Press "Enter" to skip to content

İsfəndiyar Bəhlul oğlu Ağayev

Əliabbas Qədirov – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru

TARİX ONU YARADANLARI YAŞADIR, BÖHTANÇILARI, İFTİRAÇILARI YOX!
ÖLKƏMİZİN GÖRKƏMLİ ALİMLƏRİ, TANINMIŞ ALİ MƏKTƏB İŞÇİLƏRİNİN “AMALÇI”LARA CAVABI BELƏDİR: AZƏRBAYCANDA ALİ TƏHSİLİN İNKİŞAFINDA, ÖLKƏNİN İNTELLEKTUAL VƏ KADR POTENSİALININ YÜKSƏLİŞİNDƏ MÜSTƏSNA XİDMƏTLƏRİ OLAN TARİXİ ŞƏXSİYYƏT, QÜDRƏTLİ DÖVLƏT XADİMİ PREZİDENT HEYDƏR ƏLİYEVƏ QARŞI DAĞIDICI MÜXALİFƏTİN BAŞLADIĞI İZDƏNİRAQ BÖHTAN KAMPANİYASI İFLASA MƏHKUMDUR.

Azərbaycan bu gün tarixi hadisə – növbəti prezident seçkiləri ərəfəsindədir. Adətən, belə hadisələr ölkənin siyasi həyatında müəyyən canlanmaya səbəb olur. Əfsuslar olsun ki, dövlətçiliyimiz üçün taleyüklü belə bir tarixi məqamda ictimai-siyasi meydanda o qədər də tanınmayan, xalqın dəstəyini almayan, özünü “Amal” ziyalılar hərəkatı” adlandıran bir qrup şəxs müxalifət mətbuatında ziyalılar adından bəyanat verərək, ölkəmizin Prezidentinin ünvanına böhtanlar yağdırır, onun səhhəti ilə bağlı milli əxlaq normalarına, ziyalılığa zidd olan fikirlər söyləməkdən belə çəkinmirlər. Əslində bu şəxslər qarşıdan gələn prezident seçkilərini anarxiyaya çevirməyə cəhd edən dağıdıcı müxalifətin əlində oyuncağa, siyasi maraqların girovuna çevriliblər. Özünü ziyalı adlandıran şəxslər bilməli idilər ki, Azərbaycanda ali təhsilin, elmin inkişafında, Vətənimizdə milli kadr potensialının, ölkənin intellektual potensialının üstün inkişafında, ali məktəb şəbəkəsinin genişlənməsində müstəsna xidmətləri olan, sözün geniş mənasında xalq ziyalısı olan Prezidentimizin səhhəti mövzusunu siyasi möhtəkirlik vasitəsinə çevirmək yumşaq desək, mənəviyyatsızlıqdan, Azərbaycan ziyalılığına hörmətsizlikdən başqa bir şey deyildir.

Biz, Azərbaycanın ali təhsil işçiləri “Amalçı”ların ölkəmizin Prezidentinə ünvanlanmış həmin bəyanatını dağıdıcı müxalifət partiyaları və onların himayəsində olan mətbuat orqanlarının diktəsi ilə hazırlandığını qeyd edir, respublikamızda ictimai-siyasi sabitliyi pozmağa, anarxiya və xaos yaratmağa yönəlmiş təxribata cəhd kimi dəyərləndirir, onu qətiyyətlə pisləyir, Azərbaycan təhsilinin parlaq sabahının təminatçısı, milli dövlətçiliyimizin qarantı olan Prezident Heydər Əliyevin siyasi kursunu yekdilliklə dəstəklədiyimizi bir daha bəyan edirik.

Tarix və zaman çoxdan sübut etmişdir ki, Heydər Əliyev hakimiyyətdə olduğu bir qərinə ərzində hər zaman təhsilin inkişafı keşiyində duraraq, ona ölkənin intellektual və kadr potensialı yüksəlişinin əsas amili kimi baxmış, respublikada ali məktəb şəbəkəsinin genişləndirilməsini siyasi və dövlətçilik fəaliyyətinin ana xətti hesab etmişdir.

Əslində Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri – Əliyev epoxası milli təhsilimizin əsas sahələrindən olan ali təhsilin əsl intibah dövrü kimi qavranılır. Azərbaycana ilk rəhbərliyi dövründə 5 yeni ali məktəbin yaradılması, keçmiş SSRİ-nin tanınmış ali məktəblərində respublikanın gələcək inkişafı yolunda misilsiz tarixi xidmət olan 15 mindən artıq yüksək ixtisaslı milli kadrların yetişdirilməsi, ali məktəblərdə mənəvi iqlimin saflaşdırılması, yüzlərlə ali məktəb işçisinə fəxri adların, orden və medalların verilməsi və s. bu kimi qlobal işlər Heydər Əliyev şəxsiyyətinin vətən və millət qarşısında tarixi xidmətləridir. Bunları görməmək, onları qiymətləndirməmək milli amaldan, milli mənafedən uzaq olmaq siyasi korəfəhlilik deyil, bəs nədir.

