AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ LABWİEV PROQRAM MÜHİTİNDƏ TİBBİ SİQNALLARIN VƏ TƏSVİRLƏRİN RƏQƏMLİ EMALI Kafedra. презентация
Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: şagirdlərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular (anket, şifahi və b.), fəaliyyət və davranışın, uşaqlara verilən ictimai tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s.
Kiberfiziki sistemlərdə hücumların aşkarlanması və analizi metodları araşdırılıb
AMEA İnformasiya Texnologiyaları İnstitutunda kiberfiziki sistemlərdə hücumların aşkarlanması və analizi metodları araşdırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kiberfiziki sistemlər milli kritik infrastrukturların, o cümlədən sənaye, elektrik enerjisinin istehsalı və paylanması, su təchizatı və çirkab suların təmizlənməsi, neft-qaz hasilatı və təchizatı, kimya və qida sənayesi, telekommunikasiya, eləcə də “ağıllı” nəqliyyat sistemlərinin əsasını təşkil edir.
Müvafiq sistemlərdə kibertəhlükəsizlik problemlərinin həlli istiqamətində bütün dünyada elmi-praktik tədqiqatlar genişlənir. Onlarda informasiya təhlükəsizliyini təmin etməyin əsas məqsədi fiziki proseslərin stabilliyini saxlamaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bizi sosial şəbəkələrdə izləyin
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ LABWİEV PROQRAM MÜHİTİNDƏ TİBBİ SİQNALLARIN VƏ TƏSVİRLƏRİN RƏQƏMLİ EMALI Kafedra. – презентация
Презентация на тему: ” AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ LABWİEV PROQRAM MÜHİTİNDƏ TİBBİ SİQNALLARIN VƏ TƏSVİRLƏRİN RƏQƏMLİ EMALI Kafedra.” — Транскрипт:
1 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ LABWİEV PROQRAM MÜHİTİNDƏ TİBBİ SİQNALLARIN VƏ TƏSVİRLƏRİN RƏQƏMLİ EMALI Kafedra müdiri dos. Abdullayev N.T. Elmi rəhbər dos. Səmədova X.Z. Magistr: Ələkbərova A. X. Bakı
2 TƏSVİRLƏRİN FORMALAŞMASINDAN TƏSVİRLƏRİN TANINMASINA QƏDƏR RƏQƏMLİ TƏSVİRLƏRİN EMALI MƏSƏLƏLƏRİNİN İYERARXİYA STRUKTURU
3 TİBBİ TƏSVİRLƏRİN VİZUALİZASİYASI VƏ EMALI PROQRAMLARI Proqramın adıDəstəklənən formatlarPlatformalar Sante DICOM Viewer FreeDICOMWindows Radiant DICOM ViewerDICOMWindows OsiriXDICOM,Analyze, LSM, BioRadPICOS X GimiasDICOM, Analyze, NIfTI и другиеWindows и для Linux SynedraDICOMWindows Amide Analyze, DICOM, ECAT 6, ECAT 7, Gif, Interfi le, NEMA, Raw Windows, Linux, OS X UniPACS DICOM viewer DICOMWindows OSIRIS DICOM, m ə xsusi, Papyrus, Raw, TIFF Windows, Linux, OS X Dicom-WorksDICOMWindows XebraDICOM, КТWindows,Linux, OS X MATLAB и SimulinkDICOM,BMP, JPEG, PNGWindows LabVIEWDICOM,BMP, JPEG, PNGWindows FP Image BMP, DICOM, JPEG, NEMA, собственный, PPM, Raw Windows K-PACSDICOMWindows Blox Analyze, BMP, DICOM, Matlab, PNG, PPM, Raw, TIFF Windows, Linux, OS X MRIcro AFNI, Analyze, DICOM, ECAT 6, ECAT 7, МРТ v ə b. Windows
4 T İ BB İ TƏSV İ RLƏR İ N EMALINDA ƏN ÇOX İ ST İ FADƏ ED İ LƏN SEQMENTAS İ YA METODLARININ TƏSN İ FATI.
5 ASTANA SEQMENTASİYA METODU
6 OTSU METODUNUN TƏTBİQİNİN NƏTİCƏSİ
7 OTSU VƏ OBLASTLARIN BÖLÜNMƏSİ VƏ BİRLƏŞDİRİLMƏSİ METODLARININ EFFEKTİVLİK GÖSTƏRİCİLƏRİNİN MÜQAYİSƏSİ Metodun adıGöstəricilər (%-lə) HəssaslıqSpesifiklikDəqiqlik Otsu (astana)87,5078,5783,33 Oblastların bölünməsi və birləşdirilməsi ,00
8 . KONTURLARIN AŞKAR EDİLMƏSİ METODLARININ TƏSNİFATI.
