Beynlxalq valyuta münasibtlri
Danimarka
Dominika
Dominikan Respublikası
Beynlxalq valyuta münasibtlri
Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu – valyuta münasibətləri sahəsində qlobal əməkdaşlığı stimullaşdırmaq, maliyyə stabilliyini təmin etmək, beynəlxalq ticarətə köməklik etmək, yüksək məşğulluq səviyyəsini və davamlı iqtisadi artımı təmin etmək, və bütün dünyada yoxsulluğun azaldılması məqsədilə fəaliyyət göstərən, 188 ölkədən ibarət təşkilatdır. Beynəlxalq Valyuta Fondunun əsası 1944-cü ilin iyul ayında ABŞ-ın şimal-şərqində yerləşən Nyu-Hempşir ştatının Bretton Vuds şəhərində keçirilən görüşdə 44 ölkənin nümayəndəsinin İkinci Dünya Müharibəsindən sonra yaradılacaq beynəlxalq iqtisadi əməkdaşlığın strukturu haqqında razılığa gəldikləri zaman qoyulmuşdur. Onlar hesab edirdilər ki, belə struktur Böyük Depressiyaya səbəb olan zərərli iqtisadi siyasətin təkrarlanmasının qarşısının alınması üçün zəruridir. Beynəlxalq Valyuta Fondu rəsmi olaraq 1945-ci ilin dekabr ayında, ilk 29 üzv ölkənin onun Razılaşma Maddələrini imzalanmasından sonra yaranmışdır. Fond 1 mart 1947-ci ildə fəaliyyətə başladı. Elə həmin il Fransa Beynəlxalq Valyuta Fondundan borc alan ilk ölkə oldu. Beynəlxalq Valyuta Fonduna üzvlük 1950-ci illərin sonlarında və 1960-cı illərdə genişlənməyə başladı, beləki, Afrika ölkələrinin əksəriyyəti müstəqillik qazanaraq BVF-ya üzv olmaq üçün müraciət etdilər. Lakin Soyuq müharibə Fondun üzvlüyünü məhdudlaşdırdı. Beynəlxalq Valyuta Fondu (BVF) qlobal inkişaf və iqtisadi sabitliyə kömək etmək məqsədilə fəaliyyət göstərir. O, iqtisadi çətinliklərlə üzləşən üzvlərə siyasət məsələləri üzrə məsləhət verir və onları maliyyələşdirir, həmçinin, inkişaf etməkdə olan ölkələrlə işləyərək, makroiqtisadi stabilliyə nail olmaq və yoxsulluğu azaltmaq üçün onlara kömək edir.
BVF nə edir
Demək olar ki qlobal üzvlüyə malik 186 ölkəni əhatə edən BVF, imkanlardan istifadə etmək və qloballaşmanın tələblərini və ümumiyyətlə iqtisadi inkişafı idarə etmək üçün üzv ölkələrin hökumətlərinə yardım göstərilməsinə dair unikal imkanlara malikdir. BVF qlobal iqtisadi tendensiya və göstəriciləri izləyir, yarana biləcək problemlər haqqında üzv ölkələri xəbərdar edir, siyasət dialoqlarının aparılması üçün forumlar təşkil edir və iqtisadi çətinliklərlə mübarizə aparmaq məqsədilə hökumətlərə nou-xau təqdim edir.
BVF əsas fəaliyyəti
BVF aşağıdakılar vasitəsilə üzv ölkələrini dəstəkləyir:
- İqtisadi tendensiyalara və ölkələrin təcrübələrinə əsaslanaraq hökumətlərə və mərkəzi banklara siyasət üzrə məsləhətlərin verilməsi;
- Qlobal, regional və fərdi iqtisadiyyatların və bazarların monitorinqinə əsaslanan tədqiqatların, statistikaların, proqnozlaşdırmanın və təhlillərin aparılması;
- İqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün ölkələrə borcların verilməsi;
- İnkişaf etməkdə olan ölkələrdə yoxsulluqla mübarizədə köməklik etmək üçün güzəştli borcların verilməsi; və
- İqtisadiyyatlarnın idarə olunmasının yaxşılaşdırılmasında ölkələrə köməklik göstərilməsi üçün texniki yardım və treninqlərin keçirilməsi.