Prezident Heydər Əliyevin 1993-cü ilin iyununda ölkə rəhbərliyinə xilaskar missiyalı qayıdışı Azərbaycan dövlətçiliyini dağılmaqdan, millətimizi parçalamaqdan xilas etdiyi kimi, ali təhsil müəssisələrini, bütövlükdə təhsil sistemini böhran vəziyyətindən çıxardı. İndiki müxalifətin bərbad vəziyyətə saldığı dövlət ali təhsil məktəblərinin normal ahəngini bərpa etdi. Bu həqiqəti görməmək insafsızlıq, ədalətsizlik olardı ki, dövlət ali məktəblərində ödənişli təhsilə məhz möhtərəm Prezidentimizin xeyir-dua verməsi ali məktəblərimizin maddi-texniki bazasının möhkəmlənməsinə, ali məktəb işçilərinin sosial təminatının yaxşılaşmasına kömək etdi.

Müstəqillik illərində Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörənliyi ilə ali təhsil sahəsində də uğurlu islahatlar aparılmış, onun qayğısı sayəsində vaxtilə xəyal olan milli hərbi təmayüllü ali təhsil müəssisələrinin şəbəkəsi yaradılmış, 6 aparıcı ali məktəbə müstəqil idarəetmə statusu verilmiş, yeni ali təhsil müəssisələri açılmış, bir çox ali məktəbin elmi tədris statusu artırılmış, xarici ölkələrdə təhsil alan gənclərimizin sayı artmış, nüfuzlu özəl ali məktəblərimiz formalaşmışdır. Bu tarixi reallığı hamı təsdiq edir ki, Azərbaycanın son 33 ildə milli kadr potensialının, ölkənin intellektual səviyyəsinin ölçüyəgəlməz dərəcədə yüksəlişində möhtərəm Heydər Əliyevin misilsiz xidmətləri vardır. Əslində bu dövrdə milli tariximizdə, xüsusən xalqımızın mədəni inkişaf salnaməsində yaxşı nə varsa, təhsilimizdə hansı uğurlar, yeniliklər varsa, hamısı müdrik insan, xalqın inkişaf və tərəqqi yoluna hər zaman işıq tutan həqiqi ziyalı Prezident Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının gözləri qarşısında baş verən bu həqiqətləri görmədən, qiymətləndirmədən, millətimizin inam və güvənc yeri olan Prezident Heydər Əliyevin səhhəti mövzusunu siyasi alver vasitəsinə çevirənləri, uca ziyalı adına ləkə gətirənləri, ziyalılığı hörmətdən salanları xalqı çaşdırmamağa, ziyalıların adından danışmamağa, haqq yoluna gəlməyə dəvət edirik.

Biz, ölkənin bütün təhsil işçiləri ilə, bütün xalqımızla birgə qarşıdan gələn prezident seçkilərində milli liderimiz Heydər Əliyevə – Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəyik.

Azərbaycanın müasir tarixinə öz əbədi imzasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya azərbaycanlılarının iftixarı möhtərəm Heydər Əliyev pak, müdrik insandır, tarixi şəxsiyyətdir. Azərbaycan dövləti və xalqı qarşısında, ölkənin intellektual və kadr potensialının yüksəlişində, təhsilin üstün inkişafında müstəsna xidmətləri olan İnsanın ünvanına qara yaxanlar, böhtan və iftira yağdıranlar gec-tez iflasa uğrayacaq, tarix səhnəsindən izsiz-soraqsız silinəcəklər. Bu, tarix və zamanın əbədi və dəyişməz qanunudur. Bu adi həqiqəti dərk etməyənlərə yazıqlar olsun!

Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü

Əhliman Əmiraslanov – Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü

Siyavuş Qarayev – Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

Əli Abbasov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, AMEA-nın müxbir üzvü

İsa Həbibbəyli – Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü

İsmayıl Hacıyev – AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor

Bəhlul Ağayev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor

Havar Məmmədov – Azərbaycan Texniki Universitetinin rektoru, professor

Gülçöhrə Məmmədova – Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının professoru

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru, professor

Ağacan Abiyev – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, fəxri idman ustası, professor

Kamal Abdullayev – Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, professor

İsa Məmmədov – Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun direktoru, dosent

