Press "Enter" to skip to content

Müəllimlərin yeni maaş CƏDVƏLİ

Koronavirus

Ali Məhkəmə sədrliyinə namizəd danışdı – “Kim olacaqsa, onu. ”

“AzPolitika.info” xəbər verir ki, bunu “Gununsesi.info”ya açqılamasında Ali Məhkəmə sədrinin səlahiyyətlərini icra edən Çingiz Əsgərov bildirib.

Özünün bu posta təyinat alacağı barədə mediada yaılan xəbərlərə münasibət bildirən Çingiz Əsgərov bunları deyib: “Mənim, yaxud başqa şəxsin Ali Məhkəmə sədri olmaq istəyi bizdən asılı deyil. Ali Məhkəmənin sədri cənab Prezident tərəfindən müəyyən olunacaq. Kim olacaqsa, onu da biləcəyik”.

Qeyd edək ki, Fevralın 25-də 70 yaşı tamam olan Ali Məhkəmənin sədri Ramiz Rzayev ötən həftə vəzifəsindən gedib. Hazırda mediada bu posta Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynlinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun və Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun təyin ediləcəyinə dair məlumatlar yayılır.

Ekspertlərə görə ən şanslı namizəd Ç.Əsgərovdur.

“AzPolitika.info”

Müəllimlərin yeni maaş CƏDVƏLİ

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğləri təsdiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş nazir Artur Rasi-zadə tərəfindən təsdiq edilən qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilib.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi:

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla,

aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda

pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

Ali mktb mülliminin atestasiyası

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət Ali məktəblərə builki QƏBUL QAYDALARI – YENİLƏNDİ

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Fevral 02, 2021 – 16:05

!Reklam – Yazi

2021-2022-ci tədris illi üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafıq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafıq ixtisaslar üzrə subbakalavrların qəbulu Nazirlər Kabineti tərəfındən müəyyən olunmuş qaydada həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslannda təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticəsi 2 il qüvvədə qalır. Bu nəticələr şagirdə cari və növbəti tədris illərində ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri 1 il qüvvədə olur. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentbrin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün DİM tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi abituriyentlərin bütün ixtisas qruplanna imtahan nəticələri elan olunduqdan sonra apanlır. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. *** 13:27 Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 1-ci nömrəsini nəşr edib. Yenicag.az xəbər verir ki, jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları (o cümlədən tarix fənni üzrə Vətən müharibəsi ilə bağlı əlavə edilmiş yeni mövzular), ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub. Jurnalda dərc edilmiş tapşırıq nümunələri abituriyentlərin öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf etdirmələri üçün təqdim olunmuşdur. Qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılıb. Jurnalda tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib. Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.