9 OBLASTLARıN AYRıLMASı METODUNUN REALLAŞDıRMASıNıN VARIANTLARı Reallaşdırma variantıMetodun mahiyyətiÇatışmazlıqlar Oblastları yetişdirmə metodu Piksellər və ya altoblastlar qabaqcadan verilmiş kriteriyalara uyğun olaraq qruplaşdırılaraq iri oblastlar yaradılır. Bunun üçün kristallaşma mərkəzləri rolunu oynayan nöqtələr çoxluğu götürülür [28]. Sonra hər bir mərkəzi pikselə onunla qonşu piksellərdən xassələrinə ( parlaqlıq və ya rəng) görə kristallaşma mərkəzinə yaxın olanları birləşdirmək yolu ilə oblastlar yetişdirilir. 1. Hər bir seqmentləşdirilən oblast üçün başlanğıc nöqtənin seçiminin zəruriliyi. 2. Küylərə qarşı həssas olması. Oblastların bölünməsi və birləşməsi metodu 1. İlkin olaraq təsvir kəsişməyən ixtiyarı oblastlar çoxluğuna bölünür. 2. Sonra bu oblastların yuxarıda göstərilmiş 4 şərtə uyğun olaraq birləşdirilməsi və/və ya bölünməsi həyata keçirilir. İlkin verilənlərin piramidal qəfəs strukturunda təşkilinin zəruri olması. Bu da verilənlərin böyük həcmləri üçün arzuolunmazdır.
10 BAŞ BEY İ N Ş İ ŞLƏR İ N İ N TƏSV İ RLƏR İ N İ N SEQMENTAS İ YASI ÜÇÜN QRAD İ YENT MARKÖRÜYLƏ SUAYIRICI METODUNUN TƏTB İ Q İ
11 ATLASLARA ƏSASLANAN METODUN ÜÇ PASİYENTİN ( A, B VƏ C) BAŞ BEYİN ŞİŞLƏRİNİN TƏSVİRLƏRİNİN SEQMENTASİYASINA TƏTBİQİ NƏT İ CƏLƏR İ
12 KLASTER İ ZAS İ YA METODLARININ MÜQAY İ SƏS İ Alqoritmin adıÜstün cəhətləriÇatışmazlığı K-orta Reallaşdırılmasının sadəliyi 1.Küylərə qarşı həssaslıq. 2. qabaqcadan klasterlərin sayının bilməsinin zəruriliyi. 3. Nəticələrin klasterlərin mərkəzlərinin ilkin seçimindən asılı olması Qeyri-səlis C-orta1. Alqoritmin qeyri- səlisliyi. 2. K-orta alqoritminə nisbətən daha yaxşı uyğunluq. 1. Hesablamaların mürəkkəbliyi. 2. K-orta alqoritminin çatışmazlıqları.
13 QEYRİ-SƏLİS C-ORTA METODUNUN TƏTBİQİNİN NƏTİCƏLƏRİ
14 LABVİEW PROQRAM MÜHİTİNIN TERMINLƏRİ İLƏ ONLARIN DIGƏR PROQRAMLAŞDIRMA DİLLƏRİNDƏKİ EKVİVALENTLƏRİ LabVİEWƏnənəvi proqramlaşdırma dilləri Virtual cihaz (VC)Proqram FunksiyaFunksiya və ya metod Virtual altcihaz (VAC)Altptoqram, obyekt Üz paneliİstifadəçi intefeysi Blok diaqramProqram kodu GC, C ++, Java, Basik və s.
15 BIOMEDICAL TOOLKIT -İN TƏRKİBİNƏ DAXİL OLAN PROQRAMLAR
16 ÜRƏK RİTMİNİN INFORMATİV PARAMETR- LƏRİNİN LABVIEW MÜHİTİNDƏ TƏYİNİ PROQRAMINI N – VIRTUAL CİHAZIN BLOK- DİAQRAMI.
17 RR_INTERVAL_2.TXT EKG FAYLININ HEART RATE VARIABILITY ANALYZER PROQRAM-ƏLAVƏSİ İLƏ TEZLİK ANALİZİ.
18 RR_INTERVAL_2.TXT EKG SİQNALININ HEART RATE VARIABILITY ANALYZER PROQRAM-ƏLAVƏSİ İLƏ STATİSTİK ANALİZİ
19 RR_INTERVAL_2.TXT EKG SİQNALININ HEART RATE VARIABILITY ANALYZER PROQRAM-ƏLAVƏSİ İLƏ KORRELYASİYA ANALİZİ
20 RR_INTERVAL_2.TXT EKG SİQNALININ HEART RATE VARIABILITY ANALYZER PROQRAM-ƏLAVƏSİ İLƏ AVTOKORRELYASİYA ANALİZİ
21 Nəticə. Ürək ritminin dəyişkənliyinin analizi prosedurunu Labview proqram mühitində EKG siqnalların modellərindən və həmçinin PhysioNet kardiosiqnallar bazasının fayllarından istifadə edilməklə yerinə yetirilmişdir. Kardiosiqnalların modelləşdirilməsi Labview proqramının Biosignal DAQ & Simulation Express Vis palitrasının Simulate ECG Express VI funksiyası vasitəsi ilə həyata keçirilmişdir. LabVIEW vizual proqramlaşdırma mühitinin geniş funksiyalar bazası EKG siqnallarının qeydiyyatı, toplanması, emalı və analizi kimi məsələlərini kompleks şəkildə daha effektiv və qısa zamanda ərzində yerinə yetirməyə imkan verməklə bərabər, həmçinin diaqnostik prosedurların məhsuldarlığını təmin edir.
