Press "Enter" to skip to content

Beynəlxalq Valyuta Sistemi Nədir

Valyutalar bir-birinə bərabərləşdirildiyi üçün bu proses dərəcə adlanır. Bu, başqa bir dövlətin əskinaslarındakı bir vahidin dəyərinin ifadəsidir. Müxtəlif faktorların təsiri altına alındığı üçün məzənnə sabit dinamikada olur. İqtisadi vacibdir. Bunlara ölkənin ödəmə balansının vəziyyəti, müxtəlif faiz nisbətləri və daxili qiymətlərin hərəkəti daxildir.

BEYNƏLXALQ VALYUTA MÜNASİBƏTLƏRİ VƏ VALYUTA SİSTEMİ

1. Valyuta münasibətləri və valyuta sist emi haqqmda anlayış.
Beynəlxalq valyuta münasibətlərinin inkişafı səbəblərinə aşağıdakıları aid etmək olar:
– məhsuldar qüvvələrin inkişafı;
– dünya bazarının yaranması;
– beynəlxalq əmək bölgüsünün dərinləşməsi;
– təsərrüfat əlaqələrinin beynəlmiləlləşməsi.
Valyuta münasibətləri və təkrar istehsal arasında qarşılıqlı əlaqə vardır. Göründüyü kimi, ictimai təkrar istehsal prosesi valyuta münasibətlərini formalaşdırırsa, beynəlxalq valyuta münasibətləri öz növbəsində ayrı-ayrı ölkələrdə istehsalın səmərəliliyinə təsir edir.
Valyuta sistemi iqtisadi nöqteyi-nəzərdən təsərrüfat əla¬qələrinin beynəlmiləlləşməsi əsasında münasibətlərin məcmusudur.
Valyuta sistemi milli, regional və dünya sistemləri kimi fərqləndirilir.
Tarixən əvvəlcə milli valyuta sistemi meydana gəlmişdir. Bu sistem ölkədə təkrar istehsal prosesi üçün zəruri olan valyuta resurslarının yaradılması və istifadəsinə, beynəlxalq tədiyə dövriyyəsinə xidmət edir.
Milli valyuta sistemi ölkənin pul sisteminin tərkib hissəsidir. Bununla belə, o nisbi müstəqildir və milli sərhədlərdən kənara çıxır. Onun xüsusiyyətləri ölkənin iqtisadiyyatının və xarici iqtisadi əlaqələrinin inkişaf səviyyəsi ilə müəyyən olunur. Milli valyuta sisteminin quruluş prinsipləri ölkənin qanunvericiliyi ilə təsbit edilir.
Milli valyuta sistemi dünya valyuta sistemilə ayrılmaz surətdə əlaqədardır. Dünya valyuta sistemi beynəlxalq valyuta münasibətlerinin təşkili forması olub, beynılxalq təsərrüfatın ikişafından irəli gəlir və dövlətlər arası razılaşmalarla tənzimlənir.
Milli və dünya valyuta sistemi arasında əlaqə valyuta münasibətlərinə xidmət edən və onu tənzimleyən milli banklar tərəfindən həyata keçirilir.
Əgər milli valyuta sistemi ölkənin pul vahidinə (milli valyutaya) əsaslanırsa, dünya valyuta sistemi bir və ya bir neçə ehtiyat valyutaya və ya beynəlxalq hesablaşma vahidlərinə əsaslanır.
Valyuta sisteminin elementlərindən biri valyuta paritetidir. Valyuta pariteti iki valyuta arasında, qanunvericilik əsasında müəyyən edilən nisbətdir.
Ehtiyat valyuta-aparıcı ökələrin dönərli milli valyutasının xüsusi kateqoriyası olub, beynəlxalq tədiyə və ehtiyat vəsaitləri funksiyasını yerinə yetirir; digər ölkələr üçün valyuta pariteti və valyuta məzənnəsi müəyyənləşdirilməsində baza rolunu oynayır; dünya valyuta sisteminin iştirakçıları olan ölkələrin valyuta kursunun tənzimlənməsi məqsədilə valyuta müdaxiləsini həyata keçirmək üçün geniş istifadə olunur.
Valyuta dönərliliyi dedikdə, milli valyutanın heç bir məhdudiyyət olmadan digər milli valyutalara sərbəst dəyiş¬dirilməsi qabiliyyəti başa düşülür.
Valyutanın dönərliliyinin ölkə üçün əhəmiyyəti aşağıdakılardan ibarətdir:
– valyutanın dönerliliyi sübüt edir ki, milli iqtisadiyyat dünya iqtisadiyyatına qoşulub və onunla birlikdə inkişaf edir;
– dövlətlərarası ödəmələri asanlaşdırır, dünya ticarətini inkişaf etdirir;
– beynəlxalq əmək bölgüsündə müqayisəli üstünlüklər prinsipindən istifadə etmək üçün geniş imkanlar yaradır. Belə ki, valyutanın dönərliliyi imkan verir ki, ölkə xarici bazarlarda öz milli valyutası ilə ticarət etsin. Başqa sözlə, bunun üçün xarici valyütanı yığmağa və xərcləməyə ehtiyac yoxdur;
– kapitalın beynəlxalq hərəkətinə, xüsusilə onun ölkə iqtisadiyyatına miqrasiyasına əlverişli iqtisadi zəmin yaradır. Belə ki, valyuta dönərliliyi ona olan inamın dərəcəsini və deməli həm də ölkənin iqtisadi imkanlarına olan inamın də¬rəcəsini ifadə edir.
