Press "Enter" to skip to content

Azərbaycanda dissertasiya mövzusu: “İbtidai icma cəmiyyətində turizm”

Beynəlxalq turizm bir sıra konkret funksiyaları yerinə yetirir. Onlar əsasən aşağıdakı funksiyalardan ibarətdir:
1. Beynəlxalq turizm ölkəyə xarici valyuta qazandırmaq funksiyasını yerinə yetirir.
2. Turizmin xidmət şəbəkələrinin genişləndirilməsinə təkan verir. Bunun da nəticəsində yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına səbəb olur.
3. Ölkədə məşğulluğun sahələriни və istiqamətlərini genişləndirir.
Turizmin əsas funksiyalarına nəzər yetirərkən görürük ki, bu sosial-mədəni sahədən hər bir ölkə faydalanır. Turizmdən faydalanma əmsalı isə çox böyükdür. Birinci növbədə turizmə qoyulan sərmayələr hesabına və ondan əldə olunan gəlirlə yeni müəssisələr yaradılır. Yeni müəssisələrin yaradılması isə bütün dünyanın əsas və bir nömrəli problemi olan işsizliyin azalmasına yardımçı olur. Digər tərəfdən ölkənin büdcəsinə turizmdən əlavə gəlir daxil olur və bunun da hesabına dövlət büdcəsindən maliyyə-ləşən təşkilatların əmək haqları artır, təqaüdlər və s. çoxalır. Əgər turizm səfərlərində olan insanların sayına nəzər yetirsək görərik ki, onların sayı milyonlardır. Bu milyonlarla insanın isə gündəlik tələbatı ödənilməlidir. Təbii ki, bu tələbatı ödəmək üçün ölkə bazarının çeşidini genişləndirmək lazım gəlir. Faktiki olaraq turistlərin sayının ölkə miqyasında artması yeni bazarlar yaradır. Bu da ölkə əhalisinin istehsal etdiyi məhsulun satışını artırmaqla, onun istehsal həcminin artırılmasına da şərait yaradır. Turistlər kommunal obyektlərin lazımi səviyyəsinə də xüsusi diqqət yetirirlər. Bu obyektlər beynəlxalq standartlara uyğun təşkil edilmədikdə həmin ölkənin turist təşkilatları minlərlə müştərilərini itirməyə məhkum olur. Buna görə də beynəlxalq turizmin sərtlərinə əməl edilərək onun infrastrukturuna, xidmət sahələrinin modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Hər bir turist öz ölkəsinə qayıdarkən ilk növbədə turizm xidmətləri sırasında kommunal xidmətləri xüsusi olaraq qeyd edirlər. Sözsüz ki, yaxşı xidmət turizm təşkilatının reytinqini daha da artırır və onun müştərilərinin sayının çoxalmasına səbəb olur.
Ən maraqlısı odur ki, xidmət sahələrinin keyfiyyət və həcmi artdıqca yeni ixtisas və texnologiyalara da tələbat çoxalır. Bu cəhət də ölkə daxilində bir sıra sosial problemlərin həllinə təkan verir. İnsanlar yeni iş yerləri ilə təmin olunurlar. Qeyd etmək lazımdır ki, aparılan сосиоложи tədqiqatlara görə hal-hazırda dünya turizm müəssisələrində çalışanların sayı 192 milyon nəfəri ötüb keçmişdir. Yəni dünyanın 192 milyon nəfər insanı, təkcə turizm işinin təşkili hesabına yeni iş yerləri ilə təmin olunmuşlar. Bu da dünya miqyasında işlə təmin olunan əhalinin təxminən 8 faizini təşkil edir. Dünyaya 532 milyard ABŞ dolları həcmində turizm məhsulları ixrac olunur. Bu məhsullar avtomobil sənayesinə, kimyəvi məhsullar istehsalına, ərzaq