22 IMAQ EDGEDETECTION FUNKS İ YASININ KÖMƏY İ LƏ KƏLLƏ NAY İ HƏS İ N İ N KOMPÜTER TOMOQRAF İ YASI TƏSV İ R İ N İ N SEQMENTAS İ YASI: SOLDA – İ LK İ N TƏSV İ R; SAĞDA – ONUN SEQMENTAS İ YA OLUNMUŞ TƏSV İ R İ
23 IMAQ CANNYEDGEDET ECTION FUNKSIYASİNIN KÖMƏYİLƏ KƏLLƏ NAYİHƏSİNİN KOMPÜTER TOMOQRAFİ- YASI TƏSVİRİ- NİN SEQMENTA- SİYASI SOLDA – İLKİN TƏSVİR; SAĞDA – ONUN SEQMENTASİYA OLUNMUŞ TƏSVİRİ.
24 IMAQ EDGEDETECTION FUNKSİYASININ İŞİNİ ƏKS ETDİRƏN VİRTUAL CİHAZIN (PROQRAMIN) BLOK-DİAQRAMI
25 NƏTİCƏ Dissertasiya işində biotibbi siqnalların və təsvirlərin LabVIEW proqram mühitində emalı və analizi məsələləri şərh edilmiş və alınmış nəticələrin diaqnostik tətbiqi aspektlərinə baxılmışdır. MRT-təsvirlərində baş beyin şişlərinin aşkar edilməsi və seqmentasiyasına aid mövcud metodların müqayisəli təhlili aparılmış və aşağıdakı nəticələr alınmışdır: 1. MRT texnologiyalarının alqoritmik və proqram təminatı, emal edilən təsvirlərin rəqabətə davamlılığını və kliniki praktikada onların istifadəsinin effektivliyini təmin edən ən əhəmiyyətli komponentləridir. 2. MPT-təsvirlərin, o cümlədən, baş beyin təsvirlərinin emalında təsvirlərin seqmentasiyası və seqmentlərin sərhədlərinin ayırd edilməsi ən mühüm mərhələlərdən biridir. Bu mərhələ, mövcud alqoritmlərin təkmilləşdirilməsində, yeni alqoritmlərin hazırlamasında və həmçinin, müxtəlif atqoritmlərin kombinasiyasının effektiv təşkilində mühüm rol oynayır. 3. Baş beyin şişlərinin təsvirlərinin seqmentasiyası zamanı alınan nəticələrin keyfiyyəti, əsas etibarı ilə, konkret təsvirlərin xüsusiyyətlərindən asılıdır. Buna görə evristik seqmentasiya alqoritmlərinin hazırlaması perspektivli istiqamət hesab edilir. Bu istiqamətin əsas hədəfi avtomatik rejimdə optimal seqmentasiya alqoritmlərini və ya onların kombinasiyasını seçməyə imkan verən metodlar təşkil edir. 4. Mövcud seqmentasiya metodlarının müqayisəli təhlilinə əsaslanaraq demək olar ki, çoxqatlı perseptron neyron şəbəkələri vasitəsilə MRT- təsvirlərdə baş beyin şişlərinin aşkar edilməsi və seqmentasiyası məsələlərini avtomatik rejimdə kifayət qədər yüksək dəqiqliklə həll etmək mümkündür. 5. Müxtəlif məlumat bazalarından götürülmüş ürək ritminin dədəyişkənliyinə aid elektrokardiqrafik siqnalları emal etmək üçün LabVIEW mühitində proqram tərtib edilmiş, proqram vasitəsilə və həmçinin Biomedical Toolkit proqram-əlavəsinin köməyilə tezlik analizi, statistik və korrelyasiya metodları əsasında ürək ritminin informativ parametrləri təyin edilmişdir. 6. LabVIEW və Nİ Vision platformasının IMAQ CannyEdgeDetection funksiyasının tətbiqi ilə (Kanni operatoru vasitəsilə) kəllə nayihəsinin KT təsvirlərinin segmentasiyası həyata keçirilmişdir.LabVIEW texnologiylarının tibbi təsvirlərin ilkin emalı və seqmentasiya proseslərinə tətbiqi təsvirlərin alınmasından tutmuş ta onların analizinə kimi bütün etaplarını ardıcıllıqla effektiv surətdə və qısa zaman ərzində həyata keçirməyə imkan verməklə bərabər, seqmentasiyanı eyni bir funksiyanın köməyilə bir neçə növ operatordan istifadə edərək yerinə yetirməyə imkan verir ki, bu da təsvirlərin tanınması prosesini kifayət qədər sadələşdirməyə yol açır. 7. LabVIEW proqram mühiti biosiqnalların və tibbi təsvirlərin emalı və analizi kimi prosesləri kompleks və effektiv şəkildə həyata keçirilməsi, uyğun aparat vasitələrinin idarə edilməsi, məlumatların müxtəlif formatlarda təsvir edilməsi və müxtəlif şəbəkələrlə ötürülməsi, eksperimentlərin distant idarəedilməsi kimi məsələlərin həlli üçün geniş imkanlara malikdir və tibbi diaqnostikada biosiqnalların qeydiyyatı, emalı və analizi məsələlərində müvəffəqiyyətlə tətbiq oluna bilər.
