Bipaxlanın becərilmə qaydası
– binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq;
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları
1.1 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (sonradan – Qaydalar) Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir.
1.2 Yanğın Təhlükəsizliyi təmin edilərkən Qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır.
1.3 Hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, həmçinin həmin obyekt üçün yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.
1.4 Müəssisələrin bütün işçiləri, yalnız yanğına qarşı ilkin təlimatlandırıldıqdan sonra işə buraxılmalıdırlar. İşin xüsusiyyəti dəyişdikdə isə müəssisənin rəhbəri tərəfindən müəyyən edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində xəbər verilməsi və söndürülməsi üsulların öyrədilməsi üzrə əlavə təlimat keçməlidirlər. Hər bir vəzifəli şəxs, mühəndis-texniki heyət və fəhlə ilkin və sonrakı (ildə bir dəfədən az olmayaraq) yanğına qarşı təlimatlandırılaraq, bu haqda xüsusi Yanğına qarşı təlimatlandırma jurnalında imza etməlidirlər.
1.5 Ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir.
1.6 Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.
1.7 Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər.
1.8. Nazirliklər, idarələr, komitələr, digər mərkəzi idarə etmə orqanları və icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
1.8.1. Tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;
1.8.2. Müəyyənləşdirilmiş qayda normalara uyğun olaraq müvafiq büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;
1.8.3. Yanğından Mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək göstərmək;
1.8.4. Yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək;
1.8.5. Hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək;
1.8.6. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;
1.8.7. Müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilən Dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;
1.8.8. Əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək.
1.9. Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:
1.9.1. Yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanunu tələblərini yerinə yetirmək;
1.9.2. Yanğın Təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;
1.9.3. Yanğına qarşı təbliğat aparılaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək;
1.9.4. Yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək;
1.9.5. Yanğından mühafizə bölmələrini qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;
1.9.6. Yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və onun bölmələrinin əməkdaşlarına köməklik göstərmək;
1.9.7. Müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək;
1.9.8. Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;
1.9.9. Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;
1.9.10. Yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığını, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə şəhər və rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə və ya onun bölmələrinə ləngimədən məlumat vermək;
1.9.11. Binalara, tikililərə, qurğulara, buraxılan və satılan məhsullara Yanğın Təhlükəsizliyi sertifikatının və Yanğın təhlükəsizliyi sahəsində işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə lisenziyalarının vaxtında alınmasını təmin etmək;
1.9.12. Hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini Dövlət Yanğın Nəzarəti Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək.
1.10. Yanğın Təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər (vətəndaşlar) aşağıdakı tələbləri yerinə yetirməlidirlər:
1.10.1. Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və qaydalara ciddi riayət etmək;
1.10.2. Öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq;
1.10.3. Yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon Dövlət Yanğım Təhlükəsizliyi Xidmətinə məlumat vermək;
1.10.4. Yanğımdan Mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək, yanğını söndürmək üçün mümkün tədbirlər görmək;
1.10.5. Yanğının söndürülməsində yanğından mühafizə bölməsinə kömək göstərmək;
1.10.6. Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;
1.10.7. Onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyinin tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün səhər və rayon Dövlət Yanğın Nəzarəti Orqanı vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq.
1.10.8. Hüquqi şəxs yaratmaqdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar, həmçinin hazırki qaydaların 1.9.1-1.9.12-ci bəndlərinin tələblərini yerinə yetirməlidirlər.
2. Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili.
2.1. İnzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır.
2.2. Müəssisələrdə açıq oddan istifadə edilməsi, siqaret çəkilməsi və müvəqqəti yanğın təhlükəli işlərin aparılması qaydaları yanğın təhlükəsizliyi tələbləri barədə təlimata əsasən müəyyən edilməlidir.
2.3. Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq müəssisələrdə, idarə və ya təşkilatlarda könüllü yanğından mühafizə dəstələri yaradıla bilər.
2.4. Hər bir müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməlidir. Həmin əmrdə və ya təlimatda aşağıdakılar öz əksini tapmalıdır;
– siqaret çəkmək üçün xüsusi yerin ayrılması və ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin olunması:
– hazır məhsulların, yarımfabrikatların və xammalın saxlanılması üçün yerlər təyin olunmalı və malların otaqlarda eyni vaxt ərzində saxlana biləcək miqdarı nəzərə alınmalıdır;
– yanar tullantıların və tozların təmizlənməsi, yağlı-xüsusi geyimlərin saxlanılması qaydaları müəyyən edilməlidir;
– iş vaxtının sonunda və yanğın baş verən zaman elektrik avadanlıqları şəbəkədən ayrılmalıdır;
– müvəqqəti odlu və digər yanğın təhlükəli işlərin görülməsi qaydaları nəzərə alınmalıdır;
– iş vaxtının sonunda otaqlara baxışın keçirilməsi və bağlanması qaydaları göstərilməlidir;
– yanğın hadisəsi zamanı işçilərin hərəkəti qaydaları qeydə alınmalıdır;
– yanğın təhlükəsizliyi əsaslarına dair dərslərin və yanğına qarşı təlimatın keçirilmə vaxtı və bu tədbirin keçirilməsi qaydaları üçün cavabdeh şəxslərin ayrılması göstərilməlidir.
2.5. Bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır.
Kütləvi insan (50 və ya çox) toplaşan obyektlərdə həmin obyekt rəhbəri tərəfindən köçürmə planına əlavə olaraq xidməti heyət üçün İnsanların yanğın yerindən köçürmə tədbirləri hazırlanmalıdır. Bu tədbirlər əsasında hər 6 ayda bir dəfədən az olmayaraq, bütün xidməti heyəti cəlb etməklə təcrübə məşğələ-təlimləri keçirilməlidir.
Gecə vaxtı insanlar olan obyektlər (uşaq bağçaları, internat-məktəblər, xəstəxanalar və sair) üçün köçürülmə təlimatı iki variantda hazırlanmalıdır: “gündüz” və “gecə” vaxtı.
2.6. İdarə, müəssisə, təşkilatın bütün əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq yanğına qarşı rejimin bütün tələblərinə ciddi riayət etməlidirlər.
3. Ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri.
3.1. Yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır.
3.2. Binaların, tikililərin və qurğuların aralarında olan yanğına qarşı ara məsafələrində, malların yığılmasına, avtomobillərin dayanacaq kimi istifadə edilməsinə, bina və qurğuların (qurulmasına) tikilməsinə icazə verilmir.
3.3. Binalara, qurğulara, açıq anbarlara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın invertarları saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin, girişlərin tutulmasına qəti yol verilməməlidir.
3.4. Müvəqqəti tikintilər digər bina və tikililərdən 15 m-dən çox məsafədə (digər normalara görə yanğına qarşı aranın çox olması tələbi hallarından başqa) və ya yanğına qarşı divarların yanında yerləşdirilməlidir.
3.5. Anbarlarda, bazalarda, taxıl və pambıq qəbulu, saxlanma və emalı müəssisələrində, ticarət obyektlərində, asan alışan mayelər ( AAM ),yanar mayelər (YM ) və yanar qazlar ( YQ ) çıxarılan, emal edilən və saxlanılan, bütün növ partlayıcı maddələr istehsal olunan ərazi və otaqlarda, yanğın və partlayış təhlükəli sahələrdə, eləcə də müəssisələrin siqaret çəkmək üçün ayrılmamış yerlərində, məktəbəqədər uşaq müəssisələrində, arxiv, muzey, teatr-tamaşa müəssisələrində, məktəblərdə, yetişmiş dənli və texniki bitkilərin zəmilərində siqaret çəkməyə icazə verilmir.
3.6. Bina və qurğuların aralarındakı layihə normalan ilə təyin edilmiş yanğına qarşı ara məsafələrində, bina və qurğulara 50 metrdən yaxın olmamaq şərti ilə tonqalların qalanmasına, tullantıların və boş qabların (tarların) yandırılmasına icazə verilir. Tullantıların və boş qabların (taraların) xüsusi ayrılmış yerdə yandırılması, xidmətçi heyətin nəzarəti altında həyata keçirilməlidir.
3.7. Yanğına qarşı su mənbələrinin, çol (xarici) yanğın nərdivanlarının, bina və tikililərin girişlərinin tez tapılması üçün müəssisələrin, bazaların, anbarların və digər obyektlərin əraziləri gecə vaxtı işıqlandırılmalıdır.
3.8. Obyektdaxili dəmir yollarından keçən yol və keçidlər yanğın avtomobillərinin keçməsi üçün boş olmalıdırlar və keçən yollar relslərin başlıqları səviyyəsində bütöv döşənəklə örtülməlidirlər.
3.9. Yaşayış evlərinin, meşələrin, bağların, ictimai və mülki binaların ərazilərindəki açıq meydança və həyətlərdə AAM və YM olan qabları, həmçinin sıxılmış və mayeləşdirilmiş qazla dolu olan balonları saxlamağa icazə verilmir.
3.10. İynəyarpaqlı meşə massivlərində yerləşmiş hər bir obyektin ərazisi perimetr boyu eni 3 m-dən az olmayan qoruyucu minerallaşdırılmış zolaqla təmin edilməlidir.
3.11. Kənd yaşayış məntəqələrində, orada yerləşən ictimai, məişət, istehsalat və digər obyektlər yanğından mühafizə normalarına uyğun olaraq yanğın texnikası və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidirlər.
3.12. Yaşayış məntəqələrinin və müəssisələrin ərazilərində yanar tullantılardan ibarət zibilliklərin yığılmasına icazə verilmir.
4. Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi
tələbləri.
4.1. Hər bir istehsalat və anbar otaqlarının ( xarici qurğuların), yanğın və partlayış təhlükəsi kateqoriyalarından asılı olaraq, istehsalat kateqoriyaları, müvafiq qaydalarının tələblərinə, əsasən, zona və sinifləri təyin edilməlidir, qapılarına onları göstərən xüsusi lövhəciklər asılmalıdır. Yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında standart işarələr (anşlaqlar, təhlükəsizlik lövhəcikləri) asılmalıdır.
Yanğın xasiyyətnamələri öyrənilməmiş material və maddələrin, eləcə də, yanğın-partlayış təhlükəsinə dair göstəriciləri və ya sertifikatları olmayan material və maddələrin istehsal proseslərində istifadəsinə, həmçinin onların digər material və maddələrlə birlikdə saxlanılmasına icazə verilmir.
4.2. Otaqların, binaların və tikililərin yanğına qarşı sistem və qurğuları (tüstüyə qarşı qoruma, yanğın avtomatik qurğuları, yanğına qarşı su təchizatı sistemləri, yanğına qarşı qapılar, klapanlar, yanğına qarşı divar və üst örtüklərindəki digər qoruyucu qurğular və s.) daima saz vəziyyətdə saxlanılmalıdır.
Qapıların öz-özünə bağlanması üçün qurğular saz vəziyyətdə olmalıdırlar. Yanğına qarşı və ya tüstüyə qarşı qapıların(qurğuların) normal bağlanmasına mane olan hər hansı bir cihazların quraşdırılmasına icazə verilmir.
4.3. Yanğınla nəticələnə bilən nasaz qurğu, dəzgah və avadanlıqlardan istifadə edilməsinə icazə verilmir. Eləcə də təyin edilmiş texnoloji rejimə, hərarətə, təzyiqə və digər təhlükəsizlik parametrlərinə nəzarəti təmin edən nəzarət ölçü və texnoloji avtomatik cihazları söndürülmüş vəziyyətdə olduqda, onların işləməsinə (istismarına) icazə verilmir.
4.4. Tikinti konstruksiyaların, yanar bəzək və istilik keçirməyən materialların, metal sütunların və qurğuların, avadanlıqların və digər konstruktiv elementlərin oddan qoruyucu örtüklərinin (suvaq qatının, xüsusi boya, lak, şirələnmiş qatın və sair oddan qoruyucu xassələrinin yox olması və ya pisləşməsi daxil olmaqla) pozulması hallan dərhal aradan qaldırılmalıdır.
Mövcud normativ tələblərə əsasən odadavamlı məhlulla hopdurulmuş taxta konstruksiyalı elementlər və parçalar müddəti keçdikdən sonra və öz hopdurulma keyfiyyətini itirdikdən sonra yenidən eyni məhlulla hopdurulmalıdırlar.
Hopdurulmuş konstruktiv elementlərin və parçaların yanğına qarşı vəziyyəti ildə iki dəfədən az olmayaraq yoxlanılmalıdır.
4.5. Yanğına qarşı divarların, üst örtüklərinin və çəpərləmə konstruksiyalarının müxtəlif mühəndis və texnoloji kommunikasiyalarla kəsişdikləri yerlərdə əmələ gəlmiş dəlik və yarıqlar (aralar), tələb olunan odadavamlılığı, tüstü və qaz keçirməyən yanmayan tikinti qarışığı (məhlulu) və ya digər materiallarla tutulmalıdır.
4.6. Otaqlar yenidən planlaşdırmadıqda, onların təyinatı dəyişildikdə və ya yeni texnoloji avadanlıqlarla təmin edildikdə, qüvvədə olan tikinti və texnoloji layihələşdirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmalıdır.