Dönərlik baxımından valyutalar aşağıdakı kimi fərqləndirilir:
– sərbəst dönərli valyuta – bu valyuta istənilən xarici valyu¬taya məhdudiyyətsiz dəyişdirilir və əsasən inkişaf etmiş ölkələrə məxsusdur.
– qismən dönərli valyuta. Bu ölkələrdə valyuta mehdudiyyətləri mövcuddur.
– dönərli olmayan (qapalı) valyuta. Bu ölkələrdə valyuta mübadiləsi (dəyişdirilməsi) qadağan edilmişdir.
Ehtiyat valyuta statusunu əldə etməyin obyektiv ilkin şərtləri aşağıdakılardır:
– ölkənin istehsalda, mal və kapital ixracında, qızıl-valyuta ehtiyatlarında dünyada aparıcı mövqeyə malik olması;
– inkişaf etmiş kredit-bank sisteminə (həmçinin xaricdə) malik olması;
– təşkil edilmiş ve tutumlu borс kapitalı formasına malik olması;
– valyuta əməliyyatlarının liberallaşdırılması. İnstitusional aspektdə milli valyutanın ehtiyat valyuta statusu alması üçün zəruri şərt bu valyutanın beynəlxalq dövriyyəyə mərkəzi banklar və beynəlxalq valyuta-kredit təşkilatları tərəfindən buraxılmasıdır.
Ehtiyat valyuta statusu emitent ölkəyə aşağıdakı üstünlükləri verir:
– milli valyutada tədiyə balansının kəsirini faizsiz və müddətsiz kredit almaq (avtomatik olaraq) hesabına ləğv etmək;
– rəqiblərin ziyanına olaraq milli inhisarların xaricə iqtisadi müdaxiləsini stimullaşdırmaq.
Eyni zamanda emitent ölkə aşağıdakı işləri görmək məcburiyyetinde qalır:
– valyutanın nisbi sabitliyini təmin etmək;
– devalvasiya, valyuta və ticarət məhdudiyyətlərinə yol verməmək.
Qeyd edək ki, milli kredit pulları (banknotlar) çox uzun müddətə ehtiyat valyuta statusunu oynaya bilmir. Buna səbəb ölkələrin inkişaf surətlərinin müxtəlifliyi və dəyişkənliyidir. Digər tərəfdən ehtiyat valyuta tam mənada qızılın funksiyasını yerinə yetirə bilmir.
Qızılın pul funksiyalarını itirməsi prosesi beynəlxalq hesab¬laşma vahidlərinin meydana gəlməsi üçün şərait yaratdı. Beynəlxalq hesablaşma vahidləri dünya kredit pulları kimi çıxış edir və beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsinə xidmət edir.
Beynəlxalq hesablaşma vahidi, valyuta vahidi olub, beynəlxalq tələb və öhdəliklərin nisbi miqyasının ölçülməsi, valyuta pariteti və valyuta kurslarının müəyyən edilməsi üçün istifadə olunur.
Beynəlxalq hesablaşma vahidlərinə aşağıdakılar aid edilir:
1. SDR (borc almaq üçün xüsusi hüquq);
2. AVRO (Avropa valyuta vahidi).
SDR BVF-da, (beynəlxalq nağdsız hesablaşmalar) AVRO isə Avropa iqtisadi Birliyinin Avropa emekdaşlığı Fondunda hesablaşmalar üçün istifadə olunur. Bu beynəlxalq aktivlərin şərti dəyəri valyuta səbətinə daxil olan valyutaların dəyəri və məzənnəsinin dəyişməsinin orta çəkili kəmiyyəti bazasında hesablanır.
Beynəlxalq valyuta likvidi valyuta sisteminin elementidir. Valyuta likvidinə aşağıdakılar daxildir:
– qızıl-valyuta ehtiyatları;
– BVF ehtiyat kreditləri;
– SDR və AVRO ilə hesablar.
2. Valyuta məzənnəsi: təsir edən amillər və tənzimləmə.
Valyutanın qızıl mezmununun ləğv edilməsi ilə (1978-ci il) əlaqədar Beynəlxalq Valyuta Fondunun (BVF) nizamnaməsinə görə valyuta pariteti beynəlxalq hesablaşma vahidi olan SDR bazasında müəyyənləşdirilir. Faktiki olaraq bir-sıra ökələrin valyutaları aparıcı ökələrin birinin valyutasına və ya valyuta səbətinə«bağlanmış»olur.
Valyuta pariteti valyuta məzənnəsinin əsasını təşkil edir. Valyuta məzənnələri aşağıdakı kimi fərqləndirilir:
– qəti müəyyən edilmiş valyuta məzənnələri. Onlar dar çərçivədə dəyişilir;
– tərəddüd edən valyuta məzənnələri. Onlar valyutanın bazar tələb və təklifindən asılı olaraq dəyişir.
Çox amilli proses kimi valyuta məzənnəsi digər iqtisadi kateqoriyalarla (dəyər, qiymət, pul, faiz, tədiyə balansı və s.) əlaqədardır.
Valyuta məzənnəsinə təsir edən amillər sırasına aşağıdakıları aid etmək olar:
– pul vahidinin alıcılıq qabiliyyəti və inflyasiya. Valyuta məzənnəsi onun obyektiv əsasını təşkil edən milli pul va¬hidlərinin əmtəələrə (xüsusi əmtəə olan-qızıla) münasibətdə alıcılıq qabiliyyəti bazasında dəqiqləşdirilir.
