilmiş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib. 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub. Hər iki sənəddə, habelə yeni «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsində həmin Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması məqsədilə BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlıq həyata keçirilir. 2017-ci ilin fevral ayında “Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanmışdır. Qeyd edildiyi kimi, 2019-cu ildə imzalanan “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə bərabər BMT-nin Əhali Fondu da iştirak edir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Əhali Fondu arasında 2019-cu ildə imzalanmış “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində də fəal əməkdaşlıq həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında əməkdaşlıq ölkəmizdə “Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində mühüm rol oynayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı, “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb və icra olunub. Həmçinin son illərdə UNİCEF-in təklif və tövsiyələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlərin inkişafına dair Konsepsiya da hazırlanıb. Dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri olan Dünya Bankı ilə 1999-cu ildən etibarən başlanmış əməkdaşlıq çərçivəsində ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə «Azərbaycan Respublikasında Pensiya və Sosial Yardım islahatı», “Pensiya və Sosial Təminat Layihəsi”, “Sosial Müdafiənin İnkişafı Layihəsi” icra olunub. Əməkdaşlıqda növbəti addım kimi, Dünya Bankının nəzərdə tuttulan “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsinə, işsiz şəxslərin özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və məhsuldar məşğulluğa çıxış imkanlarının yaradılmasına dəstək məqsədi daşıyır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqı ilə də Avropa Qonşuluq Siyasəti çərçivəsində daim inkişaf edən əməkdaşlıq əlaqələrinə malikdir. Hələ ölkəmizin dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda icra olunmuş Avropa İttifaqının TACİS layihələri respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini vermişdir. 2004-cü ildən etibarən Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən layihələrdən Tvinninq və TAİEX proqramlarına daha çox üstünlük verilmişdir. Ötən dövrdə aktuar hesablamaların, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahələrinin, əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya və sosial xidmət sistemlərinin inkişaf etdirilməsinə, son illərdə pensiya təminatı sistemində islahatın həyata keçirilməsinə dəstək məqsədli Tvinninq layihələri icra olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyi nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunan Azərbaycan Respublikası 2002-ci ildə bu təşkilatın “İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiya”sını, 2004-cü ildə Avropa Sosial Xartiyasını ratifikasiya etmişdir. Ümumiyyətlə, ölkəmiz indiyədək Avropa Şurasının insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etmişdir ki, onların böyük qismi məhz sosial hüquqlarla bağlıdır. Həmçinin Avropa Şurasının “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı”nın yerinə yetirilməsi istiqamətində də bu təşkilatla əməkdaşlıq həyata keçirilib. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə də əməkdaşlıq əlaqələri daim güclənir. BSTA dünyanın bütün regionlarından sosial müdafiə və sosial təminat təşkilatlarını bir platformada birləşdirən, ən dinamik sosial sığorta sistemlərinin yaradılması və təşviqi məqsədilə sosial sahənin qarşılaşdığı problemlər, onların həlli yolları, uğurlar və nöqsanlar barədə təcrübə mübadiləsini təşkil edən beynəlxalq təşkilatdır. Assosiasiya həmçinin üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi və s. üzrə tədbirləri həyata keçirir. BSTA-nın 2016-cı ildə keçirilən Dünya Sosial Təminat Forumunda isə sosial təminat sahəsində ölkəmizdə aparılan uğurlu islahatlar, İKT-nin geniş tətbiqi sahəsində Azərbaycanın zəngin və uğurlu təcrübəsi nəzərə alınaraq, Azərbaycan ikinci dəfə BSTA-nın büro üzvü və Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Bu Komitəyə Avropa regionundan sosial təminat sahəsində mütərəqqi təcrübəyə malik 13 ölkə daxildir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti göstəricisi kimi, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) növbəti Avropa Regional Sosial Təminat Forumu 2019-cu ilin may ayında Bakı şəhərində keçirilib. Ölkəmizin uğurla ev sahibliyi etdiyi, üç gün davam edən Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən 140-dan çox nümayəndə iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron texnologiyaların geniş tətbiqinə əsaslanan, habelə mühüm sosial–iqtisadi önəm kəsb edən layihələrinə beynəlxalq səviyyədə verilən yüksək qiymət verilir. Bunun daha bir təzahürü kimi, Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem, əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem, özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələri uğurlu təcrübə nümunələri kimi müsbət dəyərləndirilərək, xüsusi mükafatlara layiq görülüb. Həmçinin, 2019-cu ildə Bakıda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası, MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının XXXII iclası da keçirilib. 2019-cu ildə Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin icrasına dair müvafiq istiqamətlər üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında Əməkdaşlıq Sazişləri və Anlaşma Memorandumları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu və nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin mühafizəsi sahəsində də mütərəqqi beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulur və nazirliyin əmək müfəttişliyi sahəsində beynəlxalq əlaqələri daim genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının və Əmək Müfəttişliklərinin Regional Alyansının üzvüdür. BMT tərəfindən də Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinin Cənub-Cənub Əməkdaşlığı müstəvisində digər ölkələrdə də tətbiqi təşviq olunur. Həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2017 Mükafatları” müsabiqəsində “Çempion layihə”dən biri olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu əməkdaşlıq çərçivəsində müvafiq sahələr üzrə qabaqcıl dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələlərinin aparılması istiqamətində işlər davam etdirilir.