Otaqları icarəyə götürdükdə, həmin binanın təyinatı üçün yanğına qarşı tələblər icarədarlar tərəfindən yerinə yetirilməlidir.
4.7. Kütləvi insanlar toplaşan müəssisələr, (teatrlar, muzeylər və s. ) həmçinin yanğın potensialı yüksək olan neft emalı, ağac emalı, kimya sənayesi və s. müəssisələrin yaxınlıqdakı yanğından mühafizə orqanının rabitə məntəqəsi ilə birbaşa telefon əlaqəsi olmalıdır.
4.8. Müəssisələrin, binaların və tikililərin otaqlarında aşağıdakılar qadağandır:
– mövcud normativ sənədlərlə əvvəlcədən şərtləşdirilmiş hallar istisna olmaqla, zirzəmilərdə və kürsü mərtəbələrində AAM, YM və bantın saxlanılması;
– partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların saxlanılması və istifadəsi;
– çardaqlarda, texniki mərtəbələrdə, ventkameralarda və digər texniki otaqların istehsalat sahələrində, emalatxanalar təşkil etmək, həmçinin qeyd edilən yerlərdə məhsulun, avadanlığın, mebelin və digər əşyaların saxlanılmasına yol vermək;
– lift xollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək;
– əgər onlara giriş ümumi pilləkən qəfəsindən təyin edilməyibsə, orada yanar materiallar anbar və emalatxanalar təşkil etmək, həmçinin zirzəmi və kürsü mərtəbələrdə başqa təsərrüfat otaqları yerləşdirmək;
– eyvanlardakı və lojalardakı layihə ilə nəzərdə tutulmuş qapı və lyükları çıxarmaq, eləcə də qonşu seksiyalara gedən keçidləri və bayır nərdivanlarına çıxışları mebellə, avadanlıqla və digər əşyalarla tutmaq;
– otaqların yığışdırılmasında və paltarların yuyulmasında benzindən, ağ neftdən və digər AAM və YM istifadə etmək, həmçinin donmuş boruları lehimləmə lampalarından və ya digər üsullarla açıq alovdan istifadə etməklə qızdırmaq;
– iş yerini yağlı sürtgü materiallardan təmizlənməmiş saxlamaq;
– müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər quraşdırmaq;
– yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi;
– pilləkən qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkənin iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qorumağa icazə verilir) saxlamaq;
– binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq;
4.9. Bina və tikililərin damlarındakı (örtüklərindəki) xarici (çöl) yanğın nərdivanları və sipərlər saz vəziyyətdə saxlanılmalı və ildə iki dəfədən az olmayaraq möhkəmliyi yoxlanılmalıdır.
4.10. Bir köçürmə çıxışı olan otaqlarda iştirakçıların sayı 50 nəfərdən çox olmayan tədbirlərin keçirilməsinə icazə verilir.
Kütləvi şəkildə insan (50 və daha çox) toplaşan, 4 və 5 odadavamlılıq dərəcəsi olan binalarda tədbirlərin aparılmasına yalnız birinci mərtəbədə icazə verilir.
4.11. Damın, texniki mərtəbələrin və zirzəmilərin pəncərələri şüşələnməlidir, qapılan isə bağlı vəziyyətdə olmalıdır. Qapıların üstündə açarın harada saxlanıldığı göstərilməlidir.
Bina və tikililərin zirzəmi və yarımzirzəmilərinin xaricdən işıqlanması üçün nəzərdə tutulmuş qapı və pəncərə qarşısındakı oymaqlar, boşluqlar (çuxurlar) mütamadi olaraq yanar zibildən təmizlənməlidir. Həmin pəncərə oymaqlarının birdəfəlik bağlanmasına icazə verilmir.
4.12. Ağ neft ilə yanan divar lampalarının (fonarlarının) metaldan mühafizə qapağı olmaqla möhkəm bərkidilməklə tavandan asılmalıdır. Lampanın və ya fonarın mühafizə qapağı ilə tavanın yanar (çətin yanan) konstruksiyaları arasındakı məsafə 70-sm-dən və yanmayan divarlardan isə 20 sm-dən az olmamalıdır.
Ağ neft ilə yanan divar lampaları (fonarlar) metal işıq qaytarıcıları olmaqla divara möhkəm bərkidilməlidir. Fonarların və stolüstü ağ neft lampalarının qoyulduğu yer möhkəm olmalıdır.
4.13. Maye yanacaqla işləyən qızdırıcı cihazlarını benzin ilə doldurulmasına icazə verilmir.
4.14. Tamaşa, yeməkxana, sərgi, ticarət zallarında (otaqlarında), tribunalarda və eləcədə kütləvi insan toplaşan digər otaqlarda adamların sayı köçürmə yollarının buraxma qabiliyyətindən asılı olaraq, müəyyən hesabdan və ya layihələşdirmə normalan ilə təyin edilmiş miqdardan çox olmamalıdır.
Hesabat üçün layihə normalarının göstəriciləri olmadıqda, zaldan insanların köçürməsinin təmin olunması vaxtını 2 dəqiqə, bir iştirakçıya düşən sahə isə 0,75 kv.m. qəbul etmək lazımdır.
4.15. Müxtəlif yağların silinməsi üçün istifadə olunmuş silgi materiallarının yığılması üçün qapaqla kip bağlanan metal qutu quraşdırılması vacibdir.
Növbə qurtaran zaman qutu otaqdan çıxarılmalıdır.
4.16. Yağla, lakla, rənglə və digər asan alışan və yanar mayelərlə işləyən şəxslərin paltarları bu məqsədlə xüsusi ayrılmış yerlərdə quraşdırmaları metal
şkaflarda asılmış vəziyyətdə saxlanılmalıdır.
4.17. Yeni il şənlikləri keçirilən və adamların kütləvi şəkildə iştirak etdiyi digər tədbirlərdə:
– iki köçürmə çıxışı olan, layihə normalarına cavab verən, pəncərələrində barmaqcıqlar olmayan, ikinci mərtəbədən yuxanda yerləşməyən, yanar mərtəbəara örtüyü olan binalardan istifadə etməyə icazə verilir;
– yolka bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqlan tavana və divarlara toxunmasın;
– elektrik işıqlandırma sistemi olmayan otaqlarda “Yeni İl” yalnız sutkanın işıqlı vaxtında keçirilməlidir;
– çil-çıraqların bəzədilməsi, müvafiq qaydaların tələblərinə əsasən yerinə yetirilməlidir;
– elektrik şəbəkəsində gərginliyi azaldan transformatorlardan istifadə olunmadığı zaman, çil-çıraqların bəzədilərək 12 Volta qədər gərginlikdən və 25 voltdan çox olmayan lampalardan istifadə olunmalıdır;
– çil-çıraqlarda nasazlıq (məftillərin qızması, lampaların yanıb sönməsi, qığılcım olması və s.) aşkar olunduqda onu elektrik şəbəkəsindən tez bir zamanda ayırmaq lazımdır;
Aşağıdakılar qadağan olunur:
– qövs şəkilli projektorlardan, şamlardan istifadə etmək, atəşfəşanlıq, yanğın təhlükəli effekt verən yanğına səbəb olan amillərdən istifadə etmək;
– sellüloid oyuncaqlarla, eləcə də oddan mühafizə tərkibi ilə hopdurulmamış tənzif və pambıqla yolkanın bəzədilməsi;
– uşaqlara asan yanan materiallardan tikilmiş kostyumlar geyindirmək;
– odlu, rəngləmə və digər yanğın-partlayış təhlükəli işlərin aparılması;
– sıralar arasındakı keçidin enini azaltmaq, keçidlərdə əlavə kresloların, stulların qoyulması və s.
– səhnəcik və tamaşa vaxtı otaqlarda işıqların tam söndürülməsi;
– otaqlara normadan artıq nəzərdə tutulmuş adamların toplaşması.
Tədbirlərin aparılması zamanı səhnədə və tamaşa zalının otaqlarında məsul şəxslərdən ibarət növbətçilər təşkil edilməlidir.
5. Köçürmə yollarına dair yanğın təhlükəsizliyi tələbləri.
5.1. Köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır;
5.2. Köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər;
5.3. Köçürmə çıxışlarında aşağıdakılar qadağan olunur:
– köçürmə yollarında ( 5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi;
– keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması;
– tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması;
– köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması;
– pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fiksasiya) etmək və ya çıxartmaq.
– 5.4. Otaqlarda texnoloji, sərgi və digər avadanlıqların yerini dəyişdikdə pilləkən qəfəslərində köçürmə keçidləri və digər köçürmə yolları, layihə normalarına uyğun olmalıdır.
– 5.5. Kütləvi insan toplaşan binalarda elektirik enerjisinin kəsilməsi hallarını nəzərə alaraq, xidməti heyət elektirik işıqlandırıcıları ilə təmin edilməlidirlər
İşıqlarndırıjıların sayı növbətçi heyətin hər bir əməkdaşına, bir dənədən az olmamaq şərti ilə, binada olan insanların, növbətçi heyətin sayının və obyektin xüsusiyyətini nəzərə almaqla rəhbərlik tərəfindən müəyyən edilməlidir;
– 5.6. Kütləvi şəkildə adamlar olan otaqlarda xalça, xalça zolaqları və digər döşəmə örtükləri, döşəməyə möhkəm bərkidilməlidir.
6. Elektirik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri.
6.1. Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər.
6.2. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər.
6.3. İşin sonunda təyinatdan asılı olmayaraq, nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası, eləcə də elektrik qurğuları istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövriyyədən açılmalıdır.
6.4. Elektrik ötürücü xətlərini və xarici (çöl) elektrik naqillərini yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların (ştabellər, tayalar) üzəri ilə çəkilməsinə icazə verilmir.
6.5. Elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur:
– elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək;
– nasaz elektrik qurğularından istifadə etmək;
– elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək;
– dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək;
– standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək;
– magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək;
– elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq.
6.6. Ehtiyat elektrik dövrəsinin işçi və qəza işıqlandırma sisteminin qidalandırıcı və idarə etmə kabellərini topa şəkildə, bir boruda və ya tikinti konstruksiyalarının bağlı kanalı ilə birgə çəkilməsinə icazə verilmir.
6.7. İnsanların normal təhlükəsiz köçürməsini həyata keçirmək məqsədi ilə «Çıxış» sözləri yazılmış işıqlı göstəricilər həmişə saz vəziyyətdə olmalıdır. Tamaşa nümayişi zamanı, sərgi və digər tədbirlər keçirilən zaman zallarda onlar daima yanılı vəziyyətdə olmalıdırlar.
6.8. Daşınan elektirik işıqlandırıcıları elastiki elektirik naqillərinə malik olmalı, şüşə qapaqlarla və qoruyucu torla mühafizə edilməli və asmaq üçün qarmaqla təchiz olunmalıdırlar. Onların gərginliyi 36 V- dan artıq olmamalıdır.
6.9. Sofitləri quraşdıran zaman ancaq yanmayan materiallardan istifadə etməli, onların gövdəsi isə saxlayıcı trosdan təcrid (izolyasiya) olunmalıdır.
Projektorları və sofitləri quraşdıran zaman, onlarla yanar materiallar arasında minimal məsafə 0,5 m olmalıdır. Linzalı projektorlar üçün isə minimal məsafə 2 m olmalıdır. Projektor və sofitlər üçün işıq süzgəcləri yanmayan materiallardan olmalıdır.
6.10. Avtomatik termonizamlayıcılarla təmin edilməmiş elektrik sobalarının istismarına icazə verilmir. Nasaz elektirik qızdırıcı qurğu və cihazlarının istismarı qəti qadağandır.
7. İstilik və ventilyasiya sistemlərinə dair yanğın təhlükəsizliyi tələbləri.
7.1. Bütün sobalar, qazanxanalar, istilik generatorları, kalorifer (istilik verən) qurğuları, digər istilik cihazları və sistemləri, isitmə mövsümü başlanmazdan qabaq yoxlanılmalı və təmir edilməlidir. Nasaz sobaların və digər qızdırıcı qurğuların istismarı qadağandır.
7.2. Yanar konstrksiyalarla sobalar, onların elementləri və digər istilik cihazları arasında yanğına qarşı (arakəsmə) qoruyucu hörgü, arakəsmə, mərtəbə arası örtüyün və tavanın yanar konstruktiv elementlərini yanğından qorumaq üçün baca yanlarına hörülən kərpic qatının ölçüləri mövcud tikinti norma və qaydalara uyğun olmalıdır. Eyni zamanda yanar materiallı döşəmələrdə ocaqlıq qarşısında 0,5 x 0,7 m ölçüdə azbest üzərinə mismarlanmış metal və ya yanmayan materialdan təbəqələr olmalıdır.
7.3. İsitmə mövsümü başlanmazdan qabaq sobalar və tüstü bacaları qurumdan təmizlənməlidir; eyni zamanda bütün isitmə mövsümü ərzində ən azı;
– qızdırıcı sobalar üçün üç ayda bir dəfə fasiləsiz işləyən sobalar və istilik qurğuları üçün iki ayda bir dəfə;
– mətbəx plitələri və diğər fasiləsiz yandırılan sobalar üçün ayda bir dəfə.