– tədiyə balansının vəziyyəti. Valyuta məzənnəsi, bey¬nəlxalq ödənişlərin vəziyyətini və müxtəlif bazarlarda faiz dərəcələrini ifadə edir. Bu, ilk növbədə beynəlxalq hesab¬laşmaların xarici iqtisadi əlaqələrin iştirakçıları tərəfindən lazımi xarici valyutaların alınıb-satılması yolu ilə həyata keçirilməsi ilə əlaqədardır. Aktiv tədiyə balansı milli valyutanın məzənnəsinin yüksəlməsinə kömək edir. Passiv tədiyə balansı isə milli valyutanın məzənnəsinin aşağı düşməsinə imkan verir. Balansın aktivliyi halında milli valyutaya tələbat artır, passivliyi halında isə borclular milli valyutanı xarici valyutaya dəyişməyə can atırlar. Bir sözlə, tədiyə balansının vəziyyəti valyutaların tələb və təkliflərinə bilavasitə təsir etməklə, valyuta məzənnəsinin səviyyəsini sərtləndirən amil kimi çıxış edir.
– müxtəlif ölkələrdə fərqli faiz dərəcələrinin mövcudluğu. Faiz dərəcələrinin yüksəldilməsi ölkəyə xarici kapitalın (xüsusile qısamüddətli kapitalın) axınını stimullaşdırırsa, bu dərəcələrin aşağı düşməsi kapitalın ölkədən getməsinə səbəb olur. Valyuta və borc kapitalə bazarlarında əməliyyatlar zamanı bankların mənfəətinin maksimumlaşdırılması milli və beynəlxalq kapital bazarlarındakı faiz dərəcəsi fərqləri ilə manevr hesabına əldə edilir. Təbii ki, banklar kreditin daha ucuz olduğu bazarlara üz tuturlar.
– valyuta bazarlarının vəziyyəti və valyuta ilə möhtəkirlik. Valyuta bazarlarının daimi iştirakçıları olan banklar, müəssisə və şirkətlər üçün valyuta məzənnələrinin səviyyəsi olduqca vacib parametrdir. Məzənnələrin vəziyyətindən istifadə edərək möhtəkirlik edən subyektlər demək olar ki, bütün səviyyələrdə fəaliyyət göstərirlər. Odur ki, möhtekirlik əməliyyatları valyuta məzənnələrini sərtləndirən mühüm əhəmiyyətli amil kimi böyük təsir dairəsinə malikdir.
Əlbəttə, sadalananlar valyuta məzənnələrinə təsir edən amillərin tam siyahısı deyildir. İqtisadi inkişafın müxtəlif səviyyələrində və inteqrasiya proseslərinin intensivliyinin müxtəlif dərəcələrində valyuta məzənnələrinə təsir amilləri dəyişə bilir.
Valyuta məzənnələrinin dəyişməsi prosesinin tənzimlənməsi demək olar ki, D.Yum və D.Rikardonun yaşadığı dövrdən başlayır. Belə ki, onların formalaşdırdığı nəziyyələrdə valyuta mə¬zənnələrinin müəyyənləşdirilməsi qaydaları, dəyişmələrin xarakteri və s. barədə mülahizələr öz əksini tapmışdır.
Valyuta bazarlarının vəziyyətini müəyyənləşdirən mühüm amillərdən biri «üzən» valyuta məsələsidir. C.Keyns tərəfindən tam hüquqlu termin kimi elmə gətirilmiş (1933-cü il) «üzən» valyuta məzənnələri anlayışı valyuta bazarlarında tələb və təklifin dəyişməsinin təzahür formasıdır.
1929-1933-cü illər dünya iqtisadi böhranı iqtisadiyyatın dövlət tənzimlənməsi zərurətini meydana çıxartdı. Bu baxımdan valyuta tənzimlənməsi məsələləri də ön plana çıxmışdır. Məhz bu dövrdə amerika iqtisadçıları İ.Fişer və C.Keyns tənzimlənən valyuta nəzəriyyəsini irəli sürdülər.
Məlumdur ki, böhranlar milli valyutalara ciddi təsir edir və inflyasiyalara səbəb olur. Milli valyutaların məzənnəsini tənzimləməklə dövlət böhranın nəticələrini yumşaltmağa çalışmalıdır. Muvafiq tenzimleme mexanizmi aşağıdakı tərkib elementlərini əhatə edir.
İlk növbədə, valyuta ehtiyatlarının tərkibini müxtəlif valyutalar cəlb etməklə formalaşdırmaq tədbirləri qeyd edilməlidir. Ehtiyatların müxtəlifliyi beynəlxalq hesablaşmalarda valyuta it¬kilərini minimumlaşdırmaq imkanı verir. Muxtəlif valyutalarda ifadə olunmuş ehtiyat valyuta bazarlarda baş verən dəyişiklərə adekvat reaksiya vermək üçün əlverişli şərait yaradır.
Valyuta tənzimlənməsi tədbirləri sırasına həmçinin aşağıdakıları aid etmək olar:
-devalvasiya və revalvasiya siyasəti;
– valyuta məhdudiyyətləri;
– valyuta məzənnələri rejiminin tətbiqi və s.
Valyuta tənzimlənməsi metodlarını müəyyən şərtilik də¬rəcəsi ilə tam liberal, natamam liberal və qeyri-liberal valyuta tənzimləmələri kimi fərqləndirmək olar.