26 DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM
Tərbiyə metodları
Tərbiyə metodu tərbiyə prosesinin mühüm ünsürlərindən biridir; o, tərbiyənin məqsəd və məzmunu ilə sıx bağlı olub, onların həyata keçirilməsinə kömək edir. “Metod” yunanca məqsədə çatmaq yolu deməkdir. “Metod” sözü ərəbcə “üsul” sözünün qarşılığıdır. Tərbiyə metodları qarşıda duran tərbiyə məqsədlərinə nail olmaq üçün istifadə olunan yollara deyilir.
Pedaqogikada metodla yanaşı vasitə, tərz anlayışları da işlədilir. Vasitə dedikdə tərbiyə işində istifadə olunan söz, fəaliyyət növləri (oyun, əmək, təlim, idman və s.), bədii-texniki vasitələr (kitab, radio, televizor, kinofilm, incəsənət əsərləri və s.) başa düşülür. Tərz isə metodun tərkib hissəsidir. Məsələn, əxlaqi söhbət metodu zamanı müəllim tarixi şəxsiyyətlərin nümunəsindən istifadə edirsə, bu, həmin metodun tərzi sayılır.
Tərbiyə işinin səmərəsi metodların, vasitə və tərzlərin düzgün seçilib tətbiq edilməsindən çox asılıdır. Qeyri-səmərəli tərbiyə metod və vasitələrindən istifadə etdikdə tərbiyə işinə ciddi ziyan vurulur. Məsələn, bəzən (xüsusən ailə təcrübəsində) cəzadan, o cümlədən fiziki cəzadan, yaxud öyüd-nəsihətdən sui-istifadə halları müşahidə olunur. Uşağı döymək tərbiyə işinə kömək etmir, əksinə, onu çətinləşdirir. Döymək uşaqda bir sıra mənfi keyfiyyətlər (qorxaqlıq, yalançılıq, ikiüzlülük, sırtıqlıq, qəddarlıq və s.) yaradır, tərbiyəçini çıxılmaz vəziyyətə salır: uşaq döyülməyə öyrəşdikdə tərbiyəçinin (valideynin) başqa təsir vasitəsi qalmır. Nəticədə uşaq istədiyini edir, valideynlərini saymır və özbaşına buraxılır.
Belə hallara yol verməmək üçün tərbiyə metodlarına yaxşı yiyələnmək və onlardan düzgün istifadə etmək lazımdır.
Tərbiyə metodları çoxdur. Pedaqogikada metodların təsnifatında vahidlik olmasa da, bu məsələdə ümumi bir meyl vardır. Alimlərin böyük qismi tərbiyə metodlarının təsnifatında məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəaliyyətin bütövlüyü prinsipindən çıxış edirlər.
Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliyyəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliyyətimiz şüurun, iradə və adətlərin, habelə hisslərin məhsuludur.
İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq lazım gəlir.
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə yanaşı, onun bu normalara uyğun davranması, müsbət adətlərə yiyələnməsi də vacibdir. Tərbiyə keyfiyyətlərinin böyük qismi adətlərlə bağlıdır. Məsələn, intizam, mədəni davranış, səhiyyə-gigiyenik vərdişlər, həyati tələbat və bacarıqlar adət nəticəsində formalaşır. Xüsusən kiçik yaşlarda şüura təsir göstərmək imkanı məhdud olan dövrdə tərbiyə işində adətlər böyük rol oynayır.
Adət tərbiyəsi ilk zamanlar iradə tərbiyəsi ilə yanaşı gedir. Əxlaqi tələblər insandan iradə gücü – çətinlikləri aradan qaldırmaq səyi tələb edir. İradəsi zəif olanlar əxlaqi normalara əməl etməyə ərinir, tənbəllik edirlər, özlərini müəyyən hərəkətlərdən, hisslərdən çəkindirməkdə acizlik göstərirlər. Nəqliyyatda yaşlı və qocalara yerini verməyən bəzi yeniyetmə və gənclərin hərəkətləri məhz bununla əlaqədardır.
Deməli, tərbiyə işində insanın iradəsini möhkəmlətmək, onda müsbət adətlər yaratmaq və bu yolla düzgün davranış təcrübəsi formalaşdırmaq zəruridir. Tərbiyə metodlarının müəyyən qrupu məhz bu məqsədə xidmət edir.
Tərbiyə işində insanın hissi aləmi də mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanizm-eqoizm, həzz-ikrah hissləri davranış və rəftarı stimullaşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, laqeydlik, habelə bir çox nəfs xəstəlikləri – paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva salır və insanı xoşagəlməz yollara çəkir.
Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir.
İnsan şəxsiyyəti göstərilən psixoloji amillərin kompleksi ilə fəaliyyət prosesində formalaşır.
Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prinsipindən çıxış edərək, tərbiyə metodlarını dörd qrupa bölmək olar:
1. Şüuru formalaşdıran metodlar
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar
4. Tərbiyədə nəzarət və özünənəzarət metodları
Hər bir metodun özünəməxsus xüsusiyyətlərini, şəxsiyyətə təsir imkanlarını qabarıq göstərmək üçün onları ayrılıqda nəzərdən keçirmək lazım gəlir.
2. Şüuru formalaşdıran metodlar
Bu qrup metodların məqsədi insanın şüuruna təsir etməklə onda düzgün təsəvvürlər, inam və əqidə yaratmaqdan ibarətdir. Onların köməyi ilə uşaq və gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə aparmaq lazım olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. Buna görə də bəzi pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandırma metodları da deyilir. Bu metodlar qrupuna əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr, disputlar, bədii əsərlərin (filmlərin) müzakirəsi, nümunə metodları daxildir.