7.4. Qazanxana və istilik generator qurğularının forsunkalarına (odluqlarına) gələn hər bir yanacaq borusu üzərində ən azı iki ədəd ventil olmalıdır. Onlardan biri ocaqlığın, digəri yanacaq çəninin yaxınlığında quraşdırılmalıdır.
7.5. Yaşayış məntəqələrinin, müəssisələrin qazanxanalarında və digər istilik istehsal edən qurğuların istismarı zamanı, xüsusi hazırlıq keçməyən və vəsiqəsi olmayan şəxslərin (ocaqçıların) işə buraxılmasına, qazanxana və istilik generatorları otaqlarında duru yanacağın saxlanmasına, avadanlıqların istismarı zamanı texniki şərtlərdən nəzərdə tutulmayan neft məhsulları tullantılarından və digər “AAM” – lərdən və “YM” – lərdən yanacaq kimi istifadə edilməsinə icazə verilmir.
– yanacaq verilən sistemin boru xətlərindən və onun birləşən yerlərindən duru yanacaq damcıladıqda (qaz sızdıqda) istilik istehsal edən qurğuları istismar etmək;
– sönmüş qaz odluqlarına və forsunkalarına (odluqlarına) yanacaq və qaz vermək;
– nəzarət və tənzimləmə cihazları olmadıqda və yaxud onlar nasaz olduqda işləmək;
– qazanların və buxar kəmərlərinin üzərlərində hər hansı yanar materialın qurudulması.
7.6. İstilik sobalarının istismarı zamanı qadağandır:
– yanar sobaları nəzarətsiz qoymaq, eyni zamanda nəzarəti kiçik yaşlı uşaqlara həvalə etmək;
– yanacağı, yaxud yanar maddə və materialları ocaqlıq qabağına yığmaq;
– sobalarda, təyinatı üzrə nəzərdə tutulmayan yanacaqlardan istifadə etmək;
– yığıncaq və kütləvi tədbirlər keçirilən zaman otaqlarda sobaların qalanmasını həyata keçirmək;
– standartlara uyğun olmayan qaz, duru yanacaq sobalarından istifadə etmək;
– ventilyasiya və qaz kanallarından tüstü bacası kimi istifadə etmək;
– sobaları həddən artıq qızdırmaq.
7.7. Bina və qurğularda sobaların qalanması iş vaxtının başa çatmasına iki saat qalmış, sutkalıq insanlar olan obyektlərdə və xəstəxanalarda isə yatmazdan iki saat qabaq dayandırılmalıdır.
Gündüz növbəli uşaq müəssisələrində sobaların qalanması uşaqların gəlmə vaxtına bir saat qalmış qurtarılmalıdır. Ocaqlıqdan çıxardılan kül və kömür qalıqları, su ilə isladılmalı, sonra onlar üçün xüsusi ayrılmış təhlükəsiz yerə tökülməlidir.
7.8. Yanğın təhlükəsizliyi standartlarının tələblərinə və texniki şərtlərə cavab verməyən metal sobaların quraşdırılmasına icazə verilmir.
Zavodlarda hazırlanmış metal və digər sobaların yataqxanalarda, inzibati, ictimai və müəssisənin köməkçi binalarında, eləcə də yaşayış evlərində müvəqqəti istilik sisteminin quraşdırılması zamanı, bu növ məhsulu hazırlayan müəssisənin lahiə normalarının tələbləri, təlimatı göstərişləri, mütləq yerinə yetirilməlidir.
Qaz cihazlarının quraşdırılması və istismarı, müvafiq qaydaların tələblərinə cavab verməlidir.
7.9. Sobalardan mallara, rəflərə, vitrinlərə, piştaxtalara, şkaflara və başqa avadanlıqlara qədər məsafə ən azı 0,7 m, ocaqlıq gözündən isə ən azı 1,25 m olmalıdır.
7.10. Çardaqlardan keçən bütün tüstü boruları və divarları ağardılmalıdır.
7.11. Bərk yanacaqla işləyən qazanxana qurğusunun tüstü borusu qığılcım söndürücülərlə təchiz edilməli və vaxt aşırı bu qaydaların 7.3. bəndinə uyğun olaraq qurumdan təmizlənməlidir.
7.12. Hava girən yerdə odsaxlayan qurğu (sipər, şiber, qapaq və s.) avtomatik yanğınsöndürmə sistemi, yanğın zamanı ventilyasiyanı avtomatik söndürən qurğu, vaxtlı vaxtında yoxlanılmalı və saz vəziyyətdə saxlanılmalıdır.
7.13. Havanın səriləşdirilmə və ventilyasiya sisteminin istismarı zamanı aşağıdakılar qadağandır:
– ventilyasiya kameralarının qapısını açıq qoymaq;
– sorma kanallarını, gözlükləri və dəmir barmaqcıqları bağlamaq;
– hava çəkənlərə istilik qaz cihazları qoşmaq;
– hava çəkənlərdə toplanan piy qatlarının, tozun və digər yanar maddələrin yandırılması.
7.14. Ventilyasiya kameraları, siklonlar, süzgəclər, havaçəkənlər yanğın və partlayış təhlükəsindən asılı olaraq, müəssisə rəhbərinin əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar tozlardan və istehsalat tullantılarından təmizlənməlidir. Təmizləmə işində iştirak edən heyətlə birgə nəzarət orqanına təqdim etmək üçün bu haqda akt tərtib edilməlidir.
Yanğın və yanğın partlayış təhlükəli otaqların ventilyasiya sistemlərinin təhlükəsiz üsulla təmizlənməsi üçün, müəssisə rəhbəri tərəfindən xüsusi qaydalar işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmalıdır
7.15. Hidrosüzgəclərin, uru süzgəclərin, toz tutan və digər ventilyasiya sistemi qurğularının (aspiratorların) nasazlığı və söndürülməsi (işinin dayandırılması) zamanı, yanğın partlayış təhlükəli otaqlarda (qurğularda) texnoloji avadanlıqların işləməsinə icazə verilmir.
7.16. Yanar tozların, lifli və digər tullantıların xaric edilməsi zamanı, onların ventilyatora düşməsinə yol verməmək üçün ventilyatorun qarşısında tutucular, metal əşyalara qarşı isə maqnit tutucular quraşdırılmalıdır.
7.17. Yerli sorma sistemlərinin hava xətlərinə və pnevmatik daşıyıcı borularına mütəmadi olaraq baxış keçirmək, daxilini təmizləmək və onun daxilində baş verə biləcək yanğınları söndürmək üçün onlar baxış pəncərələri ilə təmin olunmalıdırlar.
Baxış pəncərələri, araları bir birindən 15 metrdən çox olmamaq şərti ilə divarlardan və örtüklərdən keçən boru xətlərinin yerində, döngələrdə və üçlüklərdə yerləşdirilməlidirlər.
7.18. Maşın və aqreqatların tozsuzlaşdırma qurğusunun hava təmitzləyici süzgəci, təcid (ayrıca izolə) edilmiş otaqda yerləşdirilməlidir.
7.19. Avadanlıqlardan ayrıları, dövr edən tozlu hava, süzgəclərin köməyi ilə, iki mərhələli təmizlənməyə məruz qalmalıdırlar.
8. Yanğına qarşı su təchizatına dair tələblər.
8.1. Yanğına qarşı su təchizatı xətləri saz vəziyyətdə olmalıdır və yanğının söndürülməsi üçün tələb olunan suyun sərfi normasının tələblərini ödəməlidir. Onların iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmalıdır (yazda və payızda). Yanğın hidrantları daima saz vəziyyətdə saxlanılmalıdır. Hidrantlar yerləşən sahələrdə su xəttində suyun kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan az olması halları aşkar edildikdə yanğından mühafizə xidmətinə xəbər verilməlidir.
Müəssisələrin yanğın nasoslarının elektrik mühərrikləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməlidir.
8.2. Yanğın baş verən zaman işə salmaq və lazımı miqdarda su ehtiyatı yaratmaq və həmin sahədə suyun sərfini artırmaq üçün, su sayğacı quraşdırılmış yerdə, diametri su xəttinin giriş yerindən az olmayan əlavə su xətti quraşdırmalı və ona ventil qoymalı. Ventili “Yanğın baş verdikdə açmalı” sözləri yazılmış lövhə ilə təmin etməli.
8.3. Hidrantlar və su hovuzları, onlara yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq göstəricilərlə (işıqlandırıcı və ya işıq əks etdirən xüsusi təbəqə ilə örtülmüş göstəricilər) təmin edilməlidirlər. Göstəricidə su mənbəyinə qədər olan məsafə rəqəmlərlə dəqiq olaraq qeyd edilməlidir.
Hər bir yanğın hidrantı “YH” yazılmış işıqlandırıcı ilə və ya işıqlandırıcı (flyüoreset) göstəriciləri ilə təmin edilməlidir. Göstəricilərdə, eləcə də hidrantın nömrəsi, göstəricidən hidranta qədər olan məsafə (m), daxili diametri (mm) və onun növü (dairəvi və ya dalanlı) göstərilməlidir.
Yanğın su hovuzu üzərində “YSH” sözləri yazılmış işıqlandırıcı və ya flyüoreset göstəricisi ilə təmin edərək, hərflərlə su ehtiyatının miqdarı (kub.metr) göstərilməlidir.
Yanğına qarşı su hovuzları daima dolu vəziyyətdə saxlanılmalıdır. Onların su götürmə qurğuları saz vəziyyətdə olmalıdır. Yanğın avtomobillərinin, onlara sərbəst yan alıb oradan su götürməsi üçün su hovuzu ən azı 12 x 12 metr ölçüdə bərk örtüklü meydança ilə təmin edilməlidir.
8.4. Daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməlidirlər. Atıcı şlanq yanğın kranına və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdır. Yanğın kranlarını şkaflarla təmin edilməlidir. Şkafların qapılarında yanğın kranlarının nömrələri yazılaraq, bağlanıb, möhürlənməlidir.
8.5. Nasos stansiyasının otağı, xüsusi izahedici mətnlərlə yazılmış, “Yanğına qarşı su təchizatının ümumi sxemi” və “Nasosların birləşmə sxemi” ilə təmin olunmalıdır. Həmin sxemlər xüsusi çərçivəyə salınaraq, görünən yerdən asılmalıdır. Nasosxanada yerləşən hər bir siyirtmənin və su təzyiqini qaldıran nasosun təyinatları barədə göstəriciləri olmalıdır. Su təzyiqini yüksəldici nasosların dövriyyəyə qoşulması qaydası təlimatla müəyyən edilməlidir.
Nasos stansiyası üçün «Xidməti heyətin yanğın baş vermə zamanı fəaliyyəti» barədə təlimat işlənib hazırlanmalı, işçilərə imza ilə tanış etdirməklə bir nüsxəsi, nasos stansiyasının otağında görünən yerdən asılmalıdır.
Yaşayış məntəqələrinin yanğına qarşı su təchizatının nasos stansiyalarının dispetçer otağı ilə yanğından mühafizə xidmətinin rabitə məntəqəsinin dispetçer otağı aralarında birbaşa telefon əlaqəsi olmalıdır;
8.6. Su xətləri üzərində quraşdırılmış, elektrik ötürücüsü ilə açılıb-bağlanan siyirtmələrin iş qabiliyyəti ildə iki dəfədən az olmayaraq, yanğın nasoslarının iş qabiliyyəti isə ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır. Qeyd olunan avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalıdır
8.7. Obyektin ərazisində və ya yaxınlığında ( 200 m radiusunda ) təbii və ya süni su mənbələrinin (çaylar, göllər, hovuzlar, süni su kanalları və s.) mövcud olduğu halda, onlara ilin hər bir fəslində yanğın avtomobillərinin və yanğının söndürülməsində iştirak edən digər texnikanın yan alıb su götürülməsi üçün, həmin su mənbələrə bitişik 12 x 12 m ölçüdə bərk örtüklü meydança və ya körpülər qurulmalıdır.
8.8. Su təzyiqi qüllələri ilin hər fəslində yanğın texnikası ilə suyun götürülməsi üçün uyğunlaşdırılmalıdır.
Yanğının söndürülməsi üçün nəzərdə tutulmuş su ehtiyatından məişət və istehsalat məqsədləri üçün istifadə etmək qəti qadağandır.
9. Köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya
qurğularına olan tələblər.
9.1. Yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir.
TX və PET xüsusi təlim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.
TX üzrə və ya qurğuların dayandırılması ilə (ayn-ayrı xətlərin, xəbərvericilərin) əlaqədar təmir işləri zamanı müəssisənin rəhbəri binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün lazımı tədbirlər görməlidirlər.
9.2. Dispeçer otağında (yanğın postunda), yanğın avtomatik qurğularının nasazlığı və yanğın barədə həyacan siqnalı alındığı zaman, növbətçi heyətin fəaliyyət göstərməsi ardıcıllığı barədə təlimat asılmalıdır.