3. Azarbaycamn valyuta sistemi.
Azərbaycan Respublikasında valyuta sisteminin esasını 1992-ci ildə tədavülə buraxılmış manat təşkil edir. Valyuta münasibətləri sahəsində əsas qanunverici akt «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının Qanunu hesab olunur. Bu qanun ölkədə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini, funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq və bunlardan istifadə etmək, onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını, vəzifələrini və valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.
Hal-hazırda Azərbaycanda valyuta birjalarında tələb və təklifdən asılı olan «üzən» valyuta məzənnəsi fəaliyyət göstərir. Dolların manata olan rəsmi məzənnəsini Mərkəzi Bank Bakı Banklararası Valyuta birjasının (BBVB) nəticələri əsasında müəyyənləşdirir.
Azərbaycanda valyuta əməliyyatlarını Mərkəzi Bankın müvafiq lisenziyasını alan banklar və digər kredit idarələri apara bilər.
Xarici valyutaların alqı-satqısı səlahiyyətli kommersiya bankları tərəfindən həyata keçirilir. Xarici valyutaların alqı-satqısı üzrə sövdələşmələri birbaşa olaraq səlahiyyətli banklar öz aralarında, həmçinin Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi qaydalar və şərtlər çərçivəsində fəaliyyətt göstərən valyuta birjaları ilə həyata keçirə bilərlər. Xarici valyutaların alqı-satqısına səlahiyyəti olmayan banklar müdaxilə ede bilməz.
Azərbaycanda valyuta tənzimini Mərkəzi Bank həyata keçirir. O rezidentlərə məxsus olan xarici valyutaların və xarici valyutada ifadə olunan qiymətli kağızların dəyişdirilməsi, göndərilməsi qaydasını müəyyənləşdirir, valyuta lisenziyalarının verilməsi və valyuta birjalarında valyuta əməliyyatlarına müdaxilə edə bilir.
Azərbaycan Respublikasında valyuta nəzarətini valyuta nəzarəti orqanları və onların agentləri həyata keçirir.
Valyuta nəzarəti orqanları Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsidir.
Valyuta nəzarəti agentləri Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında hesabat verən müvəkkil banklardır.
Valyuta nəzarəti orqanları və onun agentləri ölkədə heyata keçirilən valyuta emeliyyatlarının mövcud qanunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsini və bu əməliyyatlar üzrə uçotun, hesabatın və sənədləşmələrin forma və qaydalarını müəyyən edir.