Səməd Seyidov – Azərbaycan Dillər Universitetinin rektoru, professor

Akif Hacıyev – Mingəçevir Politexnik İnstitutunun rektoru, dosent

Nadir Qəhrəmanov – Sumqayıt Dövlət Universitetinin rektoru, professor

Timurçin Əfəndiyev – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor

Mübariz Yusifov – Gəncə Dövlət Universitetinin rektor əvəzi, professor

Məmmədtağı Cəfərov – Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü

Telman Məlikov – Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, professor

Səlahəddin Xəlilov – “Azərbaycan” Universitetinin rektoru, professor

Elşad Abdullayev – Azərbaycan Beynəlxalq Universitetinin rektoru

Əhməd Vəliyev – “Odlar Yurdu” Universitetinin rektoru

Müşviq Atakişiyev – Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rektoru

Hamlet İsaxanlı “Xəzər” Universitetinin rektoru

İsmayıl Əliyev – Naxçıvan Özəl Universitetinin rektoru

Ağarəhim Rəhimov – Bakı Ali Pedaqoji Qızlar Seminariyasının rektoru, professor

Rasim Nəbiyev – Ali İctimai-Siyasi Kollecin rektoru

Eldar Zülfüqarov – Kooperasiya Universitetinin rektoru

Cəlil Nağıyev – Bakı Asiya Universitetinin rektoru, professor

İbad Abbasov – Bakı Biznes Universitetinin rektoru, professor

Nazim Hüseynli – Ali Diplomatiya Kollecinin rektoru

Jalə Qəribova – Qərb Universitetinin prorektoru

Baba Babayev – Müstəqil Azərbaycan Universitetinin prorektoru

Hüseyn Qaraşov – Əmək və Sosial Münasibətlər Akademiyası Bakı Filialının direktoru

Məmmədhənifə Musayev – Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi, dosent

Fuad Qasımzadə – Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın həqiqi üzvü

Yusif Məmmədov – Bakı Dövlət Universitetinin dekanı, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

Vasif Babazadə – Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

Vasim Məmmədəliyev – Bakı Dövlət Universitetinin dekanı, AMEA-nın müxbir üzvü

Müseyib Müseyibov- Bakı Dövlət Universitetinin dekanı, professor, əməkdar elm xadimi

Rəsul Muradov – Bakı Dövlət Universitetinin dekanı, professor

Ağavəli İbrahimov – Bakı Dövlət Universitetinin dekanı, professor

Yaqub Mahmudov – Bakı Dövlət Universitetinin dekanı, professor, əməkdar elm xadimi

Məhəmməd Mehdiyev – Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü

Abuzər Xələfov – Bakı Dövlət Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, professor

Qəmbər Namazov – Bakı Dövlət Universitetinin dekanı, professor

Həmid İmanov – Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Məmmədəli Zeynalov – Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Sabir Əliyev – Azərbaycan Tibb Universiteti, əməkdar müəllim, professor

Rafiq Məmmədhəsənov – Azərbaycan Tibb Universiteti, əməkdar elm xadimi, professor

Məmməd Nəsirov – Azərbaycan Tibb Universiteti, əməkdar elm xadimi, professor

Abbas Axundbəyli – Azərbaycan Tibb Universiteti, əməkdar elm xadimi, professor

İbrahim İsayev – Azərbaycan Tibb Universiteti, professor

Ağabəy Sultanov – Azərbaycan Tibb Universiteti, professor

Zəhra Quliyeva – Azərbaycan Tibb Universiteti, professor

Bağır Bağırov – Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

Rafiq Quliyev – Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, AMEA-nın müxbir üzvü,

Səfərəli Babayev – Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü

Sadıq Vəliyev – Azərbaycan Müəllimlər İnstitutu Naxçıvan filialının direktoru, dosent

Raya Nəcəfova – Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının direktoru, dosent

Əlizadə Nəcəfov – Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının direktoru, dosent

Mail Aslanov – Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının direktoru, dosent

Rafiq Rəsulov – Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının direktoru, dosent

Vədud Məmmədov – Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad filialının direktoru, dosent

Məmməd Əliyev – Azərbaycan Müəllimlər İnstitutu Quba filialının direktoru, professor

Səfər Raziyev – Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının direktoru, dosent

İsa Veysov – Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının direktoru, dosent

Aslan Dəmirov – Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının direktoru, dosent

Ramiz Məmmədov – Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının direktoru, professor

Allahverdi Eminov – Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının direktoru, dosent

Abdulla Mehrabov – Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru

Ramiz Hümbətov – Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru, professor

Vaqif Sadıqov – “Odlar Yurdu” Universitetinin prorektoru, professor

Samir Vəliyev – “Odlar Yurdu” Universitetinin prorektoru, dosent

Veysəl Əyyubov – Mingəçevir Politexnik İnstitutunun prorektoru

Orucəli Rzayev – Gəncə Dövlət Universitetinin prorektoru, dosent

Rafiq Sadıqov – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru

Zeydulla Ağayev – Azərbaycan Dillər Universitetinin prorektoru, professor

Natiq Yusifov – Azərbaycan Dillər Universitetinin prorektoru, professor

İlham Mərdanov – Azərbaycan Dillər Universitetinin prorektoru, professor

Arif Şərifov – Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru, professor

Ramiz Quliyev – Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının prorektoru, dosent

Cəlil Hüseynov – Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru

Dilqəm Quliyev – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru

Mircəfər Həsənov – Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, professor