məhsullarının istehsalına və s. sahələrə aiddir. Tədqiqatçılar qeyd edirlər ki, müasir dövrdə turizmin illik artım tempi 7 faizdən çoxdur. Bildirilir ki, 2020-ci ildə 2000-ci ilə nisbətən turizm səyahətinə çıxanların sayı 2,2 dəfə artacaqdır. Belə ki, aparılan proqnozlara görə həmin ildə turizm səfərlərində iştirak edəcək insanların sayı 1 milyard 561 milyon nəfərə çatacaqdır. Turizmdən gələn gəlirin miqdarı isə bütün dünya üzrə qeyd olunan ildə тягрибян 2 trilyon dollara qədər yüksələcəkdir. Lakin, qeyd etmək lazımdır ki, beynəlxalq turizm dünyada heç də bərabər templə inkişaf etmir. Belə ki, hər bir ölkənin özünəməxsus olan turizm potensialı vardır.
Bu baxımdan Azərbaycan Respublikasının həm iqtisadi tempinin artımı, həm də təbii-coğrafi quruluşu burada beynəlxalq turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu sübut edir. Torpaqlarımızın ən zəngin və mənzərəli yerlərinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq ölkənin turizm sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Mədəniyyət və Turizm Nazirliyi turizmin beynəlxalq miqyasda inkişaf etdirilməsi üçün ayrıayrı inkişaf etmiş dövlətlərlə iş birliyi yaradır вя Azərbaycanda turizmin inkişafına təsir etmək məqsədi ilə sərmayələrin cəlb olunmasına çalışır. Artıq turizmin ölkəmizdə inkişafı üçün bir çox dünya dövlətləri ilə müqavilələr bağlanmışdır. Bу эцн бeynəlxalq bazarda turizm təşkilatları arasında güclü rəqabət mövcuddur. Elə dövlətlər var ki, onların sosial-iqtisadi mövcudluğu yalnız turizmin təşkilinin səviyyəsindən asılı olduğundan bu rəqabətin önündə getməyə çalışırlar. Belə ölkələrdən Tailandın, Kiprin, Malayziyanın və başqalarının adını çəkmək olar. Təbii ki, turizm işinin təşkili sahəsində yüksək peşəkarlığa nail olmuş belə ölkələrlə rəqabət aparmaq gənc Azərbaycan dövləti üçün çox çətindir. Ancaq buna baxmayaraq Azərbaycan Respublikasında da turizm işinin təşkili sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir. Xüsusilə, вахты иля ölkədə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması və turizm işinin 18 aprel 2001-ci ildə bu nazirliyə həvalə edilməsi bu sahədə müsbət nəticələr əldə edilməsinə səbəb olmuşdur. Həmin Nazirliyin səyi nəticəsində Azərbaycan 2001-ci il oktyabr ayının 14-də Seulda keçirilən Ümumdünya Turizm Təşkilatının XIV beynəlxalq yığıncağında iştirak etmiş və bu təşkilata üzv qəbul olmuşdur. Həmin təşkilat vasitəsilə beynəlxalq turizmə inteqrasiya olmaq imkanı əldə etmişdir. Eyni zamanda beynəlxalq səviyyədə turizm xidmətlərini yaxşılaşdırmaq və inkişaf etdirmək üçün ölkə prezidentinin fərmanı ilə «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırması» haqqında sənəd qəbul edilmişdir. Həmin sənəddə mehmanxana və onun xidmət funksiyasına bərabər olan müəssisələrin qarşısında xüsusi tələblər qoyulmuşdur. Bu tələblər əsasən göstərilən turist xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Turizmin təşkilinin beynəlxalq əhəmiyyəti