Beynəlxalq Valyuta Sistemi Nədir

Beynəlxalq pul sistemi, iddiaların tənzimlənməsi, dövlətlər arasındakı borcların qaytarılması, yeni ticarət-iqtisadi əlaqələrin yaradılması üçün zəruri bir kompleksdir. Mövcud olduğu müddətdə sistem inkişaf mərhələsində bir neçə mərhələdən keçmişdir. Beynəlxalq pul sistemi Tarixən milli pul sistemləri meydana çıxan ən erkən dövrlər idi. Onların görünüşü, fərqli dövlətlər arasında yaranan ticarət sistemində milli pul vahidlərini xaricilərlə dəyişdirmə ehtiyacı ilə əlaqələndirildi. Beynəlxalq pul sistemi ölkələr arasında pul münasibətlərinin təşkili formasıdır. Malların hərəkətinə xidmət edən müstəqil fəaliyyət göstərir. Bu, müntəzəm qarşılıqlı əlaqə ilə birləşdirilən müxtəlif elementlərdən ibarət bir cəmiyyətdir.

Beynəlxalq valyuta sisteminin əsas funksiyaları və vəzifələri

  1. Likvidlik. Bu, öhdəliklərin ödənilməsinə imkan vermək üçün lazımi sayda beynəlxalq ehtiyat varlığının mövcudluğudur.
  2. Tənzimləmə. Sistem, tədiyə balansında problemlər yarandıqda vəziyyəti bərpa etməyə və düzəltməyə imkan verir.
  3. Nəzarət. Dəqiq mexanizmlərin istifadəsi sayəsində bütün sistemin düzgün işləməsinə inam yaranır.

İkincil funksiyalar valyuta emissiyasından gəlirin müəyyənləşdirilməsi, məzənnə rejiminin əlaqələndirilməsi imkanı ilə təmsil olunur. Hər halda, əsas məqsəd istehsal üçün bütün iqtisadi sistemlərin səmərəli və rəvan işləməsini, beynəlxalq münasibətlərin aparılmasını və müxtəlif xarici iqtisadi əlaqələrin optimallaşdırılmasını təmin edə biləcək şərait yaratmaqdır.

Beynəlxalq valyuta sisteminin xüsusiyyətləri

Əsas element milli valyutadır. Keçən əsrin sonunda, valyuta səbətləri meydana çıxdı ki, bu da məzənnə dalğalanmalarını izləmək üçün zəruri sayma vahidlərinin funksiyasını yerinə yetirməyə başladı.

SDR (Xüsusi Borc Hüquqları) BVF Konstitusiyasına əsasən rəsmi ehtiyat valyutadır. SDR, müxtəlif ölkələrin müxtəlif pul vahidlərini əhatə edən bir valyuta səbətidir. Sərbəst buraxılmasına qərar hələ 1970-ci ildə verildi.

Kurs hesablamaları hər gün, hər ay aparılır. Bunlar aşağıdakılara əsaslanır:

  • milli valyuta məzənnələri;
  • müxtəlif pul vahidlərinin ABŞ dollarına nisbəti;
  • sonrakı və əvvəlki dövrlərə nisbətən Amerika pul nisbətinin göstəriciləri.

Beynəlxalq valyuta sistemi nədən ibarətdir?

Sistem, müxtəlif növ valyutalara, banklar və müxtəlif beynəlxalq qurumlara, valyuta münasibətlərinin işindən asılı olduğu bir quruma əsaslanır. Valyuta beynəlxalq hesablaşmalar üçün istifadə edilə bilən pul vahidi kimi başa düşülür.

Valyutalar bir-birinə bərabərləşdirildiyi üçün bu proses dərəcə adlanır. Bu, başqa bir dövlətin əskinaslarındakı bir vahidin dəyərinin ifadəsidir. Müxtəlif faktorların təsiri altına alındığı üçün məzənnə sabit dinamikada olur. İqtisadi vacibdir. Bunlara ölkənin ödəmə balansının vəziyyəti, müxtəlif faiz nisbətləri və daxili qiymətlərin hərəkəti daxildir.

Beynəlxalq valyuta sisteminin inkişaf mərhələləri

Yarandığı onilliklər ərzində bu dünya maliyyə institutu bir neçə əsas mərhələdən keçmişdir. Hər birinin özünəməxsus xüsusiyyətləri var idi:

  • Paris pul sistemi. Onun altında pulun bütün funksiyaları qızıl tərəfindən yerinə yetirilirdi. Bunun sayəsində beynəlxalq iqtisadi əlaqələrin qurulmasında risklərdə azalma oldu.
  • Ceneviz. 1922-ci ildə quruldu. Prioritet qızıl külçələrə dəyişdirilə bilən valyutadır. Qızıl hasilatından birbaşa asılılığın olması səbəbindən sistem ləğv edildi.
  • Bretton Woods.1944-cü ildə qurulmuşdur. Maddə yeganə hesab vahidi olaraq tanınarkən, qızılın pulsuz alqı-satqısı qadağanını da əhatə etdi.
  • Yamayka. 1976-cı ildə BVF-yə üzv ölkələrin iştirakı ilə qəbul edilmişdir. Əsas prinsiplərdən biri funksiyalarının qızıl tərəfindən itirilməsi idi. BVF valyuta məzənnələrini idarə edə bildi.
  • Avropa. 1979-cu ildə, Qərbi Avropa ölkələri birləşdirildikdə ortaya çıxdı. Əsas mərhələlərdən biri pul ittifaqının yaradılması və vahid valyutanın – avronun tətbiqi idi.