Rafiq Qəndilov – Təhsil Problemləri İnstitutunun direktor müavini

Yəhya Kərimov – Təhsil Problemləri İnstitutunun direktor müavini, professor

Sevindik Vəliyev – Naxçıvan Dövlət Universitetinin dekanı, filologiya elmləri doktoru

Mərziyə Ağayeva – Naxçıvan Dövlət Universiteti beynəlxalq əlaqələr şöbəsinin müdiri

Məmməd Bektaşi – Naxçıvan Dövlət Universiteti, əməkdar müəllim, dosent

Həsən Balıyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor

Qardaşxan Orucov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Ələkbər Qurbanov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Süleyman Məmmədov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Himalay Qasımov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin rofessoru

Fərrux Ramazanov – Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Rəhim Şükürov – Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Zərifə İsgəndərzadə – Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Əsgər Tağızadə- Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Arif Məmmədov – Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor

Davud Axundov – Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru

Knyaz Əliyev – Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru

Həbib Ocaqov – Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru

Yaqub Piriyev – Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti

Əbülfəz Qasımov – Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

Maqsud Cəlilov – Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, əməkdar müəllim

Tofiq Quliyev – Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

İsmayıl Feyzullabəyli – Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

Həsən Allahverdiyev – Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

Arif Babayev – Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti

Rafiq İmrani – Azərbaycan Milli Konservatoriyasının professoru

Şəfiqə Eyvazova – Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti

Ağaverdi Paşayev – Azərbaycan Milli Konservatoriyasının professoru

Vaqif Əbdülqasımov – Azərbaycan Milli Konservatoriyasının professoru

Arif Məlikov – Bakı Musiqi Akademiyasının professoru

Fidan Qasımova – Bakı Musiqi Akademiyasının professoru

Xuraman Qasımova – Bakı Musiqi Akademiyasının professoru

Vasif Adıgözəlov – Bakı Musiqi Akademiyasının professoru

Azər Rzayev – Bakı Musiqi Akademiyasının professoru

Mais Ağabəyov – Azərbaycan Rəssamlıq Akademiyasının professoru

Nadir Əbdürrəhmanov – Azərbaycan Rəssamlıq Akademiyasının professoru

Böyükağa Mirzəzadə – Azərbaycan Rəssamlıq Akademiyasının professoru

Fuad Salayev – Azərbaycan Rəssamlıq Akademiyasının professoru

Oqtay Ağayev – Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının dekanı, fəxri idman ustası, professor

Bəhram Nərimanov – Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri, fəxri idman ustası, professor

Zeynəb Rzayeva – Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti

Oqtaq Rzaquliyev – Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Cahangir Məmmədov – Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Bela Musayeva – Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Məmməd Qocayev – Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Əkrəm Əliyev – Bakı Slavyan Universitetinin kafedra müdiri, professor

Nurəddin Kazımov – Azərbaycan Dillər Universitetinin professoru

Mehparə Qaibova – Azərbaycan Dillər Universitetinin professoru

Xalid Qurbanov – Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Əhməd Həsənov – Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Rəhim Mehdiyev – Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Mirzə Əliyev – Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Ələddin Əsgərov – Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının professoru

Akif Salehov – “Odlar Yurdu” Universitetinin dekanı, professor

Tərlan Abdullayev – “Odlar Yurdu” Universitetinin dekanı, professor

Fikrət Seyidov – “Odlar Yurdu” Universitetinin kafedra müdiri, professor

Arif Bədəlov – Mingəçevir Politexnik İnstitutunun kafedra müdiri

Sadəddin Sərdarlı – Mingəçevir Politexnik İnstitutunun kafedra müdiri

Saleh İbrahimov – Mingəçevir Politexnik İnstitutunun kafedra müdiri

Firudin Məmmədov – Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü

Həsən Sadıqov – Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, professor

Əkbər Ağayev – Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, professor

Ramiz Sultanov – Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, professor

Sadıq Şükürov – Gəncə Dövlət Universitetinin professoru

Əhəd Nəbiyev – Azərbaycan Texnologiya Universitetinin professoru

Oruc Abdullayev – Azərbaycan Texnologiya Universitetinin professoru

Əliabbas Qədirov – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru

Eldar Quliyev – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru

Cənnət Səlimova – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru

Ələkbər Məmmədov – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, professor

Canəli Əkbərov – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor

Şəmistan Mikayılov – Təhsil Problemləri İnstitutunun şöbə müdiri, professor

Akif Abbasov – Təhsil Problemləri İnstitutunun şöbə müdiri, professor

İsfəndiyar Bəhlul oğlu Ağayev

✯ 9 iyun 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.

✯ 1980–1990-cı illərdə Bakı şəhəri Məmməd Rahim adına 7 saylı orta məktəbdə təhsil alaraq, həmin məktəbi qızıl medalla bitirmişdir.

✯ 1990–1995-cı illərdə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” fakültəsində təhsil alaraq, həmin fakültəni “Beynəlxalq hüquq üzrə mütəxəssis” və “İngilis dili üzrə tərcüməçi-referent” ixtisasları ilə bitirmişdir..