Əxlaqi söhbətlər müəyyən əxlaqi, siyasi, estetik keyfiyyətlərin mahiyyətini, məzmununu, şərtlərini izah etmək məqsədi güdən inandırma metodlarıdır. Belə söhbətlər iki növdə olur: kollektiv və fərdi söhbətlər. Kollektiv söhbətlər müəyyən qrupla keçirilir və profilaktik məqsəd güdür, yəni insanı düzgün davranış normaları ilə silahlandırmağa, yanlış təsəvvürlərin və hərəkətlərin qarşısını almağa xidmət edir. Belə söhbətlər müxtəlif mövzularda ola bilər: xeyirxahlıq, vətənpərvərlik, sadəlik, təvazökarlıq, yoldaşlıq, intizam və s. Bu söhbətlərin mövzularını sinfin, məktəbin həyatından da götürmək olar. Əgər məktəb əmlakına qayğısız münasibət halları və ya sinifdə küsülü uşaqlar varsa, onda ictimai əmlaka qayğılı münasibət və ya yoldaşlıq və dostluq haqda söhbət keçirmək faydalı olar.
Kollektiv söhbətlərdən fərqli olaraq, fərdi söhbətlər tək-tək uşaqlarla müəyyən xoşagəlməz hərəkətlərlə bağlı aparılan söhbətlərdir. Belə söhbətin məqsədi yol verilmiş qəbahətin zərərini uşağa başa salmaq, onda peşmançılıq hissi yaratmaqdır. Amma belə söhbəti danlağa çevirmək olmaz. Danlağın dərdindən uşaq yalandan “bir daha belə etmərəm” vədi verə bilər, öz hərəkətini dərk edib, peşmançılıq hissi keçirməz.
Fərdi söhbətin bir forması təxirə salınmış söhbətdir. Bu halda uşaqla söhbət qəbahət baş verən kimi aparılmır, müəyyən müddət ərzində təxirə salınır. Burada məqsəd uşağı öz qəbahəti üzərində düşündürmək və onda peşmançılıq hissi oyatmaqdır. Belə söhbətləri kiçik uşaqlarla yox, yeniyetmə və gənclərlə aparmaq faydalıdır.
Əxlaqi mövzuda məruzə və mühazirələr müəyyən əxlaqi ideyanı daha geniş şərh etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq məqsədi güdür. Onlar adətən, məktəbin yuxarı siniflərində keçirilir.
Disputlar tərbiyə məsələləri üzrə mübahisələrdir. Müxtəlif mövzularda belə mübahisələr keçirmək olar. Məsələn, “Xoşbəxtlik nədir?”, “Əsl insan kimə deyilir?”, “Həyatın mənası nədir?”, “Qızla oğlan dost ola bilərmi?”, “Hansı peşə yaxşıdır?” və s. Disputda müzakirə olunan məsələ üzrə hər kəs öz fikrini söyləyir, mövqeyini müdafiə etməyə çalışır. Disput yanlış təsəvvürləri üzə çıxarmağa və düzəltməyə imkan verir.
Bədii əsərlərin (filmlərin) müzakirəsi əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir. O, həyatı və insan münasibətlərini dərk etməyə kömək göstərir. Digər metodlardan fərqli olaraq, burada əxlaqi ideya mücərrəd şəkildə yox, konkret bədii obrazların nümunəsində açılır. Bu obrazlar əxlaqi ideyaları əyaniləşdirir. Onların timsalında həmin ideyalar daha tez və daha yaxşı dərk olunur. Bunu nəzərə alaraq tərbiyə işində bədii əsərlərin (filmlərin) müzakirəsindən geniş istifadə etmək lazımdır. Belə müzakirələr həm də bədii ədəbiyyata maraq, mütaliə tələbatı yaratmaq baxımından əhəmiyyətlidir.
Bədii əsərlərin təşkili qaydası disputda olduğu kimidir.
Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur. Doğrudur, nümunə bütün tərbiyə metodlarında bir vasitə və tərz kimi iştirak etsə də, daha çox əxlaqi ideyaları əyani şəkildə nümayiş etdirməyə, konkretləşdirməyə və beləliklə, daha dolğun və canlı təsəvvürlər yaratmağa xidmət göstərir. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük təsir gücünə malik olur. Əksinə, tərbiyəçinin sözü ilə əməli düz gəlmədikdə onun yaxşı sözləri belə təsirini və inandırıcılığını itirir.
Müəllim və valideynlər uşaqların təqlidçilik meylini nəzərə alıb, onlara həmişə düzgün davranış nümunəsi göstərməlidirlər. Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif növ müsbət nümunələrdən (tarixi şəxsiyyətlərin, görkəmli elm və mədəniyyət xadimlərinin, bədii əsər qəhrəmanlarının, yaşlıların, yoldaşların nümunələrindən) də istifadə edilməlidir.
3. Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran metodlar
Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. İnsan qəbul etdiyi mənəvi ideyanı, öz əqidə və inamını gündəlik davranış və rəftarında tətbiq edir, müəyyən fəaliyyətə alışır. Bu mənada bəzi pedaqoji mənbələrdə ikinci qrup metodlar alışdırma metodları adlanır. Həmin metodlar müxtəlif formalarda olur.