Beləliklə, regional pul sistemləri beynəlxalq sistemlərdən məhdud sayda üzv ölkələri əhatə etməsi ilə fərqlənir. Bütün elementlər valyuta, maliyyə strukturları və beynəlxalq hesablaşmalara bölünür.

3.1. Beynəlxalq valyuta-maliyyə münasibətləri formalaşdırılması sistemləri

Valyuta-maliyyə münasibətləri ölkələrin xarici ticarə­tində mal və xidmətlərin inkişaf, beynəlxalq kapitalın miqra­siya olunması və investisiyanın hərəkəti, istiqrazların veril­məsi, maliyyə yardımı, iqtisadi yardım, elmi-texniki müba­dilə, turizm, dövlət və xüsusi köçürmələrin inkişafı ilə əlaqə­dar ola­raq baş vermişdir. Bunlarda yalnız beynəlxalq iqtisadi müna­si­bət­lərin formaları sintez edilir, dövlətlərarası əlaqədə (dip­lo­matik, mədəni, idman və s.) bu və ya digər hesablaş­malar tələb edən forma və növlərdən istifadə olunur.
Beynəlxalq valyuta-maliyyə münasibətləri BIM-rin nis­bətən mürəkkəb forması sayılır. Beynəlxalq hesablaşmalarda boşluq – arakəsmənin olması, ölkənin ödəmə balansında və onun iqtisadiyyatının ayrı-ayrı sahələrində nisbətsizliyin, öl­kələrarası iqtisadi və siyasi sahədəki ziddiyyətlərin və müna­qişələrin baş verməsinə səbəb olur.
Valyuta-maliyyə münasibətləri dünya iqtisadiyyatının «əsəb sistemi» olmaqla, qarşılıqlı fəaliyyətdə olan dünya tə­sərrüfatı subyektlərindən və onun sağlamlığından çox asılı­dır. Mübadilə, istehsal və beynəlxalq kooperasiyada beynəl­miləl­ləşmə prosesinin inkişafı digər amillərlə yanaşı valyuta-maliyyə münasibətlərinin tənzimlənməsini tələb edir.
Uzun müddət onların tənzimlənməsi ikitərəfli əsasda hə­yata keçirilirdi. Valyuta-maliyyə münasibətlərinin çoxtərəfli əsas­da tənzimlənməsi XX əsrin 20-ci illərində baş vermişdir. Bu məqsədlə Brüssel (1921 il) və Genuyada (1922 il) iqtisadi problemlər üzrə konfrans çağrılmışdır. Onların qarşısında çoxtərəfli valyuta-maliyyə münasibətlərini hüquqi qaydaya salmağa cəhd göstərilmişdir. Forumun iştirakçıları BIM-rin tən­zimlənməsi institutlarının yaradılmasını qeyd etdilər. 10 aprel 1922-ci ildə Genuya konfransının geniş iclasında SSRI-nin nümayəndəsi V.Çiçerin sovet nümayəndələri adından bə­yanat vermişdir: «Dünya təsərrüfatının qurulması pro­bleminə qədər ölçülməz və genişdir ki, bütün Avropa və qeyri-Avropa ölkələrinin öz fəaliyyətlərini könüllü istiqa­mətləndirməsi və lazım gələrsə müvəqqəti qurbanlar ver­məklə həll oluna bilər». Italiya nümayəndəsi Fakta iqtisadi, o cümlədən maliyyə müna­sibətlərinin artan rolunu, onun tənzimlənməsinin vacib­liyini qeyd etmişdir. O, qeyd edirdi ki, maliyyə və iqtisadi mə­sə­lələr geniş baxımdan beynəlxalq siyasətin əsas elementləri ola­raq qalır.
Genuya konfransında (qızıl deviz) standartı çoxtərəfli beynəlxalq maliyyə əməkdaşlığının hüquqi baxımdan möh­kəm yaradılmasına cəhd göstərilsə də nə birinci və nə də ikinci kon­franslar istənilən nəticəni vermədilər. Bu qərarlara baxmayaraq o vaxt konfransların qərarları iqtisadi münasi­bətlərin çoxsahəli beynəlxalq-hüquqi tənzimlənməsi yolunda irəli atılmış böyük bir addım idi.
30-cu illərin böhranı dövründə valyuta və ticarət müha­ribəsi göstərdi ki, xarici iqtisadi əlaqələrin genişlənməsi şərai­tində BIM-rin tənzimlənməsi mexanizminin olmaması bir çox ölkələrin milli iqtisadiyyatında əlaqələndirmənin artma­sına səbəb olur ki, bu da ölkələrin özlərinin razılaşmadığı hə­rəkətlər ilə dünya bazarının heç nə ilə məhdudlaşmadığı qeyri-mütə­şək­kil şəraitdə onlara nə kimi ziyan göstərəcəyi aydın olur.
Dünya bazarı və milli iqtisadiyyatın mövcud olan sıxlıq dərəcəsi II Dünya müharibəsində də nümayiş etdirilmişdir. Onun nəticəsi olaraq dövlətlərarası iqtisadi əməkdaşlığın in­kişafını ləngidən Avropa regional bazarlarının dağılmasına

