Press "Enter" to skip to content

Yeni müşahidə kamerası 1000 metr məsafədən avtomobilin nömrəsini tanıyır

Beləliklə, Siz oğurlanmış avtomobil alışının mümkünlüyünü azalda bilərsiniz.

Avtomobilin VİN-koduna görə yoxlanılması

1977-ci ilin fevralında ABŞ və Kanadada İSO 3779 standartı qəbul edilmişdir. Bu standart VİN nömrələrinin (Vehicle İdentification Number) formatını təsvir edir, yəni avtomobilin identifikasiya nömrəsi. Geliştiricilər dünyanın avtomobillərini sadəcə olaraq nömrələmək məqsədini tutmurdular, onlar avtomobillərin klassifikasiyasının sadə və güvənli yolunu tapmaq məqsədində idilər. Bu nömrə 17 rəqəmdən ibarətdir və avtomobilin qeydiyyatdan keçirilməsi üçün vacibdir. Nömrənin oğurlanma prosesinin çətinləşdirilməsi üçün onun daxilində nəzarət nişanəsi var, buna görə də əgər VİN oğurlanıbsa, bunu müəyyən etmək asandır. Istehsalçılar VİN-i avtomobilin üzərində yerləşdirirlər və onu müxtəlif yerlərdə tapmaq olar. Aşağıdakı şəkildə VİN-kodu tapa biləcəyiniz ən geniş yayılmış yerlər göstərilib.

VİN-yoxlama – işlənmiş avtomobilin seçimində olan mühüm amillərdən biridir, çünki bu yoxlama avtomobilin keçmişi haqda məlumatları aşkara çıxarmaqda kömək edir.

VİN-kodu bilərək bu kimi detalları bilmək olar: marka, model, mühərrikin həcmi, təyin edilmiş qutunun növü, avtomobilin rəngi, həqiqi yürüşü, buraxılış ili, ilk qeydiyyatın keçirildiyi vaxt, hansı zədələrin olması, avtomobilin qəza keçirib keçirməməsi, girovda olub olmaması və s. Hər bir nişanə avtomobil haqda olan məlumatları birləşdirir və bunun üçün sərt şəkildə məhdudlaşmış şifrəldən ibarətdir.

Beləliklə, Siz oğurlanmış avtomobil alışının mümkünlüyünü azalda bilərsiniz.

VİN-kodun nümunəsi – JN1WNYD21U0000001

VİN-kodda rus hərifləri və İ, O, Q həriflərinin istifadəsi qadağandır, çünki onlar yazılışına görə 1, 0 rəqəmlərinə bənzəyir.

Daha geniş kodlaşdırmanın istifadə olunduğu nəqliyyat vasitələrinin markaları: Alfa Romeo, Audi, BMW, Bentley, Chery, Chevrolet, Chrysler (cars), Citroen, DAF, Daewoo, Dodge (cars), Doninvest, Eagle (cars), Fiat, Ford (Europe), Great Wall, Harley Davidson, Honda (2006-. ), Hyundai, Imperial (cars), Infiniti, Iran Khordo (IKCO), Jaguar, Jeep, Kia, Lancia, Land Rover, Lexus, Matra, Mazda, Mercedes-Benz, Mini, Mitsubishi, Nissan, Opel, Peugeot, Plymouth (cars), Porsche, Renault, Rover, Saab, Scania, Scion, Seat, Setra, Skoda, SsangYong, Subaru, Suzuki, Toyota, Volkswagen, Volvo, Caterpillar, Tadano, Beijing, Jiefang, Spitzer, Trasco, Grove, Schmitz Gotha, Boschung-Kuepper-Weisser, Liebherr, Demag, Renders, SAR (САР), Bagem, (Багем), BAKM (БАКМ), KamAZ (КамАЗ), KamMZ (КамМЗ), TSP (ТСП), AST (АСТ), Laura (Лаура) və s.