1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır. Məsələn, oyun və idman insanın iradəsini möhkəmlədir, onda bir sıra müsbət keyfiyyətlər – kollektivçilik, yoldaşlıq, dostluq, intizam tərbiyə edir. İctimai iş, fəaliyyət insanda məsuliyyət, dəqiqlik, fəallıq, təşkilatçılıq keyfiyyətləri aşılayır. Buna görə də uşaq, yeniyetmə və gəncləri müxtəlif fəaliyyət növlərinə cəlb etmək, bu yolla onlarda düzgün davranış, ünsiyyət təcrübəsi formalaşdırmaq lazımdır.
2. Tərbiyələndirici situasiyaların yaradılması metodu əvvəlki metodla sıx bağlıdır. Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə uşağı xüsusi təşkil edilmiş tərbiyəedici situasiyaya salır. Ayrı-ayrı fəaliyyət növlərində belə situasiyalar yaradılır. Məsələn, təlimdə uşaq yoldaşlıq köməyinə, ictimai işdə – müxtəlif ictimai tapşırıqlara, habelə şəfqət dəstələri yaratmaqla başqalarına qayğı göstərməyə, idmanda küsülü uşaqla bir komandaya, əməkdə birgə tədbirlərə cəlb edilir. Kiçik yaşlarda oyun situasiyaları daha təsirli olur. Məsələn, müəllim xaraktercə eqoist uşağı oyunda elə rola cəlb edir ki, o kiçik uşaqlara qayğı göstərsin, onları oyuncaqlarla təmin etsin.
Yeniyetmə və gənclərlə tərbiyə işində onları xüsusi ictimai vəzifələrə, tapşırıqlara cəlb etməklə təşkilatçılıq, yoldaşlıq, dəqiqlik və s. keyfiyyətləri formalaşdırmaq olar. Ümumi iclasda bu və ya digər qərarla bağlı yeniyetmə və gəncləri seçim qarşısında qoymaq motivlər mübarizəsi, ideya mövqeyi, baxış və əqidənin formalaşmasında mühüm rol oynayır.
3. Tələb metodu insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq
məqsədi güdür. Tələb tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur (A.S.Makarenko). Pedaqoji tələblər insanı müəyyən qaydaya alışdırmağa, adət yaratmağa, intizamı möhkəmləndirməyə kömək göstərir. Tələb həm də insanı müəyyən hərəkətlərdən çəkindirir, onu düz yola gətirir.
Tərbiyə işində tərbiyəçi ilə yanaşı, kollektivin də öz üzvlərinə tələb verməsinə nail olmaq lazımdır.
4. İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. İctimai rəy kollektivin iradəsini əks etməklə fəal və təsirli qüvvə kimi çıxış edir. O, bacarıqlı tərbiyəçinin əlində tərbiyə metodu funksiyasını yerinə yetirir, tərbiyənin subyekti, müəllimin etibarlı müttəfiqi rolunu oynayır.
Əgər kollektiv üzvləri ümumi hisslərlə yaşayırlarsa, mənfi hallara dözülməzlik göstərib onları aradan qaldırmağa çalışırlarsa, bu, kollektivdə sağlam ictimai rəyin formalaşmasının göstəricisidir. Belə kollektiv rəy təlim-tərbiyə sahəsində uğur qazanmağın mühüm amilidir. Əksinə, birgə ictimai rəyin olmaması özbaşınalığa, laqeydliyə, mənfi halları himayə etməyə, yaxşı oxuyan və intizamlı şagirdləri ələ salmağa, məhdud qrup mənafelərinin inkişafına gətirib çıxarır.
5. Təmrin (məşq) metodu hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət davranış adətləri yaratmaq məqsədi güdür. Təmrin iki mənada başa düşülür. Geniş mənada o, uşaqların həyat və fəaliyyətini davranış normalarına uyğun təşkil etməyi nəzərdə tutur. Dar mənada isə hər hansı bir hərəkəti, fəaliyyəti təkrar etdirib adət yaratmaq metodu kimi başa düşülür. Məsələn, direktorun otağına icazəsiz daxil olan uşağı geri qaytarıb qapını döydükdən sonra içəri girməyi tələb etmək bu cür təmrin metodudur. Məktəb təcrübəsində, adətən, belə hallarda uşağı hər dəfə danlayır və ya ona nəsihət verirlər; o isə hər dəfə “bir daha belə etmərəm” vədini verir və çox tezliklə
vədini unudur. Tərbiyədə sözçülükdən, nəsihətdən sui-istifadə etmək düzgün
davranış adətləri yaratmağa mane olur.
Şagirdləri müəyyən davranış və fəaliyyətdə təmrin etdirməyin mühüm bir vasitəsi də rejimdir.
6. Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. Uşağın günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış adətləri daha tez və asanlıqla yaranır. Rejimsiz həyat sürən uşaq isə qaydasız gün keçirir, çox vaxt küçədə olur, valideynlərin təkidli tələblərinə baxmayaraq, ev tapşırıqlarını vaxtında yerinə yetirmir, evdə, məktəbdə və ictimai yerlərdə müəyyən davranış tərzinə alışa bilmir.