✯ 1996-cı ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində tərcüməçi işləmişdir.

✯ 1996–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutunda “Cinayət hüququ” ixtisası üzrə aspirant olmuşdur.

✯ 1998–2000-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ məsələləri şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.

✯ 2000–2002-ci illərdə Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasında müəllim vəzifəsində çalışmışdır.

✯ 2002–2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində xidmətdə olaraq, hərbi təhsil və zabit rütbəsi almışdır.

✯ 2003-cü ildən hal-hazıradək Bakı Dövlət Universitetinin “Cinayət hüququ və kriminologiya” kafedrasında dosent vəzifəsində çalışır.

✯ Ailəlidir, üç övladı var.

ELMİ DƏRƏCƏ VƏ ADLARI

✯ 2000-ci ildə “Residiv cinayətlərə görə məsuliyyət barəsində cinayət-hüquq normalarının təkmilləşdirilməsi problemləri” mövzusunda namizədlik dissertasiyasını Moskva Dövlət Hüquq Akademiyasında müdafiə etmişdir.

✯ 2003-cü ildə dosent elmi adına layiq görülmüşdür.

TƏDRİS ETDİYİ FƏNLƏR

✯ Azərbaycan Respublikasının Cinayət hüququ. Ümumi hissə (ingilis dilində)

✯ Azərbaycan Respublikasının Cinayət hüququ. Xüsusi hissə (Azərbaycan və ingilis dillərində)

✯ Azərbaycan Respublikasının Cəza-icra hüququ (ingilis və rus dillərində)

TƏDQİQAT SAHƏLƏRİ

✯ Azərbaycan Respublikası cinayət və cəza-icra qanunvericiliyinin təkmilləşdirilməsi problemləri

✯ Rusiya Federasiyası cinayət və cəza-icra qanunvericiliyinin təkmilləşdirilməsi problemləri

✯ Cinayət tərkibinin tətbiqi problemləri

✯ Cinayətlər çoxluğunun tövsifi problemləri

✯ Xarici dövlətlərin cinayət qanunvericiliyi

✯ Müqayisəli cinayət hüququ

✯ Xarici dövlətlərin penitensiar qanunvericiliyi

✯ Müqayisəli penitensiar hüququ

MÜHÜM NAİLİYYƏTLƏRİ

✯ Üç dildə: Azərbaycan, rus və ingilis dillərində mühazirə və seminar məşğələləri keçirir.

✯ Cinayət hüququnun və Cəza-icra hüququnun müxtəlif problemləri ilə bağlı, ümumi həcmi 500 çap vərəqi (6661 səhifə) olan 17 kitabın — 2 dərslik-monografiyanın, 6 monografiyanın, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qrifi ilə yazılan 7 dərsliyin və 2 dərs vəsaitinin, habelə 100-dən artıq elmi məqalənin müəllifidir.

✯ Azərbaycan bölməsi üzrə: “Azərbaycan Respublikasının Cinayət hüququ (Ümumi və Xüsusi hissələr)”, “Azərbaycan Respublikasının Cəza-icra hüququ. Ümumi hissə”, “Azərbaycan Respublikasının Cəza-icra hüququ. Xüsusi hissə”, rus bölməsi üzrə: “Уголовное право Азербайджанской Республики (Общая и Особенная части)”, “Уголовно-исполнительное право Азербайджанской Республики”, ingilis bölməsi üzrə: “Criminal law. The General part” adlı dərsliklərin müəllifidir.

✯ İ.B.Ağayev 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə ali məktəblər üçün dərslik kimi təsdiq olunmuş, Almaniyanın Leypsiq Universitetinin nəşriyyatında çap edilmiş “Criminal Law. The General Part” (Cinayət hüququ. Ümumi Hissə) adlı kitabın müəllifidir.

✯ İ.B. Ağayevin Almaniyanın Leypsiq Universitetinin nəşriyyatlarında 875 səhifəlik “Russian Criminal law” və “Russian Penitentiary law” adlı kitabları ingilis dilində çap edilmişdir.

BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

✯ 2018 — Moskva: “Cinayət hüququ konqresi”

✯ 2018 — Utrext: “Avropa İttifaqında məhkumların ekstradisiyası”

✯ 2017 — Moskva: “Cinayət hüququnun XXI əsrdə inkişaf strategiyaları”

✯ 2017 — Saloniki: “İnsan alveri və seksual zorakılığa qarşı mübarizə”

✯ 2017 — Sürix: “Anti-Korrupsiya”

✯ 2017 — Lissabon: “Transmilli cinayətkarlığa qarşı mübarizə”

✯ 2017 — Milan: “Anti-Korrupsiya”

✯ 2016 — Brüssel: “Avropa Cinayət hüququnun zəruri balansları”