Daxili bazar üçün nəzərdə tutulmuş Yaponiyada istehsal olunan avtomobillərin VİN-kodu olmur. Identifikasiya üçün şassi və ya çərçivənin (frame #) nömrəsini və yaxud model kodundan istifadə etmək olar. Misal üçün, şassinin nömrəsinə görə avtomobilin modelini, bədəninin ölçülərini və hərdən mühərrikin xüsusiyyətlərini təyin etmək olar.

VİN-kodu göstərilən sayta daxil olmaqla yoxlaya bilərsiniz VİN-KOD

Yeni müşahidə kamerası 1000 metr məsafədən avtomobilin nömrəsini tanıyır

Yaponiyanın “Fujifilm” şirkəti dünyanın ən uzaq məsafəli müşahidə kamerasını hazırladığını bildirib. İstehsalçının iddiasına görə, “SX800” modeli 40 qat optik zum və 20-800 mm fokus məsafəsinə malikdir ki, bu da 1000 metr məsafədən avtomobilin nömrəsini oxumağa imkan verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ancaq “SX800” modelini ən uzaq məsafəli kamera adlandırmaq olmaz. Məsələn, “Nikon P1000” modeli 24-3000 mm fokus diapazonuna malik 125 qat optik zumla təchiz edilib. Buna baxmayaraq, “Fujifilm” şirkətinin yeni həlli ticarət şirkətləri tərəfindən təhlükəsizlik məqsədi ilə istifadə üçün daha uyğundur: 0,3 saniyə ərzində fokuslana bilir, optik sabitləşmə funksiyasını və şəklin işlənməsi mühərrikini dəstəkləyir ki, bu da uzaq məsafədə olan obyektlərə dumanlı havada baxmağa imkan verir. Bundan başqa, yeni kamerada ISO diapazonu gecə çəkilişi üçün 819200 təşkil edir.

“SX800” modeli beynəlxalq sərhədlər, meşə massivləri və (aeroport, nəqliyyat magistralları və dəniz portları) ictimai obyektlərin monitorinqi üçün nəzərdə tutulub. 26 iyuladək satışa çıxarılacaq yeni cihazın qiyməti hələ ki məlum deyil.

Milli.Az

Avtomobilin nömrə nişanı itdikdə nə etməli?

Avtomobilimin nömrə nişanından biri düşüb itib. Harada düşdüyünü bilmirəm. Bu gün səhər avtomobili park edərkən gördüm ki, qarşıdakı nömrəsi yoxdur. İndi nə etməliyəm? Avtomobili bu cür idarə etsəm, cərimələnə bilərəm?

Bu barədə Publika.az-a paytaxt sakini müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a açıqlamasında avtomobilin dövlət nömrə nişanının itirilməsinə görə, cərimə tətbiq edilmədiyini bildirib.

Onun sözlərinə görə, nömrə nişanı itmiş avtomobilin sahibi əvvəlcə yol polisinə müraciət etməlidir. Bu zaman avtomobilin texniki qeydiyyat şəhadətnaməsi dəyişir. Dövlət qeydiyyat nişanına görə, yenidən rüsum, baxış haqqı ödəməli olur:

“Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq, onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir”.

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və əgər o biri qeydiyyat nişanı qalıbsa, onunla birgə BDYPİ-ə müraciət edib, ərizə yazıb yeni qeydiyyat nişanı almaq lazımdır. Bu zaman yeni ayrı nömrə veriləcək. Qeydiyyat nişanının dövlət rüsumu 22 manatdır.

K.Əliyev bildirib ki, dövlət qeydiyyatı nişanı olmadan avtomobilin idarə edilməsinə icazə verilmir. İdarə edildiyi halda, həmin şəxsin əməlində inzibati xəta yaranır və inzibati məsuliyyətə cəlb olunur.

Gülxar

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Comments are closed, but trackbacks and pingbacks are open.