Rejimin tərbiyə vasitəsi olması üçün bəzi pedaqoji tələbləri nəzərə almaq lazımdır: rejim tələblərinin vacibliyi izah edilməli, onlar dürüst yerinə yetirilməli, rejim müəyyən dövr üçün sabit olmalı, onun pozulmasına yol verilməməli, bu məsələdə heç kəsə güzəşt edilməməlidir.
4. Fəaliyyəti və davranışı stimullaşdıran metodlar
Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkətlərdən çəkindirməyə xidmət edir. Belə ki, yaxşı hərəkətinə görə təriflənən uşaq bundan məmnunluq hissi keçirir və bir daha müsbət hərəkətlər etməyə çalışır. Eləcə də pis hərəkətinə görə cəza alan uşaq iztirab hissi keçirir və bir daha belə hərəkətlərə yol verməməyə çalışır. Beləliklə, rəğbətləndirmə və cəza insanın davranışını stimullaşdırmağa kömək göstərir: onu yaxşı hərəkətlərə sövq edir, pis hərəkətlərdən çəkindirir. Buna görə də bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir.
Yarış metodu insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, geridə qalanların qabaqcıllar sırasına çıxmaları üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun sosial-psixoloji əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən uşaq, yeniyetmə və gənc sağlam rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış metodu bu meyli təmin etməyə xidmət göstərir.
Yarış müxtəlif sahələr üzrə təşkil edilə bilər: təlimə məsuliyyətli münasibət, davamiyyət, sinif otaqlarında təmizlik və səliqə, intizam, əmək, idman, bədii yaradıcılıq və digər sahələrdə keçirilir.
Yarış formaca kollektiv və fərdi ola bilər. Tərbiyəvi baxımdan kollektiv yarışların rolu daha böyükdür. A.S.Makarenkonun rəhbərlik etdiyi tərbiyə müəssisələrində hər ay əmək, intizam və s. sahələr üzrə ən yaxşı dəstə adı uğrunda yarış keçirilirdi. Ən yaxşı dəstələr müəyyən edilir, ilk 7 dəstəyə teatr biletləri verilirdi.
Yarışın səmərəli və təsirli olması üçün bu prosesdə obyektivliyə, aşkarlığa, nəticələrin düzgün qiymətləndirilməsinə nail olmaq lazımdır.
Rəğbətləndirmə metodu insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur. O, insanın öz qüvvəsinə inamını, kollektivdə hörmət və nüfuzunu artırır.
Tərbiyə təcrübəsində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına şagirdin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, uşağın valideynlərinə razılıq məktubu göndərmək və s.
Rəğbətləndirmə metodunu tətbiq edərkən təkcə hərəkətlərin nəticəsini yox, həm də uşağın motivlərini nəzərə almaq vacibdir.
Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi güdür. O, insanda öz xoşagəlməz münasibət və əməllərinə qarşı iztirab, utancaqlıq hissləri yaradır. Düzgün və ədalətlə verilmiş cəza insana məsuliyyət hissi aşılayır, iradəni möhkəmlətməyə, şəxsi ləyaqət hissini gücləndirməyə, öz səhvlərini başa düşməyə, münasibət və davranışını dəyişməyə kömək göstərir. Cəza həm də profilaktik xarakter daşıyır: kollektivin digər üzvləri də yoldaşlarına verilmiş cəzadan nəticə çıxarır, pis hərəkətlərə yol verməməyə çalışırlar.
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzdən (kinoya, gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək, sinfi (məktəbi) dəyişmək, məktəbdən xaric etmək və s. Bəzi pedaqoqlar təbii nəticə yolu ilə cəza verməyi ilə lazım bilirlər. Məsələn, ev tapşırığını yerinə yetirməyən uşaq dərsdən sonra qalıb tapşırığı icra edir, partanı sındıran, divarı cızan uşaq onu təmir edir, tapşırılan işi keyfiyyətsiz gördükdə onu yenidən icra edir, oyunda özünü yaxşı aparmayan oyuna buraxılmır və s.
Cəza tədbirini tətbiq edərkən qəbahətin xarakterini, şəraitini, həmin hərəkətə insanı təhrik edən motivləri, onun fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün istifadə etmədikdə tərbiyə işinə ziyan vura bilər. Buna görə də rəğbətləndirmə və cəza zamanı bəzi şərtləri gözləmək vacibdir: a) rəğbətləndirmə və cəza ədalətli (uşağın hərəkətinə uyğun) olmalı; b) bu zaman müəyyən hədd gözlənməli (çox tətbiq edildikdə təsirini itirə bilər); c) uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmalı (məsələn, yeniyetmə və gənci dərsdə ayaq üstə saxlamaqla cəza vermək olmaz); ç) kollektivin rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər); d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (uşaq bilməlidir ki, bu gün yaxşı hərəkətinə görə tərifləndiyi kimi, sabah pis hərəkətinə görə cəza ala bilər).
Rəğbətləndirmə və cəza tərbiyəçidən böyük pedaqoji məharət, psixoloji və pedaqoji hazırlıq tələb edir. Düzgün verilməyən, insan şəxsiyyətinə və ləyaqətinə toxunan, ədalətsiz cəza müəllim-şagird münasibətlərində gərginlik, münaqişə yarada bildiyi kimi, cəzanın təsir gücünü, tərbiyəçinin nüfuzunu, uşağın öz gücünə inamını zəiflədər, tərbiyə və özünütərbiyə işini çətinləşdirə bilər.