✯ 2016 — Münhen: “Siyasətçilərin cinayət məsuliyyəti”

✯ 2016 — Oslo: “Anti-Korrupsiya”

✯ 2016 — Strasburq: “Həbsdə saxlama ilə bağlı şəraitin yaxşılaşdırılmasında Strasburq məhkəməsinin və milli məhkəmələrin rolu”

✯ 2016 — Frankfurt: “Anti-Korrupsiya”

✯ 2015 — Kopenhagen: “Avropa cinayət hüququ və ədalət mühakiməsi: perspektivlər və problemlər”

✯ 2015 — London: “Anti-Korrupsiya”

✯ 2015 — Berlin: “Transmilli cinayətkarlığa qarşı mübarizə”

✯ 2014 — Lüksemburq: “Avropada iqtisadi və maliyyə sahəsində törədilən cinayətlərə qarşı mübarizə”

✯ 2013 — Frankfurt: “Cinayət hüququ ilə inzibati hüququn sərhədləri problemləri”

✯ 2012 — Brüssel: “Ədalət mühakiməsində və polisdə cinayət törədilməsi ilə əlaqədar məlumatların istifadəsi”

✯ 2011 — Brüssel: “Avropa İttifaqında terrorizmə qarşı mübarizənin milli qanunvericiliklərə təsiri”

✯ 2010 — Paris: “Transmilli cinayətkarlığa qarşı mübarizə”

✯ 2009 — Vyana: “İnsan hüquqları konqresi”

SEÇİLMİŞ ƏSƏRLƏRİ

A) Dərslikləri:

✯ Russian Penitentiary law. Almaniya: “Leypsiq Universitetinin nəşriyyatı”, 2018. 33 ç/v (380 səh.).

✯ Azərbaycan Respublikasının Cinayət hüququ. Xüsusi hissə. Bаkı: “Nurlar” nəşriyyatı, 2018. 31 ç/v (488 səh.).

✯ Russian Criminal law. Almaniya: “Leypsiq Universitetinin nəşriyyatı”, 2017. 76 ç/v (875 səh.).

✯ Criminal law. The General part. Almaniya: “Leypsiq Universitetinin nəşriyyatı”, 2015. 32 ç/v (360 səh.).

✯ Azərbaycan Respublikasının Cəza-icra hüququ. Xüsusi hissə. Bаkı: “Nurlar” nəşriyyatı, 2011. 30 ç/v (472 səh.).

✯ Azərbaycan Respublikasının Cinayət hüququ. Ümumi və Xüsusi hissələr. Bаkı: “Nurlar” nəşriyyatı, 2010. 68 ç/v (832 səh.).

✯ Уголовное право Азербайджанской Республики (Rusiya Federasiyasının əməkdar elm xadimi, akademik V.P.Revinlə birgə). Мoskva, “Юристъ” nəşriyyatı, 2009. 56 ç/v (684 səh.).

✯ Уголовно-исполнительное право Азербайджанской Республики. Мoskva, “Юристъ” nəşriyyatı, 2008. 28 ç/v (463 səh.).

✯ Azərbaycan Respublikasının Cəza-icra hüququ. Ümumi hissə. Bаkı: “Təhsil” nəşriyyatı, 2007. 23 ç/v (360 səh.).

B) Dərs vəsaitləri:

✯ Состав преступления: понятие, элементы, значение. Мoskva, “Юристъ” nəşriyyatı, 2008. 21 ç/v (335 səh.).

✯ Cinayət tərkibi. Bаkı: “Təhsil” nəşriyyatı, 2005. 31 ç/v (496 səh.).

C) Monoqrafiyaları:

✯ Русское Пенитенциарное право. Almaniya: “Leypsiq Universitetinin nəşriyyatı”, 2018. 9 ç/v (88 səh.)

✯ Русское Уголовное право. Almaniya: “Leypsiq Universitetinin nəşriyyatı”, 2017. 9 ç/v (88 səh.)

✯ Problems of multiplicity of crimes in the criminal legislations of the Russian Federation and the Azerbaijan Republic. Almaniya: “Leypsiq Universitetinin nəşriyyatı”, 2016. 22 ç/v (272 səh.).

✯ Проблема повторности в уголовном праве. Мoskva, “Юристъ” nəşriyyatı, 2004. 10 ç/v (160 səh.).

✯ Совокупность преступлений: понятие, виды, наказуемость. Мoskva, “Проспект” nəşriyyatı, 2003. 13 ç/v (200 səh.).

✯ Рецидив в системе множественности преступлений. Мoskva, “Юристъ” nəşriyyatı, 2002. 7 ç/v (108 səh.).

D) Məgalələri:

✯ Crimes encroaching on the authority of government and inviolability of the State Border of the Russian Federation // “Пробелы в Российском законодательстве” hüquq jurnalı. Мoskva, 2017, № 1, səh. 252–259.