Son illərdə turizmin təşkili işi qloballaşaraq sırf beynəlxalq fəaliyyət dairəsinə daxil olmuşdur. Bu səbəbdən də turizmin təşkili işi dünya əhalisinin bir-birinə yaxınlaşmasına təminat yaradan bir sahə olmaqla yanaşı, o həm də milyonlarla insanların sosial və iqtisadi problemlərinin ödənilməsinə yardımçı olan böyük fəaliyyət sahəsinə çevrilmişdir. Eyni zamanda turizmin inkişaf etdirilməsi nəticəsində yeni iş yerləri yaranmışdır. Alimlərin apardıqları tədqiqatlara görə hal-hazırda dünya üzrə turizm sahəsində çalışanların sayı 192 milyon nəfərə çatmışdır. Turizmin qloballaşması onun iqtisadi və sosialmədəni əhəmiyyəti ilə bağlıdır.
Eyni zamanda iqtisadi və sosial-mədəni cəhətdən geridə qalmış ölkələrdə turizmin inkişafının səviyyəsi də çox aşağıdır. Bu baxımdan Afrika ölkələrində mövcud olan mədəni-iqtisadi gerilik 700 milyon əhalisi olan bu qitədə turizmin zəif inkişafına səbəb olur. Elə buna görə də beynəlxalq aləmdən Afrika ərazisinə turizm səfərinə gələn əhalinin sayı ildə 19 milyon nəfərə çatır. Afrika ölkələrində turizmin zəif inkişafının bir səbəbi də bu ərazilərdə qeyri-siyasi sabitliyin mövcud olmasıdır. Afrikanın bir çox dövlətləri tez-tez bir-biri ilə müharibələr aparırlar. Dünya əhalisi isə daxili münaqişələr və müharibələr olan ərazilərə turizm səfərinə getməkdən imtina edir.