səbəb olmuşdur. Təhlil və fikirlər ölkələrin qarşılıqlı asılılığı­nın artması, elmi bilikləri irəli vermiş BIM-rin universal bey­nəlxalq ilk növbədə valyuta-maliyyə münasibətlərinin vahid obrazda olmasının vacibliyini göstərirdi.
1944-cü ilin iyul ayında BMT-nin təşəbbüsü ilə Bretton-Vudsda (ABŞ) çağırılan beynəlxalq valyuta-maliyyə konfran­sında beynəlxalq valyuta-maliyyə münasibətlərinin tənzim­lənməsi üçün iki universal ixtisaslaşmış beynəlxalq təşkilatın yaradılması haqqında qərar qəbul edildi. Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı (BYIB). Bu təşkilatların təsis edilməsi ilə valyuta-maliyyə sis­temlərinin formalaşması başlayır: birinci, ölkələrin valyuta, maliyyə-kredit münasibətlərinin müxtəlifliyi, ikinci bu müna­si­bət­ləri tənzimləyən institutlar. Beynəlxalq maliyyə institut­la­rının yaradılması bir tərəfdən valyuta-maliyyə sistemlərinin formalaşdırılması və qurulması, digər tərəfdən beynəlxalq iqti­sadi münasibətlərin həllində yeni metodların baş vermə­sini göstərirdi.
Bretton Vuds razılaşmasının imzalanması kredit-ma­liyyə və valyuta münasibətlərinin tənzimləmə mexanizmləri­nin for­ma­­laşdırılması, dünya valyuta bazarının əlaqələndi­rilməsi (BYIB-BVB) və beynəlxalq ticarətin tənzimlənməsi­nin (GATT) əsasını qoymuşdur.
50-ci illərin axırlarında regional bankların və inkişaf fondlarının yaradılması əlavə edilmişdir ki, bunlar da müəyyən regionlarda məhdudlaşırdı. 60-cı illərin ortalarına beynəlxalq inkişaf bankının fəaliyyəti qlobal xarakterliyi qə­bul edir və bütün qitələri – Amerikanı, Afrikanı, Asiyanı, Avropanı əhatə edir. Beynəlxalq əmanət inkişaf banklarının yaradılması isə beynəlxalq valyuta-maliyyə sisteminin so­nrakı inkişafına imkan vermişdir.
Dövlətlərarası əmanət bankları içərisində 1960-cı ildə təsis edilmiş iqtisadi inteqrasiyası üzrə Mərkəzi Amerika Bankı və 1970-ci ildə öz fəaliyyətinə başlamış Karib Inkişaf Bankı nisbətən əhəmiyyətli hesab edilir. Afrikada əmanət bankı nisbətən sonralar yaranmışdır. 1967-ci ildə Şərqi Af­rika Inkişaf Bankı, 1974-cü ildə Afrikanın Iqtisadi Inkişafı üçün Ərəb Bankı, 1975-ci ildə Mərkəzi Afrika dövlətlərinin Inkişaf Bankı və Islam Inkişaf Bankı, 1976-cı ildə Böyük Göl dövlətlərinin inkişaf bankı müəyyən dərəcədə əhəmiyyətli he­sab edilir. 1976-cı ildə Avropada Şimal Investisiya Bankı tə­sis edilmişdir.
Banklarla paralel olaraq dünyanın aparıcı regionla­rında məqsəd və vəzifələri ilə beynəlxalq maliyyə təşkilatla­rına yaxın olan müxtəlif iqtisadi inkişaf, iqtisadi inteqrasiya fondları yaradılmışdır. Beynəlxalq inkişaf bankları assosia­siyasının mə­lu­matlarına görə dünyada onlarla beynəlxalq banklar, fondlar və digər kredit-maliyyə inkişaf institutları fəaliyyət göstərir.
Demək olar ki, bütün regional təşkilatlar BMT-rı sis­temi ilə bağlıdır. Onların əməkdaşlığı BMT-nin regional iqti­sadi komissiyalarının köməkliyi ilə həyata keçirilir. 1946-cı ildə BMT-nin Baş Assambleyasının I ses­siyasında BMT-nin iqtisa­di və sosial şurası çərçivəsində ayrı-ayrı coğrafi rayonlarda BMT-nin siyasətinin həyata keçirilmə­sində məsul olan iqtisadi təşkilatların yaradılması haqqında qərar qəbul edildi. Lakin 1947-1948-ci illərdə Avropa Iqti­sadi komissiyası, Asiya və Uzaq Şərq, Latın Amerikası və 1958-ci ildə Afrika üçün iqtisadi komissiya təsdiq edilirdi. BMT-nin regional komissiyası fəaliy­yət rayonlarında əlaqələndirmə funksiyasını həyata keçirir. Bu qayda BMT-nin regional iqti­sadi komissiyasının rolunu güc­ləndirmək, BMT-nin iqtisadi və sosial fəaliyyətinin qeyri-mər­kəzləşdirilməsi haqqında Baş Assambleyanın bəyan­namə­sində qeyd edilmiş komissiyalar haqqında qaydalarla möhkəm­ləndirilmişdir.
BVF və BYIB-nın müəssisələri yalnız valyuta-maliyyə sis­teminin formalaşdırılması üçün bir göndərmə nöqtəsi ola­raq almadı. O əvvəllər beynəlxalq münasibətlərdə çox mər­kəzlilik­dən az mərkəzliliyə keçməyi göstərirdi.
60-cı illərin axırları 70-ci illərin əvvəlləri dünya təsərrü­fatı çox sayda böhranlar keçirdi. Qızıl dollar standartına əsaslanan dünya maliyyə sistemi dağılmağa başladı. Bu və­ziyyət iqti­sa­diyyatın, o cümlədən valyuta-maliyyə münasi­bətlərinin beynəl­xalq tənzimlənməsinin qurulmasında, təşki­lində və metod­la­rın­da ciddi dəyişikliklər edilməsini tələb edirdi. Bu dövrdə valyuta-maliyyə münasibətlərinin çoxtə­rəfli tənzim­lənməsi prosesində BUIB və BVF-nun rolu nəinki gücləndirilir, eyni zamanda yeni funksiyalar əlavə edilir. Beynəlxalq maliyyə təşkilatları ölkə­lərin milli makroiqtisadi siyasətini istiqamət­ləndirmək üçün aktiv iştirakçıya çevri­lirdi.
Hazırda dünya valyuta-maliyyə sistemində əsas yerlər­din birini tutan, beynəlxalq kapitalın hərəkətinin tənzimlən­məsini və istiqamətləndirilməsini həyata keçirən vahid kredit-maliyyə siyasəti işləyib hazırlayan geniş maliyyə institutları sistemi yaradılmışdır. Maliyyə institutlarının fəaliyyəti onun çox­həlqəliliyi ilə əlaqələndirilir. Dövlət və xüsusi kapitalın dolaşan olunması, beynəlxalq maliyyə təşkilatlarının öz layi­hələrinin maliyyələşdirməyə, müxtəlif sahələrdə maliyyənin inkişaf proqramının, xüsusi kapitalın dünya bazarlarında borc kapi­ta­lına cəlb olunması onun əsas xüsusiyyətlərini təş­kil edir. Bey­nəlxalq maliyyə institutlarının ümumiləşdirilmiş sistemi aşağı­dakılardır:

  1. dünya miqyasında valyuta-maliyyə məsələləri ilə məşğul olan (BVF, Ümumdünya bankının təşkilati qrupu) BMT-nin ixtisaslaşmış müəssisələri;
  2. fəaliyyət sferası müəyyən regionlarla məhdudlaşan regi­onal inkişaf bankları;
  3. bu və ya digər borcluya – kreditora tənzimləyici və va­hid şəklə salmaq yolu ilə yaxınlaşmalar (hökumət və ölkələ­rin qeyri-formal kreditorlər birliyi) Paris klubu;
  4. London klubu xüsusi kommersiya banklarını borclu­lara qarşı birgə siyasət işləyib hazırlayan birləşmiş nəhəng xüsusi kreditorları;
  5. əmanət inkişaf bankları;
  6. öz fəaliyyətini iki əsasda həyata keçirən dövlətlərarası təşkilatlar.

Beləliklə, bu gün dünya valyuta-maliyyə sistemi iqtisadi və hüquqi bir kateqoriya olmaqla çoxsahəli və inkişaf edən bir faktor kimi özünü təqdim edir.
Əməkdaşlığın həyata keçirilməsi çərçivəsində valyuta-maliyyə institutları, Beynəlxalq valyuta-maliyyə sistemi özü kimi qarşılıqlı olaraq bir-birinə təsir göstərməyə diqqət yeti­rirlər. Sistemin hüquqi əsasını beynəlxalq və dövlətdaxili hüququn məcmusunu təşkil edir və bunun köməkliyi ilə bey­nəlxalq münasibətlərdə valyuta tənzimlənməsi, kreditləşmə və maliyyələşdirmə həyata keçirilir.
Öyrənmək üçün biz nisbətən əhəmiyyət kəsb edən dünya iqtisadiyyatında mühüm rol oynayan və bizim ölkə üçün müəy­yən maraq təqdim edən beynəlxalq maliyyə təşki­latları seç­mişik.

  • Teqlər:
  • valyuta-maliyyə münasibətləri

Comments are closed, but trackbacks and pingbacks are open.