✯ Criminalization of acts infringing the established order for implementation of business activity under modern conditions // “Проблемы экономики и юридической практики” iqtisadi-hüquqi jurnal. Мoskva, 2017, № 1, səh. 149–154.

✯ Confiscation of property under Russian criminal legislation // “Пробелы в Российском законодательстве” hüquq jurnalı. Мoskva, 2016, № 8, səh. 438–441.

✯ Encroachments on the established order for foreign economic activity // “Бизнес в законе” iqtisadi-hüquqi jurnal. Мoskva, 2016, № 1, səh. 370–373.

✯ Fighting bribery in the Azerbaijan Republic. London: “Financial Regulation International” iqtisadi-hüquqi jurnal. Sentyabr, 2015, səh. 3–17.

✯ Subject of crime and its obligatory features // “Qanun” hüquq jurnalı. Bakı, 2015, № 9, səh. 47–53.

✯ Motive and purpose of crime // “Qanun” hüquq jurnalı. Bakı, 2015, № 8, səh. 46–51.

✯ Importance of the objective aspect of crime // “Qanun” hüquq jurnalı. Bakı, 2015, № 7, səh. 74–79.

✯ Mistake in criminal law // “Qanun” hüquq jurnalı. Bakı, 2015, № 6, səh. 67–73.

✯ The problem of insanity in criminal law // Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin Azərbaycan Respublikasının Hüquq Elminin və Təhsilinin İnkişafında Rolu” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfransın Materialları. Bakı, 2015, səh. 141–144.

✯ Stages of committing a crime // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” elmi-analitik və praktiki jurnal. Bakı, 2015, № 3, səh. 72–78.

✯ Causal link between socially dangerous act and socially dangerous consequences // “Qanun” hüquq jurnalı. Bakı, 2015, № 5, səh. 29–33.

✯ Socially dangerous act // “Qanun” hüquq jurnalı. Bakı, 2015, № 4, səh. 82–87.

✯ Criminal law of the Azerbaijan Republic: its essence, system, tasks, functions and principles // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” elmi-analitik və praktiki jurnal. Bakı, 2015, № 1, səh. 63–71.

✯ The general concept of corpus delicti // “Qanun” hüquq jurnalı. Bakı, 2015, № 3, səh. 91–99.

✯ The concept of crime // “Qanun” hüquq jurnalı. Bakı, 2015, № 2, səh. 87–94.

✯ A matter of crime and victim of crime // “Azərbaycanda Hüquqi Dövlət Quruculuğunun Aktual Problemləri” mövzusunda II Beynəlxalq Elmi Konfransın Materialları. Bakı, 2014, səh. 327–330.

✯ The concept and structure of the criminal statute of the Azerbaijan Republic // Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Humanitar elmlər seriyası, № 40. Bakı, 2014, səh. 73–79.

✯ Object of a crime // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” elmi-analitik və praktiki jurnal. Bakı, 2014, № 3, səh. 271–278.

✯ Взаимосвязь уголовно-правового института множественности с множественностью иной отраслевой принадлежности // “Пробелы в Российском законодательстве” hüquq jurnalı. Мoskva, 2010, № 1, səh. 135–141.

✯ Совокупность преступлений, учтенная законодатем по умолчанию // Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Hüquq Elminin Müasir Problemləri” mövzusunda Beynəlxalq Konfransın Materialları. Bakı, 2010, səh. 155–163.

✯ Системные свойства и связи уголовно-правового института множественности // “Черные дыры в Российском законодательстве” hüquq jurnalı. Moskva, 2009, № 6, səh. 88–92.

✯ Реальная совокупность преступлений и предварительная преступная деятельность // “Пробелы в Российском законодательстве” hüquq jurnalı. Мoskva, 2009, № 1, səh. 163–165.

✯ Форма вины как критерий классификации повторности преступлений // “Черные дыры в Российском законодательстве” hüquq jurnalı. Moskva, 2009, № 1, səh. 127–129.

✯ Воздействие обстоятельств, исключающих уголовно-правовые последствия, на множественность преступлений // “Бизнес в законе” hüquq jurnalı. Мoskva, 2009, № 1, səh. 241–245.

✯ Умышленное совершение преступления как обязательный признак опасного и особо опасного рецидива преступлений // “Пробелы в Российском законодательстве” hüquq jurnalı. Мoskva, 2009, № 1, səh. 159–162.

✯ Идеальная совокупность и единичное преступление // “Черные дыры в Российском законодательстве” hüquq jurnalı. Мoskva, 2005, № 1, səh. 111–115.

✯ Юридические признаки повторности преступлений // “Уголовное право” hüquq jurnalı. Moskva, 2005, № 4, səh. 4–7.

✯ Полное либо частичное отбытие назначенного судом наказания за предшествующее преступление — важнейший признак рецидива // “Черные дыры в Российском законодательстве” hüquq jurnalı. Moskva, 2005, № 1, səh. 175–177.

✯ Основания классификации совокупности преступлений // Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu. Sosial-siyasi problemlər. 11-ci buraxılış. Bakı, 2004, səh. 73–80.