Digər tərəfdən insanlar indiyə qədər bəşəriyyətin diqqətini özünə cəlb edən müqəddəs yerləri də görməyə can atır, həmin yerlərdə möhtəşəm tarixi abidələri görmək istəyirlər. Məsələn, hələ e. ə. III minillikdə dünyanın mədəniyyət mərkəzlərindən biri olan Misirin tarixi yerləri ilə tanış olmaq bu gün hər kəs üçün çox maraqlıdır. Dünyanın yeddi möcüzəsindən biri hesab olunan qədim Misir ehramları, (мясялян, е.я. 2600 илдя Хеопс ещрамы вя с.) həmin ehramların birinin qarşısında ucaldılmış «Sfinks» heykəli bir çox tarixi hadisələrin, elmi biliklərin açarıdır. Misirdə e. ə. III minillikdə bürokrat monarxiya quruluşuna rəhbərlik edən bütün fironların tarixi xatirələri bu abidələrdə cəmlənmişdir. Ehramları görməyə gələnlər fironlara həsr olunmuş maraqlı miflərlə üzləşir, onların qəbirlərindən aşkar olunmuş qiymətli əşyalara baxırlar. Eyni zamanda hələ də müasir elm tərəfindən hazırlanma texnologiyası tam məlum olmayan mumiyalar haqqında maraqlı məlumatlar eşidirlər. Ekskursovodlar Misir fironlarını Günəş allahı Ranın övladları kimi təqdim edirlər. Qədim Misir miflərində fironların Ranın övladları kimi təqdim olunması əslində onların hakimiyyətlərini ilahiləşdirmək xarakteri daşımışdır. Miflərin birində deyilir ki, Günəş allahı Ra firon II Ramzesə demişdir: «Sən mənim oğlumsan. Mən sənə ilahi hakimiyyət verdim ki, onu idarə edəsən». Qədim dövrdə Misirdə inşa olunan piramidaların tikinti texnologiyası da turistlərin heyrətinə səbəb olur. Bu еhramların divar daşlarının hər birinin ağırlığı 3 tona yaxındır. Qədim Misir sənətkarları bu daşları 150 metr hündürlüyə qaldıra bilmişlər. Qeyd olunan bu abidələr beynəlxalq turizmin inkişafına təsir göstərə bilən çox maraqlı faktorlardır. Elə bu abidələrə dünyada olan maraq hesabına 1995-ci ildə Misirə gələn beynəlxalq turistlərin sayı 4 milyona çatmışdır. 1997-ci ildə isə bu ölkəyə gələn turistlərin sayı 13 faiz artmışdır. 1998-ci ildə Misirin xarici turizmdən əldə etdiyi gəlirin həcmi 3 milyard 838 milyon ABŞ dolları olmuşdur. Turizmin inkişafına görə dünyada 40 qabaqcıl ölkələr sırasında Misir 27-ci yerdə dayanır. Misirin timsalında qeyd olunan iqtisadi göstəricilər beynəlxalq turizmin hər bir ölkənin iqtisadi inkişafına hansı dərəcədə təsir etməsini görmək mümkündür. Bu fakt bir daha sübut edir ki, dünya iqtisadiyyatının inkişafında turizmin böyük rolu vardır. Elə ölkələr vardır ki, onların milli gəlirinin xeyli hissəsi turizm sənayesindən, turizm işinin təşkilindən əldə olunur.