Kollektivin tərbiyə işində təsirini artırmaq məqsədilə uşaq kollektivinə öz üzvlərini rəğbətləndirmək və cəzalandırmaq hüququ verilməsi faydalıdır. Bu sahədə A.S.Makarenkonun iş təcrübəsindən istifadə etmək lazımdır.
5. Tərbiyədə nəzarət, özünənəzarət və özünəqiymət metodları
Tərbiyə işinin səmərəsi onun gedişinə və nəticəsinə nəzarətlə sıx bağlıdır. Nəzarət qarşıya qoyulmuş məqsəd baxımından işin gedişini tənzim etməyi, nəticələri məqsədlə tutuşdurmağı nəzərdə tutur. Bu yolla tərbiyədə əks əlaqə yaradılır: tərbiyəçi aparılan işin vəziyyəti, nəticələri ilə tanış olur, onu tənzim edir.
Tərbiyədə nəzarət müxtəlif metodlarla həyata keçirilir: şagirdlərin tərbiyə səviyyəsini öyrənmək məqsədi ilə aparılan pedaqoji müşahidələr, söhbətlər, müxtəlif sorğular (anket, şifahi və b.), fəaliyyət və davranışın, uşaqlara verilən ictimai tapşırıqların təhlili, müxtəlif tərbiyə situasiyalarının yaradılması və s.
Bu metodların köməyi ilə şagirdlərin şüur və davranış səviyyəsi, tərbiyə keyfiyyətləri, ünsiyyətinin xarakteri, ayrı-ayrı fəaliyyət növlərində iştirakı, kollektivdə mövqeyi və s. məsələlər barədə lazımi məlumatlar toplanıb təhlil edilir.
Nəzarət qiymətləndirmə ilə tamamlanır. Tərbiyə işlərini qiymətləndirərkən müəyyən meyarlara əsaslanmaq lazımdır: şagirdlərin dünyagörüşü, ideya inamı və mövqeyi, davranış tərzi, intizamı, əməyə münasibəti, ünsiyyəti, kollektivdə mövqeyi, estetik və fiziki inkişafı, ictimai fəallığı və s.
Qiymətləndirmə zamanı şagirdlərin tərbiyə səviyyəsi ilə yanaşı, müəllimin tərbiyəçi kimi fəaliyyəti də təhlil olunub qiymətləndirilməlidir. Bu halda onun istifadə etdiyi tərbiyə metodları, onların optimallığı, müəllimin təşkilatçılığı, şagirdlərə fərdi yanaşma bacarığı, onlarla ünsiyyətinin xarakteri və s. nəzərə almaq lazımdır.
Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, şagirdləri də özünənəzarətə, özünütərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Tərbiyə prosesi o zaman səmərəli olur ki, müəllim şagirdlərdə özünütərbiyəyə tələbat formalaşdırsın.
Şagirdləri özünütərbiyəyə cəlb etmək üçün həm xarici təsirlərdən (tərbiyəçinin və kollektivin tələbi, yoldaşlıq tənqidi, böyüklərin və yoldaşların nümunəsi, yarış və s.), həm də daxili stimullardan (tələbat və maraqlardan) bacarıqla istifadə etmək lazımdır. Şagirdlərin özünütərbiyəsinə müəllim pedaqoji rəhbərliyi təmin etməli, onların özünütərbiyə metodlarına (özünütəhlil, şəxsi öhdəlik, özünənəzarət, özünüqiymətləndirmə və s.) yiyələnmələrinə kömək göstərməyə çalışmalıdır. Şagirdlərə özlərinə düzgün qiymət verməyi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətləndirmə hallarının – özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir.
Yuxarıda nəzərdən keçirdiyimiz tərbiyə metodları insana edilən çoxcəhətli pedaqoji təsirlərin heç də hamısını əhatə etmir. Tərbiyə təcrübəsində bu metodlarla yanaşı, bir sıra dolayı təsir priyomlarından da istifadə olunur. Bu zaman uşağa birbaşa təsir göstərilmir, onun nöqsanları bilavasitə ona izah edilmir. Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar.
– Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, şagirdin intim hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxumağa sövq edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəyyən keyfiyyəti aşılamaq üçün şagirdin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlarda tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s.
– Fəaliyyətin və şəxsi davranış təcrübəsinin təşkili priyomları: şagirdi maraqlı fəaliyyətə (tapşırıqlara) cəlb etmək, aşağı sinif şagirdləri üzərində hamilik işinə cəlb etmək, şagirdin gücünə inam bildirmək, xahiş etmək, kollektivin fərdə təsirini təşkil etmək (“partlayış” və ya “heyrətləndirmə” priyomu).
– Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, “günahkar” şəxs öz payını götürür).
– Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: şagirdə müəyyən işi yoxlamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti sinif iclasında müzakirə edib qiymətləndirmək və s.
Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, uşağın yaş və fərdi xüsusiyyətlərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir. Yalnız bu şərtlə tərbiyədə uğur qazanmaq olar.
- Teqlər:
- tərbiyə metodları
Comments are closed, but trackbacks and pingbacks are open.