NAZİRLİK
- Tarixi
- Rəhbərlik
- Struktur
- Əsasnamə
- Kollegiya
- İllik hesabatlar
- Vakansiyalar
- Etik məsələlər
- Apellyasiya Şurası
- İctimai şura
QANUNVERİCİLİK
- Konstitusiya
- Qanunlar
- Əmək Məcəlləsi
- Fərmanlar
- Sərəncamlar
- Nazirlər Kabinetinin Qərar və Sərəncamları
- Nazirliyin Kollegiya Qərarları və Əmrləri
- Təlimatlar və qaydalar
- Strategiya
- Etik məsələlər
- Qanunvericilik layihələri
- Digər sənədlər
- Qanunvericilik (ingiliscə)
- İstehsalat təqvimləri
ƏSAS SAHƏLƏR
- Məşğulluq Marafonu
- Övladlığagötürmə
- İctimai işlər
- DOST mərkəzləri
- Ünvanlı dövlət sosial yardımı
- Sosial təminat
- Əmək münasibətləri
- İşsiz və işaxtaranlar
- Özünüməşğulluq
- Əlilliyi olan şəxslər
- Pensiyaçılar
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR
- Xəbərlər arxivi
- Tədbirlər
- Elanlar
- Nəşrlər
- Fotoqalereya
- İnfoqrafikalar
- Videoqalereya
- Faydalı videoçarxlar
- İnformasiya məsələləri üzrə məsul şəxs
- Nazirlik mətbuatda
MÜRACİƏT
- Ünvan və telefonlar
- Karantin dövründə müraciət
- Çağrı Mərkəzi
- Qəbul günləri
- Məktub yazmaq
- Apellyasiya Şurasına müraciət
- Vətəndaşların qəbulu qaydaları
- Onlayn əlaqə – Canlı Çat
- Əlaqə nömrələri
- Ünvan və telefonlar
FAYDALI
- İstehsalat Təqvimi
- Dövlət rəmzləri
- Ən çox verilən suallar
- Beynəlxalq əməkdaşlıq
- Dövlət qulluğu
- Üç illik hesabat
- “Əmək veteranı” adı və vəsiqəsi necə verilir
- Akkreditasiya olunmuş qeyri-dövlət mərkəzləri
- Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası ilə bağlı Parlament üzvləri üçün Stolüstü kitab
- DOST Agentliyinin bülleteni
- Sosial partnyorlar
- Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya
- Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası ilə bağlı Parlament üzvləri üçün Stolüstü kitab
- Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya
- DƏMX-in antikorrupsiya siyasətləri
- Digər dövlət saytlarına keçid
- Bir prosedurla hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı
- Bank rekvizitləri
- Sorğular
- Peşə standartları
- Açıq məlumatlar
Səhifəmizdəki yeniliklərdən xəbərdar olmaq üçün E-poçtunuzu daxil edin
© 2020 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu. Müəllif hüquqları qorunur.
Beynəlxalq təşkilatlar. Xəritə sxemdə təsviri. YENİ
1951-ci ildə yaradılıb. Aİ-nın orqanları: Avropa Şurası, Avropa parlamenti, Avropa İttifaqının Şurası, Avropa Komissiyası, Avropa Məhkəməsi. Mərkəzi Belçikanın paytaxtı Brussel şəhərində yerləşir.