Üzvlük
Hazırda Beynəlxalq Valyuta Fondu 186 ölkədən ibarət, qlobal üzvlüyə malikdir. Üzv olmaq üçün ölkə müraciət etməli və mövcud üzvlərin əksəriyyəti tərəfindən qəbul edilməlidir. 2009-cu ilin iyun ayında keçmiş Yuqoslav Respublikası Kosovo BVF-na qoşularaq 186-cı üzv ölkə oldu.
Albaniya
Almaniya
Amerika Birləşmiş Ştatları
Anqola
Antiqua və Barbuda
Argentina
Avstraliya
Avstriya
Azərbaycan
Baham adaları
Banqladeş
Barbados
Belçika
Beliz
Belarus
Benin
Bəhreyn
Birləşmiş Ərəb Əmirlikləri
Boliviya
Bolqarıstan
Bosniya və Herseqovina
Botsvana
Böyük Britaniya və Şimali İrlandiya
Braziliya
Bruney Darussalam
Burkino-Faso
Burundi
Butan
Cənubi Afrika
Cənubi Korea
Cənubi Sudan
Cibuti
Çad
Çexiya
Çernoqoriya
Çili
Çin
Danimarka
Dominika
Dominikan Respublikası
Efiopiya
Ekvador
Ekvatorial Qvineya
Eritreya
Ermənistan
Estoniya
Əfqanıstan
Əlcəzair
Fici
Filippin
Finlandiya
Fransa
Haiti
Hindistan
Honduras
Honkonq
İndoneziya
İordaniya
İraq
İran
İrlandiya
İslandiya
İspaniya
İsrail
İsveç
İsveçrə
İtaliya
Kabo-Verde
Kamboca
Kamerun
Kanada
Keniya
Kipr
Kiribati
Kolumbiya
Komor adaları
Konqo Demokratik Respublikası
Konqo Respublikası
Kosovo
Kosta-Rika
Kot d-İvuar
Küveyt
Qabon
Qambiya
Qana
Qayana
Qazaxıstan
Qətər
Qırğızıstan
Qrenada
Qvatemala
Qvineya
Qvineya-Bisau
Laos
Latviya
Lesoto
Liberiya
Litva
Livan
Liviya
Lüksemburq
Macarıstan
Madaqaskar
Makao
Makedoniya
Malavi
Malayziya
Maldiv adaları
Mali
Malta
Marşal adaları
Mavriki
Mavritaniya
Meksika
Mərakeş
Mərkəzi Afrika Respublikası
Mikroneziya
Misir
Moldova
Monqolustan
Monserrat
Mozambik
Myanma
Namibiya
Nauru
Nepal
Niderland
Niderland Antil adaları
Niger
Nigeriya
Nikaraqua
Norveç
Pakistan
Palau
Panama
Papua Yeni Qvineya
Paraqvay
Peru
Polşa
Portuqaliya
Ruanda
Rumıniya
Rusiya Federasiyası
Salvador
Samoa
San-Marino
San-Tome və Prinsipi
Seneqal
Sen-Marten
Sent-Kits və Nevis
Sent-Lüsiya
Sent-Vinsent və Qrenadin
Serbiya
Seyşel adaları
Səudiyyə Ərəbistanı
Sinqapur
Slovakiya
Sloveniya
Solomon adaları
Somali
Sudan
Surinam
Suriya
Svazilend
Syerra-Leone
Şərqi Timor
Şri Lanka
Tacikistan
Tailand
Tanzaniya
Toqo
Tonqa
Trinidad və Tobaqo
Tunis
Tuvalu
Türkiyə
Türkmənistan
Ukrayna
Uqanda
Uruqvay
Vanuatu
Venesuela
Vyetnam
Yamayka
Yaponiya
Yeni Zelandiya
Yəmən
Yunanıstan
Zambiya
Zimbabve
3.1. Beynəlxalq valyuta-maliyyə münasibətləri formalaşdırılması sistemləri
Valyuta-maliyyə münasibətləri ölkələrin xarici ticarətində mal və xidmətlərin inkişaf, beynəlxalq kapitalın miqrasiya olunması və investisiyanın hərəkəti, istiqrazların verilməsi, maliyyə yardımı, iqtisadi yardım, elmi-texniki mübadilə, turizm, dövlət və xüsusi köçürmələrin inkişafı ilə əlaqədar olaraq baş vermişdir. Bunlarda yalnız beynəlxalq iqtisadi münasibətlərin formaları sintez edilir, dövlətlərarası əlaqədə (diplomatik, mədəni, idman və s.) bu və ya digər hesablaşmalar tələb edən forma və növlərdən istifadə olunur.