Beynəlxalq turizm bir sıra konkret funksiyaları yerinə yetirir. Onlar əsasən aşağıdakı funksiyalardan ibarətdir:
1. Beynəlxalq turizm ölkəyə xarici valyuta qazandırmaq funksiyasını yerinə yetirir.
2. Turizmin xidmət şəbəkələrinin genişləndirilməsinə təkan verir. Bunun da nəticəsində yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına səbəb olur.
3. Ölkədə məşğulluğun sahələriни və istiqamətlərini genişləndirir.
Turizmin əsas funksiyalarına nəzər yetirərkən görürük ki, bu sosial-mədəni sahədən hər bir ölkə faydalanır. Turizmdən faydalanma əmsalı isə çox böyükdür. Birinci növbədə turizmə qoyulan sərmayələr hesabına və ondan əldə olunan gəlirlə yeni müəssisələr yaradılır. Yeni müəssisələrin yaradılması isə bütün dünyanın əsas və bir nömrəli problemi olan işsizliyin azalmasına yardımçı olur. Digər tərəfdən ölkənin büdcəsinə turizmdən əlavə gəlir daxil olur və bunun da hesabına dövlət büdcəsindən maliyyə-ləşən təşkilatların əmək haqları artır, təqaüdlər və s. çoxalır. Əgər turizm səfərlərində olan insanların sayına nəzər yetirsək görərik ki, onların sayı milyonlardır. Bu milyonlarla insanın isə gündəlik tələbatı ödənilməlidir. Təbii ki, bu tələbatı ödəmək üçün ölkə bazarının çeşidini genişləndirmək lazım gəlir. Faktiki olaraq turistlərin sayının ölkə miqyasında artması yeni bazarlar yaradır. Bu da ölkə əhalisinin istehsal etdiyi məhsulun satışını artırmaqla, onun istehsal həcminin artırılmasına da şərait yaradır. Turistlər kommunal obyektlərin lazımi səviyyəsinə də xüsusi diqqət yetirirlər. Bu obyektlər beynəlxalq standartlara uyğun təşkil edilmədikdə həmin ölkənin turist təşkilatları minlərlə müştərilərini itirməyə məhkum olur. Buna görə də beynəlxalq turizmin sərtlərinə əməl edilərək onun infrastrukturuna, xidmət sahələrinin modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Hər bir turist öz ölkəsinə qayıdarkən ilk növbədə turizm xidmətləri sırasında kommunal xidmətləri xüsusi olaraq qeyd edirlər. Sözsüz ki, yaxşı xidmət turizm təşkilatının reytinqini daha da artırır və onun müştərilərinin sayının çoxalmasına səbəb olur.
Ən maraqlısı odur ki, xidmət sahələrinin keyfiyyət və həcmi artdıqca yeni ixtisas və texnologiyalara da tələbat çoxalır. Bu cəhət də ölkə daxilində bir sıra sosial problemlərin həllinə təkan verir. İnsanlar yeni iş yerləri ilə təmin olunurlar. Qeyd etmək lazımdır ki, aparılan сосиоложи tədqiqatlara görə hal-hazırda dünya turizm müəssisələrində çalışanların sayı 192 milyon nəfəri ötüb keçmişdir. Yəni dünyanın 192 milyon nəfər insanı, təkcə turizm işinin təşkili hesabına yeni iş yerləri ilə təmin olunmuşlar. Bu da dünya miqyasında işlə təmin olunan əhalinin təxminən 8 faizini təşkil edir. Dünyaya 532 milyard ABŞ dolları həcmində turizm məhsulları ixrac olunur. Bu məhsullar avtomobil sənayesinə, kimyəvi məhsullar istehsalına, ərzaq məhsullarının istehsalına və s. sahələrə aiddir. Tədqiqatçılar qeyd edirlər ki, müasir dövrdə turizmin illik artım tempi 7 faizdən çoxdur. Bildirilir ki, 2020-ci ildə 2000-ci ilə nisbətən turizm səyahətinə çıxanların sayı 2,2 dəfə artacaqdır. Belə ki, aparılan proqnozlara görə həmin ildə turizm səfərlərində iştirak edəcək insanların sayı 1 milyard 561 milyon nəfərə çatacaqdır. Turizmdən gələn gəlirin miqdarı isə bütün dünya üzrə qeyd olunan ildə тягрибян 2 trilyon dollara qədər yüksələcəkdir. Lakin, qeyd etmək lazımdır ki, beynəlxalq turizm dünyada heç də bərabər templə inkişaf etmir. Belə ki, hər bir ölkənin özünəməxsus olan turizm potensialı vardır.
Bu baxımdan Azərbaycan Respublikasının həm iqtisadi tempinin artımı, həm də təbii-coğrafi quruluşu burada beynəlxalq turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu sübut edir. Torpaqlarımızın ən zəngin və mənzərəli yerlərinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq ölkənin turizm sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Mədəniyyət və Turizm Nazirliyi turizmin beynəlxalq miqyasda inkişaf etdirilməsi üçün ayrıayrı inkişaf etmiş dövlətlərlə iş birliyi yaradır вя Azərbaycanda turizmin inkişafına təsir etmək məqsədi ilə sərmayələrin cəlb olunmasına çalışır. Artıq turizmin ölkəmizdə inkişafı üçün bir çox dünya dövlətləri ilə müqavilələr bağlanmışdır. Bу эцн бeynəlxalq bazarda turizm təşkilatları arasında güclü rəqabət mövcuddur. Elə dövlətlər var ki, onların sosial-iqtisadi mövcudluğu yalnız turizmin təşkilinin səviyyəsindən asılı olduğundan bu rəqabətin önündə getməyə çalışırlar. Belə ölkələrdən Tailandın, Kiprin, Malayziyanın və başqalarının adını çəkmək olar. Təbii ki, turizm işinin təşkili sahəsində yüksək peşəkarlığa nail olmuş belə ölkələrlə rəqabət aparmaq gənc Azərbaycan dövləti üçün çox çətindir. Ancaq buna baxmayaraq Azərbaycan Respublikasında da turizm işinin təşkili sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir. Xüsusilə, вахты иля ölkədə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması və turizm işinin 18 aprel 2001-ci ildə bu nazirliyə həvalə edilməsi bu sahədə müsbət nəticələr əldə edilməsinə səbəb olmuşdur. Həmin Nazirliyin səyi nəticəsində Azərbaycan 2001-ci il oktyabr ayının 14-də Seulda keçirilən Ümumdünya Turizm Təşkilatının XIV beynəlxalq yığıncağında iştirak etmiş və bu təşkilata üzv qəbul olmuşdur. Həmin təşkilat vasitəsilə beynəlxalq turizmə inteqrasiya olmaq imkanı əldə etmişdir. Eyni zamanda beynəlxalq səviyyədə turizm xidmətlərini yaxşılaşdırmaq və inkişaf etdirmək üçün ölkə prezidentinin fərmanı ilə «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırması» haqqında sənəd qəbul edilmişdir. Həmin sənəddə mehmanxana və onun xidmət funksiyasına bərabər olan müəssisələrin qarşısında xüsusi tələblər qoyulmuşdur. Bu tələblər əsasən göstərilən turist xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

