Press "Enter" to skip to content

Office proqramı

Microsoft Office Word Viewer – sənədləri doc və ya docx formatında görmək, kopyalamaq və çap etmək üçün əlverişli bir vasitədir. Proqram Microsoft Word yükləmədən işləyir.

Microsoft Office proqramları paketi haqqında

Qlobal dünyada texnologiyanın inkişafı müxtəlif proqramların kəşf olunması ilə nəticələndi. 1975-ci ildə təsis edilmiş Microsoft şirkəti hazırda proqram təminatı istehsalı, fərdi kompyuter və serverlər üçün internet texnologiyalarının hazırlanması, eyni zamanda onlara xidmət göstərilməsində dünya lideridir.

Microsoft məhsulları 80-dən çox ölkədə satılır. 2006-cı ilin fevral ayından Azərbaycanda Microsoft Azərbaycan şirkəti fəaliyyət göstərir.

Microsoft-un əsas məhsullarından biri də Microsoft Office proqramlarıdır. İlk dəfə ofis proqramları 1989-cı ildə buraxıldı. Sonradan bir neçə dəfə bu proqramlar müxtəlif əməliyyatlarda işləməsi üçün yeniləndi. Bu proqramlara ilk dəfə hal-hazırda daxil olan proqram daxil deyildi. İndi Microsoft proqramlarına yeddi proqram daxildirsə, o vaxtlar yalnız dörd proqram daxil idi. Müəyyən vaxt keçdikcə əməliyyat sistemləri yeniləndikcə onlara uyğun bu proqramlar da yeniləndi və panellər əlavə olundu. Bu proqramların bu günə kimi müxtəlif versiyalarıə vardır:

Microsoft Office 95, Microsoft Office 2000, Microsoft Office 2003, Microsoft Office 2007, Microsoft Office 2010.

Hal-hazırda istifadə olunana əsasən son üç versiyadır. O biri versiyalar artıq öz əhəmiyyətini itirmişdir. Microsoft Office proqramlarına daxildir:

1) Microsoft Office Word

2) Microsoft Office Excel

3) Microsoft Office InfoPath

4) Microsoft Office Outlook

5) Microsoft Office PowerPoint

6) Microsoft Office Publisher

7) Microsoft Office Access

Göründüyü kimi Ofis proqramlarına yeddi proqram daxildir. Bu proqramlarla ayrı ayrılıqda tanış olaq.

Microsoft Office Word. Güclü mətn redaktoru olub bu proqram yazı işləri üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word versiyaları dəyişildikcə ona əlavə parametrlər, yeni komponentlər və müxtəlif panellər əlavə olundu. Bu proqramın köməyi ilə müxtəlif qeydləri, hesabatları və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları da deyilir. Bu proqramın istifadəsi bir o qədər də çətin deyil.

Microsoft Office Excel. Əsasən hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır. Ofis işlərində mütəmadi olaraq istifadə olunur. Bu proqram icad olunduqdan sonra şirkətlərdə mühasib işləyən şəxslərin işləri çox asanlaşdı. Çünki proqram şirkətin bütün maliyyə işlərini həyata keçirmək üçün əlverişlidir. İstifadəsi Word proqramına nisbətən bir qədər çətindir. Microsoft Office Excel proqramının da digər ofis proqramları kimi bir çox versiyaları vardır. Ən son versiyası 2010 versiyasıdır. Ən son versiya daha da təkmilləşdirilmiş əlavə panellər əlavə olunmuşdur. Hal-hazırda dünyada ən çox istifadə olunan proqramlardan biridir.

Microsoft Office PowerPoint. Bu proqram vasitəsilə slaydlar yaradılır. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə edilir. Müasir dünyada demək olar ki, bir çox hesabat və təqdimatlar bu texnologiya vasitəsilə düzəldilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlər də əlavə etmək olur. Proqramın əvvəlki versiyalarında təqdimata video əlavə etmək olmurdu,amma son versiyası olan 2010 versiyasında video da əlavə etmək mümkündür.

