Beynəlxalq turizm
Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərinə uyğun ümumi şəkildə irəliləyir. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır.
Beynəlxalq turizm
Əsgərli Güllü Fərman qızı
Azərbaycan Turizm və Menecment Universiteti
TURİZMİN BEYNƏLXALQ ƏLAQƏLƏRDƏ ROLU
Açar sözlər: turizm, səyahət, beynəlxalq turizm, iqtisadiyyat, gəlir, xidmət, ticarət
Key words: tourism, travel, international tourism, economy, income, service, trade
Ключевые слова: туризм, путешествия, международный туризм, экономика, доходы, услуги, торговля
Beynəlxalq turizmin sürətli inkişafı və digər sahələrə təsirinin böyük olması beynəlxalq əməkdaşlığın, turizm təşkilatlarının yaranması və inkişafı prosesini sürətləndirmişdir. Turist xidmətləri, turist məhsullarının təşkilatçı, istehsalçıları hər il regional və beynəlxalq səviyyəli forum və konfranslarda bir araya gəlir, turizm sahəsindəki problemləri və inkişaf perspektivlərini müzakirə edirlər. Bu görüşlərdə iştirakçılar həm beynəlxalq səviyyədə, həm də regional səviyyədə turizmin inkişafı üçün toplanırlar.
Turizmlə bağlı rəsmi beynəlxalq münasibətlərinin yaranma tarixi 1908-ci il hesab edilir. Çünki 1908-ci ildə İspaniya, Fransa və Portuqaliya tərəfindən ilk turizm təşkilatı hesab olunan “Franko-İspano-Portuqaliya Turist Assosasiyası federasiyası” yaradılmışdır. İlk turizm təşkilatlarından bir digəri isə „Turizm Təbliğatının Beynəlxalq Rəsmi Təşkilatlar Birliyi” hesab olunur. Bu təşkilat I Dünya Müharibəsindən sonra turizm sahəsində beynəlxalq əməkdaşlığa yaranan ehtiyacın nəticəsi olaraq yaradılmışdır.
Beynəlxalq turizm
Beynəlxalq turizm — xidmətlərin beynəlxalq ticarətinin əsas və vacib sahələrindən biri.
Beynəlxalq turizm beynəlxalq iqtisadiyyatın sürətlə inkişaf edən, biznes sahəsinin ən gəlirli növü, böyük həcmdə investisiya cəlb edən, artan məşğulluğu təmin edən və həmçinin ölkə büdcəsinə gəlir gətirən sahələrindən biridir. Faktiki olaraq, müasir dünya iqtisadiyyatında qlobal turizm sisteminin elementləri formalaşır. Qlobal turizm sistemi özündə beynəlxalq mehmanxana şəbəkələrini, hava, su və yer üzündəki turist daşınmalarını və yerlərin əvvəlcədən sifarişi üzrə kompüter sistemini birləşdirir.
Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərinə uyğun ümumi şəkildə irəliləyir. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır.
Beynəlxalq turizm nəinki illər üzrə, hətta dünya regionları üzrə eyni səviyyədə inkişaf etmir. 1990-cı illərin sonlarında gələnlərin maksimal sayı Avropa ölkələrinə düşürdü – təxminən 59%. Asiya və Sakit okeanı regionuna dünya turistlərinin 14%-i düşürdü. Yaxın və Orta Şərqə (Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və s.), Cənub-Şərqi Asiyaya (Tailand, Sinqapur, İndoneziya və s.) və digər ölkələrə turistlərin axını günü-gündən artır. Xarici qonaqların qəbulu üzrə ilk 10 ölkəyə aiddir: Fransa, İspaniya, ABŞ, İtaliya, Çin, Böyük Britaniya, Meksika, Kanada, Polşa, Avstriya. Beynəlxalq turizm üzrə gəlirlərin böyük həcminə görə ilk 10 ölkə ABŞ, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya, Meksika, Kanada, Çin, Avstriya, Almaniyadır. Turist balansının ən çox müsbət saldosuna İspaniya, İtaliya, Fransa, Meksika, Türkiyə malik olduğu halda, ən çox mənfi saldoya Almaniya, Yaponiya, Böyük Britaniya və Şimali Avropanın ölkələri malikdirlər.