Dispetçer otağı telefon əlaqəsi və üç ədəddən və daha çox, yararlı elektrik işıqlandırıcıları ilə təchiz olunmalıdır.
9.3. Yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır.
Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır.
9.4. Yanğınsöndürmə qurğularının balonlarında və çənlərində, odsöndürücü maddənin kütləsi və ya təzyiqi onların təlimatlarında təyin olunan hesabdan 10 % və daha çox azalarsa, onlar əlavə və ya yenidən doldurulmalıdırlar.
9.5. Sprinkler qurğularının çiləyiciləri mexaniki zədələnmədən qorunmalıdırlar.
Açılan və saz olmayan çiləyicilərə tıxacların taxılması (vurulması) qadağandır.
9.6. Yanğınsöndürmə stansiyası izahedici mətnlə yazılmış boru xətlərinin sxemi və yanğın baş verən zaman qurğunu idarəetmə təlimatı ilə təmin edilməlidir.
Hər bir idarəetmə qovşağında mühafizə olunan otaqların adı, qurğu seksiyasında çiləyicilərin növü və sayı qeyd olunmuş lövhəcik asılmalıdır. Ventil və kranlar bağlama sxeminə uyğun olaraq nömrələnməlidirlər.
9.7. Qurğulara vaxtlı-vaxtında texniki xidmət göstərilməsi üçün ixtisaslaşdırılmış lisenziyası olan təşkilatlarla ( bu o müəssisələrə aiddir ki, qurğulara texniki qulluq edilməsi və xidmət heyəti saxlamağa imkanı yoxdur) müqavilə bağlanmalıdır.
9.8. Əsas və ehtiyat nasoslar, nəzarət ölçü cihazları və qapaqlar yerləşdirilmiş, yanğınsöndürmə stansiya otağının qapısında üzərində “Yanğın Söndürmə Stansiyası” sözləri yazılmış tablo olmalıdır. Stansiya daima bağlı vəziyyətdə saxlanılmalıdır. Otağın açan xidmət heyətində olmalıdır.
9.9. Mal-əmtəə materialları saxlanılan otaqlarda çiləyicilərə qədər olan məsafə ən azı 0,9 m, xəbərvericilərə isə 0,5 m. olmalıdır.
9.10. Mövcud Dövlət Standartlarına uyğun olaraq avtomatik qazla (su ilə) yanğınsöndürmə qurğularının boru xətlərini aşağıdakı rənglərlə:
– qazla yanğın söndürmə – san rəng;
– su ilə yanğın söndürmə – yaşıl rəng;
– köpüklə yanğın söndürmə – qəhvəyi rəngli xəbərdaredici halqalar çəkməklə yaşıl rəng.
Müalicə və uşaq məktəbəqədər təşkilatlarında, həmçinin məktəb-internatların yataq korpuslarında, yalnız xidmətçi heyət xəbərdar edilməlidir.
Xəbərvermə sistemlərinin istifadə qaydaları, onların istismarı üzrə təlimatda və köçürmə planlarında, sistemləri işə salma hüququ olan şəxslərin adları qeyd olunmaqla müəyyən edilməlidir.
9.11. İnsanların yanğın barədə xəbərdar edilməsi üçün texniki vasitələrin tələb olunmadığı hallarda, obyekt rəhbərləri onların xəbərdar edilməsi ardıcıllığını müəyyən etməli və buna cavabdeh şəxslər təyin etməlidir.
9.12. Xəbərvericilər (səsucaldanlar) səs tənzimləyicisiz olmalı və bilavasitə şəbəkəyə qoşulmalıdır.
Xəbərvermə məntəqələrinin ötürülməsini və köçürmə idarə etməsinin etibarlılığı təmin edildikdə, obyektdə mövcud olan daxili radiostansiyalardan və digər veriliş şəbəkələrindən istifadə edilməsinə yol verilir.
10. Yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri.
10.l. Yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır.
Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır.
10.2. Yanğın avtomobilləri və motopompalar, yanğınların söndürülməsi üçün uyğunlaşdırılmış texnika yanğın-texniki avadanlıqlarla tam təmin edilməli, yanacaq və odsöndürücü maddələrlə doldurularaq, daima saz vəziyyətdə saxlanılmalıdır.
Yanğınların söndürülməsi üçün texnikanın cəlb edilmə qaydası, yerli orqanlarla təsdiqlənmiş çıxış cədvəli və yanğınların söndürülməsi üçün qüvvə və vəsaitlərin cəlb edilməsi planına əsasən təyin edilməlidir.
10.3. Yanğınsöndürmə məqsədi ilə uyğunlaşdırılmış (yenidən təchiz edilmiş) hər bir yanğın motopompasına xüsusi hazırlıq keçmiş motorçu (sürücü) təhkim olunmalıdır. Müəssisələrdə yanğın motopompalarının yanğın yerinə gətirilmə qaydaları müəyyən edilməlidir.
10.4. Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər.
Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir.
11. Yanğın bas verən zaman edilən hərəkətlər.
11.1. Hər bir vətəndaş yanğının və ya yanmanın əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun artması və s.) aşkar etdikdə aşağıdakı hərəkətləri etməlidir:
– dərhal telefonla yanğından mühafizə orqanına xəbər vermək (bununla bərabər obyektin ünvanını, yanğının baş vermə yerini, həmçinin öz soyadını deməlidir);
– imkan daxilində insanların köçürülməsi, yanğının söndürülməsi və əmlakın oddan qorunması üçün ölçü götürməlidir;
– yanğın bölmələrinin qarşılanmasını təmin etməlidir.
11.2. Əmlak sahibləri: əmlaka sahib olmağa, ondan istifadəyə və ya ona dair sərəncam verməyə müvəkkil olan şəxslər, o cümlədən müəssisələrin rəhbərləri və vəzifəli şəxslər, yanğın yerinə gələn yanğın təhlükəsizliyini təmin etməyə təyin edilmiş məsul şəxslər aşağıdakıları yerinə yetirməlidirlər;
– baş vermiş yanğın haqqında yanğından mühafizəyə məlumatı təkrar etmək və rəhbərliyə, dispetçerə, obyekt üzrə məsul növbətçiyə xəbər vermək;
– insanların həyatları təhlükə altında olduğu halda, əldə olan qüvvə və vəsaitlər hesabına onların xilas edilməsini təşkil etmək;
– yanğına qarşı avtomatik müdafiə sistemlərinin (insanları yanğından xəbərdarlığı, yanğınsöndürmə, tüstüyə qarşı müdafiə) qoşulu olmasını yoxlamaq;
– ehtiyac olanda elektroenerjini kəsmək (yanğına qarşı müdafiə sistemlərini çıxmaqla), elektrik nəql edən qurğu, aqreqat, aparatların işini dayandırmaq, xammal, qaz, buxar və su xəttlərini bağlamaq, qəza və bitişik olan otaqlarda ventilyasiya sisteminin işini dayandırmaq, binanın otaqlarında yanğının və tüstülənmənin qarşısını alan başqa tədbirləri yerinə yetirmək;
– binada yanğının söndürülməsi tədbirlərindən başqa bütün işləri dayandırmaq (əgər buna texnoloji istehsalat prosesi yol verirsə);
– yanğının söndürülməsində iştirak etməyən bütün işçiləri təhlükəli zonadan uzaqlaşdırmaq;
– yanğından mühafizə bölməsinin gəlməsinə qədər obyektin spesifik xüsusiyyətlərini nəzərə alaraq, yanğının söndürülməsinə ümumi rəhbərlik etmək;
– yanğının söndürülməsində iştirak edən işçilərin təhlükəsizlik tələblərinə riayət etmələrini təmin etmək;
– yanğının söndürülməsi ilə eyni zamanda köçürməni və maddi dəyərlərin qorunmasını təşkil etmək;
– yanğından mühafizə bölməsinin qarşılanmasını təşkil etmək və yanğın mənbəyinə giriş üçün qısa yolun seçilməsində köməklik etmək;
– yanğınların söndürülməsi və bununla bağlı ilk növbəli qəza-xilasedici işlərin keçirilməsi üçün cəlb edilən yanğından mühafizə bölmələrinə, obyektdə olan və ya emal (edilən təhlükəli (partlayış-təhlükəli) partlayıcı, zəhərli maddələr haqqında, şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan məlumatları bildirmək.
11.3. Yanğın bölməsi gəldikdə müəssisənin rəhbəri (və ya onu əvəz edən şəxs) yanğın söndürmə rəhbərini, obyektin, bitişik tikililər və qurğuların konstruktiv və texnoloji xüsusiyyətlərindən, saxlanılan və işlədilən maddələrin, məmulatların sayı və yanğın təhlükəli xüsusiyyətlərindən və yanğının müvəffəqiyyətlə ləğv edilməsi üçün lazımı olan digər məsələlərlə məlumatlandırmalıdır.
Bipaxlanın becərilmə qaydası
Maddә 151. Nәqliyyat vasitәlәrinin sürücülәri tәrәfindәn yol hәrәkәti qaydalarının pozulması
151.1. Yol nişanlarının vә ya yolların hәrәkәt hissәsinin işarәlәrinin tәlәblәrinә riayәt edilmәmәsinә, yaxud nәqliyyat vasitәsinin yolların hәrәkәt hissәlәrindә yerlәşdirilmәsi vә ya piyada keçidlәrinin keçilmәsi, habelә aramәsafәsi, yedәyә alma, yük daşıma, sürmә tәlimi keçmә, yaşayış zonasında hәrәkәt etmә, әks istiqamәtli hәrәkәt zolağına çıxmadan ötmә vә ya manevr etmә qaydalarının pozulmasına, sәkilәrlә vә qanunla nәzәrdә tutulmamış hallarda yolun çiyini ilә hәrәkәt edilmәsinә, nәqliyyat vasitәlәrindәn bayıra hәr hansı әşya atmağa görә – 40 manat
miqdarında cәrimә edilir.
151.2. Svetoforun vә ya nizamlayıcının qadağanedici işarәsi verilәrkәn hәrәkәtin davam etdirilmәsinә, 3.1 “Giriş qadağandır” yol nişanı tәlәblәrinin vә ya sәrnişin daşıma, әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla ötmә vә ya manevr etmә, yol ayrıcını keçmә qaydalarının pozulmasına, ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, habelә adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә yanacaqdoldurma mәntәqәsinә daxil olmasına, hәmçinin xüsusi
sәs, qırmızı vә ya göy sayrışan işıq siqnalı verәn, keçid üstünlüyü hüququna malik olan nәqliyyat vasitәlәrinә yol verilmәmәsinә vә ya belә nәqliyyat vasitәsinin müşayiәt etdiyi mütәşәkkil nәqliyyat dәstәsinә qoşularaq hәrәkәt edilmәsinә, 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrinә riayәt etmәyәrәk sola vә ya geriyә dönmәyә, yaxud maneәni kәnardan keçmәyә görә – 60 manat miqdarında cәrimә edilir
151.3. Dәmiryol keçidlәrinin keçilmә qaydalarının pozulmasına, qәza şәraitinin yaradılmasına, yәni hәrәkәtin başqa iştirakçılarının sürәti vә hәrәkәtin istiqamәtini mәcburi dәyişmәsinә sәbәb olan pozuntular törәdilmәsinә, yol nәqliyyat hadisәsi yerindәn yayınmağa, yaxud Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı әmәkdaşının nәqliyyat vasitәsini saxlamaq tәlәbinin yerinә yetirilmәmәsinә görә – 80 manat miqdarında cәrimә edilir
151.3-1. Birtәrәfli hәrәkәt yollarında müәyyәn edilmiş hәrәkәt istiqamәtinin әksinә hәrәkәt etmәyә, habelә 1.1, 1.3 vә 1.11 üfüqi nişanlanma xәtlәrinin tәlәblәrini pozmaqla nәqliyyat vasitәsini tam olaraq әks istiqamәtli nәqliyyat axınının hәrәkәt zolağına keçirәrәk nәqliyyat axınına әks istiqamәtdә hәrәkәt etmәyә görә – 100 manat miqdarında cәrimә edilir + 4 bal.
151.3-2. Avtomagistrallarda vә 5.3 nişanı ilә işarә olunmuş yollarda texniki sürәti 50 km/saatdan az olan nәqliyyat vasitәlәrinin hәrәkәt etmәsinә, icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtomobillәrinin ikinci zolaqdan sonrakına keçmәsinә, geriyә dönmәyә, geriyә hәrәkәt etmәyә vә sürmә tәlimi keçmәyә görә – yüz manat miqdarında cәrimә edilir + 4 bal.
151.4. Bu Mәcәllәnin 151.2-ci, 151.3-cü, 151.3-1-ci, 151.3-2-ci, 151-1.2-ci, 151-1.3-cü, 151-1.4-cü, 152-1.1-ci,
155.3-cü, 156-cı vә 158-1.3-cü maddәlәrindә müәyyәn edilmiş balla qiymәtlәndirilәn xәtaları törәtmәklә sürücülәr tәrәfindәn bir il әrzindә 12 vә daha çox bal toplanmasına görә – nәqliyyat vasitәlәrini idarә etmә hüququ bir ilәdәk müddәtә mәhdudlaşdırılır.