Beynəlxalq valyuta-maliyyə münasibətləri BIM-rin nisbətən mürəkkəb forması sayılır. Beynəlxalq hesablaşmalarda boşluq – arakəsmənin olması, ölkənin ödəmə balansında və onun iqtisadiyyatının ayrı-ayrı sahələrində nisbətsizliyin, ölkələrarası iqtisadi və siyasi sahədəki ziddiyyətlərin və münaqişələrin baş verməsinə səbəb olur.
Valyuta-maliyyə münasibətləri dünya iqtisadiyyatının «əsəb sistemi» olmaqla, qarşılıqlı fəaliyyətdə olan dünya təsərrüfatı subyektlərindən və onun sağlamlığından çox asılıdır. Mübadilə, istehsal və beynəlxalq kooperasiyada beynəlmiləlləşmə prosesinin inkişafı digər amillərlə yanaşı valyuta-maliyyə münasibətlərinin tənzimlənməsini tələb edir.
Uzun müddət onların tənzimlənməsi ikitərəfli əsasda həyata keçirilirdi. Valyuta-maliyyə münasibətlərinin çoxtərəfli əsasda tənzimlənməsi XX əsrin 20-ci illərində baş vermişdir. Bu məqsədlə Brüssel (1921 il) və Genuyada (1922 il) iqtisadi problemlər üzrə konfrans çağrılmışdır. Onların qarşısında çoxtərəfli valyuta-maliyyə münasibətlərini hüquqi qaydaya salmağa cəhd göstərilmişdir. Forumun iştirakçıları BIM-rin tənzimlənməsi institutlarının yaradılmasını qeyd etdilər. 10 aprel 1922-ci ildə Genuya konfransının geniş iclasında SSRI-nin nümayəndəsi V.Çiçerin sovet nümayəndələri adından bəyanat vermişdir: «Dünya təsərrüfatının qurulması probleminə qədər ölçülməz və genişdir ki, bütün Avropa və qeyri-Avropa ölkələrinin öz fəaliyyətlərini könüllü istiqamətləndirməsi və lazım gələrsə müvəqqəti qurbanlar verməklə həll oluna bilər». Italiya nümayəndəsi Fakta iqtisadi, o cümlədən maliyyə münasibətlərinin artan rolunu, onun tənzimlənməsinin vacibliyini qeyd etmişdir. O, qeyd edirdi ki, maliyyə və iqtisadi məsələlər geniş baxımdan beynəlxalq siyasətin əsas elementləri olaraq qalır.
Genuya konfransında (qızıl deviz) standartı çoxtərəfli beynəlxalq maliyyə əməkdaşlığının hüquqi baxımdan möhkəm yaradılmasına cəhd göstərilsə də nə birinci və nə də ikinci konfranslar istənilən nəticəni vermədilər. Bu qərarlara baxmayaraq o vaxt konfransların qərarları iqtisadi münasibətlərin çoxsahəli beynəlxalq-hüquqi tənzimlənməsi yolunda irəli atılmış böyük bir addım idi.
30-cu illərin böhranı dövründə valyuta və ticarət müharibəsi göstərdi ki, xarici iqtisadi əlaqələrin genişlənməsi şəraitində BIM-rin tənzimlənməsi mexanizminin olmaması bir çox ölkələrin milli iqtisadiyyatında əlaqələndirmənin artmasına səbəb olur ki, bu da ölkələrin özlərinin razılaşmadığı hərəkətlər ilə dünya bazarının heç nə ilə məhdudlaşmadığı qeyri-mütəşəkkil şəraitdə onlara nə kimi ziyan göstərəcəyi aydın olur.
Dünya bazarı və milli iqtisadiyyatın mövcud olan sıxlıq dərəcəsi II Dünya müharibəsində də nümayiş etdirilmişdir. Onun nəticəsi olaraq dövlətlərarası iqtisadi əməkdaşlığın inkişafını ləngidən Avropa regional bazarlarının dağılmasına
səbəb olmuşdur. Təhlil və fikirlər ölkələrin qarşılıqlı asılılığının artması, elmi bilikləri irəli vermiş BIM-rin universal beynəlxalq ilk növbədə valyuta-maliyyə münasibətlərinin vahid obrazda olmasının vacibliyini göstərirdi.