Beynəlxalq turizmin coğrafiyası və iqtisadi əhəmiyyəti
Beynəlxalq turizm xidmətin xüsusi bir sahəsi olmaqla, insanların beynəlxalq hərəkəti və yaxud səyahəti ilə bağlıdır. İnsaların bu fəaliyyət növü beynəlxalq ticarətə xas olan spesifık bir iqtisadi kateqoriyadır. Bu beynəlxalq səyahət bölməsi bir çox dövlətlərin iqlisadiyyatmda özünəməxsus rola malikdir.
Qeyd etməliyik ki, XX əsrin ikinci yarısından beynəlxalq turizm hərtərəfli genişlənir. Aydındır ki, burada yalnız müxtəlif formalarda səyahətə çıxanların sayı deyil, bütövlükdə turizm infrastrukturunun inkişafı nəzərdə tutulur. Beləliklə, 1960-1970-ci illərdən beynəlxalq turizm ümumdünya xarakteri almışdır. Nəticə etibarı ilə – Ümumdünya turizm bazarı yaranmışdır.
Dünya turizm bazarmda hər şeydən əvvəl daha çox turist göndərən və turist qəbul edən ölkələr fərqbndirilir. Burada daha çox turist göndərən ölkələrdən ABŞ, Almaniya, İngiltərə və Belçika, daha çox turist qəbul edən ölkələrdən isə Fransa, İspaniya, ABŞ və İtaliya fərqlənirlər.
Cədvəldən görünür ki, turistlərin sayına görə Fransa, İspaniya və İtaliya (ABŞ-la əhalinin sayı ilə müqayisədə) liderlik edirlər.
Daha çox turist qəbul edən ölkələr (2002)
Turistlərin | Beynəlxalq | |||||
Tutduğu | sayı, mln. nəfər | turizmdən . olan | ||||
yer | gəlir, mlrd. avro | |||||
Fransa | 1 | 76,7 | 33,5 | |||
Ispaniya | 2 | 51,7 | 36,7 | |||
ABŞ | 3 | 45,4 | 80,7 | |||
Italiya | 4 | 38,4 | 29,0 | |||
Çin | 5 | 36,8 | 19,9 | |||
Rusiya | 15 | 21,2 | 12,2 |
Umumiyyətlə, son illərin məlumatlarma görə cəmi qəbul edilən turistlərin 60%-ə qədəri, turizmdən daxil olan gəlirin isə 50%-ə qədəri Avropa ərazisinin payına düşür. Avropa ölkələrinin bu cür irəlidə olması heç də yalnız onlarda ümumdünya mıqyasında məlum olan mədəni-tarixi və təbii abidələrin, ınkişaf etmiş turizm sənayesi şəbəkəsinin, ticarətin, nəqliyyat infrastrukturunun mövcudluğu ilə izah edilmir. Etiraf etməli-yik ki, avropalılar ənənəvi olaraq səyahətə, öz məzuniyyətlərini yaxm qonşu ölkələrdə keçirməyə üstünlük verirlər.
Bu və ya digər Avropa ölkəsinə gələn qonaqların 90%-ə qədəri yenə avropalılardan ibarət olur. Avropa ərazisində isə İspaniya, İtaliya, Yunanıstan, Al-maniya, Avstriya və Benilüks ölkələri daha qabaqcıl mövqedədirlər. Turizmdən olan mənfəətin 20%-i həmin ölkələrin, 11 %-i isə Mərkəzi və Şərqi Avropa (Bolqarıstan, Xorvatiya, Çexiya və Macarıstan) ölkələrinin payma düşür.
İkinci yerdə Asiya Sakit Okean regionu dayanır. Bu regionu çox vaxt «turist istiqamətinin gələcəyi» adlandırırlar. Bu region dünya turizm bazarının 18%-ni təşkil edir. Son dövrlərdə bu region Amerika regionunu 2-ci mövqedən sıxışdırmışdır. Buradakı yarımregionlarda isə Şimal-şərqi Asiya (başda Yaponiya olmaqla), sonra Cənubi-şərqi Asiya (Malayziya, İndoneziya, Tailand) və Cənubi Asiya (Vyetnam, Hindistan, Şri-Lanka) fərqlənirlər.