151.5. Bu Mәcәllәnin 151.1-151.3-2-ci, 151-1-ci vә 151-3-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtalar nәticәsindә
zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә görә – 200 manat miqdarında cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ 1 ilәdәk müddәtә mәhdudlaşdırılır.
Sürücülük vәsiqәsi idarә etdiyi nәqliyyat vasitәsinin kateqoriyasına uyğun olmayan sürücü bu Mәcәllәdә nәzәrdә tutulmuş balla qiymәtlәndirilәn xәtaları törәtdikdә, o, nәqliyyat vasitәsini idarә etmә hüququ olmadan nәqliyyat vasitәsinin idarә edilmәsinә görә inzibati mәsuliyyәtә cәlb edilir vә ona törәtdiyi xәtaya müvafiq bal tәyin edilir.
Maddә 151-1. Yolda müәyyәn edilmiş hәrәkәt sürәti hәddini aşma
151-1.1. Yolda müәyyәn edilmiş hәrәkәt sürәtini 10-20 km/saat hәddindә aşmağa görә – 30 manat miqdarında cәrimә edilir.
151-1.2. Yolda müәyyәn edilmiş hәrәkәt sürәtini 20-40 km/saat hәddindә aşmağa görә – 50 manat miqdarında
cәrimә edilir + 2 bal.
151-1.3. Yolda müәyyәn edilmiş hәrәkәt sürәtini 40-60 km/saat hәddindә aşmağa görә – 150 manat miqdarında cәrimә edilir + 3 bal.
151-1.4. Yolda müәyyәn edilmiş hәrәkәt sürәtini 60 km/saat hәddindәn artıq aşmağa görә – 250 manat miqdarında cәrimә edilir + 4 bal.
Maddә 151-2. Tәhlükәsizlik kәmәrlәrindәn, motodәbilqәlәrdәn, işıq cihazlarından vә sәs siqnallarından istifadә qaydalarının pozulması
151-2.1. Motodәbilqә taxmadan vә ya onu düymәlәmәdәn motosikleti idarә etmәyә, yaxud motodәbilqәsi olmayan vә ya onu düymәlәmәyәn sәrnişinlәri motosikletdә daşımağa görә – 40 manat miqdarında cәrimә edilir.
151-2.2. İşıq cihazlarından vә sәs siqnallarından istifadә qaydalarını pozmağa görә – 30 manat miqdarında cәrimә edilir.
151-2.3. Tәhlükәsizlik kәmәrini bağlamadan nәqliyyat vasitәsini idarә etmәyә görә – 40 manat miqdarında cәrimә edilir.
Maddә 151-3. Piyada keçidindә piyadaya yol verilmәmәsi
Piyada keçidindә nәqliyyat vasitәlәrinin hәrәkәti nizamlayıcı tәrәfindәn vә ya svetofor vasitәsilә nizamlanmırsa, hәmin piyada keçidinә daxil olmuş vә ya daxil olmaqda olan piyadaya sürücü tәrәfindәn nәqliyyat vasitәsini
dayandıraraq yol verilmәmәsinә görә – 50 manat miqdarında cәrimә edilir.
Maddә 152. Nәqliyyat vasitәlәrini idarәetmә hüququ olmayan şәxslәr tәrәfindәn nәqliyyat vasitәlәrinin idarә edilmәsi
152.1. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxsin nәqliyyat vasitәsindә olması halları istisna olmaqla nәqliyyat vasitәsinin etibarnamә olmadan idarә edilmәsinә görә – 40 manat miqdarında cәrimә edilir.
152.2. Nәqliyyat vasitәsini idarә etmә hüququ olmadan nәqliyyat vasitәsinin idarә edilmәsinә görә – 100 manat miqdarında cәrimә edilir.
152.3. Bu Mәcәllәnin 152.2-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın il әrzindә inzibati tәnbeh almış şәxs tәrәfindәn tәkrar törәdilmәsinә vә ya nәqliyyat vasitәsini idarә etmәk hüququ mәhdudlaşdırılmış şәxs tәrәfindәn nәqliyyat vasitәsinin idarә edilmәsinә görә – 200 manat miqdarında cәrimә edilir.
152.4. Bu Mәcәllәnin 152.2-ci maddәsindә nәzәrdә tutulmuş xәta nәticәsindә zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә vә ya zәrәr çәkәn şәxsә maddi zәrәr vurulmasına görә – 400 manat miqdarında cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla 1 ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur.
Maddә 152-1. Nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini alkoqoldan, narkotik vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrdәn istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsi
152-1.1. Nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini alkoqoldan, narkotik vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrdәn istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә – 300 manat miqdarında cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır.
152-1.2. Nәqliyyat vasitәsini idarә etmәk hüququ olan vә nәqliyyat vasitәsini alkoqoldan, narkotik vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrdәn istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edәn şәxs tәrәfindәn bu Mәcәllәnin 151.2 vә ya 151.3-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtaların törәdilmәsinә görә – nәqliyyat vasitәlәrini idarә etmә hüququ bir il müddәtinә mәhdudlaşdırılmaqla 400 manatdan 500 manatadәk miqdarda cәrimә edilir.
152-1.3. Bu Mәcәllәnin 152-1.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın il әrzindә inzibati tәnbeh almış şәxs
tәrәfindәn tәkrar törәdilmәsinә görә – nәqliyyat vasitәlәrini idarә etmә hüququ iki il müddәtinә mәhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadәk miqdarda cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ iki il müddәtinә mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla on beş günәdәk inzibati hәbs tәtbiq olunur.
152-1.4. Bu Mәcәllәnin 152-1.1-ci, 152-1.2-ci vә ya 152-1.3-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtalar nәticәsindә zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә vә ya zәrәr çәkәn şәxsә maddi zәrәr
vurulmasına görә – nәqliyyat vasitәlәrini idarә etmә hüququ 2 il müddәtinә mәhdudlaşdırılmaqla 700 manat miqdarında cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ 2 il müddәtinә mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla on beş gündәn bir ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur.
Maddә 152-2. Nәqliyyat vasitәsini idarә etmәk hüququ olmayan şәxs tәrәfindәn nәqliyyat vasitәsini alkoqoldan, narkotik vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrdәn istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsi
152-2.1. Nәqliyyat vasitәsini idarә etmәk hüququ olmayan şәxs tәrәfindәn nәqliyyat vasitәsini alkoqoldan, narkotik vasitәlәrdәn, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrdәn istifadә olunması nәticәsindә sәrxoş vәziyyәtdә idarә edilmәsinә görә – 500 manat miqdarında cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla on beş günәdәk müddәtә inzibati hәbs tәtbiq olunur.
152-2.2. Bu Mәcәllәnin 152-2.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın il әrzindә inzibati tәnbeh almış şәxs tәrәfindәn tәkrar törәdilmәsinә görә – 700 manat miqdarında cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla 15 gündәn 1 ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur.
152-2.3. Bu Mәcәllәnin 152-2.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın törәdilmәsi vә yol hәrәkәti qaydalarının pozulması nәticәsindә zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә vә ya zәrәr çәkәn
şәxsә maddi zәrәr vurulmasına görә – 800 manat miqdarında cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla 1 aydan 2 ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur.
152-3. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә etmәk üçün idarә etmә hüququ olmayan şәxsә verilmәsi
152-3.1. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә etmәk üçün idarә etmә
hüququ olmayan şәxsә verilmәsinә görә – fiziki şәxslәr 60 manat miqdarında, vәzifәli şәxslәr 200 manat miqdarında, hüquqi şәxslәr 2000 manat miqdarında cәrimә edilir.
152-3.2. Bu Mәcәllәnin 152-3.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın il әrzindә inzibati tәnbeh almış şәxs tәrәfindәn tәkrar törәdilmәsinә görә – fiziki şәxslәr 100 manat miqdarında, vәzifәli şәxslәr 300 manat miqdarında, hüquqi şәxslәr 3000 manat miqdarında cәrimә edilir.
152-3.3. Bu Mәcәllәnin 152-3.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın törәdilmәsi vә yol hәrәkәti qaydalarının
pozulması nәticәsindә zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә vә ya zәrәr çәkәn şәxsә maddi zәrәr vurulmasına görә – fiziki şәxslәr 180 manat miqdarında, vәzifәli şәxslәr 500 manat miqdarında, hüquqi şәxslәr 5000 manat miqdarında cәrimә edilir.
Maddә 152-4. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini sәrxoş vәziyyәtdә olan şәxsә verilmәsi
152-4.1. Sәrxoş vәziyyәtdә olduğunu bilә-bilә nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә etmәk üçün hәmin şәxsә verilmәsinә görә – fiziki şәxslәr 100 manat miqdarında, vәzifәli şәxslәr 300 manat miqdarında, hüquqi şәxslәr 3000 manat miqdarında cәrimә edilir.
152-4.2. Bu Mәcәllәnin 152-4.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın il әrzindә inzibati tәnbeh almış şәxs tәrәfindәn tәkrar törәdilmәsinә görә – fiziki şәxslәr 200 manat miqdarında, vәzifәli şәxslәr 400 manat miqdarında, hüquqi şәxslәr 4000 manat miqdarında cәrimә edilir.
152-4.3. Bu Mәcәllәnin 152-4.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın törәdilmәsi vә yol hәrәkәti qaydalarının pozulması nәticәsindә zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә vә ya zәrәr çәkәn
şәxsә maddi zәrәr vurulmasına görә – fiziki şәxslәr 300 manat miqdarında, vәzifәli şәxslәr 600 manat miqdarında, hüquqi şәxslәr 6000 manat miqdarında cәrimә edilir.
Maddә 152-5. Nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә etmәk üçün idarә etmә hüququ olmayan vә sәrxoş vәziyyәtdә olan şәxsә verilmәsi
152-5.1. Nәqliyyat vasitәsini idarә etmә hüququnun olmadığını vә sәrxoş vәziyyәtdә olduğunu bilә-bilә nәqliyyat vasitәsinә sahiblik hüququ olan şәxs tәrәfindәn nәqliyyat vasitәsini idarә etmәk üçün hәmin şәxsә verilmәsinә görә – fiziki şәxslәr 200 manat miqdarında, vәzifәli şәxslәr 400 manat miqdarında, hüquqi şәxslәr 4000 manat miqdarında cәrimә edilir.
152-5.2. Bu Mәcәllәnin 152-5.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın il әrzindә inzibati tәnbeh almış şәxs
tәrәfindәn tәkrar törәdilmәsinә görә – fiziki şәxslәr 300 manat miqdarında, vәzifәli şәxslәr 600 manat miqdarında, hüquqi şәxslәr 6000 manat miqdarında cәrimә edilir.
152-5.3. Bu Mәcәllәnin 152-5.1-ci maddәsindә nәzәrdә tutulmuş xәtaların törәdilmәsi vә yol hәrәkәti qaydalarının pozulması nәticәsindә zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә vә ya zәrәr çәkәn şәxsә maddi zәrәr vurulmasına görә – fiziki şәxslәr 400 manat miqdarında, vәzifәli şәxslәr 800 manat miqdarında, hüquqi şәxslәr 8000 manat miqdarında cәrimә edilir.
Maddә 153. Piyadalar vә yol hәrәkәtinin başqa iştirakçıları tәrәfindәn yol hәrәkәti qaydalarının pozulması
153.1. Piyadalar tәrәfindәn yol hәrәkәti qaydalarının pozulmasına, yәni:
153.1.1. piyada svetoforlarına vә nizamlayıcının işarәlәrinә riayәt edilmәmәsinә;
153.1.3. yolda yaxınlaşmaqda olan nәqliyyat vasitәlәrinin qarşısına qәflәtәn çıxılmasına;
153.1.4. qırmızı vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı qoşulmuş nәqliyyat vasitәsi yaxınlaşan zaman hәrәkәt hissәsinin tәrk edilmәmәsinә görә – 20 manat cәrimә edilir.
153.1-1. Piyadalar tәrәfindәn yolun hәrәkәt hissәsinin, dәmir yol keçidinin müәyyәn olunmayan yerdәn keçilmәsinә görә – 20 manat miqdarında cәrimә edilir.
153.2. Sәrnişinlәr tәrәfindәn nәqliyyat vasitәsinә minmә vә düşmә qaydalarının pozulmasına, tәhlükәsizlik kәmәrinin bağlanılmamasına, motodәbilqәnin geyilmәmәsinә, nәqliyyat vasitәsindәn bayıra hәr hansı әşya atmağa
vә ya sürücünü nәqliyyat vasitәsini idarә etmәkdәn yayındırmağa görә – 30 manat miqdarında cәrimә edilir.