1944-cü ilin iyul ayında BMT-nin təşəbbüsü ilə Bretton-Vudsda (ABŞ) çağırılan beynəlxalq valyuta-maliyyə konfransında beynəlxalq valyuta-maliyyə münasibətlərinin tənzimlənməsi üçün iki universal ixtisaslaşmış beynəlxalq təşkilatın yaradılması haqqında qərar qəbul edildi. Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı (BYIB). Bu təşkilatların təsis edilməsi ilə valyuta-maliyyə sistemlərinin formalaşması başlayır: birinci, ölkələrin valyuta, maliyyə-kredit münasibətlərinin müxtəlifliyi, ikinci bu münasibətləri tənzimləyən institutlar. Beynəlxalq maliyyə institutlarının yaradılması bir tərəfdən valyuta-maliyyə sistemlərinin formalaşdırılması və qurulması, digər tərəfdən beynəlxalq iqtisadi münasibətlərin həllində yeni metodların baş verməsini göstərirdi.
Bretton Vuds razılaşmasının imzalanması kredit-maliyyə və valyuta münasibətlərinin tənzimləmə mexanizmlərinin formalaşdırılması, dünya valyuta bazarının əlaqələndirilməsi (BYIB-BVB) və beynəlxalq ticarətin tənzimlənməsinin (GATT) əsasını qoymuşdur.
50-ci illərin axırlarında regional bankların və inkişaf fondlarının yaradılması əlavə edilmişdir ki, bunlar da müəyyən regionlarda məhdudlaşırdı. 60-cı illərin ortalarına beynəlxalq inkişaf bankının fəaliyyəti qlobal xarakterliyi qəbul edir və bütün qitələri – Amerikanı, Afrikanı, Asiyanı, Avropanı əhatə edir. Beynəlxalq əmanət inkişaf banklarının yaradılması isə beynəlxalq valyuta-maliyyə sisteminin sonrakı inkişafına imkan vermişdir.
Dövlətlərarası əmanət bankları içərisində 1960-cı ildə təsis edilmiş iqtisadi inteqrasiyası üzrə Mərkəzi Amerika Bankı və 1970-ci ildə öz fəaliyyətinə başlamış Karib Inkişaf Bankı nisbətən əhəmiyyətli hesab edilir. Afrikada əmanət bankı nisbətən sonralar yaranmışdır. 1967-ci ildə Şərqi Afrika Inkişaf Bankı, 1974-cü ildə Afrikanın Iqtisadi Inkişafı üçün Ərəb Bankı, 1975-ci ildə Mərkəzi Afrika dövlətlərinin Inkişaf Bankı və Islam Inkişaf Bankı, 1976-cı ildə Böyük Göl dövlətlərinin inkişaf bankı müəyyən dərəcədə əhəmiyyətli hesab edilir. 1976-cı ildə Avropada Şimal Investisiya Bankı təsis edilmişdir.
Banklarla paralel olaraq dünyanın aparıcı regionlarında məqsəd və vəzifələri ilə beynəlxalq maliyyə təşkilatlarına yaxın olan müxtəlif iqtisadi inkişaf, iqtisadi inteqrasiya fondları yaradılmışdır. Beynəlxalq inkişaf bankları assosiasiyasının məlumatlarına görə dünyada onlarla beynəlxalq banklar, fondlar və digər kredit-maliyyə inkişaf institutları fəaliyyət göstərir.
Demək olar ki, bütün regional təşkilatlar BMT-rı sistemi ilə bağlıdır. Onların əməkdaşlığı BMT-nin regional iqtisadi komissiyalarının köməkliyi ilə həyata keçirilir. 1946-cı ildə BMT-nin Baş Assambleyasının I sessiyasında BMT-nin iqtisadi və sosial şurası çərçivəsində ayrı-ayrı coğrafi rayonlarda BMT-nin siyasətinin həyata keçirilməsində məsul olan iqtisadi təşkilatların yaradılması haqqında qərar qəbul edildi. Lakin 1947-1948-ci illərdə Avropa Iqtisadi komissiyası, Asiya və Uzaq Şərq, Latın Amerikası və 1958-ci ildə Afrika üçün iqtisadi komissiya təsdiq edilirdi. BMT-nin regional komissiyası fəaliyyət rayonlarında əlaqələndirmə funksiyasını həyata keçirir. Bu qayda BMT-nin regional iqtisadi komissiyasının rolunu gücləndirmək, BMT-nin iqtisadi və sosial fəaliyyətinin qeyri-mərkəzləşdirilməsi haqqında Baş Assambleyanın bəyannaməsində qeyd edilmiş komissiyalar haqqında qaydalarla möhkəmləndirilmişdir.