Microsoft Office Outlook. Bu proqram da ofis proqramlarının əsas proqramlarından biridir. Bu proqram bir e-poçt proqramıdır. Bütün e-poçtların ortaq bir yerə toplamaq üçün nəzərdə tutulmuşdur. Məsələn, bir şəxs 3-4 e-poçta malikdir, bütün e-poçtlara bu porqram vasitəsilə baxmaq mümkündür. Bu cəhətdən hal-hazırda kifayət qədər çox isitfadə olunan proqramdır. İstifadəsi çox asandır.

Microsoft Office Publisher. Bu proqram daha çox dizayn proqramlarına bənzəyir. Siz bu proqram vasitəsilə vizitkalar, müxtəlif plakatlar,braşurlar hazırlaya bilərsiniz. Həmçinin kiçik həcmli veb saytların hazırlanması da mümkündür. Son versiyada istifadəçilərin rahat istifadə etməsi üçün proqramda hazır temalar qoyulmuşdur. Məsələn, hər hansı bir veb sayt hazırlamaq istəyirsinizsə, proqramın özündə bir çox temalar vardır, siz onlardan seçə bilərsiniz. Bundan başqa siz başqa bir yerdən də tema əlavə edə bilərsiniz. İstifadəsi bir qədər çətindir.

Microsoft Office Access. Bu proqramın da istifadəçiləri çoxdur. Belə ki, bu proqram verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə, həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir.

Microsoft Office InfoPath. Bu proqramda əsasən blanklar doldurmaq üçündür. Çox az istifadə olunan proqramdır. İnsanlar tərəfindən bir o qədər də tanınmır. Amma bir çox müsbət xüsusiyyətləri vardır. Məsələn, proqramda hazır blanklar yerləşdirilmişdir. Bundan başqa blankı və yaxud da hər hansı bir sənədi dizayn etmək imkanınızda vardır.

Son olaraq deyə bilərəm ki, ofis proqramları bu günümüzdə ən çox istifadə edilən proqramlardan biridir. Bu proqramları öyrənmək 3-4 ay ərzində mümkündür. Siz hər hansısa iş üçün müraciət etdikdə sizdən mütləq Ofis proqramları biliyiniz tələb olunacaq.

Müəllif: CELT

Office proqramı

Bu, əvvəlcədən yaradılan bir neçə tuş birləşməsi siyahısı sayəsində müxtəlif proqramlarda səhvsiz mətn və müəyyən ifadələrə tez bir zamanda daxil olan bir proqramdır.

proqram tutorials və təqdimatlar yaratmaq üçün. Bu proqram bir çox faydalı xüsusiyyətləri vardır və müxtəlif formatlarda image faylları istifadə etmək imkanı verir.

professional səviyyədə sənədlərin layout üçün güclü bir vasitədir. Bu proqram inkişaf etmiş sənəd emalı üçün xüsusi alətləri ilə təchiz olunub.

LibreOffice

LibreOffice – Microsoft Office aparıcı və pulsuz analoqlarından biridir. Proqram digər ofis proqramları ilə maksimum uyğunluq əldə etmək üçün ən populyar formatları dəstəkləyir.

Polaris Office

proqram müxtəlif formatlarda ofis faylları ilə işləyir və əhəmiyyətli funksionallıq var və mövcud şablonları bir sıra ehtiva edir.

WPS Office

asan müxtəlif ofis vəzifələri həll etmək üçün məşhur fayl formatları böyük bir alətlər dəsti və dəstəyi ilə proqramin istifadə.

OpenOffice

ofis paketi mətn sənədləri və masaları ilə işləmək üçün. Microsoft Office alternativ kimi formatları və funksiyaları bir çox dəstəkləyir.

Microsoft Office Word Viewer

Microsoft Office Word Viewer – sənədləri doc və ya docx formatında görmək, kopyalamaq və çap etmək üçün əlverişli bir vasitədir. Proqram Microsoft Word yükləmədən işləyir.

Microsoft Office Excel Viewer

Microsoft Office Excel Viewer – elektron cədvəlləri Excel formatında işlətmək, görmək və çap etmək üçün bir proqram. Bu proqram sənədləri müxtəlif rejimlərdə görmək və səhifənin bəzi detallarını dəyişdirmək imkanı verir.

Comments are closed, but trackbacks and pingbacks are open.