153.3. Velosipedçilәr vә moped idarә edәn şәxslәr tәrәfindәn yol hәrәkәti qaydalarının pozulmasına, yәni:
153.3.1. svetoforların vә nizamlayıcının işarәlәrinә riayәt edilmәmәsinә;
153.3.2. sәrnişin vә ya nәqliyyat vasitәsinin idarә edilmәsinә mane olan yükün daşınmasına;
153.3.3. yol nişanlarının vә ya yolun hәrәkәt hissәsinin nişanlanması tәlәblәrinin pozulmasına;
153.3.4. sükanı tutmadan vә ya tәhlükәsizlik dәbilqәlәrindәn istifadә qaydalarını pozmaqla idarә edilmәsinә;
153.3.5. nasaz, müәyyәn olunmuş qaydada tәchiz edilmәdәn velosipeddәn istifadә etmәyә;
153.3.6. piyadaların hәrәkәtinә maneә yaradılmasına;
153.3.7. üstün hәrәkәt keçidi olan nәqliyyat vasitәlәrinә yol verilmәmәsinә görә – 40 manat miqdarında cәrimә edilir.
153.4. At arabalarını (kirşәni) idarә edәn vә mal-qara ötürәnlәr tәrәfindәn yol hәrәkәti qaydalarının pozulmasına,
153.4.1 .mal-qaranın yolda nәzarәtsiz qoyulmasına;
153.4.2. mal-qaranın asfalt vә sement-beton örtüklü yollarda ötürülmәsinә;
153.4.3. işıq әks etdirәn qurğularla tәchiz edilmәmiş at arabalarının (kirşәnin) sürülmәsinә;
153.4.4. at arabalarını (kirşәni) idarә edәrkәn svetofor vә ya nizamlayıcının işarәlәrinә, habelә yol nişanları vә ya yol nişanlanması tәlәblәrinә riayәt edilmәmәsinә;
153.4.5. mal-qaranı vә at arabasını (kirşәni) sutkanın qaranlıq vaxtı vә ya mәhdud görünmә şәraitindә dәmir yollarının, yolların bu mәqsәd üçün xüsusi olaraq ayrılmayan yerlәrindәn keçirilmәsinә görә – 40 manat miqdarında cәrimә edilir.
153.5. Bu Mәcәllәnin 153.3-cü vә 153.4-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtaların yol hәrәkәti iştirakçıları tәrәfindәn alkoqol, narkotik vasitәlәr, psixotrop maddәlәr vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin istifadә edilmәsindәn sәrxoş vәziyyәtdә törәdilmәsinә görә – 70 manat miqdarında cәrimә edilir.
153.6. Bu Mәcәllәnin 153.3-153.5-ci maddәlәrindә nәzәrdә tutulmuş xәtalar nәticәsindә zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә vә ya zәrәr çәkәn şәxsә maddi zәrәr vurulmasına görә – 80 manatdan 100 manatadәk miqdarda cәrimә edilir.
Maddә 154. Nәqliyyat vasitәlәrinin dövlәt qeydiyyatının aparılması, texniki baxışın keçirilmәsi, nәqliyyat vasitәsinin sazlığı haqqında sәnәdin vә sürücülük vәsiqәsinin verilmәsi qaydalarının pozulması
154.1. Nәqliyyat vasitәlәrinin sahiblәri vә ya sürücülәri tәrәfindәn müәyyәn edilmiş qaydada vә müddәtdә nәqliyyat vasitәsini dövlәt qeydiyyatından vә ya qanunla müәyyәn edilmiş hallarda texniki baxışdan keçirmәdәn idarә etmәyә
vә ya dövlәt qeydiyyatından keçirilmiş nәqliyyat vasitәsi icarә müqavilәsi (notarius tәrәfindәn tәsdiq edilәn müqavilәlәr istisna olmaqla) әsasında başqa şәxsә verildikdә onu tәkrar dövlәt qeydiyyatından keçirmәmәyә, yaxud nәqliyyat vasitәsinin geri qaytarılması barәdә öhdәçiliyә әmәl etmәmәyә, elәcә dә nәqliyyat vasitәsinin özgәninkilәşdirilmәsinin rәsmilәşdirilmәsi vә ya girov qoyulması qaydalarının pozulmasına görә – fiziki şәxslәr 50 manat miqdarında, vәzifәli şәxslәr 100 manat miqdarında, hüquqi şәxslәr 300 manat miqdarına cәrimә edilir.
154.2. Nәqliyyat vasitәsinin dövlәt qeydiyyatının aparılması, nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsinin vә ya dövlәt qeydiyyat nişanının verilmәsi ilә әlaqәdar nәqliyyat vasitәsinin sahibindәn qanunvericiliklә nәzәrdә tutulmayan sәnәdlәrin tәlәb edilmәsinә, nәqliyyat vasitәsinin qeydiyyata alınmasında vә ya qeydiyyatdan çıxarılmasında, habelә nәqliyyat vasitәlәrinә qanunla müәyyәn edilmiş hallarda texniki baxışın keçirilmәsindә vә ya texniki sazlığı haqqında sәnәdin verilmәsindә süründürmәçiliyә yol verilmәsinә vә ya onların hәllindәn qanunsuz olaraq imtina edilmәsinә,
elәcә dә texniki sazlığı haqqında verilmiş sәnәdin vә bu sәnәddәki mәlumatların hәqiqәtә uyğun olmamasına görә 150 manatdan 200 manatadәk miqdarda cәrimә edilir.
154.3. Sürücülük vәsiqәsinin verilmәsi vә ya dәyişdirilmәsi haqqında әrizәyә baxılmamasına, habelә süründürmәçiliyә yol verilmәsinә, elәcә dә yol hәrәkәti qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanlara buraxılmasından әsassız imtina edilmәsinә görә 200 manatdan 250 manatadәk miqdarda cәrimә edilir.
154.4. Sürücülük vәsiqәsinin qәsdәn korlanmasına, yararsız hala salınmasına vә ya itirilmәsinә görә – 40 manat miqdarında cәrimә edilir.
Şәxs bu Mәcәllәnin 154.1-ci maddәsindә nәzәrdә tutulmuş nәqliyyat vasitәsini dövlәt qeydiyyatından vә ya qanunla müәyyәn edilmiş hallarda texniki baxışdan keçirmәdәn idarә etmәyә görә inzibati mәsuliyyәtә cәlb olunduqda 10 gün әrzindә nәqliyyat vasitәsini dövlәt qeydiyyatından vә ya texniki baxışdan keçirmәlidir. Bu müddәt әrzindә şәxs hәmin әmәlin törәdilmәsinә görә tәkrarәn inzibati mәsuliyyәtә cәlb olunmur.
Maddә 155. Nәqliyyat vasitәlәrinin sürücülәri tәrәfindәn nәqliyyat vasitәlәrinin istismarı qaydalarının pozulması
155.1. Nәqliyyat vasitәlәrinin sürücülәri tәrәfindәn nәqliyyat vasitәlәrinin istismarı qaydalarının pozulmasına, yәni:
155.1.1. nәqliyat vasitәsini qapıları bağlanmamış vәziyyәtdә yerindәn törpәtmәyә vә ya onun hәrәkәti zamanı qapıları açmağa;
155.1.2. nәqliyyat vasitәsini idarә etmәkdәn diqqәti yayındıra bilәcәk söhbәtdә iştirak etmәyә;
155.1.3. dövlәt qeydiyyat nişanlarından birinin yerindә olmamasına;
155.1.4. hәrәkәt zamanı sükanı әlindәn buraxmağa, mühәrriki söndürülmüş nәqliyyat vasitәsini әtalәtlә
155.1.5. su vә ya palçığın yolda piyadalara, binalara vә nәqliyyat vasitәlәrinә qәsdәn sıçradılmasına;
155.1.6. nәqliyyat vasitәsinin tәkәrlәrindә vә ya banında yol örtüyünü zibillәyәn palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyәvi maddәlәrin, tikinti vә digәr materiallarının axması olarsa, onlarla örtüyü tәkmillәşdirilmiş yollarda hәrәkәt etmәyә;
155.1.7. hәrәkәtdә olan nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanının görünmәsi üçün onun tәmiz
155.1.8. küçәni keçәn kor piyadanın işarәsi ilә nәqliyyat vasitәsini dayandırmamasına;
155.1.9. yol-nәqliyyat hadisәlәri nәticәsindә vә ya nәqliyyat vasitәsinin nasazlığı sәbәbindәn zәdәlәnmiş nәqliyyat vasitәlәrinin daşınması üçün vә ya tәbii-fәlakәt yerlәrinә getmәk üçün, yaxud qanunvericilik aktı ilә nәzәrdә tutulmuş digәr tәxirәsalınmaz hallarda yük daşıyan nәqliyyat vasitәlәrini Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanlarının әmәkdaşlarına tәqdim edilmәmәsinә görә – 40 manat miqdarında cәrimә edilir.
155.2. Nәqliyyat vasitәlәrinin sürücülәri tәrәfindәn nәqliyyat vasitәlәrinin texniki vәziyyәtinә dair tәlәblәrin pozulmasına, yәni:
155.2.1. tormoz sistemi vә ya sükan idarә mexanizmi nasaz olan vә belә nasazlığın aradan qaldırılması mümkün olmayan nәqliyyat vasitәsinin istismarına;
155.2.2. normativ tәlәblәr pozulmaqla avadanlığın quraşdırılmasına vә ya dәyişdirilmәsinә;
155.2.3. nәqliyyat vasitәsinin tam kütlәsinin vә bu kütlәnin oxlar üzrә paylanmasının, ağırlıq mәrkәzinin, tәkәr bazasının vә ya tәkәr düsturunun pozulmasına, yaxud tormoz vә sükan idarә sisteminin әvәz olunmasına sәbәb
olan dәyişikliklәr edilmәsinә;
155.2.4. nәqliyyat vasitәsinin ban şüşәlәrinә qanunla tәtbiqinә icazә verilmәyәn örtüklәrin çәkilmәsinә görә
– 150 manat miqdarında cәrimә edilir.
155.2-1. Mühәrrikin sәs gücünün artırılması mәqsәdi ilә nәqliyyat vasitәsinin işlәnmiş qazları xaric etmә sisteminә normativ tәlәblәr pozulmaqla avadanlığın quraşdırılmasına vә ya dәyişdirilmәsinә görә – 500 manat miqdarında
155.2-2. Bu Mәcәllәnin 155.2-1-ci maddәsindә nәzәrdә tutulmuş xәtanın il әrzindә inzibati tәnbeh almış şәxs tәrәfindәn tәkrar törәdilmәsinә görә- 1000 manat miqdarında cәrimә edilir.
155.2-3. Xarici işıq cihazları vә ya qabaq şüşәnin şüşә silgәclәri vә şüşәyuyanları vә ya tәkәrlәri vә şinlәri vә ya mühәrriki, yaxud konstruksiyasının digәr ünsürlәri nasaz olan vә belә nasazlığın aradan qaldırılması mümkün olmayan nәqliyyat vasitәsinin istismarına görә – 50 manat miqdarında cәrimә edilir.
155.3. Dövlәt qeydiyyat nişanları vә ya onlardan birinin olmamasına, saxta vә ya mövcud standartlara uyğun
olmayan vә ya başqa nәqliyyat vasitәlәrinә verilmiş dövlәt qeydiyyat nişanları ilә nәqliyyat vasitәlәrini idarә etmәyә görә – 60 manat miqdarında cәrimә edilir + 4 bal.
155.4. Bu Mәcәllәnin 155.1.1-155.1.6, 155.1.8, 155.2.1-155.2.3-cü maddәlәrindә nәzәrdә tutulmuş xәtalar nәticәsindә zәrәr çәkәn şәxsin sağlamlığına yüngül bәdәn xәsarәtinin yetirilmәsinә görә – 200 manat miqdarında cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ 1 ildәn 2 ilәdәk müddәtә mәhdudlaşdırılır.
155.6. Nәqliyyat vasitәsinin hәrәkәti zamanı sürücünün telefonu әldә saxlamaqla ondan istifadә etmәsinә görә – 50
manat miqdarında cәrimә edilir.
155.7. Nәqliyyat vasitәlәrinin müvafiq icazә olmadan xüsusi (çoxavazlı) sәs vә ya sayrışan işıq siqnalları vә ya operativ nәqliyyat vasitәlәri üçün müәyyәn edilmiş rәnglәnmә sxemlәri, yazılar vә tanınma nişanları ilә tәchiz edilmәsinә, habelә nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanının görünüşünü çәtinlәşdirәn örtüklәrdәn vә ya qurğulardan, nәqliyyat vasitәsinin sürәtini ölçmәyә maneçilik törәdәn vә ya ölçmә cihazlarının işinә mane olan antiradar vә digәr texniki vasitәlәrdәn, yaxud әhalinin dincliyini nümayişkaranә şәkildә pozan sәs siqnallarından
istifadә edilmәsinә görә – inzibati xәtanın törәdilmәsindә alәt vә ya inzibati xәtanın bilavasitә obyekti olmuş predmet müsadirә edilmәklә 500 manatdan 800 manatadәk miqdarda cәrimә edilir.
Maddә 156. Sәrxoşluq vәziyyәtinin müayinәsindәn boyun qaçırma
156.1. Qanunla müәyyәn edilmiş hallarda aparılması nәzәrdә tutulan sәrxoşluq vәziyyәtinin müayinәsindәn nәqliyyat vasitәsini idarә etmәk hüququ olan şәxsin boyun qaçırmasına görә – nәqliyyat vasitәlәrini idarә etmә
hüququ bir ildәn iki ilәdәk müddәtә mәhdudlaşdırılmaqla üç yüz manatdan yeddi yüz manatadәk miqdarda cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ bir ildәn iki ilәdәk müddәtә mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla on günәdәk inzibati hәbs tәtbiq olunur.