BVF və BYIB-nın müəssisələri yalnız valyuta-maliyyə sisteminin formalaşdırılması üçün bir göndərmə nöqtəsi olaraq almadı. O əvvəllər beynəlxalq münasibətlərdə çox mərkəzlilikdən az mərkəzliliyə keçməyi göstərirdi.
60-cı illərin axırları 70-ci illərin əvvəlləri dünya təsərrüfatı çox sayda böhranlar keçirdi. Qızıl dollar standartına əsaslanan dünya maliyyə sistemi dağılmağa başladı. Bu vəziyyət iqtisadiyyatın, o cümlədən valyuta-maliyyə münasibətlərinin beynəlxalq tənzimlənməsinin qurulmasında, təşkilində və metodlarında ciddi dəyişikliklər edilməsini tələb edirdi. Bu dövrdə valyuta-maliyyə münasibətlərinin çoxtərəfli tənzimlənməsi prosesində BUIB və BVF-nun rolu nəinki gücləndirilir, eyni zamanda yeni funksiyalar əlavə edilir. Beynəlxalq maliyyə təşkilatları ölkələrin milli makroiqtisadi siyasətini istiqamətləndirmək üçün aktiv iştirakçıya çevrilirdi.
Hazırda dünya valyuta-maliyyə sistemində əsas yerlərdin birini tutan, beynəlxalq kapitalın hərəkətinin tənzimlənməsini və istiqamətləndirilməsini həyata keçirən vahid kredit-maliyyə siyasəti işləyib hazırlayan geniş maliyyə institutları sistemi yaradılmışdır. Maliyyə institutlarının fəaliyyəti onun çoxhəlqəliliyi ilə əlaqələndirilir. Dövlət və xüsusi kapitalın dolaşan olunması, beynəlxalq maliyyə təşkilatlarının öz layihələrinin maliyyələşdirməyə, müxtəlif sahələrdə maliyyənin inkişaf proqramının, xüsusi kapitalın dünya bazarlarında borc kapitalına cəlb olunması onun əsas xüsusiyyətlərini təşkil edir. Beynəlxalq maliyyə institutlarının ümumiləşdirilmiş sistemi aşağıdakılardır:
- dünya miqyasında valyuta-maliyyə məsələləri ilə məşğul olan (BVF, Ümumdünya bankının təşkilati qrupu) BMT-nin ixtisaslaşmış müəssisələri;
- fəaliyyət sferası müəyyən regionlarla məhdudlaşan regional inkişaf bankları;
- bu və ya digər borcluya – kreditora tənzimləyici və vahid şəklə salmaq yolu ilə yaxınlaşmalar (hökumət və ölkələrin qeyri-formal kreditorlər birliyi) Paris klubu;
- London klubu xüsusi kommersiya banklarını borclulara qarşı birgə siyasət işləyib hazırlayan birləşmiş nəhəng xüsusi kreditorları;
- əmanət inkişaf bankları;
- öz fəaliyyətini iki əsasda həyata keçirən dövlətlərarası təşkilatlar.
Beləliklə, bu gün dünya valyuta-maliyyə sistemi iqtisadi və hüquqi bir kateqoriya olmaqla çoxsahəli və inkişaf edən bir faktor kimi özünü təqdim edir.
Əməkdaşlığın həyata keçirilməsi çərçivəsində valyuta-maliyyə institutları, Beynəlxalq valyuta-maliyyə sistemi özü kimi qarşılıqlı olaraq bir-birinə təsir göstərməyə diqqət yetirirlər. Sistemin hüquqi əsasını beynəlxalq və dövlətdaxili hüququn məcmusunu təşkil edir və bunun köməkliyi ilə beynəlxalq münasibətlərdə valyuta tənzimlənməsi, kreditləşmə və maliyyələşdirmə həyata keçirilir.
Öyrənmək üçün biz nisbətən əhəmiyyət kəsb edən dünya iqtisadiyyatında mühüm rol oynayan və bizim ölkə üçün müəyyən maraq təqdim edən beynəlxalq maliyyə təşkilatları seçmişik.
- Teqlər:
- valyuta-maliyyə münasibətləri
Comments are closed, but trackbacks and pingbacks are open.