  • Teqlər:
  • beynəlxalq turizm

Azərbaycanda dissertasiya mövzusu: “İbtidai icma cəmiyyətində turizm”

“Sonra deyirlər ki, bu yalançı vətənsevərlərin, qondarma tarixçilərin üzərinə niyə gedirsən? Mövzuya baxın: “Amerikanın kəşfində Azərbaycan elminin rolu”. Mən hələ 21-ci əsrdə dünya elminin hüdudları içində Azərbaycan elminin rolunun nədən ibarət olduğunu müəyyənləşdirə bilməmişəm, adamlar 15-ci əsrdə baş verən Amerikanın kəşfində Azərbaycan elminin rolundan danışırlar”.

Bunu millət vəkili Fazil Mustafa bildirib.

Fazil Mustafa vurğulayır ki, orta məktəb dərsliyində bu tezisin qorunması, övladlarımızın vətənpərvər yetişməsi iddia olunur: “Sabah biri də götürüb “Amerikanın kəşfində AMEA-nın tarixçilərdən ibarət ekspedisiyasının rolu” mövzusunda dissertasiya müdafiə edəcək. Əsas iddia mətni bundan ibarətdir ki, Xristofor Kolumb Amerikanı necə kəşf etmənin yollarını Nəsrəddin Tusinin əsərlərindən öyrənib və Nəsrəddin Tusi də Azərbaycan alimi olduğuna görə dolayısiyla Azərbaycan elminə vaqif olaraq bu qədər möhtəşəm kəşfi gerçəkləşdirib. Bəlkə mən yanlış düşünürəm, hansı ağlı başında olan alim Nəsrəddin Tusinin irsini ümumiləşdirib Azərbaycan elmi adlandıra bilər? 13-cü əsrdə kimsə, hansısa qaynaqda Azərbaycan elmi ifadəsinə rast gəlibmi? Kolumb harada deyib, yaxud da hansı mənbədə yazılıb ki, o Tusinin irsindən faydalanıb? Bir dəfə hörmət etdiyim ziyalılardan biri ürək yanğısı ilə bir dissertasiya mövzusunun adı barədə mənə söyləmişdi, xeyli gülmüşdüm. “İbtidai icma cəmiyyətində turizm”. Halbuki ibtidai insan cəmiyyətində hər kəs hara istədi putyovkasız gedə bilərmiş və burada turizmin nədən ibarət olduğunu tədqiq etmək həqiqətən də xeyli marağımı cəlb etmişdi. Neft pullarının fontan vurduğu vaxtlarda Bakıda ölkənin tanınmış titullu iqtisadçıları konfrans keçirirdilər: “İqtisadiyyatın Azərbaycan modeli”. İndi bu mövzunu dilə gətirən yoxdur, çünki ad seçiminin nə qədər absurd olduğunu az keçməmiş hamı anlamış oldu. Sözümün canı budur ki, hansısa mövzunu müzakirə edəndə, yalançı vətənpərvərlik havasında ad seçməyin, sadəcə ağıl işlədərək mövzunun mahiyyəti ilə uzlaşan inandırıcı ad tapın ki, devalvasiyaya uğramış Azərbaycan manatı qədər hörmətiniz aşağı düşməsin”.

BEYNƏLXALQ TURİZMİN COĞRAFİYASI

Beynəlxalq turizm nisbətən yeni fənn olduğundan, onun tədrisinə lazım olan və müasir tələblərə cavab verən dərslik, dərs vəsaitləri və b. köməkçi materiallar demək olar ki, yoxdur. Bunu nəzərə alan müəlliflər bu fənnə dair dərs vəsaitinin hazırlanmasını qarşılarına məqsəd qoydular. Azərbaycan dilində ilk dəfə hazırlanan, geniş və əhatəli olan bu vəsaitdən turizm və beynəlxalq turizm fənnlərini dinləyən bakalavr, magistr və turizm sahəsində çalışan mütəxəssislərlə yanaşı bu sahə ilə maraqlanan geniş oxucu kütləsi də istifadə edə bilər. Kitab girişdən və 20 fəsli özündə birləşdirən 3 hissədən ibarətdir. Girişdə turizmin mahiyyəti, həmçinin onu doğuran səbəblər araşdırılır. Birinci hissədə turizmin yaranma tarixindən, forma və növlərindən, beynəlxalq turizmin dünya iqtisadiyyatındakı rolundan, turizm və təbiətin mühafizəsi məsələlərindən, əsas beynəlxalq, regional və milli turizm təşkilatları barədə informatik materiallardan, dünya regionları üzrə turizmin müasir vəziyyəti və inkişaf пersпektivlərindən danışılır.

Ikinci hissədə materiklər və regionlar üzrə beynəlxalq turizmin vəziyyəti araşdırılır. Beynəlxalq turizm sənayesi güclü inkişaf etmiş 50-dən artıq dövlətin “Turizm пortreti” verilir. Sorğu xarakterli üçüncü hissədə isə turizmə dair normativ qanunverici aktlardan, beynəlxalq, regional və milli turist təşkilatların rus, ingilis və azərbaycan dillərində abbreviaturası, iqamətgahlarının harada yerləşməsindən və s. danışılır. Kitabın sonunda azərbaycan, rus və xarici dillərdə məsləhət bilinən geniş ədəbiyyat siyahısı verilmişdir.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.