156.2. Qanunla müәyyәn edilmiş hallarda aparılması nәzәrdә tutulan sәrxoşluq vәziyyәtinin müayinәsindәn nәqliyyat vasitәsini idarә etmәk hüququ olmayan şәxsin boyun qaçırmasına görә – beş yüz manatdan sәkkiz yüz manatadәk miqdarda cәrimә edilir vә ya işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla on beş
günәdәk inzibati hәbs tәtbiq olunur.
Maddә 156-1. Tibbi müayinәdәn keçmәyәn sürücülәr tәrәfindәn nәqliyyat vasitәlәrinin idarә edilmәsi Qanunvericiliklә müәyyәn edilmiş qaydada tibbi müayinәdәn keçmәyәn sürücülәr tәrәfindәn nәqliyyat vasitәlәrinin idarә edilmәsinә görә —30 manat miqdarında cәrimә edilir.
Maddә 158-1. Dayanma, durma vә parklanma qaydalarının pozulması
158-1.1. Dayanma, durma vә ya parklanma qaydalarını pozmağa görә – 20 manat miqdarında cәrimә edilir.
158-1.2. Ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin dayanacaq meydançasında vә ya 5.12, 5.13
yol nişanlarından 15 metrdәn az yaxınlıqda digәr nәqliyyat vasitәlәrinin dayanmasına vә ya durmasına görә – 40 manat miqdarında cәrimә edilir.
158-1.3. Ümumi istifadәdә olan nәqliyyat vasitәsini sәrnişinlәri mindirmәk vә ya düşürtmәk üçün bu mәqsәdlә xüsusi olaraq müәyyәn edilmiş dayanacaq meydançalarından vә ya 5.12, 5.13 nişanları ilә işarәlәnmiş
dayanacaq yerlәrindәn kәnarda dayandırmağa görә – 60 manat miqdarında cәrimә edilir + 4 bal.
Maddә 159-1. Yol hәrәkәti qaydaları әleyhinә olan inzibati xәtaların törәdilmәsinә görә inzibati cәrimә növündә inzibati tәnbeh tәtbiq etmә haqqında qәrarın icra edilmәmәsi
Yol hәrәkәti qaydaları әleyhinә olan inzibati xәtaların törәdilmәsinә görә inzibati cәrimә növündә inzibati tәnbeh
tәtbiq etmә haqqında qәrarın qanuni qüvvәyә mindiyi gündәn 3 ay müddәtindә qanunla müәyyәn edilmiş әsaslar olmadan icra edilmәmәsinә görә – nәqliyyat vasitәlәrini idarә etmәk hüququ altı aydan bir ilәdәk müddәtә mәhdudlaşdırılır.
Qeyd: Bu Mәcәllәnin 159-1-ci maddәsindә nәzәrdә tutulmuş inzibati xәtanı törәtmiş şәxs müvafiq cәrimәni, dәbbә pulunu, nәqliyyat vasitәsinin duracağa gәtirilmәsinә vә onun orada saxlanılmasına görә haqqı, inzibati xәta haqqında iş üzrә mәhkәmә qәrar qәbul edәnәdәk ödәdikdә inzibati mәsuliyyәtdәn azad olunur.
Maddә 166.1. Xüsusi komplektlәşdirilmiş dәrman qutuları ilә tәchiz olunmayan nәqliyyat vasitәlәrini idarә etmәyә görә – 3 manatdan 5 manatadәk miqdarda cәrimә edilir.
Maddә 253-1. İcbari sığorta qanunvericiliyinә әsasәn, müvafiq risklәri icbari qaydada sığorta etdirmәk vәzifәsi müәyyәn edilmiş fiziki vә ya hüquqi şәxslәr tәrәfindәn sığortaçı ilә icbari sığorta müqavilәsinin bağlanmamasına görә
– fiziki şәxslәr 10 manat miqdarında, vәzifәli şәxslәr 60 manatdan 80 manatadәk miqdarda, hüquqi şәxslәr 150 manatdan 200 manatadәk miqdarda cәrimә edilir.
Maddә 296-1. Avtoxuliqanlıq
296-1.1. Avtoxuliqanlıq, yәni nәqliyyat vasitәsinin sürücüsü tәrәfindәn ictimai qaydanı vә әhalinin dincliyini nümayişkaranә şәkildә pozan, cәmiyyәtә açıqca hörmәtsizlik ifadә edәn, yol hәrәkәti qaydalarının müxtәlif üsullarla
davamlı olaraq pozulması ilә müşayiәt olunan qәrәzli hәrәkәtlәrә görә – nәqliyyat vasitәlәrini idarә etmә hüququ 1 il müddәtinә mәhdudlaşdırılmaqla 500 manatdan 700 manatadәk miqdarda cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ 1 il müddәtinә mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla 15 gündәn 1 ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur.
296-1.2. Eyni hәrәkәtlәrin il әrzindә inzibati tәnbeh almış şәxs tәrәfindәn tәkrar törәdilmәsinә görә – nәqliyyat
vasitәlәrini idarә etmә hüququ 2 il müddәtinә mәhdudlaşdırılmaqla 750 yüz manatdan 1000 yüz manatadәk miqdarda cәrimә edilir vә ya nәqliyyat vasitәlәrini idarә etmә hüququ 2 il müddәtinә mәhdudlaşdırılmaqla işin hallarına görә, pozuntunu törәdәnin şәxsiyyәti nәzәrә alınmaqla 1 aydan 2 ayadәk müddәtә inzibati hәbs tәtbiq olunur.
Maddә 28. Fiziki şәxsin ona verilmiş xüsusi hüququnun mәhdudlaşdırılması
28.2. Nәqliyyat vasitәlәrini sәrxoş halda idarәetmә halları istisna olmaqla, nәqliyyat vasitәlәrindәn әlilliyi ilә әlaqәdar istifadә edәn şәxslәrin nәqliyyat vasitәlәrini idarәetmә hüququ mәhdudlaşdırıla bilmәz.
28.3. Bu Mәcәllәnin 151.4-cü maddәsindә göstәrilәn balla qiymәtlәndirilәn xәtaların yol verilmәsinә görә sürücülәr 1 il әrzindә 12 vә daha çox bal topladıqda, inzibati cәrimә tәtbiq edilmәdәn onların nәqliyyat vasitәlәrini idarә etmәk hüququ mәhdudlaşdırılır.
Maddә 80.2. Әtraf mühitә tullantılarında müәyyәn edilmiş normadan artıq çirklәndirici maddәlәr olan nәqliyyat vasitәlәrinin istismara buraxılmasına görә – fiziki şәxslәr 500 manatdan 100 manatadәk miqdarda, vәzifәli şәxslәr 2500 manatdan 3500 manatadәk miqdarda, hüquqi şәxslәr 7500 manatdan 10000 manatadәk miqdarda cәrimә edilir.
Maddә 221.2. Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanının razılığı olmadan vә ya müәyyәn edilmiş qaydalar pozulmaqla nәqliyyat vasitәlәrindә reklamın yayılmasına görә – fiziki şәxslәr 30 manatdan 50 manatadәk miqdarda, vәzifәli şәxslәr 150 manatdan 200 manatadәk miqdarda, hüquqi şәxslәr 1500 manatdan 2000 manatadәk miqdarda cәrimә edilir.
Maddә 7. Qanun qarşısında bәrabәrlik prinsipi
7.1. İnzibati xәta törәtmiş şәxslәr irqindәn, milliyyәtindәn, dinindәn, dilindәn, cinsindәn, mәnşәyindәn, әmlak vәziyyәtindәn, qulluq mövqeyindәn, әqidәsindәn vә digәr hallardan asılı olmayaraq qanun qarşısında bәrabәrdirlәr. Bu maddәdә nәzәrdә tutulmuş әsaslara görә heç kәs inzibati mәsuliyyәtә cәlb oluna vә inzibati mәsuliyyәtdәn azad oluna, yaxud heç kәsә inzibati tәnbeh tәtbiq oluna vә ya daha yüngül inzibati tәnbeh tәtbiq edilә bilmәz.
7.2. Hüquqi şәxslәr mülkiyyәt formasından, olduqları yerdәn, tәşkilati-hüquqi formalarından vә tabeliyindәn asılı olmayaraq inzibati mәsuliyyәtә cәlb olunurlar.
Maddә 8. Tәqsirsizlik prezumpsiyası prinsipi
8.1. Barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin tәqsiri bu Mәcәllә ilә nәzәrdә tutulmuş qaydada sübuta yetmәdikdә vә bu, inzibati xәta haqqında iş üzrә icraata baxmış hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) qüvvәyә minmiş qәrarı ilә müәyyәn edilmәdikdә o, tәqsiri olmayan hesab edilir.
8.2. İnzibati mәsuliyyәtә cәlb olunmuş şәxs öz tәqsirsizliyini sübut etmәyә borclu deyildir.
8.3. İnzibati mәsuliyyәtә cәlb olunan şәxsin tәqsirli olması barәsindә olan şübhәlәr onun xeyrinә hәll olunur.
Maddә 9. Әdalәtlilik prinsipi
9.1. İnzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır.
9.2. Bir inzibati xәtaya görә heç kәs iki dәfә inzibati mәsuliyyәtә cәlb oluna bilmәz.
Maddә 11. Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin qüvvәsi
11.1. Azәrbaycan Respublikasında inzibati xәtalar haqqında işlәr üzrә icraatın aparılması, inzibati xәtalar haqqında işlәr üzrә qәrarların qәbul vә icra edilmәsi hәmin vaxtda qüvvәdә olan Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinә uyğun olaraq hәyata keçirilir.
11.2. İnzibati xәtalara görә mәsuliyyәti yüngüllәşdirәn vә ya onu aradan qaldıran normativ-hüquqi aktların geriyә qüvvәsi vardır, yәni hәmin aktlar onların qәbul edildiyi vaxtadәk törәdilmiş xәtalara da şamil edilir.
11.3. İnzibati xәtalara görә mәsuliyyәt müәyyәn edәn vә ya mәsuliyyәti güclәndirәn normativ-hüquqi aktların geriyә qüvvәsi şamil edilmir.
Maddә 36. İnzibati mәsuliyyәtә cәlb etmә müddәtlәri
36.1. İnzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci iki ay keçәnәdәk verilә bilәr. Gömrük qaydaları,
әtraf mühitin qorunması qaydaları, qrant müqavilәlәrinin (qәrarlarının) qeydә alınması qaydaları, elәcә dә maliyyә, vergilәrin vә rüsumların ödәnilmәsi qaydaları әleyhinә olan inzibati xәtalara görә inzibati tәnbeh inzibati xәtanın törәdildiyi gündәn әn geci bir il keçәnәdәk verilә bilәr.
36.2. Davam edәn inzibati xәtalara görә inzibati tәnbeh onun aşkara çıxarıldığı gündәn әn geci iki ay keçәnәdәk verilә bilәr.
36.3. Cinayәt işinin başlanması rәdd edildikdә vә ya cinayәt işinә xitam verildikdә, lakin şәxsin әmәllәrindә inzibati
xәta tәrkibinin bütün әlamәtlәri olduqda, inzibati tәnbeh cinayәt işinin başlanmasının rәdd edilmәsi vә ya ona xitam verilmәsi haqqında qәrar qәbul edildiyi gündәn әn geci iki ay keçәnәdәk verilә bilәr.
36.4. On altı yaşından on sәkkiz yaşınadәk olan yetkinlik yaşına çatmayanın törәtdiyi inzibati xәta haqqında iş yetkinlik yaşına çatmayanların işlәri vә hüquqlarının müdafiәsi üzrә komissiya tәrәfindәn qanunvericiliklә müәyyәn edilmiş qaydada müvafiq dövlәt orqanına qaytarıldıqda, inzibati tәnbeh hәmin iş qaytarıldığı gündәn әn geci iki ay keçәnәdәk verilә bilәr.
415.5. İnzibati xәta haqqında iş üzrә icraat dayandırıldıqda bu Mәcәllәnin 36.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәtlәrin axımı dayanır. İnzibati xәta haqqında iş üzrә icraatın müddәtinin axımının dayandırılması bir ildәn artıq davam edә bilmәz. Hәmin müddәt bitdikdә inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәlidir.
Maddә 37. Şәxsin inzibati mәsuliyyәtә cәlb edilmәmiş sayılması üçün tәlәb olunan müddәt
Barәsindә inzibati tәnbeh tәtbiq olunmuş şәxs tәnbehin icrasının qurtardığı gündәn etibarәn bir il әrzindә yeni inzibati xәta törәtmәmişsә, o, inzibati mәsuliyyәtә cәlb edilmәmiş sayılır.
Maddә 38. Vurulmuş әmlak zәrәrinin әvәzinin ödәnilmәsi
38.1. Hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) inzibati xәta haqqında işә baxarkәn vurulmuş әmlak zәrәrinin әvәzinin ödәnilmәsi barәdә mübahisә olmadıqda, inzibati tәnbeh tәtbiq etmәklә eyni vaxtda vurulmuş zәrәrin әvәzinin
ödәnilmәsi barәdә mәsәlәyә dә baxa bilәr.