Dünya turizm xidməti bazarında’ Amerika regionu 3-cü yeri tutur – 17%. Aydındır ki, beynəlxalq iqtisadi münasi-bətlər sistemində bu regionda əsas mərkəz ABŞ, Kanada və Meksika birliyidir. Həmin regionda turizmdən olan gəlirin 75%-i bu üçlüyün payma düşür. Qeyd etməliyik ki, bu üçlükdə də ABŞ daha həlledici mövqeyə malikdir. ABŞ dünyada daha geniş mehmanxana şəbəkəsinə və yüksək inkişaf etmiş müasir nəqliyyat sənayesinə malikdir.
Dünya turizm bazarında sonrakı yerləri Afrika (CAR, Tunis, Mərakeş, Seyşel adaları) – 4% və Yaxm Şərq (BƏƏ, Səudiyyə Ərəbistanı) – 2% ölkələri tutur.
Ayrı-ayrı regionlarda beynəlxalq turistlərin sayı, mln, nəfər
1990 | 1995 | 2002 | |
Dünya üzrə | 456,8 | 551,8 | 714,6 |
Avropa | 282,2 | 324,2 | 411,0 |
Asiya və Sakit Okean regionu | 57,7 | 85,6 | 130,6 |
Amerika regionu | 92,9 | 108,9 | 120,2 |
0 cüm: Şimali Amerika | 71,7 | 80,5 | 85,3 |
Afrika | 15,0 | 20,0 | 28,7 |
Yaxın Şərq | 9,0 | 13,1 | 24,1 |
Yuxarıda qeyd etdiyimiz dünya turizm bazarında ayrı-ayrı regionlarının mövqeyi cədvəldəki məlumatlarda bir daha öz əksini tapmış olur. Belə ki, cəmi turistlərin 58%-i Avropanın, 18,3%-i Asiya və Sakit Okean regionunun, 17%-i Amerika regionunun payına düşür.
Hazırda dünya turizm bazarında bəzi ölkələr daha yüksək rəqabət üstünlüyünə malik olmaqla öz ölkələrini bu bazar üzrə ixtisaslaşdırırlar. Hətta bu biznes üzrə inhisar vəziyyəti də yarada bilirlər. Bu mənada ABŞ-da qar şəlaləsi kimi nadir təbiət abidələrini, Nepalda Comolunqma dağmı, Misirdə qədim fironlarm piramidalarını (ehramlarmı), Hindistanda – Tac-Mahalı, Yunanıstanda – Akropal qalasım, İtaliyada 50 min adam yerləşən Kolizey abidəsini (qladiator döyüşləri üçün 75-80-ci illərdə tikilmiş qədim anfiteatra bənzər abidə) göstərmək olar.
ispaniya, Portuqaliya, Türkiyə, Kipr və bu kimi digər ölkələrdə gözəl dəniz çimərliklərini və Aralıq dənizinin mülayim iqlim şəraitinin olması həmin ölkələrə turistlərin cəlb edilməsinə maraq yaradır.
Ümumdünya turizm təşkilatınm məlumatma görə hazır-da 15 ölkə turizm xidməti üzrə ixtisaslaşmışdır. Bu ölkələrdə turizmdən olan gəlir əmtəə ixracından olan gəlirdən daha çoxdur. Burada kiçik ada dövlətləri (Barbados, Seyşel ada-ları və s.) daha çox fərqlənirlər. 45 dövlətdə turizmdən olan gəlirlər cəmi ixracın 25%-dən artıqdır (bunlar əsasən inkişaf etməkdə olan ölkələrə aiddir).
Beynəlxalq Turizm Təşkilatınm məlumatma görə 2005-ci ildə cəmi turistlərin sayı 815 mln nəfər, turizmdən olan gəlirlər isə 745,0 mlrd dollara bərabər olmuşdur. Hazırda beynəlxalq turizm sistemində 275 mln. nəfərdən çox adam işləyir. Beləliklə, hazırda bir çox ölkələrdə turizm iqtisadiyyatın ən qabaqcıl sahələrindən birinə çevrilir. Bununla da ÜDM-un formalaşdırılmasma və bir çox sosial-iqtisadi problemlərin həllinə zəmin yaradır.
Beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir. Belə ki, ÜDM-in 12-13%-i, cəmi kapital qoyuluşunun 8%-i, dünya üzrə cəmi istehlak xərclərinin 12%-i, cəmi vergi daxilolmalarmm 5-7%-i beynəlxalq turizmin payma düşür.
Comments are closed, but trackbacks and pingbacks are open.