Birləşmiş Millətlət Təşkilatı (BMT)
Ən kütləvi təşkilatıdır. 2011 -ci ildə dünyada olan 196 müstəqil dövlətdən 193 -ü BMT-nin üzvi olmuşdur. Vatikan, Şimali Marian adaları, Tayvan onun üzvi deyildir. 1945-ci ildə yaradılıb. Onun tərkibinə 16 təşkilat (MAQATE, YUNESKO, YUNİEP, BST, FAO, BVF, Dünya Bankı). BMT-nin Ali orqanı Baş Məclisdir. Daimi üzvləri; Çin, Rusiya, Fransa, Böyük Britaniyadır. Mənzil Qərargahı NYU-York şəhərində yerləşir.
NATO Şimali Atlantika Müqaviləsi Təşkilatı
1949-cu ildə yaradılıb. NATO-nun məqsədi siyası və hərbi vasitələrlə üzv ölkələrin azadlığı və təhlükəsizlinin təmin olunması, onların təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə birgə fəaliyyət və hərbi əməkdaşlıq, Avropada sülhün təmin olunmasıdır. Mənzil qərargahı Belçikada Brussel şəhərində yerləşir.
ASEAN təşkilatı
Cənub Şərqi Asiya ölkələri birliyi 1967-ci ildə yaradılmışdır. Təşkilatın tərkibinə 10 ölkə daxildir. İndoneziya, Malayziya, Tailand, Myanmar, Kamboca, Laos, Filippin, Sinqapur, Vyetnam, Bruney. Mənzil qərargahı İndonzeziyanın paytaxtı Cakarta şəhərində yerləşir.
OPEK
Neft ixrac edən sahəvi təşkilatdır. Dünyada neftin hasilatını, qiymətini, dünya bazarında satışını nizamlamaq və əlaqələndirməyə xidmət edir. 1960-ci ildə Bağdad şəhərində yaradılıb. Tərkibinə aiddir: Venesuela, Ekvador, Liviya, Əlcəzair, Qabon, Anqola, Nigeriya, İran, İraq, Qatar, S. Ərəbistanı, Küveyt, BƏƏ, İndoneziya (formal olaraq üzvdür). Mənzil qərargahı Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir.
GUAM
Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovanın daxil olduğu birlikdir. Latviya və Türkiyə müşahidəçi statusuna malikdir. Əvvəllər Özbəkistanda bu birliyə daxil idi. GUAM təşkilatı 1997-ci ildə yaradılıb.
BENİLUKS
Belçika, Niderland, Lüksemburqun daxili olduğu təşkilatdır.
MBD (müstəqil dövlətlər birliyi)
1991-ci ildə yaradılıb. İlk vaxtlar təkibinə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Ukrayna, Moldova bu təşkilatın üzvi idi. 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukrayna bu təşkilatdan çıxdı. Türkmənistan isə 2005-ci ildən MDB-də müşahidəçi kimi çıxış edir.
İƏT İslam Əməkdaşlıq təşkilatı
Əvvəllər İslam konfransı təşkilatı adlanırdı. Baş katibliyi Səudiyyə Ərəbistanında yerləşən Ciddə şəhərindədir. Təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabat şəhərində yaradılmışdır.
NAFTA- Şimalı Amerikada Azad Ticarət Birliyi
1992-ci ildə yaradılıb. Təşkilata ABŞ, Kanada, Meksika daxildir.
Ərəb ölkələri liqası
1945-ci ildə yaradılıb. Mənzil qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir.
Tərkibinə daxildir: Misir, Səudiyyə Ərəbistanı, Suriya, İraq, Yəmən, İordaniya, Əlcazair, Mavritaniya, Sudan, Somali, Fələstin, Cibuti, Komor adaları, Liviya.
Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı
1992-ci ildə yaradlıb. Tərkibinə 11 ölkə daxildir. Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Ukrayna, Rusiya, Gürcüstan, Ermənistan, Serbiya, Yunanıstan, Ruminya.
Hazırladı: Osman Eminov
Bütün xəritələr müəllifin özü tərəfindən tərtib edilib. İstifadə edərkən istinad vacibdir.
Beynəlxalq təşkilatlar
Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.
Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.
Comments are closed, but trackbacks and pingbacks are open.