38.2. Vurulmuş әmlak zәrәrinin vә ya mәnәvi zәrәrin әvәzinin ödәnilmәsi barәdә mübahisә olduqda inzibati xәta nәticәsindә vurulmuş әmlak zәrәrinin vә ya mәnәvi zәrәrin әvәzinin ödәnilmәsi mәsәlәsi Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq hәll edilir.
Maddә 386. Sübutlar
386.1. İnzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәkdәn ötrü hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktik mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır.
386.2. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxslәrin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati
xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir.
Bipaxlanın becərilmə qaydası
“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.4-cü bəndinə uyğun olaraq, müsahibə elanının formasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinə uyğun olaraq, inzibati vəzifələrin təsnifatı üzrə vakant vəzifələrin tutulmasının ümumi şərtlərini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun 2017-ci il
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə
Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 28-ci və 29-cu maddələrinə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci–yeddinci təsnifatına (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla) uyğun olan dövlət qulluğu vəzifələrinin (bundan sonra – vakant vəzifə) tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydasını və keçid ballarını müəyyən edir. [1]
1.2. Müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir.
1.3. Müsahibə komissiyası fəaliyyətini aşağıdakı prinsiplər əsasında həyata keçirir:
1.3.1. qanunçuluq – müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, habelə namizədlərlə bağlı məcburi tələblərin yalnız normativ hüquqi aktlarla müəyyən edilməsi;
1.3.2. obyektivlik – namizədin vakant vəzifəyə uyğunluğunun yalnız namizədlə aparılmış müsahibə əsasında və bu Qayda ilə müəyyən edilmiş meyarlar rəhbər tutulmaqla qiymətləndirilməsi;
1.3.3. qərəzsizlik – namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslərin (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları) müsahibə komissiyasının tərkibinə daxil edilməsinin yolverilməzliyi;
1.3.4. müstəqillik – müsahibə komissiyasının və müsahibə komissiyası üzvünün müsahibələrin keçirilməsi və müsahibə üzrə qərarın qəbul edilməsi ilə bağlı müstəqilliyi və onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi;
1.3.5. bərabərlik – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin müsahibənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinə təminat verilməsi;
1.3.6. şəffaflıq və aşkarlıq – müsahibə keçirilən zaman namizədin razılığı ilə videoçəkilişdən istifadə olunması, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin müsahibədə müşahidəçi qismində iştirakı və müsahibənin nəticələrinin açıq elan olunması;
1.3.7. peşəkarlıq – namizədin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması və vakant vəzifəyə yararlılığını müəyyən etmək üçün Qanunun 29.8-ci maddəsində nəzərdə tutulan meyarlar əsasında hərtərəfli qiymətləndirilməsi.
1.4. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.4.1. müsahibə – vakant vəzifənin tutulması üçün dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər üçün keçirilən, Qanunun 28.6-cı maddəsində nəzərdə tutulan müsahibə; [2]
1.4.2. daxili müsahibə – vakant vəzifənin tutulması üçün keçirilən və ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının , habelə Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan müsahibə; [3]
1.4.3. ümumi müsahibə – vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış , eləcə də Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibə; [4]
1.4.4. vakant vəzifə – tutulması üçün müsahibə, ümumi müsahibə və ya daxili müsahibə keçirilməsi nəzərdə tutulan, Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq müəyyən edilən müvafiq dövlət qulluğu vəzifələri. [5]
2. Müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər
2.1. Dövlət orqanının rəhbəri dövlət orqanında vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə keçirilməsi barədə qərar qəbul edir və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra – Mərkəz) məlumat verir.
2.2. Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda, dövlət orqanının rəhbəri müsahibənin keçirildiyi gündən otuz gün müddətində həmin vəzifənin ümumi müsahibə və ya müsahibə yolu ilə (Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr istisna olmaqla) tutulması barədə qərar qəbul edir və bu barədə Mərkəzə məlumat verir. [6]
2.3. Müsahibə elanı, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları vakant vəzifənin aid olduğu dövlət orqanının (bundan sonra – dövlət orqanı) internet saytında yerləşdirilir, habelə müsahibə elan edilməzdən azı on gün əvvəl Mərkəzə təqdim olunur və Mərkəz həmin məlumatların öz internet portalında (bundan sonra – portal) yerləşdirilməsini təmin edir.
2.4. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin portalında, dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Müsahibə elanının formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Dövlət orqanı müsahibə elanının məzmununu Mərkəzlə razılaşdırmaqla müəyyən edir.
2.5. Müsahibədə namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə uyğun olaraq iştirak edə bilər. İnzibati vəzifələrin tutulmasının ümumi şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir və həmin vəzifələr üzrə vəzifə təlimatlarını dövlət orqanları, Mərkəzlə razılaşdırmaqla, bu şərtlərə uyğun olaraq hazırlayırlar.
2.6. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.
2.7. Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir. [7]
3. Müsahibə komissiyasının tərkibinin formalaşdırılması
3.1. Müsahibə komissiyasını üç nəfərdən ibarət tərkibdə, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə, dövlət orqanı yaradır.
3.1-1. Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulması ilə bağlı müsahibə zamanı müsahibə komissiyasının tərkibinə yalnız həmin dövlət orqanının nümayəndələri daxil edilir. [8]
3.2. Mərkəz müsahibə komissiyasına öz nümayəndəsi kimi müvafiq sahələr üzrə ekspert və (və ya) mütəxəssisləri cəlb edə bilər.
3.3. Aşağıdakı şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər:
3.3.1. yardımçı vəzifə tutan dövlət qulluqçuları;
3.3.2. vakant vəzifədən daha aşağı vəzifə tutan dövlət qulluqçuları;
3.3.3. namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları);
3.3.4. bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər;
3.3.5. ali təhsili olmayan şəxslər.
3.4. Dövlət orqanında, həmin dövlət orqanının strukturuna daxil olan və ya strukturuna daxil olduğu dövlət orqanında işləməyən, habelə həmin dövlət orqanına, onun strukturuna daxil olan və ya strukturuna daxil olduğu dövlət orqanına ezam edilmiş, dövlət orqanının fəaliyyətinə cəlb olunmuş şəxslər müsahibə komissiyasının həmin dövlət orqanını təmsil edən nümayəndəsi kimi iştirak edə bilməzlər.
4. Müsahibə komissiyasının reqlamenti və müsahibənin keçirilməsi qaydası
4.1. Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı beş gün qalmış dövlət orqanının internet saytı və Mərkəzin portalı vasitəsilə məlumat verilir. Müsahibə elanda göstərilmiş vaxtda, dövlət orqanının müəyyən etdiyi yerdə keçirilir.
4.2. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir.
4.3. Müsahibə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətində olduqda, yaxud müsahibə nəticələrinin obyektiv qiymətləndirilməsinə mənfi təsir edə bilən və ya müsahibənin aparılması qaydalarının pozulmasına səbəb ola bilən başqa hallar mövcud olduqda, həmin üzv özü-özünə etiraz edir. Belə əsaslar olduqda, müsahibə başlanmazdan əvvəl namizəd müsahibə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.
4.4. Bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq əsaslandırılmış etiraz edildikdə, barəsində etiraz edilmiş və ya özü-özünə etiraz etmiş şəxslər həmin namizədlə müsahibədə komissiyanın üzvü kimi iştirak edə bilməzlər. Bu halda iki iş günü müddətində yeni tərkibdə müsahibə komissiyası yaradılır və həmin namizədlə müsahibə keçirilir.
4.5. Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin iştirakı ilə (olduğu halda) keçirilir. Bu halda videoçəkilişlər və ya müşahidəçilərin iştirakı müsahibənin keçirilməsinə, eləcə də müsahibə komissiyasının normal fəaliyyətinə maneə törətməməlidir. Əgər belə maneə törətmə halları müvafiq xəbərdarlıqdan sonra da təkrar olunarsa, videoçəkiliş və ya müşahidəçilərin iştirakı məhdudlaşdırıla və ya qadağan edilə bilər.
4.6. Aşağıdakı şəxslər müsahibədə müşahidəçi qismində iştirak edə bilməzlər:
4.6.1. müşahidəçi qismində iştirak etmək üçün dövlət orqanına və ya Mərkəzə qabaqcadan müraciət etməyən şəxslər;
4.6.2. son 1 il ərzində müşahidəçi qismində iştirak etmək istədiyi vakant vəzifə üzrə elan edilmiş müsahibədə iştirakı qeydə alınmış şəxslər;
4.6.3. müsahibədə iştirak edən namizədin yaxın qohumları və ya müsahibənin nəticəsində birbaşa marağı olan digər şəxslər.
4.7. Müsahibə Qanunun 29.8-ci maddəsində nəzərdə tutulmuş meyarlar əsasında namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir.
4.8. Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.
4.9. Namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə namizədə müsahibə proqramından kənar sualların verilməsi yolverilməzdir.
4.10. Mərkəz müsahibə proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə razılıq verir.
4.11. Hər bir namizədlə müsahibə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində və azı 20 dəqiqə aparılır.
4.12. Müsahibə komissiyasının üzvləri aşağıdakı tələblərə riayət etməlidirlər:
4.12.1. müsahibə aparılacaq yerə təyin edilmiş vaxtda gəlmək;
4.12.2. bu Qayda ilə, vakant vəzifəyə dair vəzifə təlimatları və namizədin şəxsi işi ilə tanış olmaq, müsahibə proqramları üzrə hazırlıqlı olmaq;
4.12.3. bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulmuş hallarda özü-özünə etiraz etmək;
4.12.4. müsahibənin keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət etmək;
4.12.5. müsahibənin aparılmasına mane olan texniki və digər vasitələrdən istifadə etməmək, o cümlədən rabitə vasitələrini müsahibə otaqlarına gətirməmək;
4.12.6. namizədin və digər komissiya üzvlərinin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmaq, müsahibə zamanı nəzakətli, diqqətli və səbirli olmaq;
4.12.7. müsahibə zamanı müsahibə otağını üzrlü səbəb olmadan tərk etməmək;
4.12.8. namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar vermək;
4.12.9. sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl etmək;
4.12.10. müsahibənin gedişi zamanı namizədə vakant vəzifəyə uyğun olub-olmaması barədə fikir bildirməmək;
4.12.11. müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməmək.
4.13. Namizəd aşağıdakı tələblərə riayət etməlidir:
4.13.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;
4.13.2. müsahibə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;
4.13.3. suallara mahiyyəti üzrə cavab verməyə və tapşırıqları mümkün qədər qısa vaxtda yerinə yetirməyə çalışmaq;
4.13.4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək;
4.13.5. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.
4.14. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.
4.15. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə yol verilmir.
4.16. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə dövlət orqanının qərarı əsasında yol verilir.
5. Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi və keçid balları
5.1. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı müsahibə komissiyasının üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır.
5.2. Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:
5.2.1. bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri;
5.2.2. peşə hazırlığı – namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri;
5.2.3. ümumi dünyagörüşü – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri;
5.2.4. vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları.
5.3. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən edilir və “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilir (1 nömrəli əlavə).
5.4. Müsahibə komissiyasının üzvləri tərəfindən hər bir meyar üzrə verilmiş ballar “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində qeyd olunmalı və hər bir meyar üzrə verilmiş bal əsaslandırılmalıdır.
5.5. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən edilir. Müsahibənin yekun nəticələri “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə).
5.6. Müsahibə komissiyası üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi etibarsız hesab edilir. Bu halda müsahibənin nəticələrinə Qanuna əsasən inzibati şikayətə baxmalı qurumda baxılır.
5.7. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir.
5.8. Müsahibənin nəticələri dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.
5.9. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün beş iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən on beş gün müddətində qəbul etdiyi qərar barədə Mərkəzə məlumat verir.
5.10. Vakant vəzifəyə təyin edilmək üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılırlar. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə (vəzifənin tutulması şərtləri uyğun olan) olduqda, namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə olduqda, həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə Mərkəz tərəfindən təqdim olunurlar. Həmin müddətdə inzibati vəzifələrə təyin edilən namizədlər ehtiyat kadrlar siyahısından çıxarılırlar. [9]
5.11. Mərkəz namizədlərin müsahibə sənədlərinin (o cümlədən müsahibə qeydlərinin və videoçəkilişlərin) 5 il müddətində mühafizəsini təmin edir.
5.12. Namizədlərin müsahibə sənədlərinin əsli Mərkəzdə, surətləri isə dövlət orqanında saxlanılır.
6. Müsahibənin nəticələrinə yenidən baxılması
6.1. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada , Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə şikayət verə bilərlər. [10]
6.2. Namizədlər tərəfindən müsahibənin nəticələrindən inzibati qaydada şikayət verilməsi Qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na
1 nömrəli əlavə
Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair
Comments are closed, but trackbacks and pingbacks are open.