✯ Некоторые вопросы конкуренции уголовно-правовых норм // “Черные дыры в Российском законодательстве” hüquq jurnalı. Moskva, 2004, № 2, səh. 128–132.

✯ О видах единичных преступлений // “Qanun” hüquq jurnalı. Bakı, 2004, № 4, səh. 59–63.

✯ Вопросы классификации рецидива преступлений // Pedaqoji Universitet xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2004, № 1, səh. 474–485.

✯ Назначение наказания при множественности преступлений, не связанной с предшествующим осуждением виновного // “Черные дыры в Российском законодательстве” hüquq jurnalı. Moskva, 2004, № 1, səh. 82–91.

✯ О случаях совершения лицом нескольких преступлений // Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti. “Azərbaycan və Azərbaycanlılar” jurnalı. Bakı, 2004, səh. 105–123.

✯ Судимость как обязательная предпосылка при определении рецидива преступлений // Bакı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 2004, № 1–2, səh. 43–51.

✯ Назначение наказания при рецидиве преступлений // “Черные дыры в Российском законодательстве” hüquq jurnalı. Moskva, 2004, № 1, səh. 91–94.

✯ О понятии идеальной совокупности преступлений // Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutu. Cəmiyyət. İdeologiya. Təfəkkür (məqalələr toplusu). Bakı, 2004, səh. 184–193.

✯ Обстоятельства, исключающие рецидив преступлений // Pedaqoji Universitet xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2004, № 2, səh. 115–122.

✯ Общие вопросы назначения наказания при множественности преступлений // “Черные дыры в Российском законодательстве” hüquq jurnalı. Moskva, 2004, № 1, səh. 77–82.

✯ Проблемы совершенствования уголовно-правовых норм, регулирующих ответственность за множественность преступлений // “Закон” hüquq jurnalı. Moskva, 2003, № 10, səh. 54–66.

✯ Повторность неосторожных преступлений в системе множественности преступлений // V.N.Tatişev adına Voljsk Universietinin xəbərləri. Hüquqşünaqslıq seriyası. 13-cü buraxılış. Tolyatti, 2003, səh. 73–85.

✯ О понятии повторности преступлений // Moskva Dövlət Hüquq Akademiyasının Kirov filialının elmi əsərlər toplusu, № 8. Kirov, 2003, səh. 32–36.

✯ Проблемы регулирования уголовной ответственности за преступления, совершенные в виде промысла // “Черные дыры в Российском законодательстве” hüquq jurnalı. Moskva, 2003, № 2, səh. 373–376.

✯ Разнородность как обязательная предпосылка при определении совокупности преступлений // “Qanun” hüquq jurnalı. Bakı, 2003, № 9, səh. 62–67.

✯ Основания определения опасного рецидива преступлений // Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri. Bakı, 2003, № 5–6, səh. 243–250.

✯ Понятие совокупности преступлений // “Уголовное право” hüquq jurnalı. Moskva, 2003, № 3, səh. 4–7.

✯ Проблемы борьбы с повторностью умышленных преступлений // Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri. Bakı, 2003, № 3–4, səh. 262–274.

✯ Юридические признаки реальной совокупности преступлений // Bакı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 2003, № 3–4, səh. 53–66.

✯ Уяснение сущности преступления – важнейший фактор при определении понятия и форм множественности преступлений // Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri. Bakı, 2003, № 1–2, səh. 256–264.

✯ Вопросы рецидива преступлений в Уголовном кодексе Азербайджанской Республики. Pedaqoji Universitet xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2002, № 4, səh. 257–263.

✯ Вопросы классификации множественности преступлений. Bакı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 2002, № 3–4, səh. 117–124.

✯ Простой рецидив как разновидность рецидива преступлений // Gənc Alimlərin V Respublika Elmi Konfransının Materialları. Bakı, 2000, səh. 20–24.

✯ Некоторые вопросы наказуемости рецидивистов // Gənc Alimlərin V Respublika Elmi Konfransının Materialları. Bakı, 2000, səh. 24–28.

✯ О видах рецидива преступлений. Aspirantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının Materialları. Bakı, 1999, səh. 51–53.

✯ Cinayətlərin residivinin hüquqi əlamətləri // “Hüquqi dövlət və qanun” hüquq jurnalı. Bakı, 1999, № 10, səh. 44–50.

✯ Проблема рецидива и совершенствование уголовного законодательства Азербайджанской Республики // Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr edilmiş Ümumrespublika Elmi Konfransının Materialları. Bakı, 1999, səh. 7–9.

✯ Задачи повышения эффективности борьбы с рецидивом преступлений // Pedaqoji Universitet xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 1998, № 1, səh. 209–212.

✯ О формах множественности преступлений // Aspirantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransının Materialları. Bakı, 1998, səh. 106–108.

Comments are closed, but trackbacks and pingbacks are open.